ADĠLƏ NƏZƏrova


HUġU  –  Allah-təalanın  cisimlərə  girməsi,  cisimlərin  də  Allahın varlığına keçməsini nəzərdə tutan ifadədir  HƏRƏKƏT



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

HUġU  –  Allah-təalanın  cisimlərə  girməsi,  cisimlərin  də 
Allahın varlığına keçməsini nəzərdə tutan ifadədir 
HƏRƏKƏT – Matriyanın mühüm atributu, mövcudluq üsulu. 
Hərəkətə təbiət və cəmiyyətdə baş verən bütün proseslər daxildir. 
HƏZZ  [alm.  Lust;  fr.  Plaisir;  ing.  Pleasure;  yun.  Hedone; 
ər.ٌّ ض٘; tr. haz] – Hissin içində yaşadığı vəziyyətin əsas xüsusiyyət-
lərindən biri, ağrının əksinə xoşlanma, zövq alma, ləzzət alma.  
HƏYƏCAN  [alm.=fr.=ing.  Emotion;  lat.  Emovere  – 
həyəcanlanmaq] – daxili, yaxud da xarici təzyiqlərlə ortaya çıxan 
ruhi-mənəvi sarsıntı.  
HĠKMƏT [alm. Weisheit; fr. Sagesse; ing. Wisdom; lat. 
Sapientia; yun. Sophia. əs.tr.hikmet; [ər.] خّىد – Müdrik söz, dərin 
fikir, dərin məna. Keçmişdə fəlsəfəyə, xüsusilə də təbiət elmlərinə 
verilən ad. 
HĠLOZOĠZM  [alm.  Hylozoismus;  fr.  Hylozoisme;  ing. 
Hylozoism;  tr.  Canlı  özdekçilik;  yun.  Hyle  –  maddə,  cisim, 
materiya və zoe – həyat] – kainatın əsası olaHilozoizm termini ilk 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
114 
dəfə  17  əsrdə  işlədilmişdir.  Duyğu  və  təfəkkür  qabiliyyətini 
materiyanın  bütün  formalarına  aid  edir.  Əslində  duyğu  yalnız 
yüksək inkişaf etmiş materiyanın xassəsidir. 
HĠNAYANA  [sanskritcə,  hərfi  mənası  –  balaca  araba  və  ya 
kiçik [dar] yol] – Mahayana ilə yanaşı budizmin iki əsas cərəya-
nından  biri.  Hinayanaya  theravada,  sarvastivada  [Vaybhaşika], 
sautrantika və s. məktəblər daxildir. 
HĠNDUĠZM  –  Hindistan  əhalisinin  əksəriyyəti  üçün  [heç 
olmasa  valideynlərindən  biri  hindli  olan  və  digər  dinə  etiqad 
bəsləməyən hər bir kəs hinduist hesab olunur] səciyyəvi olan dini 
təsəvvürlərin,  mərasim  və  adətlərin,  sosial-məişət  təsisatlarının 
məcmusu. 
HĠPOTEZ  [Alm.  =  fr.  Hypotasez;  ing.  hypostasis;  yun. 
Hypothesis – təməl, dayanaq, əsas; osm. tr. uknum; tr. dayantı] - 
əsas təməl, özünə əsaslandırılan əsas təməl. Əqli nəticələr sistemi; 
onun  vasitəsi  ilə  bir  sıra  faktlarla  obyektin  mövcud  olması, 
hadisənin  əlaqə  və  ya  səbəbinin  mövcudluğu  haqında  nəticə 
çıxarılır; bu nəticəni mütləq səhih nəticə hesab etmək olmaz. 
HĠPNOZ  [alm.fr.  hypnose;  ing.  Hypnosis;  yun.  Hypnos  – 
yuxu;  osm.  tr.  nevm-i  sınai]  –  insanın  iradəsinin,  yatırdanın 
iradəsinə  bağlı  və  eyni  zamanda  bütün  başqa  təsirlərə  bağlı 
olduğu,  ancaq  deyiləni  yerinə  yetirmə  halına  gəlmiş  vəziyyət. 
Belə bir vəziyyətə və bu vəziyyətdəki adama da hipnoz deyilir.  
HĠSS  [alm.  Sinn;  fr.  Sens;  ing.  Sense;  lat.  Sensus;  osm.  tr. 
hasse; Emosiya; ər. ظذٌأ] – Xəbərdarlığı  almaq qabiliyyəti. Əsas 
hiss  orqanları  olan  görmək,  eşitmək,  dadmaq,  qoxu  bilmək  və 
toxunmaq hissləri, duyğu orqanları vasitəsilə qəbul edilir. İnsanın 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
115 
ətraf  gerçəkliyə  [adamlara,  onların  davranışına,  hər  hansı 
hadisəyə] və özünə münasibətini hiss etməsi, yanaşması. 
HĠSSĠ [alm. Sensitiv, empfindlich; fr. Sensitif; ing. Sensitive; 
osm.  tr.  hıssi;  ər.  ًغد].  Duyğularla  verilməyən,  qavrama 
vasitəsilə  deyil,  düşünmə  ilə  qavranılan  yaxud  hisslərin  bununla 
əlaqədar  təcrübə  dünyasının  xaricində  olan.    Hissi  müĢtərək 
[alm.  Gemeinsinn;  fr.  Sens  commun;  ing.  Common  sense;  lat. 
Sensus communis;  yun. Koine aisthesis; osm. tr. hıss-i müşterek; 
tr.  Ortakduyu;  ər.  نشزشِ  ٌّ
 ظد]  –  Aristotel  və  sxolastik  fəlsəfədə 
müxtəlif  hiss  orqanlarının  qabiliyyətlərini  birləşdirən,  başqa  bir 
deyimlə  desək,  eyni  şeydən  hisslərin  hər  biri  ilə  alınan  növ 
hissləri  formalaşdıraraq  həmin  şeyi  tək  və  eyni  şey  kimi 
qavranılan  şey.    Hissiyyatsizliq  [alm.=fr.  Apathie;  ing.  Apathy; 
yun.  Apatheia;  osm.  tr.  fıkdan-i  hassasiyet].  1.  Ümumi  mənada 
unutqanlıq  ;  az  və  yavaş  dərəcədə  təzyiq  göstərən  və  bunun 
nəticəsində  duyğulandıran  hisslərə  əhəmiyyət  verməyən  insan 
xarakteri.  2.  Stoa  məktəbində  məlumat  sahibinin  özünü  tərbiyə-
ləndirmə  ideyası  kimi  hisslərdən  arınması  və  ağıla  tərs  gələn 
hisslər qarşısında müstəqil olma və beləcə sarsılmazlıq prinsipinə 
qovuşmaq halı.  
HOLĠZM  [yun.  Holos  –  bütöv,  tam]  –  öz  ideyalarına  görə 
emercent  təkamülünə  yaxın  olan  idealist  ―tamlıq,  bütövlük 
fəlsəfəsi‖. 
HOMEOMERĠYA [yun. Homoiomereia – oxşarhissəlik və ya 
oxşar,  bir-birinə  bənzər  hissələri  olan  şey]  –  Anaksaqor 
fəlsəfəsində  işlədilmiş  termin.  Lakin  bizə  gəlib  çatmış 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
116 
fraqmentlərdə bu terminə təsadüf edilmir və Anaksaqorun sonrakı 
şərhçilərindən alınmışdır. 
HOMEOSTAZ  homeostazis  [yun.  Homoios  –  oxşar;  stasis  – 
dayanma,  tərpənməzlik,  hərəkətsizlik]  –  öz-özünə  idarə  olunan 
mürəkkəb sistemlər üçün səciyyəvi və sistemin saxlanılması üçün 
mühüm  olan  parametrlərin  mümkün  həddlərdə  saxlanılmasından 
ibarət dinamik müvazinət tipi. 
HÖKM  [alm.  Urteil;  fr.  Jugement;  ing.  Judgement;  yun. 
Opophasis; lat. Judicium; osm. tr. hüküm] – bir şeyin yaxud da iki 
şey arasındakı əlaqənin həqiqətini təsdiqləyən yaxud da ləğv edən 
düşüncənin  ortaya  qoyulması,  dilə  gətirilməsi.  Obyekt  haqqında 
nəyinsə  iqrar  edildiyi  təklif  formasında  ifadə  olunan  və  obyektiv 
olaraq ya həqiqi, ya da yanlış olan fikir.  
HÖRMƏT [alm. Achtung; fr. = ing. Respect; osm. tr. hurmet] 
– bir insana, bir fikirə,  bir hadisəyə, nəyəsə olan ehtiram,  yaxud 
xüsusi bir hiss.  
HUMANĠZM  [lat.  humanus  –  insani  -  Bəşəri]  –  insanın 
ləyaqət  və  hüquqlarına  hörməti,  şəxsiyyət  kimi  onun  qiymətli-
liyini, insanların rifahı, onların hərtərəfli inkişafı, ictimai həyatda 
insan üçün əlverişli şərait yaradılması haqında qayğını ifadə edən 
baxışların məcmusu. 
HÜQUQ – hakim sinfin qanun səviyyəsinə qaldırılmış iradəsi; 
bu  iradənin  məzmunu  mövcud  sinfin  maddi  həyat  şəraiti  ilə, 
həmin sinfin mənafeyi ilə müəyyən olunur. 
HÜLULĠLĠK  [ər.  ―daxil  olma‖  sözündəndir]  –  ilahinin 
insanda həll olması, təcəssüm etməsi haqqında dini-fəlsəfi təlim. 
HÜRUFĠLĠK  [ər. ―hərflər‖ sözündəndir] – şiəlikdə təriqət.14 
əsrin sonlarında yaranmışdır. Banisi Fəzlullah Nəimidir. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
117 
 

 
KABALA [alm. Kabala; fr. Cabale; ing. Cabala; ibr. Kabbalah 
– alınma şeylər, adət, ənənə] – yəhudilərin yazılı olaraq qorunub 
saxlanan  dini  ayinləri  və  qanunları  özündə  əks  etdirən 
qanunnamələrlə  birlikdə  ağızdan  –  ağıza  keçən  dini  buyruqlar. 
İbrani fəlsəfəsinin və deyilən mitos yazıların cəmi. Tarixləri dəqiq 
olaraq bilinmir.  
KAMAL-i  əvvəl  [alm.  Entelechie;  fr.  Entèlèchie;  ing. 
Entelechy;  ər.  يٚأ  يبّو;  yun.  Enteelekheia  =  en  –  içində,  telos  – 
məqsəd,  èkhein  –  sahib  olmaq]  –  özünü  təzahürlərində 
reallaşdıran  öz,  maddəyə  forma  verən,  imkanı  gerçəyə  çevirən 
təsirli ideya.  
KAOS  [Chaos]:  kainatın  bir  nizama  girmədən  əvvəlki, 
şəkildən məhrum olan qarışıq vəziyyətini ifadə edər. 
KASTA – portuqalca nəsil və qəbilə mənasındadır. 
KONKORDAT –  latınca  razılıqlı  olmaq  mənasındadır. 
Məsələn Vatikanla başqa bir dövlət arasında həmin ölkədə katolik 
kilsənin  fəaliyyətinin  müəyyən  edən  razılaşmalı  müqavilə  buna 
aiddir. 
KOMMUNĠKASĠYA siyasi sistemlə mühit arasında qarşılıqlı 
fəaliyyət. 
KONKRET  [alm.  Konkret;  fr.  Concret;  ing.  Concrete;  lat. 
Concretus;  tr.  Somut;  osm.  tr.  muşahhas;  ər.  ص ّخشِ]  –  müəyyən 
bir  zamanda  müəyyən  bir  yerdə  ortaya  çıxan,  təbii,  müşahidə 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
118 
edilə  bilən,  əllə  tutula  bilən,  hiss  edilən  yaxud  da  işarə  ilə 
qavranılan.  
KONSEPTUALĠZM  [alm.  Konzeptualismus;  fr.  Concep-
tualisme; ing. Conceptulism; osm. tr. mefhumiye; tr. Kavramcılık; 
ər.  خٍِٛٙفِ]  -  Küllülərin  yəni  İnsan-Heyvan  kimi  mücərrəd 
anlayışların  bir  təsəvvür  olmaları  baxımından,  özlərini  düşünən 
zehində  onların  gerçək  varlıqlarının  var  olduğunu  qəbul  edən 
fəlsəfi görüş. 
KƏMĠYYƏT  [Qantite]  –  Nicelik:  Ölçülüb  sayıla  bilən 
böyüklük. 
KEYFĠYYƏT  [Kalite]  –  Nitelik:  Bir  şeyin  quruluşunu 
göstərən,  bir  obyekti  özünün  var  olduğu  kimi  edən  xüsusiyyət. 
Keyfiyyət - nəyinsə yaxşı və ya pis olma xüsusiyyətidir. Hansısa 
obyektə dəyər verdirən, xarici görünüş , rəng və dad kimi ona aid 
obyektiv  xüsusiyyətlərin  hamısına  birgə  verilən  addır.  Burada 
ifadə edilən, hər hansı bir baxımdan, üstünlük və əskiklikdir. Xalq 
dilində keyfiyyət, üstünlüyü, yaxşılığı bildirir. Fəlsəfi anlamda isə 
keyfiyyət  fəlsəfi  kateqoriya  kimi  şeyin  onun  mahiyyətindən 
olmayan  lakin  sonradan  ona  əlavə  olunan  forma  və  xüsusiy-
yətlərin  məcmusuna  deyilir.  Keyfiyyətə  Orta  əsrlər  Şərq  fəlsəfə-
sində  daha  çox  ərəz  deyidilər.  Misal  üçün,  bir  stul  taxtadandır, 
onun taxtalığı onun mahiyyətidir, sakin onun forması, rəngi, görü-
nüşü, sərtliyi onun forma və keyfiyyətlərini təşkil edir. 
KÖVN [geneşe]: Aləmin doğuşu. 
KOMPROMĠS –  əsl  mənası  qarşılıqlı  məğlubiyyət  olmasına 
baxmayaraq,  bu  söz  hal-hazırda  sülh  bağlamaq  üçün  razılığa 
gəlmək anlamında işlədilir. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
119 
KOZMOLOJĠ  [cosmologie]  –  Alem  bilgisi:  Kainatı  idarə 
edən ümumi qanunları araşdıran elm. 
KOZMOGONĠ  [cosmologie]  Aləmin  oluşu-Tekevvün-ü 
aləm: Aləmin necə  təşəkkül  edib  meydana  gəldiyini şərh etməyə 
çalışan nəzəriyyə. 
QÜVVƏ [force] - Güç:Hərəkətə keçirən təsirli qüvvət. 
KÜLLĠ [universel] – Tümel: Bütün aləmə şamil olan. Ümumi 
olan.  Külli  –  bütün  şeylərin  əslinə  aid  olan,  ümumi  olan,  bütün 
olanlara  aid  olan.  Şeylər  kəmiyyət  etibarl  ilə  fərdi,  külli  və  cüzi 
olurlar.  Külli  bütün  fərdi  olanlarda  ortaq  xüsusiyyətdir.  Küllilər 
ümumi şeyləri əks etdirirlər. 
KAĠNAT  [ər.  خٔءآو]-  ənənəvi  anlayışda  maddi  aləm,  maddi 
obyektlərin, materiyanın keyfiyyətcə müxtəlif formalarının bütün 
məcmusu. 
KAPĠTALĠZM [fr. Capital – başlıca əmlak və yaxud məbləğ] 
– ictimai-iqtisadi formasiya. 
KATARSĠS [yun. Katharsis – təmizlənmə, saflaşma] – qədim 
yunan estetikasında anlayış. 
KATEQORĠYA [alm. Kategorie; fr. Catègorie; ing. Category; 
lat. Paedicamentum; yun. Kategoria – özünəməxsusluq, hər hansı 
bir  obyektə  yüklənən  xüsusiyyət,  əlamət]  –  Aritotetlə  görə 
kateqoriya  var  olanın  üzərindəki  dəyişiklik  formalardır  və  on 
kateqoriya  mövcuddur.  İnsanın  aləmə  münasibətinin  ən  ümumi 
üsullarının  anlayışlarda  dərk  edilməsi;  təbiətin,  cəmiyyətin  və 
təfəkkürün daha ümumi və mühüm xassələrinin, qanunlarının əks 
etdirilməsi. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
120 
KĠBERNETĠKA  [alm.  Kybernetik;  fr.  Cybernètique;  ing. 
Cybernetics;  yun.  Kybernetike;  kybernetes  –  idarəçi,  idarə  edən; 
tr.  Güdümbilim]  –  Əsasını  informatikanın  təşkil  etdiyi  idarə-
etmənin  tədqiq  edildiyi  sahədir.  Bir  başqa  deyimlə,  geniş 
texnologiyaların  tətbiq  olunduğu,  həyatı  mexanikləşdirən, 
robotlaşdıran sahə.  
KOMMUNĠZM  [alm. Kommunismus;  fr. Communisme;  ing. 
Communism; lat. Communis-ortaq] – bütün insanların bərabərliyi 
və bərabər haqlılığı daxilində ―hamıya vacibiyyatı‖. 
Koqito erqo sum [fr.] – düşünürəm, demək ki varam. 
Konvensionalizm  [lat.  Conventio  –  müqavilə,  saziş]  –  fəlsəfi 
konsepsiyaya  görə  elmi  anlayışlar  və  nəzəri  fikirlər  öz  əsasları 
etibarı ilə alimlər arasındakı sazişin məhsuludur. 
KONDĠSĠONALĠZM  [conditio  –  şərt,  şərait]  –  səbəb  anla-
yışını  şərtlər  [şəraitlər]  kompleksi  anlayışı  ilə  əvəz  edən  fəlsəfi 
təlim. 
KONYUNKSĠYA  [lat.  Conjunctio  –  bağlayıcı,  əlaqə]  – 
məntiqi  bağlayıcı  ―və‖nin  köməyi  ilə  [simvolik  yazısı  ALB] 
birləşən iki mülahizədən mürəkkəb bir mülahizənin əmələ gətirən 
məntiqi əməliyyat. 
KONKRET – bax Abstrakt və konkret. 
KONSEKVENSĠAL  [lat.  Consequentia  –  nəticələr]  –  etik 
nəzəriyyələrin  bir  tipi;  burada  əməlin  əxlaqi  qiyməti  bu  əməlin 
səbəbləri  və  ümumi  əxlaqi  prinsipləri  nəzərə  alınmadan  onun 
praktiki nəticələrindən asılı olaraq müəyyən edilir. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
121 
KONSEPT  [lat.  Conseptus  –  fikir,  anlayış]  –  ifadə  edilmiş 
zehni  obraz,  ümumi  fikir,  anlayış  [konseptualizm],  məntiqi 
semantikada adın mənası. 
KONSTRUKTĠV Metod  [lat. Constructio – qurulma] – elmi 
nəzəriyyələrin  deduktiv  qurulması  üsullarından  biri  [deduktiv 
metod 
KONFORMĠZM [lat. Conformis – oxşar, uyğunluq] – hər cür 
uyğunlaşmanı,  şeylərin  mövcud  vəziyyətini,  hakim  rəyləri  və  s. 
passivcəsinə qəbul etməyi bildirən anlayış. 
KONVERSĠYA  [alm.  Konversion;  fr.  =  ing.  Conversion;  lat. 
Conversio;  osm.  tr.  akis;  tr.  evirme]  –  məntiqdə  hər  hansı  bir 
prinsipdə  köklə  ona  aid  olan  təyinlərin  yerlərini  dəyişməsidir. 
Misal üçün, Hər insan canlıdır. Yaxud hər canlı insandır. Təbii ki, 
bu  cür  konversiyalarda  məntiqi  doğruluğa  da  riayət  etmək 
lazımdır.  Çünki  əslində  hər  canlı  insan  deyil.  Bu  səbəbdən 
konversiyalarda  məntiqi  doğruluğu  qorumaq  lazımdır.  Misal 
üçün,  hər  insan  danışır.  Yaxud  hər  danışan  insandır.  Belə 
konversiya  neqayov  deyil,  məntiqlə  düzgün  olduğu  üçün  pozitiv 
konversiya adlanır.  
KOORDĠNASĠYA [alm. Koordination; fr.=ing. Coordination; 
osm.  tr.  tertip,  tanzim].  Eyni  sıradakı  şey  və  obyektlərin  bir-
birinin  yanında  olması,  eyni  nizamda  dayanması;  eyni  təsnifatda 
olan iki və yaxud da daha çox anlamın bir arada ardıcıllığı. 
KOSMOQONĠYA  [yun.  Kosmos  –  aləm,  kainat,  goneia  – 
doğulma, yaranma] – səma cisimləri və sistemlərinin mənşəyi və 
inkişafının öyrənən elm sahəsi. 
KOSMOLOGĠYA [yun. Kosmos – kainat, logos – söz, təlim] 
– astronomiyanı bölməsi, bütöv əlaqəli tam kimi kainat haqqında 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
122 
və  bu  tamın  bir  hissəsi  kimi  kainatın  astronomik  müşahidələrlə 
əhatə olunan bütün sahəsi haqqında elm. 
KOSMOPOLĠTĠZM [yun. Kosmopolites – dünya vətəndaşı] 
–  vətənpərvərlik  hisslərindən,  milli  mədəniyyət  və  ənənələrdən 
―bəşər  nəslinin  birliyi‖  naminə  imtina  edilməsinə  çağıran  burjua 
təlimi. 
KOSMOS [yun. Kosmos - aləm, kainat] – kainat, bütövlükdə 
aləm və bir tam kimi Yer, Günəş sistemi, bizim qalaktika və bü-
tün  qalaktikalarda daxil olmaqla hərəkət  edən materiyanın  bütün 
məcmusu. 
KREASĠONĠZM [lat. Creatio – yaradılma, yaratmaq] – dün-
yanın, canlı və cansız təbiətin vahid yaradıcılıq əməli ilə yaradıl-
ması haqqında idealist təlim. 
KRĠTERĠYA  [alm.  Kriterium;  fr.  Criterium,  critère;  ing. 
Criterion; yun. Kriterion; osm. tr. mısdak, miyar, kıstas] – ayırma 
və  ittiham  etmə  vasitəsi,  doğrunu  səhvdəm  ayırd  etmək  üçün  bir 
vasitə.  
KRĠTĠSĠZM  [alm.  Kritizismus;  fr.  Critisisme;  ing.  Critisism; 
osm.  tr.  intikadiye,  tenkidiye].  İnsan  biliyinin  sərhəddi  üzərində 
fəlsəfi şüuru və bu şüurun oyanıq tutulması. Kantda əql və biliyin 
sərhəddini  və  imkanlarını  təyin  etmək  şərtilə  doqmaçılığın  və 
şübhəçiliyin  qarşısına  qoyduğu  fəlsəfə  metodu.  Kantın  və  onun 
məktəbinə daxil olanların fəlsəfi metodudur. 
KÜTLƏ [alm.=fr. Masse; ing. Mass; lat. Massa; osm. tr. kütle; 
ər.  دبعّﺟ]  –  sosial  –  psixoloji  anlam  olaraq  öz  daxilində 
bölünməmiş,  ya  gəlib  keçici  hissiyatında  yaxud  da  bir  xarici 
gücün təsiriylə bir bütün əmələ gətirən insan qələbəliyi.  
 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
123 
 

 
LAQEYDLĠK  –  [alm.  Indifferenz,  gleichgüligkeit;  fr. 
Indiifference;  ing.  Indifference;  lat.  Indifferentia;  trk.lakaydi, 
aldırmazlık] – müəyyən hallara, vəziyyətlərə, çıxan hadisələrə heç 
bir reaksiya verməmək.   
LƏYAQƏT  –  şəxsiyyətin  nüfuzu  haqqında  təsəvvürü  ifadə 
edən əxlaqi şüur anlayışı, etikanın insanın öz-özünə və cəmiyyətin 
fərdə əxlaqi münasibətini ifadə edən kateqoriya. 
LĠBERLĠZM –  cəryanı  fransız  maarifçiləri  və  filosofları 
(J.J.Russo, Didro, Lametri ), ingilis filosofları (C.Lokk, T. Hobbs)  
və  utopik  sosialistlərin  yaradıcılığında  yer  almış  ―təbii  hüquq‖ 
nəzəriyyəsinə və dövlətin yaradılması haqqındakı  ―ictimai müqa-
vilə‖  təliminə  əsaslanır.  Əsas  fikir  bundan  ibarətdir  ki,  insanlar 
dünyaya gələrkən hamısı bərabər təbii hüquqlara malik olurlar. 
LOBBĠÇĠLĠK*  –  (―Lobbi‖  –  ingilis  parlamentinin  dəhlizi 
belə  adlanır,  buraya  insanlar  deputatlara  qeyri-rəsmi  təsir 
göstərmək  üçün  gəlirdilər)  ictimai  şüurda  birmənalı  qarşılanmır, 
həm pozitiv, həm neqativ məna daşıyır. Lobbiçiliyin ifrat neqativ 
ifadəsi  müəyyən  qrup  və  şəxslərin  maraqlarının  təmin  olunması 
üçün  hakimiyyət  nümayəndələrinə  qeyri-qanuni  təzyiq  edilməsi, 
rüşvət və korrupsiyadır. 
LĠBERALĠZM  [alm.  Liberalismus;  fr.  Liberalisme;  iing. 
Liberalism;  lat.  Liberalis  =  azad  bir  adama  yaraşan;  osm.  tr. 
serbestiyye;  tr.  erkincilik]  –  Hamı  üçün  fikir,  düşüncə  azadlığı 
tanınmasının  vacib  olduğu  görüşünü  müdafiə  edən,  müstəqil 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
124 
düşünməyə  bağlı  dünyagörüşü.  Fəlsəfi  baxımdan  fərdiyyətçilik 
tendensiyasına  bənzəyir.  İctimai  dəyərlərdən  daha  çox  şəxsi 
dəyərlər daha üstün tutulur.  
LĠBĠDO  [lat.  Libido  –  şövq,  arzu,  ehtiras,  cəhd]  –  Freyd 
tərəfindən  fəlsəfəyə,  psixoloji  psixoanalitik  ədəbiyyta  gətirilmiş 
və seksual meyli, seksual ehtiras dərəcəsini, məhəbbət instinktini, 
psixi enerjini bildirən anlayış. 
LOQOS  [yun.  legein  –  demək,  danışmaq]  –  Yunan  dilindəki 
ilkin  mənası  söz,  sonralar  isə  düşüncə,  fikir,  anlam,  əql  kimi 
mənaları da ehtiva etmişdir. İlk dəfə heraklitin təlimində dünyanın 
ümumi qanunauyğunluğu mənasında irəli sürülmüş fəlsəfi termin. 
LOGĠSĠZM  –  Riyaziyyatın  əsaslandırılmasında  başlıca  cərə-
yanlardan  biri;  bütün  riyaziyyatı  məntiqə  müncər  etməyə  səy 
göstərir. 
LOGĠSTĠKA – məntiqi hesablamaların ilkin adı. Leybnits çox 
vaxt riyazi məntiqdən L. Kimi bəhs etmişdir.  
LƏDÜNNĠ elm – ilham yolu ilə qazanılan bilik. 
LƏVAĠH – ilk zühur edən nur parıltıları. 
LƏVAMI` - ləvaihdən sonra gələn nur və təzahür.  
LÖVH-i  məhfuz  –  hifz  olunan  lövhə.  Tanrı  dərgahında  olan 
bu böyük lövhənin  üzərinə olmuş və olacaq hər  şey  yazılmışdır. 
Bəzi təfsirçilərə görə, Qurani Kərim də Peyğəmbər əleyhissəlama 
nazil olmamışdan qabaq bu lövhədə yazılmış idi. Cəbrayıl mələyi 
də nazil olunan ayələri buradan peyğəmbərə gətirmişdir.  
 

Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin