AAZƏrbaycan tariXİNİn məNBƏŞÜnasliğI



Yüklə 440,25 Kb.
səhifə22/34
tarix10.12.2022
ölçüsü440,25 Kb.
#73681
1   ...   18   19   20   21   22   23   24   25   ...   34
1670326605579 1670004938301 1669572852169 1669466116813 MƏNBƏŞÜNASLIQ-MÜHAZİRƏ

Ədəbiyyat

1. Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989


2. Обозрение Российских владений за Кавказом. С. I-IV, СПб, 1836
3. Колониальная политика Российского царизма в Азерб. В 20-60 гг. XIX в. И.П.Петрушевский. М., 1937
4. Обзор Бакинской нефтяной промышленности за 1890-1900 гг.

MÜHAZİRƏ VII


XIX – XX ƏSRİN DÖVRİ MƏTBUATI MƏNBƏ KİMİ


Dövri mətbuatın tarixi mənbə kimi ümumi xarakteristikası. Dövrü mətbuat bəhs etdiyimiz ümumi tarixi mənbələr kompleksində özünəməxsus yer tutur və mühüm mənbələr qrupunu təşkil edir. Bu digər mənbələrə nisbətən həm özünün yayılmasına, həm növ müxtəlifliyinə, həm müəlliflərinə, həm də məzmununa görə daha kütləvi mənbədir. Bir çox hallarda bu mənbənin kütləviliyi onun cəmiyyət həyatında oynadığı rolla da müəyyən olunur. Özünün yarandığı, təşəkkül tapdığı andan etibarən mətbuat ictimai həyatın getdikcə daha çox mühüm amilinə çevrilir, ictimai fikir formalaşdırmaqda onun rolu artır, o, siyasi həyatın mübarizə meydanına çevrilir. Yaşadığımız dövrün demək olar, elə böyük ictimai hadisəsi olmayıb ki, o mətbuatın diqqət mərkəzindən kənarda qalmış olsun. İlk əvvəl mühüm dövlət əhəmiyyətli hadisələr haqqında məlumat verən informasiya vasitəsi kimi meydana çıxan mətbuat, bu funksiyanı saxlamaqla bərabər, dövlət siyasətini, bütün ictimai qüvvələrin baxışlarını və hərəkətlərini, siyasi tədbirləri əks etdirən, xarici siyasət, iqtisadiyyat, mədəni həyat hadisələrini işıqlandırır.
Bizim yaşadığımız bu ağır dövrdə kütləvi informasiya vasitələrinin, mətbuatın rolu və əhəmiyyəti daha da artmışdır. Xüsusilə indiki anda hökumət mətbuatı ilə bərabər Azərbaycanda həddindən çox müxalifət orqanlarının qəzetlərinin olması bir çox hallarda mətbuatdan tarixi mənbə kimi istifadə olunmasını çətinləşdirir, onun məlumatlarının mötəbərliyini, dürüstlüyünü şübhə altına alır.
Qeyd etmək lazımdır ki, informasiyaya ehtiyac hələ qədim zamanlarda meydana çıxmışdı. Lakin o zamanlar məlumatlar xalqa şifahi yolla, carçılar vasitəsilə çatdırılırdı. Küçələrdə carçılar «Ey adamlar, qulaq asın, sonra deməyin ki, eşitməmişik…» deyə qışqıraraq, ölkənin və ya hansı bir şəhərin həyatında baş vermiş hadisələr haqqında əhaliyə məlumat verirdilər. Müəyyən tarixi mərhələdə bu dövlət hakimiyyətini təmin edirdi. Lakin zaman keçdikcə məlumatın əhali içərisində yayılması çətinləşir, müəyyən maneələr meydana çıxırdı.
Mətbuat sözün həqiqi mənasında feodalizmin dağılması və burjua münasibətlərinin yaranması dövründə təşəkkül tapmışdır. Lakin hələ qədim Misirdə, o cümlədən bir sıra Şərq ölkələrində hökumət xəbərlərinə bənzər bir informasiya vasitəsi mövcud idi. Qədim Yunanıstanda carçılar vasitəsilə yenilikləri əhaliyə çatdırırdılar. Yuli Sezar senat atklarının müntəzəm şəkildə elan edilməsini tətbiq etmişdi. VIII əsrdə Çində «Hökumət xəbərləri» (Paytaxt xəbərləri) («Правительственный вестник») mövcud idi. XV əsrdə Venesiyada əlyazma qəzet var idi və “qəzet” sözünün mənası xırda pulun adından yaranıb. Bu pulu Venesiyadakı şəhər meydanında yeniliklərə qulaq asmağa görə ödəyirdilər.
Mətbuatın yarandığı vaxtndan senzura da yaradılıb. XVII əsrdə kitab çapı meydana çıxan kimi əlyazma nəşrlər qadağan olunur. XVII əsrin əvvəllərində Fransada kralın fərmanı ilə dövlət işləri haqqında hər hansı bir yazı nəşr etdirmək qadağan olunur, sonrakı dövrlərdə isə ümumiyyətlə hər hansı bir tənqidi yazı qadağan edilirdi. Təsadüfi deyil ki, burjua inqilabları və hərəkatları əsas şüarlardan biri kimi «Mətbuat azadlığı» şüarını irəli sürürdülər. Nəticədə XVII əsrin sonlarda ilk dəfə İngiltərədə senzura ləğv edilmişdi (ADR hökuməti 1919-cu ilin oktyabrında senzuranı ləğv etmişdi).
Hakim siniflər qorxurdular ki, azad söz onların hökumətini sarsıda bilər. Napoleon konsul olan kimi dərhal Parisdə fəaliyyət göstərən 73 mətbu orqanından 60-nı bağlatdırmışdı.
Tarixən informasiyanın yaylıması yolunda bir çox maneələr olub: hökumətin siyasəti, texniki və maddi imkansızlıq, əhalinin kifayət qədər savadlı olmaması və s. Odur ki, bir qayda olaraq ilk əvvəl rəsmi mətbuat inkişaf etmişdir.
Rusiyada mətbuatın tarixi XVIII əsrin əvvəllərindən etibarən I Pyotrun dövründə hökumət vedomostlarının 1702-ci ildə nəşri ilə başlanmışdır («Moskovskie vedomosti» 1702-1728. «Peterburqskie vedomosti» 1728-1755.) Lakin qeyd etmək lazımdır ki, hələ Aleksey Mixayloviçin dövründə XVII əsrin ortalarında «Kurantı» adlı bir səhifədən ibarət olan və ancaq çar və onun yaxın əhatəsi üçün nəzərdə tutulan əlyazma qəzet mövcud olmuşdur.

Yüklə 440,25 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin