ADĠLƏ NƏZƏrova



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə13/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   ...   10   11   12   13   14   15   16   17   18
PARTĠYA – ―Partiya‖ termini, ―pars‖ – hissə və ya ―partire‖ – 
bölmək olan latın  sözlərindən meydana  gəlmişdir. Partiya  adlan-
dırılan siyasi birləşmələr hələ qədim zamanlardan məlum olsalar 
da, müasir dövrdə onların yeri və rolu bilavasitə demokratiyanın 
inkişafı  və  təmsili,  hakimiyyət  orqanlarının  möhkəmlənməsi  ilə 
bağlıdır. 
PATRONĠMĠYA –  Sinifsiz  cəmiyyətin  son  dövründə,  patri-
arxal  ailələrin  dağılması  zamanı  daha  yaxın  qohumluq  telləri  ilə 
bir-birinə bağlı olan ailələr vahid birlik təşkil edirdilər ki, bu cür 
ailə  qrupları  patronimiya  adlanırdı.  Nəsli  və  ya  qəbiləni  ağsaq-
qallar  idarə  edirdilər.  Nəsli  Şura  nəslin  tam  bərabər  hüquqlu 
üzvlərinin  ümumi  yığıncağı  idi.  Qəbilə  Şurası  isə  qəbiləyə  daxil 
olan nəsil ağsaqqallarının yığıncağı idi. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
159 
PERSONALĠZM  (latınca  şəxsiyyət  sözündəndir)  müasir 
fəlsəfədə  teistik  istiqamətdir.  Adından  göründüyü  kimi,  burada 
şəxsiyyət ilkin yaradıcı reallıq və ali mənəvi sərvət hesab olunur. 
Şəxsiyyətin yaşadığı və fəaliyyət göstərdiyi dünya Ali şəxsiyyət – 
Allah yaradıcılıq fəallığının təzahürüdür. 
PROSES – Latınca, irəliyə doğru hərəkət. 
POLĠTOLOGĠYA  Yunanca, politika – siyasət, loqos – elm. 
Cəmiyyətin  siyasi  həyatının  müxtəlif  təzahür  formalarını  tədqiq 
edir. Politologiya  siyasət haqqında elmdir. Qədim Yunanıstanda  
Politika  dövlət  və  hakimiyyət  münasibətlərinin  tənzimlənməsi, 
insanların,  cəmiyyətin  idarə  olunması  haqqında  elm  hesab 
olunurdu.  
PRAQSĠOLOGĠYA  [yun.  Praktikos  –  fəal]  –  müxtəlif 
hərəkətlərin və ya hərəkətlər məcmusunun onların səmərəliliyinin 
müəyyən edilməsi baxımından nəzərdən keçirilməsi metodikasını 
öyrənən sosioloji tədqiqatlar sahəsi. 
PREDĠKABĠLĠYALAR  [lat.  praedicabilia]  –  Aristotel 
məntiqində xəbərin növləri. 
PREDĠKAT  [lat.  praedication]  –  ənənəvi  məntiqdə  hökmün 
iki  terminindən  biri.  XIX  əsrin  sonuna  qədər  məntiqdə  hökm 
subyekti,  bir  qayda  olaraq,  qrammatik  mübtəda  ilə,  Predikat  isə 
məs.,  sifətlə  istifadə  olunan  qrammatik  xəbərin  adlıq  hissəsi  ilə 
eyniləşdirilirdi.  
PREDMETLĠLĠK – hər hansı bir hadisənin, hərəkətin, vəziy-
yətin  və  s.-nin  predmetlərlə  bağlı  olduğunu  və  ya  bu  hadisənin, 
hərəkətin  və  vəziyyətin  özünün  subyektin  fəaliyyətinə  cəlb  edil-
məsi yolu ilə predmet kimi çıxış etdiyini ifadə edən anlayış. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
160 
PRĠNSĠP [lat. principium - əsas, ilk başlanğıc] – davranışın ilk 
başlanğıcı, rəhbər ideyası, əsas qaydası. 
PROBLEM [alm.=ing. Problem; fr. Probleme; yun. Problema: 
pro  –  önə,  ballein  –  atmaq;  osm.  tr.  mesele;  ər.  خٌؤغِ]  –  elmi 
metodlarla həll etmək şərtilə ortaya atılan sual. Həllini tələb edən 
hər növ çətinlik, məsələ.  
PROBĠDENSĠALĠZM  [lat.  providentia  –  qabaqcadan 
görmə,bəsirət]  –  dini  fəlsəfi  baxış;  bu  baxışa  görə  bəşər  cəmiy-
yətinin  inkişafı  [hərəkətverici  qüvvələr  mənasında,  həm  də  məq-
səd mənasında] əsrarəngiz, tarixi prosesə münasibətdə xarici olan 
qüvvələrlə-bəsirətlə, allahla müəyyən edilir. 
PROQNOZ [yun. Prognosis – gələcək haqqında bilik, qabaq-
görənlik]  –  elmi  qabaqgörənliyin  növlərindən  biri.  Hər  hansı  bir 
hadisənin perspektivlərinin xüsusi tədqiqi. 
PROLETARĠAT –  Fəhlə sinfi. 
PROPEDEVTĠKA  [yun.  Propaideuo  –  qabaqcadan  öyrə-
dirəm]  -  əvvəlcədən  məşq  etmək,  hər  hansı  bir  elmə  hazırlıq, 
müntəzəm və qısa formada şərh olunmuş giriş kursu. 
PROSES  [alm.  Prozess;  fr.  Processus;  ing.  Process;  lat. 
processus  –  keçmə,  hərəkətetmə;  osm.  tr.  vətirə;  ər.  حشٍطٚ]  – 
müəyyən bir nəticəyə varan düşüncə axışı. Hadisələrin  yaxud da 
prosesin  müəyyən  bir  nəticəyə  doğru  yol  alması.  Hadisənin 
qanunauyğun,  ardıcıl  dəyişməsi:  bu  hadisənin  digər  hadisəyə 
keçməsi (inkişaf).  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
161 
PROTESTANTĠZM [lat. protestans – protes, etiraz edən, açıq 
şəkildə sübut edən] – pravoslavlıq və katolizmdən sonra xristian-
lığın Reformasiya dövründə meydana gəlmiş cərəyanı. 
PRĠNSĠP  [alm.  Prinzip;  fr.  Principle;  ing.  Principle;  lat. 
Principium;  yun.  Arkhe;  osm.  tr.  mebde,  umde]  –  başlanğıc,  ilk 
olan,  özündən  başqa  bir  şeyin  çıxdığı  təməl,  əsas,  ilk  prinsip. 
İdeyalar  təməl  ideyalara  və  mənəvi  ideyalar,  metafizik  ideyalar, 
obyektiv ideyalar, bilik ideyaları.  
PRĠMĠTĠV  -  ĠBTĠDAĠ  [alm.  Primitiv;  fr.  Primitif;  ing. 
Primitive; lat. Primitivus; osm. tr. iptidal] – zaman baxımından ən 
köhnə  olan,  ilk  olan.  İnkişafın  əsasını  təşkil  edən,  hələ  inkişaf 
etməmiş olan.  
PSĠXĠKA [yun. Psyche – can, ruh] – canlı sistemin ətraf aləm-
lə siqnal şəklində qarşılıqlı təsirinin, əlaqəsinin məhsulu və şərti. 
PSĠXOANALĠZ  [alm.  Psychoanalyse;  fr.  Psychanalyse;  ing. 
Psychoanalysis; yun. Psykhe – ruh, analysis – həll etmək; osm. tr. 
tahlil-i  ruhi;  ər. 
ٌّ ًدٚس
ٌّ
ًٍٍذر
]  -  əsəb  xəstəliklərinin  və  psixi  xəstə-
liklərin  Z.Freyd  tərəfindən  təklif  olunmuş  ümumi  nəzəriyyəsi  və 
müalicəsinin metodu, freydizmin nəzəri əsaslarından biri. 
PSĠXOLOGĠYA  [alm.  Psychologie;  fr.  Psychologie;  ing. 
Psychology; osm. tr. Ruhiyat; tr. Ruhbilim yun.psyche – can, ruh 
və  logos  –  təlim,  söz;  ər.  دب
ٍّدٚس]  –  insanın  fəaliyyəti  və  hey-
vanların  davranışı  prosesində  obyektiv  reallığın  psixi  inikasının 
yaranması və fəaliyyət göstərməsi qanunları haqqında elm. 
PSĠXOLOGĠZM  [alm.  Psychologismus;  fr.  Psychologisme; 
ing.  Psychologism;  osm.  tr.  ruhiyatçilik;  tr.  ruhbilimcilik]  – 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
162 
xüsusilə  ruhi  və  mədəni  hadisələri  birtərəfli  qaydada  ancaq 
psixoloji  baxımdan  tədqiq  etmə  və  açıqlama  yaxud  da 
psixologiyanı bütün elmlərin və fəlsəfənin əsası olaraq hesab edən 
dünyagörüşü.  
PUBLĠSĠSTĠKA  [lat.  publicus  –  ictimai]  –  geniş  mənada, 
silsilə ictimai həyat məsələlərini işıqlandıran ədəbiyyat növü. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
163 
 

 
RADĠKALĠZM  [alm.  Radikalismus;  fr.  Radicalisme;  ing. 
Radicalism; osm. tr. cezriye] – tədqiq etdiyi mövzunun son səbəb-
lərinə, köklərinə qədər enən düşünmə forması. Həyat formalarını, 
həyat  əlaqələrini  tənqid  edib  kökdən  dəyişdirmə  təmayülündə 
sonuna qədər gedib çıxan görüş.  
RASĠONALĠZM [lat. rationalis] – ağıllı – səhih biliyin mənti-
qi  əlamətləri  olan  ən  ümumilik  və  zərurilik  təcrübədən  və  onun 
ümumiləşdirmələrindən  əldə  edilə  bilməz;  bunlar  yalnız  ağılın 
özündən,  anadan  olandan  ağıla  xas  anlayışlardan,  ya  da  ağlın 
yalnız  püşeymləri,  meylləri  şəklində  mövcud  olan  anlayışlardan 
hasil edilə bilər. 
RASĠONALĠZM  [alm.  Rationalismus;  fr.  Rationalisme;  ing. 
Rationalism;  lat.  Ratio  -  əql,  osm.  tr.  aklıye;  ər.  خ
ٍٍّمع;  rasiona-
lisme]  –  Akılcılık:  əqli  biliyə  əsaslanan  doğruluğun  miqyasını 
hisslərdə  deyil,  düşünmədə  və  nəticələrdə  görən  təlimin  ümumi 
adı. Bilik təlimində rasionalizm biliyin əqlə, təfəkkürə, düşüncəyə 
əsaslandığını  irəli  sürür.  Hər  kəsdə  bərabər  dəyişməyən  ağıl  və 
məntiqi  qanunların  doğuşdan  olduğunu,  onların  təcrübədən  müs-
təqil olduğunu, beləcə bəzi apriori və açıq-aşkar həqiqətlərin var-
lığını qəbul edən fəlsəfi görüş. 
REALĠZM [realisme] – Gerçekçilik: Düşüncədən və  ya bilən 
subyektdən ayrı, xarici aləmin və obyektlərin varlığını, onlar haq-
qında obyektiv məlumatın inkişafını qəbul edən fəlsəfi görüş. 
 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
164 
RASĠX  –  Sağlam,  əsaslı,  sağlam  təməlli.  Din  fəlsəfəsində 
rasix  çox  dərin  elmə  malik  olan  bir  şəxs  kimi  qəbul  edilir.  Bu 
termin  öz  əsasını  səmavi  kitab  –  Qurandan  almışdır.  Şərq 
filosofları dini və fəlsəfəni bilənləri bu cür adlandırırdılar (rasixun 
- نوخس ار). 
RĠHLƏ  –  Hədis  axtaran  insanların  çıxdıqları  səyahətlərə 
verilən addır.  
RĠZA  –  Razı  olmaq,  bəyənmək,  icazə  vermək.  Riza  təsəvvüf 
məqamlarından ən üstün olanıdır. Riza iki cür olur. Qulun Allah-
dan razı olması. b] Allahın quldan razı olması. 
REAKTOLOGĠYA [lat. re - əksinə və actio – hərəkət, təsir] – 
yüksək  inkişaf  etmiş  heyvanların  və  insanın  psixikasını  xarici 
təsirlərlə cavabların hesabı məcmusu, cəmi kimi nəzərdən keçirən 
mexanistik konsepsiya. 
REALĠZM  [lat.  realis  –  gerçək,  cismani]  –  incəsənətin 
obyektiv idraki və estetik-dəyişdirici təbiətini daha dolğun şəkildə 
təcəssümləşdirən bədii metod. 
REALLIQ [alm. Wirkicheit; fr. Rèalitè; lat. Realitas; osm. tr. 
şeniyet;  ər.  خمٍمذٌأ]  –  Həqiqi  olan,  var  olan  şeylərin  hamısı.  Bu 
mənada  həqiqətin  şüurdan,  düşüncədən  asılı  olan  və  olmayan 
varlıqlar mövcuddur.  
REDUKSĠYA  [alm.  Reduktion;  rèduction;  ing.  Reduction; 
osm. tr. irca; ər. ءآﺟسإ; tr. Indirgeme; lat. reductio – qayıtma, geri-
yə  dönmə]  –  məntiqdə  ikinci,  üçüncü  yaxud  da  dördüncü  qisim 
fiqurlardan  birinin  [Baroco,  Bocardo]  birinci  fiqurun  dörd  bağ-
layıcısından  birinə  geri  qaytarması.  Bir  sıra  məlumatların,  vəzi-
fələrin onların təhlili və ya həlli üçün əlverişli olan bir şəklə salın-

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
165 
masından,  həmçinin  əvvəlki  vəziyyətin  bərpa  edilməsindən,  mü-
rəkkəbin  daha  sadəyə  çatdırılmasından  ibarət  olan  məntiqdə, 
riyaziyatda, biologiyada, dilçilikdə tətbiq olunan metodoloji üsul. 
RELYATĠVĠZM  [lat.  relativus  -  nisbi]  –  insan  idrakının 
nisbiliyi, şərtiliyi və subyektivliyi haqqında idealist təlim. 
REFLEKSĠYA  [lat.  replexio  –  geriyə  dönmə,  geriyə  nəzər 
salma] – idrak inikasını, tədqiqini bildirən təlim. 
REFORMASĠYA  [lat.  reformatio  –  yeniləşdirmək,  islah 
etmək]  –  XVI  əsrin  birinci  yarısında  Avropada  protestantizmin 
əsasını qoymuş geniş antifeodal və antikatolik hərəkatı. 
REFORMĠZM  –  Fəhlə  hərəkatında  sinfi  mübarizənin,  sosia-
list inqilabı və proletar diktaturasının zəruriliyini inkar edən siyasi 
cərəyan.  
RES  [lat.  Res-  şey]  –  Res  cogitans  –  düşünən  varlıq,  nəfsi 
natiqə, düşünən özres extensa – məkan tutan varlıq.  
RƏY  [ər.  ءيس]–  antik  fəlsəfədə  səhih  bilikdən  –  həqiqətdən 
fərqli olaraq səhih olmayan, subyektiv bilik. 
ROMANTĠZM [fr. Romantisme; lat. romanus – Romaya aid] 
– mədəniyyətin ən müxtəlif sahələrini əhatə etmiş ideya hərəkatı 
və bədii hərəkat;XIX əsrin əvvəllərində klassisizmi əvəz etmişdir. 
REQRUTASĠYA –  latınca,  cəmiyyət  üzvlərinin  siyasi  fəaliy-
yətə cəlb olunması. 
RESPUBLĠKA –  (latınca  republic  –  ―dövlət  işləri,  ictimai 
işlər‖ deməkdir) elə idarəçilik formasıdır ki, burada dövlət başçı-
sını  seçmək  və  dəyişdirmək  mümkündür,  onun  hakimiyyəti  isə 
seçicilərin iradəsi  və  ya  nümayəndələr qurumu tərəfindən müəy-

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
166 
yən  edilir.  Prezidentli,,  parlamentli  və  qarışıq  formalı  respubli-
kalar var. 
RUH  [alç.  Geist;  fr.  Espirit;  ing.  Spirit;  lat.  Spiritus;  yun. 
Pneuma,  nous  –  nəfəs;  osm.  tr.  ruh;  ər.  حٚس]  –  Kainatın  qanunu. 
Xüsusilə də stoa fəlsəfəsində kainat, əqli, kainat ruhu, təsir edən 
canlılıq verən, forma verən, canlandıran ideya.  
RUH [alm. Seele; fr. Ame; ing. Soul; lat. Anima; yun. Psykhe 
– nəfəs alma, üfləmək, nəfəs dərmək ər. حٚس] – bədəni daima canlı 
qılan, ona həyat verən, yaşadan, lakin maddi olmayan varlıq. Dini 
fəlsəfədə ruh ölümsüz və insanın əbədi həyatını təmin edən varlıq. 
Aristotelə  görə  ruh  təbii  –  canlı  həyatın  ideyasıdır.  Sözün  geniş 
mənasında  ideal  olanla,  şüurla,  maddi  başlanğıcdan  fərqli  olaraq 
qeyri-cismani başlanğıcda eyniyyət təşkil edən anlayış; sözün dar 
mənasında təfəkkür anlayışı ilə eyni mənalıdır. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
167 
 

 
SABĠT  fikir  [alm.  Fixe  idee;  fr.  Idèe;  ing.  Fixed  idea;  lat. 
Fixus – sabit, dəyişməz olan; osm. tr. fikr-i sabit] – şüurun taxılıb 
qaldığı, xilas ola bilmədiyi və düzəldə bilmədiyi yalnış bir sistem.  
SAF [alm. Rein; fr. Pur; ing. Pure; lat. Purus; osm. tr. sırf, saf, 
mahz]  –  içinə,  daxilinə  qərib  başqa  heç  bir  şey  qarışmayan,  ari. 
Tətbiq etməklə əlaqəsi olmayan elmlər. Saf intuisiya [alm. Reine 
Anschauung;  fr.  Intuition  pure;  ing.  Pur  intuition]  isə  Kantın 
fəlsəfəyə  gətirdiyi  bir  termindir.  Daxilində  hisslərin  nizama  gir-
dikləri sağ hiss, biliyin ilkin şərtidir.  
Saf əql [alm. Reine Vernuft] – ilkin bilik qabiliyyəti, təcrübə-
dən  asılı  olmayan  qabiliyyəti  üçün  Kantın  istifadə  etdiyi  termin. 
İçərisində hisslə əlaqədar heç bir şey olmayan əql.  
SANSÜALĠZM  [sensualisme]  –  Duyumculuk:  Sahib  olduğu-
muz  bütün  məluatların  əslində  bir  duyğunun  nəticəsi  olduğunu, 
ağıl  qanunlarının  və  fikirlərinin  duyğularla  əldə  edildiyini  irəli 
sürən görüş. 
SAXTALAġDIRMA  –  Nəzəri  müddəaların  [hipotezlərin, 
nəzəriyyələırin]  təcrübə  nəticəsində  alınmış  emprik  dəlillərə 
tutuşdurulması yolu ilə təkzib edilmələri vasitəsilə onların həqiqi-
liyinin yoxlanılması üsullarından biri. 
SAY [alm. Zahl; fr. Nomre; ing. Number; lat. Numerous; yun. 
Arithmas; osm.  tr. adet;  ər.  دذع]  –  bir çoxluğun bir qrupla təyini. 
Saymaq zamanla əlaqədar bir hadisədir, halbuki sayın özü heç bir 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
168 
xarakterik  təyinatı  olmadığı  halda  zaman  təyinindən  sıyrılmışdır, 
zamanın xaricindədir.  
SAHƏ  [ər.  خدبع]  –  Məkanın  ölçülərini  ifadə  edən  xarakteris-
tikalardan biri. 
SENTĠMENTAL  [alm.  Sentimental;  epmfindsam;  fr.  =  ing. 
Sentimental; ər. ٌّ
ًُّغذٌأ; tr. Duygusal] – duyğuların və hisslərin ağır 
gəlməsi, həddindən artıq bir formada insana təsir etməsi halı.  
SENTĠMENTALĠZM  [santi  +  mental  +  ism  alm. 
Emöfindsamket;  sentimentalität;  fr.  Sentimentalitè,  sensibilitè; 
ing. Sensibility, feeling; tr. duygusallık].  
SEPTĠSĠZĠM [scepticisme] – Şüphecilik: Həqiqətin yoxluğu-
nu,  ağlın  qəti  bir  məlumatı  əldə  edə  bilməyəcəyini,  həqiqətin 
tapılsa belə tam və davamlı bir şübhə içində qalınacağını , mütləq 
çata bilməyəcəyini iddia edən fəlsəfi görüşdür. 
SEMANTĠKA  – 
[yun.  semanticos  –  anladan]  Dilçilikdə 
işlənən  termindir.
  Sözün,  ifadənin,  qrammatik  formanın  mənası. 
Semiotikanın bölməsi. 
SEMĠOTĠKA [alm. Semiotik; fr. Sèmiotique, sèmiologie; ing. 
Semiotic;  yun.  Semeion  –  işarə,  əlamət]  –  bildirmək,  xəbər  ver-
mək məqsədilə istifadə edilən hər növ işarə sistemini və fəaliyyət 
prosesini  tədqiq  edən  elm.  Ən  sadə  siqnalvermə  sistemlərindən 
tutmuş  təbii  dillərə  və  elmin  formallaşdırılmış  dillərinə  qədər 
işarə sistemlərinin müqayisəli öyrənilməsi ilə məşğul olan fənn. 
SENSUALĠZM [alm. Sensualismus; ing. Sensualism; osm. tr. 
ihsasiye; fr. Sensualisme, lat. sensus – sözündən; hiss, duyğu; ər. 
حُّغح]  –  Bütün  məlumatların  sadəcə  hisslərdən  qaynaqlandığını, 
duyğu  qavramalarına  əsaslandığını  irəli  sürən  təlim.  Duyğunu 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
169 
idrakın  yeganə  mənbəyi  kimi  qəbul  edən  qnoseoloji  təlim. 
Sensualizm  təlimini  əsaslandıran  filosof  Lokk  olmuşdur.  Lokk 
iddia edirdi ki, daha əvvəl hisslərdə heç bir şey anlıqda yoxdur. 2. 
Bütün  ruhi  hadisələri  duyğulara  geri  qaytaran  anlayış.  3.  Əxlaq 
fəlsəfəsi  baxımından  həyatın  anlam  və  mühtəvasını  hiss  orqan-
larında  tapan  təlimlər.  Hissiyyatın  ilk  dönəmdə  nümayəndələri, 
Kirene  məktəbi  və  epikürçülərdir.  Yeni  dönəmdə  isə  xüsusilə 
Lokk və Kondillkdır.  
SEVGĠ  [alm.  Libe;  fr.  Amour;  ing.  Love;  lat.  Amor,  caritas; 
yun.  Philia,  eros,  agape;  osm.  tr.  aşk]  –  ümumi  olaraq xoşagələn 
bir  şeyə  münasibət,  ehtirasa  qədər  vara  bilən  bur  ruh  vəziyyəti. 
Fərqli növləri vardır: qarşı cinsə duyulan sevgi, uşağa-ailəyə qarşı 
duyulan sevgi, hansısa liderə, cəmiyyətə qarşı hiss edilən sevgi və 
s.  
SƏBƏB  [alm.  Ursache,  grund;  fr.  Cause,  raison;  ing.  Cause, 
reason;  lat.  Causa,  ration;  osm.  tr.  illet,  sebep;  ər.  تجع]  -  həqiqi 
səbəb, bir hadisənin ortaya çıxmasında qaynaqlandığı şey, nəyəsə 
təsir edən, onu əmələ gətirən şey.  
SƏBƏBĠYYƏT [alm. Kausalität; fr. Causalitè; ing. Causality; 
lat.  Causalitas;  osm.  tr.  illiyyet]  –  səbəblə  təsir  arasındakı  əlaqə. 
Bu  baxışa  görə  hər  hadisənin  bir  səbəbi  vardır  ki,  bu  da 
səbəbiyyət  məsələsidir.  Bu  düşüncə  tərzinə  görə  səbəblə  təsir 
arasında əlaqənin vacibliyini dilə gətirir.  
SƏHV  –  Səhv  halı  səkr  halının  ziddidir.  Mənəvi  sərxoşluq 
halından uzaq olmaq, yaxud belə bir sərxoşluğa düşmədən daima 
ayıq olmaq, təmkin və şüurlu olmaq.  

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
170 
SƏHĠH  [alm. Exakt; fr.ing. exact; lat. Exigere  – bir şeyi tam 
olaraq  həyata  keçirmək,  bir  mizana,  ölçüyə  görə  etmək;  osm.  tr. 
səhih; ər. خٍذص] – sözün anlatmaq istəyilənə tam qarşılıq olması, 
tam uyğun düşməsi forması. Ölçünün ölçülənə çox az da olsa bir 
bölgü  aparmadan  birəbir  uyğun  gəlmə  forması.  səhih:  sif.  [ər.] 
Düzgün,  doğru,  gerçək,  əsaslı,  yalan  olmayan.  Səhih  məlumat. 
Səhih söz. 
SƏKR – mənəvi sərxoşluq halıdır. Mənəvi ayıqlıq və ağıllılıq 
halı  olan  səhv  halından  fərqli  olaraq  səkr  halında  sufidə 
müvəqqəti  olaraq  özündən  keçmə  halı  müşayiət  olunur.  Hətta 
bəzən  sufi  bu  vəziyyətdə  özündən  asılı  olmayaraq  bəzi  sözlər 
deyə bilər.  
SƏMA – eşitmək, dinləmək deməkdir təsəvvüf terminlərindən 
biri olan səma şer və ilahilərə qulaq asmaq surəti ilə vəcdə gələrək 
bəzi hərəkətlər etmək, rəqs eləməkdir. 
SƏMA – hədis elmində müəllimin,  yaxud təriqət başçısı olan 
şeyxin  öz  müridlərinə  hədis  öyərtdiyi  zaman,  hədisləri  öz  yad-
daşından,  yaxud  yazılı  bir  mənbədən  rəvayət  edərək  oxuması  və 
tələbələri  də  bu  hədisləri  yazmayaraq,  eşitdikləri  şəkildə  rəvayət 
etmələrinə  səma  deyilir.  Hədis  təhsilində  imla  yolundan  fərqli 
olaraq səma yolu daha qədim olsa da etibarlılığı baxımından daha 
zəyifdir.  Bu  səbəbdən  hədis  tənqidçiləri  səma  yolu  ilə  rəvayət 
edən  raviləri  araşdırmış,  onları  şəxsiyyət  baxımından  tədqiq  et-
miş, yalançı hədislərin ortaya çıxmaması üçün ən xırda detallarına 
qədər araşdırmışlar.  
Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin