ADĠLƏ NƏZƏrova



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə9/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   ...   5   6   7   8   9   10   11   12   ...   18

ĠNTUĠSĠYA  [alm.  Anschauung;  fr.=ing.  Untuition;  lat. 
Intuitio-intuius. In tueri – daxilini görmə; osm. tr. tehaddüs, hads; 
ər.  ٌزذح] – nəyinsə qəflətən açılması, bir əlaqənin birdən, birbaşa 
vasitəsiz  kəşf  edilməsi,  yaxalanması.  İntuisiya  insandan  əslində 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
91 
hisslərin fövqündə olan bir qabiliyyət tələb edir, çünki bəzən bəzi 
şeyləri  duymaq  və  hiss  edib  qavramaq  üçün  intuisiyaya  əsaslan-
maq  lazım  gəlir.  İntuisiya  vasitəsiz  qavramaq,  ani  olaraq  başa 
düşmək,  bir  şeyin  daxilini  birbaşa  görmək,  həqiqəti  bilavasitə 
anlamaq,  dərk  etmək  qabiliyyəti  kimi  də  xarakterizə  etmək  olar. 
İntuitiv  [alm.  Intuitiv;  fr.  Intuitif;  ing.  intuitive]  isə  hər  şeyi  bir 
anda  ələ  keçirməyə,  qavramağa  istiqamətlənən  düşüncə  tərzidir. 
İntuitivizm  –  imperializm  dövrünün  burjua  fəlsəfəsində  geniş 
yayılmış idealist cərəyan. 
ĠNTUĠSYONĠZM  –  [alm.  Intuitionismus;  fr.  Intuitionisme; 
ing.  Intuitionism,  intuitionalism;  osm.  tr.  tehaddüsiye;  ər.  حُّثذحذ], 
intuitizmə əql, mənalı düşüncə qarşısında üstünlük verən, intuisi-
yanı  biliyin,  xüsusilə  də  fəlsəfi  biliyin  əsası  olaraq  görən  təlim. 
Müşahidəçilik,  həds  məsləyi.  Bir  münasəbətin  birdən  və  birbaşa 
kəşfedilməsi mənasına gələn intuisiya, elmin vasitəsilə olan zəka 
və ağıldan əlavə olaraq bilmə qabiliyyti olan sezgi və obyektlərə, 
həqiqətin  özünə  və  mütləq  surətdə  vara  biləcəyini  irəli  sürür. 
Kəlmənin  kökü  intuisiyadan  qaynaqlanır.  İntuisionizm  həm  də 
riyaziyyatın fəlsəfi əsasını təşkil edən cərəyanlardan biridir.  
ĠNSAN [alm. Mensch; fr. Homme; ing. Man; lat. Homo; yun. 
Anthropos;  ər.  ٌآغَأ;  tr.  Insan,  adem  evladı]  -  əqli  olan  canlı 
varlıq.  Bir  tərəfdən  canlı  varlıqlar,  heyvanlar  aləminin  bir  üzvü, 
növü.  Digər  tərəfdən  isə  onu  keçən  bir  varlıq,  qamətli  yürüyən, 
əllərindən  istifadə  edən,  beyni,  kəlləsi  xüsusi  formada  inkişaf 
etmiş  olan,  xüsusiləşmiş  orqanları  olmayan,  ətrafını  dəyişdirə 
bilən, dünyaya və kainata açıq olan, danışan və yaradıcı düşünmə 
qabiliyyəti  olan,  təcrübə  dünyasını  aşa  bilən,  özünün  və  kainatın 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
92 
şüuruna  vaqif  olan,  əməllərindən  məsul  tutulan  sosial  varlıq.  
İnsan  sözü  bir  termin  kimi  dilimizə  ərəbcədən  keçmişdir.  Lakin 
indi  çox  geniş  istifadə  hüququna  malikdir.  İnsan  sözü  orijinalda 
―nəsiyə‖ (ٍغَ) felinin ―ənsə‖ formasında (ًغَأ) IV babda məsdəri 
olduğunu iddia edənlər vardır. Bu anlamda ―insan‖ sözünün hərfi 
mənası  unudan,  unutqan    demək  olur.  Lakin  bu  iddia  yalnışdır. 
Çünki insan sözü əslində ―ənisə‖ (ظَأ) felindən əmələ gəlmişdir. 
―Ənisə‖  sözünün  hərfi  mənası  isə  səmimi  olmaq,  cana  yaxın 
olmaq, sosial  olmaq, ictimailəşmək deməkdir.  İnsan  sözü isə bu 
felin məsdəridir, nisbi sifətdir – humanist, bəşəri anlamlarına gə-
lir.  
ĠNSTRUMENTALĠZM [alm. Intrumentalismus; fr. Istrumen-
talisme;  ing.  Intrumentalism;  lat.  Instrumentum  –  vasitə,  alət]  - 
Düşünmə formalarının,  qaydaların,  məntiq və əxlaq formalarının 
yalnız  həyatın  müxtəlif  şərtlərinə  uyğun  əmələ  gəlmə  vasitələri 
Amerika  filosofu  Dyuinin  və  davamçılarının  subyektiv-idealist 
təlimi. 
ĠSTĠNBAT  (ər.  ؾثُرعإ)-    Bir  hökümdən  başqa  bir  höküm 
çıxarmaq.  Hərfi  anlamda  ―nəbata‖  (ؾثَ)  su  çıxartmaq,  yetirmək 
mənalarını  verir.  İstinbat  –  nədənsə  nəyi  çıxartmaq,  doğurmaq 
anlamlarını  verir.  Amma  sözün  mahiyyətində  olan    kəşf  etmək, 
çıxartmaq    anlamı  əslində  asanlıqla  görülməyən,  bilinməyən 
nəyisə  fərqləndirmək,  tapıb  ortaya  çıxartmaq  üçün  işlədilir. 
İstinbat  orta  əsrlər  İslam  bölgəsi  fəlsəfəsində  filosofların  ən  çox 
baş  vurduqları  metoldoloji  üsula  uyğun  gəlir.  Nəzəri  metodoloji 
sistem olaraq deduksiyaya uyğun gəlir.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
93 
ĠSTĠYAA – (ər. عاُرعإ) Allahın canlılarda yaratdığı və canlının 
özüylə  əməllərinin  iradi  və  ixtiyari  olaraq  işlədiyi  şeydir.  Şərq 
peripatetiklərinin  fəlsəfi traktatlarında rats  gəlinən fəlsəfi termin-
dir. 
ĠġRAQ [ing. illumine; ər. قاششإ] – kəşf, işıqlanma, nurlanma, 
ilham  gəlmə.  Günəşin  doğması  [işraq]  necə  əşyanın  görülməsini 
mümkünləşdirirsə,  mənəvi  bir  kəşf,  ilham  və  ya  müşahidə  olan 
İşraq  ilə  də  insan  bir  cox  bacarıq  və  məlumatı  əldə  edər.  İşraq 
fəlsəfəsinin  Şərq  fəlsəfəsində  banisi  İbn  Sina  hesab  olunsa  da, 
Seyid  Yəhya  Sührəvərdi  əl-Məqtul  işraqi  filosof  kimi  dünyada 
tanınmış  və  bütün  fəlsəfəsini  bu  yöndə  qurmuş,  özünəməxsus 
şəkildə  əsaslandırmışdır.  İşraq  termini  ərəbcə  işıqlanma,  nurlan-
ma, ziyalanma, qəlbinə nur doğma kimi tərcümə edilə bilər. Dili-
mizdə günçıxan anlamına gələn cəhət adı, Şərq də bu kökdəndir.  
ĠZAFĠ  [ing.  Relatif;  ər.  ٍفاػإ]  –  nisbi,  qeyri-mütləq,  əlavə. 
Mütləq  [absolut]  sözünün  bəzi  mənalarının    müqabilidir.  İzafi 
sözü dilimizdə ―əlavə‖ kimi də mənalandırılır.   
ĠCTĠHAD [داهرﺟإ] – [ər] ciddi-vəhd var gücü ilə çalışmaq səy 
göstərmək  dinin  əsaslarını  bilən  din  alimlərinin,  qazilərin  dinin 
əsasları  olan  Qurani  Kərimə  və  peyğəmbər  hədislərinə 
əsaslanaraq  şəriətə  aid  məsələlər  haqqında  hökm  çıxarmaları, 
yaxud bu yolda səy göstərmələri. İctihad sözü dini – fəlsəfi termin 
kimi  bölgənin  islamı  qəbul  etməsindən  sonra  dilimizdə  daxil 
olmuşdur. Daha çox məhdud çevrədə işlənməkdədir. ―Müctəhid‖, 
―cihad‖ da bu kökdəndir. 
ĠFRAT  (ər.  داشفإ)  –  daha  çox,  həddindən  artıq,  lazımi 
səviyyədən  çox.  Sözün  kökündə  ərəbcədə  ―fərd‖  kəlməsi 
mövcuddur. İfrat sözünün sonundakı d       t əvəzlənməsi dilimizin 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
94 
özünəməxsusluğundan  irəli  gəlir.  Bu  kökdən  münfərid,  təfrit 
sözləri də əmələ gəlmişdir.  
ĠLHAM  (os.tr.  ilham;  ru.  Вдохновение;  ing.  inspiration, 
enthusiasm;  fr.  Inspiration;  ər.  واهنإ)  –  ilham.  Ezoterik  bilik 
növlərindən biri olub, Allah-təala tərəfindən insanların qəlbinə bir 
hissin doğması, ona bir xeyirin gəlməsi, vəcdin doğmasıdır. İlham 
dilimizdə  geniş  sferada  işlənməkdədir.  Bəzən  şairlər  şeir  yazma 
ərəfəsində  özlərinə  qaibdən  gələn  yüksək  entuzaist  halın 
gəlməsini  gözlərlər.  Bu  əsnada  onlarda  yüksək  poetiik  əhval-
ruhiyyə  yaranır  və  şeir  yazarlar.  İlham    bəzən  problemli  bir  iş 
əsnasında problemin həll olunması üçün ağıla anidən gələn fikrə, 
ideyaya da deyilir. İlham yalnız və yalnız şəxsi təcrübələr əsasın-
da açıqlana, izah edilə bilər. Çünki  ilhamlar ümumi eksperiment 
kimi təkrarən sınaqdan keçirilə bilməz.  
ĠNZAR  (ساظَإ)  –  ortaya  çıxma,  görünmə.  Terminin  kökü 
ərəbcədə  ―nəzərə‖  üç  hərfli  felidir.  Dilimizdə  çox  işlətdiyimiz 
nəzər sözü də bu kökdəndir.  
ĠNQĠLAB [alm. Revolution; umwölzung; fr. Revolution; ing. 
Revolution;  tr.  Devrim;  ər.  جسىث,  ةهمَإ]  qaləbə  [مؼفَإ  -  ةهمَإ].  1. 
Daimi  ictimai  sistemi  dəyişdirmə  və  yenidən  formalaşdırma; 
yavaş  inkişafda  olan  dünyanın  ziddinə  ictimai  həyatda  və  siyasi 
vəziyyətdə  birdən birə  həyata keçən köklü  və  əsaslı bir dəyişmə. 
2.  Dünya  görüşündə,  fəlsəfədə,  elmdə,  sənətdə  və  sairlərin 
fikrində olan dəyişikliklər, köhnəlmiş olanı yenisi ilə əvəz etmək, 
çevriliş. Fel ərəbcədən keçmə termindir. 
ĠQTĠDA  (ər.  ءاذزلإ)  –  uymaq,  tabe  olmaq,  dini  –  fəlsəfi 
terminologiyada hər hansı bir müctəhidin, yaxud məzhəb şeyxinin 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
95 
dini əqidəsinə uymaq və bundan irəli gələn qanun qaydalara əməl 
etmək. İqtida edənlərə isə ―müqtədi‖ deyilməkdədir.  
ĠRġAD  (ər.  داشسإ)  –  dorğu  yolu  tapmaq,  hidayətə  çatmaq 
deməkdir.  Bəzən  dini  terminologiyada  müsəlman  olmaq,  imanlı 
olmaq  yaxud  pis  vərdişlərdən  çəkinmək  mənasını  ifadə  edən 
―irşad olunmaq‖ sözündən də istifadə olunur. İrşad olunan adama 
isə  mürşid  deyilir.  Sufi  ədəbiyyatında  geniş  çərçivədə  rast 
gəldiyimiz  mürid  –  mürşid  sistemi  də  bununla  bağlıdır.  Mürid 
sanki müəllim, mürşid isə şagirddir. Təsəvvüf təlimində mürşidlər 
öz müəllimlərindən sözü gedən təlimi əxz edənlərdir.  
ĠSTĠDLAL  (ər.  للاذرعإ)  –  dəlil  çıxartmaq,  elmi  prinsiplərə 
əsaslanaraq elmi nəticələrə gəlmək. Sözün kök kərflərini ―dəl‖ və 
―ləm‖  hərfləri  təşkil  edir.  Dəllə  feli  ərəb  dilində  son  hərfi  təkrar 
olunan şəddəli fellər qrupuna aiddir. Dilimizdə geniş işlətdiyimiz 
―dəlil və dəlalət‖ sözü də burdan əmələ gəlmişdir. İstidlal fəlsəfi 
termin  kimi  islam  mədəni  bölgəsi  fəlsəfəsinin  dilində  geniş  rast 
gəlinir.  
ĠTKĠ  [alm.  Impuls.  Trieb;  fr.  Impulsion;  ing.  Impulse;  lat. 
Impulsio: pulsio – itmək, in-içərisində, qarşı, doğru; osm. tr. əs.tr. 
ilca;  ər.  ءاجنإ]  –  insanı  bir  şüur  cəhdi  lazım  gəlmədən  yaşama 
cəhdinə  yönəldən,  onu  özlüyündən  fəaliyyətə  sürükləyən,  tətbiq 
etmə sahəsini genişləndirən ruhi qüvvələr üçün də istifadə olunur. 
Kök olaraq əski türkcədən günümüzə qədər gəlmişdir.  
ĠXLAS – imanın forması, ixlaq, qurtulma, pisliklərdən arınma. 
Öz  imanına  heç  nəyi  qarışdırmamaq,  bidət  yollara  və  vasitələrə 
baş  vurmamaq,  riyakarlıq  etmədən,  özünü  göstərmədən,  səmimi 
qəlbdən inanmaq. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
96 
ĠXTĠLAF – mübahisə, yaxud fikirlərin bir-birinə zidd olması. 
Hər  hansı  dini  məsələdə  fikir  ayrılıqlarından  doğan  məsələ  və 
problem. 
ĠXTĠYARĠ – iradənin istək və arzusuna uyğun olaraq.  
ĠZHAR – təzahür, biruzə vermək, ortaya çıxmaq.  Aşkar etmə, 
meydanaçıxarma,  göstərmə,  bəlli  etmə,  bildirmə.  Bəlli,  aydın, 
məlum.  Bir  gülüzlü  nigar,sərvi-xoşrəftar;  Cümlə  xalqa  izhar 
eyləmək – yəni bütün aləmə car çəkmək.   
ĠBADĠLĠK  [ər.خٌدؤجعٌأ  ]  –  İbadiyyə.    xaricilikdə  ən  mötədil 
təriqət.  Həzrət  -  i  Əli  zamanında  ortaya  çıxan  Xaricilərin  bir 
qoludur.  Qurucusu  ,  Abdullah  bin  İbad'dır  .  Bu  səbəblə  bu  adı 
qəbul  etmişlər.  Bu  adla  bərabər,  "özlərini  Allaha  satanlar" 
mənasında  sifət,  Əhlül'Adl  vəl-  İstiqamət  adlarını  da  istifadə 
edirlər. Abdullah bin İbad , Həzrət -i Əli, Həzrət - i Müaviyə ilə, 
hakim  etmək  surətiylə  razılaşdığı  üçün,  həzrət-  i  Əlidən  ayrıldı. 
Trablusgarb'a  getdi.  Orada  İbadiyye  firqəsini  qurdu.  İbadiyyənin 
qurucusu  haqqında  dəqiq  bir  məlumat  yoxdur.  İbadilər  də,  onu 
yalnız təriqətin qurucusu, imamı olaraq tanımaqdadır. Onun , 64  
(M.683)  ilində  İbn-i  Zübeyrə  kömək  etmək  üçün  Mədinə  müda-
fiəsinə  qatıldığı  və  Əməvi  məmurları  ilə  və  xüsusən  Əbdülməlik 
min  Mərvan  ilə  65-86  (M.  685-705  )  dostluq  münasibətləri 
qurmağa  çalışdığı  bildirilir.  Hazırda  siyasi  gücü  qalmamış  olan 
İbadiyyə firqəsinin, Ərəb Yarımadasının bəzi bölgələrində, Oman, 
Liviya  ,  Madaqaskar,  Cəbri  adası  və  Şimali  Afrika  ölkələrində 
mənsubları var. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
97 
ĠDENTĠFĠKASĠYA  [identificare  -  eyniləşdirmək]  identikləş-
irmə  -  müəyyən  əlamətləır  əsasında  müxtəlif  obyektlərin  eyniy-
yətinin müəyyən edilməsi.  
ĠDEOLOGĠYA  –  siyasi,  hüquqi,  əxlaqi,  estetik,  dini-fəlsəfi 
baxışlar və ideyalar sistemi. 
ĠDRAK  [alm.  Warnehmnung;  fr.  Perception;  lat.  Perceptio, 
trk.alqı;  ər.  نآسدإ]–  nəyəsə  diqqəti  yönəldib,  onun  mahiyyətinə 
varmaq;  nəyinsə  şüurlu  surətdə  fərqinə  varmaqdır.  İnsanların 
yaradıcılıq  fəaliyyətinin  ictimai-tarixi  prosesi;  bilikləri  forma-
laşdırır və bunların əsasında insanın hərəkətlərinin məqsədləri və 
motivləri meydana gəlir. 
ĠDĠ - [İdik] 1- Tanrı, Rəbb, sahib, əfəndi 2- Tanrısal, Tanrıdan 
gelen, mübarek, kutlu. 
ĠDĠKUT  –  idi+Kut...Kut  sahibi,  Tanrıdan  gələn,  Tanrıya 
yaxın,  Tanrıya  bənzər,  Tanrı  tərəfindən  məsul  tutulmuş  və  s. 
anlamları ehtiva edən ve Uygur kağanlarının böyük əksəriyyətinin 
istifadə edildiyi bir unvan. 
ĠZAH  –  insanın  idrakının,  xüsusilə  elmi  tədqiqatın  öyrənilən 
obyektin  mahiyyətinin  aşkara  çıxarılmasından  ibarət  çox  mühüm 
funksiyası və [və müvafiq sürətdə elmi tədqiqatın bu funksiyanın 
yerinə yetirildiyi mərhələsi]. 
ĠZOMORFĠZM  [yun.  Isos  –  eyni  olan,  morphe  –  forma]  – 
obyektlərin  strukturları  arasındakı  uyğunluğu  xarakterize  edən 
anlayışlar. 
ĠYERARXĠYA  [yun.  Hieros  –  müqəddəs,  arche  –  hakimiy-
yət] – çoxsəviyyəli mürəkkəb sistemlərdə struktur münasibətlərin 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
98 
şaquli xətt üzrə ayrı-ayrı səviyyələr arasındakı qarşılıqlı əlaqələrin 
nizamlılığı, mütəşəkkilliyi ilə səciyyələnən tipi. 
ĠLLUZĠYA  [lat.  illusio  –  aldatma,yanılma]  –  gerçəkliyin 
təhrif  olunmuş  qavranılması.  İllüziya  göz  aldadıcı,  olanı  həqiqət 
kimi  göstərməkdir.  Gerçək  bir  obyektin  duyğular  üzərindəki 
hadisəni  səhv  dəyərləndirilməsidir."İllüziya"  latın  sözüdür, 
mənası  ―yanlış  təsəvvür‖  deməkdir.  İllüziya  ilə  məşğul  olana 
illüzionist  deyiirlər.  Dilimizdə  bu  temrin  sehrbazlıq  kimi  da 
işlədilir.İllüzionist  beynəlxalq  termindir  və  dünyanın  bütün 
ölkələrində bu cür qəbul olunur. Bir aldadıcı haqqında əvvəlcədən 
məlumatımız olsa belə heçnə dəyişmir, çünki gözlər yenə aldanır. 
ĠLHAM [ər. َبٌٙإ]– insanın müxtəlif növ yaradıcılıq fəaliyyəti 
göstərməsi  üçün  xüsusi  əlverişli  olan  halı.  Ezoterik  bilik 
növlərindən biridir. Bu sözün ərəbcədən istilahi mənası ―bir şeyi 
ani  olaraq  qəbul  etmək‖  mənasında  olub,  termin  olaraq  ―qəlbə 
bəzi məna və fikirlərin ötürülməsi‖ kimi ifadə olunur. O, ―Allahın 
insanın qəlbinə ötürdüyü şey‖, ―feyz yolu ilə qəlbə ötürülən şey‖ 
kimi  də  başa  düşülür  .  İlham  ezoterik  bilik  növlərindən  olub, 
əsaslı  surətdə  vəhydən  fərqlənir.  Səmavi  dinlərin  (İslam, 
Xristianlıq,  İudaizm)  dininin  inanc  konteksində  və  sufi 
mövzularda ilhama nəzər saldığımızda bir ezoterik bilik tipi kimi 
peyğəmbərlərdən fərqli olaraq, aid olduğu insan təbəqəsinin daha 
kütləvi xarakter kəsb etdiyi məlumdur. Ayrıca bu da məlumdur ki, 
ilham bizim başa düşdüyümüz şəkildə, məsələn, hər hansı bir işə 
başlamazdan  əvvəl  təbiətimizdə,  yaxud  ruhumuzda  mənəviyyatı-
mızdan doğan təskinlik halı, yaxud işə təşviqdən daha ziyadə dini 
məntiqə görə ―vicdanda anidən ortaya çıxan, qaynağının dərkinin 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
99 
insanın əqli qabiliyyətlərinin xaricində, yəni idrak olunmayan hiss 
və həyəcan tipində xarakterizə olunabiləcək bir duyğu növüdür‖.  
ĠMMANENT  [tr.  Içkin;  fr.=alm.=ing.  Immanent;  lat. 
Immenens  –  içərisində  qalaraq,  içində  olaraq,  in  –  içərisində, 
manere  –  qalmaq;  translens  [ifrat]-  bir  şeyin  xaricinə  çıxmanın 
əksi; osm. tr. mündemiç; ər. جِذِٕ] -  
ĠMAMENTLĠK – bu və ya digər predmetə, hadisə və ya pro-
sesə  daxilən  mahiyət  mənasına  görə  aid  olan  xassə  [qanuna-
uyğunluq]. 
ĠMMORALĠZM  [alm.  Immoralismus;  fr.  Immoralisme;  ing. 
Immoralism; tr. Töre tanımazlık;  ər. osm.  tr.  gayr-i ahlakiye;  ər. 
خٍّلُخأ  شٍغ]  -  əxlaqi  dəyərlərə,  adət  ənənələrə  və  ideyalara  qarşı 
qeydsizlik,  fikir  verməmək.  Ümumiyyətlə  əxlaqi  dəyərləri  və 
ideyaları qəbul etməmək, onlarla mübarizə aparmaq.  
ĠMKAN [alm. Möglichkeit; fr. Possibilitè; ing. Possibility; lat. 
Possibilats,  potentia;  osm.  tr.  imkan;  ər.  ٌاكيإ;  tr.  olanak]  – 
olmasına  şərait  yaranan,  müəyyən  fərziyyələrlə  başverməsi  fərz 
edilən şey. Ərəbcədən dilimizə axtarılan bu kəlmə  ٓىِ  felinin  IV 
babda  olan  ٓى
ِْأ  formasından  [modeli  əf`alə  ًعْفأ]  əmələ  gələn 
məsdərdir.  Məsdəri  يبعفإ  [ifal]  modeli  üzrə  düzəlir  [ٌّ
 ْبىِإ  – 
imkənun].    
ĠMPRESSĠONĠZM  [alm.  Impressionismus;  fr.  Impressio-
nisme; ing. Impressionism] – fəlsəfədə ancaq duyğu müşahidələri 
və hissləri həqiqi olaraq qəbul edən əlsəfi təlim.  
ĠNVARĠANTLIQ [invariantis – dəyişməyən] – kəmiyyətlərin, 
tənliklərin,  qanunların  dəyişməz  qalmaq,  koordinatların  və 
zamanın müəyyən çevrilmələrində saxlanıla bilmək xassəsi.  

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
100 
ĠNAM  [alm.  Glaube;  fr.  Foi;  ing.  Faith;  lat.  Fides;  osm.  tr. 
iman; ər. ْبٌّإ] – xüsusilə də dini mənada hər hansı bir bağlılıqdan 
ortaya  çıxan  güvən.  Tanrıya  qarşı  hiss  edilən  ucsuz-bucasız 
etimad  hissi.  Görünməz  olana  daxilən  inanmaq,  bağlanmaq,  eti-
qad etmək. Bilinməyənə bağlanmaq, inanılan doğruların hamısı.  
ĠNDUKSĠYA  [lat.  inductio  –  yönəltmə]  əqlinəticələrin 
tiplərindən biri və tədqiqat metodu. 
ĠNĠKAS  [ər.  طآىعٔإ]  –  inikas  xassəsini,  onun  məzmunu  və 
formalarını,  dinamikasını,  idrak  prosesində  rolunu  öyrənən 
nəzəriyyə. 
ĠNKAR  [ər.  سبىٔإ]  –  Materialist  dialektikada  inkar  inkişafın 
zəruri  cəhəti,  şeylərin  keyfiyyətcə  dəyişməsinin  şərti  kimi 
nəzərdən keçirilir [inkarı inkar qanunu]. 
ĠNKĠġAF  [ər.  فآشىٔإ]  –  maddi  və  ideal  obyektlərin  geriyə 
dönməz  və  istiqamətli  olması  ilə  səciyyələnən  qanunauyğunluq 
keyfiyyət dəyişməsi. 
ĠNĠTSĠYASĠYA  -  Sinfi  quruluşa  qədərki  cəmiyyətin 
həyatında  initsiyasiyalar  (təqdis  adətləri)  böyük  rol  oynayırdı 
(latınca ―initsiare‖-başlamaq). Bu yeniyetmələrin böyüklər cərgə-
sinə  keçirilməsi  qaydası  idi.  Kasta  –  (portuqaliya  dilində  nəsil 
deməkdir)  qapalı  endoqam  ictimai  qrupdur.  Onun  öz  xüsusi 
davranış qaydaları vardır. 
ĠNTEQRASĠYA  –  Etnik  proseslərin  xarakterini  müəyyənləş-
dirmək üçün əksər hallarda inteqrasiya, konsolidasiya və assimil-
yasiya kimi latın terminlərindən istifadə olunur. İnteqrasiya hərfi 
mənada ayrı-ayrı hissələrin vahid bir tamda birləşməsi deməkdir. 
Bu  müxtəlif  etnik  mədəniyyətlərin  qarşılıqlı  əlaqəsi  zəmnində 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
101 
mədəniyyətlərin  yaxınlaşmasına  aiddir.  Müstəqil  xalqların  və  ya 
onların  böyük  qruplarının  böyük  etnoslar  şəklində  birləşməsinə 
konsolidasiya  deyilir.  Adətən  bu  cür  birləşmələrin  vahid  dili  və 
mədəniyyəti  olur.  Assimilyasiya  isə  artıq  formalaşmış  etnosların 
qarşılıqlı təsiredici əlaqə prosesidir. Bu cür etnoslar əksər hallarda 
mənşə, dil və mədəniyyət cəhətcə müxtəlif olurlar. 
ĠRQ –Tarixən  konkret  bir  ərazidə  qərarlaşan,  nəsildən-nəslə 
keçən  fiziki  əlamətlər  kompleksinə  görə  bir-birindən  fərqlənən 
böyük  insan  qruplarına  irq  deyilir.  İrqlər  ümumi,  oxşar  xarici 
fiziki  əlamətlərinə  görə  bir-birindən  seçilirlər.  İrqlərin  ətraf 
mühitə  uyğunlaşması  nəticəsində  elə  xarici  fiziki  əlamətlər 
kompleksi  yaranmışdır  ki,  bu  əlamətlərə  görə  dünya  xalqalrına 
əvvəllər ―ağ‖, ―qara‖ və ―sarı‖ rənglərə və üç əsas irqə ayırırdılar: 
avropoid,ekvatorial  (neqroid)  və  monqoloid.  Son  vaxtlarda 
monqoloid  irqindən  amerikanoid,  ekvatorial  irqindən  avstraloid 
irqinin ayrılması tövsiyyə olunur. 
Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin