1. Pedaqoji ünsiyyət və onun növləri


Təhsil müəssisələrində metodik işin təşkili



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə43/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   ...   36   37   38   39   40   41   42   43   44
Pedaqogika cvblar

19.Təhsil müəssisələrində metodik işin təşkili 

Hazırda  məktəbdə  metodik  işlərin  iki  forması  –  fərdi  və 



kollektiv  formaları  geniş  yayılmışdır.  Fərdi  iş  formasına 

müəlliminöz  planı  əsasında  qabaqcıl  pedaqoji  təcrübəni 

öyrənməsi, səriştəli həmkarlarının dərslərini, yaxud pedaqoji 

və  metodik  mövzulara  həsr  olunmuş  radio  və  televiziya 

verilişlərini  müntəzəm  surətdə  dinləyib  özü  üçün  nəticə 

çıxarması,  İKT-nin  imkanlarından  istifadə  etməklə  internet 

vasitəsilə  lazımi  informasiyaları  əldə  etməsi,  özünütəhsil 

yolu  ilə  pedaqoji,  psixoloji  və  metodik  ədəbiyyatı  mütaliə 

etməsi, 

elmi-praktik 

konfranslarda, 

ixtisasartırma 

kurslarında,  treninqlərdə  vaxtaşırı  iştirakı,  pedaqoji  və 

metodik  mövzularda  layihə  hazırlaması,  məruzə  ilə  çıxış 




etməsi, məqalə yazması və s. Daxildir. Metodik işin kollektiv 

forması  isə  ibtidai  sinif  müəllimlərinin,  sinif  rəhbərlərinin, 

günü  uzadılmış  qrup  tərbiyəçilərinin,  fənlər  üzrə 

müəllimlərin  metodbirləşmələrində  birgə  fəaliyyətdir. 

Metodik  işin  fənlər  üzrə  kollektiv  formalarında  müxtəlif 

xarakterli  işlər  aparılır.  Nümunə  üçün  aşağıdakıları 

göstərmək  olar:  müvafiq  fənlər  üzrə  tədris  proqramları 

materiallarının  məqsədəuyğun  şəkildə  planlaşdırılması, 

qabaqcıl  iş  təcrübəsinin öyrənilib  ümumiləşdirilməsi,  “açıq 

dərs”lərin  planlaşdırılması,  təşkili  və  təhlili  (kollektiv 

müzakirəsi), psixologiya, pedaqogika və metodikaya aid elmi 

yenilikləri müəllimlər arasında yaymaq, müvafiq mövzunun 

və  ya  fənnin  tədrisi  zamanı  özünü  göstərə  biləcək 

çətinliklərin  qarşısını  vaxtında  almaq  üçün  tədbirlər 

görülməsi, yeni nəşr edilmiş dərslik və ya metodik vəsaitin 

müzakirəsi,  metodbirləşmə  üzvlərinin  öz  qüvvəsi  ilə 

müəyyən  vəsait  hazırlamaq,  təlimin  səmərəli  vasitə  və 

yollarını  müəyyənləşdirib  tövsiyə  etmək,  müəllimlərin 

fəaliyyətindəki nailiyyətləri əks etdirən sərgilər təşkil etmək, 

rəhbər  orqanların  təlimati  və  metodik  məktublarının, 

tövsiyələrinin 

öyrənilməsi 

və 

həyata 


keçirilməsi, 


metodbirləşmə  üzvlərinin  tematik  planlarının  nəzərdən 

keçirilməsi, fakültativlərin işinin istiqamətləndirilməsi və s.  




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin