1. Pedaqoji ünsiyyət və onun növləri


Planlaşdırma  və  nəzarət  idarəetmənin  əsas



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə41/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   ...   36   37   38   39   40   41   42   43   44
Pedaqogika cvblar

17.Planlaşdırma  və  nəzarət  idarəetmənin  əsas 

prinsipləri kimi 


İdarəetmə prinsiplərindən biri də planlaşdırma və nəzarətdir. 

Planlaşdırma  idarəetmənin  mərkəzi  həlqəsidir.  İdarəetmə 

sistemində planlaşdırmanın mühüm rola malikdir. Hər bir iş 

planlaşdırmadan başlanır. Plan ölçüdür, meyardır, mayakdır, 

kompasdır. Planlaşdırma – şagirdlərin təlim-tərbiyəsini daha 

da yaxşılaşdırmaq üçün nəzərdə tutulan kompleks tədbirlərin 

müəyyənləşdirilməsi  və  sistemləşdirilməsidir.  Nəzarət 

idarəetmənin əsas tərkib hissələrindəndir, yəni qəbul edilmiş 

qanunların, 

qərarların,  sərəncamların,  əsasnamələrin, 

qaydaların,  təlimatların,  əmrlərin  və  s.  İcrasının  tələbə 

uyğunluğunu  yoxlamaq  deməkdir.  Pedaqoji  rəhbərlik  və 

idarəetmədə  məktəbdaxili nəzarət mühüm  yer tutduğundan, 

həm  də  çoxsahəli  və  mürəkkəb  iş  olduğundan,  onun 

məqsədini,  məzmununu,  forma  və  metodlarını  dəqiq 

müəyyənləşdirmək, 

yaxşı 

dərk 


etmək 

mütləqdir. 

Məktəbdaxili nəzarətin məqsədi direktiv və normativ-hüquqi 

sənədlərdə  irəli  sürülən,  məktəbin  qarşısında  qoyulan 

vəzifələrin  icrasını  maksimum  təmin  etməkdən,  pedaqoji 

prosesin  yaxşılaşdırılmasına  nail  olmaqdan,  təcrübəsiz 

müəllimlərə köməklik göstərməkdən, işin vəziyyətini ətraflı 

öyrənməklə 

vaxtında 

təshih 


etməkdən 

ibarətdir. 

Məktəbdaxili  nəzarət  geniş  sahələri  əhatə  edir.Pedaqoji 



ədəbiyyatda  nəzarətin  ümumi,  xüsusi  və  spesifik  formaları 

təqdim  olunmuşdur.  Məktəbdaxili  nəzarətdə  fəaliyyət 

göstərən ümumi formalara – tematik (məsələn, məktəb işinin 

bu  və  ya  digər  sahəsinin  müəyyən  mövzu  çərçivəsində 

müşahidə  edilməsi,  yoxlanılması,  öyrənilməsi),  frontal 

(məsələn,  məktəb  işinin  bütöv  bir  sahəsinin  öyrənilməsi, 

yaxud eyni vaxtda sinif 

şagirdlərinin hamısının təlim-tərbiyə fəaliyyətinin nəzarətdə 

saxlanması  və  s.),  kompleks  (misal  üçün  məktəbin,  yaxud 

bütöv  bir  pedaqoji  kollektivin  fəaliyyətinin  hərtərəfli 

yoxlanması)  vəqrup  halında  nəzarət  formaları  daxildir 

(məsələn,  məktəbdə  eyni  fəndən  dərs  deyən  müəllimlərin 

dərslərinin  yoxlanılması,  yaxud  bir  qrup  şagirdin  bilik  və 

tərbiyəlilik 

səviyyəsinin 

nə 


dərəcədə 

olmasını 

müəyyənləşdirmək  və  s.).Məktəbdaxili  nəzarətin  spesifik 

formaları  da  vardır.  Bunlar  məktəbdaxili  nəzarətin 

strukturuna  daxil  olan  sahələrin  özləri  qədər  müxtəlifdir. 

Dərsin müşahidəsi, sinif rəhbərinin tərbiyəvi  

İşinin,  dərs  cədvəlinin  tərtibinin  pedaqoji  tələblərə 

uyğunluğunun yoxlanması,  məktəbin təsərrüfat  fəaliyyətinə 

nəzarət və s.   yoxlamalardır.Məktəbdaxili nəzarət məktəbin 

rəhbər  işçiləri  tərəfindən  nəzakətlə,  yüksək  tələbkarlıqla  və 




humanizm  prinsiplərinə  uyğun  aparılmalıdır.  Həmin 

prosesdə  müşahidə,  müsahibə,  anket  sorğusu,  test,  müvafiq 

sənədlərin  öyrənilməsi  və  s.  (şifahi,yazılı,  qrafik  və  sair 

növləri  ilə)  metodlardan  geniş  istifadə  olunur.  Məktəb 

rəhbərləri  müəllimlərin,  sinif  rəhbərlərinin,  şagirdlərin 

fəaliyyəti  üzərində  müşahidə  aparmaqla,  müxtəlif  növ 

yoxlama  işləri  keçirməklə,  dərslərdə,  tərbiyəvi  tədbirlərdə 

vaxtaşırı  iştirak  etməklə,  məktəb  sənədlərini  (şagirdlərin 

şəxsi  işləri,  sinif  jurnalları  və  s.)  öyrənməklə,  sinif 

rəhbərlərinin,  şagird  özünüidarə  təşkilatlarının  planları, 

hesabatları ilə əyani  

surətdə  tanış  olmaqla,  pedaqoji  və  şagird  kollektivinin 

üzvləriarasında  sorğu  aparmaqla  və  digər  növ  nəzarət 

metodlarından  yerli-yerində  istifadə  etməklə  müvafiq 

sahələrdə 

olan 


çatışmazlıqların 

qarşısını 

vaxtında 

almalıdırlar.  Eyni  zamanda  onlar  perspektivdə  görüləsi 

işlərin məzmununu, xarakterini,  

Həcmini,  icra  vaxtını  müəyyənləşdirməli,  həmin  məsələlər 

üzrə  dəqiq  tövsiyələrini  verməlidirlər.  Lazım  gəldikdə, 

nəzarətin nəticələri ya məktəb şurasında, ya pedaqoji şurada, 

ya  da  fənn  metod  birləşmələrində  müzakirə  edilməli, 



müəllimlər, 

şagirdlər, 

valideynlər 

bu 


haqda 

məlumatlandırılmalıdırlar. 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin