AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə3/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   2   3   4   5   6   7   8   9   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ədəbiyyat



  1. Azərbaycan tarixi üzrə qaynaqların öyrənilməsi problemləri. Respublika ali elmi-metodik konfransın materialları.Bakı, 1988

  2. Барг М.А. Категории и методы исторической науки. М., 1984

  3. Источниковедение ист.СССР. М., 1970

  4. Коволченко И.Д. Методы исторического исследования. М., 1987



MÜHAZİRƏ III


MƏNBƏŞÜNASLIĞIN NƏZƏRİ PROBLEMLƏRİ

Elm dünyasında «Evristika» adı ilə tanınan sovet tarixşünaslığının «Mənbəşünaslıq» adlandırdığı elmi çox cəsarətlə tarixin nəzəriyyəsi hesab etmək olar. Bu elm çox gənc bir elmdir və XIX əsrin əvvəllərində formalaşmışdır. Mənbəşünaslıq ilk dövrlər yalnız yazılı tarixi mənbələrin aşkar edilməsilə, onun tədqiqilə məşğul olsa da, son dövrlər nəzəri problemlər alimlərin diqqət mərkəzini çəkmişdir.


1) Tarixi mənbə nədir?
2) O, tarixi reallığı özündə necə obyektiv əks etdirir?
3) Tarixi tədqiqat nəticəsində əldə edilmiş faktları tarixi əsərlərdə necə əlaqələndirib sistemləşdirmək lazımdır?
4) Empirik müşahidənin qeyri-mümkün olduğu tarixi faktları və tarixi keçmişi necə dərk etmək olar?
Empirik – (təcrübə), yəni hissi təcrübəni insan təsəvvürü, ideyaları, anlayışının və biliyinin mənbəyi hesab edən təlim nəzəriyyəni - məntiqi təfəkkürü, onun fəal rolunu qiymətləndirmir. (Berkli, Yum, Max, Avenarius idealist idi; Bekon, Höte, Lokk materialist). Onlar obyektiv aləmin duyğu və təsəvvürlərin əlaqəsi olduğunu inkar edirlər.
Tarixçilər nəzəri problemlərlə yalnız XIX əsrdən məşğul olmuş və bu neokontum nəzəriyyəsinin təsiri altında formalaşmış pozitivizmin bərqərar olmasından sonra yaranmışdır: Pozitivizm – (müsbət) – konkret elmləri həqiqi biliyin yeganə mənbəyi sayan və fəlsəfi tədqiqatın idrakı əhəmiyyətini aşkar edən fəlsəfi cərəyan. Pozitivistlər tarixi faktların empirik müşahidəyə tabe olmadığını qeyd edirlər və tarix elminin vəzifəsi kimi obyektiv faktlarının aşkar edilməsi fikirlərini irəli sürürlər. Onlar yalnız yazılı tarixi dərk edirlər və belə qənaətə gəlirlər ki, tarix sənədlər əsasında yaradılır, sənəd yoxdursa, tarix yoxdur.
Metodoloji prinsip işlənib hazırlanmasında XIX əsrin sonunda Bernqeym (alman), fransız alimi – Lanqlua və Senyobos, rus alimi - Lappo – Danilevski (idealist subyektiv) mühüm rol oynadılar. XIX əsrin 20-30 annallar məktəbinin nümayəndəsi – Fevr, Blok tarixin yarıya qədərki dövrdə dərkolunmasını sübut etməyə çalışırdı. Əsrin 20-ci illərində ingilis alimi Kollinqvud pozitivizmi kəskin tənqid edirdi. Qərb alimi Dardel, Riker, Marrid də obyektiv idealist idilər. 1970-80-cı illərdə bu sahədə nailiyyətlər əldə edilməsində Fukuyamanin rolu böyükdür.
Qafqaz xalqları tarixinin mənbəşünaslığı fənni respublikamızın ali məktəblərinin tarix fakultələrində tədris edilən tarix fənləri içərisində özünəməxsus yer tutur, tarixçi-tədqiqatçı kadrlarının hazırlanmasında onun böyük rolu var. SSRİ dağıldıqdan və Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra bu fənn ayrıcı bir fənn kimi tədris olunur. O vaxta qədər tarix fakultələrində «SSRİ tarixinin mənbəşünaslığı» fənni tədris olunurdu və burada əsas diqqət mərkəzdən göndərilən tədris proqramlarına müvafiq olaraq Rusiya tarixinin mənbələrinə verilirdi. Bu günə qədər «Qafqaz tarixinin mənbəşünaslığı» fənninə dair dərsliklərin və dərs vəsaitlərəinin olmaması da bununla izah olunur.
Ümumiyyətlə, 2000-ci ildən Qafqaz xalqları tarixi mənbəşünaslıq fənni tarixi mənbələri öyrənən və onlardan istifadə edilməsinin nəzəriyyə və metodikasını işləyib hazırlayan tarix fənləri sırasına daxildir. Mənbəşünaslıq mənbələrin aşkar və təsnif edilməsi, mənbənin meydana çıxdığı yerin, vaxtın, onun müəllifinin müəyyən edilməsi, mənbənin doğru-düzgünlüyünün araşdırılması və təhlil edilməsi metodlarının işlənilməsi ilə məşğul olur. Mənbəşünaslıq tədqiqatının 2 istiqaməti – nəzəri metedoloji və konkret tətbiq istiqaməti var. Mənbələr haqqında elmi biliklərin yaranması tarix elminin ümumi inkişaf prosesi ilə əlaqədar olub, tarix elminin tarixinin əsas mərhələlərinə uyğun gəlir.
Qeyd etmək lazımdır ki, tarixi mənbələrin tənqidi təhlili hələ antik tarixçilərə məlum idi, onlar mənbələrin verdiyi məlumatların həqiqətə uyğunluğu dərəcəsini müəyyənləşdirməyə çalışırdılar. Sonrakı dövrlərdə yaşayan müəlliflər istifadə etdikləri mənbələrə öz münasibətlərini bildirirdilər. Lakin mənbələrin öyrənilməsinin metodoloji və nəzəri məsələlərinə dair ilk ədəbiyyat həm Avropada, həm də Rusiyada məhz XIX əsrin sonu XX əsrin əvvəllərində meydana çıxmışdır. Bunlar tarixin dərk edilməsinin burjua nəzəriyyəsi və metodologiyası mövqelərindən mənbələrin öyrənilməsi təcrübəsinin ümumiləşdirilməsinə aid əsərlər olmuşdur.
Sovet dövründə tarix elmində materialist dialektika zəminində mənbəşünaslığın əsas kateqoriya və müddəalarının işlənib hazırlanması XX əsrin 20-30-cu illərin əvvəllərini əhatə edir. 30-cu illərin ortası 50-ci illərin əvvəllərində əsas diqqət marksizm-leninizm nəzəriyyəsi baxımından ayrı-ayrı dövrlərə aid olan mənbələrin konkret şəkildə öyrənilməsinə verilirdi. Bu işin nəticələri öz əksini həmin dövrdə və xüsusilə 60-cı illərdə nəşr olunmuş dərsliklərdə, dərs vəsaitlərində tapır.
XX əsrin 50-ci illərinin sonu – 60-cı illərin əvvəllərindən etibarən tarixi tədqiqatların mənbə bazasının inkişafında yeni mərhələ başlanır. Elmi dövriyyəyə yeni mənbələrin daxil edilməsi ilə bərabər az öyrənilmiş və ya heç öyrənilməmiş böyük mənbə kompleksləri tədqiq olunmağa başlayır. 60-cı illərin II yarısından mənbəşünaslığın nəzəri və metodoloji problemləri ön plana çəkilir: tarixi mənbənin tərifi və mənbəşünaslığın predmetinin müəyyən edilməsi, tarixi mənbələrin təsnifatı, mənbələrin öyrənilməsinin və onlardan istifadə edilməsinin əsas metodoloji prinsipləri, mənbələrlə işin məzmunu və onun əsas mərhələlərinin ardıcıllğı və s. Bu sahədə əldə olunmuş nəticələr 70-ci illərdə keçirilmiş bir sıra simpozium və konfransların materiallarında, elmi mətbuatın səhifələrində və həmin dövrdə meydana çıxmış bir sıra dərsliklərdə şərh olunmuşdur.
Qafqaz, eləcə də Azərbaycanda mənbəşünaslığın köklərinə alban tarixçisi Musa Kalankatlının «Alban tarixi» əsərində rast gəlinir. A.Bakıxanov «Gülüstani-İrəm» əsərini yazarkən külli miqdarda mənbələrdən istifadə etmiş, M.F.Axundov mənbəşünaslıq haqqında qiymətli fikirlər söyləmişdir.
XIX əsrin əvvəllərində Azərbaycan torpaqlarının Rusiya və İran arasında bölünməsi, xalqın iki hissəyə parçalanması bütün ictimai-siyasi həyatda olduğu kimi, tarix elminin yaranmasına və inkişafına öz təsirini göstərmişdir. Həmin dövrdən etibarən Şimali Azərbaycanın tarix elmi Rusiyanın tarix elmi ilə bağlı olmuş, 1920-ci il aprel çevrilişindən sonrakı dövrdə isə sovet tarix elminin stereotipləri əsasında inkişaf etmişdir. Həmin dövrdə əsas diqqət sovet dövrü tarixinin öyrənilməsinə verilmiş, Azərbaycanda sosialist inqilabının həyata keçirilməsi, sənayeləşdirmə, kollektivləşdirmə, mədəni inqilab, fəhlə sinfinin müharibədən sonrakı quruculuq illərinin tarixinə dair külli miqdarda əsərlər yazılmışdır. Bununla yanaşı, sovet dövrü mənbələrinin çap edilməsi sahəsində də müəyyən işlər görülmüşdür. Lakin qədim və orta əsr tarixi mənbələrinin nəşrinə gəlincə, bu işə demək olar, diqqət yetirilməmişdir. Halbuki, qədim və orta əsrlər tarixinin öyrənilməsi çox aktual, xalqımız üçün taleyüklü məsələlərdən biridir. Əgər bu dövrlərin tarixi və həmin dövrə aid olan mənbələr vaxtında lazımi səviyyədə öyrənilib, tərcümə edilib geniş ictimaiyyətə təqdim olunsa idi, bu gün üzləşdiyimiz bir çox çətinliklərin qarşısını ala bilər və ermənilərin uydurma konsepsiyalarına layiqli cavab verə bilərdik, onların yaranması yolunda sədd çəkərdik.
Totalitar sovet rejimi dövründə tarixmizin bəzi dövrlərinin ümumiyyətlə yaddaşımızdan silinməsi xətti yeridilirdi. Təsadüfü deyil ki, Azərbaycan xalqının tarixinin şərəfli səhifələrindən biri olan ADR dövrünə aid olan mənbələr arxivlərdə yeddi qıfıl arxasında, «xüsusilə məxfi» qrifi altında saxlanılırdı. Sənədlərin böyük bir qismi erməni millətçilərinin əli ilə respublikadan çıxarılmışdı.
Mənbələrin seçilib nəşr olunmasında da qərəzli, birtərəfli münasibət özünü göstərirdi. Məsələn, XX əsrin 50-ci və 60-cı illərində nəşr olunmuş mənbələri nəzərdən keçidikdə, məlum olur ki, bunların demək olar ki, əksəriyyəti Azərbaycanın Rusiyaya birləşdirilməsinin mütərəqqi əhəmiyyətini göstərmək baxımından dəyərli ola biləcək əsərlər idi.
Azərbaycan tarixi üzrə mənbələrin öyrənilməsinin ən ümdə və başlıca məsələlərindən biri bu vaxta qədər elmi dövriyyəyə daxil edilməmiş mənbələrin nəşr edilməsidir. SSRİ dövründə Azərbaycanda bu iş çox zəif qurulmuşdu. Keçmiş SSRİ EA-nın Tarix institutu «Древнейшие источники по истории СССР» başlığı altında çoxcildlik mənbələr toplusu nəşr etdirirdi, lakin burada əsasən Rusiya tarixinə aid olan mənbələrə geniş yer veriliridi.
Digər respublikalarda, o cümələdən Gürcüstanda və Ermənistanda bu sahədə böyük işlər görülüb, bütün yerli mənbələr artıq çoxdan çap olunub. Əcnəbi dillərdə olan mənbələrin isə ana dilinə çevirərək çap olunması çox geniş və planlı şəkildə həyata keçirilir. Onlar ardıcıl seriyalarla buraxılır. Gürcüstanda bu mənbələr «Georgika», Ermənistanda «Xarici ölkələrin mənbələri Ermənistan və ermənilər haqqında» başlığı ilə çap olunub.
Azərbaycanda mənbələrin çap olunması sahəsində görülən işlər sistemsiz görülür. Elə bir vahid elmi mərkəz yoxdur ki, o bilavasitə mənbələrin çap edilməsi işinə rəhbərlik etsin. Buna baxmayaraq, bir sıra alimlər müxtəlif dillərdə olan ayra-ayrı mənbələri tərcümə edərək nəşr etdirmişlər. Bunların içərisində xüsusilə mərhüm akademik Ziya Bünyadovun fəaliyyəti qeyd olunmalıdır. O, ərəb, türk, erməni və rus dillərində olan mənbələrin bir qismini tərcümə edərək nəşr etdirmişdir. Z.Bünyadovun bu sahədə fəaliyyəti 1988-ci ildən daha məhsuldar olmuşdur. Bu müddət ərzində o, türk tarixçisi İbrahim Peçəvinin «Tarix» əsərini (1988), Esai Həsən Cəlalyanın «Albaniya ölkəsinin qısa tarixi» (1989), A.Bakıxanovun «Gülüstani-İrəm» (1991), Əbdürrəşid əl-Bakuvinin «Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri» (1992), Musa Kalankatlının «Albaniya tarixi», Mxitar Qoşun «Alban salnaməsi» (1993) əsərlərini və bir sıra başqa əsərləri nəşr etdirmişdir.
Farsdilli mənbələrin Azərbaycan dilinə tərcümə edilib seriya ilə (3 kitab şəklində) buraxılması T.MMusəvinin xidmətidir. Mənbələrin tərcüməsi və çapı işində M.Əfəndizadə, N.Vəlixanlı, H.Dəlili, V.V.Piriyev, R.Sultanov, M.D.Kazımov, R.Şükürova, Ə.Azəri və başqalarının xidmətləri olmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan tarixinin qədim və orta əsrlər dövrünün mənbələri haqqında L.M.Meliksetbekov, E.A.Paxomov, Z.M.Bünyadov «obzorlar» nəşr etdirmişlər.
Bu «obzorlarda» ən qədim dövrə aid olan mixi yazılar, antik müəllflərin – yunan və Roma müəlliflirinin əsərləri, Bizans və gürcü mənbələri və həmçinin ərəb müəlliflərinin əsərəlir haqqında qısa məlumat verilir.
Mənbələrin öyrənilməsi səhəsində atılmış müsbət addımlardan biri BDU-nun Azərbaycan tarixi kafedrası tərəfindən «Azərbaycan tarixi üzrə qaynaqlar» adlı müntəxabat tipli toplunun buraxılmasıdır. Topluda ən qədim dövrlərdən 1870-ci ilədək olan dövrü əhatə edən mənbələr və ya onlardan ayrı-ayrı parçalar verilmişdir.
SSRİ dağıldıqdan və Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Azərbaycan tarixinə dair mənbələrin öyrənilməsinə diqqət artmışdır. Azərbaycan respublikasının prezidentinin «Kitabi-Dədə Qorqud» dastanının 1300 illik yubileyinin beynəlxalq aləmdə qeyd olunması haqqında fərmanı hazırki dövrdə respublika hökumətinin xalqımızın tarixi keçmişinin öyrənilməsinə göstərdiyi böyük diqqətin nümunəsidir.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin