ADĠLƏ NƏZƏrova



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə4/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   2   3   4   5   6   7   8   9   ...   18

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
35 
artıq  şey  arasında  var  olan  birlik,  vəhdət,  əlaqə,  və  s.şeylər. 
Aristotel bağı on kateqoriyadan biri hesab edirdi. Filosofa görə bir 
başqa şeylə əlaqədə qavranılan şeydir.  
BAZĠS  və  ustqurum  –  Hər  bir  ictimai-iqtisadi  formasiyanın 
struktur  ünsürlərini  səciyyələndirən  kateqoriyalar.  Marksizm  – 
Leninizm  nəzəriyyəsində  geniş  şəkildə  öz  əksini  tapmış-
dır. Marksizmdə siyasi-iqtisadi sistemin əsas elementləridir. Bazis 
ingiliscədəki basic – əsas, qaynaq sözündən törəmədir.  
BƏRABƏRLĠK [alm. Gleischeit; fr. Ègalitè; fr. Equality; lat. 
Aequalitas;  ər.  داٚبغِ  ;  tr.  eşitlik]  –  Eyni  zaman  kəsiyində  eyni 
xüsusiyyətlərə malik olma. Cəmiyyətdə insanların bərabər vəziy-
yətdə  olduqlarını  ifadə  edən  anlayış,  lakin  müxtəlif  tarixi  dövr-
lərdə  və  müxtəlif  siniflərdə  ayrı-ayrı  məzmuna  malik  olur.  Buna 
ictimai bərabərlik deyilir. Bundan başqa siyasi bərabərlik də möv-
cuddur.  Ölkənin  idarəsində  iştirak  etməyə  hamının  eyni  siyasi 
hüquqa  malik  olmasına  deyilir.  İmkan  bərabərliyi  isə  fərdlərə 
mümkün  mərtəbədə  özlərini  inkişaf  etdirmələri  yaxud  istək  və 
planlarını  həyata  keçirə  bilmələri  üçün  eyni  imkanların  təmin 
edilməsidir.  
BƏRTƏRƏFLĠLĠK [alm. Athebuag – ləğv etmə, kənar etmə, 
qoruyub  saxlama].  –  kənarlaşdırma,  uzaqlaşdırma,  aradan 
götürmək. Hegel fəlsəfəsində geniş işlədilən termindir. Dilimizdə 
nadirən  işlədilən  bir  kəlmə  olaraq  daha  çox  uzaqlaşdırma  anla-
mında işlənir. 
BƏHANƏ  -  digər  hadisələrin  baş  verməsi  üçün  sövqedici 
təkan  kimi  çıxış  edən  xarici,  çox  vaxt  təsadüfi  hadisə,  vəziyyət. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
36 
Fars  dilindən  keçmə  sözü  olub  dilimizdə  geniş  işlədilməkdədir. 
Misal üçün; bəhanə gətirmək və s. 
BƏġƏRĠYYƏT (ing. Humanity; os. Tr. beşeriyet; tr. insanlık; 
ər.  حَّششت)  –  insanlıq.  Ərəbcədən  keçə  söz  olan  bəşəriyyətin  həm 
yer  üzündə  yaşayan  insanların  məcmusu  mənasında,  həm  də 
insanların dünyanın müxtəlif ölkələri, xalqları arasında iqtisadi və 
digər  əlaqələrin  ümumiliyinin  formalaşması  gedişində  təşəkkül 
tapan tarixi birliyi mənasında çıxış edir.  
BĠHEVĠORĠZM  [ing.  Behaviour+ism]  –  düzgün  davranış. 
Müasir  psixologiyada  geniş  yayılmış  cərəyanlardan  biri.  Əxlaq-
dan qaynaqlanan və əxlaqi davranışları önə çəkən fəlsəfi təlimdir.  
BĠLĠK  [alm.  Erkenntnis;  fr.  Connaissance;  ing.  Knowledge, 
cognition;  lat.  Cognitio;  osm.  tr.  Marifet,  malumat;  ər.  حفشؼي
ٌّ,
خايىهؼي]  –  bilinən,  məlum  olan  şey,  bilmək  fəaliyyətinin  yaxud 
prosesinin  nəticəsi.  Fəlsəfədə  nəyinsə  bir  şey  olaraq  qavranıl-
masıdır  və  müxtəlif  formalarda  özünü  göstərir.  Filosoflar  əsrlər-
dən bəri biliyin – qavranılan şeyin rasional yaxud irrasional olma-
sı  barəsində  iki  fərqli  görüş  üzərində  dayanırlar.  Rasional  şüurla 
varılan, məntiqi nəticədə hasil olan və maddi cəhətdən sübut edi-
ləndirsə,  irrasional  isə  daha  çox  insanlarda  ruhi-mənəvi  hadisə-
lərin  nəticəsi  olaraq  ortaya  çıxan  məfhumdur.  Bilik  yaxud  məlu-
mat  əlaqəsi  bilinənlə  bilən  arasında  təzahür  edən  əlaqəyə,  bağa 
deyirlər.  Biliyin  meydana  gəlməsi  isə  bilinənin  biləndə  bilmə 
fəaliyyətinin ortaya çıxmasından qabaqkı ilk fel, ilkin təsəvvürün, 
fikrin ortaya çıxmasıdır. Bilik məhsulu isə əldə edilən məlumat – 
informasiyanın  başqasına  müxtəlif  vasitələrlə  ötürülməsidir. 
Dilimizdə bilik mənasında əvvəllər daha çox mərifət sözü işlənir-

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
37 
di.  Əslində  mərifət  sözü  biılik  sözünün  ərəf  dilindəki  ekviva-
lentidir  və  ərəfə  felindən  [فشػ]  törəmişdir.  Mərifət  sözü  onun 
məsdəridir.  Sufi  terminologiyasında  mərifət  əhli  birləşməsi  də 
işlənilir. Bundan başqa bilik nəzəriyyəsi [alm. Erkenntnistheorie; 
fr.  Theorie  de  la  connaissance,  gnoseologie,  ing.  Theory  of 
knowledge, epistemology; osm. tr. marifet nazeriyesi; 
حَشظَ
 
حفشؼي

ifadəsi  də  mövcuddur.  Bilik  problemi  [Alm.  Erkenntnisproblem; 
ər. 
حفشؼًنآ
 
حهكشي
]  –  bilmənin  mahiyyəti,  ortaya  çıxması  və  olması 
ehtimalına  aid  olan  bütün  problemlər  bütününə  deyilir.  Bu 
problem  siyasi,  ictimai,  maddi  və  ya  mənəvi  ola  bilər.  Biliyin 
qaynağına yaxud da nəticəsinə uyğun olan hər şeyi əhatə edir.  
BUDDĠZM  –  Etiqad  edənlərin  sayına  görə  dünya  ən  böyük-
qeyri-ilahi  mənşəli  dinlərindən  biridir;  istəklərdən  imtina  etmək 
yolu ilə iztirablardan azad olmağı və ―nicat‖a – nirvanaya çatmağı 
təbliğ  edən  din.  Buddizmdə  digər  səmavi  dinlərdə  olan  xüsusi 
ayinlərə, rutuellərə  bənzəyən müəyyən xüsusiyyətlər mövcuddur. 
Sözün  kökündə  dayanan  Budda  kəlməsi  sözü  gedən  dinlərdə 
Tanrı rolunu oynayan məbuda verilən addır. Dində inanc sistemi-
nin əsasını Budda təşkil etdiyi üçün din bu cür adlandırılmışdır.  
BURJUAZĠYA  [fr.  Bourgeoisie  –  son.  Lat.  burgus]  Bəşəriy-
yətin inkişaf mərhələlərindən biri olan kapitalizm – ictimai, iqtisa-
di  formasiyalarının  əsas  siniflərindən  biridir.  Burjuaziya  istehsal 
vasitələri  üzərində  mülkiyyətə  malik  olan  təbəqədir.  Marksizm  – 
Leninizm  fəlsəfəsində  burjuaziya  və  fəhlə  sinfi  haqqında  geniş 
məlumat  verilməkdədir.  Latın dilində  burgus  möhkəmləndirilmiş 
şəhər  anlamına  gəlir.  Sözün  kökü  buradan  əmələ  gəlmişdir,  və 
dilimizdə avropa dillərinə uyğun biçimdə səslənməkdədir.  

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
38 
BÜROKRATĠYA  [fr.  Bureau,  idarə  və  yun.kratos  –  haki-
miyyət]  –  bürokratiya,  hakim  təbəqə.  Fransızcada  büro  kəlməsi 
ilə  latıncadakı  kratos  –  hakimiyyət,  cəmiyyətin  təşkilinin  elə  bir 
formasıdır  ki,  onun  üçün  hakimiyyət  orqanlarının  kütlələrdən 
ayrılması,  təşkilatın  özünün  fəaliyyətinin  qayda  və  vəzifələrinin 
onun  rəhbər  vəsiləsinin  mövqelərinin  saxlanılması  və  möhkəm-
ləndirilməsi məqsədlərinə tabe edilməsi səciyyəvidir. 
BÜTPƏRƏSTLĠK  təbiətin  cisim  və  əşyalarını  ilahləşdirən, 
ibtidai  dinlərin  [animizm,  fetişizm,  totemizm,  şamanizm  və  s.] 
zəminində  yaranmış  dini  etiqad.  Farscadan  dilimizə  keçmişdir. 
Bütə artırılan pərəsət şəkilçisi nəyəsə olan aludəçiliyi bildirir.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
39 
 

 
CAĠZ  [صﺋاﺟ]  –  icra  edilməsində  dini  hökmlərə  əks  olmayan, 
günah olmayan  şeylər. Hər hansı  bir şeyin,  yaxud hərəkətin caiz 
olması islam dinində ilk növbədə Quranla, sonra hədislərlə, sonra 
isə müsəlman fəqihlərinin rəylərinə əsasən müəyyən olunur. Caiz 
sözü  dilimizdə  daha  çox  islam  fəlsəfəsi  mətnlərində  işlədilir. 
Kəlmənin  kökündə  olan  cəzə  [صاﺟ]  felindən  dilimizdə  geniş 
yayılan  icazə  sözü  də  əmələ  gəlmişdir.  Ərəb  dilində  icazə  sözü-
nün  feli  IV  babda  əcəzə  felidir.  İcazə  sözü  onun  məsdəridir. 
Ərəbcədə  müənnəs  qadın  cinsini  bildirən  -ətun  şəkilçisi  dilimizə 
qısa ə olaraq keçmişdir [Müqayisə et: ər. icazətun – az. Icazə; ər. 
idarətun – az. İdarə; ər. işarətun – az. İşarə və s.].  
ÇAĞ  –  Əski  türkcədir,  müxtəlif  mənaları  vardır.  1-zaman, 
vaxt; 2- dövr, dövran; 3- su səsi, şırıltı.  
ÇAĞIMDA  Yaradıcı, xaliq. Qədim oğuz dilindədir. 
ÇAVUġ –  Bilgi verən, bilgi  götürən, bilgi dağıdan [Çav...kö-
künden], hazırda hərbi rütbə mənasını da bildirmək üçün işlədilir. 
CAĞATAY – Fövqəlzaman. Çağ+atay. Qədim oğuz dillərində 
öz çağından, zəmanəsindən üstün olan uzaqgörənə deyilir.  
CƏDƏL  elmi  [لذﺟ]  –  İslam  mədəni  bölgəsi  fəlsəfəsində  mü-
səlman  filosoflarının  dialektikaya  verdiyi  addır.  Daha  ətraflı  mə-
lumat  üçün  bax:  Dilektika.  Dilimizdə  cədəl  sözü  fəlsəfi  termin-
dən  izafə  mabühisə,  müzakirə  kimi  də  başa  düşülür.  Daha  çox 
orta  əslərdə  bu  anlam  cəng-ü  cədəl,  yaxud  cəng-ü  cidal  olaraq 
işlənirdi.  

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
40 
CƏVVAD  [ذاوج]  –  əli  açıqlıq  etməyi,  sədəqə  verməyi  sevən 
kəs.  Comərdlik,  cəsarət  və  ərdəmlik  kimi  məziyyətləri  özündə 
ehtiva  edir.  Dilimizdə  bu  termindən  törəyən  bir  v  ilə  yazılan 
cavad sözü əslində ərəbəcədə təşdidlə [hərflərin ikiləşməsi – mi-
sal üçün dəbbə, bəssə, qallə, mərra və s. ] yazılan v hərfinin Azər-
baycanda  daha  əvvəllər  mövcud  olan  əski  əlifbalı  sistemdə  bir  v 
ilə oxunuşu formasında ortaya çıxmışdır.  
CĠLMAYA    at  adı.  Əski  oğuz  dilindədir.  Türk  mifologi-
yasına görə əfsanəvi qanadlı atdır.  
CĠNS [alm. Gattung; fr. Genre; ing. Genus; yun. Genos; osm. 
tr.  cins;  ər.  ظُﺟ]  –  bir  –  birinə  yaxın  növlərin  əhatə  olunduğu 
birlik.  Bəzən  isə  öz  içində  növləri  olan  hər  növ,  o  növlər  üçün 
cinsə çevrilir. Lakin pilləvari nərdivanda ən sonda gələn növ cins 
ola  bilməz.  Orqanizmin  doğub  törəmə  prosesilə  bilavasitə  bağlı 
olan  və  orqanizmlərin  çoxunda  kişi,  və  ya  qadın  fərdlərini  ayırd 
etməyə  imkan  verən  əlamətlərin  məcmusu,  habelə  canlı  vücud-
ların iki kateqoriyasından (kişi və qadın, erkək və dişi) biri. Kişi 
cinsi. Qadın cinsi. 
CĠHAD  [داهﺟ]–  din  uğrunda  döyüş  səfərbərliyi,  fərqli  məna-
larda  işlədilir.  Bəzən  insanın  öz  nəfsi  ilə  mübarizə  aparmasına, 
nəfsin  istək  və  arzularına  boyun  əyməməsinə  də  cihad  deyilir. 
Ərəb dilli fəlsəfədə çox işlək bir ifadədir. İslam dininə aid olan bir 
termin kimi cihadı bəzən terror sözü ilə eyniləşdirirlər, lakin cihad 
terror  deyil,  insanları  zülmdən  qurtarmaqdır.  Qanunsuz,  silahlı 
birləşmələr  bu  ad  altında  cinayətlər  törədərək,  dünyada  İslam 
barədə mənfi rəy formalaşdırır. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
41 
 CĠSĠM  [alm.  Körper;  fr.  Corps;  ing.  Body;  lat.  Corpus;  ər. 
ىغﺟ] - 1. şüur xaricində özbaşına müstəqil olaraq kainatda yer tu-
tan hər hansı bir şey. 2. Fiziki baxımından götürdükdə isə bölünə 
bilən  və  yer  tutma  qabiliyyəti  olan  maddə.  Cisim  sözündən  törə-
yən.  Cismani  isə  maddi  olan,  cismə  yaxud  bədənə  aid  olan 
deməkdir.  Dilimizdə  işlətdiyimiz  cism  sözü  ərəbcədən  bizə 
keçmədir.  .  َغَﺟ
ى   felinin  [cəsəmə]  məsdəridir.  Bu  feldən  törəmə  V 
babda  təcəssəmə  [ٌّ
َُّغ َجَر]  felinin  məsdəri  olan  təcəssüm  sözü  də 
işlənir.  Fəzanın müəyyən bir qismini dolduran maddə, materiya, 
şey;  fəzada  ayrıca  şey.  Bərk  cisimlər.  Maye  cisimlər.  Cisimlərin 
düşmə qanunu. Göy cisimləri (planetlər, ulduzlar). 
CÖVHƏR [alm. Substanz; fr.=ing. Substance; yun. Hypotasis, 
hypokeimenon – altda var olan; osm. tr. cevher; ər. ٌّ
 ش٘ٛﺟ] – yunan 
dilində  ausia  –  öz  mənasında  istifadə  olunur.  Cövhər  –  dəyişən 
əşyada əbədi olan, hadisələr və sifətlər özünə yüklənən, bir başqa 
şeydə  və  ya  bir  başqa  şeylə  deyil  də  öz-özünə  yer  alan  şeydir. 
Əsas mahiyyət, Kantın təlimində ―özündə şeylər‖ anlamına uyğun 
gəlir.  Misal  üçün  stul  bir  formadır,  lakin  onun  əsası  taxtadır
Formalar və rənglər dəyişə bilər, lakin onun mahiyyəti olan taxta 
olması  faktı  əsla  dəyişməz.  Dəyişkən  hallar  və  xüsusiyyətlərlə 
müqayisədə qalıcı olan, bir başqa şeylə yaxud da bir başqa şeydə 
deyil,  öz-özülə  var  olan  (fəlsəfi  terminologiyaya  aiddir).  Cövhər 
kəlməsi  ərəb  mənşəlidir.  Bu  söz  daha  müasir  variantda  Qərb 
fəlsəfəsinə istinadla ―substansiya‖ termini  ilə ifadə  olunur. Şeyin 
mahiyyəti,  onun  əsası  demək  olan  cövhər  bütün  xarakter  və 
xüsusiyyətlərdən uzaq təsəvvür olunur. Ona  əlavə olunan forma, 
tip, xüsusiyyətlər onun təbiətinə bilavasitə aid olmadıqlarına görə 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
42 
onlara ərəz deyilir. Misal üçün taxta şeyin mahiyyəti kimi cövhər, 
sonradan ona əlavə olunan forma, rəng və s. isə ərəzdir. Digər bir 
mənada da hər hansı bir üzvi maddənin distillə və s.kimyəvi üsul-
la ayrılan yığcam məhlulu, şirəsinə də cövhər deyilir. Daha ətraflı 
bax: Substansiya.  
CÜZ  [زﺟ]–  parça,  hissə.  Çoxluğun  hissələrindən  biri  cüzdür. 
Küll halında olan bir şeyin hissələrindən biri; hissə, qisim, parça. 
Ümumi mənada isə çoxluğun tərkib hissələrindən biri, yaxud onu 
təşkil edənlərdən biri deməkdir. Quran-i Kərimin bölünmüş surə-
lərinə də cüz deyilir. Quran otuz cüzdən ibarətdir.  
CÜZĠ  [alm.  Partikular;  fr.  Particulier;  ing.  Particular;  lat. 
Particularis;  osm.  tr.  cüzi;  ər.  ٌّ
ّيزﺟ]  –  məntiqdə  bir  növün  bütün 
fərdlərinə az miqdarda olan, çoxluqla müqayisədə az olan, yaxud 
çoxluğun tamamına deyil, ancaq bir hissəsinə aid olan deməkdir. 
Cüz sözünün sonuna artırılan -i şəkilçisi ərəbcədən keçmədir. Bu 
şəkilçisi orijinal versiyasında əslində - iyyun formasındadır. Lakin 
bu  dilimizə  uzun  səslənən  i  kimi  transfer  etmişdir.  Bu  ərəbcənin 
orfoepik qaydalarına uyğundur. [müqayisə et: mülki, cüzi, dövri, 
sətri,  hissi  və  s.].    Cüzi  iradə  [alm.  Willensfreiheit;  fr.  Libre 
arbitre;  ing.  Free  will;  lat.  Liberum  arbitrium;  osm.  tr.  irade-i 
cüziye; tr.özgür istenç;  ər. جدأسإ ءضﺟ] – insana məxsus azad iradə. 
İstəyin azad olması, nədənsə asılı olmaması insanın istək və qərar 
verə bilmək müstəqilliyi. Din fəlsəfəsində isə Tanrı istəyi [iradeyi 
külliyyə]  qarşısında  insanın  istəyinin  ortaya  qoyur.  Fəlsəfədə 
azadlıq kateqoriyası ilə eyni mənaya uyğun gəlir.  
CAYNĠZM Hind fəlsəfəsi və dininin e.ə. təqr. VI əsrdə mey-
dana  gəlmiş  qeyri-ortodoksal  sistemlərindən  biri.  Caynistlər 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
43 
Hindistanda  xüsusi  dini  qrup  təşkil  edirdilər.  Adın  kökü  Hindis-
tandan  gəlmədir.  Hindistanda  ən  çox  yaşadıqları  ərazilər  Uttar, 
Pradeş  və  Madhyadır.  Hazırda  caynistlərin  sayı  təqribən  3  mil-
yona  çatır.  Caynizm  ―qalib‖  mənasında  olan  Cina  və  ya  ―böyük 
qəhrəman‖  mənasında  olan Mahavira ləqəbli  bir  şahzadə  olan 
Vardhamana  Jinata  tərəfindən  qurulan  dini  bir  hərəkatdır. 
Caynizm  doktrinası  əsasən  Tirtankara  deyilən  keçid  edən,  keçid 
tapan  və  yol  göstərən  olaraq  Mahaviraya  sitayişdir.  Mahaviranın 
Nirvanaya çatması caynist təqviminin başlanğıcı olmuşdur. Onun 
Budda ilə eyni dövrdə yaşadığı üçün inancları və əsərləri arasında 
oxşarlıqlar vardır. 
CAN  insanı  var  edən.  Əski  türkcədən  gəlmədir.  Ərəb  dilli 
fəlsəfədə  bu  sözün  qarşılığı  olaraq  hayy  yaxud  da  ruh  sözləri 
işlənir.  Bəzən  psixika  termininin  sinonimi  kimi  işlədilən  termin. 
Fəlsəfə  tarixində  bu  anlayışla  insanın  idealizmdə  xüsusi  qeyri-
maddi  substansiya  ilə  eyniləşdirilən  daxili  aləminə  baxış  ifadə 
olunmuşdur. Can insanı varlı tutan, diri saxlayandır.  
CƏBƏRĠLĠK dini-fəlsəfi təlim. Qurana münasibətdə sifatilərə 
zidd  mövqe  tuturdu.  Cəbəriliyin  tərəfdarları  iddia  edirdilər  ki, 
Allahın  heç  bir  qədim  atributu  yoxdur,  Quran  isə  sonradan 
yaradılmışdır.  Cəbəri  sözü  hərfi  anlamda  məcburi  deməkdir. 
Cəbərilik  dini  təlimi  Allahı  tanıdığı  və  onu  qəbul  etdiyi  halda, 
onun  atributlarını  tanımır.  Onlar  Quranın  vəhy  vasitəsi  ilə 
Məhəmməd  peyğəmbərə  endiyini  qəbul  etdiyi  halda  onun 
Məhəmməd  (s.a.s)  əsəri  olduğunu  təsdiq  edirlər.  Hədisləri  isə 
sonralar  yardılmış  böyük  vəlilərin  və  övliyaların  əsəri  hesab 
edirlər. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
44 
CƏMĠYYƏT [alm. Gesselschaft; fr. Sociètè; ing. Society; lat. 
Societas; osm. tr. cemiyet; ər. حًُّﺟ] – şüurlu fərdlərdən və xüsusilə 
aralarında  təşkilatlanma  əlaqələri  və  qarşılıqlı  əməllər  olan 
insanlardan ibarət topluluq. Ərəb dilindən keçmişdir, kökü cəmə`a 
[غًﺟ]  felidir,  toplaşmaq,  cəm  olmaq,  yığışmaq  deməkdir.  İnsan-
ların birgə fəaliyyətinin tarixən qərarlaşmış formalarının məcmu-
su.  Dar  mənada  ümumi,  xüsusi  və  təkcə  əlamətlərinin  vəhdəti 
halında götürülmüş konkret cəmiyyət kimi və ayrıca region, ölkə 
kimi  nəzərdən  keçirilə  bilər.  Tarixən  müəyyənləşmiş  iqtisadi 
quruluş  və  ona  uyğun  üstqurum.  İbtidai  cəmiyyət.  Sosializm 
cəmiyyəti.  Kapitalizm  cəmiyyəti.  Bir  yerə  yığışan  insanlara  və 
dini terminologiyada məscidə namaz qılmaq üçün bir yerə yığışan 
insanlara da camaat [حػايﺟ] – deyilir. 
ÇEVRĠLMƏ  [alm.  Genesis;  fr.  Devenir,  genèse;  ing. 
Becoming,  genesis;  lat.  Fieri;  in  fiere  –  var  olma;  yun.  Genesis; 
osm.  tr.  sayruret;  tekevvün;  tr.  Oluş;  ər.  حسٚشٍص]  –  dəyişmə, 
dönüşmə prosesi, belə vəziyyətdə bir haldan digər bir hala keçmə, 
yaxud  imkandan  reallığa  keçid.  Daimi  olaraq  dəyişmə  prosesinə 
də çevrilmə deyilir.  
 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
45 
 

 
 
     DAOĠZM (  Taosizm),  Çin  dilindən:  pinyin:  Daojia  iki  ayrı 
sözün  Türkcədəki  qarşılığı  olaraq  istifadə  edilməkdədir.  Daojiao 
Çin mədəniyyətində bir dinə işarə edərkən, Daojia isə bir fəlsəfə, 
düşüncə  məktəbini  izah  edir.  Daonun  qurduğu  təlimə  Daosizm 
deyilirdi. Daoriszm dao və yaxud ―yollar‖ haqqında təlim; e.ə. VI 
-V  əsrlərdə  Çində  meydana  gəlmişdir.  Ancaq  ikisi  də  qaynağını 
Laozinin  əsəri  Tao  Te  Chingdən  götürmüşdür.  Düşüncə  məktəbi 
olaraq Taoizmin qurucusu Laozinin ardından Zhuangzi də bu axı-
nın  ən  əhəmiyyətli  nümayəndəsidir.  DAO  –  Çin  klassik  fəlsəfə-
sində  mühüm  kateqoriyalarından  biridir  onunda  mənası  yol 
deməkdir.  
DALAY - [Talay] Genişlik, ululuq, sonsuzluq məcaz edən, əsl 
mənası , böyük dəniz, okean. Əski türkcədir. 
DAVAMĠYYƏT  [alm.  Kontinutiöt;  fr.  Continuitè;  ing. 
Continuity;  lat. Continuitas;  osm.  tr.  temadi;  ər.  يدآّر]  – davamlı 
olaraq  sürüb  getmək.  Daimi  olmaq,  sürüb  getmək.  Ayrı-ayrı 
elementlərdən  mütəşəkkil  olmayan  bir  reallıq  qurma.  Davam 
sözünə  artırılan  iyyət  şəkilçisi  ərəbcədə  mövcud  olan  nisbi  sifət 
şəkilçisinin  qadın  cinsində olan formasıdır. Bu şəkilçi ərəbcədən 
dilimizə  transfer  olunan  xeyli  sözdə  mövcuddur  [Müqayisə  et: 
mədəniyyət, bəşəriyyət, qalibiyyət, məğlubiyyət və s.]. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
46 
DAVRANIġ  [alm.  Verhalten;  fr.  Comportement;  ing. 
Behaviour]  –  xaricdən  müşahidə  olunacaq  bütün  hərəkətlərin 
cəminə deyilir. Mənşəcə türkcədir.  
DAHĠ [ing. Genius; fr. Génie; far. ٍهاد] – mütəfəkkir, mürdik. 
Farscadan  gəlmədir, xariqüladə  ağıl  və  zəkaya  malik  olan 
şəxs. Böyük şəxsiyyətlərə, mürdik və uzaqgörən  insanlara,  əngin 
zəkaya malik  adamlara  verilən addır.  Dilimizdə dahicə  olan  fikir 
və ideya da dahiyanə adlandırılır.  
Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin