Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

Beynəlxalq  münasibətlər-  dövlətin  daxili  siyasət  sahələri 
və  istiqamətləri  üzrə  həyata  keçirdiyi  xarici  siyasətinin  (xarici 
fəaliyyətinin) “məhsuludur”. Beynəlxalq münasibətlər dövlət-
lər  və  təşkilatlar  arasında  həyata  keçirildiyindən  daha  çox 
siyasi  və  hüquqi  məna  kəsb  edir.  Dövlətin  daxili  siyasətində 
daxili  münasibətlər  tənzimlənirsə  (burada  dövlət  hakimiyyəti 
ilə  vətəndaşlar  arasında,  dövlət  hakimiyyəti  ilə  cəmiyyət 
arasında  olan  münasibətlər),  xarici  siyasətində  xalqlararası, 
                                                 
1
 П.А.Цыганков.  Политическая  социология  международных  отноше-
ний.  Международные  отношения  как  особый  род  общественных 
отношений.  Понятие  и  критерии  международных  отношений. 
http://www.society.polbu.ru/tsygankov_sociology/ch07_i.html  

 
98 
 
dövlətlərarası,  cəmiyyətlərarası  münasibətlər  (buna  sosial 
ünsürlər arasında qurulan münasibətlər kimi də ad vermək olar) 
tənzimlənir.  Hətta  son  dövrün  qloballaşma  prosesləri  və  açıq 
qapılar  siyasəti  ona  gətirib  çıxarır  ki,  münasibətlər  sakinlər 
arasında sosial və məişət sahələrində geniş yayılır. Beynəlxalq 
münasibətlər  iki  və  ya  daha  çox  dövlət  arasında,  dövlətlə 
beynəlxalq  təşkilat  arasında,  beynəlxalq  təşkilatların  özləri 
arasında,  hökumətlər  arasında,  dövlətlərin  hüquqi  şəxsləri 
(burada  həm  də  qeyri-hökumət  təşkilatları  da  daxil  olmaqla) 
arasında  olan  münasibətlərdir.  Dövlətlər  beynəlxalq  müna-
sibətlər  sahələrini  şaxələndirmək  siyasətini  həyata  keçirirlər. 
Bu  istiqamətdə  məsələləri  tənzim  etmək  üçün  və  idarəetmə 
sahələrini  təşkil  etmək  məqsədilə  dövlətlər  beynəlxalq 
münasibətlərdə fəaliyyət göstərən dövlət (dövlət hakimiyyətinə 
məxsus  olan)  və  qeyri-hökumət  təşkilatlarını  təşkil  edirlər.  Bu 
təşkilatların  fəaliyyətlər  sayəsində  dövlətlərin  beynəlxalq 
münasibətləri ixtisaslaşır, qruplaşır. Beynəlxalq münasibətlərin 
ayrı-ayrı  sahələri  idarəetməyə  cəlb  olunur.  Dövlətlər  özlərinin 
beynəlxalq  münasibətlər  sahələrini  idarəçilik  sahələrinə  ayır-
maqla  beynəlxalq  münasibətlərin  kompleksliliyini  yaradırlar. 
Bu baxımdan dövlətlər (əsas) və təşkilatlar (törəmə) beynəlxalq 
hüququn  subyektləridirlər.  Dövlətlər  öz  aralarında  olan 
münasibətlərin  geniş  xarakter  kəsb  etməsini  nəzərə  alaraq  və 
həm də buna maraqlı olduqlarından irəli gələrək, öz aralarında 
(hökumətləri arasında) təşkilatlar yaradırlar. Təşkilatlar dövlət-
lərin  xarici  siyasət  sahələrində  olan  aktların  qruplaşmasını 
təmin  edirlər.  Beynəlxalq  təşkilatlar  məhz  ayrı-ayrı  sahələr  və 
regionlar  üzrə  dövlətlərin  xarici  siyasətini  qruplaşdıran, 
münasibətləri qruplaşdıran əsas qurumdur. Təşkilatların fəaliy-
yəti  başlıca  olaraq  münasibətlərin  (xarici  siyasətin  yaratdığı) 
qruplaşmasını-ümumdünya,  regionlar,  regionlararası,  sahələr 
üzrə  (ixtisaslaşmış)  təmin  edir  və  münasibətlərin  istiqamət-
lənməsini  yaradır.  (Qeyd:  dövlətlərin    hakimiyyətləri    beynəl-
xalq  münasibətlərdə  fəaliyyət  həyata  keçirərkən,  dövlətləri 

 
99 
 
adlarından  çıxış  edirlər.  Burada  həm  dövlətlərarası,  həm  də 
hökumətlərarası  münasibətlər  anlayışı  ortaya  çıxır.  Dövlət 
rəhbərləri  bir  çox  ölkələrdə  həm  də  icra  hakimiyyətinin 
rəhbəri  olduğundan,  onun  fəaliyyətində  birbaşa  dövlətlər-
arası  və  hakimiyyətlərarası  münasibətlər  anlayışı  meydana 
gəlir. Hər iki anlayış isə dövlətlərarası münasibətlər mənasını 
verir, çünki dövlətdən kənar hökumət yoxdur).  
Dövlətlərin  xarici  siyasət  fəaliyyətləri  nəticəsində  onların 
qarşılıqlı  münasibətləri  meydana  gəlir.  Münasibətlər  özü  ilə 
birlikdə  əlaqələri  yaradır.  Əlaqələrdən  də  münasibətlər  ortaya 
çıxır. Beləliklə, beynəlxalq münasibətlər və beynəlxalq əlaqələr 
formalaşır.  Beynəlxalq  münasibətlər  sayəsində  dövlətlərin 
beynəlxalq  münasibətlər  sistemində  yaranan  proseslərə  birgə 
reaksiyaları  (birgə  münasibətləri)  meydana  gəlir.  Beynəlxalq 
münasibətlər  “beynəlxalq  şəriklilik”  prinsipini  ortaya  çıxarır. 
Beynəlxalq münasibətlərin kompleksliliyinin əhəmiyyəti ondan 
ibarətdir  ki,  burada  dövlətlər  arasında  konkret  sahələr  üzrə 
əlaqələr  və  münasibətlər  birliyi  həmin  dövlətlər  arasında  üzvi 
vəhdəti  (yəni  təbii  olaraq  və  səmərəli  şəkildə  meydana  gələn 
vəhdəti)  əmələ  gətirir.  Beynəlxalq  münasibətlərin  və  xarici 
siyasətin  obyektləri  arasında  (münasibət obyektlərinə  yanaşma 
forması)  oxşar  xüsusiyyətlər  vardır  və  demək  olar  ki, 
münasibət siyasət üzərində qurulur və genişlənir. Bu baxımdan 
da  siyasət-hərəkət,  ayrı-ayrı  təbəqələr  (dövlət  və  vətəndaş), 
sosial  qruplar,  ictimai  qurumlar,  fərdlər  aralarında  münasibət 
yaratma,  münasibət  genişləndirmə  vasitəsidir.  Xarici  siyasətin 
obyekti  ilə  beynəlxalq  münasibətlərin  obyektləri  arasında 
uyğunluğa  və  bütövlüyə  geniş  fəlsəfi  nöqteyi-nəzərdən 
yanaşdıqda, bəzi, çox da nəzərə çarpmayan fərqləri qeyd etmək 
olar.  Əgər  beynəlxalq  münasibətlərin  əsas  predmeti  dövlətlər 
(subyektlər)  və  dövlətlər  aralarında  olan  qarşılıqlı  hərəkətlər 
vasitələri,  hərəkət  istiqamətləri  və  sahələridirsə,  münasibət-
lərdirsə, xarici siyasətin predmeti daha çox münasibət yaratmaq 
uğrunda  xarici  siyasət  fəaliyyətinin  əhatə  olunduğu  sahələrdir. 

 
100 
 
Əsas  fərq  ondadır  ki,  beynəlxalq  münasibətlər  “məhsuldur”, 
xarici  siyasətin  həyata  keçirilməsi  isə  “istehsal  prosesidir”
Münasibətlərin  özləri  də  mücərrəd  hərəkətlərdir  və  hərəkət-
lərin  mücərrəd  təzahürləridir.  Beynəlxalq  əlaqələr  də 
“məhsuldur”.  Bu  məhsul  isə  daha  çox  konkret  əşyaya  istinad 
edir.  Məsələn,  beynəlxalq  iqtisadi-ticarət  əlaqələrinin  qurul-
ması  müəyyən  ticarət  məhsulları  üzərində  həyata  keçirilir. 
Hüquq  normaları  isə  “istehsal  prosesləri”ni  tənzimləyir  və 
“məhsulu”  üzərə  çıxarır.  Xarici  siyasət  və  beynəlxalq 
münasibətlər  bir-birilə  sıx  bağlı  olan  iki  tərkib  hissədən 
(bir  bütövün  iki  tərkib  hissəsi)  ibarətdir.  Həm  “məhsul”, 
həm  də  “istehsal  prosesi”  tələbata  xidmət  edir,  maraqların 
yerinə  yetirilməsi  üçündür.  Qeyd  edildiyi  kimi,  beynəlxalq 
münasibətlər  xarici  siyasətdən  yaranır,  xarici  fəaliyyətdən, 
hərəkətlərdən  meydana  gəlir.  Beynəlxalq  münasibətlərin 
məzmunu  və  formalaşması  da  öz  növbəsində  xarici  siyasətə 
təsir  edir.  Dövlət  xarici  siyasət  fəaliyyətini  genişləndirdikdə, 
yeni  istiqamətləri  orataya  çıxardıqda,  mütləq  qaydada 
beynəlxalq  münasibətlərin  vəziyyət  və  şəraitinə  əsaslanır. 
Burada beynəlxalq münasibətlərin ümumi və xüsusi prinsipləri 
dövlətlərin xarci siyasətlərinə təsir göstərir. Buradan da belə bir 
məntiqi  nəticə  ortaya  çıxır  ki,  beynəlxalq  münasibətlər  xarici 
siyasətə  təsir  göstərən  vəziyyətlərdir  və  onlardan  meydana 
gələn  təzahürlərdir  və  gerçəkliklərdir.  Xarici  siyasətin 
genişlənməsinə  və  ya  da  əhatə  dairəsinin  daralmasına,  obyekt 
və  vasitələrinin  istifadə  olunmasına  beynəlxalq  münasibətlərin 
təsiri  böyükdür.  Bu  baxımdan  dövlətlər  arasında  ümumi 
münasibət  korlananda  və  zəifləyəndə  əlaqələr  də  kəsilə  bilir. 
Məsələn,  İran  ilə  ABŞ  arasında  1979-cu  ildən  korlanan 
münasibətlər  bu  iki  dövlət  arasında  birbaşa  rəsmi  əlaqələrin 
kəsilməsinə  gətirib  çıxarıbdır.  Deməli,  münasibət  əlaqələrin 
yaradılması  və  əlaqələrin  pozulması  üçün  şərtləndirici  amil 
rolunu oynayır. Münasibət isə istəklərə və niyyətlərə bağlıdır.  

 
101 
 
Qeyd  olunduğu  kimi,  “beynəlxalq  münasibətlər”  anlayışı 
ilə  “dövlətlərin  xarici  siyasətləri”  anlayışları  arasında  həm  də 
eyni  məzmunluq  vardır.  Eyni  məzmunluqdan,  eləcə  də 
başlanğıc (burada siyasət və hərəkət) və nəticədən (hərəkətdən 
əldə  olunandan)  münasibət  ortaya  çıxır.  Belə  ki,  beynəlxalq 
münasibətlər xarici siyasətdən formalaşmaqla daha geniş məna 
kəsb edir, anlayış kimi ayrıca bir sferanı, qatı (təbəqəni)  əhatə 
edir. Beynəlxalq münasibətlərin predmetinin obyektinə konkret 
məsələlər  daxil  olmaqla  yanaşı,  geniş  məsələlər,  ümumi 
məsələlər  də  daxildir.  Beynəlxalq  münasibətlərin  predmetinə 
həm  də  qlobal  məsələlər  aid  edilir.  Beynəlxalq  münasibətlər 
anlayışına  geniş  prizmadan  yanaşmaq  olar  və  bu  münasibətlər 
regionda  və  regiondan  kənarda  xarici  siyasət  fəaliyyətinin 
“üstünü örtür”. Beynəlxalq münasibətlər xarici siyasət üzərində 
(dövlətlərin  xarici  siyasətləri)  olan  bir  anlayışdır  və  bu 
anlayışın  baza  predmetini  məhz  sistemləşmiş  beynəlxalq 
münasibətlər  təşkil  edir.  Dövlətlər  arasında  olan  münasi-
bətlərin  tənzimlənməsi  hüquq  normaları  vasitəsilə  həyata 
keçirildiyindən  və  müəyyən  strukturlar  bu  siyasəti  həyata 
keçirdiklərindən, siyasətin və münasibətlərin özləri mexanizm-
lərə  tabe  olurlar.  Buradan  da  dövlətlərarası  münasibətlər 
sistemləşmiş  xarakteri  kəsb  edir.  Beynəlxalq  münasibətlərin 
əsas obyekti (maraq vasitəsi olduqda) və subyektləri dövlətlər 
hesab  edilirlər  və  beynəlxalq  münasibətlərdə  maraq  amili 
mühüm  əhəmiyyət  kəsb  edir.  Beynəlxalq  münasibətlərin 
obyektinə  həm  də  təsir  edilən  (edilmək  istəyən  maddi  və 
material  vasitələr)  vasitələr  aid  edilir.  Təbii  ki,  obyektlər  də 
sistemləşdirilir  və  sahələr  üzrə  istiqamətlərə  ayrılır.  Obyekt-
lərin  təsnifatı  və  əhəmiyyət  dərəcəsi  ortaya  çıxır.  Məsələn, 
beynəlxalq  münasibətlərin  və  əlaqələrin  strateji  sahələr  üzrə 
(diplomatik  əlaqələr;  təhlükəsizlik  sahəsində  olan  əlaqələr, 
terrorçuluqla  və  transmilli  cinayətkarlıqla,  o  cümlədən  silah 
qaçaqmalçılığı  üzrə  mübarizə  sahəsində  olan  əlaqələr;  baza 
iqtisadi  əlaqələr,  bu  baxımdan,  sərmayə  qoyuluşu,  bank 

 
102 
 
sektoru  sahəsində  olan  əlaqələr,  regional  iqtisadi  və 
infrastruktur  sahələri  üzrə  əlaqələr,  regional  hərbi-siyasi 
sahələr  üzrə  əlaqələr,  regional  iqtisadi-gömrük  sahəsində 
olan 
ə
laqələr, 
kreditləşmə 
sahəsində 
olan 
ə
laqələr, 
transregional  iqtisadi  layihələr  üzrə  əlaqələr;  miqrasiya 
xidmətləri  sahəsində  olan  əlaqələr;  ticarət  əlaqələri;  konsul 
xidmətləri sahələri üzrə əlaqələr və s.) qurulması əsas obyekt, 
istiqamət  və  predmet  olmalıdır.  Qeyri-strateji  sahələr  üzrə 
yaradılan  əlaqələr  isə  əhəmiyyət  dərəcəsinə  görə  bir  qədər 
aşağı  əhəmiyyətli  hesab  oluna  bilər.  Xarici  siyasətin  baza 
məqsədi  baza  (fundamental)  əsaslı  maraqları  təmin  etməkdən 
ibarət  olur.  Xarici  siyasətin  əsas  doktrinasında,  konsepsiya-
sında (konsepsiya çoxtərəfli bir sənəd hesab olunmalıdır və bu 
sənəd  müxtəlif  sahələri  cəm  şəkildə  əhatə  etməlidir)  əksini 
tapan  və  dövlətin  baza  tələbatına  əsaslanan  məsələlər  baza 
obyektlər  hesab  olunmalıdır.  Dövlətlər  də  baza  sahələr  üzrə 
özləri arasında xüsusi əhəmiyyətli əlaqələr qururlar və sənədlər 
imzalayırlar.  Baza  sənədlər  (məsələn,  iki  dövlət  arasında 
strateji müttəfiqlik sənədləri) digər sənədlərə istiqamətlər verir.  
Əvvəlcə  qeyd  olunduğu  kimi,  xarici  siyasət  də  maraq 
(qrupların  maraqları,  qruplaşmış  maraqlar)  üzərində  qurulur. 
Bu qarşılıqlı  bağlılıq  anlayışların  oxşar xüsusiyyətlərini ortaya 
çıxarır.  Beynəlxalq  münasibətlərin  bazalarında  da  maraq 
anlayışı  dayanır.  Beynəlxalq  münasibətlərlə  xarici  siyasət 
anlayışlarını  bu  baxımdan  eyniləşdirmək  olar.  Xarici  siyasət 
reallaşdıqca,  dövlətlər  arasında  münasibətlər  qurulur,  əlaqələr 
yaradılır.  Xarici  siyasət  aktı  ikitərəfli,  çoxtərəfli  münasibətləri 
əmələ  gətirir.  Bu  münasibətlər  həmçinin  qruplaşmalar 
formasında (burada təşkilatlar və birliklər) da üzərə çıxır. Məhz 
tələbata əsaslanan münasibətlər və əlaqələr qurmaq üçün xarici 
siyasət  həyata  keçirilir.  Dövlətlərin  xarici  siyasətlərini  həyata 
keçirdikləri  sahələr  beynəlxalq  münasibətlərin  sahələridir. 
Beynəlxalq münasibətlərdə hər bir dövlətin eyni çəkisi mövcud 
deyil  və  iştirak  gücü  əsasən  dövlətin  gücünə  əsaslanır.  Bu 

 
103 
 
baxımdan  dövlətlərin  məkanı  əhatə  etmək  əsaslarına  söykə-
nərək  regionda,  regiondan  kənarda  iştirakları,  qlobal  və 
lokal problemlərin həllində iştirakları formaları meydana gəlir. 
Güclü  dövlətlər  (zəif  gücə  malik  olan  dövlətlər  də  daxil 
olmaqla) öz xarici siyasətlərində və beynəlxalq münasibətlərdə 
iştiraklarında  əsasən  maraq  bazası  (maraqları  ödəyən 
obyektlər  və  subyektlər-resurslar)  rolunda  çıxış  edirlər.  Bu,  o 
deməkdir  ki,  dövlətlərin  gücü  onların  maraqlarının  çəkisini 
artırır  və  digər  maraqları  (orta  və  zəif  gücə  malik  olan 
dövlətlərin  maraqlarını)  öz  tərəfinə  çəkir.  Bu  baxımdan  da 
beynəlxalq  münasibətlərdə  hər  bir  maraq  öz  yerini  tutur. 
Dövlətlər  də  maraqlarına  görə  öz  “yerlərinə”  (burada 
güclərinə  görə  tutduqları  yerləri  nəzərdə  tutmaq  olar) 
malik  olurlar.  Kiçik  və  orta  maraqlar  böyük  maraq 
mərkəzlərindən  enerji  alırlar,  nəticədə  maraq  nü.36 0 Td5(t)-2(i)-2(r)3(a)4(kl)-2(a)4(r9a)4(x/R22 12 Tf)-2(a)-6( )-680(m)-2(a)4(r)3(a)4(ql)-12(a)4(r)3( )-690(bö)-10(y)20(ü3d()Tj/) 12 Tf60(ç)4(ı)-2(x)-10(ı)27xıxıx,  n
əə

 
104 
 
münasibətlər sferasında iştirak etməsini və bu sferanın tərkibini 
formalaşdırmasını  zəruri  edir.  Xarici  siyasətdə  hərəkət 
başlayan  kimi  fəaliyyət  də  yaranır,  beynəlxalq  münasibətlər 
əmələ  gəlir.  Beynəlxalq  münasibətlər  burada  nəticə  məhsulu 
hesab  olunur.  Beynəlxalq  münasibətlər  həm  də  şərtləndirici 
əhəmiyyət  kəsb  edir  və  hərəkətlərin  ortaya  çıxmasının 
əsaslarını və bu baxımdan istiqamətlərini müəyyən edir.  
Beynəlxalq  münasibətlər  bir  qədər  geniş  anlama 
malikdir  və  formalaşarkən  əsasən  dövlətlərin  hərəkətlərinə 
əsaslanırlar.  Beynəlxalq  münasibətlər  anlayışı  dövlətlərin 
regionlarda  və  regionların  şəbəkələşməsində  fəaliyyət  göstə-
rərkən onların “üstlərini örtən bir müstəvi” kimi qəbul oluna 
bilər.  Beynəlxalq  münasibətlər  sferaları  məhz  dövlətlərin 
hərəkətlərinin 
səhnələrini 
yaradır. 
Burada 
beynəlxalq 
münasibətləri  məhz  dünya  siyasəti  anlayışı  ilə  eyniləş-
dirmək  olar.  Beynəlxalq  münasibətlər  bütün  sahələr-ümumi 
və  konkret  sahələr,  üzrə  dövlətlərin  hərəkət  müstəvisini 
formalaşdırır  və  burada  dövlətlər  hərəkət  trayektoriyasına 
malik  olurlar.  Beynəlxalq  müansibətlərdə  dövlətlər  öz  xarici 
siyasət aktları ilə hərəkətə gəlirlər. Qarşılıqlı hərəkətlər zamanı 
subyektlərin  maraqlara  uyğun  olaraq  qruplaşması,  sistemləş-
məsi  baş  verir.  Hər  bir  subyektin  özünəməxsus  maraq  dairəsi 
mövcud  olur.  Kiçik  subyektlər  öz  maraqlarını  böyük 
subyektlərlə  qarşılıqlı  hərəkətlər  zamanı  böyüdürlər.  Elə  də 
olur  ki,  hərəkətlər  zamanı  maraq  dairələri  qısalır,  obyektlərin 
sayı azalır.  
Beynəlxalq  münasibətlər  özündə  müxtəlif  forma  və 
məzmuna,  müxtəlif  gücə  və  maraqlara  malik  olan  qarşılıqlı 
münasibətlər 
yaradan 
subyektlərin 
hərəkət 
sahələridir. 
Beynəlxalq  münasibətlərdə  hər  bir  “siyasi  planet”  “öz  oxu” 
ətrafında  bu  və  ya  digər  zamana  bağlı  olaraq  “fırlanma” 
hərəkəti  edir.  “Siyasi  planetlər”  “Siyasi  Günəşlər”  və  digər 
“siyasi  planetlər”lə  qarşılıqlı  münasibətlər  zamanı  hərəkət 
edirlər,  hərəkət  edərkən  öz  marqlarını  genişləndirirlər,  gücləri 

 
105 
 
artır  və nəticədə  öz  güclərinə  və  “Siyasi Günəşlər”lə  qarşılıqlı 
münasibətlər forması və məzmununa görə “öz oxları” ətrafında 
“fırlanırlar”.  “Siyasi  planetlər”in  öz  “oxları  ətraflarında 
fırlanmaları  onların  “Siyasi  planetlər”  və  “Siyasi  Günəşlər”lə 
qarşılıqlı  tarazlı  münasibərlər  zamanı  “siyasi  planetlər”  tarazlı 
hərəkətlər  mexanizmlərini  yaradırlar.  Beynəlxalq  münasibətlər 
bütün  dövlətləri  bir-brindən  qoruyan,  onların  hərəkətləri 
arasında müəyyən sərhədlər təyin edən bir sferadır.  
Qeyd edildiyi kimi, beynəlxalq münasibətlər dövlət və digər 
subyektlərin  hərəkətləri  nəticəsində  əldə  olunan  “siyasi 
məhsuldur”.  Məsələn,  əmtəə-istehlak  məhsulları  istehsal 
vasitələrinin qarşılıqlı münasibətləri nəticəsində əmələ gəlirsə, 
beynəlxalq münasibətlər də xarici siyasət fəaliyyəti nəticəsində 
əmələ gələn “məhsuldur”.  
Xarici  siyasətin  sistemləşməsi  və  beynəlxalq  münasibət-
lərin sistemləşməsi birinci və ikinci sıralanmış proseslər olaraq, 
məzmun  baxımından  eynidir.  Buna  görə  də  biri  var  istehsal 
proseslərinin  sistemləşməsi,  biri  də  var  ki,  məhsulların 
sistemləşməsi. Hər iki proses bir-birilə əlaqəlidir.  
Dövlətin beynəlxalq münasibətlərdə iştirakı həmin dövlətin 
daxili  siyasətinin  gücündən,  daxili  siyasətində  iştirak  edən 
vasitələrin  gücündən  və  imkanlarından  asılıdır.  Bu  baxımdan 
qeyd  etmək  olar  ki,  ABŞ  kimi  qüdrətli  dövlətin  beynəlxalq 
münasibətlərdə  iştirak  gücü,  iştirak  imkanları  dünyanın  ayrı-
ayrı kiçik dövlətlərinin iştirak imkanları ilə eyni deyildir. ABŞ 
həm  ümumi  münasibətlərdə,  həm  də  xüsusi  münasibətlərdə 
(ümuminin  tərkibi  olan  konkretliklərdə)  daha  çox  təsir 
imkanlarına  malikdir.  Dövlətin  beynəlxalq  münasibətlərinin 
ümumi  gücü,  dövlətin  daxili  siyasi  gücü  üzərində  qurulan 
xarici siyasətinin gücündən, xarici fəaliyyətinin hərəkətdə olan 
elementlərindən  və  onların  hərəkət  həcmindən  asılıdır.  Bu 
baxımdan  da  qeyd  etmək  olar  ki,  dövlətin  beynəlxalq 
münasibətlərinə onun daxili gücü təsir edir.  

 
106 
 
Xarici  siyasət  bir  subyektin  digər  subyektlə  münasibət 
yaratmaq  və  əlaqə  qurmaq  üçün  həyata  keçirdiyi  fəaliyyətdir. 
Münasibət isə fəaliyyətin tərkibində olmaqla  yanaşı, fəaliyyət-
dən əldə olunandır. Xarici siyasət dedikdə, əsasən dövlətin aktı 
nəzərdə  tutulur,  beynəlxalq  münasibət  dedikdə  isə,  aktın 
məhsulu  (aktın  nəticəsi,  aktın  meydana  gətirdiyi  məfhum-
varlıq  nəzərdə  tutulur).  Hər  ikisinin  obyekti  əsasən  insanların 
maraq  kəsb  etdiyi  sahələrdir.  Hər  iki  anlayışın  subyekti 
dövlətlər  və  təşkilatlardır.  Xarici  siyasət  zamanı  ayrı-ayrı 
sahələr  üzrə  dövləti  təmsil  edən  siyasət  qurumları  aralarında 
münasibətlər formalaşır, əlaqələr qurulur.  
Beynəlxalq münasibətlər (ümumi iki və ya daha çox dövlət 
arasında  və  yaxud  təşkilatlar,  şəhər  dövlətlər  aralarında  olan 
münasibətlər)  -  bəzən  buna  xalqlararası  münasibətlər  də 
deyilir-  coğrafi  və  tərkib  məzmunu,  əhəmiyyəti  və  miqyası, 
təsir  dairəsi  və  obyekti  baxımından  regional  və  qlobal 
xassələrə  malikdir.  Xarici  siyasət  anlayışına  nisbətən 
beynəlxalq  münasibətlər  anlayışına  daha  geniş  aspektdən 
yanaşmaq  lazımdır.  Belə  ki,  beynəlxalq  münasibətlər  dövlət-
lərin  xarici  siyasətlərini  birləşdirdikləri  üçün  mütləq  qaydada 
iki və ya çoxlu sayda dövlətlər burada tərəf kimi iştiark edirlər. 
Beynəlxalq  münasibətlər  xarici  siyasətlərin  (xarici  siyasət 
aktlarının)  birləşmələrindən  ortaya  çıxan  və  uzanan,  birləşmiş 
və  uzlaşmış  qaydada  sahələrə  ayrılan  bir  birləşmədir. 
Beynəlxalq  münasibətlər  xarici  siyasətlərin  sahələri  arasında 
bağlılıq yaradan, onun alt və üst qatlarını bir-birinə birləşdirən 
fəaliyyət sahəsidir.  
Təbii 
ki, 
beynəlxalq 
münasibətlər 
dövlətlərin 
və 
təşkilatların (törəmə subyektlərin) fəaliyyətinin məhsulu olaraq 
üst  qat  mənasını  verir.  Münasibətlərin  məzmunu  subyektlərin 
hərəkət  istiqamətlərinə  də  təsir  edir.  Xarici  siyasət  fəaliyyəti 
münasibətlərin  məzmununu  yaradırsa,  münasibətlər  də  hərə-
kətin  müəyyən  olunmasına  təsir  edir,  münasibətlər  hərəkəti 
müəyyənləşdirir.  Məsələn,  Azərbaycanla  Ermənistan  arasında 

 
107 
 
baş  vermiş  və  hələ  də  həllini  tapmamış  münaqişə  iki  subyekt 
arasında  siyasi  münasibətin  məzmununu  və  vəziyyətinin 
formalaşmasının əsaslarını təşkil edir və subyektlərin regionda 
və  regiondan  kənardakı  beynəlxalq  münasibətlərdə  hərəkət 
fəaliyyətlərinin  məzmun  və  istiqamətlərinə təsir  edir. Eləcə də 
ABŞ-la  İran  arasında  düşmənçilik  münasibətləri  iki  subyektin 
beynəlxalq  aləmdə  (ikitərəfli  və  çoxtərəfli  formatda)  qarşılıqlı 
hərəkətlərinin  məzmununu  müəyyən  edir.  Bir  məsələni 
unutmaq  olmaz:  -münasibətlərin  mahiyyət  və  məzmununa 
subyektlərin  hərəkətinin  məqsədi  və  tərzi,  məzmunu  təsir 
göstərir.  Düzdür,  hərəkət  münasibəti  yaradır,  münasibətin 
davamlılığı,  tərzinin  ardıcıllığı  hərəkətlərin  sonrakı  məzmu-
nuna  təsir  edir.  İstər  xarici  siyasət,  istərsə  də  xarici  siyasətin 
“məhsulu”  olan  beynəlxalq  münasibətlər  beynəlxalq  hüquq 
normaları  adlanan  normalarla  və  qaydalarla  tənzimlənir. 
Hüquq  normaları  xarici  siyasət  və  beynəlxalq  münasibətlər 
subyektlərinin  hərəkət  istiqamətlərini  və  hərəkətlərinin  hədlə-
rini  müəyyən  edir.  Dövlət  varsa  və  beynəlxalq  münasibətlər 
sferasına  daxil  olursa,  onun  hüququ  yaranır.  Dövlətin 
beynəlxalq  münasibətlərdə  hüququ  onun  öz  imkanları  və 
potensialı  çərçivəsində,  eləcə  də  beynəlxalq  sistemin  real 
gerçəkliyi hədlərində hərəkət etməsinin əsaslarını yaratmış olur. 
Bu  hüququn  yaranması  və  əks  olunması,  reallıqda  ifadə 
olunması  hüquq  normaları  vasitəsilə  mümkündür.  Hüquq 
normaları  hərəkətlərin  çərçivələrini,  hədlərini,  məzmun  və 
mahiyyətini  müəyyən  edir.  Bu  normalar  dövlətlərin  və 
təşkilatların  subyektlər  kimi  hüquqlarının  müxtəlif  tərəflərini 
və  hüquqlarının  yarandığı  sahələri  müəyyən  edir.  Hüquq 
normaları  hərəkətlərin  istiqamətlənməsi  üçün  vasitələr  kimi 
əhəmiyyət  kəsb  edir.  Dövlətin  beynəlxalq  münasibətlərdə 
fəaliyyəti  siyasi  və  mülki  mənalarda  və  formalarda  mövcud 
olur. Bu iki forma da demək olar ki, şərti xarakteri kəsb edir və 
əslində dövlətin vahid siyasətinin tərkibinə çevrilir.  

 
108 
 
Beynəlxalq  münasibətlərin  formalaşmasının  nəzəri  əsas-
larını  dövlətlərarası  müqavilələr  və  hökumətlərarası  sazişlər 
təşkil  edirlər.  Qeyri-hökumət  təşkilatları  (məsələn,  ayrı-yarı 
birlikləri  təmsil  edən  iqtisadi,  maliyyə  və  ticari  təşkilatlar) 
arasında  imzalanan  sənədlər  də  beynəlxalq  münasibətlərin 
tərkib  hissələridir.  Burada  da  dövlətlər  və  hökumətlər 
şəraityaradıcı  funksiyanı  yerinə  yetirirlər.  Dövlətlərarası 
müqavilələr  daha  böyük  əhəmiyyət  kəsb  edir,  hökumətlərarası 
sazişlər isə icra qurumları (nazirlər kabinetləri və hökumətə aid 
olan  digər  qurumlar)  arasında  olan  əlaqələri  tənzim  edir. 
Hökumətlərarası sazişlər daha çox iqtisadi əhəmiyyət kəsb edir, 
dövlətlərarası  müqavilələr  isə  siyasi  mənaya  malik  olur  və 
xalqlar  arasında  əlaqələrin  geniş  məzmununu  əks  etdirir. 
Beynəlxalq  münasibətlərin  əsas  predmeti  isə  dövlətlərarası 
əlaqələrdir.  Elə  hökumətlərarası  sazişlər  də  geniş  mənada 
dövlətlərararası sazişlərdir.  
Beynəlxalq  münasibətlərdə  dövlətlərin  hüquqlarını  əks 
etdirən  və  dövlətlərə  hərəkətlər  üçün  səlahiyyətlər  verən 
beynəlxalq  hüquq  anlayışına  elmi  ədəbiyyatda  belə  bir 
yanaşma  var:  “...Ümumi  hüquq  nəzəriyyəsindən  bizə 
məlumdur  ki,  hər  bir  cəmiyyətin  normal  fəaliyyəti  üçün 
hüququn, hüquqi nizamasalmanın mövcudluğu obyektiv, zəruri 
bir  haldır,  başqa  sözlə  desək,  cəmiyyət  olan  yerdə  hüquq  da 
olmalıdır. Əgər dünyada olan dövlətləri bir cəmiyyət kimi, əgər 
belə  demək  mümkünsə,  dünya  dövlətlərinin  ailəsi  kimi 
təsəvvür  etsək,  onda  belə  bir  məntiqi  nəticəyə  gələ  bilərik  ki, 
bu  cəmiyyətin  özündə  də  hüquqa  obyektiv  ehtiyac  vardır.  Bu 
hüquq  beynəlxalq  hüquq  adlanır.  Beynəlxalq  hüquq  ayrı-ayrı 
dövlətlərin  milli  hüquq  sistemlərindən  fərqli  olan  və  onlardan 
asılı  olmayaraq  mövcud  olan  hüquqi  normalar  sistemidir.  O, 
məhz  dövlətlər  arasındakı  müxtəlif  xarakterli  münasibətləri 
hüquqi çərçivəyə  salmaq üçün  yaranmışdır. Beynəlxalq hüquq 
normaları dövlətlərarası münasibətlər sisteminin, demək olar ki, 

 
109 
 
hər  bir  aspektini  əhatə  edir”.
1
 Əslində  beynəlxalq  hüquq 
anlayışı  xalqlararası  yox,  dövlətlərarası  hüquq  kimi  başa 
düşülməlidir,  çünki  beynəlxalq  hüquq  normaları  bilavasitə 
xalqlar  tərəfindən  yaradılmır  və  xalqlar  üçün  deyil,  mahiyyət 
etibarilə dövlətlər üçün, dövlətlərarası əlaqələrin tənzimlənməsi 
üçündür.
2
 Beynəlxalq  hüquq  beynəlxalq  ümumi  hüquq  (public 
intrenational  law)  və  beynəlxalq  xüsusi  hüquqa  (private 
international  law)  ayrılır.  Beynəlxalq  ümumi  hüquq  dövlətlər, 
dövlətəbənzər  qurumlar  və  beynəlxalq  təşkilat  aralarında  olan 
münasibətləri  tənzimləyir.  Beynəlxalq  xüsusi  hüquq  isə  qeyri-
dövlət  xarakterli  beynəlxalq  münasibətləri,  yəni  hər  şeydən 
əvvəl əcnəbi fiziki və hüquqi şəxsin iştirak etdiyi mülki-hüquqi 
və  ona  yaxın  olan  münasibətləri  tənzimləyir.
3
 Beynəlxalq 
xüsusi  hüquq  beynəlxalq  ümumi  hüququn  tərkib  hissəsidir. 
Beynəlxalq  ümumi  hüququn  subyekti  olan  qurumlar  məhz  öz 
aralarında  mövcud  olan  bütün  sahələr  üzrə  münasibətləri 
tənzimləmək  üçün  normalar  yaradırlar.  Beynəlxalq  münasi-
bətlərdə  əsas  norma  yaradan  tərəf  dövlətdir  və  dövlətəbənzər 
qurumdur.  Təşkilatlarda  da  dövlətlər təmsil olunaraq  normalar 
yaradırlar.  Təşkilatlar  öz  mövcudluqlarına  görə  və  fəaliyyət-
lərinin mümkünlüyü etibarilə dövlətlərsiz (dövlətlərin müəyyən 
etdikləri  hüquq  normaları  ilə  yaradılır  və  hüquq  normaları  ilə 
tənzim olunur) mümkün olmayan qurumlardır. Normalar da öz-
özlüyündə  dövlətlərə  aid  olduğundan,  bu  normaların  icrası  da 
dövlətlərin iradələrinə, istək və maraqlarına bağlıdır. Dövlət də 
öz  iradəsini  cəmiyyətinin  iradəsi  ilə  bağlayır  və  onun 
maraqlarının  təmin  olunmasına  istiqamətləndirir.  Dövlətlər 
aralarında  münasibətlər  tərkib  etibarilə  ümumi  və  xüsusi 
xarakterə malik  olsalar  da, əsasən siyasi  əhəmiyyət kəsb edir. 
Dövlətin  siyasətinə  onun  iqtisadiyyat-ticarət,  (ticarətin  tərki-
                                                 
1
 Lətif Hüseynov. Beynəlxalq hüququn anlayışı və təbiəti. 
http://www.diplomatiya.az/index.php?option=com_content&view=article&i
d=155:beynlxalq-hueququn-anlay-v-tbiti&catid=49:nezeriyye&itemid=95. 
2
 Yenə orada. 
3
 Yenə orada. 

 
110 
 
bində  gömrük),  sərmayə  qoyuluşu,  xarici  ölkəyə  məxsus  olan 
şirkətlərlə  iqtisadi  münasibətlər  və  s.,  mədəniyyət,  hərbi, 
ekologiya,  səhiyyə,  idman,  insan  hüquqları,  ictimai-təhlü-
kəsizlik,  vətəndaş  hüquqları  (mülki  hüquqlar),  humanitar 
yardım,  dəniz,  sərhədlər,  kosmik  fəza  və  s.  aid  olduğundan, 
dövlətlər  aralarında  bu  sahələr  üzrə  yaradılan  bütün 
münasibətlər  dövlətlərarası  ümumi  münasibətlərə  aid  edilir  və 
ümumi  münasibətlərin  tərkibində  göstərilir.  Bu  baxımdan  da 
beynəlxalq  hüquq  normaları  və  beynəlxalq  münasibətlər 
sistemləri dedikdə,  daha  çox  xüsusi  hüquqi münasibətlərini də 
özündə  əks  etdirən  ümumi  büynəlxalq  hüquq  normaları  və 
tənzimləmə  sistemi  başa  düşülə  bilər.  Bu  hüquq  normaları  ilə 
dövlətlər bir siyasi qurum kimi özlərini bir-birilərinə tanıdırlar. 
Nəzərə  almaq  lazımdır  ki,  mülki  münasibətlər  də  dövlətin 
siyasətinin  tərkib  hissəsidir  və  dövlətin  iradəsindən  kənar 
mülki  münasibətlərin  (burada  hüquq  normalı  əsasların) 
tənzimlənməsi  qeyri-reallığı  əks  etdirir.  Beynəlxalq  ümumi 
hüquq  ayrı-ayrı  mülki  sahələr  üzrə  münasibətləri  tənzimləyən 
beynəlxalq  xüsusi  hüququ  özündə  cəmləşdirir.  Başqa  sözlə 
desək,  beynəlxalq  ümumi  hüquq  bütün  münasibət  sahələrini 
özündə  əks  etdirən  hüquq  normalarının  cəmidir.  Dövlətlərin 
qeyri-hökumət  təşkilatları  da  öz  fəaliyyətlərini  dövlətlərin 
müəyyən  etdikləri  normalar  çərçivəsində  təşkil  edirlər. 
Buradan  da  belə  bir  məntiqi  nəticəyə  gəlmək  olur  ki,  dövlət-
lərin  qarşılıqlı  fəaliyyətindən  kənar  beynəlxalq  münasibətlər 
ola  bilməz  və  beynəlxalq  münasibətlər  də  xarakter  etibarilə 
siyasi  məzmun  kəsb  edir.  Beynəlxalq  xüsusi  hüquq  anlayışını 
da  şərti  qəbul  etmək  olar.  Belə  ki,  beynəlxalq  xüsusi  hüquq 
əvəzinə  beynəlxalq  mülki  hüquq  demək  daha  məqsədə-
uyğundur.  Çünki  xüsusilik  həm  universal,  həm  də  sahələri 
tənzimləyən 
ayrı-ayrı 
sahələrdə 
mövcuddur. 
Məsələn, 
beynəlxalq  hüququn  on  mühüm  prinsipinin  əks  olunduğu 
hüquq normaları da xüsusi əhəmiyyətə malikdir. Xüsusiliyi əks 
etdirir.  Eyni  zamanda  beynəlxalq  dəniz  hüququ,  beynəlxalq 
kosmos  hüquq  kimi  sahələr  də  xüsusi  hüquq  sahələrinə  aid 

 
111 
 
edilməlidir. Bu xüsusilikdən bütövlük, yəni universallıq yaranır. 
Məsələn,  beynəlxalq  dəniz  hüququ  normaları  bu  dənizlərdən 
istifadə edən dövlətlər üçün universal əhəmiyyət kəsb edir.   
Nəzərə  almaq  lazımdır  ki,  beynəlxalq  münasibətlərin  əsas 
subyektləri dövlətlərdirlər. Dövlətlər də öz növbəsində xalqları 
təmsil  edən  siyasi  qurumlardırlar.  Xalqlar  (dövlət  ərazisində 
yaşayan bütün vətəndaşlar-öz dövlətləri olmayan etnik qrupları 
da  buraya  aid  etmək  olar)  təşkilatlanmış  formada  münasibət 
qururlar.  Onların  təşkilat  formaları  da  əsasən  dövlətlər  hesab 
edilirlər.  Dövlətlər  də  beynəlxalq  münasibətlərin  digər 
subyektlərini  (törəmə  subyektləri)  yaradırlar.  Cəmiyyətlər, 
xalqlar  aralarında  münasibətləri  yaratmq  və  normalarla 
tənzimləmək  üçün  bu  xalqları,  cəmiyyətləri,  dini  hakimiyyəti 
(Vatikan)  təmsil  edən  qurumlar-dövlətlər,  dövlətəbənzər  qu-
rumlar, xalqı təmsil edən təşkilatlar (məsələn, Fələstin Azadlıq 
Təşkilatı-hal-hazırda  Fələstin  bir  subyekt  kimi  BMT-nin 
üzvüdür)  yaradılır  və  fəaliyyət  göstərirlər.  Nəzərə  almaq 
lazımdır  ki,  müasir  dövrün  inkişaf  tələbləri  dövlətlərin  bütün 
sahələri  aralarında  münasibətlərin  yaranmasını zəruri etmişdir. 
Bu  baxımdan  da  bütün  sahələr  üzrə  münasibətlər  tənzim-
lənməyə  ehtiyac  duyulduğundan,  beynəlxalq  hüquq  da 
normaları da bütün sahələrdə yaradılır və demək olar ki, zəruri 
amilə  çevrilir.  Həmin  prinsipdən  çıxış  edərək,  beynəlxalq 
hüquqa  “beynəlxalq  münasibətlər  hüququ”,  daha  geniş 
mənada  “dünya  hüququ”,  “dövlətlərarası  münasibətlər 
hüququ”,  “dövlətlərin  beynəlxalq  hüququ”  kimi  də  adlar 
vermək olar.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin