Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


vahid  və  birləşdirici  bir  qurum



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə8/29
tarix21.04.2017
ölçüsü2.8 Kb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

vahid  və  birləşdirici  bir  qurum  kimi  forma  və  məzmunu 
ortaya  çıxır.  Dövlətin  sistem  əhəmiyyəti  kəsb  edən  siyasəti 
onun  məqsədləri  uğunda  qurulur.  Dövlətin  xarici  siyasət 
məqsədləri  onun  bütün  fəaliyyətində  öz  əksini  tapır.  Bu 
baxımdan  da  xarici  siyasət  sahələri  üzrə  məqsədlər  də 
şaxələnir.  Dövlətin  müharibə  törətmək  məqsədi  (bu, 
kasıbçılıqdan  da  irəli  gələ  bilər),  sülh  yaratmaq  məqsədi, 
münaqişələr  yaratmaq  məqsədi  və  niyyəti,  geosiyasi 
maraqlarını  (dövlət  böyük  olanda  daxili  geosiyasətini  və 
xarici  geosiyasətini)  formalaşdırmaq  məqsədi,  miqrasiya 
məqsədi,  mədəniyyətini  inkişaf  etdirmək  məqsədi,  xalqının 
mənsub  olduğu  dilini  yaymaq  məqsədi,  iqtisadiyyatını 
genişləndirmək  məqsədi,  hərbi  siyasətini  böyütmək  kimi 
məqsəd  istiqamətləri  meydana  gəlir.  Dövlətlər  xarici  siyasət 
sahəsində  baza  məqsədlərinə  nail  olmaq  üçün  təşkilati 
funksiyaları  həyata  keçirirlər:  danışıqları  təşkil  etmək, 
diplomatiyadan  istifadə  etmək,  dialoqları  təşkil  etmək, 
konfranslar,  sammitlər,  konqresslər,  forumlar  və  digər  iclaslar 
və  yığıncaqlar  təşkil  etmək,  rəsmi  səfərləri  təşkil  etmək, 
sənədlərə  qoşulmaq,  təşkilatlarda  iştirak  etmək,  təşkilatlar 
yaratmaq  və  s.  bu  kimi  təşkilati  istiqamətlər  təşkilati 
məqsədləri və funksiyaları ortaya çıxarır. (Qeyd: bir məqsədin 
yerinə  yetirilməsi  də  digər  məqsədlərin  tətbiqi  zərurətini 
ortaya  çıxarır.  Məqsədlər  başqa  məqsədlərdən  –ardıcıl 
məqsədlərdən  meydana  gəlir).  Bu  təşkilati  məqsədlər  də  öz 
növbəsində  ümumi  məqsədlərin  icra  olunması  üçün  şəraitin 
meydana gəlməsinə xidmət edir. Bu da ondan irəli gəlir ki, hər 
bir məqsəd hərəkəti üzərə çıxarır və hərəkətdən meydana gəlir. 
Məqsədlərə  çatmaq  istiqamətində  bir  çox  strateji  və  taktiki 
məsələlər  müəyyən  edilir.  Taktiki  və  strateji  məsələlər  baza 
etibarilə  şəraitlə  və  zamanla  bağlı  olur  və  adətən  gələcəyə 

 
79 
 
doğru  yönəlir.  Dövlətin  strateji  sahələri  də  təsnif  olunur  və 
dövlət  öz  strategiyasında  məqsədlərinin  kəmiyyətini  müəyyən 
edir. Kəmiyyətlərin müəyyən edilməsi dövlətin gücünə və onun 
iştirak  imkanlarına  bağlı  olur.  Strateji  sahələri  içərisində 
iqtisadiyyat  birinci  yerdə  dayanır.  Bunun  ardınca  güclü  hərbi 
birləşmələri  və  digər  silahlı  qüvvələri  yaratmaq  da  dövlətin 
strategiyasına  və  taktikasına  aid  olur.  Dövlət  daima 
mövcudluğunu  təmin  etmək,  inkişaf  etmək  və  müdafiə 
olunmaq  strategiyalarını  müəyyən  edir.  Bu  strategiyaları  baza 
strategiyalar kimi də təsnif etmək məqsədəuyğundur.  
Beynəlxalq münasibətlər regionda və regiondan kənarda 
sahələr  üzrə  müəyyən  edilir.  Dövlətlər  həm  ümum  əsaslarla 
(vahid  dövlət  məzmunu  fəaliyyəti  tərkibində),  həm  də  xüsusi 
qaydada  beynəlxalq  münasibətlərə  qoşulurlar.  Məsələn, 
dövlətlər  bəzən  onları  qane  etməyən  sənədlərə  qoşulmaqdan 
imtina  edirlər.  Bu,  dövlətin  xüsusi  qaydada  beynəlxalq 
münasibət  fəaliyyətinin  əsasıdır.  Eləcə  də  başqa  iki  dövlət 
arasında  olan  strateji  müttəfiqlik  sənədinə  üçüncü  dövlət 
qoşulmaya  bilir.  Bu  da  xüsusi  qaydadır.  Beynəlxalq 
münasibətlərə qoşulmaq məqsədi xarici siyasətin məqsədləri ilə 
eynilik  təşkil  edir.  Xarici  siyasət  fəaliyyəti  münasibətləri, 
münasibətlər  isə  fəaliyyətin  nəticələrini  təzahür  etdirir.  Xalqı 
və siyasi qurum kimi hakimiyyəti tanıtmaq dövlətin həm xarici 
siyasətinin,  həm  də  beynəlxalq  münasibətlərinin  başlıca 
məqsədlərinə  çevrilir.  Dövlətin  xarici  siyasətində  məqsəd  və 
maraqlar üzvi vəhdət təşkil edir və hər iki məzmun böyüməyə 
və hərəkət sahələrini və obyektlərini artırmağa xidmət edir.  
 

 
80 
 
Xarici siyasətdə maraq anlayışı.  
Maraqların  təmin  olunmasında  (siyasi  təsiretmədə) 
məsafə və məkan amıli 
 
Maraq  fərdlərin  özündən  büruzə  verməklə  (ifadə 
olunmaqla)  onların  mövcudluğuna  və  inkişafına  xidmət  edir. 
Dövlətin  və  cəmiyyətin  bütün  üzvləri  fərdi  və  universal 
qaydada maraq nümayiş etdirirlər. Universal maraqlarda enerji 
artıq olur ki (enerji bolluğu yaranır), fərdlər də bu mənbədən öz 
maraqları üçün yararlanırlar. Universal maraqlar fərdi maraqlar 
üçündür.  Yəni,  bolluq  və  zənginlik  fərdin  maraqlarının 
ödənilməsinə xidmət edir. Maraqlarsız siyasət (fəaliyyət) təşkil 
edilə  bilməz.  Siyasətin  stimullaşdırılmasında  istqamətverici 
amil  kimi  maraq  dayanır.  Maraq  öz  arxasınca  məqsədləri  və 
hərəkətləri  müəyyən  edir.  Xarici  siyasət  dövlətin  sakinlərinin 
maraqlarından meydana gəlir. Ehtiyac və tələbatdan irəli gələn 
maraq  dövlətin  məqsədlərini  müəyyən  edir.  Dövlət  maraqları 
dövləti  öz  xarici  siyasətinin  məqsəd  istiqamətlərini  müəyyən 
etməyə  vadar  edir.  Dövlət  maraqlarının  daxildə  olan  şaxəli 
prinsipi  onun  xarici  siyasətində  də  öz  təsirlərini  göstərir. 
Dövlət çalışır ki, daxili strukturları xarici siyasət strukturları ilə 
birləşsin və vəhdət təşkil etsin, birləşik siyasət həyata keçirsin. 
Dövlət daxildə və xarici sferada öz maraqlarını şaxələndirilmiş 
əsaslarla müəyyən edir. 
Dövlətin marağı və onun təmin edilməsinin bu və ya digər 
səviyyədə  forması  bir  tərəfdən  inkişafdır,  digər  tərəfdən  də 
mövcudluğunu  qorumaqdır.  Dövlət  maraqları  dövlət  sərhəd-
lərinin  qorunmasına  yönəlir  və  eləcə  də  digər  məkanlarda 
maraqların  böyüməsinə  əsaslanır.  Dövlət  maraqları  daima 
şaxələnmə  xüsusiyyətlərinə  malik  olur.  Dövlət  maraqları  həm 
də  məhdudlaşdırıcı  məzmunu  özündə  əks  etdirir.  Digər 
dövlətlərin  maraqlarının  da  mövcudluğu  müvafiq  dövlət  üçün 
maraq məkanı sərhədlərini və sferasını meydana gətirmiş olur. 
Dövlətlər  beynəlxalq  münasibətlərdə  maraq  sferalarına  daxil 

 
81 
 
olurlar  və  maraqların  qarşılıqlı  mövcudluğu  dövlətlərin 
maraqları  arasında  məhdudlaşdırıcılığı  da  meydana  gətirir. 
Beynəlxalq  münasibətlər  və  dövlətlərin  beynəlxalq  hüquq 
normalarını  yaratmaları  onların  ümumi  formalı  maraqlarının 
təmin  edilməsinin  əsaslarını  təşkil  edir.  Beynəlxalq  norma-
lardan  dövlətlər  ümumi  davranış  qaydaları  (əməl  etmək 
prinsipləri)  formalaşdırırlar.  Təbii  olaraq  universal  beynəlxalq 
hüquq  normaları  yaradılır,  eləcə  də  fərdi  və  konkret  sahələr 
üzrə normalar qəbul olunur. Universal normalar özündə ədaləti 
əks etdirir. Bu universal ədalət məzmunu ayrı-ayrı sahələr üzrə 
hüquq normalarının yaradılmasını təşkil edir. 
Maraqların  təmin  edilməsində  məkan  və  məsafə  amili 
böyük  roil  oynayır.  Bu  məsaf  həm  zamanda  və  həm  də 
coğrafiyada  öz  əksini  tapır.  Böyük  dövlətlər  çalışıralar  ki,  öz 
xarici  siyasət  maraqlarını  məkan  şəbəkələri  əsasında  müəyyən 
etsinlər.  Bu  məqsədlə  ittifaqları  təşkil  edirlər.  Məkanlar 
arasında  əlaqələrin  mövcudluğu  və  transformalı  münasibətlər 
maraqların  məkanlar  üzrə  təmin  olunmasının  əsaslarını 
yaradırlar.  Məkanların  şəbəkələri  şəbəkəli  siyasətin  həyata 
keçirilməsi  üçün  dayaq  mərkəzləri  rolunu  oynayır.  Məsələn, 
ABŞ-ın  Avratlantik  məkanda  (Qara  və  Aralıq  dənizi 
regionlarında)  strateji  maraqlarının  təmin  olunmasında  NATO 
ölkələri,  xüsusilə,  bu  dəniz  regionlarında  İtaliya,  Yunanıstan, 
Türkiyə  və  Rumıniya  həlledici  mövqeyə  malik  olurlar. 
Məkanlar 
arasında 
bağlılıq 
dövlətlərin 
xarici 
siyasət 
maraqlarının uzanmasına və böyüməsinə xidmət edir. Məsələn, 
keçmiş  SSRİ  məkanı  arasında  olan  məkan  bağlılığı  Rusiyanın 
geniş  maraqlarına  xidmət  edir.  Eləcə  də  Avropa  İttifaqı, 
Avstraliya  və  Sakit  Okeaniya  ABŞ-ın  region  maraqlarının 
böyüməsinə səbəb olur. Çin Cənubi-Şərqi Asiyada maraqlarını 
genişləndirir.  ABŞ  Sakit  və  Atlantik  okeanları  regionları  üzrə 
maraqlarını  böyüdür.  Məkan  dövlətlərin  geosiyasətinin 
böyüməsinə  xidmət  edir.  Məkanın  böyüməsi  ittifaqları, 
birlikləri  meydana  gətirir,  eləcə  də  ittifaqlar  da  güc 

 
82 
 
mərkəzlərini  yaradır.  Güc  məkanı  genişləndirir.  Məkanın 
böyüməsi  də  öz  növbəsində  dünya  hakimiyyəti  məsələsini 
ortaya  çıxarır.  Dünya  siyasətinin  təmin  olunmasında,  həyata 
keçirilməsində  məkan  subyektləri  və  obyektləri  böyük  bir 
dayaq, istinadgah rolunu oynayır. Böyük dövlətlər üçün orta və 
kiçik  gücə  malik  olan  dövlətlər,  eləcə  də  orta  və  kiçik  gücə 
malik  olan  dövlətlər  üçün  böyük  dövlətlər  maraqların  təmin 
olunması baxımından dayaq elementi rolunu oynayırlar. Böyük 
dövlətlərə kiçik və orta gücə malik olan dövlətlər böyük enerji 
mənbəyi  vasitəsi  kimi  baxırlar  və  dövlətlərin  qruplaşmasında 
bu  kimi  yanaşmalar  əhəmiyyət  kəsb  edir.  Məsələn,  keçmiş 
SSRİ  respublikalarının  çoxlu  sayda  vətəndaşları  Rusiyada 
qazanclar  əldə  etmək  üçün  işləyirlər  və  yaşayırlar.  Rusiya 
keçmiş  SSRİ  məkanı  üçün  bir  enerji  mənbəyi  kimi  əhəmiyyət 
daşıyır.   
Məkanlarda  dövlətlər  öz  hərbi  bazalarını  yerləşdirirlər. 
Eləcə  də  iqtisadi  maraqları  meydana  gəlir.  Məsələn,  Rusiya, 
Çin,  Braziliya,  Hindistan,  Cənubi  Afrika  birləşərək,  özlərinin 
maraq  sferalarını  böyüdürlər.  (Qeyd:  bu  birləşmə  də 
Avraatlantik  birləşməsinin  mövcudluğundan  və  ərazi 
baxımından  genişlənməsindən  ortaya  çıxır.  Onu  da  nəzərə 
almaq  lazımdır  ki,  siyasi  təsiretmədə  əks  təsirlər  meydana 
gələ bilir.  Bu  anda  müəyyən  qədər  güc və potensiala sahib 
olan  ölkələr  yğışırlar  və  müdafiə  olunmaq  və  güclənmək 
strategiyasını  qəbul  edirlər).    Burada  bir  dövlət  digər  böyük 
dövlət  hesabına  öz  maraq  sferasını  genişləndirməyə  can  atır. 
NATO  daha  çox  onun  tərkibində  olan  üzvlər  hesabına 
böyümək  strategiyasını  yerinə  yetirir. NATO-nun Şərqə doğru 
genişlənməsi  bu  təşkilatı  həm  üfiqi  istiqamətdə  (yəni  məkanı, 
dövlətləri əhatə etmək baxımından), həm də şaquli olaraq (yəni 
daxildən  fəaliyyət  obyektlərinin  genişlənməsi  baxımından) 
böyüdür. Məkanın böyüməsi sistemin fəaliyyət istiqamətlərinin 
sayını  da  çoxaldır.  Eyni  zamanda  yeni  inkişaf  prosesləri  və 
buna müvafiq olaraq meydana gələn zərurət yeni istiqamətlərin 
obyekt  kimi  cəlb  olunmasının  əsaslarını  təşkil  edir.  ABŞ-ın 

 
83 
 
dünya hakimiyyətinin təmin edilməsində məkan və məkandakı 
subyektlər böyük rol oynayırlar. Belə ki, ABŞ-ın okean dövləti 
olması  ona  digər  məkanlarda  (məsələn,  Avrasiyada)  dayaq 
elementlərinin  olmasının  vacibliyi  amilini  ortaya  çıxarır. 
Məkanlar  quruda  və  suda  ola  bilir.  Qurudakı  məkanlar  böyük 
əhəmiyyət  kəsb  edir  və  özündə  insan  potensialını  da  aid 
etməklə  böyük  potensialı  cəmləşdirir.  Materik  siyasəti  (baza 
olaraq  kontinental  siyasət  də  demək  olar)  su  siyasətindən 
(dəniz  siyasətindən)  daha  vacib  əhəmiyyət  kəsb  edir.  Sudakı 
məkanları  isə  əsasən  hərbi  (suüstü  və  sualtı) və  mülki gəmilər 
təşkil  edirlər.  Bu  baxımdan  da  dövlətlər  dənizdə  güclənmək 
üçün güclü hərbi donanma yaratmaq marağında olurlar. Onu da 
nəzərə  almaq  lazımdır  ki,  dəniz  məkanları  başlıca  olaraq  quru 
məkanlarına  nəzarət  və  qurudakı  güc  mərkəzlərinin  güclərinin 
dənizlər  üzrə  böyüməsinin  qarşısını  almaq  məqsədilə  təşkil 
edilir.  Başlıca  hədəf  quruya  yönəlir.  Dəniz  obyektləri  isə 
quruya  hücüm  və  qurunun  müdafiəsi  üçün  nəzərdə  tutulur. 
Bu  baxımdan  dünya  siyasəti  (beynəlxalq  münasibətlərin 
geosiyasəti)  qlobal  məzmunda  quru  və  dəniz  arasında 
hakimiyyət  uğrunda  (burada  daha  çox  nüfuz  dairələrinə 
sahib  olmaq  nəzərdə  tutlmalıdır)  baş  verən  müdafiə  və 
hücum  xarakterli  siyasətdir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 
məkan  məsələsində  məkanın  böyüdən  elementlər,  məsələn, 
eynikökənli  xalqların  və  oxşar  mədəniyyətə  malik  olan 
xalqların  dünyaları  da  mühüm  əhəmiyyət  kəsb  edir.  Bir  çox 
hallarda  eynikökənli  xalqların  (türklər,  slavyanlar)  və  çoxlu 
sayda  dövlətlərə  sahib  olan  xalqın  (millətin)  (ərəblərin) 
müəyyən  coğrafi  məkanlarda  birləşmiş  trayektoriyanı  yaradan 
geosiyasi  və  geomədəni  qurşaqları  meydana  gəlir.  Burada 
mədəni komponent də bu qurşaqda  yerləşən dövlətlər arasında 
sıx  əlaqələrin  yaranmasının  əsaslarını  təşkil  edir.  Geosiyasət 
dünya  düzənini  meydana  gətirir.  Bununla  yanaşı,  dövlətlərin 
güclərinə  görə  təsnif  olunmasını  da  şərtləndirir.  Dövlətlərin 
güclərinə  görə  təsnif  olunmaları  məqsəd  və  maraqların 
güclərinə görə təsnif olunmaları amilini ortaya çıxarır.   

 
84 
 
Xarici siyasətin vəzifəsi 
  
Xarici siyasəti təşkil etməyin, müəyyənləşdirmənin özü bir 
vəzifədir,  dövlətin  qarşısına  qoyduğu  ümumi  və  konkret 
məzmun  kəsb  edən  bir  vəzifədir.  Xarici  siyasəti  təşkil  etmək 
dövlətin öz vəzifəsidir. Buradan isə xarici siyasətin öz vəzifəsi 
meydana gəlir. Təbii ki, bu da dövlətin özünün vəzifəsi demək 
olur.  Xarici  siyasətin  vəzifəsi  dövlətin  bir  subyekt  kimi 
mövcud  olan  hüququndan  ortaya  çıxır.  (Qeyd:  dövlət,  həm 
daxildə,  həm  də  xaricdə  müəyyən  vəzifələri  yerinə  yetirmək 
hüquqlarına  malik  olur.  Dövlətə  də  hüquqları  onun  xalqlı 
verir.  Xalq  dövlətə  hüquq  və  səlahiyyət  verməklə,  öz 
hüquqlarının  təmin  olunmasında  tənzimedici  tərəf  kimi 
dövlətə  müəyyən  işlərin  görülməsi  üçün  səlahiyyət  verir. 
Buradan  da  dövlətin  vəzifələri  müəyyən  olunaraq  ortaya 
çıxır).  Xarici  siyasət  bir  hərəkət  mənzərəsi  olduğundan  və 
müəyyən 
məqsədlərə 
çatmağı 
qarşısına 
hədəf 
kimi 
qoyduğundan,  burada  vəzifələr  müəyyən  olunur.  Vəzifələr  də 
maraqların tərkibindən asılı olaraq müəyyən hədlərlə müəyyən 
olunur.  Xarici  siyasətin  vəzifəsini  dövlətin  xarici  siyasəti  ilə 
məşğul  olan  qurumları  (bu  istiqamətdə  icra  orqanları  olaraq-
nazirliklər,  idarələr  və  diplomatik  nümayəndəliklər)  yerinə 
yetirir. 
Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi 
haqqında  Əsasnamədə  Nazirliyin  vəzifələri  bu  kimi  şəkildə 
müəyyən olunur:  
 -Azərbaycan  Respublikasının  xarici  siyasətinin  konsepsiyası  və 
əsas  istiqamətləri  üzrə  təkliflərin  hazırlanması  və  Azərbaycan 
Respublikasının Prezidentinə təqdim edilməsi
 -Azərbaycan  Respublikasının  xarici  siyasətinin  həyata  keçiril-
məsinin təmin edilməsi
-xarici  siyasət  sahəsində  dövlət  orqanlarının  razılaşdırılmış 
qarşılıqlı  fəaliyyətinin  təmin  olunması  barədə  təkliflərin  hazırlan-
ması və Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi;  
-beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunmasına  diplomatik 
üsul və vasitələrlə kömək göstərilməsi; 

 
85 
 
 -Azərbaycan  Respublikasının  suverenliyinin,  təhlükəsizliyinin, 
ərazi  bütövlüyünün  və  sərhədlərinin  toxunulmazlığının,  onun  siyasi, 
iqtisadi  və  digər  maraqlarının  diplomatik  üsul  və  vasitələrlə  təmin 
edilməsi;  
 -Azərbaycan  Respublikasının,  onun  vətəndaşlarının  və  hüquqi 
şəxslərinin  xaricdə  hüquq  və  maraqlarının  müdafiə  edilməsi;  
 -Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  və  beynəlxalq 
təşkilatlarla diplomatik və konsul əlaqələrinin təmin edilməsi; 
 -Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi;  
 -Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  və  beynəlxalq 
təşkilatlarla münasibətlərində vahid siyasi xəttinin həyata keçirilmə-
sinin təmin edilməsi məqsədi ilə digər icra hakimiyyəti orqanlarının 
fəaliyyətinin əlaqələndirilməsi;  
-Azərbaycan  Respublikasının  və  onun  ayrı-ayrı  dövlət  orqan-
larının  beynəlxalq  siyasi,  iqtisadi,  elmi-texniki,  mədəni,  humanitar 
münasibətlərinin  əlaqələndirilməsi  və  diplomatik  təminatı.
1
  
 
Diplomatik xidmət orqanlarının vəzifələri qanunla bu qaydada 
müəyyən olunur:  
 
-Azərbaycan  Respublikasının  xarici  siyasətinin  konsepsiyası  və 
əsas  istiqamətləri  üzrə  təkliflərin  hazırlanması  və  Azərbaycan 
Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi; 
-Azərbaycan 
Respublikasının 
xarici 
siyasətinin 
həyata 
kecirilməsinin təmin edilməsi
-Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  və  beynəlxalq 
təskilatlarla  münasibətlərində  vahid  siyasət  xəttinin  həyata 
kecirilməsinin  təmin  edilməsi  məqsədilə  digər  muvafiq  icra 
hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsi; 
-Azərbaycan  Respublikasının  suverenliyinin,  təhlükəsizliyinin, 
ərazi  bütövlüyünün  və  sərhədlərinin  toxunulmazlığının,  onun  siyasi, 
iqtisadi  və  digər  sosial  maraqlarının  diplomatik  üsul  və  vasitələrlə 
təmin olunması; 
                                                 
1
 AZƏRBAYCAN  RESPUBLİKASININ  XARİCİ  İŞLƏR  NAZİRLİYİ 
HAQQINDA  Ə  S  A  S  N  A  M  Ə.  Azərbaycan  Respublikası  Prezidentinin  
29 yanvar 2004-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur.  

 
86 
 
-Beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunmasına  diplomatik 
üsul və vasitələrlə kömək göstərilməsi; 
-Azərbaycan  Respublikasının,  onun  vətəndaslarının  və  hüquqi 
səxslərinin xaricdə hüquq və maraqlarının müdafiə olunması; 
-Azərbaycan  Respublikasının  digər  dövlətlərlə  və  beynəlxalq 
təskilatlarla diplomatik və konsul əlaqələrinin həyata keçirilməsi
-Azərbaycan Respublikası dövlət protokolunun təmin edilməsi. 
-Diplomatik  xidmət  orqanları  Azərbaycan  Respublikasının 
Konstitusiyasına  və  qanunlarına  uyğun  olaraq  digər  vəzifələri  də 
həyata keçirə bilər.
1
  
Azərbaycan 
Respublikasının 
Konsulluğu 
haqqında 
Əsasnaməsinə əsasən, Konsulluğun əsas vəzifələri bunlardır:  
-Azərbaycan Respublikası ilə qəbul edən dövlət arasında dostluq 
münasibətlərinin  inkişafına,  iqtisadi,  elmi-texniki,  mədəniyyət, 
ticarət,  idman,  turizm  və  digər  sahələrdə  əlaqələrin  genişlənməsinə 
yardım göstərmək;  
-qəbul  edən  dövlətdə  Azərbaycan  Respublikasının,  onun 
vətəndaşlarının  və  hüquqi  şəxslərinin  hüquq  və  maraqlarını  öz 
səlahiyyətləri daxilində müdafiə etmək;  
-qəbul edən dövlətdə Azərbaycan Respublikasının diplomatik və 
konsul əlaqələrini qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata 
keçirmək;  
-qəbul  edən  dövlətə  rəsmi  nümayəndə  heyətlərinin  səfərlərinin 
hazırlanmasına  və  həyata  keçirilməsinə  öz  səlahiyyətləri  daxilində 
kömək etmək.
2
  
Xarici  siyasət  məfhumunun  özü  bir  istiqamətdir  və 
məqsədlərə  çatmaq  vəzifəsi  üçün  təşkil  olunan  fəaliyyət 
sahəsidir.  Xarici  siyasətin  başlıca  vəzifəsi  (burada  dövlətin 
xarici  siyasət  fəaliyyətinin  başlıca  vəzifəsi)  onun  məqsədinə 
çatmaq  yollarını  müəyyən  etməkdən  ibarətdir. Xarici siyasətin 
vəzifəsi  də  şaxələrə  bölünür  və  onun  gediş  istiqamətlərini  əks 
                                                 
1
 Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu 
http://www.rusum.az/laws/law_953106246_7974.pdf 
2
 Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə 
http://www.mfa.gov.az/index.php?option=com_content&task=view&id=28
&Itemid=40 

 
87 
 
etdirir.  Xarici  siyasətin  birinci  vəzifəsi  məqsədlərə  çatmaq 
üçün  təşkilati  funksiyanı  yerinə  yetirməkdən  ibarətdir. 
Təşkilati funksiyaya siyasətin təşkil olunması yollarını, üsul və 
vasitələrin (burada mərkəzlərin (subyektlərin), alətlərin (hüquq 
normalarının))  təşkilini  və  tətbiqini  aid  etmək  olar.  Xarici 
siyasət  müxtəlif  üsullarla  təşkil  edilir,  struktur  vahidlikləri 
yaradılır və struktur vahidlikləri də aidiyyatı funksiyanı  yerinə 
yetirir. Xarici siyasətin vəzifəsinə dövlətin inkişaf etməsi üçün 
müəyyən  yolların  tapılması  funksiyası  da  aid  olur.  Xarici 
siyasət  dövlətlərin  (iki  və  ya  da  çox  dövlətin)  daxili  siyasət 
strukturları  arasında  əlaqələri  (bir-birilərinin  daxili  strukturları 
arasında)  yaratmaq  vəzifəsini  yerinə  yetirir.  Öhdəliklər  və 
məsuliyyət  məsələləri  də  xarici  siyasətin  vəzifəsinə  aid  olur. 
Xarici  siyasətin  vəzifəsi  burada  iştirak  edən, siyasəti müəyyən 
edən  və  siyasəti  icra  edən  şəxslərin  vəzifəsi  ilə  eynilik  təşkil 
edir.  Dövlət  məhz  özünün  xarici  siyasət  vəzifəsini  yerinə 
yetirən  hakimiyyət  elementlərindən  istifadə  edir.  Xarici 
siyasətdə iştirak edən şəxslər qarşılarına məqsədlər qoyurlar və 
bunun  üçün  vəzifələr  yerinə  yetirirlər.  Dövlətin  vəzifəsi 
özünün  xarici  siyasətini  mükəmməl  şəkildə  təmin  etməkdən 
ibarətdir.  Bunun  da  məğzində,  mahiyyətində  vətəndaşlşarının 
maraqlarının  təmin  olunması  amili  dayanır.  Dövlət  öz 
vəzifəsini layiqli şəkildə icra etmək üçün öz məmurlarından və 
digər  vəzifəli  şəxslərdən  müvafiq  hərəkətlərin edilməsini tələb 
edir.  Dövlətin  xarici  siyasətinin  vəzifəsinin  nəzəri  əsasları 
normativ-hüquqi  aktlarda  (məsələn,  konstitusiyada,  bu  əsas 
qanundan  irəli  gələrək,  xarici  siyasət  fəaliyyətini  əks  etdirən 
əsasnamələrdə öz əksini tapır. Hər bir dövlət öz xarici siyasət 
vəzifəsini  yerinə  yetirmək  səlahiyyətinə  məxsus  olur  və  bu, 
beynəlxalq  hüquq  qaydalarında  da  təsbit  olunur.  Xarici 


Поделитесь с Вашими друзьями:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə