Ядябиййат сийащысы
Гевонд (Левонд) История халифов Вардапета Гевонда, писателя VII в. СПб., 1862.
Егише. О Вартане и войне армянской. Ереван, 1971.
История Армении Фавстоса Бузанди. Ереван, 1953.
Корюн. Житие Маштоца. Ереван, 1962.
Лазарь Парбеци. История Армении и послание Лапмивертци. Повествование Вардапета Аристакэса Лапмивертци. М., 1968.
Моисей Хоренский. История Армении. М., 1893.
Себеос. История епископа Себеоса. Ереван, 1939.
Ширакаци А. Ашхарацуйц (Космография). Ереван, 1962.
Gürcü mənbələri
Erkən orta əsr şərq mənbələri içərisində özünəməxsus yer tutan gürcü mənbələrinin ilk nümunələri V əsrdə yaransa da, dövrümüzə gəlib çatmış abidələr VI-VII əsrlərə təsadüf edir. Erkən orta ərs gürcü tarixi fikri üçün iki növ mənbə: 1) müqəddəslərin (dini) və 2) şahların (dünyəvi) həyatı, xarakterikdir. Yeni dövrə qədər gürcü salnamələri demək olar ki, adsız tərtib edilirdi. Tarix üzrə yaradılan salnamələr adətən «rissə», «matiane» (salnamə), Gürcüstanın həyatı (Kartlis Sxovreba), gürcülərin həyatı (sxovreba kartvelta), Gürcüstan salnaməsi (matiane Kartlisa), Gürcüstan haqqında rəvayət (ambavni Kartlisa), şahların həyatı, şahlar kitabı və s. kimi ümumi adlara malik idi. Tarixdə aqioqrafik ədəbiyyat kimi tanınan dini xarakterli hissələr fəsil və paraqraflara bölünürdü. Onlar əsasən şifahi xalq ədəbiyyatı bazasında yaradılmışdır. Bu mənbələrin böyük əksəriyyəti Gürcütanın xristainlaşması və müqəddəslərin həyatına həsr olunmuşdur. Bunların içərisində xüsusilə məşhurlaşmış «Müqəddəs məlikə Şuşanikinin şəhidliyi», «Müqəddəs Yevstafiy Msxetskinin əzabları» və s. göstərmək olar. Erkən orta ərs gürcü tarixi təfəkkürünün ən parlaq nümunələri isə Vaxuşti Baqrationinin adı ilə bağlıdır. Onun Gürcüstan tarixinə həsr olunmuş əsəri ölkə tarixi və coğrafiyasından başqa, xronoloji faktlar, geneoloji cədvəllər, coğrafi atlaslarla zəngindir. Dini xarakter daşımasına baxmayaraq, gürcü aqioqrafik abidələri mülkü tarixlə sıx bağlı olmuş, bu əsərlərdə ölkənin ictimai-siyasi və sosial həyatı, xalqın məişəti, mədəniyyəti və mənəviyyatı haqqında dəyərli məlumatlar öz əksini tapmışdır.
Gürcüstan dünyəvi abidələrinin ən qədim nümunəsi, «Gürcüstanın çevrilməsi (dininin dəyişdirilməsi) salnaməsi», IX əsrin naməlum müəllifi tərəfindən yaradılmışdır. Əsər iki hissədən ibarət olaraq, Makedoniyalı İsgəndərin şərq yürüşündən IX əsrə qədərki dövrü əhatə edir. Əsərə qədim zamanlardan qeyd edilən dövrə qədər Gürcüstanı idarə etmiş şahların siyahısı və katolikosların adı daxil edilmişdir. Əsərin ikici hissəsi Şərqi Gürcüstanda xristianlığın yayılmasına həsr edilmişdir. Əsərdə Gürcüstanın xristianlaşdırılması məlikə Kappodokiyalı müqəddəs Ninanın adı ilə bağlanılır. Çox güman ki, əsərin tərtib edilməsi zamanı müəllif Qafqaz tarixinə həsr olunmuş əsərlərdən, erməni, suryani, fars və yunan mənbələrindən istifadə etmişdir.
Erkən orta əsr dünyəvi gürcü tarixi abidələri yazılı ənənələrə daha yaxın duraraq, lakonikliyi, faktların sadə sadalanması, çoxlu sayda plaqiarizmləri ilə seçilir. Bu əsərlərdə dini abidələrdən fərqli olaraq, dini opponentlərə loyal münasibət üstünlük təşkil edir. Belə ki, müəllifləri dini problemlərdən çox siyasət və siyasi mənsubiyyət maraqlandırırdı. Onların içərisində VII-IX əsr hadisələr salnaməsindən ibarət «Moksevay Kartlisay», Cavanşirin XI əsr tarixi hadisələrinə həsr olunmuş «Vaxtanq Qorqasalın həyatı», Leonti Mrovelinin XI-XII əsrlərə aid «Kartli şahlarının həyatı» adlı əsərlərini göstərmək olar. Bu əsərlərdə erkən orta əsrlərin aktual ictimai-siyasi, sosial-iqtisadi problemləri öz əksini tapmış, Qafqaz ərazisinə türkdilli tayfaların çoxsaylı basqınlarından, həmçinin Qafqaz Albaniyasının siyasi və mülki tarixindən fraqmentlər daxil edilmişdir.
Sözsüz ki, gürcü tarixi məktəbinin ən parlaq nümunəsini XII əsrdən formalaşmağa başlamış və təqribən XIX əsrədək təkmilləşdirilən və tamamlanan Kartlis Sxovreba (Gürcüstanın həyatı) adlı salnamələr toplusu təşkil edir. Kartlis Sxovreba ilk dəfə olaraq, əsərin XII əsrin ikinci yarısında tərtib edilmiş erməni versiyasında müqəddəs Arçilin həyatından sonra xatırlanmışdır. Kartlis Sxovrebanı mövcud olan siyahıların redaktə olunma xüsusiyyətləri, təkmilləşdirilmə yolları və tamamlanmasına görə iki qrupa bölmək olar: 1) XIV əsrədək yaradılmış Qədim Kartlis Sxovreba və 2) qədim Kartlis Sxovrebanın XIV-XVIII əsrlər arası redaktə olunmuş və tamamlanmış nüsxələrinin siyahısı. Gürcü tarixi təfəkkürünün ən parlaq nümunəsi olan bu salnamələr toplusu təkcə Gürcüstanın deyil, erkən orta əsr Qafqazın digər xalqlarının tarixini tədqiq etmək üçün qiymətli mənbələrdən hesab edilir.
Dostları ilə paylaş: |