1. Pedaqoji ünsiyyət və onun növləri


Demokratikləşdirmə,aşkarlıq  və  obyektivlik



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə40/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   ...   36   37   38   39   40   41   42   43   44
Pedaqogika cvblar

16.Demokratikləşdirmə,aşkarlıq  və  obyektivlik 

idarəetmənin əsas prinsipləri kimi 

Demokratikləşdirmə əvvəlki dövrlərdə hakim olan inzibati-

amirlik  üsullarını  rədd  edir,  idarəetmə  və  rəhbərliyi 

əməkdaşlıq  üzərində  qərarlaşdırır,  məktəbi  uşaqlar  üçün 

sevinc  mənbəyinə,  tərbiyə  ocağına  çevirir.  Əlbəttə,  bu, 

məktəb rəhbərlərinin məsuliyyətini əsla azaltmır. İdarəetmə 

və rəhbərliyi həyata keçirən hər bir şəxs öhdəsinə düşən rolu 

yüksək  səviyyədə  yerinə  yetirməyə  borcludur.  Həmin  rol, 

vəzifə  və  hüquqlar  orta  ümumtəhsil  məktəbinin  nümunəvi 

əsasnaməsində və digər normativ sənədlərdə konkret şəkildə 

əks  etdirilmişdir.  Məsələn,  direktor  pedaqoji  kadrların 

düzgün  seçilib  yerləşdirilməsini  təmin  etməli,  onların  öz 

ixtisaslarını artırmaq, elmi-nəzəri, təcrübi, mənəvi və mədəni 




səviyyələrini  yüksəltmələri  üçün  əlverişli  şərait  yaratmalı, 

şagirdlərin  intizamına,  təlim-tərbiyə  işlərinin  keyfiyyətinə, 

məktəbdəki  şagird  özünüidarə  orqanlarının  və  valideyn 

komitəsinin, valideyn-müəllim assosiasiyasının tədbirlərinə, 

sinifdənxaric və məktəbdənkənar işlərin məzmun və təşkilinə 

nəzarəti  həyata  keçirməli,  məktəbin  təmiri,  maddi-texniki 

bazasının  zənginləşdirilməsi,  ayrılmış  maliyyə  vəsaitinin 

düzgün xərclənməsi və sair bu kimi mühüm işlərin qayğısına 

qalmalıdır.  İdarəetmənin  və  rəhbərliyin  prinsiplərindən  biri 

də  aşkarlıq  və  obyektivlikdir.  Aşkarlıq  və  obyektivlik 

demokratiyanın  təzahür  formasıdır.  Aşkarlıq  –  hər  şeyin 

hamı  üçün  aydın  olması  deməkdir.Təcrübə  göstərir  ki, 

məxfilik işdəki qüsurların daha da dərinləşməsinə səbəb olur 

və  ictimai  bəlaya  çevrilir.  Aşkarlıq  və  obyektivlik  olmayan 

yerdə 

təlim-tərbiyə 



işlərinin 

vəziyyətini 

düzgün 

müəyyənləşdirmək,  pedaqoji  kollektivin,  yaxud  ayrı-ayrı 

müəllimlərin və ya tərbiyəçilərin fəaliyyətini lazımi şəkildə 

qiymətləndirmək,  işdə  müvəffəqiyyətə  nail  olmaq  mümkün 

deyildir.  Bu  prinsip  nəzarət  üçün  xüsusilə  vacibdir. 

Nəzarətdə  aşkarlıq  və  obyektivlik  faktları,  hadisələri 

dərindən  təhlil  etməyi,  prinsipial  olmağı,  subyektivliyə  yol 

verməməyi,  ədalətli  mövqe  tutmağı  tələb  edir.Ən  vacib 




prinsiplər sırasında elmilik mühüm yer tutur. Ümumiyyətlə, 

yaxşı  idarəetmə  və  rəhbərlik  üçün  peşəkarlıq,  səriştəlilik, 

təcrübə, işgüzarlıq, dərin bilik, sadalanan  

Keyfiyyətlərin  vəhdəti  çox  vacibdir.  Bu  vəhdət  isə 

pedaqogika, 

psixologiya 

və 

sosiologiya 



elmlərinin 

nailiyyətlərinə əsaslandıqda, onları təcrübədə tətbiq etdikdə 

yaranır.  Məktəb  rəhbərləri  geniş  dünyagörüşə,  yeni  üsullar 

axtarmaq,  tapmaq,  işdə  tətbiq  etmək  qabiliyyətinə  malik 

olmalı, mürəkkəb təşkilati, pedaqoji məsələləri yaradıcılıqla, 

operativ şəkildə həll etməyi bacarmalıdırlar. Əgər məktəbin 

direktoru  idarəetmənin,  xüsusilə  məktəb  kollektivinə 

rəhbərliyin  elmi-nəzəri  və  praktik  əsaslarını  bilirsə,  o,  işini 

elmi  nailiyyətlərə  və  qabaqcıl  təcrübəyə  əsaslanaraq  dəqiq 

quracaq,  idarəetmə  metodlarını  düzgün  tətbiq  edirsə,  onda 

pedaqoji  kollektivlə  rəhbərlik  arasında  qarşılıqlı  anlaşma 

yaranacaq,  müəllimlərin  əməyi  səmərəli  təşkil  olunacaq, 

onların  elmi-nəzəri  səviyyəsi  və  peşəkarlığı  yüksələcəkdir. 

İdarəetmə  işinə  elmi  yanaşma  mövcud  vəziyyəti  obyektiv 

qiymətləndirməyi 

təmin 


edir, 

məktəb 


kollektivinin 

fəaliyyətinə təkanverici təsir göstərməyə imkan yaradır. 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin