ADĠLƏ NƏZƏrova



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə7/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   2   3   4   5   6   7   8   9   10   ...   18

ƏDƏB [بدأ] – ədəb, əxlaq. Ədəb-ərkan qaydaları, şəxsin bütün 
hərəkət  və  sözlərində  tərbiyəli  davranışları.  Təsəvvüfdə  isə 
müridə  şeyxinin  məsləhət  gördüyü  və  əməl  etməsi  vacib  olan 
ədəb-ərkan qaydalarıdır.  
ƏHD [ذهػ] - əhdləşmə, vədələşmə, müqavilə.  
ƏHKAM  -  doqma  [dogma  –  fikir,  təlim,  qərar[ər.  واكحأ]]  – 
bütün  vəziyyətlərdə  dəyişməyən,  həqiqətin  pozulmazlığı  üçün 
qəbul  edilmiş  müddəa,  anlayış.  Ərəbcədən  hərfi  mənada  ―hökm-
lər‖  deməkdir.  Hökm  sözünün  cəmidir.  Şəriətin  qoyduğu  vacib 
hökmlərə, qanunlara deyilir. Əhkam-i diniyyə - dini hökmlər. 
ƏHVAL –  ərəbcədən hərfi  tərcümədə ―hallar‖ deməkdir. Hal 
sözünün cəmidir.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
69 
ƏHVAL-i  Ruhiyyə  –  ruha  aid  olan  hal  və  xüsusiyyətlər.  Bu 
termin bəzən məcaz olaraq da işlədilməkdədir. Misal üçün, əhval-
i ruhiyyəm çox pisdir, gələ bilməyəcəm.  
ƏKS  [alm.  Konträr;  fr.contaire;  ing.  Contrarylat.  Contrarius; 
osm.  tr.  zıt;  tr.  Karşıt;  ər.  ظكػ]  –  bir-birilərinin  formal  ziddi 
olmayıb, əslində mahiyyətcə ona qarşı olan məfhumlar.  
ƏMƏL-i saleh – saleh əməllər, xeyirli işlər, əksəriyyətlə dini – 
fəlsəfi  terminologiyaya  aid  olub,  bir  şəxsin  dinin  hökmlərinin 
əksinə olmayaraq gördüyü xeyirli işlərə deyilir.  
ƏMƏN  –  əski  türkcədə  bir  neçə  məna  verirdi.  1-Can,  ruh, 
həyat 2- Ağac tikmək üçün açılan çuxur 3- meşə ağacı. 
ƏNBĠYA  –  Nəbilər,  peyğəmbərlər  deməkdir.  Nəbi  sözünün 
cəmidir.  Nəbi  sözü  nəbəə  [ئثَ]  felindən  əmələ  gəlmiş  və  xəbər 
vermək deməkdir. Dilimizdə bəzən peyğəmbərlər sözünün sinoni-
mi kimi işlədilməkdədir. Ərəbcədir, peyğəmbər sözü isə farscadan 
keçmişdir. 
ƏNƏNƏ  [alm.  Sitte;  fr.  Moeurs;  ing.  Customs;  lat.  Mos-
mores;  osm.  tr.  örf;  tr.  Töre;  ər.  خآدآ]  –  bir  cəmiyyət  daxilində 
mənimsənilmiş,  yerləşmiş  həyat  tərzinə  və  həyat  formalarının, 
qaydaların, 
aətlərin  müştərək  vərdişlərinin  və  izlənilən 
istiqamətlərin  hamısı.  Adət-ənənə  [ər.جدآ]  Böyük  və  kiçik  sosial 
qrupun üzvlərinə özlərini faktiki necə apardıqlarını, nəyi özlərinə 
rəva  bildiklərini  və  nəyi  özlərinə  qadağan  etdiklərini  təsbit  edən 
anlayış.  nəsildən-nəslə  keçən  adətlər,  əxlaq  normaları,  görüşlər, 
zövqlər  və  s.   Ənənə   etnosun  həyatını  qoruyub  saxlamaq  üçün 
maddi  və  mənəvi  mədəniyyətin,  ailə  və  ictimai  həyatın  elə  bir 
amilidir ki, cəmiyyətin üzvləri onu nəsildən-nəslə keçirirlər.  

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
70 
ƏNSAR  (ساظَأ)  –  Mədinə  camaatına  ənsar  deyilirdi.  Hərfi 
mənası  ―kömək  edənlər‖,  ―dəstək  olanlar‖  deməkdir,  nasir 
sözündən  törəmişdir.  Nasara  ərəbcədə  yardım  etmək,  əl  tutmaq 
deməkdir.  Məkkədən  Mədinəyə  köçərək  hicrət  edən  müsəlman-
lara  kömək  edib,  onlarla  qardaş  kimi  öz  mallarını  paylaşdıqları 
üçün onlara ənsar deməyə başladılar.  
ƏVHAM  [َؤ٘ٚأ]  –  vəhmlər,  şübhələr,  zənn  etmələr.  Vəhm 
[ُ٘ٚ] sözünün cəmidir. Səhv və yersiz düşüncə, yanlış fikir. Misal 
üçün:  Boş  əvhama  dalıb,  real  heç  nə  demədi.  Bir  mövzuyla 
əlaqədar pis ehtimalları ağla gətirib kədərlənmək, şübhələr, yanlış 
fikir,  vəsvəsəyə  düşmək.  Olmayacaq  bir  şeyin  olacağını  sanma, 
qorxu duymaq. 
ƏZƏLĠ  [ٍنصأ]  -  əvvəli  olmayan,  başlanğıc  nöqtəsi  olmayan. 
Allahın adlarından biridir. Dini – fəlsəfi ədəbiyyatda əsas var olan 
tanrının  varlığıdır  və  o  var  olunmamiş,  yaradılmamışdır.  Həqiqi, 
vacib varlıq Tanrıdır. Onun elminə, biliyinə də elm-i əzəli deyilir. 
Əzəlilik-əbədilik  [alm.  Ewigkeit;  fr.  Èternite;  ing.  Eternity;  lat. 
Aeternitas;  osm.  tr.  ezeliyet-ebediyet;  tr.  Öncesizlik-sonrasızlıq; 
ər. حَدأحَُّنصأ] əvvəli və sonu olmayan proses. Varlığın bütövlükdə 
tamlığı. Bu tamlıq zamanı və zamansızlığı özündə ehtiva edir.  
ƏDALƏT  [ər.  حناذػ]-  əxlaqi-hüquqi  və  sosial-siyasi  şüur 
kateqoriyası,  insanın  şəksiz  hüquqları  barədə  tarixən  dəyişən 
təsəvvürlərdə bağlı lazımlıq anlayış.  Ərəbcədəki ədl [لذػ] sözün-
dən əmələ gəlmişdir. Adil sözü də bu qəbildəndir.  
ƏKSLĠK  [ظكػ]– ziddiyyətin inkişaf pillələrindən birini ifadə 
və  əks  etdirən  kateqoriya.  Ziddiyyət,  uyğunsuzluq,  məntiqsizlik. 
Fikirlər arasında əkslik. Fəlsəfi anlamda aralarında ziddiyyət olan 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
71 
əşya, hadisə, ya proseslərdən hər biri. Əksliklərin vəhdəti və mü-
barizəsi. İnkişaf əksliklərin mübarizəsidir. 
ƏL-Ġxvan  [ər.  ْأٛخلإأ]–  İslamiyyətdə  [misir]  şeyx  həsən  əl-
Bənnanın  yaratdığı  [1928]  ―Müsəlman  Qardaşlar‖  cəmiyyəti  adlı 
dini-siyasi  təşkilatın  üzvlərinin  adı.  İslam  Şərqində  ―İxvan  əs-
Səfa‖ [Saflıq qardaşları] adı ilə məşhurdur.  
ƏLƏVĠLĠK  [ər.  حَىهػ]  –  şiəliyə  mənsub  dini-fəlsəfi  təlim. 
Əliallahilik  isə  [ər.  حُهّنآُهػ]-  şiəlik  təriqətidir.  Orta  əsrlərdə 
İranda,  Azərb.  və  digər  ölkələrdə  geniş  yayılmış  dini-mistik 
cərəyandır.  Ələvilik  Türkiyədə  sünnilik  sonra  ən  çox  mənsubu 
olan ikinci müsəlmançılıq inanc sistemidir. Əhli-sünnə məzhəbin-
də Allah - Məhəmməd vəhdətindən fərqli olaraq, ələvilikdə Allah 
- Məhəmməd - Əli ilə tamamlanan və Əhl-i Beyt, On iki İmamları 
əsas alan bir inancdır. Ələvilik daxilində müxtəlif təriqətlər möv-
cuddur.  Bunlardan  ən  tanınmışı  Anadoludan  qaynaqlanan  Bəkta-
şilikdir.  Bektaşilik  ələvəlik  içində  bir  təriqət  olması  səbəbiylə 
ələviliyi bütünlükdə tərif edə bilməz. Ələvilik təməl inanc sistemi 
kimi Ələvilik , Allah - Məhəmməd - Əli üçlüyü və Əhl-i Beyt, On 
iki  İmamlara  ciddi  olaraq  əhəmiyyət  verən  Şiəliyin  On  ikicilik 
məzhəbi  ilə  ortaq  nöqtələrə  sahib  bir  yoldur.  Ələvilikdə  araşdır-
ılması lazım olan əsl inanc varlığın birliyidir. Ələvilikdə Tanrının 
insan  daxil  kainatdakı  hər  şeyin  içində  olduğu  inancı  vardır. 
Ələvilik  Allah  qorxusu  yerinə  sevgisini  mənimsəyən,  təməlində 
insan sevgisi ilə hərəkət edən, Quranın şəklini deyil özünü qəbul 
etdiklərini ifadə edən, məqsədi ruhi yetkinləşmə olan bir təsəvvüf 
yoludur.  Özünü  insan  sevgisində  tapan,  Tanrının  insanda  təcəlli 
etdiyinə və zərrəsindən meydana gəldiyinə, onun üçün də insanın 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
72 
ölümsüzlüyünə  inanan,  ibadətlərində  qadın  kişi  ayrı-seçkiliyi 
etmədən , öz diliylə, musiqisiylə inancını icra etmə formasıdır. 
ƏMƏK [ing. Labour; fr. Ouvrage; ru. Работа; tr. Iş; ər. ًّع] – 
insanın  məqsədyönlü  fəaliyyətinin  adıdır.  Bir  şeyin  yaradılması 
və ya çıxarılması üçün xərclənən bədən və baş gücü, yaxud uzun 
və yorucu, diqqətli iş yaxud da insanın şüurlu olaraq müəyyən bir 
məqsədə  çatmaq üçün  girişdiyi  həm  təbii və ictimai  ətrafını  həm 
də özünü dəyişdirən iş prosesi, səy. 
ƏRDƏM  [alm.  Tugend;  ing.  Virtue;  fr.  Vertu;  yun.  Arete; 
osm.  tr.  fazilet;  ər.  خٍٍضف]  –  İnsanın  mənəvi  və  ruhani  yetkinliyi, 
istəyin  əxlaqi  yaxşılığa  yönəlməsi.  Fəlsəfə  tarixində  ərdəmə  və 
ərdəmliyə  müxtəlif  mövqelərdən  münasibət  bildirilmişdir. 
Ümumiyyətlə  isə  ərdəmi  –  fəziləti  əxlaqi  yaxşılıq  kimi 
qiymətləndirmişlər.  
ƏRƏZ  [cəm  صآسآ;  ing.  Accident]  –  fəlsəfi  terminologiyaya 
aiddir. Bir şeydə var olan, fəqət o şeyin təbiəti xaricində yer olan 
her məna arazıdır. Orta əsrlər Şərq fəlsəfəsində şeyin mahiyyətini 
təşkil  edənə  cövhər,  ona  əlavə  olunanlara  isə  ərəz  deyilirdi. 
Müasir  fəlsəfi  dildə  bu  sözün  əvəzində  aksidensiya  ifadəsindən 
istifadə  olunur.  Şeyin  zatında  mövcud  olan,  lakin  onun 
mahiyyətindən  kənarda  qalan  hər  şey  ərəzdir.  Ərəzlərin  müstəqil 
var  ola  bilmə  xarakterinə  malik  deyil,  çünki  ərəzlər  cövhərlərin 
təbiətinə  əlavə  olunduqda  varlıq  əldə  edirlər.  Misal  üçün,  taxta 
şeyin cövhəri, onun hər hansı bir formaya salınmış şəkli, rəngi isə 
ərəzlərdir. Elə ərəzlər vardır ki, onlar sanki əşyanın mahiyyəti ilə 
bərabərdirlər,  onları  cövhərlərdən  ayrı  düşünmək  mümkün  deyil. 
Bu  ərəzlərə  lazım  ərəz  deyilir.  Əşyanın  mahiyyətindən  fərqlənən 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
73 
və  xarakterik  olaraq,  onlardan  ayrıla  bilən  ərəzlərə  isə  fərqlənən 
ərəzlər deyilir. Misal üçün, hər hansı bir şəxsin peşəsi onun üçün 
lazım  ərəz  olduğu  halda,  geyimi,  tipi,  yaxud  hərəkəti,  sükunəti 
fərqlənən ərəzdir. 
ƏRġ  –  Yer  kürəsi,  yaxud  göy,  asiman.  Tez-tez  Quranda 
işlədilən ərş sözündən mıəqsəd ilahi hakimiyyət, yaxud da Tanrı-
nın dərgahı deməkdir. 
ƏRMIġ – Müdrik, mütəfəkkir,  yetişkin, Tanrıdan ilham alan. 
Əski türkcədir. Türkiyə türkcəsində hazırda işlənir və övliya anla-
mına gəlir.  
ƏSRĠMĠġ  –  Əski  türkcədə  özündən  geçmiş,  vəcdə  gəlmiş 
adam deməkdir.  
ƏSAS  [alm.  Grund,  Grundlage,  Fundament;  fr.  Fondament; 
ing.  Foundation;  lat.  Fundamentum;  osm.  tr.  esas;  tr.  Temel;  ər. 
ظعأ]  –  bir  şeyin  üzərində  təməlləndiyi,  təşkil  olunduğu  şey. 
Müəyyən hadisələrin [nəticələrin] mövcudluğunun ilkin şəraiti və 
onların  izahından  ibarət  zəruri  şərt.  Əsas  kökündən  ərəbcədə  bir 
neçə söz də əmələ gəlir; təsis, müəssisə və s.  
ƏġƏRĠLĠK [ər. خٌسبعشأ] – X əsrin əvvəllərində yaranmış dini-
fəlsəfi  təlim;  ortodoksal  islam  sxolostikası  [kəlam].  Əşərilik, 
islami  etiqadı  məzhəblərindən  biridir.  Əqlə  Mötəzilə  qədər 
əhəmiyyət  verməsə  belə,  Sələfiyyə  qədər  də  kiçik  ölçüdə  tədqiq 
etməz.  Bunu  belə  təsvir  etmək  mümkündür.  Əgər  Sələfiyyə  ilə 
mötəzilə  arasında  əql  və  nass  mövzusunda  bir  sərhəd  qoysalar 
məhz  söü  gedən    əşərilik  bu  sərhəddə  ortada  qalacaq  lakin  Sələ-
fiyyəyə  daha  yaxın  mövqedədir.  Əbu  Həsən  Əşaridən  (öl.  B.e. 
935  )  qurduğu  bu  təlim,  ağılın  heç  bir  zaman  gerçəyə  çata 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
74 
bilməyəcəyini,  qulların  ancaq  qeydsiz  şərtsiz  inanmaqla  xoşbəxt 
ola  biləcəkləri  ideyasını  irəli  sürür.  Təbii  hadisələr,  səbəbləri 
bilinməyən  və  bəlkə  də  əsla  bilinməyəcək  olan  bütöv  bir  ilahi 
qanunauyğunluğun  məhsuludur,  bu  belə  də  idarə  olunur.  Ağıl, 
gücsüz bir məlumatdır. Qaldı ki, ağılın bu gün biləmədiyini sabah 
da bilməyəcəyi deyilə bilməz. İmam Bakıllani, Ebu-l- Məali kimi 
mütəfəkkirlərin  rəhbərliyi  altında  getdikcə  inkişaf  edən  bu  təlim 
təzyiqini elə artırmış və yayılmışdır ki əleyhinə çıxan axınlar XII 
əsrdə Qərbə keçərək Əndülüs ərəbləri arasında yaşamağa məcbur 
qalmışlar.  Əşariliyin  ən  böyük  tənqidçilərindən  biri  də  məşhur 
filosof  İbn  Rüşddür.  Əslində  ümumiyyətlə  kəlam  və  kəlamçılara 
qarşı  çıxmış  olsa  da  İbn  Rüşd  tənqidlərini  ən  çox  Qəzali  və 
Əşarilik üzərinə yönəlir. 
ƏġYALAġMA [maddiləşmə] – predmetləşmədən fərqli olaraq 
tarixən  keçici  və  əmtəə  istehsalına,  xüsusilə  kapitalizm 
cəmiyyətinə xas sosial münasibətlərin şəxsi münasibətlərdən əşya 
münasibətlərinə, xalis rol münasibətlərinə çevrilməsi. Əşyalaşma 
yadlaşma,  qəribələşmə  ilə  sinonim  şəklində  də  işlənir.  Bir 
dəyişmənin  mövcud  olduğu  vəziyyət,  hər  şeyin  şüurlu  olaraq  bir 
tanıma  sığması  vəziyyətidir.  Bu  vəziyyətdə  cümlədə  təyinedici 
funksiyada nəyisə xarakterizə etmiş olur.  
ƏXĠLĠK [  َّىخأ
ح
] - əxilərin dini-fəlsəfi təlimi. Əxi sözünün hərfi 
mənası dilimizdə ―qardaş‖ deməkdir. Azərbaycan dilinə qardaşlıq 
kimi  də  tərcümə  olunur.  Orta  əsrlərdə  islam  mədəni  bölgəsində 
ortaya çıxmışdır. Əslində ―əxi‖ terminin mənşəyi mövzusunda dil 
alimləri  arasında  görüş  birliyi  yoxdur.  ―Əxi‖  kəlməsi  ərəbcə 
―qardaş‖  mənasını  versə  də,  ancaq  Divani  Lüğət-i  Türkdə  ―əxi‖ 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
75 
sözü,  əli  açıq,  comərd,  igid  mənasını  verən  ―ağı‖  sözündən 
törədiyi  qeyd  olunur.  Termin  olaraq  əxilik  isə  ,  XIII  əsrin  ilk 
yarısından  XIX  əsrin  ikinci  yarısına  qədər  Anadoluda, 
Balkanlarda və Krımda yaşamış olan Türk xalqının sənət və peşə 
sahəsində  yetişmələrinə,  əxlaqi  istiqamətdən  inkişaflarını  təmin 
edən bir sistemin adıdır. Bu təriflərdən yola çıxaraq əxi sözünün, 
qardaş, yoldaş, yar, dost, igid mənasını verdiyini söyləyə bilərik. 
Əxilik  həm  ictimai,  həm  də  mədəni  strukturlara  aid  bir  termin 
olaraq;  bir-birini  sevən,  bir-birinə  hörmət  edən,  kömək  edən, 
kasıbı güdən, yoxsulu saxlayan, işi müqəddəs və ibadət sayan, din 
və əxlaq qaydalarına möhkəm bağlı  olan tacir  və  sənətkarların  iş 
təşkilatı mənasını verir. Öz içərisində düzgünlük, qarşılıqlı yardım 
və  hörmət  əsasında  hərəkət  edərək  Türkiyənin  ticari  və  iqtisadi 
həyatında  böyük  rol  oynamış  ustalar,  şəyirdlər,  qısacası 
sənətkarlar  yetişdirmiş  və  yetişən  bu  biznesmen  tək  tərəfli  fayda 
təminatı ilə hərəkət etməmişdir. 
ƏXLAQ  [ər.  قُخأ]-  ictimai  şüur  formalarından  biri.  [alm.  – 
Moral,  ing.  Morals].  1.  Müəyyən  bir  zaman  ərzində  məlum 
ictimai  qrup,  yaxud  insan  kütləsi  tərəfindən  mənimsənilən, 
şəxslərin bir-biri ilə əlaqələrini sistemə salan, nizamlayan ənənəvi 
davranış  qaydalarının,  qanunlarının  cəmi;  yaxud  müxtəlif 
cəmiyyətlərdə  və  zamanlarda  əhatə  dairəsi  və  məzmunu  dəyişən 
əxlaqi dəyərlər məcmusu. 2. Eyni zamanda fəlsəfənin bir qoludur. 
Ərəbcədəki xulq [كهخ] sözünün cəmidir.  
ƏHALĠ [ər. يآ٘أ] – Özünün həyat fəaliyyətini müəyyən sosial 
birliklərin:  bütövlükdə  bəşəriyyətin,  ölkələr  qrupunun,  ayrı-ayrı 
ölkələrin,  həmin  ölkələr  daxilində  konkret  yaşayış  sahələrinə 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
76 
qədər  müxtəlif  məhəlli  bölmələr  çərçivəsində  həyata  keçirən 
insanların məcmusu. 
ƏXBƏRĠLĠK  [ing.  Akhbariyya;  ər.  ساثخأ]  -  Şiə  məzhəblərin-
dən biri; yalnız hədislərə yəni şiə imamlarının dedikləri sözlərə və 
bunlar  haqqındakı  rəvayətlərə  istinad  etməyi  tələb  edən  ənənə-
çilər. Ərəbcədə ―xəbər‖ [شثخ] sözünün cəmidir. Hərfi mənada əx-
bar – xəbərlər deməkdir.  
ƏZGĠ  –  əski  türkcədə  müxtəlif  mənalar  verirdi.  1-  yaxşı, 
yaxşılıq, 2- uyum, ahəng, 3- əzab, üzüntü,  4- nəğmə, xoş səda. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
77 
 

 
FAKT  [alm.  Faktum;  fr.  Fait;  ing.  Fact;  lat.  Factum  –  edilən, 
həyata keçirilən; osm. tr. vakia; ər. حؼلاو; tr. olgu] – fikirdə olanın 
əksi,  baş  vermiş  olan,  həqiqi  olan,  həqiqətə  çevrilmiş  olan. 
Dilimizdə  işlək  ifadə  kimi  vaqiə  sözü  də  işlənməkdədir.  Vaqiə 
sözü  vaqəa-dan  [غلو]  gəlir  və  hərfi  mənada  olan  ,  baş  verən 
deməkdir.  Türkcədəki  ol+gu  sözü  də  qədim  oğuzcadakı  ol 
felindən qaynaqlanır. Misal üçün, müqayisə et: Olana çarə yoxdur 
=  Hadisə  1890-cu  ildə  uzaq  bir  mahalda  vaqe  oldu.  Obyektiv  və 
elmi  fakt  anlayışları  bir-birindən  fərqləndirilir.  Obyektiv  fakt 
insan  fəaliyyətinin  və  ya  idrakının  obyektini  dərk  edən  müəyyən 
hadisəni,  təzahürü,  reallığın  parçasını  başa  düşmək  kimi  qəbul 
olunub. 
FANTAZĠYA  [alm.  Enbildung,  phantasie;  fr.  Fantasie;  ing. 
phantasy;  lat.  =  yun.  –  phantsia;  osm.  tr.  hayal;  ər.  لاُخ]  – 
qarşılığında  bir  reallıq  olmayan  mənzərəli  görüntü.    Fantaziya, 
xəyal, görüntü sözləri ilə eyni anlamlarda Azərbaycan türkcəsində 
rast  gəlinir.  Misal  üçün:  Gözümə  nəsə  göründü.  Xəyalın 
gözlərimdə canlandı. Fantaziyalarımın qurbanı oldum.  
FASĠQ  [كعاف]  –  imanlı  adamın  kafirliyi.  Yəni  küfür  və  iman 
arasında  olan  şəxs.  Bəzi  məzhəblərə  görə,  fasiq  olan  kəs  tövbə 
etmədən  ölərsə,  əbədi  olaraq  cəhənnəmə  gedər.  Fəsəqə  [كغف] 
sözündən törəmişdir. Onun failidir [subyekt, işgörən mənasında].  
Fisq  [كغف]  isə  Haqq  yolundan  ayrılma,  üsyan  etme,  günahkarlıq, 
suç hesab olunur. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
78 
FATALĠZM  [alm.  Fatalismus  alm;  fr.  Fatalisme;  ing. 
Fatalism;  osm.  tr.  cebriyel;  at.  fatalis  –  tale,  qismət]  –  anti-
dialektik dünyagörüşü konsepsiyası. Hər şeyin alınyazısına əsasən 
əvvəlcədən  təyin  olunmuş  olduğuna,  insanın  bu  əvvəlcədən 
müəyyən  olunmuş  olan  alınyazısını  dəyişdirə  bilməyəcəyinə 
inanan  dünyagörüşü.  Bu  konsepsiyaya  görə  aləmdə  baş  verən 
bütün  proseslər  azadlığa,  yaradıcılığa  imkan  verməyən  zərurətə 
tabedir və əzəldən müəyyən edilmişdir. 
FAġĠZM [ital. Fascio – birlik, dəstə] – maliyyə kapitalının ən 
mürtəce,  şovinist,  imperialist  ünsürlərininaşıq  terorçuluq 
diktaturası.  Faşizmin  hakim  olduğu  Almaniya  ən  yeni  tarix 
ərəfəsində II dünya müharibəsinin törənməsinə səbəb oldu.  
FƏHM  –  [ىهف]  ağıl,  düşüncə,  təfəkkür.  Fəhm  etmək  – 
düşünmək,  təfəkkürə  dalmaq  mənasını  verir.  Sözün  kökü  fəhimə 
[ىهف] -dir. Dilimizdə anlam mənasında çox işlətdiyimiz ―məfhum‖ 

ٌوىهفي)  sözü  də  bu  kökdən  törəmişdir.  Ərəbcədə  hərfi  mənada 
―başa düşülən‖ deməkdir.  
FATALĠZM  [fatalisme  -  Qədərə  inanma  –  Cəbriyyə  [حَّشثﺟ]  -
Yazgıcılık]  –  Bütün  hadisələrin  aləmin  üstündə  var  olan  bir 
qüvvət  və  ilk  səbəb  tərəfindən,  dəyişməsi  mümkün  olmayacaq 
formada  əvvəlcədən  təsbit  və  təyin  edilmiş  olduğuna  inanan 
görüş. İngiliscədə fate – tale, qədər deməkdir. Qədərə, taleyə alın 
yazısına inanmaq istər Qərb, istərsə də Şərq dünyasında mövcud 
olmuşdur. Şərqdə Cəbəriyyə adlı bir cərəyanda mövcud olmuşdur.  
FAYDALILIQ  [alm.  Utilitarismus;  fr.  Utilitarisme;  ing. 
Utilitarism;  lat.  Utilis  –  fayda,  yarar;  osm.  tr.  nefiye;  ər.  حُّؼفَ]  – 
yararın, faydanın həyat ideyasına, amalına çevrilməsi. Əxlaqi fəa-

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
79 
liyyət və davranışlarda faydanan ideya. Anlam olaraq pozitivizmlə 
bəzi oxşar tərəfləri mövcuddur.  
FENOMEN  [alm.  Erscheinung,  phȁnomen;  tr.  Görüngü;  ing. 
Phenomenon;  appearance;  tun.  Phainomenon; osm.  tr.  hadise;  ər. 
 ٌحثداح]  –  ümumiyyətlə  hisslərlə  dərk  edilən  hər  şey.  Hadisəolan, 
zahir  olan,  yaxud  müşahidəsi  mümkün  olan,  idrak  ediləbilən, 
mövcud  olana  müqabil  görünən  şey.  Fenomen  [fr.  Phénomène; 
ing.  Phenomenon;  ər.   ٌشهاظذ;  yun.  Phainomenon  –  təzahür  edən, 
aşkara  çıxan]  –  təcrübədə  bizə  verilmiş,  hisslərin  köməyilə  dərk 
olunan  hadisəni  ifadə  edən  anlayış.  Fenomenalizm  –  idrak 
haqqında  təlim;  duyğuların  bilavasitə  idrakın  obyektindən  ibarət 
olması tezisini əsas tutur. 
FENOMONEOLOGĠYA 
[alm. 
phȁnomenologie; 
fr. 
Phenomè-nologie;  ing.  Phenomenology;  tr.  Görüngübilim;  yun. 
Phainomenon] 
– 
təzahürlər 
haqqında 
təlim, 
əslində 
fenomenologiya. Yunanca Phainomenon – görüntü, təzahür, logos 
– təlim, doktrina. Husserd və şagirdləri tərəfindən [L.Landqrebe, 
E.Fink  və  b.]  əsaslandırılmış  və  müasir  fəlsəfəyə  təsir  göstərmiş 
subyektiv idealist cərəyan 
Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin