1. Pedaqoji ünsiyyət və onun növləri


Məktəbdə sosial pedaqoqun fəaliyyəti



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə44/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   ...   36   37   38   39   40   41   42   43   44
Pedaqogika cvblar

20.Məktəbdə sosial pedaqoqun fəaliyyəti 

Sosial  pedaqoq  məktəbdə  uşaqların  inkişafı  və  tərbiyəsi 

istiqamətində  ailə,  məktəb  və  ictimaiyyət  üçbucağının 

qarşılıqlıəlaqəsini  təşkil  edir.  Onun  fəaliyyəti  uşaqlarla 

əlaqələrin  qurulmasını,  yaş  və  psixoloji  xüsusiyyətlərin 

öyrənilməsini,  müxtəlif  növ  ictimai,  faydalı  fəaliyyət 

istiqamətlərinin təşkilini nəzərdə tutur.  

Müasir dövrdə uşaq və yeniyetmələrin yaş xüsusiyyətləri ilə 

bağlı  üzləşdikləri  problemlərin  öhdəsindən  gəlməsində,  

onların fəaliyyətinin səmərəli istiqamətə yönləndirilməsində 

sosial pedaqoqların böyük rolu vardır. Bununla yanaşı, sosial 

pedaqoq  ailə  və  uşağın  fəaliyyətini  dəstəkləməli,  davranış 

problemləri olan şagirdlərə mənfi təsirlərin qarşısını almalı, 

ehtiyac  yarandıqda isə hüquqi  yardım göstərməlidir. Sosial 

pedaqoq təlim-tərbiyə işini fənn müəllimi kimi sinif otağında 

deyil,  dərsdənkənar  fəaliyyətdə  həyata  keçirməlidir.  Yalnız 

məktəbdənkənar 

mühitdə 


şagirdlərin 

davranış 

xüsusiyyətlərinə  (xüsusilə  deviant  davranışlı  şagirdlərin) 

daha  yaxından  bələd  olmaq  mümkündür.  Beləliklə,  sosial 

pedaqoq  xarici  mühitdə  adaptasiya  problemləri  olan 



şagirdləri  üzə  çıxarır,  onların  xasiyyət  və  davranış 

xüsusiyyətlərini 

öyrənir, 

onlara 


kömək 

yollarını 

müəyyənləşdirir.  Hazırda  məktəblərdə  bilik  yarışına  daha 

çox  üstünlük  verildiyindən  şagirdlərin  imtahan,  sınaq, 

yoxlama  işlərinə  hazırlığı  onlarda  emosional  gərginlik, 

mənəvi çöküntü yaratmışdır. Belə vəziyyətlərdə məktəblərdə 

sosial pedaqoqun fəaliyyətinə böyük ehtiyac duyulur.  

Sosial  pedaqoqun  məktəbdə  fəaliyyəti  “risk  qrupu”na  aid, 

valideyn,  hüquq-muhafizə  orqanları,  sosial  cəhətdən 

müdafiəsiz, həssas ailələrin uşaqlarını və pedaqoji kollektivi 

əhatə edir. O, şagirdlərin dərsə davamiyyət  məsələlərini  də 

nəzarətdə  saxlamalı,  həmçinin  məktəbin  yerləşdiyi  ərazinin 

xüsusiyyətlərini, sosial cəhətdən uğursuz ailələrin siyahısını, 

sağlamlıq  problemləri,  qanun  pozuntularına  meyilli  olan 

uşaqları üzə çıxarmalı, valideyn himayəsindən məhrum olan, 

natamam  ailələrdən  çıxan,  fiziki  imkanları  məhdud 

şagirdlərin iştirakı ilə xeyriyyə tədbirləri təşkil etməlidir.  

Sosial pedaqoqun vəzifələri aşağıdakılardan ibarətdir: 

•  Uşaq  sosial  mühitə  uyğunlaşmaqda  çətinlik  çəkəndə, 

dezadaptasiya  vəziyyətlərində  şagirdlərə  dəstək  və  yardım 

göstərir;  



•  Valideyn  müxtəlif  səbəblər  üzündən  öhdəliklərini  yerinə 

yetirmədikdə uşağı həyati risklərdən (sağlamlıq problemləri, 

maddi  durum  və  s.),  ailə  problemlərindən  qoruyur,  ona 

müvafiq yardım göstərir;  

•  Şagirdlərlə  sosial  mühit  (məktəb,  ailə  və  s.)  arasında 

vasitəçi rolunda çıxış edir;  

•  Şagird,  ailə,  pedaqoji  kollektiv,  uşaq  problemləri  və 

mühafizəsi ilə məşğul olan dövlət strukturları, qeyri-hökümət 

təşkilatlarının nümayəndələri üçün məsləhət, görüş, seminar 

və təlimlər təşkil edir;  

•  Sosial  mühitdə  humanist,  mənəvi  cəhətdən  sağlam 

münasibətlərin yaradılmasına təmin edir;  

• Şagirdlər üçün psixoloji cəhətdən komfortlu və təhlükəsiz 

mühitin  təmin  olunması,  onların  həyat  və  sağlamlığının 

qorunmasına şərait yaradır;  

• Himayəyə ehtiyacı olan, fiziki imkanları məhdud, deviant 

davranış  nümayiş  edən,  ekstremal  vəziyyətlərə  düşən 

şagirdlərə  kömək  məqsədilə  müəllim,  valideyn,  xüsusi 

xidmət  mütəxəssisləri,  xeyriyyə  cəmiyyətləri  və  s.  İlə 

əlaqələr qurur. 



Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin