1. Pedaqoji ünsiyyət və onun növləri


Məktəbşünaslıq məsələləri



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə39/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   ...   36   37   38   39   40   41   42   43   44
Pedaqogika cvblar

15.Məktəbşünaslıq məsələləri 

Hər bir xalqın varlığı, tarixi inkişaf prosesi, gələcəyi, düşüncə 

tərzi,  bilik  və  bacarığı  bünövrəsi  möhkəm  qoyulan  təhsil 

sistemi 


ilə 

əlaqədardır. 

Müstəqil 

Azərbaycan 

Respublikasında təhsil sahəsində müvafiq islahatların həyata 

keçirilməsi yeni tarixi mərhələnin başlıca tələblərindəndir. 

Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq edilən 

“Azərbaycan  Respublikasının  təhsil  sahəsində  islahat 

Proqramı”  bu  sahədə  hüquqi  bazanın  yaradılmasına  təkan 

verdi.  Bu  illər  ərzində  dünya  Bankının  dəstəyi  ilə  ümumi 

təhsilin 

məzmununun 

yeniləşdirilməsi, 

tədris-maddi 




bazasının 

möhkəmləndirilməsi, 

kadr 

potensialının 



gücləndirilməsi,  idarə  olunmasının  təkmilləşdirilməsi,  İKT 

ilə təmin edilməsi və s. Sahələrdə xeyli iş görülmüşdür.1998-

ci ildən başlayaraq 3000-dən çox yeni  məktəb binası,  əlavə 

tədris  korpusu  tikilib  istifadəyə  verilmiş  və  əsaslı  təmir 

edilmiş,  inventar  avadanlıqlarla  təchiz  edilmiş,  məktəblərin 

informasiya-kommunikasiya  texnologiyaları  ilə  təminatı 

yaxşılaşdırılmışdır.  Bu  məsələ  ilə  bağlı  Dövlət  Proqramı 

yerinə yetirilmişdir, 2008-ci ildən etibarən ikinci Dövlət  

Proqramı  tətbiq  olunmaqdadır.  Ötən  dövr  ərzində 

Azərbaycan  hökuməti  tərəfindən  1999-cu  ildə  ümumi  orta 

təhsilin  dövlət  standartları,  2006-cı  ildə  ümumi  təhsilin 

Konsepsiyası  (kurikulumu),  2009-cu  ildə  Təhsil  haqqında 

Qanun  və  ümumi  təhsil  sistemində  Qiymətləndirmə 

Konsepsiyası  təsdiq  edilmişdir.Sadalanmış  proseslərin  hər 

biri məhz məktəblə əlaqəlidir. 

Məktəbşünaslıq pedaqoji elmin məktəbin idarə olunmasının 

məqsədi,  məzmunu  və  metodlarını,  məktəbə  rəhbərlik 

sistemini  özündə  ehtiva  edən  bir  sahəsidir.  Başqa  sözlə, 

məktəbşünaslıq  –  cəmiyyət  və  dövlət  tərəfindən  məktəbin 

qarşısına  qoyulan  vəzifələri  uğurla  həll  etmək  məqsədilə 

həyata 

keçirilən 

təşkilati-pedaqoji 

tədbirlər 




sistemidir.Məktəbşünaslığın  mövzusu  məktəb  işinin  təşkili 

və  idarəolunması  prosesi,  obyekti  məktəbin  idarəolunması 

üzrə 

təhsil 


orqanları 

və 


məktəb 

rəhbərliyinin  

fəaliyyətidir.Məktəbşünaslığın metodoloji əsasını:  

1) Azərbaycan dövlətinin qanunvericiliyi,  

2) ölkəmizdə məktəbə rəhbərlik edilməsi və idarə olunması 

təcrübəsi,  

3) pedaqoji elmin tarixi irsi təşkil edir. 


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin