1. Pedaqoji ünsiyyət və onun növləri



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə37/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   ...   33   34   35   36   37   38   39   40   ...   44
Pedaqogika cvblar

13.Ailə tərbiyəsi 

Valideynlik  ağır  və  məsuliyyətli  iş  olmaqla  yanaşı,  sevinc, 

fərəh  hissi  bəxş  edən  duyğudur.  Adətən  valideynlər 

uşaqlarının  tərbiyəsində  şəxsi  təcrübələrinə  istinad  edirlər. 

Lakin nəzərə almırlar ki, həmin təcrübəni emosional yük və 

vərdişlərlə  həddindən  artıq  ağırlaşmış  formada  övladlarına 

ötürürlər.Uşağın tərbiyəsi keçmişdən azad olunmalı, müasir 



dövrün  tələbatları  nəzərə  alınmalıdır.Valideyn-övlad 

münasibətlərində  stress  və  gərginliyin  azaldılmasının  ən 

səmərəli  yolu  ünsiyyət  prosesində  pozitiv  ünsiyyətdən, 

müsbət  ifadələrdən  istifadə  etməkdir.  Hər  bir  şəxs  yaxşı 

əhval-ruhiyyədə olduqda daha düzgün qərarlar verir, nəinki 

əsəbi və qəzəbli halda.Münasibətləri qorumaq, gərginliyə yol 

verməmək, stress və gərginliyin azalması məqsədilə neqativ 

fikirlərin  pozitiv  şəkildə  səsləndirilməsi  təmin  olunmalıdır. 

Məsələn, yeniyetmə dostu ilə görüşmək istədiyini bildirdikdə 

adətən  valideyn,  “xeyr,  olmaz,  hələ  ev  tapşırıqlarını  yerinə 

yetirməmisən”-  deyir.  Müsbət  ifadələrdən  istifadəyə 

üstünlük  verdikdə  isə  reaksiya  dəyişir.  Məsələn:  “Əlbəttə, 

dərslərini oxuyandan sonra gedə bilərsən”. Sonuncu ifadədə 

məsuliyyət uşağın üzərinə qoyulur və valideyn ona inamını 

nümayiş etdirir.Tərbiyə işində ən vacib məqamlardan biri də 

uşağın  şəxsiyyətini  deyil,  davranışını,  yalnış  hərəkətlərini 

müzakirə etməkdir.Valideynin anlayış göstərməsinin xüsusi 

əhəmiyyəti  vardır,  çünki  uşaq  anlayır  ki,  hər  kəsin  onun 

hərəkət  və  davranışlarından  məmnun  qalması  üçün 

əməkdaşlıq etmək lazımdır. 

Valideynlər  övladlarının  gündəlik  xərclərinədə  diqqətlə 

yanaşmalıdır.  O,  uşağa  münasibətini  verdiyi  pulla 




ölçməkdən, 

müqayisələr 

aparmaqdan 

yayınmalı, 

tapşırıqlarının  yerinə  yetirilməsini  maddi  cəhətdən 

dəyərləndirməməlidir. 

Uşaqlar 

erkən 


yaşlarından 

qənaətcillik,  xeyriyyəçilik,həmçinin  xərclər,  Məsrəflər 

barədə  məlumatlı  olmalı,  pul  toplamağı  və  ondan  istifadə 

etməyi  bacarmalıdırlar.Uşaqlara  ailədə  seçim  imkanının 

verilməsi  ailədə  uşaqları  faydalı  əməyə  cəlb  etmək  üçün 

onlara seçim imkanı verilməlidir. Seçim məsuliyyət hissinin 

tərbiyə  olunmasına  və  davranışa  təsir  baxımından  mühüm 

komponentdir. 

Seçim 

nəticələri 



əvvəlcədən 

proqnozlaşdırmağa şərait yaradır, özünəinam, müstəqillik və 

əməkdaşlığı  gücləndirir.  Bunlar  “əmr”  və  göstərişlərdən 

dəfələrlə çox fayda verir. 

Ailə 

tərbiyəsində 



refleksiyanın 

rəğbətləndirilməsi 

(həvəsləndirilməsi) və təşkili . 

Refleksiya təkcə təlim prosesində deyil, ailə tərbiyəsində də 

əhəmiyyətli  məsələlərdəndir.  O,  ailə  tərbiyəsinin  mühüm 

komponentlərindəndir. 

Ailə 

tərbiyəsində 



refleksiya 

münasibət, istək, davranış haqqında düşünmə mənasını ifadə 

edir. Onun məqsədi davranışa təsir göstərən xarici tədbirləri 

deyil,  daxili  motivasiyanı  stimullaşdırmaqdır.  Valideyn 

uşağa  nəzərət  edə  bilər,  lakin  onun  vasitəsilə  dəyişdirməyi 



bacarmaz. Nəzarət davranışla bağlı problemlərin həllində də 

kifayət  qədər  fayda  vermir.  Uşaqları  necə  dəyişmək  olar? 

Bunun  ən  səmərəli  yolu  onları  refleksiyaya  yönəltmək, 

hərəkətləri haqqında düşünməyə yönəltmək, doğru və yanlış 

fəaliyyətlərini qiymətləndirməyi öyrətməkdir. 


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin