1. Pedaqoji ünsiyyət və onun növləri



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə36/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   ...   32   33   34   35   36   37   38   39   ...   44
Pedaqogika cvblar

Stereotipləşdirilmə 

şəxsiyyətlərarası 

düşüncənin, 

dərkin 


ən 

mühüm 


mexanizmlərindən biridir. Ətrafdakıların və onlarla qarşılıqlı 


əlaqənin  təsiri  nəticəsində  hər  bir  insanda  konkret  fikirlər 

yaranır.  İnsanlar  adətən  həmin  fikirlərə  əsaslanaraq 

başqalarına 

qiymət  verir.Altı  qrup  sosial-qavrama 

stereotipləri fərqləndirilir:  

1. Antropoloji;  

2. Etnomilli;  

3. Sosial-status;  

4. Sosial-rol;  

5. Ekspressiv-estetik;  

6. Verbal-davranış.  

Antropoloji 

stereotiplər 

insanın 


daxili 

psixoloji 

keyfiyyətlərinin,  onun  şəxsiyyətinin  qiymətləndirilməsinin 

fiziki simasının xüsusiyyətlərindən asılı olduğu zaman özünü 

biruzə verir.  

Etnomilli stereotiplər insanın psixoloji dəyəri onun bu və ya 

digər  irqə,  millətə,  etnik  qrupa  məxsus  olması  ilə 

müəyyənləşdiyi zaman özünü göstərir.  

Sosial-status  stereotipi  insanın  şəxsi  keyfiyyətlərinin 

dəyərindən, onun sosial statusundan asılıdır. 

Sosial-rol  stereotipi  insanın  şəxsi  keyfiyyətlərinin  onun 

sosial  rolundan,  həmin  rolun  funksiyalarından  asılı  olaraq 

qiymətləndirilməsidir  (məsələn,  hərbçi  –  intizamlı,  qəddar, 



çevik qərarvermə bacarığına malik insan, professor stereotipi 

– ağıllı, dalğın şəxs və s.).  

Ekspressiv-estetik  stereotip  insan  şəxsiyyətinin  xarici 

görünüşünündən asılı olaraq qiymətləndirilməsidir (məsələn, 

“gözəllik effekti”:  qiymətləndirilən insanın xarici görünüşü 

nə 


qədər 

cəlbedici 

olarsa, 

onun 


şəxsiyyətinin 

keyfiyyətlərində pozitiv cəhətlər o qədər çox ortaya qoyulur). 

Verbal-davranış 

stereotipi 

şəxsiyyətin 

xarici 


xüsusiyyətlərinin  qiymətləndirilməsindən  asılı  olaraq  gedir 

(nitqin xüsusiyyətləri, mimikası, pantomimika və s.).  

Bu  fikirlər  əksər  hallarda  insan  haqqında  informasiya 

çatışmazlığı  şəraitində  istifadə  olunur.  Belə  halda  insanlar 

adətən  ilkin  təsəvvürə  görə  mühakimə  yürüdürlər.  Müəllim 

şagird  şəxsiyyətinin  vəziyyətini  və  davranışını  dərk  edərək 

onu qiymətləndirməlidir. 


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin