ADĠLƏ NƏZƏrova


DAYANQAN  –  etibarlı,  mətin.  Qədim  oğuz  dillərində,  dözümlü, dirənişli, səbatlı şəxslərə verilən addır.   DEDUKSĠYA



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   2   3   4   5   6   7   8   9   ...   18

DAYANQAN  –  etibarlı,  mətin.  Qədim  oğuz  dillərində, 
dözümlü, dirənişli, səbatlı şəxslərə verilən addır.  
DEDUKSĠYA [ing. Deduction; lat. deuctio] - əldə etmə, hasil 
etmə,  çıxarma.  Latın  mənşəlidir.  Əsas  mühakimə  [əqli  nəticə] 
üsullarından  və  tədqiqat  metodlarından  biri.  Deduksiya  öz 
metodoloji  üslubuna  görə  induksiyadan  fərqlənir.  İnduksiyanın 
əksidir, mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticə 
çıxarmaq,  hər  hansı  bir  ümumi  fikirdən  məntiqi  yola  çıxmaq, 
prinsip yaxud təklif ortaya qoymaq.  
DEMĠURQ  [yun.demiurgos;  osm.  tr.  San-i  Kainat]  –  hərfən 
usta,  sənətkar,  məcazi  mənada  isə  yaradıcı,  xaliq.  Platonun 
idealist  fəlsəfəsində  və  neoplatonçuların  təlimində  dünyanın 
yaradıcısı, kainatın xaliqi; Allahın sifətlərindən biri.  
DEMOQRAFĠYA demos – xalq, qrafiya – çəkirəm deməkdir. 
İnsanların təkrar istehsalının qanunauyğunluqlarını öyrənir. 
DEMOKRATĠYA  [alm.  Demokratie;  ing.  Democracy;  osm. 
tr. hükümet-i amme; ər. خ
ِّبع خِٛىد; yun. Demos – xalq və kratos – 
qüvvə,  hakimiyyət]  –  xalqın  özü-özünü  idarə  etməsi,  yaxud  da 
onu  idarə  etməsi  üçün  xalqın  bir  nəfəri  seçməsi.  hakimiyyət 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
47 
formalarından biri; vətəndaşların azadlıq və hüquq bərabərliyinin 
tanınması  ilə  səciyyələnir.  Demokratiya –  yüksək  səviyyədə 
inkişafı təmin etmək nöqteyi-nəzərindən, ən mürəkkəb və effektiv 
siyasi rejimdir və planetimizdə gündən günə geniş yayılmaqdadır. 
Məşhur  amerikan  politoloqu  Samuel  Xayzinqton  qeyd  edir  ki, 
XIX  əsrin  əvvəlində  başlamış  demokratikləşmənin  birinci  uzun 
dalğası  1920-ci  ildə  demokratiyanın  30  ölkədə  qələbəsi  ilə 
nəticələn-mişdir.  Sonraki  dövrdə  avtoritarizmin  və  faşizmin 
yaranması  1942-ci  ildə  demokratik  ölkələrin  sayının  10-a  qədər 
azalmasına səbəb olmuşdur. 
DEĠZM  [alm.  Deismus;  fr.  Dèisme;  ing.  Deism;  lat.  Deus  – 
Tanrı;]  -  Yunan  dilindən  əmələ  gəlmişdir,  yunancada  Deus  – 
Tanrı;  izm  isə  fəlsəfi  təlimlərdə  müşahidə  olunan  son  şəkilçidir. 
Tanrıya  inanmaqla  birlikdə,  müəyyən  bir  dinin  doqmalarını  və 
ideyalarını  mənimsəməyən.  Tanrının  kainatı  yaratdıqdan  sonra 
onu  öz  qaydasına  görə  işləmək  üzrə  öz  başına  buraxdığını  önə 
sürən  təlim.  Vəhyi  ve  vəhyin  bildirdiyi  Allahı  ve  dini  inkar 
edərək, tək ağıl ile idrak edilən  bir Tanrının varlığını  qəbul  eden 
fəlsəfi bir görüşdür. Deizm ilk səbəb kimi Allahın mövcudluğunu 
qəbul  edən  təlimdir.  Deizmə  görə  bütün  varlıqlara  həyat  verən 
Tanrıdır. Lakin Tanrı ilkin xəlq edəndir, sonradan yaratdıqlarının 
işinə qarışmır.  
DEONTOLOGĠYA  [yun.  deon  –  borc  logos  –  təlim,  söz]  – 
etik  nəzəriyyənin  bir  sahəsi.  Deontologiya,  bir  peşəni  tətbiq 
edilməsi  lazım  olan  əxlaqi  dəyər  və  etik  qaydaları  araşdıran  elm 
sahəsidir.  İnsanın  müəyyən  tapşırıqları  olduğunu  fərz  edən  əxlaq 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
48 
təlimlərini  əsas  götürür  və  bu  təlimlərdən  qaynaqlanan  vəzifə  və 
qaydaların müxtəlif peşələrdəki konkret izlərini araşdırar. 
DETERMĠNĠZM  [alm.  Determinismus.  Fr.  Determinisme. 
Ing.  Determinism.  lat.  determinare  –  müəyyən  etmək  tr. 
Belirtlenimcilik;  ər.  ٍُؼرنأ]  –  Hər  hadisənin  maddi  və  ya  mənəvi 
bəzi  səbəblərin  zəruri  nəticəsi  olduğunu  irəli  sürən  fəlsəfi 
görüşdür. Determinizm kainatda bütün olub-bitənlərin səbəbiyyət 
əlaqəsi  ilə  müəyyənləşdiyini  iddia  edən  nəzəriyyə.  Səbəbiyyətin 
yeri və rolu məsələsində bir-birinə əks olan fəlsəfi konsepsiyalar. 
Bu  nəzəriyyənin  əksini  iddia  edən  görüş  isə  indeterminizm. 
Ərəbcə  səbəbiyyət  demək  olan  determinizm ,  bir-birini 
şərtləndirən anlamına gəlir. 
DEFĠNĠSĠYA  [lat.  difinito  –  tərif;  ing.  Definition;  ər.فَشؼذ  ; 
fr.  définition]  –  predmetin  mühüm  fərqləndirici  əlamətlərini  və 
yaxud  anlayışların  mənasını,  onun  məzmununu  və  hüdudlarını 
müəyyən  edən  qısa  məntiqi  tərif.  Dilimizdə  daha  çox  ərəbcədən 
keçmə  tərif  sözündən  istifadə  olunur.  Tərif  sözü  də  ərəbcədəki 
ərəfədən [فشع] törəmişdir.  
DEGENERASĠYA 
[alm. 
Entartung, 
degenartion; 
fr. 
Dègènèrescence;  ing.  Degeneration;  lat.  Degeneration;  osm.  tr. 
tereddi]  –  bir  növün,  daha  az  yetişkin  bir  vəziyyətə  gəlməyə, 
pozulmağa, dağılmağa yol açacaq formada dəyişməsi. Həyat tərzi 
və  fəaliyyətlərində  geriləmək  və  durğunluq.  Təbii  artım 
funksiyasının  itirilməsi  yaxud  bir  orqanizmin  ya  da  orqanın, 
nəslin təbii inkişafına təsir edəcək formada pozulması.  
DEONTOLOGĠYA  [alm.  Deontologiya;  fr.  Deontologie;  fr. 
Deontology;  osm.  tr.  ilmi  vezaif;  فئبظٚ  ٍُع]  –  Deontologiya 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
49 
etikanı  çalışma  elmi  olaraq  təyin  etmək  şərtilə  işlədilən  termin. 
Deontologiya əxlaqi çalışmaları bu və  ya mənəvi vəziyyətə  görə, 
təcrübə yolu ilə çalışmanı dilə gətirir.  
DEYĠġ – söyləm, deyilən. Ifadə edilən söz, poetik deyim. 
DOQMATIZM  [alm.  Dogmatismus;  fr.  Dogmatisme;  ing. 
Dogmatism; osm. tr. nassiye; ər. خٍصٔ; dogmatisme] – Doqmatizm 
-  ehkamlara,  dəyişməz  anlayışlara,  dəqiq  şərtləri  nəzərə  almayan 
düsturlara  söykənən,  həqiqətin  konkretlilik  prinsipini  rədd  edən 
idrak  metodudur.Doqmatizm  hansısa  düşüncə  başlanğıclarını 
aksioma kimi danılmaz edib sonra, tutalım, dinlə, fəlsəfə ilə bağlı 
bütün 
doğruların 
yalnız 
onların 
üstündə 
durmasına 
inanmaqdır.  Doqmalara  (ehkamlara)  əsaslanan  qeyri-tənqidi 
təfəkkür;  ehkamçılıq.  Doqma  [alm.  Dogma;  fr.  Dogme;  yun. 
Dogma;  osm.  tr.  nass;  ər.  ضَ;  yun.dogma  –  fikir,  təlim,  qərar]  - 
ehkam,  bir  fəlsəfə  məktəbində  mənimsənilən,  doğru  ehtimalı  ilə 
irəli  sürülən  ideya.  Doğruluğu  sınanmadan  mənimsənilən  təlim 
isə doqmatizm [yaxud ehkamçılıq] deyirlər.  
DÖVLƏT –  siyasi  birlik  olmaq  etibarı  ilə  müəyyən  struktura 
malik  olan,  siyasi  hakimiyyətin  müəyyən  təşkili  ilə  səciyyələnən 
və  müəyyən  ərazidə  sosial  proseslərin  tənzimlənməsini  təmin 
edən  xususi  təsisatdır.  Dövlət  xüsusi  siyasi  təsisat  olmaqla 
cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. 
DUALĠZM  [alm.  Dualismus;  fr.  Dualisme;  ing.  Dualism;  lat. 
Dualis  ten;  osm.  tr.  süaniye;  yun.  dualisme]  –  bir-birindən 
müstəqil, bir-birilə əlaqəsi çıxmayan yaxud da qarşısında olan iki 
ideyanın  varlığını  qəbul  edən  görüş.  Duo  –  iki  deməkdir.  Həm 
dini  inanc  sistemində  [Xeyir  və  şər  kimi],  həm  də  fəlsəfi  dünya-

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
50 
görüşdə [iki başlanğıc – aləmi Allahın yaratdığı görüş və aləmin 
təsadüfi  yaranması  görüşü]  dualizm  mövcuddur.  Dualizm  meta-
fizikada  varlıq  və  biliyin,  ideya  və  təzahürün,  bədən  və  ruhun, 
mən  və  mən  olmayanın  İkicilik-Seneviyye:  Təbiətdə  və  ya  hər 
hansı  bir  sistemin  təməlində  mütləq  olaraq  birbirinə  icra  olun-
mayan iki prinsipin olduğunu qəbul eden görüştür. Dualizm mo-
nizmin əksinə maddi və ruhi substansiyaları bərabər hüquqlu baş-
lanğıclar hesab edən fəlsəfi təlim kimi də xarakterizə edilir. Dua-
lizmin əsas motivi çox vaxt materializmi və idealizmi barışdırmaq 
cəhdidir.  Son  nəticədə  şüuru  materiyadan  dualistcəsinə  ayırmaq 
idealizmə  gətirib  çıxardır.  Dualizm  daha  artıq  dərəcədə Dekartın 
və Kantın fəlsəfəsi üçün səciyyəvidir. 
DƏQIQ ELMLƏR [alm. Exakte Wissenschaften; fr. Sciences 
exactes;  ing.  Exact  sciences;  osm.  tr.  ulum-i  sahiha]  –  müşahidə 
edilə bilən ölçü və hesablara əsaslanan elmlər. Əsasən riyaziyyat, 
fizika  və  digərləri.  Elmlərin  təsnifatında  humanitar  elmlər  və 
dəqiq elmlər deyə ikiyə ayrılır.  
DƏYƏR  [alm.  Wert;  fr.valeur;  ing.  Value,  worth;  osm.  tr. 
kıymet;  tr.  Değer;  ər.  ًٍث]  –  İnsanın,  istəyən,  varlığına  ehtiyacı 
olan, qiymət verən bir varlıq olaraq, obyekt ilə əlaqəsində ortaya 
çıxaran  bir  şey.  Dəyər  əxlaqı  isə  mövzusu  dəyərlər  olan  əxlaq 
fəlsəfəsi, yaxud əxlaq fəlsəfəsinin bir fəsli olaraq ənənəvi dəyərlər 
sistemidir.  Dəyər  fəlsəfəsi  [alm.  wertphilosophie]  dəyərləri 
fəlsəfənin  əsas  mövzusu  olaraq  görən  fəlsəfə  anlayışı  yaxud 
fəlsəfənin dəyərlərini araşdıran sahəsinə də deyilir. 
DƏLĠL  [ər.  ًٌٍد]–  Hər  hansı  bir  hökmün  və  yaxud  hökmlər 
sisteminin həqiqiliyini sübut etmək üçün gətirilən hökm və yaxud 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
51 
hökmlər  sistemi;  sübut,  tutarlı  dəlil  gətirmək.  Dəlil  ərəb 
mənşəlidir.  Son  iki  samiti  təkrar  olunan  d+l+l  şəddəli  fellər 
qrupuna  aiddir.  İctihadi  dəlil  gerçək  hökmə  dəlalət  edən  dəlilə 
deyilir. Bu dəlil gerçək hökm barəsində zənnə səbəb olduğundan, 
ona ―ictihadi dəlil‖ deyilir.  
DĠAMAT – Qərbdə, xüsusilədə Rusiyada dialektik materializ-
min qısaldılmış edilmiş adı. Keçmiş Sovetlər İttifaqında dialektik 
materializm geniş tədris edilirdi və qısaca diamat adlandırılırdı.  
DĠDAKTĠKA  [alm.  Didaktik;  fr.  Didactique;  ing.  Didactics; 
lat. Didactica; yun. Didaskein – öyrənmək; osm. tr. fenn-i talim ü 
tedris] – öyrətmə sənti, təlim elmi. Tərbiyənin təlim ilə bağlı olan 
fəsli.  
DĠL  FƏLSƏFƏSI  [alm.  Sprachphilosophie;  ər.  حٌَىغن  حفغهف]  – 
dilin  adı,  kökü,  yaranma  və  formalaşması  barədə  ortaya  çıxan 
məsələləri  problem  halında  tədqiq  edən  fəlsəfənin  bir  sahəsidir. 
Dil  fəlsəfəsini  bir  fəlsəfə  sahəsi  kimi  ortaya  çıxaran  və  əsaslan-
dıran Haman, Herder və Humboldt olmuşdur. Dil ilə fəlsəfə ara-
sındakı əlaqə təməldə filosofların dildən istifadə edərək fəlsəfəni 
tədqiq  etmələrindən  qaynaqlanır.  Dil  fəlsəfəsi  başlığı  altında  isə 
dilin  özü,  mənası,  mənşəyi  və  quruluşu  fəlsəfi  baxımdan  tədqiq 
edilir. 
DĠN FƏLSƏFƏSĠ [Religionsphilosophie; fr. Philosophie de la 
religion;  osm.  tr.  felsefeyi  diniyye].  Dinin  ideyalarının  özünü  və 
mənasını  əsaslandırmağı  və  açıb  ortaya  çıxarmağı  qarşısına 
məqsəd qoyan fəlsəfə sahəsi. Fəlsəfənin maraqlandığı sahələrdən 
biri  də  dindir.  Çünki  din  faktı  insanlıq  üçün  tarix  boyunca  əhə-
miyyətli  olmuşdur.  Sadəcə  din  fəlsəfəsi,  dinşünasların,  din  ilə 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
52 
məşğul olanların din haqqında müzakirələr aparması demək deyil, 
bu  eləcədə  filosoflara  aiddir.  Din  fəlsəfəsi  ilə  məşğul  olanlar, 
insanın  digər  məlumatları  ilə  dini  məlumatı  arasındakı  əlaqələri, 
inancın quruluşunu, dinin nə olduğunu anlamağa çalışar. 
DĠALEKTĠKA  [alm.  Dialektik;  fr.  Dialectique;  ər.لذجنآ  ىهػ 
osm.  tr.  fenn-i  münazara,  cedel,  ilmi  cedel,  ilm-i  hitaf-ü  cedel; 
yun. dialektike – düşünümək, söhbətləşmək] – təbiət, cəmiyyət və 
təfəkkürün inkişafının ən ümumi qanunları haqqında elm. Alman 
idealizmində  əqlin  inkişaf  qanunu  kimi  xarakterizə  edilirdi. 
Marksın dialektik materializmində iqtisadiyyatın inkişaf qanunları 
özünü  doğruldur.  İslam  bölgəsi  ərəb  dilli  xalqların  fəlsəfəsində 
qarşılıqlı  danışma  sürətiylə  istidlal  etmə  sənətinə  cədəl  elmi 
deyirdilər [yəni dialektika]. Dialektikanın özünəməxsus tarixi var-
dır.  Qədim  Yunanıstanda  dialektika  dedikdə  (yunanca  mübahisə 
aparmaq  sənəti,  mühakimə  yürütmək  deməkdir)  elmi  müsahibə, 
mübahisə  etmək  sənətini  başa  düşürdülər.  Qərb  fəlsəfəsində  və 
elm  məktəbində  daha  çox  sübut  nəzəriyyəsi  kimi  başa  düşülür. 
Dialektika ideyaları fəlsəfənin bütün tarixlərində inkişaf etmişdir. 
Hegelin  dialektikası  idealist  dialektika  olmaqla  dialektikanın 
ikinci  mühüm  tarixi  formasını  təşkil  edir.  K.Marks  və  F.Engels 
tərəfindən yaradılan dialektika dialektikanın üçüncü tarixi forma-
sını təşkil edir. Bununla belə dialektikanın müxtəlif variantları da 
ola bilər. Məsələn, neqativ dialektika, antinomik dialektika, para-
doksal  dialektika  vardır.  Dialektika  nəzəriyyə  və  metodun  üzvi 
vəhdətindən  təşkil  olunmuşdur.  Dialektikanın  kateqoriyaları  za-
man, məkan, təsadüf, zərurət və s. Və qanunları mövcuddur. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
53 
DĠQQƏT [ing. Attention; ru. Внимание; fr. Attention; ər. حلد] 
–  insanın  idraki  və  praktiki  fəaliyyətinin  müəyyən  bir  obyekt  və 
yaxud hərəkət üzərinə  yönəldilməsini və cəmləşdirilməsini təmin 
edən psixi vəziyyəti.  
DĠZYUNKSĠYA [lat. disjunctio – ayırmaq] – ―və ya‖ məntiq 
bağlayıcısının  köməyi  ilə iki fikrin  birləşməsindən mürəkkəb bir 
fikir əmələ gətirən məntiqi əməliyyat.  
DĠKTATURA [lat. Dictatura; fr. Dictature; ru. Диктаторство; 
ing.dictatorship]  –  Latıncada  dictatura  sözü  qeyri-məhdud 
hakimiyyətə  deyilirdi.  Müasir  anlamda  da  dövlətdə  hakimiyyəti 
həyata keçirmə  sistemini xarakterizə edən anlayış.  İngilis  dilində 
sözün  sonuna  artırılan  -ship  sufiksi,  dilimizə  -lıq
4
  kimi  ifadə 
edilir. 
 
DĠN [ing. Religious; fr. Religion; ru. Религия; ər. ٌٓد]– ictimai 
şüurun  formalarından  biri;  bir  və  ya  bir  neçə  Allahın 
―müqəddəslərin‖  –  yəni  fövqəltəbiiliyin  bu  və  ya  digər  növünün 
reallığına  inamı  əsas  götürən  dünyagörüşü,  davranış  və  spesifik 
fəaliyyət. 
DĠLEMMA [alm. Dilemma; fr. Dilemme; ing. Dilemma; osm. 
tr.  kiyas-i  mukasın;  tr.  Iklem;  yun.  Di  [s]  –  iki  dəfə,  lemma  – 
ehtimal]  –  əqli  nəticənin  elə  bir  növüdür  ki,  onun  müqəddimə-
lərinin sırasına iki: şərti hökm və təqsimi hökm daxil olur; həm də 
dizyunksiya şəkilndə formulə edilir. 
DĠL AĠLƏSĠ - Linqvistikadan etnoqrafiyaya dil ailəsi termini 
keçmişdir. Dillərin qohumluğu onların  mənşəyinə görə öyrənilir. 
Etnoqrafiyada avtoxton anlayışından da istifadə olunur. Avtoxton 
(yunan  sözü  olub  ―autos‖-özü,  ―xtones‖-torpaq)  mənşə  etibarilə 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
54 
yerli  olan  deməkdir.  Yunan  avtoxtonuna  qədim  Roma  termini 
olan aborigen termini uyğun gəlir ki, bu da ―müəyyən bir ölkənin 
yerli əhalisi" deməkdir. 
DĠNAMĠZM  –  [alm.  Dynamismus;  fr.  Dynamisme;  ing. 
Dynamism;  osm.  tr.  kuviye;  ər.  حَىل].  Materiyanın  güc  ya  da 
qüvvətin  bir  təzahür  forması  olduğunu  önə  sürən  fəlsəfə  təlimi. 
Şeylərin  mahiyyətinin  qeyri-maddi  ―qüvvələrdən‖  ibarət,  materi-
yanı  isə  şeylərin  hərəkətinin  təzahürü  olan  həmin  ―qüvvələrdən‖ 
törəmə hesab edən fəlsəfi təlimlər. 
DĠRƏNC  –  inad  etmək,  dirənmək,  üzə  durmaq.  Qədim  oğuz 
dillərindən gəlməkdədir.  
DĠSKRETLĠK bax. Fasiləlik və fasiləsizlik. 
DĠSKURSĠV  [alm.  Diskursiv;  ər.  لِذرعإ  fr.  Discursif;  ing. 
Discursive; es.tr. istidlal; tr. Gidimli; lat. discursivus – mühakimə] 
hissi,  bilavasitə,  intuitiv  olandan  fərqli  olaraq  mücərrəd,  vasitəli, 
məntiqi və əyani olan, həqiqətlərin bilavasitə [intuitiv] və vasitəli 
[sübut əsasında qəbul edilən] həqiqətlərə bölünməsi hələ Platonda 
və Aristoteldə təsadüf edilir. 
DĠSTĠNKSĠYA  [lat.  distinctio  –  fərqləndirmə]  –  şüur  aktı; 
predmetlər  arasında  və  yaxud  şüurun  özünün  ünsürləri  arasında 
[duyğular, anlayışlar arasında və s.] olan objektiv fərqi əks etdirir. 
DOĞRU – düzgün, doğru, dürüst, düz. Dilimizdə çox işlək bir 
sözdür. Kökü əski türkcəyə dayanır.  
DOKTRĠNA  [ing. Doctrine; lat. doctrina – [ər. ىُهؼذ]] – nəzəri 
və  siyasi  prinsipləri  əldə  rəhbər  tutan  təlim,  elmi  yaxud  fəlsəfi 
nəzəriyyə, siyasi sistem [məs., hərbi doktrina]. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
55 
DOLUN  –  tam,  bütün.  Qədim  oğuz  dillərinə  aiddir.  Əski 
Yakutiya türklərində bərəkəti simvolizə edən müqəddəs ruhdur.  
DRAMATĠZM  [yun.  Drama]  –  estetik  kateqoriya;  Yunan 
dilində drama – hərəkət deməkdir. İnsan həyatının ziddiyyətlərini 
və münaqişələrini, insanın onu əhatə edən ictimai və təbii mühitlə 
qarşılıqlı münasibətini əks etdirir və ümumiləşdirir. 
DUYĞU [alm. Gefühl; fr. Sentiment; ing. Feeling, sentiment; 
osm. tr. his; ər.   ظح]. Ani və istəklə bərabər duyğu hissi, həzz və 
ağrını  hiss  edə  bilmə  kimi  ortaya  çıxaran  üçüncü  əsas  orqana 
verilən  addır.  Digər  bir  deyimlə  duyğular  maddi  və  mənəvi  ola 
bilir.  Misal  üçün  vəziyyətə  görə  ortaya  çıxan  duyğular,  xoşbəxt-
lik, yaxud bədbəxtlik və s. kimi; Nəyəsə istiqamətlənmiş, xüsusi-
lədə  estetik,  ruhi  –  fikri  [çaşma,  heyranlıq]  və  əxlaqi  –  ictimai 
duyğular [tapşırıq duyğusu, hörmət və s.].  
DUHA  –  yaradıcılıq  istedadının  ən  yüksək  dərəcəsi;  bu  cür 
istedad yalnız insana xasdır. 
DÜġÜNCƏ  [ru.  Рассудок;  alm.  Gedanke;  fr.  pensȇe;  ing. 
Thought;  osm.  tr.  fikir;  ər.  شكف]  –  Düşünmə  qabiliyətinin  özü, 
yaxud düşünmənin məhsulu, düşünülən şey. Bəzən ideya və prin-
siplərə  də  deyilir.  Əski  türkcədir.  Dilimizdə  ərəbcədən  qarşılığı 
olan fikir, yaxud təfəkkür kəlmələri də işlənir. DüĢünmə forması 
[alm.  Denkform;  fr.  Libertè  dè  pensèe;  osm.  tr.  tefekkür 
hürriyyeti; ər. شُّىفرآ خٌشد] – Düşünmənin xarici təzyiq və hər hansı 
bir qayda ilə məhdudlaşdırılmaması və bunların təzyiqindən müs-
təqil  və  sadəcə  özündən  məsul  olması.  DüĢünürəm  demək  ki, 
varam  [Lat.  Cogito  ergo  sum]  –  Maddənin  özünüdərkində  öz 
şüuruna  varıb  öz  varlığını  vasitəsiz  formada  qavramasını  dilə 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
56 
gətirən  əsas  prinsip.  Əslində  bu  prinsip  varlığın  deyil,  ―mən‖in 
təkan verdiyi yeni bir düşüncə formasının ortaya çıxmasına səbəb 
olmuşdur. 
DÜNYA [alm. Welt;  fr. Monde; ing. World;  lat. Mundus;  ər. 
اَُذنأ].  1.  Bir-biri  ilə  qanuni  əlaqəsi  olan,  bir  sistemlə 
müəyyənləşmiş tək-tək şeylərin və hadisələrin hamısı. Yaxud eyni 
qaydalara və qanunlara bağlı olan şeylərin, varlıqların təşkil etdiyi 
bütün.  Üzərində  yaşadığımız  Yer  üzü  planeti.  Şüurun  xaricində 
qalan  hər  şeydən  ibarət  olan  obyekt  dünyası.  Dünyagörüşü 
[alm.Weltahschaung;  ing.  outlook]  –  Kainatın  mənasını,  prinsi-
pini,  dəyərini,  insan  varlığını  və  davranışlarını  tamamilə  qavra-
mağa çalışan ümumi düşüncə, dünyaya ümumi bir baxış.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
57 
 

 
EFORAT -  Qədim  Spartada  ildə  bir  dəfə  seçilən  5  nəfər  ali 
vəzifəli şəxsdən ibarət kollegiya, ali nəzarət orqanı. Tam hüquqlu 
vətandaşların  məclisində  seçilirdi.  Təqribən  e.ə  VIII  əsrin 
ortalarında təsis edilmiş, e.ə III əsrsə öz əhəmiyyətini itirmişdir. 
EVDEMONĠZM  [yun.  Eudaimonia  –  həzz,  səadət,  xoşbəxt-
lik]  –  etikanın  gedonizmə  yaxın  olan  metodoloji  prinsipi.  Xoş-
bəxtliyi, səadəti təmsil edər.  
EVRĠSTĠKA  [yun.  Heurisko  –  axtarıram,  kəşf  edirəm  ]  – 
yaradıcılıq fəaliyyətini, yeninin kəşfinə və təlimdə istifadə olunan 
metodları öyrənən elm. 
Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin