AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə14/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   10   11   12   13   14   15   16   17   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ядябиййат сийащысы



  1. Восточные источники по истории Дагестана. Ма­хач­кала, 1980.

  2. Зейняддин Бин Щямдаллащ Гязвини. Зейл-е тарих-е гозиде. Баку, 1990, с. 9.

  3. Ибн ал Асир. Ал камил фит тарих. Баку, 1959.

  4. Казвини Хамаллах. Нузхат ал-кулуб. Баку, 1983.

  5. Кази Ахмед. Трактат о каллиграфах и худоъниках. М.-Л., 1947.

  6. Низам ал-мульк. Сийасет-наме. М.-Л., 1949.

  7. Низамеддин Шами. Зяфярнамя. Бакы, 1982.

  8. Мцсяви Т.М. Орта яср Азярбайъан тарихиня даир фарс дилли сянядляр. (ХВЫ-ХВЫЫЫ ясрляр). Бакы, 1977.

  9. Пириев В.З. Некоторые вопросы изучения «Дастур ал-ка­­тиб» Мухаммада ибн Хиндушаха Нахчивани. Источни­ко­вед­ческие разыскания. Тбилиси, 1982

  10. Рашид ад-Дин Фазлуллах. Дъами ат-таварих. Баку, 1987.

  11. Рашид ад-Дин Фазлуллах. Переписка. М., 1971.

  12. Рашид ад-Дин Фазлуллах. Сборник летописей. М.-Л., 1946-1960, т.1-3.

  13. Рахмани А.А.Тарихи алем арай-и Аббаси как источник по истории Азербайджана. Баку, 1960.

  14. Рящмани Я. Абди бяй Ширази. Бакы, 1970.

15. Садр ад-дин Али ал-Хусайни. Ахбар ад-даулат ас-сельджукские. М., 1980.
16. Шарашанидзе З.М.«Ма’асер-е Солтанийе" (Подвиг ца­рей) как источник по истории Закавказья. Источниковед­че­ские разыскания. Тбилиси, 1982.
17. Эфендиев О.А. Китаб-и Дийарбакрийа Абу Бакра Тих­рани как исторический источник. Источниковедческие разыскания. Тбилиси, 1982.
18. Эфендиев О.А. «Всеобщая история» Хафиза Абру как источник по истории Закавказья первой четверти XV в. Источ­никоведческие разыскания. Тби­лиси, 1979.

Osmanlı yazılı mənbələri


Müasir dövrümüzün irili xurdalı 38 dövlətini uzun müddət ha­kimiyyəti altında birləşdirmiş Osmanlı imperiyası 600 ildən çox bir müddət ərzində mövcud olmuşdur. Bu tarixi dövr ərzində im­pe­riya ərazisində baş vermiş hadisələr, tarixi reallıq və ger­çək­liklər Os­manlı alimləri tərəfindən tərtib edilmiş səfər­namələrdə (səy­ya­hət­lər haqqında kitab), zəfərna­mə­lərədə (qə­lə­bələr şərəfinə yazıl­mış əsərlər), və fəthnamələrdə (iş­ğallar haqqında əsərlər) əks etdi­ril­mişdir. Dövrümüzə qədər gəlib çatmış, Qafqaz və eləcə də Azər­bay­can tarixinə həsr edilmiş bütün klassik feodaldizm dövrü os­man­lı mən­bələrinin əks etdirdikləri informasiyanı xarakterinə görə iki yerə ayırmaq olar: 1) təsviri xarakterli narrativ əsərlər, salnamə və xronikalar; 2) osmanlı dəftərləri adlandırılan sənədli mənbələr.
Osmanlı təsviri materialları, salnamə və xronikaları əsasən döv­rün ən maraqlı və əhəmiyyətli problemlərinə, yəni Osmanlı sul­tanlarının apardığı işğalçı müharibələrə, hərbi toqquşmalara və siyasi proseslərə həsr edilmişdir. Struk­turuna görə osmanlı salnamə və xronikaları ərəb və fars ta­rixi məktəb nümunələrindən bir o qədər fərqlənmir, hətta eyni adlara (Cami ət-tavarix, Ümdəd əl-əxbar və s.) malik­ idilər. Bu əsərlər giriş, hissə, fəsil (bab), bölmə və nəticədən ibarət idi. Osmanlı narrativ mənbələrində giriş mü­hüm əhəmiyyət kəsb edir və müəllifin özü haqqındla qiymətli ma­te­riallar verirdi. Girişdə müəllif eyni zamanda əsərin yazılma sə­bəb­lərini də açıqlayırdı. Adətən osmanlı narrativ mənbələrinin bi­rinci hissəsi qədim dövrləri əhatə edir və əfsanəvi tarixin təsviri ilə tamamlanırdı. İkinci hissə islama qədərki dövlətlərin tarixi və Mə­həm­mədə qədərki peyğəmbərlərin həyatını əhatə edirdi. Üçüncü hissədə müəlliflər Məhəmmədin həyatı və yeni dinin yaranması haqqında informasiya verirdilər. Dördüncü hissədə isə ilk dörd xə­li­fənin, Həsən və Hüseynin həyatı əks olunurdu. Osmanlı təsviri mən­bələrinin beşinci hissəsi adətən qüdrətli müsəlman dövlət­lə­ri­nin tarixini əks etdirirdi. Osmanlı müəllifləri bu hissəyə 50-yə ya­xın müsəlman dövlət və sülalələrin tarixini daxil edirdilər. Osmanlı mənbələrinin sonuncu, altıncı hissəsi isə bilavasitə Osmanlı im­pe­ri­yasının tarixinə həsr edilirdi. Bu struktur demək olar ki, uzun müd­dət dəyişilməz qalmış və osmanlı tarixi məktəb nümunələrini xarakterizə edən xüsusiyyətlərdən birinə çevrilmişdir. Yalnız XVII əsrdən başlayaraq, osmanlı alimləri əsərlərinin sturk­turunda kiçik dəyişikliklər etməyə başlayırlar. Bu dəyişik­liklər, ilk növbədə əsərlərə yeni elmi kəşflərin, qeyri-müsəl­man dövlət və sülalələr, an­tik imperiyalar, erkən orta əsr feodal dövlətləri haqqında infor­masiyanın daxil edilməsi ilə bağlı idi.
Xronoloji cəhətdən dövrümüzə gəlib çatmış ilk osmanlı təs­vi­ri nümunəsinin müəllifi XV-XVI əsrlərdə yaşamış Dursun bəy­dir. Onun «Tarixi Əbül Fəth» adlı əsəri də məhz yaşadığı dövrün ta­rixi hadisələrini əks etdirir. Əsərdə Mehmet Fateh ilə Ağqoyunlu hökmdarı Uzun Həsən arasın­dakı siyasi münaqişə və hərbi toq­quş­malar əks etdirilir.
Bidlisli Şükrünün və Mustafa Cəlalzadənin «Səlim­na­mə» ad­lı əsərlərində isə Osmanlı-Səfəvi toqquşma­ları, Çal­dıran döyüşü, sul­tan Yavuzun Azərbaycana, sultan Səlimin «Əcəmə yürüşü» əks etdirilir. Xoca Sadəddin Əfəndinin «Tacut tavarix» əsəri bir qədər geniş dövrü əhatə edir. Əsərdə XIII–XVI əsrin birinci rübündə baş verən hadisələr təsvir olunur. Mehmet Fatehlə Uzun Həsən arasın­da baş vermiş 1473-cü il Otluqbeli döyüşü və sultan Səlimlə şah İsmayıl arasında 1514-cü ildə baş vermiş Çaldıran döyüşü əsərdə xüsusi rəngarəngliklə təsvir edilmişdir. XVI əsrin müəllifi Mustafa Əli Əfəndi osmanlı tarixi məktəbində xüsusi yeri olan alimlərdən­dir. Onun «Gülxül əxbar» adlı əsəri struk­turuna görə digər narrativ mənbələrdən fərqlənir. Alim əsə­rinin birinci hissəsinə ilk dəfə olaraq, dünyanın coğrafi təsvirini daxil etmişdir. Onun əsərlərinə ictimai-siyasi, hərbi tarixdən başqa sosial-iqtisadi problemlərə, şə­hər həyatı, yerli hakimlərin tarixinə aid maraqlı və qiymətli mə­lu­matlar daxil edilmişdi. Məsələn, adı çəkilən əsərdə müəllif Şir­va­nın tari­xini, Qaraqoyunlu, Ağqoyunlu hökmdarlarının fəaliyyətini, şah İsmayılın həyatını təsvir edir. Mustafa Əli Əfəndinin «Nüs­rət­namə» və «Fürsətnamə» adlı əsərlərində osmanlı işğalları, xüsusilə də Sənan Ciğalzadənin Qafqaz yürüşü əks olun­muşdur.
XVI əsr müəllifi İbrahim Rəhimzadə bir neçə əsərin müəllifi olmuşdur. Onun «Zəfənrnameyi sultan Murad Sales» adlı əsərində dövrün siyasi hadisələri əks olunur. «Gənceyi-fəthi Gəncə», «Qön­çeyi-baği Murad» adlı əsərləri isə Osmanlı sultanlarının şərq yürü­şü­n­ə həsr olunmuşdur. «Tarixi Cövrü» əsərinin müəllifi Cövrü Çələbi III sultan Muradın Qafqaz yürüşünü təsvir etmişdir. XVII əsr müəllifi Mehmet Qüdsi Ramazanzadə «Dünyanın güzgüsü» adlı əsərində Osmanlı imperiyasının və dövrünün əhəmiyyətli hadisə­lə­rinin təsvirindən sonra dünyanın müxtəlif ölkələri, xalqları, on­la­rın adət-ənənələri, mədəniyyəti, dili haqqında maraqlı məlumatlar verir. Osmanlı narrativ əsərlərinin strukturunda edilən bu dəyişik­lik­lər sonralar XVII əsrin digər müəllifi Xəzərfən tərəfindən isti­fadə edilmiş və «Tənqih ət tavarix» əsərində Roma imperiya­sı­nın, Bizans, Çin tarixinin təsviri verilmiş, sonra isə Amerikanın kəşfi haqqında məlumat daxil edilmişdir. Qeyd etmək lazımdır ki, məhz bu dövrdən türkdilli xalqların mənşəyi və geneologiyasına olan ma­raq daha da artmışdır. Bu mövzuya həsr olunmuş ən möhtəşəm əsər isə XVII əsrdə yaşamış Xivə xanı Əbül Qazinin qələminə məx­susdur. Onun özbək dilində yazılmış «Şəcərey-i türk» adlı əsə­ri­nin sonuncu fəsilləri xüsusi maraq doğurur. Əsər ilk dəfə rus dili­nə 1906-ci ildə Q.S.Sabluks tərəfindən tərcümə olunmuşdu.
XVIII əsrin görkəmli nümayəndələrindən mənşəcə macar olan İbrahim Peçevinin «Tarix» adlı əsəri də diqqətəlayiqdir. İki əsrlik bir dövrü əhatə edən bu əsər kompilyativ xarakter daşıyır.
Osmanlı təsviri mənbələri içərisində tarixi, siyasi və hərbi məsə­lələrə həsr olunmuş əsərlərdən başqa coğrafi xarakterli yazı­la­ra da rast gəlinir. Onların ən məşhuru sözsüz ki, Evliyə Çələbinin qələminə məxsus «Səyyahın tarixi» adlı əsəridir. XVII əsr ərzində iki dəfə Cənubi Qafqazda olmuş Evliyə Çələbi bu ərazilərin coğrafiyasını olduqca diqqətlə öyrən­miş və maraqlı məlumatlarla zəngin bir əsər yaratmışdı. Əsər­də Qafqazın yaşayış məntəqələri, sosial-iqtisadi durumu, tarixi, mədəniyyət abidələri, adətləri, və s. haqqında qiymətli materiallar vardır. Qədim Azərbaycan şəhər­lə­rin­dən Qarabağlar, Təbriz və Bakının təsvirini verən müəllif bu yerlər haqqında geniş məlumata malik olduğunu nümayiş etdirir.
Osmanlı təsviri mənbələri içərisində özünəməxsus yerə ma­lik osmanlı xronikaları əsasən hərbi və siyasi tarixi əks etdirir. Bun­ların içərisində dövrümüzə qədər gəlib çatmış Gürcüzadənin «Tbilisi şəhərinin işğalı tarixi» və Mustafa Kəmani Ağanın «İrəvan şəhərinin işğalı tarixi» adlı əsər­ləridir. Adları çəkilən əsərlərdə XVIII əsrin əvvəllərində baş vermiş hadisələrdən, yəni Cənubi Qaf­qazın Osmanlı ordusu tərəfindən işğalı və bu ərazidə Osmanlı idarə üsulunun tətbiqi məsələsindən, eləcə də Qafqaz xalqlarının os­manlı işğalçılarına qarşı təşkil olunmuş müqavimət hərəkatından danı­şılır. Müəlliflər Osmanlı sərkərdələrinin yürüşləri zamanı Qaf­qaz əhalisinin bir cəbhədə vuruşduğunu, azərbaycanlı, gürcü və erm­ənilərin osmanlılara qarşı birgə mübarizəsini əks etdirir. Mus­ta­fa Kəmani Ağanın əsərində İrəvan qalasının alınması və erməni-qızılbaş əlaqələri xüsusilə geniş təsvir edilir.
Osmanlı tarixi mənbələrinin digər qrupunu qeyd edil­diyi kimi sənədli materiallar təşkil edir. Bu materiallar sosial-iqtisadi tarixin öyrənilməsi üçün əvəzedilməz əhəmiyyətə ma­lik­dirlər. Osmanlı dəftərləri adlandırılan bu mənbələr dövlət, inzibati və maliyyə orqanla­rının qeyd, sərəncam, qərar və aktlarından ibarət kitabları­dır. Məzmun və tərtib olunma xüsusiyyətlərinə görə bu sənədlər bir neçə qrupa bölünürlər: 1) Osmanlı sultanlarının xarici dövlət baş­­­çıları ilə yazış­masından, beynəlxalq müqavilə və aktlardan ibarət olanlar. Onlar «nameyi-humayun» dəftərləri adlandırılır; 2) sultan tərəfindən verilən mühüm sərəncamların qeydiyyat kitabçası olan «mühüm dəftərlər»; 3) sənədlərin nüsxəsindən, daxil olan və göndərilən materialların qeydiyyatından ibarət «kuyudat dəftər­lə­ri»; 3) əhalinin siyahıyaalınmasını əks etdirən «təhrir dəftərləri»; 4) gəlirlərin əks olunduğu «vari­dad dəftərləri»; 5) maliyyə hesabat­la­rından ibarət «mühasibə dəftərləri»; 6) yanıçar korpusunun fəa­liy­yətini əks etdirən dəftərlər və s. Qeyd etmək lazımdır ki, dövlət dəftərxanasının maliyyə qulluqçuları tərəfindən hazırlandığı və iqtisadi əhəmiyyətli olduğu üçün bu dəftərlər ilk növbədə dəqiqliyi və obyektivliyi ilə seçilirlər. Osmanlı dəftərlərinin iki növü - geniş və qısa, məlumdur. Bu dəftərlər hazırlanarkən tədqiq olunan ərazi­lər­də hər bir evin (xanə) sosial-iqtisadi durumu müəyyən­ləşdirilir, əldə edilən məlumatlar ümumiləşdirilir və bunun əsasında vergi siyasətinin istiqamətləri hazırlanılırdı. Dəftərlər qanunnamə ilə baş­­lanır və iki nüsxədə tərtib olunurdular. Dəftərin birinci nüsxəsi divanda saxlanılır, ikinci nüsxəsi isə nəzərdə tutulmuş bölgəyə göndərilirdi. Qafqazın XVI-XVIII əsr sosial-iqtisadi tarixinin öyrə­nil­məsi üçün mühüm əhəmiyyət kəsb edən bu mənbələrdə səfəvi-osmanlı mühari­bələrindən sonra yaranmış vəziyyət hərtərəfli əks olunmuş­dur. Məsələn, «1727-ci il Gəncə şəhərinin geniş dəftəri» və «1727-ci il Naxçıvan sancaqlığının geniş dəftəri» adlı mən­bə­lər­d­ə qeyd olunan inzibati vahidlərin dəqiq coğrafi sər­hədləri, əha­li­si­nin sayı və etnik tərkibi, inzibati bölgüsü, əhalisinin sosial-iq­ti­sa­di durumu, məşğuliyyəti haqqında qiy­mətli məlumatlar əks olun­muş­dur.
Beləliklə, osmanlı təsviri və sənədli mənbələri bütöv­lükdə səfəvi-osmanlı müharibələri dövrünü əhatə edərək, dövrün ictimai-siyasi və sosial-iqtisadi durumunu müəy­yən­ləş­dirmək üçün böyük əhəmiyyətə malikdirlər. Bu mən­bə­lərin demək olar ki, böyük ək­sə­riyyəti dəqiqliyi və ob­yek­tivliyi ilə seçilir. Bu mənbələrin müəl­lif­ləri çox zaman təsvir etdikləri hadisələrin şahidi və ya bilavasitə iş­tirakçısı ol­muşlar. Səfəvilərin siyasi rəqibi olan os­man­lı mənbə­lə­rinin çatışmayan cəhəti kimi onların siyasi oriyentasiyası gös­tərilə bilər.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin