Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   2   3   4   5   6   7   8   9   ...   29

nəticə  məsələlərini,  tarazlığı,  tamamlamanı  təmin  edir. 
Dövlətin xarici siyasəti həm də onun daxili siyasətinin davamı 
kimi  qəbul  edilməlidir.  Xarici  siyasət  baza  etibarilə  dövlətin 
özünə,  özəyinə  xidmət  edir  və  vətəndaşlarının  maraqlarının 
təmin  edilməsinə  yönəlir.  Dövlət  iki  istiqamətdə  fəaliyyət 
göstərməklə, iki istiqamətdə olan komponentləri birləşdirməklə 
və vahid siyasi rels yaratmaqla daha da güclənir. İstiqamətlərin 
birləşməsi  zamanı  daxili  siyasət  cərəyanının tərkib elementləri 
xarici siyasət cərəyanının tərkib elementləri ilə zənginləşdirilir. 
Xaricdən  daxil  olan  siyasət  cərəyanları  təbii  ki,  daxildəki 
siyasətin  böyüməsinə  təsir  göstərir.  Xarici  siyasət  fəaliyyəti 
özü  ilə  daxildə  olmayan  elementləri  də  gətirir.  Yəni  dövlət 
xarici  siyasəti  ilə  daxilini  təmin  edir,  nüvəsini  gücləndirir. 
Məsələn,  iqtisadi-ticarət  əlaqələri  bu  zərurətdən  təşkil  edilir. 
Dövlətin  ayrı-ayrı  strukturları  tərəfindən  həyata  keçirilən 
beynəlxalq  iqtisadi  əlaqələr  dövlətin  beynəlxalq  siyasətinin 
baza  gücünü  və  avanqard  elementini  meydana  gətirir.  Beynəl-
xalq  əlaqələr  sayəsində  daxildəki  siyasət  cərəyanları  böyüyür. 
Böyümə  prosesləri  ilə  dövlətin  siyasət  istiqamətləri  möhkəm-
lənir,  daxili  tələbat  üçün  böyük  baza  yaranır,  nəticədə  dövlət 
böyüyür və daxili imkanlarını-şaquli və sistem çərçivəsində 
üfiqi  olaraq  genişləndirir.  İki  dövlət  arasında  hərbi-siyasi  və 
təhlükəsizlik  sahəsində  olan əlaqələr də  həm  dövlətlərin xarici 
siyasətlərini  qorumaq,  resursları  qorumaq,  prosesləri  rahat  və 

 
46 
 
sərbəst  şəkildə  təmin  etmək,  ümumiyyətlə  isə  daxili  və  xarici 
siyasəti  birləşmiş  formada  mühafziə  etməkdən  ibarətdir. 
Beynəlxalq  təhlükəsizliyi  təmin  etmək  siyasəti  dövləti  nüvə 
mərkəzi  kimi  forma  olaraq  qorumaq  məqsədini  də  güdür. 
Buradan da bir daha belə bir məntiqi fikirə rast gəlmək olur ki, 
dövlətin xarici siyasəti onun daxilən mövcudluğuna və xaricən 
(yəni  beynəlxalq  münasibətlərin  subyekti  kimi)  mövcud 
olmasına xidmət edir.  
Dövlətin  daxili  və  xarici  siyasətini  təmin  edən  strukturlar 
öz  imkanlarına  görə,  siyasəti  icra  etmələrinə  görə  (burada 
səlahiyyət  və  vəzifə  sahələrinə  və  gördükləri  işlərin  həcminə 
görə)  təsnif  olunurlar.  Təsnifat  dövlət  siyasətinin  iyerarxiya-
sını  ortaya  çıxarır  və  piramidal  əsaslar  meydana  gəlir.
1
 
Təsnifat  sayəsində  vəzifə  bölgüləri  arasında  səlahiyyət 
baxımından  vəzifə  funksiyalarının  tərkibi  müəyyən  olunur. 
Böyük  məsuliyyətə  malik  olan  vəzifələrdən  tutmuş  aşağı 
məsuliyyətə qədər olan vəzifələr yaranmış olur. Dövlət özünün 
şaxəli  strukturlar  fəaliyyətində  öz  məkanı  üzrə  özünü 
təsdiq  etmiş  olur.  Məkan  üzrə  idarə  olmadan,  eləcə  də 
xarici  məkanlar  (beynəlxalq  münasibətlər  sahələri)  üzrə 
idarəçilik  olmadan,  dövlətin  varlığından  söhbət  gedə 
bilməz.  Dövlət,  məhz  siyasət  həyata  keçirərkən  özünün 
məzmununu üzərə çıxarır. Hərəkətsiz və fəaliyyətsiz dövlət 
hakimiyyətinin  mövcudluğundan  söhbət  gedə  bilməz. 
Dövlət  həm  idarəedən,  həm  də  öz  məkanında  və 
məkanından kənarda idarəolunandır. İdarə etmək və idarə 
olunmaq dövlətin daxilindən gələn cərəyanlarda, təsirlərdə 
öz  əksini  tapır.  Dövlətin  məkanı  idarəetmənin  məkanıdır. 
Dövlət-müəyyən  məkan  üzərində  ünsürlərin,  elementlərin, 
vasitələrin  qarşılıqlı  təsir  vəziyyətini  əks  etdirən  bir 
kompleksdir  və  kompozisiyadır.  Burada  kompozisiya 
                                                 
1
 Nəsibov E.M. “Siyasətin tərkib hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-
“Elm və Təhsil”-2010. 116 s., ss.11-13. 

 
47 
 
hərəkətdə  olan  şəxslərin  (insanların)  mənəvi-ruhi  xüsu-
siyyətlərindən ortaya çıxır. Dövlət cəmiyyətə təsir göstərən, 
həm  də  cəmiyyətdən  təsirlənən,  cəmiyyətə  enerji  verən, 
cəmiyyətdən  enerji  alan,  bu  baxımdan  üzvlərinin  sosial-
siyasi münasibətlərini tənzim edən bir strukturdur.  
Məlumdur  ki,  dövlət  müəyyən  komponentlərdən  təşkil 
olunur:  ərazi,  əhali;  hakimiyyət  aparatı-idarəetmə  aparatı 
(bürokratik  aparat)  və  s.  Bu  komponentlər  dövlətin  yaranma 
mənşəyindən  hal-hazıra  qədər  mövcudluğunu  və  mahiyyətini 
saxlamaqdadır.  Sadalanan  komponentlərin  vəhdəti  dövlətin 
siyasi bir  qurum  kimi formasını  təşkil edir. Tarixən dövlət öz 
formalarını  saxlamışdır,  lakin  məzmununu  genişləndirmişdir. 
İnkişafa  və  yeni  tələblərə  müvafiq  olaraq  dövlət  aparatının 
fəaliyyətinin  məzmunu  böyümüşdür.  Cəmiyyətdə  ünsürlərin 
sayı artdıqca dövlət aparatının da fəaliyyəti genişlənmişdir.  
Hakimiyyət tarixən bütün sahələrdə maraq nümayiş etdirib. 
Onun  maraqları  həm  birbaşa  müdaxilə  ilə  (birbaş  idarəetmə), 
həm  də  dolayı  müdaxilə  ilə  (kənardan  müşahidə  ilə)  təmin 
edilıb.  Dövlətin  tənzimləmə  funksiyasında  həm  birbaşa 
müdaxilə,  həm də kənardan müşahidə ilə xarakterizə olunan 
iki mühüm baza istiqaməti vardır. Dövlət bu iki baza istiqaməti 
ilə  bütün  məsələlərin  birbaşa  və  dolayı  yollarla  tənzim-
lənməsi  funksiyasnı  yerinə  yetirir.  Dövlət  idarəetmə  ilə  öz 
funksiyasını,  bu  baxımdan  da  vəzifə  və  öhdəliyini,  məsuliy-
yətini müəyyən edir. Ali hakimiyyət qanunvericilik sənədlərini 
hazırlamaqla  və  icra  etməklə  öz  mövcudluğunu  əks  etdirir. 
Dövlət  daha  çox  özünün  hakimiyyətinin  mövcudluğunun  və 
hakimiyyətinin  fəaliyyətinin  simasında  büruzə  olunur.  Dövlət, 
bu  baxımdan  əks  effekt  yaradan  (təzahür  edən)  idarəetmə 
təşkilatıdır. İdarəetmə sahəsində iki-idarəedən və idarəolunan, 
tərəf olur. Bu tərəflərin hər ikisi vahid normalara tabe olur. Hər 
iki  tərəf  çalışır  ki,  ortaq  mövqelərin  meydana  gəlməsi  üçün 
vahid  qaydalar  yaradılsın.  Bu  anda  dövlətin  hüquqi  təbiəti 
(münasibətlərin  hüquq  normaları  ilə  tənzimlənməsi)  ortaya 

 
48 
 
çıxır.  Dövlətçilik  və  hüquqi  dövlət  anlayışları  da  məhz  hüquq 
normaları  ilə  tənzimlənmə  proseslərini  özüsndə  əks  etdirən 
anlayışlardır.  Dövlət  hüquq  normalarını  insanların  bioloji  və 
sosial  varlıqlar  kimi  müəyyən  məkanlarda olan  tələbatlarından 
irəli gələrək müəyyən  meyarlarla qəbul  edir. Hüquq normaları 
tələbatların  riyazi  əsaslarla  ölçülməsindən  ortaya  çıxır.  Dövlət 
özünün  hakimiyyətinin  idarəçiliyini  aparatı  vasitəsilə  yerinə 
yetirir,  aparat  burada  tənzimedici  (elementlərin  hərəkətlərini 
mərkəzlərə  toplayıcı  və  mərkəzlərdən  paylayıcı)  subyekt 
rolunu oynayır. Dövlət hakimiyyəti özünü qorumaq və eləcə də 
ərazisini,  vətəndaşlarını  müxtəlif  təsirlərdən  və  təzyiq 
elementlərindən  (daxildən  meydana  gələn  və  xaricdən  gələn) 
qorumaq  üçün  müəyyən  birləşmələr-güc  strukturları,  hüquq 
mühafizə orqanları və hərbi-silahlı qurumlar təşkil edir. Bu güc 
qurumları  siyasətin  həyata  keçməsini  təmin  edən  tərəflər-
subyektlər hesab olunurlar. Dövlət ümumilikdə təsirlər zamanı 
müəyyən  olunan  siyasi  bir  quruma  çevrilir.  Dövlətin 
vəzifələrindən  biri  də  onun  tənzimləmə  funksiyasını  yerinə 
yetirməsi  zamanı  insanların  maraqları  arasında  koordinasiyanı 
müəyyən  etmək,  bağlılığı  üzə  çıxarmaq  və  maraqların 
istiqamətləndriliməsi  üçün  koordinasiyanı  təmin  etməkdən 
ibarətdir.  Dövlət  cəmiyyətlə  öz  əlaqələrini  çağırışlar, 
sifarişlər-cavablar  və  yerinə  yetirmələr  prinsipləri  əsasında 
qurur.  Dövlətin  norma  yaratmaq  funksiysının  tərkibində  həm 
də  araşdırmaq  və  tələbləri  yerinə  yetirmək  kimi  mühüm 
istiqamətlər  mövcud  olur.  Təbii  ki,  dövlət  insan  hüquqlarının 
ardıcıl  şəkildə  müdafiəsini  həm  də  insan  hüquqlarını  müdafiə 
etməklə  təmin  edir. Burada  icra,  icraya  nəzərat  və  müdafiə 
funksiyaları vəhdət şəklində həyata keçirilir.  
Siyasət  məfhumu,  xüsusilə  yuxarı  maraq  sferalarında, 
ümumiyyətlə, dövlətə bağlı olan, dövlət fəaliyyətini ifadə edən 
bir  anlayışdır.  Dövlət  siyasəti  sakinlərinin  maraq  daşıyıcısı 
cərəyanlarından, bu cərəyanları meydana gətirən hərəkətlərdən, 
aktlar  cəmindən,  zəncirvari  hadisələr  toplusundan  ibarətdir. 

 
49 
 
Dövlət  siyasəti  müəyyən  icra  məqamlarında  həm  liberal,  həm 
də  kəskin-radikal  məzmunlu  olur.  Dövlət  siyasəti  “atmosfer 
təbəqəsi”  kimi  onun  bütün  ərazisini  örtür.  Burada  hər  kəs 
dövlət  “atmosferi”  ilə  qidalanır  və  daxili  və  xarici  təsirlərdən 
qorunur. Eyni zamanda hər kəs “dövlət atmosferi”nə öz payını 
verir. Dövlət siyasəti, bu baxımdan yuxarı idarəçilikdən tutmuş 
hətta  məişət  sahələrinə  də  sirayət  edir.  Məişətdən-sosial 
sahələrə, oradan da qlobal əhəmiyyət kəsb edən sahələrə doğru 
dövlət siyasəti şaxələnir. Dövlət siyasətinin qlobal əhəmiyyəti, 
onun  forma  və  məzmunu,  kəmiyyəti  təbii  ki,  onun  bütün 
məkanları  üzrə  yayılan  tərkib  hissələrdən  formalaşır.  Tərkib 
hissələr cəmi ayrı-ayrı istiqamətlər üzrə axınları və cərəyanları 
meydana  gətirir.  Dövlət  siyasətinin  şaxələnməsi  onun 
nüvəsini-mərkəzini  (yəni  dövlətin  bəlli  məkanlarda  bəlli 
sərhədlər  çərçivəsində  bir  vahid  kimi  mövcudluğunu)  və 
periferiyasını  (digər  dövlətlərlə  olan  siyasətini,  beynəlxalq 
neytral ərazilərdə olan siyasətini) formalaşdırır. Dövlət siyasəti 
mərkəz  və  sərhədlərdən  kənarlara  yayılan  (ətraf)  olmaqla 
sistem  təşkil  edir.  Dövlət  siyasəti  həm  mərkəzdə  sistemləşir, 
həm  də  ətraflarda  sistem  xarakteri  kəsb  edir.  Buradan  belə 
qənaətə  gəlmək  olur  ki,  siyasət  özü  sistemi  təmin  edən  aktdır, 
qaydadır (qaydanı  yaratmaq aktıdır və icra aktıdır), hərəkətdir. 
Dövlətin  daxili  siyasəti  nüvə  mərkəzini  təmin edən qaydaların 
yaradılması, icrası və hərəkətləridir, xarici siyasəti isə ətrafıdır, 
öz  daxilindən  kənara  çıxmasıdır.  Bu  iki  sistemin  tərkibi  olan 
komponentlər bir-birinə xidmət edir və nəticədə dövlət bir nüvə 
kimi  güclənir.  Gücləndikcə  ətrafına  da  enerji  verir.  Böyük 
dövlətlərin  geosiyasi  maraqlarının  formalaşmasının  əsaslarını, 
o  cümlədən  istiqamətlərini  buna  nümunə  göstərmək  olar. 
Böyük  dövlətlər  öz  ətrafları  əraziləri  özlərinin  daxili  enerjiləri 
hesabına  özlərinə  doğru  çəkirlər.  Bu  enerjidən  də  dövlətin 
beynəlxalq  münasibətləri  (geosiyasi  aspektlərdə)  formalaşır 
və  güclənir.  Siyasət  –  fəaliyyət  sisteminin  işləməsi 
mexanizmisinin  ümumiləşdirilmiş  nəzəri  adıdır,  hərəkətlərin 

 
50 
 
ifadəsidir.  Siyasətin  reallaşması  (yəni  hərəkətlərin  edilməsi) 
sayəsində  isə  mexanizm  işə  düşür,  dövlət  öz  fəaliyyətini 
göstərmiş  olur.  Dövlət  siyasəti,  hərəkətlər  fonunda  -  onu 
təmsil  edən  hakimiyyət  nümayəndələrinin  və  digər  vətən-
daşlarının qarşılıqlı hərəkətləri ilə daşınan bir anlayışdır.  
Dövlətin fəaliyyəti siyasətdirsə, siyasətin məzmunundan da 
dövlətin  fəaliyyətinin  məzmunu  gerçəkləşir.  Dövlət  hakimiy-
yəti  öz  siyasətini  həyata  keçirərkən  müəyyən  axınları  (siyasi 
aktlar  cəmindən  ibarət  olan  axınlar)  meydana  gətirir.  Böyük 
axınlar  böyük  cərəyanı  formalaşdırır.  Siyasət  elementlərə  və 
elementlər qrupuna (burada maddi və material aləmdən söhbət 
gedir)  təsir  edən  aktlardır  və  aktlar  toplusudur.  Maddi  aləmə 
təsirlər  o  deməkdir  ki,  insanlar  həm  bir-biriləri  ilə  qarşılıqlı 
əlaqələrini  təsirlər  edərək  qururlar,  həm  də  qarşılıqlı  qaydada 
material  aləmə  təsir  edirlər  və  onları  öz  ehtiyaclarına  uyğun 
formalara  salırlar.  Siyasətin  həyata  keçirilməsi  aktları  ehtiyac 
və tələbatların ödənilməsi zərurətindən meydana gəlir. Ehtiyac 
və  tələbatların  zəncirvari  ardıcıllığı  isə  yeni  siyasətin 
rallaşmasını  ortaya  çıxarır.  Siyasətin  yeni  və  ardıcıl  tərkibi 
şəraitin ortaya çıxardığı zərurətdən formalaşır. Yeniləşən tərkib 
də  yeni  məzmunu  və  gerçəkliyi,  eləcə  də  bunlardan  irəli 
gələrək  formanı  müəyyən  edir.  Belə  anda  siyasi  hadisələr 
arasında  trayektorik  bağlılıq  meydana  gəlir.  Trayektorik 
bağlılıqda  da  hadisələr  bir-birini  şərtləndirir:    başlanğıc 
səbəbə,  səbəb  başlanğıca,  məqsəd  və  maraq  səbəbə,  səbəb 
marağa,  son  yeni  başlanğıca,  nəticə  yeni  başlanğıca  və  s. 
gətirib  çıxarır.  Bu  baxımdan  da  siyasət  maraqların  əks 
olunduğu  resursları  daxildən  müəyyən  istiqamətlər  üzrə 
daima  hərəkət  vəziyyətində  saxlayan,  resursları  dövr 
etdirən,  resurslar  üzərində  təsirlər  yaradan  və  bu 
təsirlərdən  də  dövriyyə  üçün  yeni  elementləri  ortaya 
çıxaran  bir  fəaliyyət  kimi  də  başa  düşülməlidir.  Siyasət 
nəticələrin  inkarı  sayəsində  formalaşır  və  inkişaf  edir. 
Siyasət cəmiyyətin üzvlərinin siyasi maraqlarının sistemləş-

 
51 
 
dirilməsidir.  Siyasət hədəfləri müəyyən edir, maraqların nisbi 
sonluqla  bitən  şərti  sərhədlərini  müəyyənləşdirir  və  s.  Siyasət 
qidalandırıcı  funksiya  daşıyır.  Siyasətin  qidalandırıcı  əhəmiy-
yəti onun komponentləri təmin etməsindən irəli gəlir.  
Hər  bir  dövlət  siyasət  həyata  keçirərəkən  qarşılıqlı 
münasibətlər  sferasında  öz  varlığını  (burada  həm  də  gücünün 
səviyyəsini,  çəkisini,  hərəkətlərinin  kəmiyyətini)  təsdiq  etmiş 
olur.  Dövlət  məhz  siyasəti  sayəsində,  siyasi-hüquqi  və  sosial 
hərəkətləri  ilə  öz  cəmiyyətində  və  beynəlxalq  aləmdə  tanınır. 
Dövlət hakimiyyəti və digər tərəflər (burada elitanı, əks-elitanı, 
digər  siyasi  qurumları,  ümumilikdə  maraq  nümayiş  etdirən 
tərəfləri) hərəkətlər sayəsində siyasəti icra etmiş olurlar. Dövlət 
təbii  ki,  beynəlxalq  münasibətlərdə  mücərrəd  qaydada 
hərəkət edir. Yəni, əslində dövlətlərin özləri real olaraq bir 
bütöv kimi hərəkət etmirlər. Hakimiyyətləri onlar adından 
çıxış  edirlər,  hərəkət  edən  hakimiyyətləri  olur.  Burada 
dövlətlərin  siyasi  qurumları  kimi  mücərrəd  hərəkətləri 
anlayışı  ortaya  çıxır.  Bu  da  ondan  irəli  gəlir  ki,  dövlət 
vətəndaşlarının,  sakinlərinin  siyasi  qurumlarından,  siyasi 
təşkilatlanmalarından  kənarda  mövcud  deyil.  Qruplaşmış  və 
işxtisaslaşmış münasibətlər sferaları cəmi dövlətin əsas təşkilati 
məzmununu meydana gətirir. 
Siyasət bir fəaliyyət olmaqla, məqsədlərə söykənən ümumi 
və  xüsusi,  fərdi  və  konkret  hərəkətlərdən  ibarətdir.  Siyasət 
hərəkətlərin  (burada  icra,  əməl,  riayət  kimi  hərəkət 
vəziyyətlərini  özündə  cəmləşdirən  həyata  keçirmə  proses  və 
vəziyyəti  nəzərdə  tutulur)  zahiri  və  daxili  məzmun  gerçək-
liyinin, hərəkətlərin real əsaslarının və obyektivliyin subyektiv 
inikasından  ibarətdir.  Siyasət  hərəkətlərlə  müşahidə  olundu-
ğundanm  və  hərəkətlərin  (hərəkətsizliklərin)  daxili  məzmu-
nunu  ifadə  etdiyindən,  nisbi  və  mütləq  xarakterə  malikdir.
1
 
                                                 
1
 Həmçinin əlavə üçün baxmaq olar.- Nəsibov E.M. “Siyasətin tərkib 
hissələrinin hərəkət xüsusiyyətləri”, Bakı-“Elm və Təhsil”-2010. 116 s.  

 
52 
 
Siyasətdə istifadə səlahiyyətləri və tərəflərə verilən hüquqlar da 
mütləq  olmaqla  bərabər,  həm  də  nisbi  əsasları  özündə 
cəmləşdirir. Bu baxımdan da bir bütövün və tərkibin hüquq və 
vəzifələri,  eləcə  də  səlahiyyət  və  öhdəlikləri  nisbi  xarakteri 
kəsb  edir.  Tərəflərin  immunitet  və  imtiyazları  da  nisbi 
xarakterə  malikdir  və  bu  baxımdan  da  nəyəsə  münasibətdə  öz 
mütləqliyini dəyişir. Bu da hər şeydən öncə sərhədlənmələr ilə 
əlaqəlidir. Bu dəyişmələr bir tərəfdən inkişaf və qabağa doğru 
hərəkətlə  əlaqəlidirsə,  digər  tərəfdən  də  müdafiə  və  qorumağa 
əsaslanır.  Məsələn,  Diplomatik  əlaqələr  haqqında  1961-ci  il 
tarixli  Vyana  Konvensiyasının  25-cı  maddəsində  yazılır: 
Yerləşmə  dövləti  nümayəndəliyin  funksiyalarının  yerinə 
yeririlməsi  üçün  hər  cür  inmkanı  yaratmalıdır.  26-cı 
maddədə  isə  göstərilir  ki,  əgər  bu,  dövlətin  təhlükəsizliyi 
baxımından  gedilməsi  qadağan  edilən  və  ya  tənzimlənən 
zonalar  haqqında  qanun  və  qaydalara  zidd  deyildirsə, 
yerləşmə  dövləti  nümayəndəliyin  bütün  əməkdaşlarının  öz 
ərazisində  azad  hərəkətini  təmin  etməlidir.  34-cü  maddədə 
də  qeyd  olunur  ki,  diplomatik  agent  müəyyən  istisnalar 
olmaqla  bütün  dövlət,  rayon  və  bələdiyyə  vergilərindən, 
yığımlarından,  şəxsi  və  əmlak  rüsumlarından  azad  edilir. 
İstisnalar  bunlar  hesab  olunur:  adətən  malların  və  ya 
xidmətlərin qiymətinə daxil edilən dolayı vergilər; yerləşmə 
dövlətinin ərazisində yerləşən şəxsi daşınmaz əmlaka həmin 
şəxs 
akkreditiv 
dövlətin 
adından 
nümayəndəliyin 
məqsədləri  üçün  malik  deyildirsə,  həmin daşınmaz  əmlaka 
görə  yığımlar  və  vergilər;  konkret  xidmət  növlərinə  görə 
tutulan  rüsumlar  və  s.  Buradan  görünür  ki,  nümayəndəliyin 
immunitetləri  və  imtiyazları  başqa  hallarda  (digər  məsələlərdə 
meydana  gələn  gerçəkliklərdə)  öz  mütləqliyini  itirir  və  nəzəri 
və nisbi anlayışa çevrilir. Burada immunitet və imtiyazların da 
sərhədləri  amili  üzərə  çıxır.  Məhdudlaşdırıcılıq  ortaya  çıxana 
qədər mütləqlilik öz mövcudluğunu qoruyub saxlayır. Siyasətin 
mütləqliyi, eləcə də nisbiliyi və keçiciliyi yaxşılığa və inkişafa, 

 
53 
 
eləcə  də  özünü  bütün  hallarda  qorumağa  söykənir.  Bu  da 
onunla  izah  olnmalıdır  ki,  siyasət  pozitiv  anlamda  ədaləti 
özündə  əks  etdirən  bütün  mütləqliklərdən  və  nisbiliklərdən 
ibarətdir.  Siyasətin  inkişafı  və  siyasi  fəaliyyətin  özünü-
müdafiəyə  yönəldilməsi  o  halda  müsbət  olur  ki,  orada 
mütləqliklər və nisbiliklər tarazlığı  yaranır. Bu anda inkişaf və 
sabitliyin  qarşılıqlı  vəhdəti  meydana  gəlir  və  sül  vəziyyətləri 
ortaya çıxır.  
 Hər  bir  subyektin  öz  sərhəddi  var  və  hərkətlər  edərkən 
mütləq  qaydada  bu  sərhədlər  daxilində  hərəkətlər  nəzərə  alınır. 
Bu  baxımdan  Diplomatik  əlaqələr  haqqında  Vyana  Konven-
siyasının  41-ci  maddəsinə  əsasən,  imtiyaz  və  immunitetlərdən 
istifadə  edən  bütün  şəxslər  bu  imtiyaz  və  immunitetlərə 
ziyan  vurulmadan  yerləşmə  dövlətinin  qanun  və  qərar-
larına  hörmət  etməyə  borcludurlar.  Onlar,  həmçinin  bu 
dövlətin  daxili  işlərinə  qarışmamalıdırlar.  Kənara  çıxmalar 
isə 
öz-özlüyündə 
müəyyən 
qarşıdurmaları, 
eləcə 
də 
uzlaşmaları,  birləşmələri  və  ya  da  trayektorik  davamılığı 
(ittifaqların və birliklərin yaranmasını buna misal çəkmək olar) 
meydana gətirir.  
 
Xarici  siyasət  anlayışının  mahiyyəti  və  məzmunu. 
Dövlətin xarici siyasətini zəruri edən amillər  
 
Məlumdur  ki,  ümumi  siyasət  anlayışında  xarici  siyasət 
məfhumu  dövlət  sərhədlərindən  kənarda  olan  məkanı  əhatə 
edən  fəaliyyətdir.  Xarici  siyasət  subyektlərin  (burada  canlı 
vasitələrin)  öz  məkanından  xaricə  çıxmasını  təmin  edən 
mücərrəd  və  konkret  fəaliyyətdir.  Xarici  siyasəti  olmayan 
dövlət  mövcud  zamanda  yaşaya  bilməz.  Dövlətin  varlığı  onun 
daxili  və  xarici  siyasətinin  vəhdətindədir.  Xarici  siyasət 
dövlətin  beynəlxalq  aləmdə  mücərrəd  hərəkətinin  xəyali 
sferasını  və  üfiqi  (münasibətlər  sistemi  üzrə  coğrafi 
məkanın  üzərisi  ilə)  ətraflara  istiqamətli  hərəkətini 

 
54 
 
meydana gətirir. Xarici siyasət beynəlxalq münasibətlərin həm 
də şaquli hərəkətlərindən formalaşır. Xarici siyasət dövləti (öz 
məzmunu və forması ilə birlikdə) öz məkanından xaricə çıxarır 
və  dövlət  fəaliyyətinin  “kök”  və  “budaqlar”  formasını  və 
məzmununu  ortaya  çıxarır.  Xarici  siyasət  şaxələrə  ayrıl-
dığından,  “kok”  və  “budaq”  prinsipinin  özü  də  xarici  siyasətə 
aid  oluna  bilər.  Xarici  siyasətin  fundamental  hissəsi  onun 
“kökü”,  ətrafı  isə  “budaqları”  kimi  əhəmiyyət  kəsb  edir. 
Əvvəlcə  qeyd  olunduğu  kimi,  dövlət  öz  siyasətini,  məkanı 
əhatə etmək baxımından, başlıca olaraq iki mühüm istiqamətdə 
qurur:  sərhədlərinin  daxilində  və  öz  sərhədlərindən 
kənarda.  Hər  iki  istiqamət  həm  məqsədlərin  bütöv-
lüyündən  meydana  gəlir,  həm  də  ayrı-ayrı  tərkib  hissələrə 
ayrılmasından.  Yəni,  insanların  yerli  və  beynəlxalq 
maraqları  həm  vəhdəti  əmələ  gətirir,  həm  də  tərkibi 
hissələrə  ayırır.  Dövlət  əhalinin  (fərdi  qaydada  hər  bir 
insanın)  bəşəri  maraqlarını  təmin  edən  əsas  qüvvəyə, 
mərkəzi subyektə çevrilir. Dövlət siyasətinin başlıca məqsədi 
vətəndaşlarının xoşbəxtliyini təmin etməkdən ibarətdirsə, onda, 
belə  qəbul  etmək  olar  ki,  onun  daxildə  və  kənarda  həyata 
keçirilən  siyasətinin  başlıca  məqsədi  dövlətin  vətəndaşlarının 
(əhalinin,  xalqın)  maddi  və  mənəvi  maraqlarını  (daxildə  və 
digər  dövlətlər  daxilində)  təmin  etməkdir.  Dövlət  ali  siyasi 
qurumdur  və  özünün  tərkibində  orta  və  kiçik  məzmunlu 
siyasəti  birləşdirir.  Dövlət  özünün  kiçik  tərkiblərdən  forma-
laşan  ali  məqədlərini  yerinə  yetirir.  Dövlət  öz  vətəndaşlarının 
xoşbəxtliyini  onların  daxili  məkanlar  və  xarici  məkanlar  üzrə 
maraqlarını təmin etməkdə axtarır. Bu baxımdan xarici siyasət 
xoşbəxtliyin  məkanını  da  genişləndirir.  Dövlət  öz  kompo-
nentlərini  müəyyən  məkanlarda  yaratmaqla,  müəyyən  məkan-
larda  cəmləşdirməklə,  özünü  bütöv  kimi  təsdiq  etdirmiş  olur. 
Dövlətin  gücünün  artması  məhz  bu  maraqların  da  gücünü 
(maraqların böyüməsini, çoxalmasını) meydana gətirir. Maraq-
ların  potensialının  artması  məzmun  etibarilə  dövlətin  gücünün 

 
55 
 
artmasına  bərabər  olur.  Yəni,  maraq  özündə  gücü  əks etdirən 
bir  mücərrəd  vasitəyə  çevrilir.  (Qeyd:  dövlət  inkişaf  etdikcə, 
cəmiyyət  böyüdükcə  vətəndaşların  da  maraqları  böyüyür. 
Vətəndaşların  maraqları  artan  resurslar  hesabına  artır. 
Artan  resurslar  vətəndaşların  maraqlarını  da  artırır.  Vətən-
daşların  maraqlarının  artması  həmin  maraqların  müdafiəsi 
zərurətini  ortaya  çıxarır.  Dövlət  vətəndaşlarının  həm  artan, 
həm  də  müdafiəyə  ehtiyacı  olan  maraqlarını  tələbat 
meyralarını  özündə  əks  etdirən,  tələbat  normalarını  təsbit 
edən hüquq normaları vasitəsilə yerinə yetirir). Burada inkişaf 
özü  yeni  istəkləri  meydana  gətirir.  Xarici  siyasətin  genişlən-
məsi  vətəndaşların  da  tələbatlarını  genişləndirir.  Genişlənmiş 
xarici  siyasət  hesabına  yeni-yeni  nəsil  vasitələrin  məkanlara 
daxil  olması  dövlətin  vətəndaşlarında  yeni  tələbatları  və 
istəkləri  yaradır.  Vətəndaşlar  dövlətlərindən  daha  çox  şeyləri 
tələb  etməyə  başlayırlar.  Dövlətin  vətəndaşları,  xidmət  və 
fəaliyyət  məzmunu  baxımından,  şərti  olaraq  iki  tərəfə  ayrılır: 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin