ADĠLƏ NƏZƏrova



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   2   3   4   5   6   7   8   9   ...   18

EQO  [Alm.  Ich;  ing. Myself,  I;  lat.  Ego;  osm.  tr.  ene;  ər.  ؤَأ]. 
bir kimsənin şəxsiyyətini meydana gətirən təməl element, mən. 
fərdi  o  biri  varlıqlardan  ayıran  şüur.  Freydə  görə  əsas  və  ən 
primitiv mənlikdir. Ana qaynağı cinsəllik, aclıq kimi ehtiyacların 
ən eqoistcəsinə doyurulmasıdır 
EKKLESĠYA - Qədim  Yunanıstanda xalq  yığıncağınım  ən 
çox  yayılmış  adı.Bütün  növ  məsələlər  Ekklesiyada  müzakirə 
edilirdi. 
EKZOQAMĠYA (yunanca  ―ekzo‖-xarici,  ―qamos‖-nigah)  – 
hərfi  mənada  kənardan  nikah  olmaqla  nəslin  mühüm  əlaməti 
sayılır.  Ekzoqamiya  prinsipinə  əməl  edilməsi  nəslin  üzvlərinin 
təsərrüfat və ailə-nikah münasibətlərində böyük rol oynayırdı. 
ELĠTA fransızca  seçilmiş  deməkdir.  Hakimiyyətin  daşıyıcısı 
anlamına gəlir. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
58 
EMFĠTEVZĠS -  Roma  hüququnda  başqasının  torpağından 
istifadəyə olan irsi hüquq. Yüz il və daha uzun müddətə bağlanan 
icarə  müqaviləsi  ilə  müəyyən  olunurdu  və  icarəyə  götürən, 
torpaqdan  istifadəyə  və  sərancam  verməyə  münasibətdə  bütün 
hüquqlara malik idi. 
ENDOQAMĠYA (yunanca  ―endoi‖-daxili,  ―qamos‖-nikah)  –
hərfi mənada daxili nikah deməkdir. Endoqamiya, bir etnik birlik 
kimi qəbilənin çox mühüm əlaməti olmuşdur. 
EQOĠZM [Alm. Egoismus; fr. Ègoisme; ing. Egoism; osm. tr. 
hadkamlik; lat. ego – mən] – 1. Ümumi mənada: mən düşkünlüyü, 
özünə  düşkünlük,  başqalarını  hesaba  qatmadan  ancaq  özünü 
düşünmək,  öz  mənfəətini  düşünmək.  İnsanı  cəmiyyətə  və  digər 
adamlara  münasibəti  baxımından  səciyyələndirən  həyat  prinsipi 
və əxlaqi keyfiyyət. 
EQOSENTRĠZM  [alm.  Egozentrismus;  fr.  Egocentrisme; 
osm. tr. li-l eneiyye; ər. حُﺋأَْ] – sözün kökü latın dilindəki ―ego 
–  mən‖  kəlməsindən  törəyib.  –  sentrizm  əlavəsi  isə  ideya  və 
konsepsiyalarda  artırılan  şəkilçi  mahiyyətini  daşıyır.  Centr  – 
mərkəz, ism – isə ideologiya mənasını ifadə edir. Ərəbcə variantı 
isə  mən  -  ؤٔأ  sözünə  ي  –  üçün  şəkilçisi  artırılmaqla  düzəlmişdir. 
―Mən‖i  qərar  və  hadisələrin  mərkəzinə  yerləşdirmə,  yaxud 
insanın öz aləmini yüksəklərə qaldıraraq bütün dünya hesab edən 
özünün maddi və mənəvi dəyərlərini bütün dünyaya müncər edən 
dünyagörüşü forması.  
EQZOTERĠK  [alm.  Exoterich;  fr.  Exoterique;  ing.  Exoteric; 
yun. Ekso = xaricdə, çöldə; osm. tr. harici] – xaricdə olan, çöldə 
olan, daxildə olmayan. Eqzoterik, etimoloji olaraq ―xaricə doğru‖, 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
59 
―xarici‖  mənasını  verər.  Bir  təlimin  ictimaiyyətə  açıqlanan  və 
―bilməsinə  icazə  verilən‖  qisimlərini  ifadə  edir.  Ezoterik
etimoloji olaraq ―içə dönük‖, ―daxili‖ mənasını verir. Bir təlimin, 
seçmə  seqmenti  xaric,  ictimaiyyətə  açıqlanmayan  və  ―bilməsinə 
icazə verilməyən‖ sirli hissələrini ifadə edir. 
EQREQOR  (yun.  ἐγρήγοροι)  insanların  fikir  və  təxəyyülləri 
sayəsində yaradılan müstəqil bir xəyali (dini) varlıq, mələk və s. 
EHTĠMAL  [alm.  Wahrscheinlichkeit;  fr.  Probabiltè;  ing. 
Probability;  lat.  Probabilitas;  osm.  tr.  probabilitas;  osm.  tr. 
ihtimaliyet;  ər.  دُّناًرحإ]  –  mümkün  ola  biləcək,  baş  verə  biləcək 
hadisənin, vəziyyətin və s. həqiqiliyə, düzgünlüyə olan münasibət 
dərəcəsi. Bu mənada ortaya çıxması vacib olmayan  bir hadisənin 
ortaya çıxma imkanının ən yüksək dərəcəsi. Bir şeyin ola bilməsi, 
baş  verə  bilməsi,  mümkünlüyü.  Ehtimallıq  [alm.  Probabilismus; 
fr.  Probabilisme;  ing.  Probablism;  lat.  Probabilis  –  ola  biləcək; 
osm.  tr.  ihtimaliye;  ər.  لاًرحإ;  tr.  olasıcılık]  biliyin  ancaq  – 
imkanlılıq  dəyəri  olduğunu  və  imkan  olarsa  ola  biləcəyini  önə 
sürən nəzəri-skeptik təlim. 
EHTĠVA  [alm.  Ümfang,  extension;  fr.=ing.  –  extention;  lat. 
Extensiv; osm. tr. şümul; tr. Kapsam; ər. حؽاحأ] – əhatə, bir anla-
mın  yaxud  kəlmənin  və  onu  dilə  gətirən  terminin  əhatə  etdiyi 
varlıqların  və  fərdi  haidsələrin  hamısı.  Ərəbcədə  kök  hərfləri 
h+v+y – dir.  
EHTĠRAS  [alm.  Leidenschaft;  fr.=ing.  Passion;  lat.  Passio; 
yun.  Pathos;  osm.  tr.  ihtiras;  ər.  طاشرحإ;  tr.  tutku]  –   Ağlın 
çətinliklə  idarə  edə  bildiyi  hiss. Bir  insanın  istəmə,  hiss  etmə  və 
düşünməsinə  hakim  olan  güclü  meyl.  Uzun  müddətli  qalıcı  və 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
60 
güclü hissiyyat. Pozitiv ehtiras uğura, neqativ ehtiras uğursuzluğa 
aparıb çıxarır. Hegel ehtiras olmadan heç bir böyük işin öhdəsin-
dən gəlinməyəcəyini deyir.  
EZOTERĠK  [alm. Esoterisch; fr. Èsoterique;  yun. Esoterikos 
– daxildə içəridə; osm. tr. batin; ər. ٍؽات] – ―Ezoterik‖ termini ilə 
yalnız  savadlılar  üçün  nəzərdə  tutlmuş,  yalnız  mütəxəssislərin 
başa  düşəcəyi  ideyanı,  nəzəriyyəni  adlandırırlar.  Müəyyən  bir 
insan cəmiyyətinin xaricində heç kəsə bildirilməyən, ancaq məh-
dud sayda olan, dar bir çevrəyə xəbər verilən bilik, məlumat.  
EYNĠYYƏT  [ru.  Идентичность;  ing.  Identity;  ər.  حُُُػ]  - 
predmetin,  hadisənin  öz-özü  ilə  bərabərliyini,  eyniliyini  və  bir 
neçə predmetin bərabərliyini ifadə edən kateqoriya. 
EKZĠSTENSĠALĠZM  [alm.  Existenzialismus;  fr.  Existentia-
lisme;  ing.  Existentialism;  tr.  Varoluşçuluq;  lat.  exsistentia  – 
varlıq] – Çağımızın bir fəlsəfə cərəyanı. Eqzistensial fəlsəfi təlimi 
əsas qəbul edən bütün düşüncə sistemlərinə verilən ad. Danimar-
kalı  alim  Kierkegaard  böyük  miqyasda  başladığı,  eyni  zamanda 
fəlsəfənin əvvəldən bəri ələ aldığı problemləri kökdən yeniləməyə 
çalışan  modern  Avropanın  bəzi  filosoflarının  yaşatdığı  fəlsəfi 
cərəyan.  Fəlsəfədə  XX  əsrdə  ziyalıların  baxışlarına  cavab  verən 
yeni dünyagörüşü yaratmaq cəhdi kimi meydana gəlmiş irrasiona-
list cərəyan. 
EKSPERĠMENT  [Alm.  Erfahrung,  experiment;  fr.  Expe-
rience;  ing.experience;  experiment;  yun.emperia;  lat.experientia; 
osm.  tr.  tecrübe;  ər.  حتشﺟأ;  lat.  experimentum  –  sınaq,  təcrübə]  – 
hər hansı bir hadisənin tədqiqatın məqsədlərinə uyğun gələn yeni 
şəraitin  yaradılması  vasitəsilə  və  ya  prosesin  gedişinin  lazımi 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
61 
istiqamətdə  dəyişdirilməsi  vasitəsilə  həmin  hadisəyə  fəal  təsir 
yolu  ilə  tədqiq  edilməsi.  Yunan  dilindəki  peria  [təcrübə, 
imtahandan  keçirmə]  kəlməsindən  iki  sıra  söz  törənmişdir:  1. 
[mücərrəd  və  ümumi  mənada  işlədilən]  emperia  və  törəmələri: 
empirik, empirizm; II. [konkret və daha texniki mənada işlədilən] 
experientia  [lat.  Experiri  =  təcrübə,  təcrübədən  keçirmə]  və 
növləri: experimenter, experimental, experimentation. I – Emperia 
= təcrübə, təcrübədən keçirilənlər.  
EXPRESSĠONĠZM  [alm.  Expressionismus;  fr.  Expressio-
nisme;  ing. Expressionism;  lat. Exprimere  –  dilə gətirmək, uzaq-
laşdırmaq].  Təbiilik  və  müşahidəçiliyin  əksi  olan  müasir  sənət 
cərəyanı.  Bu  cərəyan  ön  planda  və  obyektiv  təbiəti  nə  də  maddi 
müşahidələri  əks  etdirmək  istəyər,  onun  dilə  gətirmək  istədiyi, 
mənəvi həyata aid olanların ruhi mühtəvalarıdır.  
EKSPLĠKASĠYA  [lat.  explicatio  –  izahetmə,  genişləndirmə] 
– bu və ya digər predmetin, hadisənin mahiyyətinin aşkara çıxarıl-
masından ibarət tədqiqat mərhələsi. 
EKLEKTĠZM  [alm.  Eklekticismus;  fr.  Eclectisime;  ing. 
Eclecticism;  osm.  tr.  iktitafiye;  eclestisme]  –  Qurulmuş  olan 
nizamlardan fərqli düşüncələri seçib almaq və öz təlimində birləş-
dirmə  metodu  və  bu  metodla  işləyən  filosofların  təlimi.  Seçmə-
cilik,  uzlaşdırmacılık-İntihabiyye:  müxtəlif  və  hətta  bir-birinin 
ziddi  olan  fəlsəfi  sistemlərdən  iqtibaslar  edərək  yeni  sistem 
qurmaqdır. 
EKVĠVALENT  [alm.  Äquivalent;  fr.  Èquivalent;  ing. 
Equivalent;  lat.  Aequivalens  –  eyni  dəyərli,  dəyərcə  eyni  olan; 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
62 
osm.  tr.  müadil;  ər.  لداؼي  ]  –  bir  başqa  dəyəri  əvəz  edə  biləcək 
dəyər, aralarında məntiqi eynilik olanlara da deyilir.  
ELEMENT  [alm.  Element;  fr.  Èlèment;  ing.  Element;  lat. 
Elementum;  osm.  tr.  unsur;  ər.   ٌضَأ;  tr.  öğe]  –  ümumi  olaraq  bir 
kombinasiyanın ən adı bir parçası. Məntiqdə bir sinifə, yaxud da 
hər şeyə bağlı olan bölünməz əsas hissələr.  
EMANASĠYA  [alm.  =  ing.  Emanation;  fr.  Èmanation;  lat. 
Emanatio;  osm.  tr.  sudur;  emanation]  –  aşağı  olanın  daha  yuxarı 
olandan  çıxması.  Çox  olanın  ―bir‖  olandan  çıxması.  Bir  olan 
yetkin  olandır  və  öz  varlığı  daxilində  azalmadan  və  dəyişmədən 
qalır,  ondan  törəyən  isə  çıxış  qaynağından  olan  uzaqlığın  ölçü-
sünə görə get-gedə yetişkənliyini itirir. Anlam baxımından da bir 
şeydən axmaq, aşağıdakının yuxarıdakından, hər şeyin ―Bir‖ olan-
dan çıxması deməkdir. 
EMPĠRĠZM [ru. Опытность; ing. Empirisme; yun. Empeiriya 
– təcrübə] – Təcrübə, məlumatın qaynağı olaraq sadəcə təcrübəni 
qəbul edən fəlsəfi sənətdir. İdrak nəzəriyyəsində cərəyan. 
EPĠSTEMOLOGĠYA [alm. Epistemologie; fr.Èpistèmologie; 
ing.  Epistemology;  yun.  Episteme  –  bilik,  logos  –  təlim,  söz]  - 
idrak  nəzəriyyəsi.  Bilik  nəzəriyyəsi:  Elmlərin  mövzu,  sərhəd  və 
qarşılıqlı münasibətlərini təyin və təsbit edən fəlsəfi məktəb. Bilik 
təlimi.  Elmlərin  qoyduğu  problemləri  tədqiq  edən  fəlsəfə  sahəsi. 
Elm fəlsəfəsi ilə təxmini olaraq eyni mənalıdır. Ancaq elm fəlsə-
fəsi elmlərin tarixini fəlsəfi baxımdan tədqiq edir, epistemologiya 
isə  müxtəlif  elmlərin  ideyalarını,  hipotezlərini  və  nəticələrini 
tənqid edərək araşdırar, onların məntiqi əsasını, obyektiv dəyərini 
təyin etməyə çalışır.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
63 
ETHOS [etos]: Kosmosa qarşı insanın əxlaqi varlığı. 
ELM [Alm. Wissemschaft; fr., ing. Science; lat. Scientia; osm. 
tr.  ilim;  ər.  ىهػ]  –  təbiət,  cəmiyyət  və  təfəkkür  haqqında  yeni 
biliklərin  istehsalına  yönəldilmiş  və  bu  istehsalın  bütün  şəraitini 
və momentlərini; özlərinin bilikləri və qabiliyyətləri, peşə ixtisası 
və  təcrübəsi,  elmi  əməyin  bölgüsü  və  kooperasiyası  ilə  birlikdə 
amilləri.  Elmlər  toplusu  yaxud  bütünlükdə  elmi  biliklərə  verilən 
addır. Bəzən bilməyə istiqamətlənmiş müəyyən bir prosesin adına 
da elm deyilir. Sözün kökü ərəbcədəki alimə-dən [ٍُع] gəlir. Elm 
sözü isə onun məsdər formasıdır.  
EMOTĠVĠZM [lat. emovere – oyatmaq, həyəcanlandırmaq] – 
məntiqi  pozitivizm  metodologiyasının  ardıcıl  tətbiq  olunduğu 
subjektivist əxlaq nəzəriyyəsi.  
EMPĠRĠOKRĠTĠSĠZM 
[ru. 
Эмпириокритицизм; 

―təcrübənin  tənqidi‖]  və  yaxud  maxizm  –  Avenarius  və  Max 
tərəfindən  əsaslandırılmış  subjektiv  idealist  cərəyan.  Empirio  və 
kritika sözlərinin birləşməsindən əmələ gəlmişdir. 
EMPĠRĠOMONĠZM  [yun.  Empeiria  –  təcrübə  və  monos  – 
vahid]  –  empiriokritisizmin,  maxizmin  növlərindən  biri; 
Boqdanov öz fəlsəfəsini belə adlandırmışdı. 
EMPĠRĠOSĠMVOLĠZM  [yun.  Empeiria  –  təcrübə  və  və 
sumbolon – şərti, işarə, simbol] – idealist Yuşkeviçin  empiriokri-
tisizmin özünə aid olan növün adlandırdığı termin. 
ELM  ƏL-YƏQĠN  -  bax:  yəqin.  Şübhə  duymadan  bir  şeyi, 
möhkəm  və  qatı  olaraq  bilmək.  (Yəqin:  mərifəti  və  zəkanı  və 
misalının  fövqündə  olan  elmin  sifətidir.  İlm-i  yəqin  deyilir, 
mərifəti-i  yəqin deyilmir. Ayn-əl  yəqin: (sözün mərfu halı ayn-ul 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
64 
yəqindir.) Göz ilə görər dərəcədə və ya görərək, müşahidə edərək 
bilməkdir.  Məsələn;  uzaqda  bir  duman  görürük.  Artıq  atəşin 
varlığını  elmi  olaraq  bilirik.  Bu  bilmə  dərəcəsinə  elm-əl  yəqin 
deyilir.  Atəşə  yaxınlaşıb,  gözümüzlə  görsək,  ona  ayn-əl  yəqini 
bilmək  deyilir.  Daha  da  irəli  gedərək  bütün  hisslərimizlə  atəşin 
varlığını  anladıqsa;  atəşin  yandırması  və  sair  sifətlərini  da 
bildiksə,  bu  növdən  olan  elmimizin  dərəcəsinə  də  haqq-al  yəqin 
deyilir. 
ENTUZĠAZM  [alm.  Enthusiasmus;  fr.  Enthusiasme;  ing. 
Enthusiasm;  yun.  En-thos  –  Daxilində  Tanrı  ilə  olma  ;  osm.  tr. 
Vecit; tr. Coşku; ər.  ﺟو
ذ ]. 1. Hər hansı bir düşüncə ilə, yüksək bir 
hisslə  dolub  daşma,  qəlbini  fərhləndirmə,  ruhun  aşıb  –  daşması, 
mənəvi coşqunluq və s. kimi vəziyyətlərə deyilir. Bəzən ―insanin 
Tanrı  ilə  dolub  daşmasına‖  da  deyilir.  Dilimizdə  daha  çox 
ərəbcədən  keçmə  vəcd  sözündən  istifadə  olunur.  Misal  üçün 
kiminsə haqqında ―Filan şəxs vəcdə gəldi‖ deyimi işlək ifadədir.  
ENTELEXĠYA  [yun.  Entelecheia  –  özü-özündə  məqsədə 
malik  olan]  –  məqsədlilik  Aristoteldə  və  sxolastikada 
hərəkətverici  qüvvə  kimi  [Teleologiya]  məqsədyönlülük;  imkanı 
gerçəkliyə çevirən özünəməqsəd fəal başlanğıc. 
ENSĠKLOPEDĠYA  [alm.  Enzyklopȧdia;  fr.  Encyclopѐdie; 
ing.  Encyclopedia,  yun.  En=kyklos-  dairə  çevrəsində,  peedia  – 
təhsil  deməkdir;  osm.  tr.  kamus].  Qədim  etmiloji  termin  olan  bu 
kəlmə  əslində  antik  Yunanıstanda  məcburi  təhsili  kimi  başa 
düşülürdü. Müasir anlamında isə bütün elmlərin yaxud da bir elm 
sahəsinə  aid  olan  hər  şeyin  maddə-maddə  nizamlı  olaraq,  əlifba 
sırasıyla  verildiyi  bir  əsər.  Müasir  dövrdə  ilk  örnəyi  Fransada 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
65 
Didederot və D`Alambertin təşkil etdiyi məşhur ―Encyclopedie ou 
dictionnaire  raisonnѐ  des  sciences,  des  arts  et  des  mѐtiers‖dir. 
[1751-1780].  İslam  mədəni  bölgəsi  fəlsəfəsində  ―Saflıq 
qardaşları‖ [İxvan əs-Səfa] adı ilə ensiklopedistlər məşhurdur.  
ENTĠMEMA  [yun.  Entimo  –  ağılda]  -  ənənəvi  formal 
məntiqdə  deduktiv  əqlinəticə;  bu  əqlinəticədə  hər  hansı  bir  hissə 
ya müqəddimələrdən biri, ya da nəticə aydın ifadə olunmur. 
ENTROPĠYA [yun. En – da, də və trope – dönüş, çevrilmə] – 
çevrilmə,  dəyişmə.  Klassik  fizikanın  əsas  anlayışlarından  biri; 
elmə R. Klauzius daxil etmişdir. 
EPĠFENOMEN  [yun.  Epi  –  yanında,  sonra,  ətrafında  və 
phainomenon  –  təzahür  edən]  –  dünyanın  maddi  [və  ya  ideal] 
məzmunun  passiv  inikası  kimi  şüurun  ifadə  edilməsi  üçün  tətbiq 
olunan termin. 
EPĠHEYREMA [yun. Epiheirema - əqlinəticə] – müqəddimə-
ləri entimemalardan ibarət sillogistik əqli nəticə. 
ERĠSTĠKA  [yun.eristikos  –  mübahisə  edən]  –  qədim  yunan 
sofistləri arasında xüsusilə geniş inkişaf etmiş mübahisə sənəti. 
ETĠKA [alm. Ethik; fr. Èethique; ing. Ethics; lat. Ethica; yun. 
Ethike;  osm.  tr.  ilm-i  ahlak;  ər.  قٓخْآ  ىهػ;  tr.  ethik  –  insanın 
gerçəkliklə  qarşılıqlı  münasibətlərinin  özünəməxsus  tərəfləri. 
Əxlaq  fəlsəfəsi,  insanın,  cəmiyyətin  və  həyatın  əxlaqi  tərəflərini 
araşdıran  sahə,  insanın  həm  özünəməxsus,  həm  də  ictimai  həya-
tındakı əxlaqi, mənəvi dəyərləri araşdıran fəlsəfənin bir qoludur.  
ESKATALOGĠYA [alm.=Fr. Eschatologie; ing. Eschatalogy; 
yun.  Eschaton  –  son,  sonuncu;  loqos  –  təlim,  doktrina;  osm.  tr. 
ilm-ül  ahiret;  ər.  جشخْآ  ىهػ]  -  Yunanca  έσχατος  yəni  "son" 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
66 
kəlməsindən  törəmiş  teologiya  və  fəlsəfənin  bir  hissəsidir. 
İnsanlığın son taleyi və ya dünya tarixini nəticələndirən hadisələr, 
daha kobud bir təbirlə dünyanın sonu ilə məşğul olur. Bir çox din, 
təlim və ya kultta dünyanın sonu gələcəkdə olacaq bir hadisə kimi 
müqəddəs  mətn,  mit  və  ya  folklorda  göstərilir.  Daha  geniş  bir 
baxımdan, eskatologiyada Məsih, Məsih Çağı, axirət və ruh kimi 
mövzuları  da  əhatə  edə  bilər.  Fərqli  inanışların  eskatolojik 
inancları və düşüncələri fərqli olsa da müəyyən oxşarlıqlar var ola 
bilər. 
ESTETĠKA  [alm.  Ǟsthetik;  fr.  Esthètique;  ing.  Aesthetics; 
yun.  Aisthetikè  [episteme]  –  həssaslıq  haqqında  təlim]  –  insan 
tərəfindən  aləmin  estetik  mənimsənilməsi  qanunauyğunluqları, 
gözəllik  qanunları  əsasında  yaradıcılığın  mahiyyəti  və  forması 
haqqında elm. Kanta görə transandental estetika hissiyyatın ilkin 
ideyalarının elmidir. Əslində gözəl və sənət Platondan indiyə qə-
dər fəlsəfi fikirlərin mövzusu olmuşdur.  
ETATĠZM [alm. Etatismus; fr. etatisme – dövlət; خٌٚذٌأ خفغٍف
–  Dövləti  bütün  ictimai  işlərdən  xüusilə  də  iqtisadi  və  mədəni 
həyatın  sistemindən  üstün  görən  məfhum.  Ümumiyyətlə  dövləti 
ənənə,  mədəniyyət,  hüquq  və  digərlərinin  qaynaq  və  daşıyıcısı 
olaraq  görmə  təlimi.  Dövlət  fəlsəfəsi  dövlətin  və  ictimai  həyatın 
özü,  ortaya  çıxması,  mənası,  əsas  ideyaları  və  əsas  formaları 
üzərində inkişaf etdirilən fəlsəfə təlimləri [Dövlət fəlsəfəsini ilkin 
Platon  ilə  Aristotel  qurmuşlardır].  Ümumiyyətlə  dövləti  müasir 
politologiyada konsepsiya. 
ETĠBAR  [alm.  Konvention;  fr.=ing.  Convention;  lat. 
conventio]  –  etibar,  əminlik.  Hörmət  görmə,  qiymətli,  etibarlı 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
67 
olma vəziyyəti, möhtərəmlik, prestij. Borc ödəmədə etibarlı olma 
vəziyyəti.  Əhəmiyyət  vermək.  Hörmət,  riayət  və  xatir  saymaq. 
Qulaq  asmaq.  İbrət  götürüb  ayıq  olmaq.  Birinci  və  ya  sözünü 
məqbul fərz etmek. 
ETĠQAD  [ər.  دبمزعإ]–  bu  və  ya  digər  hadisənin  həqiqiliyi 
haqqında  və  biliyə  əsaaslanmayan  inam.  Etiqad  dini-fəlsəfi 
ədəbiyyatda da çox işlənir. Kök olaraq aqədə [ذمع] felindən gəlir 
və  VIII  babda  məsdəridir.  Dilimizdə  işlənənən  əqidə  sözü  də  bu 
qəbildəndir.  Elm-i  əqaid  –  hər  hansı  bir  dinin  iman  məsələlərini 
və şəriət hökmlərini, o cümlədən ibadət formalarını öyrənən elm. 
EHKAM - bax: Doqma.  
EUDAYMONĠA [yun.eu-daimonia – yaxşı bir dayimonu olan 
adam,  insanın  bütün  həyatını  ehtiva  edən,  onun  fəaliyyətlərinin 
mərkəzində  yer  alan  güc.]  –  ümumi  mənada  isə  insan  ruhunun 
yaxşı vəziyyətdə olmasına deyilir. Zamanla daha başqa mənalarda 
da  istifadə  edilmişdir.  Misal  üçün  insanın  xarici  təzyiqlər 
nəticəsində  müvəqqəti  xoşbəxtliyinə  verilən  ümumi  anlam  kimi 
götürülmüşdür.  
EUDOMANĠZM  [alm.  Eudämonismus;  fr.  Eudèmonisme; 
ing.  eudomonism;  yun.  Eudaimonismos;  osm.  tr.  istisadiye]  – 
həyatın  mənasını  xoşbəxtlikdə  görən,  insanın  bütün  fəaliy-
yətlərinin son elementi olaraq xoşbəxliyi görən əxlaqi təlim.  
 
 
 
 
 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
68 
 
Ə 
 
    ƏBƏDĠYYƏT [ər. خٌذثأ]– aləmin mövcudluğu zamanı, materi-
yanın yaradılmazlığı və məhvedilməzliyi, onun substansial sonsuz 
uzunluğu, sürəkliliyidir. 
ƏCƏMĠ  –  qeyri-ərəb  mənşəli  olan.  Yaranması  etibarı  ilə 
Xilafət  dövrünə  təsadüf  edən  bu  kəlmə,  Xilafətin  tabeçiliyində 
yaşayan  və  ərəb  olmayan  çoxlu  xalqlara  verilən  ad  idi.  Hərfi 
mənasında  ―yad‖,  ―naməlum‖,  ―əcəmi  olan‖  deməkdir.  Bəzən 
hərfi mənasında da işlədilir.  
ƏCR  [شﺟأ]  –  əvəz,  mükafat  deməkdir.  Əcr,  insanların  bu 
dünyada  çəkdikləri  əzablara,  işlədikləri  xeyir  əməllərə  və  etdiyi 
ibadətlərə  əvəz  olaraq  axirət  dünyasında  Tanrının  verdiyi  müka-
fatlardır. 
Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin