ADĠLƏ NƏZƏrova



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə1/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
  1   2   3   4   5   6   7   8   9   ...   18

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 

 
ADĠLƏ NƏZƏROVA 
 
 
 
 
 
 
 
FЯLSЯFЯ TERMИNLЯRИNИN 
 ИZAHLI LЦЭЯTИ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2014 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 

 
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında 
Terminologiya Komissiyasının 27 dekabr 2013-cü il tarixli 
N:T/7 qərarı ilə nəĢr olunur. 
 
 
 
Redaktorlar:          fil.e.d., prof. S.A.Sadıqova 
                             f.e.d., prof. Ġ.R.Məmmədzadə 
 
       Rəyçilər:      f.e.d. F.M.Qurbanov 
                            f.e.d., prof. Ġ.B.Kazımov 
                           f.ü.f.d., Y.M.Əliyev 
 
 
Nəzərova A.H. Fəlsəfə terminlərinin izahlı lüğəti.  
Bakı, “Elm və təhsil”, 2014, 224 səh. 
 
Lüğətdə  Azərbaycan  dilində  işlənən  fəlsəfi  termin  və 
termin-söz  birləşmələrinin  geniş  şəkildə  izahı  verilmişdir. 
Lüğət tələbələrin, müəllimlərin, tədqiqatçıların tərcüməçilə-
rin və fəlsəfə ilə maraqlanan oxucu kütləsinin istifadəsi üçün 
nəzərdə tutulmuşdur. 
 
2014
098
4602000000

N
 грифли няшр 
                       © «Елм вя тящсил», 2014 
 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 

 
 
GĠRĠġ 
 
  Elmin  bütün  sahələrində  çalışan  tədqiqatçıların  qarşılaş-
dıqları  çətinlikləri  aradan  qaldırmaq,  zəruri  ehtiyaclarını  təmin 
etmək məq-sədilə  elmi bazanı  (termin, məfhum  anlayışları  əhatə 
edən)  özündə  əks  etdirə  bilən  lüğətlərin  ana  dilində  işlənib 
hazırlanması  zərurəti  yaranmışdır.  Bu  nəzərə  alınaraq  tərtib 
olunan ―Fəlsəfə terminlərinin izahlı lüğətin‖də fəlsəfədə istifadə 
olunan  terminlər  toplanmış  və  onların  ana  dilində  izahı  veri-
mişdir. Lüğətə  fəlsəfə ilə bağlı 2000 termin və termin-söz birləş-
məsı  daxil  edilmiş,  terminlər,  termin  söz  birləşmələri  lüğətçilik 
işində müəyyənləşdirilmiş meyar və prinsiplər əsasında verilmiş 
və aşağıdakı qanunauyğunluqlar gözlənilmişdir: 
1.  Terminlərin  Azərbaycan  dilində  dəqiq,  konkret  izahı 
verilmişdir; 
2.  Terminlər  beynəlmiləl  mahiyyətlidirsə  elə  həmin  terminin 
özü də saxlanılmış və izahı verilmişdir; 
3.  Dublet  terminlərdən  yalnız  anlayışın  məzmununu  daha 
dəqiq ifadə edənlər seçilmiş və izah edilmişdir. 
Lüğətdən aydın olur ki, Azərbaycan dilində  fəlsəfə ilə bağlı 
ter-minoloji  sistem  formalaşmışdır.  Bu  nəzərə  alınaraq    yeni 
anlayışla-rın  ifadəsi  üçün  alınma  sözlərdən  çox  sözseçmə 
prinsipinə  –  dilin  lüğət  tərkibində  işlənən,  onların  qarşılığını 
dəqiq  ifadə  edən termin-lərə  üstünlük  verilmişdir.  Müsbət  haldır 
ki, lüğətdə terminlərin geniş, dəqiq  izahı verilmişdir. Terminlərin 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 

izahı  elə  qurulmuşdur  ki,  təsnifat  nəticəsində  onlar  arasında 
yaranmış əlaqə itməsin. Elmin  sistemli şəkildə araşdırılması  bu 
sahə ilə bağlı terminologiyanın inkişafına da təkan vermişdir. Bu 
inkişafla  bağlı  mütəxəssislər  və  elmi-tədqiqatla  məşğul  olan 
tədqiqatçıların  araşdırmaları  dil  bazasının  genişlən-məsinə,  yeni 
terminlərin, anlayışların yaranmasına səbəb olur. Fəlsəfə elminin 
geniş  tədqiqi  ilə  bağlı (ədəbiyyatlarda hə-min sahədəki vəziyyəti 
əks etdirən) yeni terminlər və sözlər dinamik inkişafdadır. Lüğətə 
bu  sahədə  müasir  biliklər  əsasında  forma-laşmış  terminlər  daxil 
edilmişdir.  Uzun  çalışmalardan  sonra  araya-ərsəyə  gələn  bu 
lüğətin  özündən  əvvəlkilərdən  əsaslı  fərqi  ondan  ibarətdir  ki, 
terminlərin  mənası  və  mahiyyəti  açıqlanmaqla  yanaşı,  dildəki 
inkişaf  formaları  və  dəyişiklikləri,  eləcə  də  hansı  dilə  məxsus 
olmaları  və  digər  dillərdəki  ekvivalentləri  də  qeyd  edilmiş  və 
ətraflı  izah  edilmişdir.  Lüğətdə  qeyd  olunan  ərəb  və  fars 
terminlərinin  ətraflı  izahı  həm  də  ali  məktəb  tələbələrinin, 
müəllimlərin,  mətbuat  işçilərinin  də  qabaqkı  dövrlərə  məxsus 
mənzum parça, yaxud mətnləri oxuyarkən də köməyinə gələ bilər. 
Belə ki, müasir dövrdə M.Füzulinin ―Hədiqətu-s Süəada‖ əsə-rinin 
dilini  başa  düşmək  heç  də  asan  deyil.  Yaxud  Bəhmənyarın  hər 
hansı  bir  əsərindən  dilimizə  tərcümə  etmək  müəyyən  çətinliklər 
doğurur. Çünki lüğətlərdə onların fəlsəfi anlamları deyil, daha çox 
işlək  müasir  mənaları  verilir.  Bir  örnəyə  nəzər  salaq;  ―Furqan‖ 
sözünə  lüğətdən  anlam  tapmaq  istəsək,  ―ayırıcı,  fərqləndirici‖ 
sözlərini  taparıq.  Halbuki  ―furqan‖  dini  –  fəlsəfi  ədəbiyyatda 
Quran-i Kərimin adıdır.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 

İlkin  fəlsəfi  dünyagörüşü  səciyyələndirən  anlayışların 
yaranması  müasir  türk  dillərinin  əsasında  dayanan  qədim  oğuz 
dilidir.  Belə  ki,  bu  dövrdə  yazılı  ədəbi  dilin  inkişafına  qədərki 
həyatın müxtəlif sahələri ilə  əlaqədar  yeni  yaranan sözlərin şifahi 
olaraq  əmələ  gəlməsi  prosesi  başladı.  Bu  dövrdəki  fəlsəfi 
terminləri  qədim  türk  yazılı  abidələrinin  dillərində  keçən  və 
dünyagörüşü və ətraf mühiti ehtiva edən sözlər təşkil edirdi. Orta 
əsrlərdən  etibarən  isə  dil  ərəb  mənşəli  sözlərin  böyük  təsirinə 
məruz  qalmağa  başladı.  Bu  dövr  Azərbaycan  dilinin  inkişaf 
tarixində uzun bir prosesi əhatə edir.  
Təbii  ki,  müxtəlif  sahələrdə  terminlərin  formalaşması  və 
inkişafı    xalqın  həyat  tərzi,  ictimai-siyasi  mühitlə  bilavasitə 
əlaqədardır. Azər-baycanı rus işğalı dövrü ərzində ictimai həyatın 
demək  olar  ki,  bütün  sahələrində  işlətdiyimiz  dil  üslublarına    rus 
və  avropa  mənşəli  sözlərin  böyük  axını  başladı.  Ərəb  dilindəki 
fəlsəfi  terminologiyanın  böyük  bir  qisminin  yerini  artıq  məhz  bu 
dildəki ifadələr alırdı.  Lüğətdən ixtisasçılar, tələbə və müəllimlər, 
doktorantlar, tərcüməçi-lər, eləcə də fəlsəfə ilə məşğul olan və  ya 
maraqlanan şəxslər istifadə edə bilərlər.  
Sizə  təqdim  olunan  bu  lüğət  günümüzün  aktuallığından 
qaynaqlanaraq  bilavasitə  bu  sahədə  mövcud  olan  terminləri 
toplayıb  izahını  verməklə  ixtisas  sahibi  olan  mütəxəssislərin    o 
cümlədən  fəlsəfi  əsərləri  oxuyarkən  ortaya  çıxan  çətinlikləri 
mümkün qədər qarşısını almaq məqsədi daşıyır. 
 
Terminologiya Komissiyasının sədr müavini, 
filologiya elmləri doktoru, professor Sayalı Sadıqova 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 

 
QISALTMALAR VƏ ĠġARƏLƏRĠN ġƏRHĠ 
 
? – sözün altından çəkilən xətt onun normal səslənməsindən iki 
dəfə artıq uzun tələffüz ediləcəyini bildirmək üçündür. ―Ayna‖ və 
―arif‖ sözlərində birinci a hərfinin tələffüzü kimi.  
Pref. – prefiks, sözlərin əvvəlinə artırılan şəkilçilərdir. 
Suf. – sözlərin sonuna artırılan şəkilçilərdir. 
Alm. – alman dili 
Ing. – ingilis dili 
Ru. – rus dili 
Az. – azərbaycan dili 
əs.tr.  –  əski  türkcə,  bəzi  hallarda  Azərbaycanda  mövcud  olan 
əski əlifba ilə eyni olur.  
Os.tr. – osmanlı türkcəsi 
ər. – ərəb dili 
far. – fars dili 
Fr. – fransız dili 
Yun. – yunan dili 
Ru. – rus dili  
Müən.  –  müənnəs,  ərəb  dilində  qadın  cinsinə  aid  olan  sözlər. 
Ərəb  dilində  qadın  cinsinə  aid  olan  sözləri  kişi  cinsinə  aid 
olanlardan  fərqləndirmək  üçün  sözlərin  sonuna  ―ətun‖  şəkilçisi 
artırılırdı. Misal üçün ―cəmiun‖, ―cəmiatun. Yalnız bir çox halda 
kişi  cinsində  olan  sözə  müənnəslik  bildirən  şəkilçi  artırdıqda 
sözün mənası da dəyişir.  
Müz.  -  ərəb  dilində  kişi  cinsinə  aid  sözlər.  Bu  səzlərin  sonu 
adətən təmərbutə (ətun) hissəciyi ilə qurtarmır.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 

 
 

ABSURD  [alm. = ing.  Absurd;  fr. Absurde;  osm.  tr.  abes; ər. 
ظجع]  –  avropa  mənşəli  bu  kəlmə  dilimzə  bizim  gündəlik 
həyatımızda  vərdiş  etdiyimiz  və  düzgün  təfəkkür  tərzinin  əsasını 
təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara  əhəmiyyət 
verməyən,  aralarında  məntiqi  əlaqənin  pozulması  kimi  tərcümə 
edilir.  Absurd  və  absurdluq  təfəkkürdə  və  reallıqda  mövcuddur. 
İnsan bəzən real  həyatda müşahidə  etdiyi  hər hansı  bir hadisəni, 
yaxud  şeyi  məntiqi  cəhətdən  izah  etməkdə  çətinlik  çəkir  və  bu 
ona  absurd  –  qeyri  məntiqi  kimi  görünür.  Lakin  insana  bəzən 
absurd  təzhürü  bağışlayan,  onun  məntiqi  analizindən  kənarda 
qalan  şey,  hal  və  ya  hadisələrə  qeyri  –  həqiqi  anlamı  yükləmək 
olmaz.  Kəlmə  dilimizdə  özünün  orijinal  orfoepik  formasını 
qorumuşdur.  
ABA  –  dilimizin  daha  qədim  kəlmələrindəndir.  Bəzi  türk 
dillərində hələ də işlənməkdədir. ―Hörmətəlayiq adam‖ deməkdir. 
Aba  kəlməsi  qədim  türk  dillərində  çox  işlənir  və  müxtəlif 
mənaları  ifadə  edirdi.  ―Ana‖,  ―abla‖  və  ―baba‖  mənasında  da 
işlədilmişdir.. 
ABĠ  -  əski  türk  dillərində  ―can,  ruh‖  mənasını  ifadə  edərdi, 
bundan  başqa  məcazi  mənada  ―soyuqluq‖  mənasına  da  gəlirdi.  
Farscadaki  ab+i  sözü  ilə  eyniləşdirmək  olmaz.  Müasir  türkcədə 
isə  abi  sözü  ağabəy  sözünün  qısaldılmış  formasında  böyük 
qardaşa və özündən böyüklərə xitabən işlədilir.  

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 

ABIZ  -  əski  türkcədə  ruhlarla  bağlı  işlənirdi,  ―mənəvi,  ruhi‖ 
mənalarını ifadə edir.  
ABSTRAKSĠYA  –  [ing.  Abstraction;  ru.  Абстрактный;  lat. 
Abstractio  –  ayırma,  təcridetmə;  ər.  ذَشجذ]  –  mücərrədlik.  Elmi 
tədqiqat  metodudur.  Obyektiv  aləmi  dərk  etməyə  istiqamətlən-
mişdir.  
ABSTRAKT  [lat.  Abstractio  –  mücərrəd;  ər.  دشجي]  tamın  bir 
tərəfi, birtərəfli,  sadə, inkişaf etməmiş  olan hissəsi. Dilimizdə  iş-
lək ifadə kimi, ərəbcədən keçmə mücərrəd ifadəsi də mövcuddur.  
AÇIĞ – oğuz mənşəlidir. İntiqam, kin, qərəz, istirab, ələm və 
s.  mənaları  vardır.  Bəzi  yerlərdə  ―acıh‖  yaxud  ―açuv‖  kimi  də 
keçmişdir. Əski türkcədə ələm, əziyyət anlamlarında keçər. Misal 
üçün Orhon Yenisey yazılı abidələrində ―iltin kantın açığ bolur‖ – 
ifadəsi mövcuddur.  
AÇIQLAMA  –  [fr.  ing.  explication;  lat.  explicatio].  Müasir 
dilimizdə  çox  işlənir,  türkcə  kəlmədir.  Məna  olaraq  izah,  şərh, 
yaxud hər hansı bir hadisəni, bir halı vəziyyəti həll etdikdən sonra 
onun  detalları  ilə  olan  bağı  və  əlaqələri  ortaya  çıxarmaq  şərtilə 
deyilən fikirlər, yaxud aydınlatmağa deyilir. Bir şeyin mahiyyəti-
nin  dəlilini  aşkar  edib  ortaya  çıxarmaqdır.  Bəzən  anlaşılmaz  bir 
vəziyyətin  səbəb  və  şəraitini  izah  etmək  üçün  açıqlamalara  ehti-
yac duyulur. 
ACĠVĠKA  –  kəlmə  etibarı  ilə  hind  mənşəlidir.  Ruhun 
yaşadığını  irəli  sürən  qeyri-ortodoksal  qədim  hind  təlimlərin-
dəndir.  
ACUN  –  əski  türkcədə  çox  işlənənən  kəlmələrdəndir. 
―Dünya‖, ―yer üzü‖ mənalarına gəlir. Acun sözünün daha müasiri 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 

―kürrey-i ərz‖ sözü də işlənirdi. Bu söz acun sözünə ekvivalentdir 
və ərəbcədən keçən birləşmədir.  
AD [ing. Name; ər. ىعإ] – əski türkcədən gəlmədir, hal-hazırda 
çox  işlənən  və  müxtəlif  mənalara  gələn  sözlərdən  biridir.  Dili-
mizdə adlar əşyalara məxsus ən böyük xarakterik xüsusiyyət olub, 
bilavasitə onun mahiyyətini tərif edir. Adlar vasitəsilə biz canlı və 
cansız  təbiətdə  və  kainatda  olan  hər  var  olanı  tanıyır,  bilirik. 
Adlar  və  sifətlər  bütün  var  olanların  ən  mühüm  xüsusyyətlərini 
təşkil  edir.  Doğulduğu  zaman  adama  verilən  şəxsi  isim.  Ad  və 
soyad. Ad qoymaq. Adın nədir? Adını söyləmək və s.  
ADAPTASĠYA –  [ing.  Adaption;  tr.  adaptasyon]  insanların 
yeni  etnik  mühitə  uyğunlaşmasına  deyilir.  Ümumi  mənada 
fəlsəfədə  uyğunlaşma,  həmahəng  olmağa  deyilir.  Adaptasiya  və 
ya akkomodasiya ən çox biologiyada işlədilir, misal üçün növlərin 
adaptasiyası.  
ADƏT     [ing.  Habit;  ər.  جدآ]–  müəyyən  etnik  birlik  daxilində 
qəbul edilmiş davranış qaydalarıdır. Adətlər və ənənələr hər hansı 
bir xalqa, topluma, hətta kiçik topluma da aid ola bilər. Adətlər bu 
sosial  birliklərin  yüz,  hətta  min  illərdən  süzülüb  gələn  köklərə 
malikdir.  
ADDĠTĠV  və  Qeyri-Additiv  [lat.  Additivus  –  budaq  əlavə; 
hərfən toplama  yolu  ilə  alınan]  –  tam və  onu təşkil edən hissələr 
[hissə və tam] arasındakı nisbətin tiplərini əks etdirən anlayışlar. 
ADEKVAT  [adäquat;  fr.  Adèquat;  ing.  Adequat;  lat. 
Adaequatus; osm. tr. mutabık; ər. كتاطي] – bir-birinə uyan, uyğun 
gələn,  həmahəng  olan  deməkdir.  Latın  dilindən  avropa  dillərinə 
keçən  və  dilimizdə  də  çox  rastlanan  bu  kəlməyə  bərabər  bölün-

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
10 
müş, bir-birinə uyğun gələn müəyyən şeyləri  yaxud məziyyətləri 
ifadə  etmək  üçün  işlədilir.  Misal  üçün  adekvat  tədbirlər,  adekvat 
fikirlər  və  s.  Adekvatlıq  [lat.  Adaeguatus  –  bərabərləşdirilmiş  – 
uyğunluq,  bərabərlik  ekvivalentlik]  mahiyyət  etibarı  ilə  digər 
qarşılığını tam mənası ilə qarşılayan, ehtiva edən düşüncə tərzidir.  
AĞIL  [alm.  Vernunuft;  fr.  Raison;  ing.  Rèason;  lat.  Ratio; 
osm. tr. akıl; tr. Us; ər. ممؼنأ] [intellekt] [lat. Intellectus – anlama, 
başa  düşmə,  dərrakə]  –  hissiyyatın  qarşılığı  olaraq  düşünmə, 
anlamaq,  dərk  etmək  qabiliyyəti  arasında  məcburi  əlaqələr 
qurmaq  qabiliyyəti.  Ağıl  insanın  ən  yüksək  təfəkkür  qabiliyyəti 
hesab  edilir  və  insanın  məhz  insan  olma  xüsusiyyətini  özündə 
təcəssüm  etdirir,  onu  digər  canlılardan  fərqləndirir.  Ağıl  kəlməsi 
bəzən  ərəb  dilindən  keçmə  əql  sözü  ilə  eyniləşdirilir  ki,  bu  da 
əslində doğrudur, lakin orta əslər Şərq peripatetizmində əqllər ülvi 
varlıqlar  kimi  xarakterizə  olunrudu.  Fəlsəfədə  isə  yüksək  inkişaf 
etmiş  və  mürəkkəb  differensiya  edilmiş  beynə  malik 
orqanizmlərin  psxi  fəalliyyətlərinin  xüsusi  funksiyası  Əql  sözü 
ərəb dilində ə`qələ [ممػ] felinin I bab məsdəridir. Bu feldən aqil, 
məqul  və s.  kimi sözlər  də əmələ  gəlmişdir. Ərəb dilindən Azər-
baycan  türkcəsinə  tərcümədə  anlamaq,  başa  düşmək,  haqqında 
fikir yürütmək və s.mənalarla tərcümə edilir.. 
AĞRUK [ağruk] – mənaları  çoxdur. Oğuzca  kəlmədir. Əşya, 
şey, yük, ağırlıq anlamları vardır. Aarık – avruk – ağruk – ağurluq 
– ağırlıq.  
AFFEKT [alm. Affekt, affektion; fr. = ing. Affection; osm. tr. 
teessür]  –  insanın  əhvaldan  və  ehtirasdan  (hissdən)  fərqli  olaraq 
güclü, coşqun baş verən və nisbətən qısamüddətli olan emosional 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
11 
həyəcanı,  qəzəbi,  dəhşəti  və  s.  Affekt  kəskin  ifadəli  hərəkətlərlə 
(spesifik  mimika  və  əl  hərəkətləri)  və  səs  reaksiyaları  (ağlama, 
qışqırıq) ilə müşayiət olunur. Bəzən də, əksinə həyəcandan donub 
qalma  baş  verir.  Affektin  zahiri,  xarici  ifadə  formaları,  eləcə  də 
dərinliyi  çox  cəhətdən  insanın  fərdi  xüsusiyyətlərindən,  xüsusilə 
onun  iradəsinin  tərbiyə  olunmasından,  ali  sinir  fəaliyyətinin 
tipoloji  xüsusiyyətlərindən  xeyli  dərəcədə  asılıdır.  Affekt  vəziy-
yətində insan o şeydən  mütəəssir olur ki,  o, onda həyəcan  əmələ 
gətirir  ("şüurun daralması"), nəticədə insanda intellektual proses-
lərin  gedişi  pozulur  və  onun  öz  davranışı  üzərində  nəzarəti 
zəifləyir.  Affektin  aradan  qaldırılması  xeyli  dərəcədə  iradə  gücü 
tələb edir və onun başlanğıc mərhələsində yüngül keçir. 
AKKULTURASĠYA [ing.  acculturation]–  mədəniyyətlərin 
qarşılıqlı nüfuzu deməkdir. Bu halda müstəqil mədəniyyətlərin öz 
əvvəlki modelləri dəyişikliyə məruz qalır. 
AKSĠDENSĠYA  [lat.  Accidens;  ər.  فبصر  ;  os.  tr.  tesadüf]  - 
əşyanın  mühümdən,  substansional  olandan  [substansiya]  fərqli 
müvəqqəti,  keçici,  qeyri  mühüm  xassəsi.  Aksidenisya  termini 
əvəzinə  dilimizdə  daha  çox  tarixən  ərəz    termini  işlənilirdi.  Bu 
anlamda  aksidensiya  nisbətən,  yeni,  modern  bir  termindir  və 
avropa mənşəli hesab olunur.  
AKSĠOLOGĠYA – [yun. Axia – dəyər və logos – təlim, söz] – 
dəyərlər  mahiyyətinin  fəlsəfi  tədqiqi.  Aksiologiya  termini  mədə-
niyyətşünaslığın  və  fəlsəfənin  ortaq  termini  kimi  götürülməlidir, 
çünki  hər  iki  elm  sahəsi  mümkün  imkanlarından  istifadə  edərək 
bu  vəya  digər  dərəcədə  insani  dəyərlər  sistemini  və  onun 
cəmiyyətdəki  yerini  öyrənir.  Məhz  bu  tədqiqlərin  sayəsində 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
12 
insana, onun gündəlik həyatında var olan yaxud olmayan faydalı, 
zəruri,  yaxud  zərərli  və  qeyri-zəruri  olan  dəyərlər  sistemi 
öyrənilib, üzə çıxarılmaqdadır.  
AKSĠOM  [alm.  Axiom;  ing.  Axiome;  yun.  Axioma;  osm.  tr. 
mütearife;  ər.  حفساؼري  –  qəbul  edilmiş  müddəa]  –  dəlilə,  sübuta 
ehtiyacı  olmayan  deməkdir.  Aksiomlar  elə  nəzəri  ifadələrdir  ki, 
onların  doğruluğuna,  düzgünlüyünə  etibar  etməmək  mümkün 
deyil.  Fəlsəfədə  də  hər  hansı  bir  müddəaya  və  tərifə  ehtiyacı 
olmayan,  özlüyündən  açıq-aydın  olan  və  digər  təsbitlərə  dəlil 
mahiyyəti  daşıyan,  müəyyən  elmi  nəzəriyyənin  deduktiv 
quruluşunda  isbata  ehtiyacı  olmayan,  lakin  həmin  nəzəriyyənin 
digər  müddəalarının  isbatının  əsası  kimi  qəbul  olunan  nəzəri 
təklif.  
AKSĠYA  [alm.  Aktion,  Handlung;  fr.  Action;  ing.  Action, 
activity; ər. مؼف] – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, 
insanın  hər  hansı  bir  xarici  səbəblə  deyil,  birbaşa  istəkdən 
qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya 
kəlməsi  müasir  sosioloji  anlam  kimi  daha  geniş  mənalarda 
işlənməkdədir.  İnsanların  toplaşaraq  hər  hansı  bir  məkanda 
planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada 
da işlədilir.  
AKT [alm. Akt; fr. Acte; ing. Act; lat. Actus; yun. Energia; ər. 
مًػ osm. tr. fiil, amel]  Hərəkət, iş. Sxolastik fəlsəfədə Aristotelin 
anergia  =  reallaşdırma,  aktlaşdırma,  həyata  keçirmə  mənaları  ilə 
üst-üstə düşür  
AKTĠVĠZM  [alm.  Aktivismus;  fr.  Activisme;  ing.  Activism; 
ər. خٍٍعف ]- fəallıq, yaxud qətiyyət. İnsanın həyatının və fikirlərinin 

F
ə
ls
ə
f
ə

Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin