ADĠLƏ NƏZƏrova



Yüklə 2,84 Kb.
Pdf görüntüsü
səhifə17/18
tarix07.03.2017
ölçüsü2,84 Kb.
#10602
1   ...   10   11   12   13   14   15   16   17   18

VULQAR MATERĠALĠZM [lat. vulgaris – sadə, ali] – XIX 
əsrin  ortalarında  materializmin  əsas  prinsiplərini  bayağılaşdıran 
və  kobudlaşdıran  fəlsəfi  cərəyan.  Vulqar  Sosiologizm  –  ictimai 
hadisələrin  ictimai  inkişafın  ayrı-ayrı  amillərinin:  texnikanın, 
istehsalın  təşkil  formalarının,  iqtisadiyyatın,  siyasətin,  ideolo-
giyanın rolunun birtərəfli şişirdilməsi yolu ilə tarixi materializmin 
təhrif edilən bayağı izahı. 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
206 
 

 
XALQ [fr. Peuple; ing. People; ru. народ; tr. Toplum; ər.  ٌةؼش] 
– adi mənada dövlətin, ölkənin əhalisi; elmi mənada isə insanların 
tarixən  dəyişməkdə  olan  birliyi;  bu  birliyə  əhalinin  obyektiv 
vəziyyətinə  görə  müəyyən  dövrdə  müəyyən  ölkənin  mütərəqqi, 
inqilabi  inkişafı  vəzifələrinin  həllində  birlikdə  iştirak  etməyə 
qadir olan hissəsi, təbəqələri, sinifləri daxildir. 
XARAKTER  [alm.  Charakter;  fr.  Caractère;  ing.  Character; 
yun. Kharakter – oyulmuş, cızılmış, qəliblə basılmış – kharassein 
– yarmaq, oymaq, cızmaq; osm. tr. seciye, hasisa] – bir obyektin, 
bir  fərdin  özünə  xas  strukturu;  insanın  sabit  psixi  xüsusiyyət-
lərinin məcmusu. Bu xüsusiyyətlər onun genetik xüsusiyyətlərin-
dən asılıdır. Həyat şəraiti ilə əlaqədə və onun təsiri altında realla-
şır. Xarakter insanın xasiyyətinin anlamını da verməkdədir. Bəzən 
isə  hər  iki  məfhumu  bir-birindən  ayırırlar:  misal  üçün,  insanın 
xarakteri  və  xasiyyəti;  yaxud  insanın  xarakterik  xüsusiyyətləri. 
Xarakter  elə  bir  məfhumdur  ki,  o  demək  olar  ki,  insanın  həm 
daxili dünyasını, həm də zahiri xüsusiyyətlərini özündə cəm edir 
və insan haqqında müəyyən təsəvvür yaradır.  
XASSƏ  [alm.  Elgenschaft;  fr.  Propriètè;  ing.  Property, 
propriety, ownership;  lat. Proprietas; osm.  tr. hassa;  tr. Özgü;  ər. 
حّطاخ]  -  predmetin  digər  predmetlərdən  fərqini  və  ya  oxşarlığını 
şərtləndirən və onlarla qarşılıqlı təsirdə təzahür edən tərəfi [məs., 
sahə, elastiklik, rəng, elektrikkeçirmə və s.]. Bax: xəvass

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
207 
XAOS  [alm.=fr.=ing.  Chaos;  yun.  Khaos  –  uçurum,  sonu 
görünməyən  uçurum]  –  kainatın  sistemə  girməzdən  əvvəlki 
formadan  əvvəl  kasıb,  ahəngsiz  və  qarışıq  vəziyyət,  nizamsızlıq, 
anarxiya anlamlarına da gəlir. Xais hər hansı bir sistemdə mövcud 
ola  bilər,  o  cümlədən  sosial  cəmiyyətdə.  Bu  zaman  cəmiyyətə 
hakim kəsilən qüvvələr  onu arxasınca başıpozuqluğa, anarxiyaya 
vəs.lərə  yönəldir.  Kainatın  nizama  girməzdən  əvvəlki  formadan 
məhrum, uyğunlaşmasız və qarışıq vəziyyəti. Qarışıqlıq,  anarxiya 
XATĠRƏ  [alm.  Erinnerung,  fr.  Souvenir,  memoire,  ing. 
Remembrance, osm. tr. hatıra, . ər. جشذاخ] – Platon fəlsəfəsinin əsas 
mahiyyəti  kimi,  ruhun  bədənə  girməzdən  əvvəlki  varlığında 
gördüyü ideaların şüura çevrilməsi deməkdir. Platon fəlsəfəsində 
bu  termin  ruhi  –  mənəvi  aydınlanma  il  eyni  mənada  işlənmir. 
Xatirələr  insanın  yaddaşına  həkk  olaraq  zaman-zaman  zehində 
canlanır  və  insan  keçdiyi  ömür  yolunu  varaqlayır.  İnsanın 
yaddaşındakı  xatirələr  müxtəlif  ola  bilər;  uşaqlıq  xatirələri, 
məktəb xatirələri, tələbəlik xatirələri və s.  
XATIRLAMA  [alm.  Anamnesis,  fr.  Reminiscence,  ing. 
Reminiscence,  yun.  Anamnesis,  osm.  tr. nim-təhəttür]  da insanın 
olub – keçən hal və hadisələri yenidən zehnində canlandırmasıdır 
və bunun vasitəsilə insan xatirələrini canlandıra bilir.  
XƏLVƏT    [ər.  جىهخ;  ing.  Hidden;  tr.  halvet]  –  tək  qalmaq, 
insanın  öz  sevdiyi  ilə  kimsəsiz  yerə  çəkilmək.  Lakin  sufilər  bu 
xəlvət halını öz şeyxlərinin icazəsi ilə nəzərdə tutulmuş müəyyən 
bir  müddətə  insanlardan  uzaqlaşmaqla  yerinə  yetirirlər.  Sufilərin 
xəlvətə  çəkilməsində  öz  xüsusi  məqsədləri  olur.  Sufilər 
insanlardan,  o  cümlədən  cəmiyyət  həyatından  uzaq  qalmaqla 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
208 
qəlblərində  yalnız  Allah  sevgisini  saxlamaq,  qəlbi  pis  arzu  və 
istəklərdən  təmizləmək,  nəfsi  zərərli  düşüncələrin  təsirindən, 
xəbis  niyyətlərdən  azad  etməkdir.  Xəlvətin  daha  ümumi  mənası 
üzlətdir.  Sufilərə  xas  olan  çölə  sözü  də  xəlvət  sözü  ilə  təqribən 
eyni  mənanı  ifadə  edir.  Çilə  sufilərin  yaşadıqları  bir  hal  və 
üsuldur. Bu üsulla sufi öz  xəlvətində müəyyən olunmuş qaydada 
yaşayar,  öz  həyatını  tənzimlər.  Bu  müddət  sufilər  üçün  adətən 
qırx gün çəkir.  
XƏTA  [alm. Irrtum; fr. Erreur; ing. Error; lat. Error; osm. tr. 
Hata;  ءاطخ]  –  yalnış  olanı  doğru  olaraq  qəbul  etmək,  yaxud  da 
tərsi.  Xəta  günah  sözü  ilə  bəzən  eyni  anlamlarda  istifadə 
olunmuşdur.  Dilimizdəki  xətalı  sözü  bəzən  günahkar  deyimi 
mənasını da ifadə  edir.  Xətanın dilimizdə mənaları  çoxdur: cina-
yət,  günah,  yaxşı  düşünməməkdən,  təcrübəsizlikdən,  bacarıqsız-
lıqdan qaynaqlanan səhv, yanılma, qüsur. Misal üçün, xatalı adam 
mənasında xətakar sözü də işlənir.  
XƏVASS [طاىخ] – xüsusi olanlar, yaxud seçilmişlər təbəqəsi, 
avam  təbəqəsinin  əksi  olaraq  işlədilir.  Sufilərə  görə,  təsəvvüf 
məhz xəvassa aid lədünni elmdir. a) Xassə - Xass - xüsusiyyətlər  
Xaslar  - keyfiyyət –  hallar,  b) Dindarlıq və  doğruluğu ilə, elmilə 
amil  olub  mənəviyyat  mərtəbəsində  yüksəlməklə  məqbul  və 
mötəbər olan şəxslər – Zənginlər sinifi – Quranı və mənəvi sirlərə 
və  xüsuslara  bələd  olan,  elm,  ibadət,  itaət  və  təqva  yolunda 
yüksələrək  mümtaz  olan  Allahın  övliyaları  –  Hər  kəsin  hörmət 
etdiyi böyük zəvat. Bax: xüsusi.  
XƏVATĠR [ing. memory;  ذاىخ
ش
] – xatirələr. Təki [جشذاخ]. Qəlbə 
gələn düşüncələr. Ərəbcədən keçmə kəlimədir. Bax: Xatirə  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
209 
XĠLĠAZM  [yun.  Chilias  – min;  ру. хилиазм]  – Yer üzərində 
dünyanın  sonundan  əvvəl  gələn  minillik  ―Allah  səltənəti‖ 
haqqında  dini  təlim.  Xiliazm  dini  –  fəlsəfi  təlimində  tanrının 
əzəli-əbədiliyindən  bəhs  olunur  və  Tanrının  rəqibsiz  iradəsindən 
asılı olaraq onun uzun müddətə hakimiyyəti təbliğ edilirdi. 
XOġBƏXTLĠK [alm. Glück; fr. Bonheur; ing. Hapiness; osm. 
tr.  Saadet;  جداؼع]  –  ümumiyyətlə  insanların  özlərinə  ən  yüksək 
missiya  olaraq  ortaya  qoyduqları  dəyər.  Şüuru  dolduran 
doyğunluq  halı.  Yaxud  xoşbəxtlik  hissi.  Xoşbəxtlik  məfhumunu 
insanın  hissləri  arasında  zikr  edən  filosoflara  görə,  bu  məfhum 
demək olar ki, bir anlıq hissləri ehtiva edirlər.  
XURAFAT  –  (ər.  دبفآشخ)  hərfən;  idraka  zidd,  qeyri-yənqidi, 
düşüncəsiz  qavranılan  nöqteyi-nəzər.  İctimai  və  fərdi  şüurun 
irrasional  tərkib  hissələri  [dini  mövhumat,  yanlış  fikir]  Xurafat 
adlanır. Sovet dövründə Azərbaycanda, o cümlədən, bütün Sovet 
Sosialist  Respublikaları  İttifaqında  hər  növ  dini  ayinləri  və 
ibadətləri,  geriliyin  qalıqları  və  xurafat  adlandırır  və  geniş 
allahsızlıq təbliğatı aparırdılar.  
XÜRRƏMĠLĠK – Abbasilər xilafətinə qarşı Azərbaycanda və 
qonşu  ölkələrdə  yaranmış  təriqət.  Ərəb  mənbələri  Xürrəmiliyin 
islama qədərki dövrdən mövcud olduğunu göstərərək məzdəkiliyi 
də  ona  aid  edir.  Azərbaycanda  bu  hərəkata  Babək  əl-Xürrəmidin 
başçılıq edirdi. 
XÜSUSĠ  [alm.  Besondere;  fr.  Spècial;  ing.  Special;  osm.  tr. 
hususi; ər.  
 ٍطىظخ; tr. özel] – ümumidən ayrı olan, hər hansı bir 
şeyə  aid  olan,  ona  xas  olana  deyilir.  Ərəb  dilindəki  xassə  [ ّضخ] 
şəddəli felinin [I babda] məsdəridir. Xüsusi sözü dilimizdə geniş 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
210 
anlamlarda işlədilməkdədir. Bu sözün daha müasir olan və müasir 
türkcədən keçmə olan özəl sözü də hazırda istifadə olunur.  
XÜTBƏ - orta əsrlərdə islam ölkələrində cümə, bayram və b. 
əlamətdar günlərdə məsciddə hökmdarın adına oxunan dua, hitq; 
hökmdarın  tərəfindən,  Quran  ayələrindən,  peyğəmbərin 
həyatından bəhs edən ibrətamiz hadisələrdən və s. ibarət olurdu. 
 
 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
211 
 

 
YADDAġ  [alm.  Gedatnis;  fr.  Mèmorie;  ing.  Memory;  lat. 
Memoria, osm. tr. hafıza; ər. خظفبد] - orqanizmin xarici aləm və öz 
daxili vəziyyəti haqqında informasiyanı sonradan həyat fəaliyyəti 
prosesində 
istifadə 
etmək 
üçün  saxlamaq  və  yenidən 
canlandırmaq  qabiliyyəti,  yaxud  müşahidələrin,  qavranəlanların 
və.s.lərin  saxlandığı  yer.  Yaddaş  anlamında  hafizə  -  yəni  hifz 
edən, qoruyub saxlayan, tutub saxlayan kəlməsi də işləni. Yaddaş 
xatirələrin  canlanmasına  rəvac  verən  nöqtədir.  Onun  sayəsində 
kemişi  xatırlayırıq,  yaxud  əqlin  vasitəsilə  öyrəndiklərimizi  yada 
salırıq.  
YALAN – şeylərin əsl vəziyətini təhrif edən fikir, mülahizə. 
YALNIġ [alm. Falsch; fr. Faux; ing. Wrong; lat. Falsus; osm. 
tr.  hatalı]  –  doğru  olmayan,  formal  düşünmə  qaydalarına  uyğun 
gəlməyən. Düşünülən şeylə uyğun gəlməyən.  
YANILMA  –  gerçəkliyin  illuziyalı  dərk  edilməsi;  hər  bir 
mövcud anda ictimai-tarixi praktikanın məhdudluğu ilə şərtlənir. 
YARADICILIQ – insan fəaliyyətinin keyfiyyətcə yeni maddi 
və  mənəvi  sərvətlər  yaradan  prosesi.  Yaradıcılıq  sayəsində  insan 
özünün əqli qabiliyyətlərini, mənəvi keyfiyyətlərini ortaya qoyur. 
Yaradıcılıq  elə  bir  məfhumdur  ki,  onunla  şairin,  ədibin,  yaxud 
elm adamının bütün əsərlərini, çalışmalarını ehtiva etmək olur.  
YAZGAN  –  Yazan,  yazıcı,  taleyi,  qədəri  təyin  edən.  Əski 
zamanlarda,  qədim  oğuzlarda  Tanrının  ad  ve  sifətlərındən  hesab 
olunurdu.  

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
212 
YAZGI – 1- Yazı, qədər, müqəddərat, alın  yazısı 2- Tanrısal, 
ilahi. Daha çox yazı kimi dilimizdə işlənir. Misal üçün; Tanrıdan 
yazısı belə imiş.  
YAġUK – işıq, şua, fövqəl, aşmış.  
YAġAM – həyat, ömür, dirilik. Misal üçünyaşamını bitirmək. 
YASUT  –  [yasıt]  şərəf,  ləyaqət,  heysiyyət.  Müasir  dilimizdə 
demək olar ki, işlənmir. 
YASA – [Yasağ, yasak] Yasa, kanun, nizam, qaidə, yasaq 
YAMAN  –  1-  Müthiş,  dehşetli,  etki  ve  beceri  bakımından 
fövqəladə 2- pis, fəna, üzücü. Misal üçün, o kəs yaman adam idi, 
yəni  üstün məziyyətlərə  sahib  idi. Və  yaxud;  yaman işə  düşdüm, 
yəni çıxılmaz vəziyyətə düşdüm. 
YAKARI  –  Dua,  təmənni,  yalvarış,  dilək.  Bəzən  dilimizdə 
yalvarmaq, yaxarmaq sözü də işlənir ki, mənşəcə türk mənşəlidir, 
yakarmak kəliməsindən törəmişdir. 
 
YAXġI  [alm.  Gut;  fr.  Bien;  ing.  Good;  lat.  Bonus;  yun. 
Agathos;  osm.  tr.  hayır;  ər.  ٌّ
 شٍخ]  –  geniş  mənada  işə  yarayan, 
özünə uyğun, doğru görülmüş, təbiətinə uyğun, istənməyə dəyərli 
olan. Əxlaqın və əxlaq fəlsəfəsinin əsas termini. Din fəlsəfəsində 
Tanrıya aid edilən Mütləq Yaxşı məfhumu da mövcuddur. 
YƏQĠN  [alm.  Gewissheit;  fr.  Certitude;  ing.  Certainty, 
certitudo;  osm.  tr.  yakin,  mevsukiyet;  ər.  ٍٓمٌٍأ]  –  hər  hansı  bir 
informasiyanın, bir qənaətin şübhəyə salmadan təsdiq etməsi halı. 
Bu  mənada  düşüncənin  heç  bir  yanılma  qayğısı  olmadan  bir 
qənaətə qatılması halı. Misal üçün nə barəsində isə yəqinlik hasil 
olmaq və s.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
213 
YƏQĠN - elm əl-yəqin - ağıl və nəqlin, nəzər və xəbərin ifadə 
etdiyi  biliyə  deyilir.  eyn  əl-yəqin  –  hissin,  xarici  təcrübə  və 
müşahidənin  verdiyi  bilikdir.  İlmel  yaxın  demək;  Quran 
ayələrinin  bir-birləriylə  olan  illiyet  rabitələrini  idrak  edərək, 
ayələrlə  ayrı-ayrı  açıqlanan  mövzuları  istifadə  edilən  sözlər 
işığında (təqva, dəlalət, hidayət, nəbi, rəsul, əhd, və s.) ayələri bir 
araya  gətirərək  mövzuları  anlamaq,  dərk  etmək  və  izah  edə 
bilmək kafiliyi qazanmaq deməkdir. 
Eyn əl yəqin göz "səviyyəsində yaxın ürək gözü ilə görərək və 
qəlb  qulağı  ilə  eşidərək  Allaha  və  verdiyi  elmlərə  yəqinlik  hasil 
etmək deməkdir. 
Haqq  əl-yəqin  Ülu-l  əlbab,  lübblerin  sahibləri  ―Sirr 
Xəzinələrinin,  özün  özünün,  hikmətin,  tam  nura  çatmış  nəfs 
ürəyinin  sahibləri‖  deməkdir.    Haqq  əl-yəqinlik  dərəcəsi  isə  ən 
son mərtəbədir.  
YƏD  [ ٌذَ]  -  əl,  qol.  Ərəbcə  bir  kəlmədir.  Dini  fəlsəfi 
ədəbiyyatda bəzən zor güc, qüvvət kimi də verilir. Yəd-i beyza isə 
dini qissələrdə Musa Peyğəmbərin möcüzə kimi göstərdiyi parlaq 
əlinin adıdır.  
YƏS  [ ٌطؤَ]  –  ərəbcədən  keçmədir.  Uğursuzluq,  məyusluq 
anlamındadır. Dilimizdə işlədilən –ölən insanın ölümü üçün qeyd 
edilən  mərasimi  ifadə  edən  yas  kəliməsi  də  buradan  götürül-
müşdür.  
YETKĠ    [əs.tr.]  –  üzərinə  götürülən  məsuliyyət,  məharət,  işi 
başa  çatdıra  bilmək  qabiliyyəti  deməkdir.  Bəzən  vəzifə 
səlahiyyətlərinin  sərhəddləri,  izn,  icazə  mənasını  da  verir.  Misal 
üçün; Sənin bu işi görməyə yetkin varmı? 

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
214 
YETĠ    [əs.tr.]  –  qabiliyyət,  bacarıq.  Yetkin,  kamil,  olgun, 
bacarıqlı.  Dilimizdə  işlənən  yetişkin  sözünün  insanın  uşaqlıq 
çağından  sonrakı  qabiliyyətlərini  və  bacarıqlarını  nümayiş  etdir-
diyi bir dövrə qədəm qoymağını bildirdiyi üçün adlandırılmışdır. 
YESUKEN    [əs.tr.]  –  [Yasuga,  yasag,  yasa]  Yasa,  yasaq, 
qadağan olunmuş.  
YIĞINAK  [əs.tr.]  –  Toplum,  kütlə.  Sözün  kökündə  işlənən 
anlamda  indidə  söz  və  ifadələr  mövcuddur.  Misal  üçün,  Nə 
yığışıbsınız buraya? cümləsində olduğu kimi.  
YIĞINCAQ    [əs.tr.]  –  ümumi,  sosial  qayda,  toplumun 
mənimsəyib tətbiq etdiyi qanunla 
YESUKEN    [əs.tr.]  –  [Yasuga,  yasag,  yasa]  Yasa,  yasaq, 
qadağan olunmuş. 
YIRGA  [əs.tr.] – məsud, xoşbəxtlik dolu. 
YIRTINÇÜ  [əs.tr.] – Dünya, kainat. 
YISUN  [əs.tr.] – [yasun, yosun] Doğa, təbiət, yaşıllıq. 
YONAT  [əs.tr.] – Tam, əksiksiz, qüsursuz. 
YÖNDƏM    [əs.tr.]  –  [Yöntəm]  Üsul,  tərz,  təamül,  töreye, 
adət-ənənələrə uygun formada olan. 
YONAT  [əs.tr.] – Tam, əksiksiz, qüsursuz. 
YUVANÇ  [əs.tr.] – təsəlli, ümid  
YUMLU  [əs.tr.] – xoşbəxt, müqəddəs, mübarək, huzurlu.  
YUMUġ    [əs.tr.]  –  [Yumuç]  1-  Söz,  öyüd,  nəsihət  2-  Əmir, 
fərman,  buyruq  3-  Müjdə,  müjdəli  xəbər  4-  Yumuq,  yumulmuş, 
yumruq. 
YÜKNÜ  [əs.tr.] – Secde, səcdədə olan, ibadət əsnasında olan. 
YÜĞNÜK  [əs.tr.] – əməli saleh, təmiz 

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
215 
 

 
ZAMAN  [alm.  Zeit;  fr.  Temps;  ing.  Time;  lat.  Tempus;  yun. 
Khronos;  ər.  ٌايص]  –  fəlsəfə  termini  olaraq  zaman  olub,  keçən, 
dəyişmə  və  müddətlilik  forması.  Ərəbcədən  gəlmədir.  Kök 
hərfləri  zəmənə  [ٍيص]  dir.  Zəmanə  sözü  də  buradan  qaynaqlanır. 
Zəmanə  sözü  zaman  sözünün  qadın  cinsindəki  halıdır.  Qayıdışı 
olmayan  bir  istiqamətdə  bir-biri  ardından  getmə.  Zaman  sürüb 
gedən doğru bir xətt olaraq düşünülə bilər. Obyektiv zaman ölçülə 
bilən, ama öz-özünə deyil, cisimlərin dəyişkənliyi ilə ölçülə bilər.  
ZƏRDÜġTĠLĠK  –  Azərbaycan,  İran,  Orta  Asiya,  Əfqanıstan 
və Ön Asiyanın bir sıra digər vilayətlərində yayılmış qədim dövr 
erkən orta əsrlərinin ən mühüm dinlərindən biri. 
ZƏRURĠYYƏT  [ər.  حَسوشػ]–  prosesin  əsasında  bunun  ayrı-
ayrı formalarının münasibətini ifadə edən fəlsəfi kateqoriyalar. 
ZƏLALƏT  [حنلاػ]  –  doğru  yoldan  yəni  hidayət  yolundan 
uzaqlaşmaq, yoldan azmaq deməkdir. 
ZĠDD 
[alm. 
Kontradiktorisch; 
üiderprechend; 
fr. 
Contracictoire;  ing.  Contradictory;  lat.  Contradictorius;  osm.  tr. 
mütenakız;  ər.  عامُري]  –  Aralarında  kəsişmələrin  ortaya  çıxması, 
birinin digərini inkar etməsi, misal üçün ağ – qara, işıq – qaranlıq 
və  s.  zidd  kəlməsi  ərəbcədən  bizim  dilimizə  transfer  etmişdir. 
Ərəbcədəki  ّغَػ
ٌََّ
ٌّ
  şəddəli felinin məsdəridir.  
ZĠDDĠYYƏT  [tr.  Karşıtlık;  alm.  Gagensatz,  fr.  Contrariètè; 
lat.  Contrarietas;  osm.  tr.  tezat,  zıddıyet;  ər.  حُؼػ  ]  –  hər  bir 
inkişafın, hərəkətin daxili mənbəyini ifadə edən kateqoriya.  

Ad
i
l
ə
 N
ə
z
ə
rova 
 
 
216 
ZĠKĠR  [شكر]  –  hərfi  mənada  xatırlamaq,  yadda  saxlamaq  de-
məkdir.  Kökü  ərəbcədəki  zəkərə  [شكر]  felindən  gəlir.  Sufi  zikir 
edərək daima Allahı yadda saxlayar və bunun üçün dili ilə Allahı 
xatırladan sözlər, ifadələr deyər. Sufi  nəzdində ibadətlər də zikir 
sayılır. Namaz, oruc, zəkat kimi ibadətlər zikir xüsusiyyəti daşıya-
raq  sufiyə  Allahı  xatırlamağa  imkan  verir,  yadından  çıxarmağa 
qoymur.  

F
ə
ls
ə
f
ə
 term
i
nl
ə
r
i
n
i

i
zahl
ı
 l
üğə
t
i
 
 
 
217 
 
Ġstifadə olunan ədəbiyyat siyahısı 
 
1.
 
Aksan,  Doğan,‖Her  Yönüyle  Dil‖,  Türk  Dil  Kurumu 
Yayınları  439 s. Ankara,1990 
2.
 
An  etymological  dictionary  of  pre-thirteenth  –  century 
turkish.  Sir  Gerard  Clauson.  Oxford.  At  the  Clarendon  Press. 
1972. 1034 s.  
3.
 
Arapça  –  türkçe  sözlük.  S.  Mutçalı.  Dağarcık  yayın. 
İstanbul. 2001.  1023 s. 
4.
 
Alkhuli  A.  Muhammad.  ―A  dictionary  of  İslamic  terms; 
English – arabic and arabic - english‖.  
5.
 
Azərbaycan  ədəbi  dilində  işlənən  ərəb  və  fars  sözlərinin 
qısa  lüğəti.  Red.  C.F.  Bağırov.  Azərbaycan  Dövlət  Universiteti 
nəşriyyatı.  Bakı  1960.  211  s.  Felsefe  ve  dil.  Vitqenşteyn  üzerine 
bir araştırma. Ö.Naci. İstanbul. Kabalçı yayınları. 1995. 591 s. 
6.
 
Ingiliscə  -  Azərbaycanca  lüğət.  English  -  Azerbaijani 
Dictionary.Tərtibçilər V. S. Ərəbov, Ş.B. Məmmədova, l.  B. Sü-
leymanova.‖KM‖ mətbəəsi. Adiloğlu MMC. Bakı 2012. 1360 s. 
7.
 
―Fəlsəfə 
ensiklopedik 
lüğəti‖, 
Redak.Şur. 
Sədr: 
İ.Rüstəmov, 
―Azərbaycan 
Eniklopediyası‖ 
Nəşriyyat 
– 
Poliqrafiya Birliyi, 1997, səh.s.517 
8.
 
Dilçilik  ensiklopediyası.  2  cilddə.  Red.  F.  Y.  Veysəlli. 
Bakı. Mütəlcim nəşriyyatı .2006.525 s.514 s. 
9.
 
Dil  felsefesi  sözlüğü.  Atakan  altıntörs.  Paradiqma. 
Istanbul. Kasım 2000. 108 s. 

Ad
i
l
ə
Yüklə 2,84 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin