Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov



Yüklə 2.8 Kb.
Pdf просмотр
səhifə1/29
tarix21.04.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   29

 

 
Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından 
 
 
 
 
Elşən Misir oğlu Nəsibov 
 
 
 
 
 
 
 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DÖVLƏTLƏRİN 
GÜCLƏRİNƏ GÖRƏ TƏSNİF OLUNMALARININ 
ƏSASLARI 
(qlobal və regional miqyasda sülhün təmin edilməsində 
dövlət gücünün rolu-təsiredici amil kimi) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı -2013 
 
 

 

 
Elmi redaktoru:  
Turab Qurbanov 
siyasi elmlər doktoru  
 
Rəyçi: 
 
 
Aygün Əsgərzadə 
siyasi elmlər üzrə fəlsəfə doktoru 
 
E.M.Nəsibov.  Beynəlxalq  münasibətlər  və  dövlətlərin  güclərinə 
görə təsnif olunmalarının əsasları (qlobal və regional miqyasda sülhün 
təmin  edilməsində  dövlət  gücünün  rolu-təsiredici  amil  kimi).  Bakı,  
“Elm və Təhsil”, 2013, 320 səh. 
Kitabda  xarici  siyasət  və  beynəlxalq  münasibətlərin  nəzəri  əsaslarının  ümumi 
aspektdə təhlili məsələləri öz əksini tapır. Üç fəsildən ibarət olan əsərin birinci fəsli xarici 
siyasət  və  beynəlxalq  münasibətlərin  ümumi  əsaslarının  bəzi  aspektlərinin  təhlilinə  həsr 
olunur.  Burada  xarici  siyasətin  və  beynəlxalq  münasibətlərin  tərkib  strukturlarının 
mahiyyət  və  məzmununu  açmaq  əsas  məqsəddir.  İkinci  fəsil  diplomatiyaya  aiddir  və 
onun  əsasları  şərh  edilir.  Üçüncü  fəsil  isə  dövlətlərin  beynəlxalq  münasibətlərdə 
güclənmələrinin  əsaslarını,  yollarını  göstərir.  Belə  qənaətə  gəlinir  ki,  dövlətlərin  iştirak 
səviyyələri  və  təsir  dərəcələri  onların  potensialları  ilə  müəyyən  olunur.  Dövlətlərin 
beynəlxalq  münasibətlərdə  iştirak  etmələri  və  beynəlxalq  siyasi  hadisələrə  təsirləri 
onların  potensialları  ilə  müəyyənləşir.  Burada  belə  bir  qənaətə gəlinir  ki,  dövlətin  daxili 
siyasəti  ilə  onun  xarici  siyasəti  arasında  üzvü  bağlılıq  var  və  bu  iki  istiqamət  vahid 
ideoloji  xətti  əmələ  gətirir  və  praktiki  fəaliyyəti  təmin  edir.  Dövlətin  beynəlxalq 
münasibətləri onun “atmosferi”nin əsaslarını təşkil edir. Belə izah olunur  ki, beynəlxalq 
münasibətlərdə  dövlət  hakimiyyətlərinin  hərəkətlərini  özündə  əks  etdirən  dövlət 
hərəkətləri bir növ “Yer kürəsinin atmosferi ilə birlikdə Günəş ətrafında və öz oxu ətrafında 
fırlanmasını”  xatırladır.  İzah  olunur  ki,  dövlətlərin  gücləri  onların  beynəlxalq  siyasi 
çəkilərini yaradır. Geosiyasət gücə bağlı olur. Kitabda həmçinin belə nəticələrə də gəlinir 
ki,  dövlətlərin  güclərinə  görə  təsnif  olunmaları  və  böyük  dövlətlərin  formalaşması, 
nəhəng  iqtisadi  güc  mərkzələrinin  yaranması  regional  və  şəbəkələşmiş  regional,  yəni 
qlobal miqyasda sülhün qorunmasının əsaslarını təşkil edir. Kitabda o da qeyd olunur ki, 
böyük  dövlətlər  beynəlxalq  hüquq  normalarınmdan  istifadə  edərək  həm  digər  dövlətlər 
üzərlərində birbaşa və dolayı nəzarət əldə edirlər, onları ittifaqlara və digər birləşmələrə 
cəlb  edirlər,  həm  də  onların  resurslarından  yararlanırlar.  Maraqların  sərbəst  şəkildə 
təmin edilməsində beynəlxalq hüquq normaları mühüm əhəmiyyət kəsb edir.  
Kitab  beynəlxalq  münasibətlər  ixtisası  üzrə  təhsil  alan  tələbələr,  bu  istiqamətdə 
elmi-araşdırma  aparan  tədqiqatçılar,  xarici  siyasət  sahəsində  çalışan  mütəxəssislər,  o 
cümlədən  diplomatlar  üçün  faydalı  ola  bilər.  Eyni  zamanda  dövlət  siyasətinin 
mahiyyətini,  xarici  siyasətin  və  daxili  siyasətin  məzmununu  öyrənmək  istəyən 
mütəxəssislər və digər oxucular üçün də yararlı ola bilər.  
 
ISBN 978-9952-8142-1-7 
2013
098
248
3701000000


N
 qrifli nəşr   
 © Nəsibov E., 2013 
 

 

 
MÜNDƏRİCAT: 
 
GİRİŞ .............................................................................. 6 
 
I FƏSİL 
XARİCİ SİYASƏTİN VƏ BEYNƏLXALQ  
MÜNASİBƏTLƏRİN ÜMUMI ƏSASLARI ............. 39 
 
Dövlət və siyasət ............................................................ 39 
Xarici siyasət anlayışının mahiyyəti və məzmunu. 
Dövlətin xarici siyasətini zəruri edən amillər ................... 53 
Xarici siyasətdə dövlətin məqsədi ............................... 70 
Xarici siyasətdə maraq anlayışı. Maraqların  
təmin olunmasında (siyasi təsiretmədə) məsafə və  
məkan amili ......................................................................... 80 
Xarici siyasətin vəzifəsi ................................................ 84 
Daxili siyasətin xarici siyasətlə (beynəlxalq 
münasibətlə) uyğunlaşdırılması və uzlaşdırılması ........... 88 
Beynəlxalq münasibətlər anlayışı ................................  96 
Beynəlxalq münasibətlərin vəzifəsi ............................. 111 
Xarici siyasətin və beynəlxalq münasibətlərin 
funksiyası (dövlətlərin beynəlxalq arenada  
funksiyaları) ......................................................................... 117 
Beynəlxalq münasibətlərin prinsipləri (beynəlxalq 
hüququn prinsipləri ............................................................ 123 
Beynəlxalq münasibətlərin coğrafi məkanlar üzrə 
formalaşması-regional xarici siyasət ................................. 197 
Beynəlxalq münasibətlərin coğrafi məkanlar üzrə 
formalaşması-qlobal xarici siyasət .................................... 134 
Beynəlxalq münasibətlərdə ikitərəfli və çoxtərəfli 
əlaqələrin əsasları ................................................................ 139 
Beynəlxalq aləmdə dövlətlərin tanınmasının əsasları ... 144 
Xarici siyasətdə, beynəlxalq münasibətlərdə  
münaqişə, böhran və müharibə amili ................................ 147 

 

 
Xarici siyasətdə balanslaşdırma (tarazlaşdırma) və  
sülh amili ............................................................................. 150 
Xarici siyasətdə əxlaq qaydaları və davranış ............ 152 
Dövlətin xarici siyasətinin müəyyən olunmasında  
və formalaşmasında dövlət rəhbərinin rolu..................... 154 
Dövlətin xarici siyasətində xalqların psixologiyasının 
təsiri ..................................................................................... 159 
Beynəlxalq münasibətlərin sistemləşdirilməsi .......... 160 
Beynəlxalq münasibətlərdə siyasi hərəkətlər ............ 164 
Xarici siyasət, beynəlxalq münasibətlər və insan 
hüquqlarının təmin olunması ............................................ 166 
Xarici siyasətdə və beynəlxalq münasibətlərdə  
istifadə olunan sənədlər ..................................................... 170 
 
 
II FƏSİL 
XARİCİ SİYASƏTİN HƏYATA KEÇİRİLMƏSİ  
VASİTƏLƏRİ VƏ DİPLOMATİYA ......................... 179 
 
Diplomatiyanın əsasları .............................................. 179 
Konsulluğun əsasları ................................................... 196 
Xüsusi missiyaçılıq ...................................................... 198 
Beynəlxalq təşkilatlarda təmsil olunma .................... 199 
Diplomatların təyin edilməsinin və qəbul  
olunmasının əsasları ........................................................... 200 
Diplomatik immunitet və imtiyazlar .......................... 202 
Persona non grata və şəxslərin qəbul edilməməsi .... 209 
Diplomatk rütbələr və dərəcələr ................................ 211 
Xalq diplomatiyası ....................................................... 216 
Diplomatik danışıqların əsasları ................................ 219 
Dövlətin diplomatiyasının gücü .................................. 221 

 

 
III FƏSİL 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR  
SİSTEMİNDƏ DÖVLƏTLƏRİN  
GÜCLƏRİNƏ GÖRƏ TƏSNİFAT ............................ 224 
 
Güc, siyasət və dövlət .................................................. 224 
Beynəlxalq münasibətlərdə dövlətin gücünün 
yaranmasının əsasları ........................................................ 235 
Dövlətin güc vasitəsi kimi fəaliyyətinin əsasları və  
siyasi fəaliyyətin dalğalanmaları-beynəlxalq aləmdə  
inkişaf dalğalarının əmələ gəlməsi .................................... 243 
Dövlət gücünün təsnif olunmasının əsasları.  
Kiçik dövlət, orta gücə malik olan dövlət, böyük gücə  
malik olan dövlət və super gücə malik olan dövlətlərin 
təsnifat xüsusiyyətləri ........................................................ 245 
Super (qlobal)  və regional güc mərkəzləri ............... 246 
Regional gücün formalaşması .................................... 250 
Qlobal gücün formalaşması. Super və regional güc 
mərkəzləri (dövlətlər) arasında rəqabət .......................... 253 
Rəqabətdə təsiretmə və təzyiq vasitələri.................... 260 
Güc mərkəzlərinin (dövlətlərin) təşkilatlanmaları  
və qruplaşmaları ................................................................ 266 
Dövlətlərin siyasi qruplarının əldə saxlanılması 
vasitələri .............................................................................. 275 
Dövlətlərin siyasi qruplaşmalarında  
“güc mərkəzləri”nin iqtisadi-siyasi maraqları ................ 277 
Dövlətlərin qruplaşmalarında maraqların  
toqquşması və ittifaqlar ..................................................... 279 
“Güc mərkəzləri”nin beynəlxalq münasibətlərdə 
davranışları ......................................................................... 304 
Dövlət gücünün beynəlxalq münasibətlərdə sülhün 
təmin edilməsində əhəmiyyəti ........................................... 306 
 
Nəticə ............................................................................ 311 
İstifadə olunmuş mənbə və ədəbiyyat ........................ 313 

 

 
GİRİŞ: 
 
Siyasət  fərdi  və  kollektiv  formalı  və  insanlara  təbii 
formada  məxsus  olan  məqsədlərdən,  maraqlardan  irəli 
gələn  bir  hərəkətdir.  Məqsədlərin  qarşıya  qoyulması  və 
maraqların 
təmin 
edilməsi 
bir 
istəkdir, 
həm 
də 
məcburiyyətdir,  zərurətdir.  Deməli,  siyasət  bir  forma  və 
məzmun  prosesi  və  vəziyyəti  olaraq,  istək  və  zərurətdən 
irəli  gələndir  və    ortaya  çıxan  fəaliyyətdir.  Xarici  siyasət 
dövlət siyasətinin tərkibidir. Bu baxımdan da xarici siyasət 
də  istək  və  zərurətdir,  daxili  maraqları  təmin  etmək  üçün 
məcburi  fəaliyyətdir.  Burada  obyekt  və  predmet  daxili 
siyasətin  obyekt  və  predmetindən  fərqlidir.  Hər  iki 
istiqamətdə-dövlətdaxili  və  xarici  istiqamətdə-  siyasəti  icra 
edən  tərəflər  -subyektlər  kimi  dövlət  hakimiyyətinin 
strukturları çıxış edirlər. Dövlətin daxili və xarici siyasətini 
birləşdirən  amil  və  vasitə  ehtiyac  və  tələbatlara  söykənən 
daxili  maraqdır.  Maraq  iki  siyasət  istiqaməti  arasında 
uyğunlaşdırıcı,  uzlaşdırıcı  və  bağlayıcı  vasitə  kimi  çıxış 
edir.  Bu  iki  istiqaməti  dövlətin  vətəndaşlarının  (əhalisinin, 
xalqının) 
maraqları, 
xalqın, 
sakinlərin 
maraqları 
birləşdirir.  (Qeyd:  əhalinin  maraqları  ilə  xalqın  maraqları 
arasında  həm  vəhdətlik  və  eynilik  vardır,  həm  də  bir  qədər 
fərqlilik  mövcuddur.  Belə  ki,  əhalinin  maraqları  dedikdə, 
burada  daha  çox  maddi-mənəvi  əsaslı  sosial  və  məişət 
məzmunlu maraqları nəzərə almaq lazımdır və maraq anlayışını 
bu  prizmadan  anlamaq  daha  yaxşıdır.  Xalqın  maraqlarına  isə 
çox  geniş  aspektlər  aid  olunmalıdır.  Bu  nöqteyi-nəzərdən, 
xalqın 
maraqlarına 
insanların 
(əhalinin) 
maddi-mənəvi 
maraqları ilə  yanaşı, onların mədəni, siyasi, sosial, dövlətçilik, 
dünya  subyektlərinin  mənbəyi  olmaq,  vahid  dünyanın  tərkib 
hissəsi olmaq və s. kimi maraq sahələri aid edilməlidir. Xalqın 
maraqları bütövlük və vəhdətlik təşkil edir. Əhali maraqları ilə 
xalqın maraqlarını “insan və onun həyat tərzi, istəyi, ehtiyac və 

 

 
tələbatı-maddi-mənəvi  aləmi”  birləşdirir.  İnsan  maraqları 
“xalq-əhali”  vəhdətini  yaradır  və  bütün  sahələri  əhatə  edir). 
Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  beynəlxalq 
münasibətlər  və  dövlətin  daxili  siyasət münasibətləri daxili 
münasibətlər baza olmaqla, bir-birini şərtləndirən və vahid 
mərkəzə xidmət edən iki şaxədir.  
Dövlət  (burada  dövlət  hakimiyyəti)  özünü  siyasətlə 
sübut və  təsdiq  edir,  gerçəkləşdirir.  Dövlət özü bir hərəkət 
strukturu  və  mexanizmisidir,  sistem  vahidi  və  enerji 
mənbəyidir,  təsiredici,  nizamlayıcı  və  bunlardan  irəli 
gələrək,  idarəedici  bir  mexanizmdir.  Dövlət  öz  bütöv 
enerjisini  strukturlarının  fəaliyyətinin  cəmindən  forma-
laşdırır.  Dövlət  siyasəti  ilə  özünü  təmin  edir  (resursların 
qarşılıqlı  vəhdəti  və  birlikdə  fəaliyyəti  dövləti  yaradır), 
inkişafa  məruz  qalır  və  bütün  inkişaf  proseslərində  özünü 
qoruyur.  Bu  prinsipdən  çıxış  edərək  hesab  etmək  olar  ki, 
dövlətin  inkişaf  və  müdafiə  qabiliyyəti  vardır  və  bu,  həm 
daxili,  həm  də  xarici  fəaliyyətdə  özünü  göstərir.  Dövlət  bu 
iki  fəaliyyət  sahəsi  arasında  da  birləşdirici  inkişafı  və 
müdafiə funksiyasını formalaşdırır. Bu baxımdan da dövlət 
onun  strukturların  qarşılıqlı  birləşmiş  vəhdət  təşkil  edən 
canlı  bir  orqanizm  kimi  qəbul  olunur.  Dövlət  resursları 
hərəkət  vəziyyətində  saxlayan  və  resursların  hərəkətindən 
zamanla  faydalanan  və  resursların  hərəkəti  üçün  ardıcıl 
trayektoriya  yaradan  bir  qurumdur.  Bu  prinsipdən  irəli 
gələrək  hesab  etməliyik  ki,  xarici  siyasət  dövləti  lazımi 
resurslarla  təmin  edən  və  qoruyan  fəaliyyətdir.  Dövlətin 
cəmiyyəti inkişaf etdikcə, resurslara da tələbat artır. Dövlət 
resurslarla zəngin olan bir ictimai-siyasi qurumdur. Dövlət 
əslində  cəmiyyətə  xidmət  üçün  təşkil  edilən,  onu  mühafizə 
edərək  inkişaf  etdirən  bir  qurumdur.  Cəmiyyət  müstəqil 
(nisbi olaraq və müəyyən anlarda mütləq formada) şəkildə 
inkişaf  edən  və  öz-özünü  daxilən  tənzimləyən  və  dövlət 
hakimiyyəti  vasitəsilə  kənardan  müşahidə  edilən  bir 

 

 
bütövdür.  Cəmiyyət-dövlət  hakimiyyəti  münasibətləri 
ümumilikdə  insan  maraqlarının  “doymasına”  xidmət  edir. 
Cəmiyyət-dövlət  hakimiyyəti  münasibətlərinin  möhkəmliyi 
və  sərbəstliyi  ümumilikdə  dövlətin  və  onun  mənbəyi  olan 
əhalinin  güclənməsinə  və  tərəqqisinə  xidmət  edir.  (Qeyd: 
dövlətin  siyasəti  dedikdə,  ölkə  daxilində  -buraya  dövlət 
hakimiyyətinin  və  vətəndaşların  qarşılıqlı  münasibətlərini 
tənzim  edən  hərəkətlər  başa  düşülməlidir.  Xaricdə  dövlət 
siyasəti  dedikdə  isə,  dövləti  beynəlxalq  aləmdə  təmsil  edən 
dövlət 
hakimiyyətinin 
fəaliyyəti 
nəzərdə 
tutulmalıdır. 
Beynəlxalq  aləmdəki  xalqlararası  rəsmi  münasibətlərdə 
dövlətləri  tərəf  kimi  onların  hakimiyyətləri  təmsil  edirlər. 
Vətəndaşların  təmsilçiliyi  isə  “xalq  diplomatiyası”  adlanır. 
Vətəndaşların 
təmsilçiliyi 
də 
onların 
dövlətlərinin 
hakimiyyətləri  vasitəsilə  yerinə  yetirilir.  Buradan  da  belə  bir 
məntiqi  nəticələrə  gəlmək  olur  ki,  dövlət  siyasətində  əsas 
aparıcı  tərəf  dövlət  hakimiyyətidir.  Vətəndaş  tərəfi  isə  dövlət 
hakimiyyətini təmin etmək üçündür, mənbədir).  
Dünya  siyasətinin  və  beynəlxalq  münasibətlərin  (beynəl-
xalq  münasibətlər  dünya  siyasətinin  tərkibidir,  dünya 
siyasətinin  vahid  tərkibinin  iki  istiqamətindən  biridir.  Digər 
tərkib  isə  dövlətlərin  (hakimiyyətlərinin)  öz  daxillərində  baş 
verən,  dövlətlərin  öz  sərhədləri  daxillərində-daxili  məkanla-
rında,  həyata  keçirdikləri  siyasətdir)  əsas  iştirakçıları  olan  və 
siyasəti  formalaşdıran,  münasibətlər  və  əlaqələr  sistemini 
meydana  gətirən  dövlətlər  (beynəlxalq  münasibətlərdə  dövlət 
hakimiyyəti  yox,  dövlət  anlayışı  işlənməlidir.  Çünki  tərəf  kimi 
dövlət  bütöv  olaraq  tanınır.  Dövlət  hakimiyyəti  xalqını 
beynəlxalq  münasibətlərdə  təmsil  edir)  güclərinə  görə  bir-
birilərindən  fərqlənirlər.  Fərqlənmə  sayəsində  dövlətlər 
arasında  təsir,  əks  təsir,  qruplaşma  və  qrup  formasında  təsir 
(fərdi və kollektiv təsir) prosesləri meydana gəlir ki, bu da öz-
özlüyündə  dünya  bütövlüyünü  yaradır.  Dövlətlərin  bu  və  ya 
digər formada asılılığını ortaya çıxarır. Bu əks olunma qaydası 

 

 
və  forması  real  dünya  siyasətinin  əsaslarını,  şərtləndirici 
bazasını  və  istiqamətlərini  meydana  gətirir.  Reallıqdan 
maraqların  təmin  olunması  məsələləri  xüsusi  əhəmiyyət  kəsb 
edir.  Məlumdur  ki,  dünyanın  siyasi  xəritəsi  müxtəlif  gücə 
malik  olan  dövlətlərin  (müxtəlif  rənglərdə  təsvir  olunan 
sərhədlərlə)  birliyindən  formalaşıbdır.  Bu  formalaşmada  tarixi 
proseslər coğrafi amillərlə vəhdət təşkil edərək coğrafi məkan-
larda  siyasi  proseslərin  formalaşmasını  zəruri  edibdir.  Siyasi 
xəritədə  olan  fərqlənməni  (ərazi  böyüklüyünə  görə)  dövlət-
lərin siyasi gücləri və potensial imkanları baxımından “növlərə 
ayrılmaları”  (dövlətlərin  güclərinə  görə  təsnif  olunmaları) 
kimi  də  adlandırmaq  olar.  Hər  bir  dövlət  həm  xalqına 
(millətlərinə,  etnik  tərkiblərinə)  görə  özünəxas  xüsusiyyətə 
(burada  cəmiyyətlərin  də  fərqli  olması  labüd  şərtlərə  çevrilir), 
həm də forması (burada əhalinin sayı, ərazinin böyüklüyü və 
ya da kiçikliyi baxımından) nöqteyi-nəzərdən fərqli tərkibə və 
ölçüyə  malikdir.  Lakin  bütün  dövlətlər,  formalarına  baxmaya-
raq (burada  ərazi  ölçüsü  və əhali  sayı  baxımından), oxşar və 
eyni  məzmunlu  fəaliyyətə  malikdirlər.  Dövlətlər  irli-xırdalı 
“dövlət”  məfhumu  prinsipləri  ilə  fəaliyyət  göstərirlər.  Dövlət 
öz  vətəndaşlarının  hüquqlarını  müxtəlif  sahələr  üzrə  təmin 
etməkdə  və  qorumaqda  borcludurlar. Məhz dövlətlərin mahiy-
yətində, onların quruluşunun məğzində bu amil dayanır.  Bütün 
dövlətlər  insanlardan  və  onların  toplusundan  meydana  gəldik-
lərindən,  təbii  proses  olaraq  eyni  məzmunlu  fəaliyyət  göstər-
mək  məcburiyyətində  qalırlar.  Bu  da  insanların  təbii  qurulu-
şundan  və  genetik  maraqlarından  ortaya  çıxan  bir  zərurətlə 
bağlıdır.  Buradan  da  belə  bir  məntiqi  nəticə  əldə  olunur  ki, 
dövlətin bir qurum kimi fəaliyyəti təbii qanunauyğunluqlardan 
ibarətdir.  Dünya  dövlətlərinə  bütün  dünya  insanlarının  vahid 
maraqlarını  təmin  edən  ayır-ayrı  vasitələr  kimi  baxılmalıdır. 
Maraqların  təmin  olunması  istiqamətində  görülən  işlər  bütün 
dünyada insanların təbiətində özünü əks etdirir. Bu oxşarlıq da 
dövlətləri beynəlxalq aləmdə bir araya  gətirməyə məcbur edir. 

 
10 
 
Bütün insanlar eyni və oxşar məzmunlu və formalı xüsusiyyət-
lərə malik olduğundan onların yaratdıqları qurumlar da eyni və 
oxşar  məzmunlu  siyasəti  rellaşdırırlar.  Bu  baxımdan  bütün 
dövlətlərin  fəaliyyətlərinin  bazasında,  təşkilati  funksiyalar 
yerinə  yetirməklə,  xidmət  amili  üzərində  siyasəti  reallaşdır-
maq  dayanır.  Buna  görə  də  dövlətlər  siyasət  qurumlarıdır. 
Dünya dövlətlərinin  eyni  məzmunları  və oxşar formaları onlar 
arasında  uyğunluğu  (fəaliyyət  və  struktur  baxımından)  və 
eləcə  də  fərqliliyi,  yəni,  dövlətlərin  güclərinin  müxtəlifliyi 
baxımından  meydana  gələn  fərqləri    yaradır.    Kiçikli-böyüklü 
bütün  dövlətlər  öz  hərəkətlərini  (beynəlxalq  münasibətlərdə 
dövlətlərin  hərəkətlərini  onların  hakimiyyəti  həyata  keçirir), 
siyasi  fəaliyyətlərini  maraqlar  üzərində  qururlar.  Dövlət 
maraqları  qruplaşdıran  (həm  daxildə,  həm  də  beynəlxalq 
sferada) və bu maraqları fərdi və universal qaydada (mərkəzi və 
regional  istiqamətli  əsaslarla)  təmin  edən  əsas  qurum  kimi 
əhəmiyyət  kəsb  edir.  Buradan  da  dövlətlərin  siyasi  fəaliyyət-
lərinin  təsnifatı  (dərəcələnməsi  məsələləri)  ortaya  çıxır. 
Təsnifat  həm  daxildə  görülən  işlərdə  özünü  göstərir,  həm  də 
beynəlxalq aləmdə müəyyən olunur.  
Dünya dövlətləri öz aralarında olan münasibətləri “dövlət” 
olduqlarına  görə,  dövlət  ideyası  mərkəz  olmaqla,  yaradırlar, 
tərəflər  arasında  əlaqələri  təşkil  edirlər.  Əlaqələri  təmin  edən, 
münasibətləri  nizama  salan  dövlət  ideyasının  da  bazasında  və 
dövlətin fəaliyyətinin əsasında öz  xalqına xidmət amili durur. 
Xidmət  müsbət  məzmuna  malikdir.  (Qeyd:  dövlət  mahiyyət 
etibarilə  ədaləti  təmin  edən,  ədalətin  ardıcıl  olaraq  mövcud-
luğunu  qoruyan  bir  qurumdur.  Dövlətin  daxilində  siyasətin 
dərəcələnməsi  iyerarxiyanı  meydana  gətirdiyindən  bağlılıq 
ortaya çıxır. Bağlılıq zamanı ziddiyyətlərin tam şəkildə ortaya 
çıxmaması  üçün  və  nisbi  əsaslarla  hüquqi  bərabərliyi  təmin 
etmək  məqsədilə  dövlət  daxilində  tərəflər  arasındakı 
münasibətlərdə  “mənim  sənin  hüququnu  təmin  etmək 
hüququm  vardır”  ideyası  əsas  mərkəzi  ideya  kimi  qəbul 

 
11 
 
edilməlidir.  Bu  anda  nisbi  bərabərlik  (özündə  mütləqliyi  əks 
etdirməklə)  və  sabitlik,  eləcə  də  vahid  enerjilik  ortaya  çıxa 
bilir.  
Dövlətin  fəaliyyəti  həm  sabit  və  loyal  olaraq  yerinə 
yetirilir,  həm  də  burada  funksiyanın  icrası  zamanı 
gərginliklər  və  qeyri-sabitliklər  üzə  çıxır.  Dövlətin  (burada 
dövlət  hakimiyyətinin  güc  tətbiqi  nəzərdə  tutulur)  zorakı 
məzmunu  da  vardır.  Zorakı  aparat  kimi  fəaliyyəti  insanlar 
arasında  onun  mənfi  və  qəbul  edilməyən  xüsusiyyətlərini 
ortaya çıxarır. Dövlət hakimiyyəti zor tətbiq edir. Bu anda öz 
maraqlarını güdür. Dövlət hakimiyyəti həm də özünün siyasi 
forma kimi mövcudluğunu qorumaqda maraq nümayiş etdirir 
və  təhlükə  yarandıqda  güc  tətbiqinə  əl  atır.  Dövlət 
hakimiyyəti  gücün  tətbiqini  də  o  halda  reallaşdırır  ki,  həm 
dövlətin tərkib elementi olan vətəndaşlarını qorusun, həm də 
özünün  siyasi  qurum  kimi  fəaliyyətini  təmin  etsin.  Zorakılıq 
dövlətin  formasını  qorumaq  baxımından  və  tərkib  element-
lərini  mühafizə  etmək  zərurətindən  irəli  gəlir.  Zor  tətbiq 
etmək  də  dövlətin  leqal,  qanuni  (onun  hüququdur) 
hərəkətinin  əsaslarını  yaradır.  Dövlət  hakimiyyətinin  güc 
tətbiq  etmək  hüququ  onun  öz  sistemini  qoruması  istəklə-
rindən  irəli  gəlir.  Burada  bir  məsələni  xüsusi  olaraq,  nəzərə 
almaq  lazımdır  ki,  siyasət  dövlət  hakimiyyətinə  aid  olan 
məsələdir.  Çünki  idarəetmədir.  Dövlət  hakimiyyəti  ilə  yanaşı 
mətndə  dövlət  sözünü  də  işlətəmk  mümkündür.  Bu  halda 
dövlət  hakimiyyəti  başa  düşülməlidir.  Dövlət  hakimiyyətinin 
siyasəti  düşüncələrdə  elə  dövlət  siyasəti  kimi  qəbul  olunur. 
Dövlət  hakimiyyətləri  öz  siyasətlərini  dövlət  adından  həyata 
keçirirlər.  Lakin  onu  da  nəzərə  almaq  lazımdır  ki,  dövlət 
hakimiyyəti  ilə  vətəndaşlar,  yəni  cəmiyyət  birlikdə  dövlətin 
tərkib  komponentidir  və  bir-birinə  bağlı  olan  iki  şərti 
strukturdur. Onu da nəzərə almaq lazımdır ki, dövlət rəhbəri 
ilə hakimiyyət rəhbərləri anlayışları arasında həm oxşar, həm 
də  fərqli  məzmunlar  vardır.  Dövlət  rəhbəri  özündə  dövlətin 

 
12 
 
bütün  komponentlərini,  yəni  hakimiyyətlərini  və  cəmiyyətini 
vəhdət  şəkilində  əks  etdirir.  Hakimiyyət  rəhbərləri  isə  ayrı-
ayrı qolların rəhbərləri olaraq dövlətin müəyyən etdiyi siyasət 
istiqamətlərini  icra  edirlər.  Oxşarlıq  isə  onunla  izah  oluna 
bilər  ki,  dövlət  rəhbərləri  də  qərar  qəbul  etmək  və  icraya 
yönəltmək funksiyasını yerinə yetirirlər).  
Dövlət  xarici  siyasəti  ona  görə  həyata  keçirir  ki, 
vətəndaşlarının  daxili  (əsas)  və  beynəlxalq  maraqlarını 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə