ADĠLƏ NƏZƏrova



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   ...   10   11   12   13   14   15   16   17   18

TƏVĠL  –  xüsusi  izah  yoludur.  İslam  məzhəblərində  və  Şərq 
peripatetik  fəlsəfəsində  Quran  ayələrini  əqlin  prinsiplərinə  əsas-
lanaraq izah etməkdir. Təfsir və şərh anlamlarını  da verir,  yalnız 
bir  xüsusiyyəti  vardır  ki,  təvil  adətən  məhz  Quran  ayələri  üçün 
işlədilir, təfsir və şərh isə hər hansı bir məsələ üçün işlədilə bilər.  
TƏġƏKKÜL  [alm.  Bildung;  fr.=ing.  Formation;  osm.  tr. 
oluşum; tr. Oluşum; ər. ًىشر] – insan ruhu və fikrinin mədəni də-
yərlərə böyük bir məna verərək qoşulacaq formada mənəvi inkişa-
fı  və  formalaşması.  şeylərin  və  hadisələrin  öz-özünə  dəyişməsini 
–  onların  digər  şeylərə  və  hadisələrə  fasiləsiz  çevrilməsini  ifadə 
edən  fəlsəfi  kateqoriya.  Təşəkkül  sözündən  düzəlmiş  mütəşəkkil 
sözü də dilimizdə işlənir. Təşəkkkül hərfi mənada əslində yaran-
maq,  ortaya  çıxmaqdan  daha  çox  təşkilatlanmaq  kimi  də  başa 
düşülə bilər. Mütəşəkkil sözü də bu anlamda təşkilatlanmış kimi 
hərfi tərcümə olunur. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
194 
TƏZAD [alm. Gegansatz, opposition; fr.=ing. Opposition; lat. 
Oppositio;  osm.  tr.  tezat,  tekabül,  mühalefet]  –  bir-birinin 
qarşısında  olan,  bir-birini  qarşılıqlı  olaraq  bayıra  atan  iki  kəlmə, 
yaxud  da  qərar  arasındakı  bağlantı.  Təzadlar  fəlsəfədə  mühim 
hesab  olunur.  Təzad  və  ziddiyyətin  dialektik  materialimzdə 
inkişafın əsas qanunauyğunluqlarından hesab olunurdu.  
TOVHĠD  [ər.  ذُحىذ]  –  [birləşdirmə,  birləşmə,  təkalllahlılıq, 
monteizm  mənasındadır]  –  islam  dinində  allahın  yeganəliyi  və 
təkliyini [―La ilahə illəllah‖] təbliğ edən dini-siyasi təlim. Tövhid 
islamın əsas şərtlərindən hesab olunur. Bəzən islama təkallahlı din 
kimi tövhid dini də deyirlər. Tövhid həm də bu dini qəbul etmənin 
əsasını  təşkil  edir,  çünki  onun  ziddi  Tanrıya  şərik  qoşmaqdır  ki, 
bu da əsla qəbul olunmur və dindən çıxmış hesab olunur. 
TOMĠZM [alm. Thomismus; fr. Thomisme; ing. Thomizm tr. 
Thomasçilik]  –  katolik  fəlsəfsində  Foma  Akvinalının  əsaslandır-
dığı və onun ardıcıllarının əsaslandırdığı aparıcı cərəyan. Tomizm 
dominikan ordeninin müxtəlif məktəblərində məşhur idi. Tomiz-
mə görə insan iradəsi ilə Tanrının əvvəldən təyinatını təbii-fövqə-
ladə  bir  varlıq  sistemi  içərisində  birləşdirən,  əqlin  üstünlüyünü 
istək və və iradə üzərindəki suverenliyini önə sürən bir təlimdir.  
TOTALĠTARĠZM [lat. totalis – bütün, tam, bütöv] – avtoritar 
bürokratik  dövlətin  ictimai  orqanizmin  bütün  həyat  fəaliyyəti 
sahələrinə və ayrı-ayrı şəxsiyyətlərin həyatına hər şeyi əhatə edən 
despotik müdaxiləsilə səciyyələnən ictimai-siyasi quruluş. 
TOTEMĠZM  [alm.  Totemismus;  fr.  Totèmisme;  ing.  Tote-
mism; tr. Totemcilik; ―ototeman‖ sözündən olub Şimali Amerika 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
195 
hindi  tayfası  olan  ocivelərin  dilində  –  onun  tayfası,  qəbiləsi 
deməkdir] – ibtidai cəmiyyətin ən erkən dini formalarından biri. 
TRANSSENDENTAL  [alm.  Transzendental;  fr.=ing.  Trans-
cendental; lat. Trancendere – aşmaq, üstündən ötüb keçmək; osm. 
tr. müteal; ər. لاؼري] – əqli tənqid etmə metodu. 
TRANSANDANS  [fr.  Trancendence;  tr.  Aşkın  ər. 
ري
مػا ]  – 
fövqəl olma: Görünüş və hadisələrin arxasında və üstündə davam-
lı olan cövhərlərin varlığına inanan görüş. 
TRANSSENDENT [alm. Tranzsendent; fr. Transcendant; ing. 
Transcendent;  osm.  tr.  müteal;  ər.  ماؼري  lat.  transcendere  – 
üstündən  adlayıb  keçmək,  pozmaq]  –  1.  Bir  sistemin  xaricinə 
yüksələn, var olan bir həddi keçən. 2. Üstün olan, bəşəri olanlar-
dan yüksəkdə dayanan [Tanrı kimi]. 3. Kanta görə ola biləcək hər 
növ  eksperimentin  kənarına  çıxan,  şüurun  xaricinə  adlayan.  4. 
Təbiətdən  kənarda  olan  və  onun  sərhədlərini  aşan,  fövqəlbəşəri 
olanlara  deyilir.  İmmanent  termininin  əksinə  olaraq  şüurun  və 
idrakın hüdudlarından kənarda olanı ifadə edən termindir.  
TRADĠSĠONALĠZM  [alm.  Traditionalismus;  fr.  Traditio-
nalisme; ing. Traditionalism; tr. Gelenekçilik; osm. tr. ananeviye; 
ər. حَىُؼُػ] - ənənələrə ifrat dəyər vermə təmayülü, köhnəlmiş ola-
na, vərdişlərə, köhnə inanclara yaxınlıq duyan həyat tutumu. XIX 
əsrdə  Fransada katolik  ruhaniləri maarifçiliyə qarşı inkişaf etdir-
dikləri,  doğruluğun  ənənəylə,  xüsusilə  kilsə  ənənəylə  bilinə 
biləcəyini önə sürən təlim.  
TRANSSENZUS  –  subyektivdən  obyektivə  keçid,  şüur  sahə-
sindən  obyektiv  aləm  sahəsinə  insan  praktikasının  gedişində 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
196 
həyata  keçirilən,  subyektiv  idealistlər  və  aqnostiklər  tərəfindən 
qadağan edilən, yol verilməyən çıxış. 
TRANSFORMASĠYA  [alm.  Transformationstheorie;  deszen-
denztjeorie; transformisme; ing. Transformism; osm. tr. istihaliye; 
ər.  حُناخرعإ]  yaşayan  növlərin,  sıf  formalardan  qarışıq  formalara 
doğru kainatla inkişaf edərək ortaya çıxdığını önə sürən təlim.  
TRĠADA [yun. Trias – üçlük] inkişafın üçpilləliliyi. ―Triada‖ 
anlayışını ilk dəfə Platon və neoplatoniklər [xüsusilə Prokl] işlət-
mişlər; alman klassik fəlsəfəsində, xüsusilə Hegeldə geniş inkişaf 
etdirilmişdir. 
TUTARLI  [alm.  Konsequent;  fr.  Consèquent;  ing.  Conseq-
uent;  lat.  Consequens;  osm.  tr.  insicamlı]  –  məntiq  qaydalarına 
uyğun olan əqli əsas gətirmə. Əsaslı, yənin məsələnin bütün əsas-
larını  əhatə  edəcək  qədər  ehtivalı  arqument.  Misal  üçün  tutarlı 
dəlil.  Tutarsız  [alm.  Inkonsequent;  fr.  Inconsèquent;  ing.  Incon-
sequent; osm. tr. insicamsız] –düşünmədə məntiqi əksiklik, davra-
nışlarında öz-özü ilə uyğunluq qurmaq. İki prinsip arasındakı əla-
qədə  ikinci  birincinin  sonuncu  kimi  göstərilir,  halbuki  həqiqətdə 
birincidən belə bir nəticə çıxarılmaz.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
197 
 
U  
 
UNĠVERSAL  [alm.=ing.  Universal;  fr.  Universel;  lat. 
Universalis; osm. tr. külli; tr. Tümel; ər.  
ٍّهك] – müəyyən bir sinifə 
bağlı fərdlərin hamısını ehtiva edən. Bütün mühtəvası ilə alınmış 
olan prinsip. Bir prinsipin universallığını ―bütün‖ yaxud da ―hər‖ 
sözü  ilə  göstərilir.  Ümumilik  bir  termin  ehtivasını,  küllilik 
prinsipində mövzunun bütün ehtivası ilə alındığını göstərir.  
UNĠVERSALĠLƏR  [lat.  universalis  –  ümumi]  –  orta  əsrlər 
fəlsəfəsində ümumi ideyaların adı. Ərəb dilli fəlsəfədə bu termin 
küllilər olaraq keçirdi.  
URUC  [ascention]  –  yüksəlmə,  yüksəliş:  Uruc,  sudur  ilə 
birlikdə  hər  şeyin  Tanrıdan  doğulduğunu  və  yenə  ona  qayıda-
cağını ifadə edən qavramdır. 
UTĠLĠTARĠZM [lat. utilitas – fayda] – davranışın faydalılığı-
nı onun əxlaqiliyinin meyarı kimi qəbul edən estetik nəzəriyyə. 
UTOPĠYA [yun. U –  yox, və topos – yer, hərfən – ―mövcud 
olmayan  yer‖]  –  uydurulmuş  və  çox  vaxt  stastik,  durğun  sosial 
idealın təcəssümü olan cəmiyyət. 
UYĞUNLAġMA  [fr.  Coincidence;  ing.  Coincidence;  lat. 
Coincidenta;  tr.  Örtüşme;  osm.  tr.  tetabuk;  ər.  كتآطذ]  –  iki  şeyin 
bir-biri  ilə  tam  mənasında  uyuşması,  oxşar  olması.  Sözün  kökü 
tabəqa [كثؽ]-dan gəlir. Uyğunlaşma hər hansı bir məfhuma aid ola 
bilər.  Burada  əsas  olan  subyektin  insan  olması  deyil.  İnsan, 
yaxud, hər hansı bir əşya düşdüyü mühitə, və ya nəyəsə uyğunlaşa 
bilər.  

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
198 
UYDURMA [alm. Fiktion; fr. Ing. Fiction; lat. Fictio; osm. tr. 
Tasni;  ər.  غُُظذ]  –  Yalan,  boş,  həqiqəti  olmayan.  Həqiqətlə  tərs 
düşdüyünü, həqiqətlə uyğun gəlmədiyini hazırlamaq.  
UYUM  [əs.tr.]  –  uyğunluq,  münasiblik,  oxşarlıq,  bərabərlik, 
harmoniya, ahəngdarlıq və s.  
UZAY  [əs.tr.]  –  Fəza,  göy  boşluğu,  uzanmış,  genişlənmiş, 
geniş və s. 
UZDU  [əs.tr.]  –  Əzəli  olan,  əvvəli  bilinməyən,  çox  əski, 
qədim. 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
199 
 
Ü  
 
ÜGE – [Üyge] məşhur, tanınmış, ünlü və s. 
ÜLƏMA  (ər. 
ًٖهػ
ا
ء
)  –  ərəbcədən  tərcümədə  ―alimlər‖ 
deməkdir,  müsəlman  dünyasında  istər  dünyəvi  elmlərlə  məşğul 
olanlara,  istərsə  də  dini  elmlərlə  məşğul  olanlara  verilən  xüsusi 
ad. Üləma sözü indidə dilimizdə az hallarda işlədilməkdədir. Belə 
ki,  üləma  yaxud  əllamə  sözləri  bəzi  hallarda  işlədilərkən  ironi-
kanlamlar  da  ehtiva  edir.  Orta  əsrlərdə  islam  mədəni  bölgəsinin 
bir hissəsi kimi, Azərbaycanda da mədrəsə üsulu tədris edilirdi və 
buranı bitirənlərə həm dini, həm də dünyəvi təhsil verilirdi.  
ÜLKÜ [tr. idea, eng. idea] – ideal, hədəf. Ülkü bəzən olmasına 
inanılan şey mənasında da anılırdı. Bundan başqa prinsip, adət və 
hətta pay, ortaqlıq mənasını da verirdi.  
ÜMUMĠ  [alm.  Allgemein;  fr.  Gènèral;  ing.  General;  lat. 
Generalis; tr. Genel; ər. وىًػ] – Cinslə, növlə bağlı olan, bir cinsin 
bütün növlərini daxilində toplayan, bir növün aid olduğu hər şeyi 
toplayan. Təkcədən ümumiyə, daha az ümumi  bilikdən daha çox 
ümumi  biliyə  keçiddən  ibarət  məntiqi  proses  [məs.,  ―istilik‖ 
anlayışlarından  ―enerji‖  anlayışına,  Evklid  həndəsəsindən 
Lobaçevski  həndəsəsinə  keçid],  həmçinin  bu  prosesin  nəticəsi: 
ümumiləşdirilmiş anlayış, mühakimə, elm qanunu, nəzəriyyə. 
ÜNSĠYYƏT  (ing.  Sociality;  خٍّغٔأ;  ru.  общительность)  – 
subyektlərin  səciyyəvi  qarşılıqlı  münasibətlər  üsulu,  digər  insan-
larla qarşılıqlı əlaqədə insanın mövcudluq üsulu. Ünsiyyət vasitə-
silə  insan  sosiallaşır,  həyata  bağlanır,  dostluqlar  qurur,  ətrafın-

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
200 
dakılarla sosial kontakta girir və öz yaşayışını təmin edir. Ünsiy-
yət insanın bəşəri sosiallaşma ehtiyacıdır. İnsan təkbaşına var ola 
bilməz, o sosial bir varlıq olduğu üçün cəmiyyətin yaşam qanun-
ları əsasında doğlulmalı, yaşamalı və ömrünü başa vurmalıdır.  
ÜNSÜR [element]: Ümumiyyətlə mürəkkəb bir şeyin, ən sadə 
parçalarindan biri. 
ÜRÜNG  [əs.tr.]  –    mənəviyyət,  mənəvi  güc.  Qədim  oğuz 
dillərində təmiz, pak, qəlbən saf adamlara da deyilirdi.  
ÜSLUB [ər.ةٍٛصأ; tr. teknik; ing. method] – bədii ifadəliliyin 
obrazlı  sistminin,  vasitə  və  üsullarının  ideya-estetik  və  ictimai-
tarixi  məzmununun  vəhdətindən  asılı  olaraq  tarixən  təşəkkül 
tapmış ümumiliyi.  
ÜSUL-Ġ  CƏDĠD  yeni  üsul  –  Azərbaycanda  1920  -  ci  ilədək 
məktəb və mədrəsələrdə tətbiq edilən yeni tədris üsulu, mütərəqqi 
pedaqoji  cərəyan.  ―Üsul‖  ərəbcədən  tərcümədə  qayda,  metod, 
üsul; ―cədid‖ isə yeni, təzə mənalarını verir.  
ÜZLƏT  [ər.  حنضػ,  tr.  inziva,  uzlet]  –  inzivaya  çəkilmə, 
asketizm.  Sufilərin  xəlvətə  çəkilmələri,  cəmiyyət  həyatından 
uzaqlaşmalarıdır.  Sufilər  ruhi  tərəflərini  gücləndirmək,  cəmiyyət 
həyatından  uzaqlaşmaq,  nəfsani  şəhvət  duyğu  və  hisslərini  tərk 
etmək və mənəvi xəstəliklərdən arınaraq Tanrı dərgahına daha da 
yaxınlaşmaq arzusundadırlar. 
ÜZLÜNÇÜĞ [əs.tr.] – fövqəladə, qeyri-təbii, yaxud qeyri-adi 
olan hal və hadisələrlə əlaqəfar işlədilirdi və əski türkcəyə aiddir.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
201 
 
V  
 
VARLIQ  [alm.  Sein;  ètre;  ing.  Being;  lat.  Ens,  esse;  yun.  To 
on,  einai;  əs.t.  mevcudiyet;  ər.  دىﺟو]  -  Şüurdan  asılı  olmayaraq 
mövcud  olan  obyektiv  aləmin,  materiyanı  ifadə  edən  fəlsəfi 
anlayış.  Fəlsəfənin  əsas  anlayışlarından  biri,  ilk  dəfə  Parmenid 
tərəfindən istifadə edilmişdir. Var olan şey, var olduğu söylənilən 
şey.  Var  olanın  var  olması.  Aristoteldə  var  olanların  varlığı 
mənasında  işlənirdi.  Yoxluğun  əski.  Qalıcı  olan  və  müvəqqəti 
olmayan.  Təzahürün  qarşılığı  olaraq  reallıqda  var  olan.  Varlığın 
Analogiyası  [lat.  analogiya,  entis]  –  katolik  fəlsəfəsində 
[Hetomizm,  Sxolastikaoma,  Tomizm,  Foma  Akvinalı]  mərkəzi 
metodoloji anlayış. Varlıq haqqında elm [alm.= fr. – ontologie; 
ing.  Ontology;  lat.  Ontologia;  yun.  On,  entos  –  varlıq;  osm.  tr. 
mebhas-i  vücut]  –  var  olan  olaraq  var  olan  haqqında  təlim.  Var 
olanın  varlığı  və  ümumiyyətlə  varlıq  ideyaları  haqqında  XVII 
əsrdən  bəri  istifadə  edilən  anlam.  Mövzu  olaraq  yunan 
fəlsəfəsindən  bəri  və  ələ  alınan  və  Aristotelin  ―ilk  fəlsəfə‖  adını 
verdiyi  var  olanların  özü  haqqında  elm.  Mövcudiyyət  [alm. 
Dasein, existenz; fr.=ing. Existance; lat. Existentia; osm. tr. vücut, 
mevcudiyet; ər.  ٌحَدىﺟىي] – var olan, həqiqətə əsaslanan varlıq, bir 
şeyin nə olduğu, necə olduğu deyil, var olduğu faktı. Belə yaxud 
da belə bir forma almış hər növ xüsusiyyətlərin xaricində qalmaq, 
xasiyyətcə müəyyənləşməmiş sırf var olma faktı.  
VASĠTƏ  –  (ing.  Mean;  tr.  Araç)  vasitə  sözünün  anlamları 
çoxdur.  Ərəb  mənşəlidir.  Vəsət  sözündən  törəmişdir.  Cəmi  isə 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
202 
vəsait  –  dir.  Fəlsəfi  anlamda  isə  hər  hansı  bir  məqsədə,  mərama 
çatmaq  üçün,  yaxud  fikir  bəyan  etmək  üçün  istifadə  olunan    və 
işin  –  prosesin  gedişatına  kömək  edən  müəyyən  əlavələrdir. 
Vasitə  sözü  dilimizdə  çox  geniş  işlədilməkdədir.  Vasitəsizlik– 
sübutun köməyi olmadan alınmış bilik, həmişə nəinki təcrübənin 
məlumatları  ilə,  eyni  zamanda  məntiqi  düşüncə  ilə  vasitələnən 
diskursiv və demonstrativ bilikdən fərqli olaraq həqiqətin bir başa 
seyri. 
VACĠB  [ةﺟاو]  –  dəlil  cəhətindən  fərz  qədər  qəti  olmayan, 
lakin  yerinə  yetirilməsi  yenə  vacib  olan  ibadətlərdir.  Qurban 
kəsmək vacibdir, ancaq fərz deyil. Vacib sözü dində və fəlsəfədə 
xeyli anlamlar ifadə edir. Misal üçün, fəlsəfədə varlığın mümkün 
forması ilə birlikdə vacib formasından da sözhbət açılır, bununla 
belə  dində  də  şəri  hökmlər  vacib  yaxud  fərz  və  ya  müxtəlif 
ifadələrlə  edilməsinin  qətiliyi  dərəcələrlə  şərtləndirlir.  Fəlsəfədə 
vacib varlığa vacib əl-vücud deyilir.  
VERBALĠZM  [alm.  Verbalismus;  fr.  Verbalisme;  ing. 
Verbalism; lat. Verbum – söz, kəlmə; osm. tr. lafziye; ər. خٍظفٌ] – 
sözəbasma,  sözlərlə  oynama,  Əsas  məqsədi  və  məramı  olmadan 
sözlər  söyləmək.  Yaxud  da  kiminsə  bilmədiyi  mövzuda  boşuna 
sözlər  söyləyib,  çərənçilik  etməsi.  Latın  mənşəlidir.  Fəlsəfədə 
verballıq  hər  şeydən  danışıb  əsas  məqsədin  üzərinə  gələ 
bilməməkdir. 
VƏRDĠġ  [fr.  Habitude;  alm.  Gewohnheit;  ing.  Habit;  yun. 
Heksis,  əs.trk.  itiyat;  trk.  alışkanlık]  -  Bir  şeyə  alışmış  olma 
vəziyyəti,  xasiyyət;  daxili  və  xarici  təsirlərlə  hərəkət  və 
davranışların  təkrarlanılması,  həmişə  eyni  şəkildə  reallaşması 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
203 
nəticəsində  meydana  çıxan,  şərtlənmiş  davranış  halıdır.  Bəzən  
asılılıq,  düşkünlük,  narkomanlıq  kimi,  yaxud  yaxınlıq,  yoldaşlıq, 
ünsiyyət  kimi  də  xarakterizə  olunur.  Alışqanlıq,  daxili,  xarici 
təsirlərlə  iş  və  davranışların  yenilənməsi,  həmişə  eyni  formada 
reallaşması  gözlənilən,  şəraitə  uygunlaşmış  davranış  və  ya  təsir 
formaları.  Bəzən  vərdişlərinin  məcmusu  insanın  xasiyyətini 
ortaya qoyur, onun haqqında təsəvvür formalaşdırır.  
VƏCD  [ing.  Extase;  ər.   ٌذﺟو]  –  Cezbe-İstiğrak-Kendinden 
geçme: Allahla birləşmə duyğusu içində özündən keçmək. Vəcd – 
sufilərə  məxsus  haldır. Bu  halda  sufi  Allahla  ―birləşdiyini‖  iddia 
edər.  Bu  halda  sufi  hiss  və  duyğu  orqanlarını  fəaliyyətini  sanki 
hiss etmir. Bu vəziyyət onda uzun müddətli deyil, təkrar olunandır 
və  şəxsidir.  İrrasionalistlər  vəcdi  ilahi  mənşəli  ezoterik  bilik 
növlərinə  aid  edirlər. Vəcd ruhi, mənəvi  bir haldır. Ancaq təsvir 
ilə izah edilə bilər. Vəcd halında insanın mənliyi  yoxdur. Hisslər 
aləmindən  ayırlır.  Hisslər,  duyğu  orqanları,  nəzəri  ağıl  ortadan 
qalxmışdır.  Xatirələr  və  iradə  yox  olar.  Vəcd  halında  insan  öz 
özünə  sahib  olar  və  onunla  birlik  qurar.  Vəcd  sırf  eşqdən 
ibarətdir. Hər cür diqqət, nəfsə aid hər cür şüur müvəqqəti olaraq 
yox olur deyilə bilər. 
VƏHM  [ ٌىهو]  –  insanın  bir  inancı  və  yaxud  öz  xəyalında 
qurduğu bir fikri, həqiqətə uyub-uymadığına əhəmiyyət vermədən 
israrla  müdafiə  etmək,  yaxud  var  olmayan  bir  şeyi  var  olaraq 
qəbul  etmək deməkdir. Vəhmin  əsas  qaynağı  insanın  öz nəfsidir. 
İslam dininiə görə isə insan vəhmdən mümkün olduğu qədər uzaq 
durmalıdır.  Sufilər  arasında  da  vəhmin  bir  müridin  sülukuna 
böyük maneə olması görüşünün tərəfdarları əksəriyyət təşkil edir.   

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
204 
VƏZĠFƏ  [alm.  Pflicht;  fr.  Devoir;  ing.  Duty;  yun.  Deon, 
katheteon;  tr.  görev;  lat.  Officium;  osm.  tr.  Vazife;  ər.  خفٍضٚ]  – 
etməyə  məcbur  olduğumuz,  etməmiz  lazım  olan  şey,  əxlaqi 
məsuliyyət  olduğumuz  şey.  Vəzifələrə  qarşı  məcburiyyət  hissi. 
Vəzifə  insanın  etməsini  üzərinə  götürdüyü  hər  hansı  bir 
məsuliyyətdir.  Vəzifə  iki  anlamda  götürülə  bilər:  Hər  hansı  bir 
məmur pozisiyası, yaxud üstləndiyi məsuliyyət.  
VƏZĠYYƏT  [alm. = fr. = ing. Situation;  ər. حُظو;  tr. Durum; 
lat.  Situs  =  məskunlaşmış  olan,  oturuşmuş  olan]  –  ümumiyyətlə 
müəyyən  bir  zaman  kəsiyində,  müəyyən  bir  məkanda  müəyyən 
bir ortamda olma. Bir insanın  ətrafı ilə  konkret  əlaqəsi.  Aristotel 
fəlsəfəsində on kateqoriyadan biri hesab olunurdu. Aristotelə görə 
insanın içində olduğu hala deyilirdi. Müasir baxımdan isə insanın 
müəyyən bir zamanda və yaxud məkanda konkret vəziyyətidir.  
VĠTALĠZM [lat. vita – həyati; alm. Vitalismus; fr. Vitalisme; 
ing.  Vitalism;  osm.  tr.  hayatiye;  tr.  Dirimselcilik;  ər.  حُذاُح]  Baş 
verənləri  fiziki,  kimyəvi  baxımdan  deyil,  əksinə  xüsusi  bir 
həyatda qalma amalı, ideyası ilə açıqlayan fəlsəfi təlim. Bu görüş, 
bütün  üzvi  fəaliyyətlər  əhatə  edir.  Vitalizm  həm  animizmə  və 
xüsusilə ruh ilə bədən arasında vasitəçi bir güc qəbul etdiyi üçün 
Van  Helmontun  animizmi,  digər  tərəfdən  isə  vəhdətlə  və  ya 
bioloji monizmlə əlaqələnir. Çünki həyati qüvvət, nə mütləq ağla 
uyğun, nə də mütləq əbədidir; beləcə təbiətin digər gücləri ilə eyni 
dəyərdə sayıla bilər.  
VOLYUNTARĠZM  [alm.  Voluntarismus:  fr.  Voluntarisme; 
ing.  Voluntarism;  lat.  Voluntas  –  iradə;  lat.  voluntas  –  iradə]  – 
əqlə  və  biliyə  deyil,  əslində  istəyə,  iradəyə  üstünlük  verən, 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
205 
mənəvi hadisələrin və bilik prosesinin əsasında əsas olaraq iradəni 
görən  fəlsəfi  təlim.  İdealist  fəlsəfənin  xüsusi  cərəyanı,  iradəni 
bütün  mövcudatın  əsası  hesab edir.  Avqustin bütün  ruhi qabiliy-
yətlərdə  iradənin  əsas  olduğunu  önə  çəkir.  Duns  Skot  isə  belə 
hesab edirdi ki, istək təfəkkürdən üstündür.  
Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin