ADĠLƏ NƏZƏrova



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə15/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   ...   10   11   12   13   14   15   16   17   18

SÜBUT  [خىثث]  –  Sübutun  tezisi  olan  hər  hansı  fikrin 
həqiqiliyini  [yaxud  yalanlığını]  əsaslandırmaq  məqsədi  daşıyan 
mühakimə. Kökü ərəbcədəki səbutə-dən [دثث] götürülmüşdür. 
SÜNNƏ  [ər.  خٕع]  –  [ər.  Adət,  ənənə,  qanun]  –  Məhəmməd 
Peyğəmbər  və  onun  kəlamları  haqqındakı  hədisləri  təşkil  edən 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
182 
―müqəddəs rəvayətlər‖ məcmusu, sünnilik məzhəbinə etiqad edən 
müsəlmanların müqəddəs kitabları. 
SÜNNĠLĠK  –  islam  dinində  ən  geniş  yayılmış  ortodoksal 
təriqət.  VII-VIII  əsrlərdə  xilafət  daxilində  gedən  dini-siyasi 
mübarizə  şəraitində  meydana  gəlmiş,  IX  əsrdə  tam  formalaş-
mışdır. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
183 
 
ġ 
 
ġAMANĠZM – ibtidai-icma quruluşunda bəzi xalqlarda yaran-
mış erkən din. Şamanın [kamın] ruhlarla ünsiyyətinə inama əsas-
lanır. 
ġAFĠLĠK  –  sünni  məzhəblərindən  biri;  banisi  islam  hüququ-
nun dərin bilicisi, fakih və mühəddisi, Fələstinin Qəzzə şəhərində 
anadan olmuş Məhəmməd bin İdris əş-Şafildir. 
ġEY [alm. Ding; fr. Chose; ing. Thing; lat. Res, ens; ər. ءٍش] – 
hər hansı bir düşüncəni dilə gətirən naməlum termin. Həqiqi olan, 
şüurun  xaricində  öz  başına  var  olan  yeganə  obyekt  [ens  reale]. 
Nesne-Obje:  Ümumiyyətlə  qarşımızda  olan,  şüurun  özünə 
yönəldiyi,  özünə  yönəldilən,  düşünülüb  hazırlanan  şey.  Şey  – 
maddi aləmin nisbi müstəqil mövcudluğa malik hissəsi. Bir şey o 
biri şeydən özünün keyfiyyət müəyyənliyi ilə fərqlənir. 
ġEYXĠLĠK  –  XIX  əsrin  birinci  yarısında  şiəlik  əsasında 
yaranmış  dini-siyasi  cərəyan.  Şeyx  Əhməd  Əhsai  [1744-1827] 
yaratmışdır. 
ġƏRAĠT [ذئاشش] – predmeti əhatə edən və predmetin onlarsız 
mövcud  ola  bilmədiyi  xarici  hadisələrə  münasibətini  ifadə  edən 
fəlsəfi kateqoriya. Predmet özü şərtlənmiş bir şey kimi, şərait isə 
obyektiv aləmin predmet üçün nisbi xarici olan rəngarəngliyidir. 
ġƏRƏF  [alm.  Würde,  menschenwürde;  fr.  Dignitè,  humaine; 
ing.  Dignity;  dignitas;  osm.  tr.  haysiyet;  tr.  Onur;  ər.  فشش]  – 
insanın duyan, düşünən və azad bir varlıq olaraq özündə daşıdığı 
dəyər,  insaniyyətinin  dəyəri.  Kant  belə  düşünürdü  ki,  şərəfli  bir 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
184 
varlıq  olması  səbəbilə  insan  heç  bir  zaman  vasitə  kimi  istifadə 
edilməməlidir.  Əxlaqi-şüur  anlayışı  və  etik  kateqoriya;  məzmu-
nuna  görə  ləyaqət  anlayışına  oxşardır.  Fərdin  özünün-özünə  və 
cəmiyyətin fərdə münasibətinin  təzahür forması olan şərəf [eləcə 
də ləyaqət] insanın davranışının və başqalarının ona münasibətini 
münasib şəkildə tənzimləyir. 
ġƏRĠƏT  [ər.  ―yönəltmək‖  qanun  vermək]  –  müsəlman 
qanunlarının  sistemləşdirilmiş  toplusu.  Şəriətdə  bütün  qeyri-dini 
və  dini  problemlər  islam  baxımından  işıqlandırılır;  təsərrüfat 
həyatı, əxlaqi və etik normalar, adət, ənənə və bayramlar, qadağan 
olunmuş, bəyənilmiş, yaxud təqdirəlayiq hərəkətlər, hətta dindarın 
həyatının  ən  intim  sahələrini  də  əhatə  edən  qayda  və  qanunlar 
islam dini baxımından vahid sistem şəklində birləşdirilmişdir. 
ġƏRT  [alm.  Bedingung;  fr.=ing.  Condition;  lat.  Conditio; 
osm.  tr.  şart;  ər.  خشش]  –  bir  başqa  şeyin  özünə  bağlı  olduğu,  bir 
başqa  şeyi  imkanlı  qılan  şey.  ġərtli  imperativ  [alm. 
Hyporthotischer imperativ; fr. Impèratif hyporthètique] 
ġƏXS [ər. ضخش; alm. Individium; fr. Individu; ing. Individual; 
lat. Individium; tr. Birey; osm. tr. şahıs, fert] mənası bölünməyən, 
parçalanmayan  deməkdir.  Latıncadakı  devidere  sözündən  törə-
mişdir  =  a-tomon  –  bölünməyən,  özlüyündə  hissələrə  ayrılmaz 
olan  varlıq.  Ümumiyyətlə  götürdükdə  isə  hər  var  olan  bir  şəxs 
olduğu  kimi,  müstəqil  olaraq  hər  hansı  bir  insan  da  bir  şəxsdir. 
Azərbaycan  dilində  bu  termin  latın  dilindəki  ifadə  variantından 
daha  çox  ərəbcədəki  versiyası  işlənir.  Ərəbcədə  bu  sözün  cəmi 
əşxas-dır  [صاخشأ].  Müşəxxəs,  təşxis  və  s.kimi  eyni  kökdən  olan 
bu  qəbil  sözlər  də  dilimizdə  işlənməkdədir.  Şəxsiyyət  [حُّظخش]  – 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
185 
tarixən  konkret  fəaliyyət  növləri  və  ictimai  münasibətlər  prose-
sində formalaşan sosial  keyfiyyətlər aspektində  götürülmüş insan 
fərdi. 
ġOVĠNĠZM  [fr.  Chauvinisme]  –  millətçiliyin  ifrat,  mürtəce 
formalarından  biri.  Başqa  millət  və  xalqlara  nifrət  və  ədavəti 
qızışdırmağa yönəldilmiş şovinizm siyasəti guya ―ikinci dərəcəli‖ 
millət və irqlər üzərində hökmranlıq etməli olan bir millətin milli 
müstəsnalığını təbliğ edir.  
ġÜUR [alm. Bewusstsein; fr. Conscience; ing. Consciousness; 
lat. Conscientia;  yun. Syn-eidesis = birlikdə bilmə; osm. tr. şüur; 
ər.  سىؼش]  –  1.  Insanın  özü,  yaşadıqları  və  dünya  haqqındakı 
məlumatı. Bundan başqa düşünmək və özünü tanımaq qabiliyyəti. 
Fəlsəfi ensiklopediyada qeyd olunur ki, şüur obyektiv gerçəkliyin 
yalnız insana xas yüksək formasıdır və insan tərəfindən obyektiv 
aləmin  və  öz  xüsusi  varlığının  başa  düşülməsində,  dərk  edilmə-
sində  fəal  iştirak  edən  psixi  proseslərin  vəhdətindən  ibarətdir.  
ġüursuzluq  –  Səbəbi  şüura  hələ  gəlib  çatmamış  [məs.  müdafiə 
reaksiyası  və  s.]  həmçinin  şüur  təbii  və  ya  süni  olaraq 
dayandırıldıqda [yaxud, hipnoz altında, möhkəm sərxoş olduqda, 
lunatizm  zamanında  və  s.  hallarda]  avtomatik,  qeyri-ixtiyari  baş 
verən fəaliyyət. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
186 
 

 
TABU  [polineziya  dilində]  Qeyri-normal  gücə  sahib  olan  bir 
nəsnə, insan və ya söz tabu syıla bilər.  
İbtidai  xalqlarda:  əfsanəvi  etiqadlara,  mövhumi  təsəvvürvə  – 
zehniyyətlərə görə işlənməsi (dilə gətirilməsi) mütləq bədbəxtliyə 
səbəb  olacaq  və  buna  görə  də  söylənməsi  qadağan  olunmuş  söz. 
Müasir  dildə:  senzura  tərəfindən  işlənməsi  qadağan  edilmiş  söz, 
yaxud  qaba,  ədəbsiz  sayıldığına  görə  işlənməsi  qeyri-münasib 
hesab edilən söz. 
TALE  –  insanların  həyatında  bütün  hadisələri  qabaqcadan 
müəyyən edən fövqəltəbii qüvvə haqqında dini-idealist təsəvvürü 
ifadə edən anlayış. 
TANRI  [alm. Gott; fr. Dieu; ing. God; lat. Deus;  yun. Theos; 
osm.  tr.  Allah;  ər.  للهأ]  –  Dini  iman  sistemində  fövqəltəbii  və 
fövqəladə  xüsusiyyətləri,  yetişkin  bir  əsas  olaraq  ən  yüksək 
varlıq.    Tanrı  haqqında  elm  –  [alm.  Theologie;  fr.  Thèologie; 
ing.  Theology;  osm.  tr.  ilahiyat;  ər.  ذ
ٍَّ٘إ]  –  ümumiyyətlə  Tanrı 
və  tanrılar  haqqında,  dini  olan  haqqında  təlimlər.  Konkret 
anlamda  isə  dini  təfsirlərə  əsaslanan  Tanrı  haqqında  təlim.    Bax: 
Allah maddəsi. 
TANTRĠZM – Qədim Hindistanın dini-fəlsəfi təlim. İlk əvvəl 
qadın allahlar ayini ilə və məhsuldarlığın təmin edilməsinə yönəl-
dilmiş cadu mərasimləri ilə bağlı olmuşdur. 
TEĠZM [alm. Theismus; fr. Thèisme; ing. Theism; yun. Theos 
– Tanrı; osm. tr. ilahiye; ər. حُّهآإ] – Bir Tanrıya iman gətirmək  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
187 
TELEOLOGĠYA [yun. Teleos – məqsəd, logos – təlim, söz] 
– aləmdə obyektiv, insan fövqündə duran məqsədlərin və məqsə-
dəuyğunluğun mövcudluğu haqqında dini-fəlsəfi təlim. 
TEOQONĠYA [yun. Thheos – allah və goneia – anadan olma, 
doğulma]  –  allahların  mənşəyi  haqqında  dini  miflər  sistemi; 
allahların şəcərəsi. 
TEODĠSEYA [yun. Theos – allah və dike – hüquq, ədalət] – 
Allaha haqq qazandırılması; nəyin hesabına olursa olsun qüdrətli, 
aqil və adil allaha etiqadla dünyada şər və ədalətsizliyin mövcud-
luğu  arasındakı  aşkar  və  barışmaz  ziddiyyətə  haqq  qazandırmaq 
məqsədi güdən dini fəlsəfi traktatların adı. 
Teoloji  etika  –  hər  hansı  teoloji  sistemə  əsaslanan  etika. 
Teoloji  etikanın  nüfuzlu-təsirli  cərəyanları  üç  əsas  dinin; 
xristianlığın, islamın, buddizmin etik təlimləridir. 
TEORĠYA  [alm.  Theorie;  fr.  Thèorie;  ing.  Theory;  yun. 
Theoria,  theorin  –  gözləmək,  baxmaq;  osm.  tr.  nazeriye]  – 
faydalanmağı  yaxud  da  tətbiq  etməyi  məqsəd  güdən  sırf  bilik. 
Müəyyən  həqiqətləri  açıqlamaq,  izah  etmək  yaxud  da  müəyyən 
etmə  formasında  ortaya  çıxan,  təcrübələri  sınaqdan  çıxmamış, 
yalnız  düşüncə  ilə  qurulmuş  əsaslar  üzərində  otuzduran,  amma 
hadisələrə sahib olaraq yeni faktları tapıb ortaya çıxarmaq yolunu 
göstərən elmi təlim.  
TEOSOFĠYA  [yun.  Theos  –  allah  və  sophia  –  müdriklik, 
bilik; hərfən – allahın dərk edilməsi] – teologiya ilə [məs. ―Areo-
pagitiklərdə]  və  ya  mistikanın  dini  etiqaddan  kənar  formaları  ilə 
eyniləşdirilən anlayış.  

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
188 
TEXNOKRATĠYA [ yun. Techne – sənət, peşə, kratos – haki-
miyyət, dövlət] Müasir cəmiyyətlərdə hakim sinfə mənsub dövlət 
inhisarçı istehsalın yüksək rəhbərlərindən ibarət sosial təbəqə.  
TEĠZM  [heisme]  –  Tanrıcılık:  Aləmin  səbəbi  olan  lakin, 
aləmdən ayrı olan bir Alahın varlığına inanan fəlsəfi doktriya. 
TEOLOGĠYA  [alm.  Teleologie;  fr.  Tèlèologie;  ing. 
Teleology;  osm.  tr.  mebhas-i  gayat;  ər. 
خاُح
ٌّ
زاحثي
]  –  1.  Kainatı, 
bütün  mövcudatı  qayələrlə  vasitələr  arasında  əlaqələr  bütünü 
olaraq görən fəlsəfi təlim. 2. Ancaq insan fəaliyyətinin deyil, tarix 
və  təbiət  hadisələrinin  də,  tamamının  olduğu  kimi  tək-tək 
hadisələrin  də  məqsədlərlə  təyin  edilmiş  və  istiqamətlənmiş 
olduğunu qəbul edən təlim. 
TEZĠS [alm. These, thesis; fr. Thèse; ing. Thesis; yun. Thesis] 
– ortaya qoyulan müddəa, hökmlər, qaydalar, önə sürülən prinsip.  
TƏBĠƏT  [ər.  ؾؼُثؽ]  –  bax:  natura.  Azərbaycan  dilində  çox 
işlənən  bu  söz  مؼف  [fə`ələ]  modelində  b  [tabə`a]  felinin  مُؼف 
[fə`iilun]  modelində  غُثؽ  məsdərinin  müənnəs  [qadın  cinsində] 
cinsdə  ifadəsidir.  Müənnəs  cinsdə  ətun  [ٌّ ح]  şəkilçisi  artırılır.  
Təbiət elmləri [alm. Naturwissenschaften; fr. Sciences naturalies; 
osm.  tr.  tabii  ilimler;  tabiat  ilimleri;  ər.  حؼُثؽ  وىهػ]  –  obyektivlik 
qaydasına  əsaslanmaları,  məntiqi  quruluşları,  dəyərləmə 
aparmayan ümumiləşdirici metodu ilə mədəni  elmlərdən ayrılan, 
təbiəti  tədqiq  etməyə  istiqamətlənmiş  elmlərə  deyilir.  Təbiət 
elmləri:  1.Üstünə  götürdüyü  vəzifəsinə  görə;  sırf  tətbiqi  təbiət 
elmləri; 2.Metodlarına görə; riyazi və eksperimental araşdırmalar; 
3.Mövzularına  görə;  canlı  və  cansız  təbiətin  elmləri.  Təbiət 
fəlsəfəsi  =  naturfəlsəfə  [alm.  Naturphilosophie;  fr.  Philosophie 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
189 
de la nature; osm. tr. tabiat felsefesi; ər. حؼُثطنأ حفغهف] – Təbiət üzə-
rində:  təbiətin  özü,  formaları  və  reallıqlarını  tədqiq  edən  fəlsəfə-
nin bir qolu.  
TƏCƏLLĠ [ٍهجذ] – ortaya çıxmaq, görünmək, təzahür etmək. 
Təsəvüf  istilahı  olan  təcəlli  Allahın  ilahi  qüdrətinin  hər  şeydə 
ortaya  çıxması,  görünməsi  deməkdir.  Təbii  ki,  bunu  görmək, 
sezmək  və  müşahidə  etmək  yalnız  haqqın  istəkli  qullarına  nəsib 
olur. Qeybdən gələn, qəlbdə zahir olan nurlara da haqqın təcəlisi 
deyilir.  Təcəlli  necə  olduğunu  yəni  Onun  mahiyyətini  Tanrıdan 
başqa heç bir varlıq bilə bilməz. Təcəlli iki cürdür. Ruhani təcəlli 
– Tanrının hüdus sifəti ilə təzahür edən təcəllidir. Rəbbani təcəlli 
isə  fani  olan  varlığın  fəsad  aləminə  transfer  etməsidir.  Tanrının 
zati təcəllisi isə ilahi zatının təcəllisi deməkdir. 
TƏFSĠR  [alm.=ing.  –  interpretasiya;  fr.  Interprètation;  lat. 
Interpretare – izah etmək; ər. شُغفذ; tr. tefsir] – bir mətnin anlamı 
haqqında açıqlama.  
TƏHSĠL [alm. Erziehung; fr.=ing. Education; osm. tr. terbiye; 
tr.  Eğitim;  ər.  مُظحرنأ].  Ümumi  mənada  insanın  qabiliyyətlərinin 
xüsusilədə  əxlaqi  vəsflərinin  inkişaf  etdirilməsi  üçün  yön  və 
istiqamət verilməsi, metod öyrədilməsi, bilik və bacarığın aşılan-
ması və bu sahədə aparılan şüurulu yaxud şüursuz bütün təsirlərə 
verilən  addır.  Məhdud  anlamda  isə  insanın  inkişafının  sistemli, 
şüurlu  olaraq  istiqamətlədirilməsi  və  təsirlənməsi.    Təhsil  elmi 
[alm.  Erziehungwissenschaft;  fr.  Science  de  l`education;  osm.  tr. 
ilm-i  terbiye;  ər.  خٍثشزٌآ  ٍُع;  tr.  Eğitimbilim.]  Bilavasitə  təhsili  və 
onun  əsaslarını,  metodlarını,  prosesini  və  istiqamətlərini  tədqiq 
edən  elm  sahəsidir.  Ümumiyyətlə,  müəyyən  bir  sistem  içərisində 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
190 
şüurlu  təhsilin  elmi  olan  təhsil  elmindən  [pedaqogikadan]  daha 
çox ehtivaedicidir.  
TƏKAMÜL  [alm.  Enwicklung;  evolution;  fr.  Evolution;  ing. 
evolution ər. ميؤكذ; tr. Evrim] –geniş mənada varlıq və şüurun istər 
kəmiyyət və istərsə də keyfiyyət dəyişmələrini özündə birləşdirən 
dəyişmə  kimi  başa  düşülür.  [bu  mənada  Təkamül  anlayışı 
məzmunca inkişaf anlayışına yaxındır].  
TƏKAMÜLÇÜLÜK  [alm.  Evolutionismus;  fr.  Èvolutionis-
me; ing. Evolutionism; ər. حُهياكذ] –Təkamül nəzəriyyəsi. Hər şeyi, 
bütün yaradılışı təkamül baxımından dəyərləndirən dünyagörüşü. 
TƏKLĠF [alm. Satz; fr.=ing. Proposition; lat. Propositio; osm. 
tr. kaziye; ər. حُػآل] – ittihamın sözlərlə dilə gəlməsi, doğru yaxud 
da yalnış ola bilən bir izah.  
TƏLƏBAT  [ər.  خؤثهؽ]  –orqanizmin  normal  həyat  fəaliyyəti 
üçün  lazım  olan  zəruri  tələblərin  ödənilməsi  ilə  bağlı  və  bu 
ödənilmənin aradan qaldırılmasına yönəldilmiş vəziyyət. 
TƏƏSSÜRAT  [alm.  Eindruck;  fr.=ing.  Impression;  lat. 
Impressio; osm. tr. intiba] – vasitəsiz olaraq alınan şüur.  
TƏMAYÜL  [alm.  Neigung;  fr.  =  ing.  Inclination;  lat. 
Inclinatio;  osm.  tr.  temayül].  Bir  obyektə  bir  varlığa  qarşı  hiss 
edilən  duyğuların  təyin  etdiyi  vəziyyət.  Hisslərin  təsiri  altında 
müəyyən bir məqsədə yönəlmə.  
TƏNQĠD [alm. Kritik; osm. tr. tenkit; ər. ذُمُذ; fr. Critique; ing. 
Critical;  yun.  Kritike[tekhne]  ayırd  etmək,  qanun  qarşısına 
çıxarmaq,  tənqid  etmək,  günahlandırmaq].  Ümumi  mənada 
kimisə,  nəyisə,  hər  hansı  bir  mövzuda  doğru  və  yaxud  səhv 
tərəflərini  araşdırıb  ortaya  çıxartmaq.  Fəlsəfədə  isə  xüsusilə 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
191 
biliyin  əsaslarını  və  doğruluq  dərəcəsini  tədqiq  edib  araşdırmaq, 
sınamaq,  günahlandırmaq.  Kanta  görə  isə  əqlin  günahlandırıl-
masıdır. Ərəb dilində olan bu kəlmə fə`ələ مؼف modelində nəqədə 
ذمَ  felinin  II  babda  fə`ələ  مَّؼف  modelində  nəqqədə  ذَّمَ  felinin 
məsdəridir.  
TƏRĠF [alm.=ing. Defintion; fr. Dèfinition; lat. Defintio; yun. 
Horos,  horismos;  osm.  tr.  tarif;  ər.  فَشؼذ]  –  [definisiya]  –  bir 
anlamın yaxud da bir şeyin məhdudlaşdırılması, müəyyənləşməsi, 
anlamın  ehtivasını  təşkil  edən  təyinlərin  göstərilməsi.  Müəyyən 
obyektiv  fərqləndirməyə,  axtarıb  tapmağa,  təşkil  etməyə,  elmə 
yeni  gətirilən  terminin  mənasını  formulə  etməyə  və  ya  mövcud 
olan  terminin  mənasını  dəqiqləşdirməyə  imkan  verən  məntiqi 
üsul. 
TƏSADÜF [alm. Zufail; fr. Hasard; ing. Chance, hazard; osm. 
tr.  tesadüf;  tr.  Raslantı;  ər.  فدؤظذ]  –  gözlənilməyən,  planda 
olmayan,  əvvəlcədən  proqnozlasşdırılması  mümkün  olmayan  hal 
və  hərəkətlər.    Təsadüfi  [alm.  Akzidentell;  fr.  Accidental;  ing. 
Accidental;  osm.  tr.  arazi;  ər.  فدؤظذ]  –  dəyişən,  rastlanmış  olan, 
təsadüflə bağlı olan, özlə əlaqəsi olmayan.  
TƏSVĠR  [Alm.  Beschreibung;  fr.,  ing.  Description;  lat.  Des-
criptio;  osm.  tr.  tasvir  ər.  شَىظذ]  –  tədqiqatın  elmdə  qəbul  olun-
muş  müəyyən  işarələr  sisteminin  köməyilə  eksperimentin  və  ya 
müşahidənin məlumatlarının qeyd edilməsindən ibarət mərhələsi. 
TƏSƏVVÜR [ər. Vorstellung; fr. Reprèsentation; ing. Repre-
sentation;  lat.  Repreaesentio;  osm.  tr.  tasavvur;  tr.  Tasarım; 
ərسىظذ] gerçəkliyin predmet və hadisələrinin predmet və hadisə-
lərin özlərinin hiss orqanlarına bilavasitə təsiri olmadan da şüurda 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
192 
saxlanılan və yenidən canlandırılan hissi-əyani, ümumiləşdirilmiş 
obrazı. 
TƏSƏVVUF [ər. فىظؽ] –bax Sufilik. 
TƏFƏKKÜR [alm. Denken; fr. Pensèe; ing. Thought; lat. Co-
gitare, cogitatio; yun. Noein, diaonoia; osm. tr. tefekkür, fikir; ər. 
 ٌشُّكفذ]  yaxud düşünmə, fikrə dalmaq – obyektiv aləmin anlayışlar-
da, mühakimələrdə, nəzəriyələrdə və s. əks olunmasından ibarət, 
bu və ya digər məsələlərin həlli ilə bağlı fəal proses, xüsusi qay-
dada təşkil olunmuş materiyanın – beynin ən yüksək məhsulu. Tə-
fəkkür  insanı  digər  canlılardan  fərqləndirən  ən  birinci  xarakterik 
xüsusiyyətdir.  İnsan  bu  qabiliyyəti  vasitəsilə  hər  hansı  bir  şey 
haqqında  mühakimə  yürüdür,  müqayisələr  aparır,  bir-birindən 
fərqləndirir,  ayırır,  bölür,  bağlantı  qurur  və  s.  bütün  bu  proses 
şüurun məhsuludur. Təfəkkür kəlmə etibarı ilə dilimizə ərəbcədən 
keçmişdir.  
TƏXƏYYÜL  [tr.  Imgelem;  alm.  Einbildungskraft;  fr.=ing. 
Imagination; lat. Imaginatio;  yun. Öhantasia; osm. tr. mühayyile; 
ər. مُخذ] – bir obyekti, o obyekt qarşımızda olmadan proqramlaş-
dırmaq bacarığı.  Gerçəklikdən  alınmış təəssüratların  yenidən də-
yişdirilməsi əsasında insan şüurunda yeni hissi və ya fikri obrazlar 
yaratmaq qabiliyyəti.  
TƏHTƏLġÜUR  [ər.  ىؼشنآ  دحذ
س
]  ––  müəyyən  anda  şüurun 
məna fəaliyyətinin mərkəzi olmasa da, şüurlu proseslərin gedişinə 
təsir göstərən fəal psixi proseslərin xarakteristikası. Ərəb dilindən 
hərfi mənada şüurun altındakı deməkdir.  
TƏCRÜBƏ  [ing.  Experiment;  fr.  Expérience;  ru.  Опыт;  ər. 
حتشجذ]  –fəlsəfədə  ənənəvi  mənada  xarici  aləmin  hissi  empirik 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
193 
inikası.  Təcrübə  hər  cür  biliyin  yeganə  məmbəyidir  [Empirizm, 
Sensualizm].  Təcrübə,  sınaq  və  türkiyə  türkcəsindən  yeni  daxil 
olan  deneyim  kəlmələri  dilimizdə  demək  olar  ki,  eynihüquqlu 
sözlərdir.  Təcrübə  sözünün  fəlsəfi  terminologiyada  eksperiment 
kimi xarici ekvivalenti də mövcuddur.  
TƏQLĠD [alm. Nachahmung; fr.=ing.  Imitation; lat. Imitatio; 
yun. Mimesis; osm. tr. taklit; ər. ذُهمذ] – Nəyinsə, kiminsə roluna, 
obrazına girmək. Yaxud onun izindən getmək, özünü ona bənzət-
mək. Təqlid sadəcə bir kəsin xarakterik xüsusiyyətlərini və mimi-
kasını deyil, eləcə də hansısa şəxsiyyətin yolunu, filosofun məktə-
binin  və  ideyalarını  davam  etdirməyə  də  deyilir.  Bu  anlamda 
təqlid edən şəxs müqəlləd adlanır.  
Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin