AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə8/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   4   5   6   7   8   9   10   11   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ядябиййат сийащысы



  1. Китаби Дядя Горгуд. Бакы, 1988.

  2. Малов С.Е. Памятники древнетюркской пись­мен­но­сти. М., 1950.

  3. Ряъябов Е., Мяммядов Й. Орхон Йенисей абидяляри. Бакы, 1993.

  4. Коковцев П.К. Еврейско-хазарская переписка в Х веке. Л., 1932, с. 91-92.

Fars dilli mənbələr


Erkən farsdilli mənbələr çox təəssüf ki, dövrümüzə Sasani döv­ründə yenidən işlənmiş və ya redaktə olunmuş şəkildə gəlib çatmışdır. Bu dövr farsdilli yazılı mənbələri əsasən dini xarakterli aqioqrafik (zərdüşt övliyələrinin həyatına həsr olunmuş əsərlər) nümunələr, epos və tarixi hekayələrdən ibarətdir. Bütövlükdə dövrümüzə qədər gəlib çatmış erkən farsdilli yazılı mənbələri dini-fəlsəfi və dünyəvi olmaq şərtilə iki qrupa bölmək olar. Sözsüz ki, farsdilli mənbələr içərisində dini və fəlsəfi motivlər üstünlük təşkil edirdi. Bu mövzuya həsr olunmuş əsərlər əsasən Avesta mətninin şərhindən ibarət idi. Zənd (İzah, şərh), Denkard (Di­nin əməli), Bundaxşın (Əsas xəlq olunmuş) və s. kimi əsər­lərdə dünyanın ya­ran­ması, əfsanəvi sülalərin tarixi, zərdüşt­lük dininin əsas qanun­ları, erkən orta əsr cəmiyyətinin mənəvi-etik normaları öz əksini tap­mış­dır. Doqquz kitab­dan ibarət Denkartda Zərdüştlüyün tarixi­nə, ənənələrinə və əsas konsepsiyasına, Sasani dövrü hüquqi norma­tivlərinə və s. həsr olunmuş geniş məlumat toplanmışdır.


Mani yazılı abidələri erkən farsdilli dini ədəbiyyatın xüsusi nümunəsini təşkil edir. Bu yazılar nəinki Zərdüştlüyün əsas doq­ma­ti­kası və qanunlarını, eyni zamanda onun digər dinlərə müna­si­bə­tini araşdırmaq üçün əvəzedilməz mənbədir. Mani yazılarında bu təriqətin ideoloqlarının xrinstian kilsəsi ilə apardığı polemika, zər­düştlük-xristianlıq, zərdüştlük-ellinizm və Asiya dini fəlsəfi əla­qə­lə­ri, zərdüştlük-buddizm və s. aspektlər öz əksini tapmışdır. Ma­raq­lıdır ki, mani mətnləri Mərkəzi Asiyada da olduqca geniş yayıl­mış­dır. Dövrümüzə qədər gəlib çatmış qədim türk-uyqur mani ya­zı­larında onların bu əraziyə göstərdikləri böyük mənəvi təsir qeyd olunmuşdur.
Dünyəvi xarakterli erkən farsdilli mənbələrdə ictimai həyatın müxtəlif aspektləri-siyasi, sosial, mədəni problemlər öz əksini tap­mış­dır. Bu baxımdan dünyəvi mənbələri təsviri, salnamə, qanun­ve­ri­cilik, coğrafi olmaq şərti ilə bir neçə qrupa bölmək olar. «Quba­dın oğlu Xosrov və gənc» (VI-VII əsrlər), «Tansarın məktubu», «Pa­paqın oğlu Ərdəşirin əməllər kitabı» (VI əsr) və s. təsviri xa­rak­terli mənbələr tarixi roman janrında yazılmış əsərləri xatırladır. Bu əsərlərdə dövlət idarəçiliyi, Sasani imperiyasının daxili idarə­et­mə sistemi, saray həyatı və idarə aparatının formalaşması, iqtisadi məsələlər işıqlandırılırdı. Qanunvericilik sənədlərinin ilkin nümu­nələ­rindən olan «Min məhkəmə qərarının kitabı» hüquqi sənədlər toplusu olub, Sasani dövrü məhkəmə və hüquq sisteminin müxtəlif məsələlərinə həsr olunmuşdur. Coğrafi təsvir xarakterli digər bir mənbə qədim İran və Sasani imperiyasının nəzarət etdiyi ərazi­lərdə mövcud olmuş şəhərlərin təsvirinə aiddir. «İranın şəhərləri» (bizim dövrü­müzə VIII əsrin redaksiyası çatmışdır) adlı bu mənbə qədim Azərbaycan şəhərlərinin tarixindən maraqlı məlumatlar ve­rir. Erkən farsdilli mənbələr içərisində salnamə xarakterli bir abidə də mövcuddur ki, dövrümüzə ərəb coğrafişünas alimlərinin əsər­lə­ri­nə və Firdovsinin «Şahnamə»sinə əlavə kimi gəlib çatmışdır. «Xvatay namak» («Xuday namə» və ya «Hökm­darların kitabı») ad­la­nan bu mənbə fars tarixi təfəkkürünün ən erkən nümu­nə­lə­rindən biri saylır. Mənbənin xarakterik cəhəti fars tarixinin əfsanəvi döv­rü­nün real dövrlə sintez şəklində təqdim olunmasıdır. Erkən fars­dil­li mənbələr Qafqaz və Azərbaycanın erkən feodalizm dövrü haq­­qında qiymətli materiallara malikdir. Bu mənbələr qeyd olunan əra­zidə baş vermiş siyasi proseslərin, daxili idarəçilik prinsipləri, mənəvi həyat, dini görüşlərin, sosial-iqtisadi həyatın problemlərini araşdırmaq imkanı verir.



Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin