Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


Beynəlxalq münasibətlərin vəzifəsi



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   7   8   9   10   11   12   13   14   ...   29

 
Beynəlxalq münasibətlərin vəzifəsi 
 
Beynəlxalq  münasibətlərin  vəzifəsi  dedikdə,  dövlətlərin 
özlərinin  xarici  siyasətlərindən  irəli  gələn  vəzifələrinin 
qarşılıqlı  vəhdətlik  təşkil  edən  məzmunu  başa  düşülməlidir. 
Hər  bir  dövlət  xarici  siyasət  üzrə  vəzifəsini  beynəlxalq 
münasibətlərin baza prinsiplərindən irəli gələrək müəyyən edir 

 
112 
 
və  nəzəri  baxımdan  rəsmi  sənədlərdə  (məsələn,  qurumların 
əsasnamələrində)  əks  etdirir.  Vəzifələrə  uyğun  olaraq 
funksiyalar müəyyən olunur.  
Beynəlxalq  münasibətlərin  vəzifəsi  dövlətlərin  xarici 
siyasətlərinin  vəzifələrindən  formalaşır.  Eyni  zamanda  xarici 
siyasətin  vəzifələrinin  istiqamətlərinin formalaşmasına da  təsir 
göstərir.  Vəzifələr  tərkib  etibarilə  özlərində  məqsədləri, 
müəyyən  məqsədlərə  çatmanı  daşıyır.  Beynəlxalq  münasi-
bətlərin  vəzifəsi  özündə  xarici  siyasətin  baza  vəzifələrini 
birləşdirməklə  bərabər,  bir  qədər  qlobal  və  geniş  əhəmiyyətə 
malikdir.  Beynəlxalq  münasibətlərin  vəzifəsi  beynəlxalq 
münasibətlərdə  qarşıya  qoyulan  məqsədlərə  çatmaq  yollarını 
tapmaqdan,  müəyyən  etməkdən  ibarətdir.  Regional  və  qlobal 
formalı  və  məzmunlu  beynəlxaq  münasibətlərin  vəzifəsi  ilk 
növbədə  regionlarda  və  regionların  birləşmələrində  əhatə 
olunan məkanların sabitliyini təmin etmək, sülhə nail olmaq və 
sülh  şəraitində  maraqları  təmin  etmək  yollarını  axtarmaqdan 
ibarətdir.  Bu,  prinsip  olaraq  universal  və  baza  məzmunu  kəsb 
edir.  (Qeyd:  beynəlxalq  münasibətlərin  vəzifəsində  həm  də 
dövlətlərin  gizli maraqlarını  təmin  etmək funksiyası dayanır. 
Dövlətlər  özlərinin  beynəlxalq  münasibətlərdə  olan  vəzifə-
lərindən,  səlahiyyət  və  hüquqlarından  istifadə  edərək 
beynəlxalq  münasibətlərdən  öz  maraqları  naminə  istifadə 
edirlər.  Beynəlxalq  münasibətlər  burada  bir  istifadə 
məkanına  da  çevrilir.  Beynəlxalq  münasibətlər  dövlətlərin 
geosiyasi  məkanlar  üzrə  sistemləşmiş  mənafelərini  ortaya 
çıxarır.  Beynəlxalq  münasibətlərin  vəzifələri  öz-özlüyündə 
pozitivdir  və  müsbətdir, faydalıdır.  Bununla bərabər, həm də 
razılaşmaları özlərində əks etdirəndir. Beynəlxalq sistemlərin 
tərkib  ünsürünə  çevrilmək  onun  dalğasında  iştirak  etmək  və 
dalğasının 
axarınca 
getməkdən 
ibarətdir. 
Beynəlxalq 
münasibətlərin mənfi tərəfləri isə ondan ibarətdir ki, dövlətlər 
özləri  bir-birilərinə  bağlanırlar  və  bu  bağlılıq  da  gücün 
(güclü tərəfin) ortaya çıxmasını və gücün gücsüzlər üzərində 

 
113 
 
təsirlərini  formalaşdırır.  Ümumiyyətlə,  istənilən  bir  sistemin 
faydalılığına  müsbət,  mənfi  və  bu  iki  vəziyyət  arasında 
keçiciliyi  və  dəyişkənliyi  yaradan  vəziyyətlər  prizmasından 
yanaşmaq  lazımdır.  Bu  keçiciliyin  özü  də  mütləqliklər 
cəmindən,  mütləq  vəziyyətlərin  bir-birini  əvəzləməsindən 
ortaya  çıxır.  Beynəlxalq  münasibətlər  sistemində  dövlətlərin 
sürətlə  (burada  hakimiyyətləri)  hərəkət  etmələri  onların 
zəifləməsinə  də  təsir  göstərə  bilər.  Dövlət,  əgər,  öz  resurs-
larından  tez-tez  istifadə  edərək  xarici  məkana  dağıdarsa,  bu 
anda  nüvə  zəifləyər,  yəni  dövlətin  öz  “çəkisi,  kütləsi”  azalar. 
Çəkiisi azaldıqca cazibə qüvvəsi də azalır).  
 Beynəlxalq  münasibətlərin  vəzifəsi  dövlətləri  bir  aktorlar 
kimi  beynəlxalq  birliyin  qurulmasında  iştirak  yollarını 
müəyyən  etməkdən  ibarətdir.  Beynəlxalq  münasibətlərin 
inkişaf  yollarının  tapılması  və  dövlətlər  arasında  güc  fərqinə 
baxmayaraq  vahid  qaydaların  yaradılması  və  onlara  əməl 
edilməsi beynəlxalq münasibətlərin əsas vəzifəsi kimi müəyyən 
olunmalıdır.  Beynəlxalq  münasibətlərin  vəzifəsinə  həm  də 
ayrı-ayrı  regionlarda  yaşayan  xalqların  mədəni  birliyinə  nail 
olmaq  üçün  fəaliyyətinin  həyata  keçirilməsini  təmin  etmək 
aiddir.  Beynəlxalq  münasibətlərin  vəzifəsinə  bir  tərəfdən 
dövlətlərin  bu  sahədə  iştirak  yollarının  axtarılıb  tapılmasını 
təmin  etmək,  digər  tərəfdən  isə  ümumi  olaraq  beynəlxalq 
münasibətlər  sferalarının  təhlükəsizliyini  təmin  etmək  aid 
olunmalıdır.  Beynəlxalq  münasibətlərin  vəzifəsi  həm  də  lokal 
məzmun  kəsb  etmir  və  ümumi  beynəlxalq ictimai birliyin fəal 
üzvünə  çevrilmək  əsas  şərtdir.  Dövlətlər  çalışırlar  ki, 
beynəlxalq  münasibətlərdə  iştirak  etməklə  öz  ətraflarında 
təhlükəsizlik  qurşaqları  yaratsınlar.  (Hərbi-siyasi  ittifaqların 
yaradılması  da  məhz  buna  sübutdur).  Bu  təhlükəsizlik 
qurşaqlarını  onlar  pilləli  və  bir-birini  əhatə  edən  qurşaqlar 
formasında  təşkl  etsinlər.  Beynəlxalq  münasibətlərdə  iştirak 
böyük  dövlətlərə  imkan  verir  ki,  beynəlxalq  hüquq 
normalarının 
özündən 
istifadə 
etməklə 
öz 
geosiyasi 

 
114 
 
şəbəkələrini  genişləndirsinlər.  Məsələn,  beynəlxalq  hüquqa 
görə,  dövlətlər  öz  aralarında  iqtisadi  və  hərbi  sahədə,  o 
cümlədən müxtəlif sahələrdə, digər tərəflərin maraqlarına zərər 
vurmadan əlaqələr yarada bilərlər. Bu anda böyük dövlətlər öz 
resurslarını  digər  böyük  və  kiçik  gücə  malik  olan  dövlətlərə 
göndərirlər,  eləcə  də  həmin  dövlətlərin  resurslarını  qəbul 
edirlər.  Böyük  dövlətlərin  transmilli  korporasiyaları  kiçik 
dövlətlərin  iqtisadiyyatında  iştirak  edirlər  və  onların  makro 
iqtisadi  mühitlərini  formalaşdırırlar.  Böyük  dövlətlər  kiçik 
dövlətlərdə  hərbi  bazalar  yerləşdirirlər  və  bununla  da 
geostrateji  üstünlük  qazanırlar.  Bu  qarşılıqlı  vəziyyətlərdən 
güclü  dövlətlərin  üstünlükləri  amili  ortaya  çıxır.  Beynəlxalq 
münasibətlərin  sistemləşməsi  beynəlxalq  aləmdə  güclərin 
təsnifatını ortaya çıxarır.  
Beynəlxalq  münasibətlərin  sistemləşdirilməsinin  özü  elə 
beynəlxalq  münasibətlərin  vəzifələrinə  aid  olur.  Xarici 
siyasətin  vəzifəsi  ilə  beynəlxalq  münasibətlərin  vəzifəsi 
uzlaşmış  formanı  meydana  gətirir.  Əslində  elə  xarici  siyasətin 
vəzifələri  özləri  ilə  beynəlxalq  münasibətlərin  vəzifələrini 
formalaşdırmış  olur.  Beynəlxalq  münasibətlər  öz  qarşısına 
fərqli gücə malik olan dövlətlərin vahid birliyini yaratmaq kimi 
qlobal  vəzifəni  də  qoyur.  Beynəlxalq  münasibətlərin  vəzifəsi: 
regional  və  qlobal  miqyasda  müdafiə  olunmaq,  bu  baxı-
mından  hərbi  təcavüzlərin  və  hərbi  işğalların  qarşısını 
almaq;  transmilli  cinayətkarlığın  qarşısını  kəsmək;  bu  kimi 
cinayətkarlığın  dövlətlərdən-dövlətlərə  keçməsinin  qarşısını 
almaq;  beynəlxalq  epidemik  xəstəliklərdən  birgə  qorunmaq; 
dünya  resurslarından  birgə  istifadə  etmək  üçün  hərəkətləri 
birləşdirmək;  hərəkətlər  üçün  normalar  yaratmaq;  beynəl-
xalq  birliyin  təmin  olunması  istiqamətində  dövlətlərarası 
münasibətləri  və  əlaqələri  təmin  etmək  və  vahid  trayektoriya 
yaratmaq üçün beynəlxalq yığıncaqlar təşkil etmək; ikitərəfli 
və  çoxtərəfli  sənədlər  hazırlamaq  və  onu  qəbul  etdirmək; 
iqtisadi  əlaqələri  təşkil  etmək,  bu  baxımdan  beynəlxalq 

 
115 
 
iqtisadi  əlaqələr  sistemini  formalaşdırmaq,  bu  siyasətin 
tərkibi  olaraq  beynəlxalq  ticarəti  təşkil  etmək,  kapital  axını 
sistemini 
yaratmaq, 
beynəlxalq 
valyuta 
və 
maliyyə 
sistemlərini  təşkil  etmək;  beynəlxalq  qlobal  təhlükələrdən 
müdafiə  olunmaq  üçün  gücləri  birləşdirmək;  kainatı  və 
kosmik  məkanı  birgə  öyrənmək;  faciəvi  hadisələrdən  birgə 
müdafiə  olunmaq;  ümumiyyətlə,  əlaqələri  və  münasibətləri 
sistemli  şəkildə  təmin  etmək  üçün  informasiya  sistemini 
yaratmaq;  məlumatlar  mübadiləsini  həyata  keçirmək;  dünya 
vətəndaşlarının  vahid  birliyini  təşkil  etmək;  vətəndaşlar 
arasında dini, irqi, siyasi, sosial mənşələrinə görə fərqlərə yol 
verməmək;  sosial  və  məişət  zorakılıqlarını,  o  cümlədən  uşaq 
və  qadın  zorakılığını  aradan  qaldırmaq  yolllarını  müəyyən 
etmək;  işgəncələrin  ləğv  olunmasının  əsaslarını  müəyyən 
etmək;  dünya  xalqlarının  aclıq  və  susuzluq  problemlərinin 
həlli  üçün  birgə  yollar  axtarıb  tapmaq  və  s.  kimi  yolların 
müəyyən  edilməsi  və  axtarılıb  tapılmasından  ibarətdir. 
Burada  vəzifələrin  yerinə  yetirilməsi  dövlətlərin  imkanlarına 
bağlıdır.  Böyük  dövlətlər  qarşısında  daha  böyük  vəzifələr 
dayanır.  Dünyanın  vahidliyinin  qolrunmasında  onların  vəzifə-
lərinin böyüklüyü, onların həm də məsuliyyət və öhdəliklərinin 
böyüdülməsinin əsaslarını təşkil edir.  
Beynəlxalq  münasibətlərin  vəzifələrini  (buraya məqsəd-
ləri  də  aid  etmək  olar.  Vəzifələr  məhz  məqsədləri  həyata 
keçirmək  üçün  yolları  müəyyən  etməkdən  və  istiqamətləri 
reallaşdırmaq yollarından və vasitələrindən  ibarətdir) nəzəri 
baxımdan bu kimi qaydada ümumiləşdirmək olar: 
-dövlətlər  və  xalqlar  arasında  sabitliyə  söykənən  münasi-
bətləri və əlaqələri təşkil etmək; 
-regional  və  qlobal  miqysalı  beynəlxalq  münasibətləri  və 
beynəlxalq əlaqələri təşkil etmək;  
-beynəlxalq birliyin ümumi maraqlarını ödəmək üçün sabit 
və davamlı əlaqələri təşkil etmək; 

 
116 
 
-ümumdünya  sülhünün  qorunması  üçün  müvafiq  siyasəti 
həyata keçirmək; 
-dövlətlər arasında rəvan əlaqələri tənzim etmək; 
-dünya  resurslarından  məkanlar  və  əhali  məskənləri  üzrə 
bərabər istifadəni təmin etmək
-dünyada ədalətli bölgünü təmin etmək; 
-dövlətlərin fərdi qaydada inkişafını təmin etmək və dünya 
resurslarından  faydalanmaq  üçün  icra  yollarını  müəyyən 
etmək; 
-dünya xalqlarının mədəni irsini qorumaq
-dünya  xalqları  arasında  mədəni  birliyi  yaratmaq  və 
çoxşaxəli və inteqrasiyanı yaratmaq; 
-ayrı-ayrı dövlətlərə qarşı birgə qaydada ümumi nəzarəti və 
müşahidəni həyata keçirmək; 
-dünya sakinlərinin sağlamlıqlarının qeydinə qalmaq, ərzaq 
və dərman preparatları çatışmazlığını aradan qaldırmaq; 
-dünya üzrə ekoloji tarazlığı qoruyub saxlamaq
-dünyanın  bütün  problemlərinin  həlli  üçün  gücləri 
birləşdirmək; 
-dünyada  və  onun  ayrı-ayrı  regionlarında  transmilli 
cinayətkarlığıa  qarşı  birgə  əməkdaşlıq  yolu  ilə,  gücləri 
birləşdirməklə və fəaliyyəti koordinasiya etməklə nail olmaq; 
-dünya üzrə inkişaf uyğunsuzluğunu aradan qaldırmaq; 
-kasıbçılıqla  və  kütləvi  xəstəliklərin  yayılmasına  qarşı 
birgə mübarizə aparmaq; 
-bütün ölkələrdə insanların hüquqlarını qorumaq və bunun 
üçün fəaliyyətiləri koordinasiya etmək; 
-dövlətlərin daxillərində çatışmayan resursların beynəlxalq 
aləmdən əldə edilməsi; 
-dövlətlər  arasında  müharibələrin,  silahlı  qarşıdurmaların 
və digər böhranların və gərginliklərin aradan qaldırılması üçün 
müəyyən  preventiv  tədbirlər  görmək  və  baş  vermiş  qarşıdur-
maları və böhranları sülh yolu ilə aradan qaldırmaq; 

 
117 
 
-dövlətlərin  daxili  siyasətləri  ilə  xarici  siyasətləri  arasında 
uzlaşmanı  təmin  etmək  və  bütün  dövlətlərin  siyasətlərini 
insanlara  xidmətə  yönəltməklə,  qarşılıqlı  uzlaşmanı  və 
vahidliyi təmin etmək; 
-dövlətlərin  dinc  şəraitdə  əməkdaşlığını  təmin  etmək  və 
qlobal  və  regional  səviyyədə  sülhü  təmin  etmək  və  qoruyub 
saxlamaq; 
-bir  ölkədə  və  ya  da  regionda  baş  vermiş  beynəlxalq 
problemin  həllində  yardımçı  olmaq  üçün  bütün  ictimaiyyətin 
diqqətini  həmin  problemin  həllinə  yönəltmək  (məsələn, 
beynəlxalq  konfransları  təşkil  etmək,  forumları təşkil etmək və 
s.) və s. 
Beynəlxalq  münasibətlərin  vəzifələri  də  dərəcələnir  və 
subyektlər  (burada  dövlətlər  və  təşkilatlar  müəyyən  siyasəti 
həyata  keçirmək  üçün  müxtəlif  funksiya  daşıyırlar)  müxtəlif 
sahələr üzrə müəyyən həcmli işləri yerinə yetirirlər.  
  
Xarici siyasətin və beynəlxalq münasibətlərin funksiyası 
(dövlətlərin beynəlxalq arenada funksiyaları)  
 
Siyasətin  (fəaliyyətin)  bütün  sahələrində  olduğu  kimi, 
beynəlxalq  arenada  da  fəaliyyətin  öz  funksiyaları  mövcuddur. 
Funksiyanı  iştirak  edən  tərəflər  yerinə  yetirir.  Beynəlxalq 
münasibətlərdə  dövlətlər  və  onların  yaratdıqları  təşkilatlar 
iştirak  etdiklərindən  xarici  siyasətin  və  beynəlxalq  münasi-
bətlərin  funksiyaları  meydana  gəlir.  Xarici  siyasətin  və 
beynəlxalq münasibətlərin funksiyaları təbii ki, xarici siyasətin 
və  beynəlxalq  münasibətlərin  vəzifələrindən  və  beynəlxalq 
hüquq subyektlərinin hüquqlarından meydana gəlir. Beynəlxalq 
münasibətlərin  və  xarici  siyasətin  funksiyaları  çoxtərəfli 
əsaslara malikdir və demək olar ki, dövlətlərin və təşkilatların 
imkanları ilə müəyyən olunujr. Bu funksiyaların icrası həm də 
dövlətlərin  potensialına  bağlı  olur.  Beynəlxalq  münasibətlərdə 
dövlətlər  beynəlxalq  hüququn  qaydaları  və  normalarına 

 
118 
 
müvafiq  olaraq  öz  funksiyalarını  yerinə  yetirir.  Beynəlxalq 
münasibətlərin  funksiyası  onun  məqsədlərindən  və  öhdəlik-
lərindən  də  formalaşır.  Dövlətlərin  beynəlxalq  hüquqa  görə 
öhdəlikləri  onları  beynəlxalq  aləmdə  müəyyən  funksiyalar 
yerinə  yetirməyə  vadar  edir.  Funksiyalar  müəyyən  olunmuş 
qaydalar  əsasında  subyektlərin  hərəkətlərinin  əsaslarını  təşkil 
edir.  Beynəlxalq  münasibətlərin  baza  funksiyası  beynəlxalq 
hüququn  on  mühüm  prinsipindən  irəli  gələrək,  müəyyən 
prinsipial  işləri  yerinə  yetirməkdən  ibarətdir.  Beynəlxalq 
aləmdə  regional  və  qlobal  miqyasda  birlikdə  iştirak  etməklə 
inkişaf  etmək;  ümumdünya  sülhünü  qorumaq və  təmin etmək; 
resursları  tarazlı  qaydada  paylamaq  kimi  məqsədlərdən  irəli 
gələrək  çoxşaxəli  funksiya  müəyyən  olunur.  Beynəlxalq 
münasibətlərin  baza  məqsədinin  birlikdə  inkişaf  etmək  və 
mövcudluğu  qorumaq  kimi  baza  məqsədlərindən  irəli  gələrək, 
hesab  etmək  olar  ki,  beynəlxalq  münasibətlərin  baza 
funksiyaları  da  bu  kimi  məqsədlərin  yerinə  yetirilməsi  üçün 
müəyyən olunan çoxtərkibli fəaliyyət istiqamətlərindən asılıdır. 
Xarici  siyasətin  və  beynəlxalq  münasibətlərin  funksiyasına 
dövlətlərin  hüquqla  müəyyən  olunmuş  əsaslarla  istənilən  növ 
hərəkətləri  aid  olunmalıdır.  Bütün  funksiyalar  pozitivliyə 
xidmət  etməlidir  və  ədalətli  davranışları  özündə  əks 
etdirməlidir.  Beynəlxalq  münasibətlərin  funksiyaları  dövlət-
lərin  bütün  hərəkətləri  üzrə  şaxəli  fəaliyyətlərinə  əsaslanır  və 
funksiyalar  da  şərtləndirici  əsaslarla  bir-biri  ilə  bağlı  olur  və 
müəyyən  vəhdətlik  və  tərkib  hissələr  yaranır.  Funksiyalar  da 
təsnif  olunur  və  bu  da  vəzifələrdən  və  hüquqlardan  irəli  gəlir. 
Beynəlxalq  münasibətlərin  funksiyası  dövlətlərin  beynəlxalq 
aləmdə  tutduqları  mövqelərdən  də  irəli  gəlir  və  dövlətlər 
müəyyən  statuslar  əldə  edirlər.  Dövlətlər  funksiyalar  yerinə 
yetirməklə  öz  məqsədlərinə  çatmaq  yollarını  müəyyən-
ləşdirirlər.  Beynəlxalq  münasibətlərin  funksiyası  dövlətləri  öz 
sakinlərinə  xidmət  etmək  üçün  vəhdət  formada  fəaliyyətini 
təmin  etməni  və  dövlətlər  arasında  sabit  və  dinc  şəraitində, 

 
119 
 
əməkdaşlıq  formasında  əlaqələr  yaratmanı  əsas  götürür. 
Funksiya  məqsədlərlə  bağlıdır  və  demək  olar  ki,  mütləq 
qaydada ədalətli davranış prinsiplərinə söykənir. 
Beynəlxalq  münasibətlərin  funksiyaları  şaxələnir  və 
ümumi  vahid  prinsiplər  başlanğıc  rolunu  oynayır.  Ümumi 
ideoloji prinsipdən törəmə funksiyalar meydana gəlir.  
İstənilən qurumun vəzifələrindən irəli gələrək funksiyaları 
müəyyən  olunur.  Funksiyalar  onun  fəaliyyətinin  əsas 
istiqamətlərini müəyyən edir.  
Diplomatik  əlaqələr  haqqında  1961-ci  il  tarixli  Vyana 
Konvensiyasına  əsasən  (Maddə  3),  diplomatik  nümayəndəliyin 
funksiyalarına-  yerləşdiyi  dövlətdə  akkreditə  edən  dövləti  təmsil 
etmək;  beynəlxalq  hüquqla  yol  verilən  hüdudlarda  yerləşmə 
dövlətində  akkreditə  edən  dövlətin  və  onun  vətəndaşlarının 
mənafelərini  müdafiə  etmək;  yerləşmə  dövlətinin  hökuməti  ilə 
danışıqlar  aparmaq;  yerləşmə  dövlətindəki  şərait  və  hadisələri 
qanuni  yolla  müəyyən  etmək  və  bunlar  haqqında  akkreditə  edən 
dövlətin  hökumətinə  məlumat  vermək;  akkreditə  edən  dövlətlə 
yerləşmə dövləti arasında dostluq münasibətlərini təşfiq etdirmək və 
iqtisadiyyatı, mədəniyyəti və elm sahəsində onlar arasında qarşılıqlı 
münasibətləri inkişaf etdirmək aiddir. 
Qeyd etmək olar ki, bunlar, 
baza  funksiyalardır  və  bunlardan  irəli  gələrək  diplomatik 
nümayəndəliklərin  beynəlxalq  diplomatiya  ilə  ziddiyyət  təşkil 
etməyən  funksiyaları  meydana  gələ  bilər. 
Diplomatik  xidmət 
haqqında  Azərbaycan  Respublikasının  Qanununa  əsasən,
 
diplo-
matik xidmət orqanları asağıdakı əsas funksiyaları həyata kecirirlər: 
Azərbaycan  Respublikasının  digər  dovlətlərlə  və  beynəlxalq 
təskilatlarla munasibətlərdə təmsil edilməsi; Azərbaycan Respublika-
sının  digər  dovlətlərlə  və  beynəlxalq  təskilatlarla  iqtisadi,  sosial, 
elmi-texniki,  mədəni  və  basqa  sahələrdə  əməkdaslığının  inkisafına 
komək gostərilməsi; Azərbaycan Respublikasının digər dovlətlərlə və 
beynəlxalq  təskilatlarla  danısıqlarının  aparılmasının  və  beynəlxalq 
muqavilələrin  imzalanmasının  təskili;  yuksək  dovlət  və  hokumət 
səviyyələrində  dovlətlərarası  mubadilələrin  protokol  təminatı; 
xaricdə  yasayan  həmvətənlərlə  əlaqələrin  inkisafına  komək 
gostərilməsi; diplomatik və konsul imtiyaz və immunitetlərinin yerinə 

 
120 
 
yetirilməsi  üzərində  nəzarətin  həyata  kecirilməsi;  Azərbaycan 
Respublikasının  xarici  və  daxili  siyasəti,  olkənin  iqtisadi,  sosial  və 
mədəni həyatı haqqında informasiyanın Azərbaycan Respublikasının 
diplomatik  numayəndəlikləri  vasitəsilə  xaricdə  yayılmasının  təmin 
edilməsi;  Azərbaycan  Respublikasının  dovlət  orqanlarının  və 
Azərbaycan  Respublikasında  movcud  olan  kutləvi  informasiya 
vasitələrinin  Azərbaycan  Respublikasının  beynəlxalq  vəziyyəti  və 
xarici 
siyasəti 
haqqında 
məlumatlandırılması; 
Azərbaycan 
Respublikasının  ərazisindəki  diplomatik  numayəndəliklərin  və 
konsulluqların  fəaliyyətinə  komək  gostərilməsi,  oz  səlahiyyətləri 
cərcivəsində onlara xidmət gostərən təskilatların fəaliyyətinə nəzarət 
edilməsi;  Azərbaycan  Respublikasının  tərəfdar  cıxdığı  beynəlxalq 
muqavilələrin  qeydiyyatı,  ucotu  və  saxlanması  uzrə  vahid  dovlət 
sisteminin  fəaliyyətinin  təmin  edilməsi;  Azərbaycan  Respublikasının 
bağladığı  beynəlxalq  muqavilələrin  depozitarisi  funksiyalarının 
həyata  kecirilməsi;  Azərbaycan  Respublikasının  tərəfdar  cıxdığı 
beynəlxalq muqavilələrin icrası uzərində umumi musahidənin həyata 
kecirilməsi;  Xarici  siyasət  və  beynəlxalq  munasibətlər  sahəsində 
Azərbaycan Respublikasının qanunvericiliyinin təkmilləsdirilməsində 
və  bu  qanunvericiliyin  Azorbaycan  Respublikasının  beynəlxalq 
huquqi 
ohdəliklərinə 
uyğunlasdırılmasına 
dair 
təkliflərin 
hazırlanması.  Diplomatik  xidmət  orqanları  Azərbaycan  Respublika-
sının  Konstitusiyasına  və  qanunlarına  uyğun  olaraq  digər 
funksiyaları da həyata kecirə bilər.
1
  
Diplomatik  nümayəndəliklərin  funksiyaları  yuxarı  və 
aidiyyatı  dövlət  (burada  mərkəzi  dövlət  hakimiyyəti  qurumu) 
hakimiyyəti  qurumlarının  funksiyalarını  böyüdür  və  dövlətin 
xarici  siyasət  sahəsində  funksiyaları,  hərəkət  sferaları  və 
miqyası genişlənir. Mərkəzi icra hakimiyyəti orqanı diplomatik 
nümayəndəliklərin  (öz  ölkəsinə  məxsus  olan)  fəaliyyətlərinin 
əlaqələndirilməsini  təmin  edir  və  koordinasiya  və  icra 
funksiyasını 
yerinə 
yetirir. 
Bu 
baxımdan, 
Azərbaycan 
Respublikası  Xarici  İşlər  Nazirliyinin  (Əsasnaməsində  əksini 
                                                 
1
 Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu 
http://www.rusum.az/laws/law_953106246_7974.pdf; 

 
121 
 
tapmış) bəzi funksiya istiqamətləri aşağıdakılardır: 
Azərbaycan 
Respublikasını  digər  dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla 
münasibətlərdə təmsil etmək; ölkənin diplomatik xidmət orqanlarının 
vahid  sisteminə  rəhbərlik  etmək;  ölkənin  xarici  və  daxili  siyasəti, 
iqtisadi,  sosial  və  mədəni  həyatı  haqqında  informasiyanın 
Azərbaycan  Respublikasının  diplomatik  nümayəndəlikləri  vasitəsilə 
xaricdə  yayılmasını  təmin  etmək;  ikitərəfli,  çoxtərəfli  və  beynəlxalq 
problemlərin  bütün  kompleksi  üzrə  məlumatların  araşdırılması 
əsasında  Azərbaycan  Respublikasının  xarici  dövlətlərlə  və 
beynəlxalq  təşkilatlarla  münasibətləri  məsələləri  barədə  təkliflər 
hazırlayaraq  müəyyən  olunmuş  qaydada  dövlət  rəhbərinə  təqdim 
etmək;  dövlətin  beynəlxalq  müqavilələrinin  layihələrini  hazırlamaq, 
müqavilələrin  bağlanması,  icrası,  ləğv  edilməsi  və  qüvvəsinin 
dayandırılması  barədə  təkliflər  hazırlayaraq,  müəyyən  olunmuş 
qaydada  ölkə  başçısına  baxılmaq  üçün  təqdim  etmək;  digər 
dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  danışıqların  aparılmasını 
təşkil  etmək;  ölkənin  beynəlxalq  müqavilələrinin  icrası  üzərində 
ümumi  müşahidəni  həyata  keçirmək,  milli  qanunvericiliyin 
Azərbaycan 
Respublikasının 
beynəlxalq 
hüquq 
öhdəliklərinə 
uyğunlaşdırılması  haqqında  təkliflərin  hazırlanmasında  iştirak 
etmək;  ölkənin  digər  dövlətlərlə  və  beynəlxalq  təşkilatlarla  iqtisadi, 
sosial,  elmi-texniki,  mədəni  və  başqa  sahələrdə  əməkdaşlığının 
inkişafına  kömək  göstərmək;  beynəlxalq  sülhün  və  təhlükəsizliyin 
təmin  edilməsi  sahəsində  ölkənin  səylərini  diplomatik  vasitələrlə 
həyata  keçirmək;  beynəlxalq  təşkilatların,  konfransların,  forumların 
fəaliyyətində ölkənin iştirakını təmin etmək, beynəlxalq birliyin üzvü 
kimi  Azərbaycan  Respublikasının  qlobal  və  regional  beynəlxalq 
problemlərin  həllində  rolunun  yüksəldilməsinə  səy  göstərmək; 
beynəlxalq  konfransların,  toplantıların  və  digər  dövlət  səviyyəli 
tədbirlərin və mərasimlərin təşkilində iştirak etmək; yüksək dövlət və 
hökumət  səviyyələrində  dövlətlərarası  mübadilələrin  protokol 
təminatını  həyata  keçirmək;  dövlət  hakimiyyəti  orqanlarının  xarici 
siyasi  fəaliyyətinin  ayrı-ayrı  istiqamətləri  barədə  ölkə  başçısına 
məlumat  vermək;  ölkədə  fəaliyyət  göstərən  xarici  dövlətlərin 
diplomatik  nümayəndəliklərinin  və  konsulluqlarının  fəaliyyətinə 
kömək  göstərmək,  öz  səlahiyyətləri  çərçivəsində  onlara  xidmət 
göstərən  təşkilatların  fəaliyyətinə  nəzarət  etmək;  ölkənin  dövlət 

 
122 
 
orqanlarını  və  kütləvi  informasiya  vasitələrini  Azərbaycan 
Respublikasının  beynəlxalq  vəziyyəti  və  xarici  siyasəti  haqqında 
məlumatlandırmaq;  xarici  siyasət  və  beynəlxalq  münasibətlər, 
habelə  diplomatik  xidmət  haqqında  Azərbaycan  Respublikası 
qanunvericiliyinin  təkmilləşdirilməsinə  dair  təklifləri  müəyyən 
edilmiş  qaydada  Azərbaycan  Respublikasının  Prezidentinə  təqdim 
etmək;  diplomatik  və  konsul  imtiyaz  və  immunitetlərinə  riayət 
olunması 
üzərində 
nəzarəti 
həyata 
keçirmək; 
Azərbaycan 
Respublikası  Milli  Məclisinin  parlamentlərarası  və  digər  xarici 
əlaqələrinin  həyata  keçirilməsinə  kömək  etmək;  dövlət  orqanlarına 
Azərbaycan  Respublikasında  akkreditə  olunan  xarici  dövlətlərin 
diplomatik  və  konsul  nümayəndəlikləri  ilə  əlaqələrində  yardım 
göstərmək; dövlət orqanlarının xarici dövlətlərin dövlət orqanları və 
vəzifəli  şəxsləri  ilə,  beynəlxalq  təşkilatlarla  əlaqələrinə  yardım 
etmək;  Azərbaycan  Respublikasının  ərazisində  və  xaricdə  konsul 
işini  təşkil  etmək;  xaricdə  yaşayan  həmvətənlərlə  əlaqələrin  və 
əməkdaşlığın inkişafına yardım göstərmək; müəyyən edilmiş qaydada 
pasport-viza  sənədlərini  rəsmiləşdirmək;  müəyyən  edilmiş  qaydada 
diplomatik-kuryer  rabitəsini  həyata  keçirmək;  öz  səlahiyyətləri 
çərçivəsində  Azərbaycan  Respublikasının  vətəndaşlığı  məsələlərinin 
baxılmasında  iştirak  etmək;Azərbaycan  Respublikasının  xarici 
dövlətlərdəki 
səfirlərinin 
və 
konsullarının 
və 
Azərbaycan 
Respublikasının  beynəlxalq  təşkilatlardakı  nümayəndələrinin  təyin 
olunması  və  geri  çağırılması,  dövlət  və  hökumət  nümayəndə 
heyətlərinin  tərkibi  barədə  təklifləri  müəyyən  edilmiş  qaydada 
Azərbaycan  Respublikasının  Prezidentinə  təqdim  etmək;Fövqəladə 
və  Səlahiyyətli  Səfir,  1-ci  və  2-ci  dərəcəli  Fövqəladə və  Səlahiyyətli 
Elçi  diplomatik  rütbələrinin  verilməsinə  dair  təklifləri  Azərbaycan 
Respublikasının  Prezidentinə  təqdim  etmək;  öz  səlahiyyətləri 
daxilində diplomatik rütbələrin verilməsi qaydalarını müəyyən etmək 
və s
1
.  
Dövlətin 
xarici 
siyasət 
funksiyası 
diplomatik 
nümayəndəliklərdən  tutmuş,  mərkəzi  icra  hakimiyyəti  qurumu 
                                                 
1
 AZƏRBAYCAN  RESPUBLİKASININ  XARİCİ  İŞLƏR  NAZİRLİYİ 
HAQQINDA  Ə  S  A  S  N  A  M  Ə.  Azərbaycan  Respublikası  Prezidentinin  
29 yanvar 2004-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur.  

 
123 
 
da  daxil  olmaqla,  dövlət  rəhbərinə  qədər  piramidal  qaydada 
şaxələnir.  Dövlət  rəhbəri  dövlətlərarası  və  hökumətlərarası 
beynəlxalq müqavilələri bağlayır, dövlətlərarası və Azərbaycan 
Respublikasının  qanunlarından  fərqli  qaydalar  nəzərdə  tutan 
hökumətlərarası  müqavilələri  təsdiq  və  ləğv  olunmaq  üçün 
Azərbaycan  Respublikasının  Milli  Məclsinə  təqdim  edir; 
təsdiqnamələri  imzalayır  (Azərbaycan  Konstitusiyası.  Maddə 
109).  Dövlət  rəhbəri  mərkəzi  istiqamətverici,  idarəedici  və  bu 
idarəetmə  çərçivəsində  nəzarətedici  funksiya  daşıyır.  (Bax, 
Xarici İşlər Nazirliyinin Əsasnaməsi. Əsasnaməni təsdiq etmək 
səlahiyyəti də dövlət rəhbərinə məxsusdur).  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin