AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə34/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   26   27   28   29   30   31   32   33   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Daxili siyasət aktları. Müstəqillik dövrünün daxili siyasət aktlarına aşağıdakılar daxildir: Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Sov. İKP MK Siyasi Birosunun, SSRİ Nazirlər Sovetinin, SSRİ Ali Soveti Rəyasət heyətinin qərarları, Ermənistan SSR və DQMV Xalq deputatları Sovetinin sessiyalarının, Azərbaycan SSR Ali Sovetinin 80-ci illərin sonu – 90-cı illərin əvvəllərində qəbul etdiyi qərarlar.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi barədə 1993-cü il 29 yanvar və 6 aprel bəyanatları, 822, 853, 874 və 884 saylı qətnamələri Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı, 1995-ci ildə ümumxal referendumu yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının əsas qanunu və s. Konstitusiyaya əsasən Azərbaycanda prezidentlik institutu təsis edildi. Əsas qanuna görə prezident qanunvericilik təşəbbüsü ilə çıxış edə bilərdi. O, fərman və sərəncamları imzalayır və təsdiq edir. Digər qanunvericilik aktı Milli Məclisin aktlarıdır (Konstitusiya qanunları, qanunlar və qərarlar). Milli Məclisdə qanunvericilik təşəbbüsü hüququ Milli Məclis deputatları, prezident, Azərbaycan Respublikası Ali məhkəməsi və Naxçıvan Muxtar Respublikasının Ali məclisinə məxsusdur. Digər qanunvericilik aktları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları və sərəncamları, icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktları, bələdiyyə orqanlarının aktlarıdır.
Xarici siyasət aktları. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra xarici siyasətdə “açıq qapılar” doktrinası həyata keçirildi. Bu sahədə H.Əliyevin mühüm rolu olmuşdur. Azərbaycan Respublikasının qonşu dövlətlərlə imzaladığı müqavilələr dövlətlərarası münasibətlərin prinsiplərini müəyyən etdi. Bunlardan 1991-ci il oktyabrın 1-də Azərbaycan Respublikası ilə Qazaxıstan arasında imzalanmış “Dostluq, əməkdaşlıq və mehriban qonşuluq haqqında” müavilə 1991-ci il oktyabrın 19-da Azərbaycan Respublikası ilə Özbəkistan arasında “Dövlətlərarası münasibətlərin prinsipləri haqqında” müqavilə, 1992-ci il 24 yanvar tarixli Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında “Dostluq, əməkdaşlıq və mehriban qonşuluq haqqında” imzalanmış müqavilələr müstəqil Azərbaycanın xarici siyasət sahəsində ilk atdığı addımlardır və bu müqavilələrin dövlətlərarası münasibətlərin öyrənilməsində böyük əhəmiyyəti var.
Azərbaycan müstəqillik dövründə müxtəlif iqtisadi və siyasi təşkilatlara üzv olmuşdur. 1991-ci ildə ilk daxil olduğu təşkilat İslam Konfransı təşkilatı, 1992-ci ildə BMT, İqtisadi Əməkdaşlıq təşkilatına, YUNESKO-ya və ATƏT-ə üzv olmuş, 1993-cü ildə MDB-yə, 1994-cü ildə NATO-nun “Sülh naminə tərəftaşlıq proqramına” qoşulmuş, 2001-ci ildə isə AŞPA-ya üzv olmuş, bununla da onun qanunvericilik sənədi olan Konstitusiyada dəyişikliklər edilmişdir (2002-2009-cu illər).
1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsinin” imzalanması Xəzər dənizi Azərbaycan sektorunun “Azəri”, “Çıraq” və dərinsulu “Günəşli” yatağında neftin birgə işlənməsi və pay bölgüsü haqqında beynəlxalq müqavilələrin imzalanması, dövlətlərarası iqtisadi münasibətlərin inkişafına təkan verdi. 1998-ci il oktyabrın 29-da imzalanmış Ankara bəyənnaməsi və BTC boru kəmərinin çəkilişi barədə bağlanmış müqavilə bu sahədə ən böyük uğurlardan biri idi.
Yuxarıda sadalanan həm daxili, həm də xarici siyasət aktları çağdaş tariximizin ictimai-siyasi və mədəni həyatının öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.


Ədəbiyyat



  1. Nərimanov N. Məqalələr və nəşrlər. B., 1971

  2. Azərbaycan tarixi. C.III, B., 1973

  3. Azərbaycan Kommunist Partiyası. B., 1958

  4. Azərbaycan xalq təsərrüfatı. Müxtəlif illər üzrə

  5. Декреты Аз.ревкома (1920-2122). Сб. документов. Б., 1988

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin