Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   9   10   11   12   13   14   15   16   ...   29

regionları,  kapitalist  regionları  buna  nümunə  ola  bilər.  Eyni 
zamanda demokratiya və totalitar rejimlər regionları anlayışları 
da  mövcuddur.  İdeoloji  elementlər  və  tərkib  kriteriyalar 
(məkanlar  üzərində  olan)  məkanların böyüməsinə xidmət edir. 
Məsələn,  SSRİ-nin  rəhbərlik  etdiyi  sosializm-kommunizm 
geosiyasi  regionu  XX  əsrdə  daima  genişlənmə  proseslərini 
yaşamışdır.  Sonda  isə  kapital  əsaslı  rejimlər  tərəfindən 
məğlubiyyətə uğramışdır.  
Coğrafi  məkanlar  dövlətlərin  daxil  olduqları  beynəlxalq 
münasibətlər  (regional  və  qlobal)  sferalarını  ortaya  çıxarır. 
Məhz  beynəlxalq  münasibətlər  məkanlar  üzərində  quruldu-
ğundan  (məkan  üzərində  olan  elementlər  və  onlardan  istifadə 
üsulları)  münasibətlərin  məkan  əhatəsi  anlayışı  ortaya  çıxır. 
Bundan  da  regional  geosiyasət  formalaşır.  Regional 
geosiyasət  -  regionun  siyasətini  formalaşdıran  dövlətlərin 
fəaliyyətini  birləşdirən  və  bu  fəaliyyətin  struktur  və 
mexanizmlərini  meydana  gətirən  coğrafi-canlı  siyasətdir. 
Regional  geosiyasət  regionda  siyasi  orqandır  ki,  bu  orqan  da 
mexanizm aparatı olaraq münasibətləri tənzim edir.  
Məkanlarda  siyasət  axınları  da  təsnif  olunur.  Dövlətlər  bu 
baxımdan  regionda  və  regiondan  kənarda  iştirak  etmək 
imkanları  əldə  edirlər.  Dövlətlərin  regional  münasibətləri 
formalaşır.  Regional  münasibətlər  regional  maraqlardan  irəli 
gəlir. Regional maraqlara dövlət maraqları və onun tərkibi olan 
etnik və milli maraqlar, iqtisadi və siyasi maraqlar, regionçuluq 
marağı daxil olur.  
Dövlətin  nüvəsinə  yaxın  olan  əsas  maraq  regional 
maraqdır.  Regiondan  uzaqlaşdıqca  təsir  imkanları  da  zəifləyir. 

 
134 
 
Periferik  maraqlar  dövlətin  sonrakı  (genişlənməkdə  olan 
mərhələli) maraqlarına söykənir. Regional maraqlar dövlətlərin 
regionlarda  həyata  keçirdikləri  siyasətdən  meydana  gəlir. 
Regional  maraqlar  dövlətləri  regionda  güclərinə  görə  təsnif 
etmək  imkanlarını  üzərə  çıxarır.  Regional  maraqlar  qlobal  və 
bu  baxımdan  şaxəli  maraqların  formalaşmasını  meydana 
gətirir.  Qlobal  məzmunlu  və  formalı  siyasət  regionların 
birləşməsində  böyük  əhəmiyyət  kəsb  edir.  Şəbəkələşmiş 
siyasət-regional  siyasətlərin  cəmləşməsi  baza  etibarilə  böyük 
dövlətlərin  regionlarda  təsir  imkanlarını  ortaya  çıxarır.  Güclü 
dövlətlərin qruplaşmasını  meydana  gətirir və kiçik gücə malik 
olan  dövlərin  isə  böyük  dövlətlər  ətrafında  toplanmasının 
əsaslarını yaradır.  
Regional  siyasət  həm  regionda  iştirak  edən  dövlətlərin 
fəaliyyətindən  ortaya  çıxır,  həm  də  dövlətlərin  gücündən  və 
sayından  meydana  gəlir.  Bu  baxımdan  da  regional  siyasət 
forma  nöqteyi-nəzərdən  təsnif  olunur:  böyük  regionda  olan 
siyasət  (Avropa,  Şərq,  Amerika  regionları);  orta  miqyaslı 
regionda  olan  siyasət  (Xəzər-Aralıq  dənizi  regionları  və  s.) 
və  kiçik  regionda  olan  siyasət  (Cənubi  Qafqaz,  Mərkəzi 
Asiya, Fars Körfəzi regionu və s.) 
 
Beynəlxalq  münasibətlərin  coğrafi  məkanlar  üzrə 
formalaşması-qlobal xarici siyasət  
 
Bu  gün  dünyada  meydana  gələn  cərəyanların  çoxluğu, 
cərəyan istiqamətlərinin artması, bu baxımdan da qovuşması və 
toqquşması onun həm sadəliyini, həm də mürəkkəbliyini ortaya 
çıxarır.  Dünyanın  inkişafını  şərtləndirən  material  və  maddi 
vasitələr  resurslar  və  onlar  üzərində  yeni-yeni  istifadə 
metodlarını  meydana  gətirir.  Dünyanın  inkişaf  etmiş  region-
larındakı  ardıcıl,  davamlı  və  mürəkkəb  məzmunda  baş  verən 
proseslər qlobal məzmun kəsb edir. Qloballaşma həm də digər 
ölkələrdə  bas  verir  və  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan 

 
135 
 
regionlar  arasında  keçid  prosesləri,  inteqrasiya  prosesləri 
qloballaşmanı 
meydana 
gətirir. 
Qloballaşma 
təsərrüfat 
həyatından tutmuş siyasi həyata qədər bütün sahələri əhatə edir 
və  daima  dinamikliyi  özündə  əks  etdirir.  Qloballaşma  həm  də 
hərəkətləri  əhatə  edən  sistemlərin,  mexanizm  və  strukturların 
çoxluğundan və mürəkkəbləşməsindən irəli gələrək, zəngin bir 
prosesə  çevrilir.  Beynəlxalq  münasibətlərin  qloballaşmasını 
dünya  ölkələrinin  inkişaf  xüsusiyyətləri  və  inkişaf  uğrunda 
həyata  keçirdikləri  rəqabət  siyasəti  yaradır.  Bu  baxımdan  da 
qloballaşma  daha  çox  sivil  əhəmiyyət  kəsb  edir.  Dünya 
resursları  və  bu  resurslardan  yeni-yeni  meydana  gələn  istifadə 
üsulları  da  qloballaşmanı  meydana  gətirir.  Daxili  siyasətin 
artması, xarici siyasətin genişlənməsi qloballaşmanın yeni-yeni 
məzmununu  ortaya  çşıxarır.  Dövlətlər  arasında  qurulan 
əlaqələr  və  münasibətlərin  ardıcıl  şəkildə  inkişafı  qloballaşma 
üçün  şərtləri  meydaan  gətirir.  Xarici  siyasətin  qloballaşması 
dövlətlərin  həm  artan  daxili  ehtiyacları  ilə  əlaqəlidir,  həm  də 
yeni texniki nailiyyətlərdən irəli gəlir,  yeni texniki nailiyyətlər 
yeni  istifadə  şərtlərini  ortaya  çıxarır.  Qloballaşma  həm  də 
dünya  insanlarının  bir-birilərinə  daha  çolx  yaxınlaşmaq  və 
ünsiyyət  imkanlarını  genişləndirmək  istəklərindən  və  bu 
istiqamətdə  atılan  addımlardan  ortaya  çıxır.  Dünyanın 
qloballaşmasında  dövlətlərin  daxillərində  baş  verən  hadisələr 
və 
dövlətlərin 
xaricində-beynəlxalq 
aləmdə 
genişlənən 
proseslər  böyük  rol  oynayır  və  bu  proseslər  cəmi  məhz 
qloballaşmanı meydana gətirir. Qloballaşma forma baxımından 
miqyasını  artıran,  məzmun  baxımından  isə  daxilən  yeni-yeni 
elementlər  hersabına  genişlənən  bir  vəziyyətdir.  Qlobal 
siyasətin  xarakterində  bir  tərəfdən  inkişaf  xüsusiyyətləri  yer 
alırsa,  digər  tərəfdən  də  problemlər  və  böhranlar  bu  siyasətin 
baza  məzmununu  ortaya  çıxarır.  Bu  baxımdan  da  qloballaşma 
proseslərində 
həm 
müsbət 
(inkişaf), 
həm 
də 
mənfi 
(problemlərin  ortaya  çıxması  və  həllində  olan  çətinliklərin 
zəncirvariliyi) istiqamətlər mövcuddur. Bu iki əksliyin vəhdəti 

 
136 
 
və  mübarizəsi  isə  dünyanın  inkişaf  bütövlüyünü  əlində 
saxlayır.  Buradan  belə  bir  məntiqi  nəticə  ortaya  çıxır  ki, 
qloballıq inkişafdır, inkişafı daxilən şərtləndirəndir.  
 Qloballıq  həm  ərazi  baxımından  çox  böyük  məkanı  əhatə 
edən siyasətdir,  həm  də  daxilən  mürəkkəbliyi və bu baxımdan 
da  zənginliyi  özündə  əks  etdirən  siyasət  cəmidir  və  siyasi 
vəziyyətdir.  Xarici  siyasət  özünün  əhatə  etdiyi  məkana  görə 
regional  və  şəbəkələşmiş  qaydada  olaraq,  regiondan  kənar 
(həcmi  çox  olduqda,  böyük  sahələri  əhatə  etdikdə  qlobal) 
formaya  malik  olur.  Xarici  siyasətin  qlobal  mahiyyətinə  və 
formasına  da  iki  aspektdən  yanaşmaq  olar:  birincisi, 
məkanları, daha  çox  dövlətləri  əhatə  etməsi; ikincisi, çoxlu 
sayda obyektləri və predmetləri əhatə etməsi. Qlobal siyasət 
mexanizmdə  prosesləri  iki  istiqamətdə  -  şaquli  və  üfiqi, 
genişləndirən  siyasətdir.  Super  gücə  və  böyük  gücə  malik 
olan dövlətlərin  xarici  siyasətləri  də məhz bu iki aspekti  əhatə 
edir.  Dövlətlər  böyüdükcə,  inkişaf  etdikcə  daha  çox  dünya 
proseslərində  aktiv  iştirak  etmək  maraqlarını  nümyaiş 
etdirirlər.  Bu  baxımdan  da  böyümə  prosesləri  və  resursların 
çoxalması  halları  qloballaşmanı  meydana  gətirir.  Xarici 
siyasətin məkanları əhatə etməsi dövlətin məkanlar üzrə (üfüqi) 
maraqlarını ortaya çıxarır. Dövlətin beynəlxalq münasibətlərdə 
gücü ilk növbədə onun xarici siyasətinin əhatə olunduğu kənar 
məkanlar  və  bu  məkanlarda  mövcud  olan  obyektlər  üzrə 
müəyyən  olunur.  Qeyd  olunduğu  kimi,  dövlətin  gücünün 
məkanlar  üzrə  əhatə  olunması  da  onun  maraq  obyektləri  və 
predmetləri  ilə  əlaqəlidir.  Qlobal  miqyaslı  xarici  siyasətin 
tərkib  elementlərinin  zənginliyi  (burada  resurslar  olaraq 
dövlətlər  və  dövlətlərdəki  obyektlər  nəzərdə  tutulur)  dövlətin 
məkanlar  üzrə  gücünün  artmasına  xidmət  edir.  Qlobal  siyasət 
dünya  siyasətinin  əsas  (baza)  istqamətlərini  meydana  gətirir. 
Qlobal siyasət dövlətin baza olaraq güclənməsini şərtləndirir və 
dövlətin  xarici  siyasətinin  elementlərini,  vasitələrini  artırır. 
Məhz  xarici  siyasətin  regional  və  qlobal  forması,  eləcə  də 

 
137 
 
məzmunu  dövlətin  beynəlxalq  münasibətlərdə  gücünü  təsnif 
etmək  zərurətini  ortaya  çıxarır.  Qlobal  gücə  sahib  olan 
dövlətlər  regionda  çox  güclü  ola9988(bi[(t)-2(t)-2(i)90(r-2(l)278]TJ/R22 12 14 547.64 0 Td()Tj/R8 12 Tf5.28 0 Td-2(r)3(. )-E)1r-2(l)278]TJ/R22 12 Tf6.72 0 Td()Tj/R8 12 Tf5.28 0 Td)3( )-90(r)3(e)-6(g)10(1i)-2(oba)4(l)-2(9-530(g)1(ox)-(güc)4(l)278]TJ/R22 12 T871.16 0 Td()Tj/R8 12 Tf5.28 0 Td90(r-2(i)-4(n)-10( )250]TJ92-1344 -13.8 -(g(m)Tj/R22 12 Tf5.28 0 Td()Tj/R8 12 Tf5.28 0 Tdm2(t)-2(i)-2()-5q)2(l)-2(oba)4(l)-2()-530(g)10(üc)4(l)278]TJ/R22 12 TTf9.96 0 Td()Tj/R8 12 Tf4.28 0 Td90(r-2(i)-2()-5m2(t)e2(a)-6(y)(ondan-2(a)4(4-530(d)500]TJ/R22 12 6342.24 0 Td()Tj/R8 12 Tf5.28 0 Tdt2(t)-2(i)90(ri3(ı)-2(r)3(.4-5L)1s)-1(ak-2(i)-2(n3)-90(r)3(e)-6(g)10(i)-4(n)-2(onda)4(3-530(g)1(ox)-(güc)4(l)-2(ü)-530(ol)-2(a)4(n)-10( )250]T154241.44 -13.8 Td[(dövl)278]TJ/R22 12 Tf21.36 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(t)ünü 2-5q)2(l)-2(oba)4(l)-2( 2-5)4(s)-1(1i)y)2)-10(as)389278]TJ/R22 12 T867.64 0 Td()Tj/R8 12 Tf5.28 0 Td[(t))3(d)500]TJ/R22 12 Tf21.36 0 Td()Tj/R8 12 Tf5.28 0 Td-2( )-5d)278]TJ/R22 12 1120.76 0 Td()Tj/R8 12 Tf5.28 0 Td-2( 2-5)3(16)y)2)--2(ni)-2( 2-5)4389278]TJ/R22 12 31 5.76 0 Td()Tj/R8 12 Tf5.28 0 Tdv2(ni2)-6(y)y
əm
ə

 
138 
 
da vahid  mənbə  (vahid  subyekt)  kimi təsir göstərir. Bundan 
da  beynəlxalq  münasibətlərin  qlobal  miqyasda  sistemləş-
məsi,  şəbəkələşməsi  prosesləri  baş  verir.  Qlobal  siyasətin 
əsasları  məzmun  etibarilə  daha  çox  böyük  potensiala  malik 
olan  dövlətlərin  xarici  siyasətlərinin  xarakterik  xüsusiyyət-
ləridir.  Böyük  dövlətlər  qlobal  siyasətin  istiqamətlərini 
müəyyən  edirlər  və  onların  ayrı-ayrı  regionlarda  iştirak 
etmələri qlobal siyasətlərinin məzmun və formalarını müəyyən 
edir. Qlobal siyasət regional siyasətə üst təsir göstərir. Bununla 
yanaşı,  regionda  baza  siyasətin  formaşmasına  da  təsir  edir. 
Qlobal  siyasət  regional  siyasət  üçün  həm  də  stimul  rolunu 
oynayır və regional siyasətin tərkibinin formalaşmasında böyük 
təsir  göstərir.  Qlobal  siyasət  qlobal  məzmuna  malik  olur. 
Qlobal  xarici  siyasət  özündə  həm  məkanı  birləşdirir,  həm  də 
tərkib  elementlərinin  çoxunu  əhatə  edir.  Qlobal  siyasətin 
məzmunu  onun  obyeklərindən,  elementlərindən  və  bu 
elementlərin  say  çoxluğundan  asılı  olur.  Regional  siyasət 
məkan  nöqteyi-nəzərdən  toplaşaraq  qlobal  miqyaslı  siyasəti 
formalaşdırır. Qlobal miqyaslı siyasət cərəyanları ümumdünya 
və  ümumbeynəlxalq  münasibətlər  cərəyanlarını  meydana 
gətirir.  Regional  siyasət  dünya  siyasətinin  və  beynəlxalq 
münasibətlərin  tərkib  hissələrinə  çevrilir.  Qlobal  güc  regional 
güclərdən  irəli  gələrək  təsnif  oluna  bilir  və  münasibətlər 
sistemində piramidal  əsasları  yarada bilir. Qlobal gücün təsir 
miqyası  böyük  olur  və  bütün  sistem  obyektlərinə  və 
subyektlərinə  təsir  imkanları  qazanır.  Qlobal  xarici  siyasət 
tərkib  etibarilə  eyni  zamanda  regional  xarici  siyasətin 
zənginləşməsinə  xidmət  edir.  Regional  xarici  siyasət  qlobal 
xarici siyasətin sferalar üzrə yayılmasını təmin etməklə yanaşı, 
həm  də  qlobal  cərəyanların  yayılmasının  qarşısını  alan 
vasitələrə,  subyekt  və  obyektlərə  çevrilir.  Qlobal  güc  subyekti 
çalışır  ki,  onun  gücünün  artması  yolunda  mane  olan  hədəfləri 
zərərsizləşdirsin.  Buna  görə  də  həmin  ünsürə  müxtəlif 
təsiretmə  və  təzyiq  göstərmə  metodlarından  istifadə  edir. 

 
139 
 
Liberal-mülayim metodlar və bunların daxilində iqtisadi-siyasi, 
hərbi  və  s.  kimi  üsullar  mühüm  əhəmiyyət  kəsb  edir.  Qlobal 
güc  ittifaqların  və  birliklərin  yaranmasında  maraq  nümayiş 
etdirir.  Başlıca  maraq  özünün  geosiyasi  gücünü  yaratmaqdan 
və  məkan  sferasını  genişləndirməkdən  ibarətdir.  İttifaqların 
yaranması  prosesləri  və  genişlənməsi  regional  siyasətlə  qlobal 
siyasəti birləşdirən amil hesab olunmalıdır.  
 
Beynəlxalq münasibətlərdə ikitərəfli və çoxtərəfli 
əlaqələrin əsasları 
 
Beynəlxalq  münasibətlərdə  ikitərəfli  və  çoxtərəfli  əlaqələr 
məhz  dövlətlərin  ikitərəfli  və  çoxtərəfli  maraqlarından  irəli 
gəlir.  Həm  ikitərəfli,  həm  də  çoxtərəfli  maraqlar  müəyyən 
problemlərin 
həllində 
gücün 
tətbiqinin 
imkanlarından 
formalaşır. Bu əlaqələr həm də aidiyyat prinsiplərinə müvafiq 
olaraq meydana gəlir.   
Onu  nəzərə  almaq  lazımdır  ki,  dövlətlər  yerləşdikləri 
regionlarda  və  regionlarından  kənarlarda  beynəlxalq  münasi-
bətlərə  qoşulurlar  və  beynəlxalq  birliyin  üzvünə,  kompo-
nentinə,  struktur  tərkibinə,  beynəlxalq  münasibətlərdə  sistem 
üzvünə,  beynəlxalq  hüquq  tərəfinə,  beynəlxalq  münasibətlər 
subyektinə,  subyekt  yaradıcısına  (burada  subyektlər  kimi 
təşkilatları  yaratmaları  nəzərdə  tutulur),  beynəlxalq  hüquq 
yaradıcısına  (beynəlxalq  hüquq  normalarını  yaratmaq)  və 
beynəlxalq  normaların  əməledicisinə  çevrilirlər.  Dövlətlər 
beynəlxalq  münasibətlərdə  vəzifələr  və  funksiyalara  malik 
olurlar, eləcə də müəyyən hüquqlara sahib olurlar və öhdəlik və 
məsuliyyhət daşıyırlar. (Qeyd: dövlətlərin mövcudluğu, hüquq-
ları, funksiyaları və vəzifələri təbii ki, onların məsuliyyətlərini, 
qoruma və mühafizə etmə, eləcə də inkişaf şəraitlərini yaratma 
məsuliyyətlərini, də meydana gətirir. Dövlətlər mütləq qaydada 
beynəlxalq  birliyi,  xalqları,  ümumilikdə  bütün  dünya 
sakinlərini  fərdi  və  kollektiv  güclər  fonunda  müdafiə  etməyə 

 
140 
 
borclu olurlar. Buradan da dövlətlərin müdafiə etmək hüquqları 
və vəzifələri, bu istiqamətdə funksityaları formalaşır. Vəzifə və 
hüquqlar  məsuliyyəti  formalaşdırır,  məsuliyyətdən  də,  borc-
lardan  və  öhdəliklərdən  də  vəzifələr  və  hüquqlar  meydana 
gəlir, funksiya istiqamətləri formalaşır).  
Dövlətlər  həm  ikitərəfli  qaydada,  həm  də  çoxtərəfli 
formatda münasibətlər qururlar, əlaqələr yaradırlar. Dövlətlərin 
bu  baxımdan  həm  fərdi,  həm  də  müştərək  vəzifələri  və 
funksiyaları,  eləcə  də  hüquqları  meydana  gəlmiş  olur. 
Bunlardan  da  müştərək  öhdəliklər  formalaşır.  Beynəlxalq 
hüquq  məhz  iki  və  çoxlu  sayda  dövlətin  qarşılıqlı  hüquq  və 
vəzifələrindən,  funksiyalarında  formalaşan  bir  sahəyə  çevrilir. 
Beynəlxalq  hüquq  tərəflərin  biri  olmadıqda  yarana  bilməz  və 
obyektə,  tətbiqi  sahəsinə  sahib  ola  bilməz.  Dövlətlər  arasında 
yaranan  əlaqələr  təbii  ki,  ədalət  prinsipi  əsasında  olursa,  digər 
dövlətlər üçün də prototip rolunu oynayır. Bu prototiplikdən də 
ikitərəfli  və  çoxtərəfli  əlaqələr  meydana  gəlir,  təcrübələr 
formalaşdırılır.  Beynəlxalq  hüquq  müştərək  hüquq  sahəsi 
olmaqla  bərabər,  müştərək  əsaslarla  da  obyekt  və  predmetə 
malik  olur.  Beynəlxalq  hüquq  müştərək  olmaqla  bərabər,  həm 
də  fərdi  əsaslara  (hər  bir  dövlətə  şamil  olunması  prinsipindən 
irəli  gələrək)  tərkib  elementinə  təsir  göstərmək  imkanına 
malikdir.  
İkitərəfli və çoxtərəfli münasibətlər (burada söhbət kifayət 
qədər  bazası  formalaşmış  indiki  beynəlxalq  münasibətlər 
şəraitindən  və  vəziyyətindən  yaranan  münasibətlər  nəzərdə 
tutulur)  beynəlxalq  hüququn  vahid  norma  qaydaları  və 
prinsipləri  ilə  formalaşdırılır.  Beynəlxalq  hüquq  normaları 
şaxələnmə  və  törənmə  xarakterinə  malik  olur  və  beynəlxalq 
hüququn  vəzifəsi  və  funksiiyası  əsasən  beynəlxalq  aləmin 
təmin  olunmasına,  inkişafına  və  müdafiəsinə  əsaslanır. 
İkitərəfli  və  çoxtərəfli  münasibətlər  bu  münasibətlərdə  iştirak 
edən  və  bu  münasibətlərin  yaranmasında  maraq  göstərən 
tərəflərin  imkanlarına  bağlı  olur.  Mövcud  imkanlar  və  onların 

 
141 
 
xaricə  realizə  olunmaq  yolu  ilə  artırılması,  eləcə  də  yeni 
resursları əldə etmək istəkləri ikitərəfli və çoxtərəfli əlaqələrin 
yaradılmasını  zəruri  edir.  Beynəlxalq  hüquq  və  onun  sahələri 
məhz  zərurərtdən  formalaşdırılır.  Belə  ki,  dövlətlər  öz  daxili 
ehtiyaclarını  ödəmək  üçün  xarici  siyasət  həyata  keçirmək 
zərurəti  ilə  üzləşirlər.  Xarici  siyasəti  həyata  keçirmək  zərurəti 
təbii ki, dövlətləri sistemli qaydada müəyyən addımları atmağa 
vadar  edir.  Dövlət  varsa  onun  hərəkəti  də  mütləq  qaydada 
sistemlərə  söykənməlidir.  Sistem  də  qaydaları,  struktur  və 
mexanizmləri,  eləcə  də  tarazlı  işləməni  nəzərdə  tutur,  tələb 
edir.  Bu  baxımdan  da  beynəlxalq  hüquq  zərurətdən  meydana 
gəlir  və  münasibətlərin  sistemli  qaydada  tənzim  olunmasına 
əsaslanır.  Beynəlxalq  münasibətlərin  tarazlaşması  da 
zərurətdən  ortaya  çıxır.  Bütün  dövlətlər  tarazlı  əsaslarla 
resursları öz aralarında paylamaq niyyəti və istəyi ilə əlaqələrə 
qoşulurlar.  Buradan  da  beynəlxalq  hüququn  tarazlığı  təmin 
etmək  zərurətindən  meydana  gəlməsi  ortaya  çıxır.  Taraz-
laşdırma  sülhü  və  sabitliyi  yaradır  ki,    bu  kimi  vəziyyətlər  də 
beynəlxalq  resurslardan  dinc  məqsədlərlə  istifadə  edilməklə 
güclənməni əsas götürür.  
İkitərəfli  və  çoxtərəfli  münasibətlər  vahid  qaydaları 
(burada  əlavə  qaydaları)  meydana  gətirir,  həm  də  qaydalar 
əsasında  inkişaf  edir.  Bu  baxımdan  beynəlxalq  hüquq  daima 
genişlənmə  xassələrinə  malik  olur  və  zaman  və  imkanlar 
gerçəkliyindən  də  təkmilləşir.  İnkişaf  baş  verdikcə,  texniki 
nəsillər  bir-birini  əvəzlədikcə  beynəlxalq  hüquq  da  genişlənir, 
çünki  yeni  müqavilə  və  sazişlər  meydana  gəlir,  yeni  ictimai 
baxışlar  formalaşır  və  bu  baxışlar  əsasında  yeni  hüquq 
normaları  yaranır.  Bu  baxlımdan  da  beynəlxalq  hüquq  islah 
olunma və stereotiplərdən azad olunma xassələrinə malik olur.  
İkitərəfli  qaydalar  əsasında  dövlətlər  arasında  tanınma 
həyata  keçirilir,  diplomatik  əlaqələr  qurulur,  səfirliklər, 
konsulluqlar  təşkil  edilir.  Eləcə  də  ikitərəfli  qaydada 
hökumətlərarası  sazişlər  imzalanır  və  müqavilələr  bağlanılır. 

 
142 
 
İkitərəfli  əlaqələr  və  münasibətlər  həm  regional  səviyyədə 
(məsələn,  iki  Avropa  dövlətinin  əlaqələri,  iki  Mərkəzi  Asiya 
dövlətinin əlaqələri və s.), həm də regiondan kənarda-regionlar 
arasında  (məsələn,  bir  Asiya  dövləti  ilə  bir  Avropa  dövləti 
arasında,  bir  Afrika  dövləti  ilə  Amerika  qitəsinin  bir  dövləti 
arasında)  formalaşdırılır.  İkitərəfli  əlaqələr  o  zamana  kimi 
məhdudlaşdırılmır  ki,  regionda  və  regionlar  arasındakı 
münasibətlərdə  və  vəziyyətlərdə  üçüncü  dövlətin  və  ya  da 
dövlətlər  ittifaqının  mənafeyinə  zərbə  gəlməsin.  Bu  baxımdan 
da ikitərəfli və çoxtərəfli əlaqələr şaquli və üfiqi istiqamətdə öz 
sərhədləri  daxilində  daima  genişlənmə  xüsusiyyətlərinə  malik 
olur.  İkitərəfli  və  çoxtərəfli  əlaqələr  bütün  sahələri  əhatə  edir 
və  beynəlxalq  ictimaiyyət  tərəfindən  (burada  dövlətlər 
tərəfindən)  qoyulmuş  qadğaların  əksinə  formalaşdırılmır. 
İkitərəfli  və  çoxtərəfli  əlaqələr  regionda  və  regionlar  arasında 
bağlayıcılıqda  ittifaqların,  birliklərin  yaradılmasına  gətirib 
çxarır.  İkitərəfli  və  çoxtərəfli  əlaqələr  beynəlxalq  aləmdə 
regionlar  və  predmetlər  üzrə  dövlətlərin  qruplaşmasının 
əsaslarını da yaradır. 
-İkitərəfli qaydada diplomatik əlaqələr qurulur; 
-ikitərəfli  qaydada  rəsmi-hüquqi  tanınma  (de  jure)  həyata 
keçirilir; 
-ikitərəfli  qaydada  beynəlxalq  problemlərin  həlli  nəzərdə 
tutulur; 
-ikitərəfli qaydada bütün sahələr üzrə müqavilələr və digər 
sənədlər imzalanır; 
-ikitərəfli  qaydada  ümumbeynəlxalq  hüquq  normalarına 
əməl olunur; 
-ikitərəfli qaydada beynəlxalq təcrübələr formalaşdırılır; 
-ikitərəfli  qaydada  beynəlxalq  tranzit  məkanlar  müəyyən 
olunur; 
-ikitərəfli  qaydada  sülh  məsələlərinin  tənzim  olunmasının 
əsasları ortaya çıxır; 

 
143 
 
-ikitərəfli  qaydada  beynəlxalq  əməkdaşlıq  və  tərəfdaşlıq 
həyata keçirilir.  
İkitərəfli  müqavilərlə  həm  də  bir  dövlətlə  bir  təşkilat 
arasında  bağlanılır.  Dövlətlə  təşkilat  arasında  əməkdaşlıq  və 
tərəfdaşlıq həyata keçirilir:  
-çoxtərəfli qaydada beynəlxalq sənədlər imzalanır; 
 -çoxtərəfli  qaydada  beynəlxalq  hüquq  prinsiplərinə  əməl 
olunur  və  beynəlxalq  qaydalar  (konvensiyalar,  beynəlxalq 
təşkilatların nizamnamələri)  yaradılır; 
-çoxtərəfli qaydada ittifaqlar və birliklər yaradılır; 
-çoxtərəfli  qaydada  beynəlxalq  yığıncaqlar  keçirilir  və 
regional və qlobal miqyaslı qərarlar qəbul olunur; 
-çoxətəfli  qaydada  konvensiyalar  qəbul  olunur  və  daxili 
hüquq  sahələrinin  beynəlxalq  hüquqla  uyğunlaşdırılması 
siyasəti həyata keçirilir; 
-çoxtərəfli  qaydada  beynəlxalq  danışıqlar  həyata  keçirilir 
və çoxtərəfli diplomatiya formalaşdırılır; 
-çoxtərəfli 
diplomatiya 
beynəlxalq 
münasibətlərin 
şəbəkələnməsinin əsaslarını təşkil edir; 
-çoxtərəfli  əlaqələr  tərəflərin  imkanlarına  aid  olan 
resursların hərtərəfli və rasional istifadəsini müəyyən edir; 
-çoxtərəfli əlaqələr qlobal və bəşəri əhəmiyyətə malik olan 
və  bir  dövlətin  həlli  imkanları  xaricində  olan  məsələlərin 
həllində xüsusi önəm kəsb edir; 
-çoxtərəfli  əlaqələr  birləşmiş  resurslar  hesabına  bir 
problemin  həlli  üçün  təsir  gücünü  yaradır-bir  problem  –
birləşmiş güc -yanaşmasını ortaya çıxarır.  
Çoxtərəfli  münasibətlər  dövlətlər  arasında  sülh  və 
sabitliyin  möhkəmlənməsinə  xidmət  edir  və  regionları  bir-
birinə bağlayır.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin