AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə2/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   2   3   4   5   6   7   8   9   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ədəbiyyat



  1. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı, 1989

  2. Геродот. История. М.Л., 1972

  3. Фарсобин В.В. Источниковедение и его метод. М., 1983

  4. Пронштейн А.П. Методика исторического итсточниковедения. Ростов на Дону, 1976



MÜHAZİRƏ II


MƏNBƏŞÜNASLIĞIN PREDMETİ VƏ VƏZİFƏLƏRİ

Yazılı tarixi mənbələri öyrənən və onlarda əks olun­muş infor­masiyanın təhlili metodları haqqında elm kimi formalaşan mənbəşünaslığın tədqiqat obyekti tarixi mənbələr toplusudur. Tari­xi mənbə dedikdə isə biz insanın şüurlu fəaliyyəti nəticəsində ya­ran­mış və insan cəmiyyətinin inkişaf dinamikasını əks etdirən istənilən abidəni nəzərdə tuturuq. Mənbəşünaslığın əsas suallarını mənbələrin yaranması və müəllifinin müəyyənləşdirilməsi, yazıl­ma­sı metodları və şərhi, mənbədə əks olunan informasiyanın bü­töv­lüyü və həqiqətə uyğunluğunun sübut olunması və s. təşkil edir. Bir elm kimi mənbəşünaslıq iki funksiyanı, evristik və analitik-metodoloji funksiyaları, həyata keçirir. Mənbəşünaslığın evristik funksiyası tarixi mənbələrin xülasəsi, təsnifatı və ayrı-ayrı tip və növ­lərinin xarakteristikasını əhatə edir. Analitik-metodoloji funk­si­ya isə mənbələrin daha dərin və hərtərəfli təhlilini nəzərdə tuta­raq, onlarda əks olunmuş informasiyanın əldə edilməsi metodunun tək­milləşdirilməsi, mənbə keyfiyyətinin, yenilik və tarixiliyinin sübutu məsələsi kimi problemlərin həllinə yönəldilmişdir.


Mənbəşünaslığın tarixi təfəkkürün metodoloji prob­lemləri ilə qarşılıqlı əlaqəsi mənbənin təbiətinin müəyyən­ləşdirilməsi və tarixi təfəkkür prosesində obyekt və subyektin dialektikasının təh­li­li üzrə həyata keçirilir. Bununla əlaqədar mənbəşünaslıq nəzəri və tət­biqi olmaq şəritilə iki yerə bölü­nür. Nəzəri mənbəşünaslıq əsa­sən mənbələrin təbiətinin, onlarda real gerçəkliyin əksolunma qa­nu­na­uyğunluğunun və bu əksolunmanın obyektivliyinin müəyyən­ləş­dirilməsi ilə məşğul olur.
İstənilən tarixi mənbə üç komponentdən ibarət infor­masiya prosesinin nəticəsidir. Bu üç komponent obyekti (yəni tarixi ger­çək­lik), subyekti (yəni bu gerçəkliyi əks etdirən insan) və tarixi ger­çəkliyin insan təfəkküründə əksi nəticəsində yaranmış infor­ma­si­yanı əhatə edir. Artıq qeyd edildiyi kimi əksetmə prosesi praq­matik xarakter daşıyaraq, kortəbii şəkildə baş vermir. İnsan ətraf mühiti məqsədli əks etdirir. Lakin informasiya prosesinin praqmatik xarakter daşıması mənbədə əks olunan informasiyaının obyektivliyinə xələl gətirmir. Belə ki, tarixi gerçəkliyi əks etdirən insan bu prosesdə həm subyekt, həm də obyekt kimi iştirak edir. Ətraf reallığı əks etdirərkən insan, subyekt rolunu oynayır. Lakin insan mənbədə bilməyərəkdən özünün maraqları, ətraf mühiti dərketmə, qavrama səviyyəsi haqqında da məlumat verir və bununla da obyekt kimi çıxış edir. Tarixi mənbələrin ikili xarakter daşıması, yəni onların həm obyektiv, həm də subyektiv olması, məhz bu xüsusiyyətdən irəli gəlir. İnformasiyanın özü obyektiv mühitin rəngarəng təzahürü­nün əks olunmasıdır. İnformasiya əslində subyektin təfəkkü­ründə reallığın xüsusiyyət və əlamət­lərinin əksindən başqa bir şey deyildir. Tarixi mənbə gerçəkliyi əks etdirməklə ya­naşı, eyni zamanda onun bir hissəsi kimi də çıxış edir. Mənbə nəinki tarixi keçmişi əks etidirir, eyni zamanda bu keçmişin tənqidi üçün zəruri informasiya da verir.
Tarixi mənbələrin tənqidi təhlili onların və onlarda əks olu­nan informasiyanın tarixi fakt olub-olmaması məsələsinin aydınlaş­dı­rıl­masını tələb edir. Tarixin bu problemi müxtəlif məktəbin nümayəndələri tərəfindən müxtəlif cür şərh edilirdi. Pozitivist istiqamətin tərəfdarları tarixi gerçəkliyin tarixi fakt kimi qəbul olunması və bu faktların tarix elminin faktları ilə eyniləşdirilməsi mövqeyindən çıxış edirdilər. Əksinə, subyek­ti­vistlər tarixi faktın obyektivliyini inkar edir və tarixi mən­bələrin mahiyyətinin tarixçi, tədqiqatçı tərəfindən müəyyən­ləşdirildiyini iddia edirdilər. Tarixi faktları təbiət elmləri faktlarına qarşı qoyan subyektivistlər əslində tarixi gerçək­liyin reallığını də inkar edirdilər. Və nəhayət, mate­rialist baxış tarixi faktın üç novünü müəyyənləşdirərək, xarakterizə edirdi: 1) tarixi gerçəkliyin faktı, 2) tarixi mənbənin faktı və 3) el­mi fakt. Tarixi gerçəkliyin faktı həm tarixi mənbə yaradıcısına, həm də tədqiqatçı alimə münasibətdə obyek­tivdir, dəyişməzdir, əbədidir. Tarixi mənbələrin faktı obyek­tiv reallığın subyekt tərə­fin­dən əksi olaraq, subyektivdir, lakin dəyişməz və əbədidir. Elmi faktlara gəlincə isə onlar obyektiv reallığın ikiqat subyek­tiv­ləşdirilmiş əksi olaraq, dəyişən və inkişaf edəndirlər.
Mənbəşünaslığın nəzəri problemlərinin ən mühüm hissəsi mənbələrin tarixi gerçəkliyi əks etdirmə obyek­tivliyini əhatə edir. Bu məsələ tarixi mənbələrdə əks olunmuş tarixi faktların obyek­tiv­li­yinin müəyənləşdirilməsini nəzərdə tutur. Bu isə öz növbəsində faktların mahiyyətinin düzgün dərk edilməsini tələb edir. Mənbə­lər­də əks olunan infor­masiya və faktların mahiyyətinin şərhi ilə məş­ğul olan sahə germenevtika (düzgün şərh etmə) adlanır. Ger­me­nevtika mənbələrin obyektivliyinin onlarda əks olunmuş infor­ma­si­yanın şəhr olunması ilə müəyyənləşdirilməsidir.
Mənbəşünaslığın ikinci qolu olan tətbiqi mənbəşü­naslıq daha çox tarixin müxtəlif dövrləri, fəsilləri və illərinin hadisələri üzrə möv­cud olan mənbələrin müəyyənləşdirilməsi və tədqiqi ilə məş­ğul olur. Tarixi mənbələrin təhlili əsasən iki istiqamətdə aparılır. Birin­cisi, mənbələrin təhlilinin ümumi nəzəri-metodoloji problem­lə­ri, ikincisi isə, mənbələr qrupu­nun növ və ya tip üzrə xarakterizə olunması. Bütövlükdə mənbəşünasın işi mənbələrin informasiya vermə qabiliy­yətinin artırılmasından ibarətdir. Bu problem müasir mənbəşünaslıqda yeni yazılı, vizual və səsli mənbələrin elmi döv­riy­yəyə gətirilməsindən başqa təkmilləşdirilmiş metod­larla mən­bə­lərdə əks olunan gizli inofrmasyianın aşkarlan­masını da əhatə edir. Mənbələrin informasiya vermə imkan­larının genişlən­diril­məsi zə­ru­riliyi ilk növbədə mövcud informasiya bazasının müasir tarixi problemlərin həlli üçün kifayət olmaması ilə əlaqədardır. Bunun əsas səbəbi isə mənbə yaradıcısının qarşısına qoyduğu məqsədlə mən­bədən istifadə edən tarixçinin məqsədi arasında uyğunsuz­lu­ğun olmasıdır.
Beləliklə, mənbəşünaslığın əsas predmetini tarixi mənbə­lərin yaranması qanunauyğunluğu və onlarda tarixi gerçəkliyin əks olunması obyektivliyi təşkil edir. Mənbə­şünaslığın vəzifəsi isə mənbələrin tarixi gerçəkliyi nə dərəcədə adekvat əks etdirməsinin müəyyənləşdirilməsi və onlarda əks olunmuş informasiyanın təhlili metodlarının müəyyənləş­dirilməsindən ibarətdir.
Ən qədim zamanlardan müasir dövrümüzə qədər yaradılmış yazılı tarixi abidələr ikili xarakter daşıyaraq, eyni zamanda həm mənbə, həm də bəşəriyyətin tarixi təfəkkü­rünün inkişaf istiqa­mə­ti­ni əks etdirən tarixi əsər kimi qiymətləndirilə bilər. Müxtəlif tarixi dövrlərdə tarixi ger­çəklik mənbələrdə fərqli əks olunmuşdur. Bu, ilk növbədə tarixi yaradanların dünyagörüşü, iş metodu, in­for­ma­si­ya bazası və s. ilə izah olunmalıdır. Məhz bu baxımdan tət­biq­i mən­bəşünaslıq antik, orta əsr, yeni və ən yeni dövr ol­maqla bir neçə mərhələni əhatə edir.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin