Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


Beynəlxalq münasibətlərdə siyasi hərəkətlər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

Beynəlxalq münasibətlərdə siyasi hərəkətlər 
 
Beynəlxalq  münasibətlər  sferası  özündə  dövlət  hakimiy-
yətinin hərəkətlərini birləşdirən bir müstəvidir. Hərəkət siyasəti 
müəyyən  edir  və  siyasətin  istiqamətlərini  formalaşdırır. 
Beynəlxalq  siyasət  səhnəsi  hərəkətlərlə  meydana  gəlir. 
Münasibətlər  və  əlaqələr,  -istər  dövlət  daxilində  olsun,  istərsə 
də  dövlətlər  arasında,  -hərəkətlərlə  yaradılır  və  hərəkətlərlə 
tənzim  olunur.  Hərəkətlər  sayəsində  beynəlxalq  aktlar  qəbul 
edlir.  Beynəlxalq  aləmdə  dövlətləri  təmsil  edən  dövlət  və 
hökumət  başçıları,  dövlət  və  hökumət  nümayəndələri  daima 
hərəkət  vəziyyətində  olurlar.  Hərəkətlər  məqsədlər  uğrunda 
həyata  keçirilir  və  maraqların  təmin  olunmasına  əsaslanır. 
Beynəlxalq 
münasibətlərin 
hərəkət 
səhnəsi 
beynəlxalq 
münasibətlərin aktorlarının gücünü və statusunu müəyyən edir. 
Beynəlxalq  münasibətlərdə  hərəkətlər  beynəlxalq  münasibət-
lərin  sistemini  və  mexanizmisini  ortaya  çıxarır.  Sistem  və 

 
165 
 
mexanizm siyasətin formalaşması üçün istiqamətlərin meydana 
gəlməsini  zəruri  edir.  Beynəlxalq  münasibətlərin  hərəkətlərlə 
yaradılması  və  hərəkətlərlə  istiqamətləndirilməsi  münasibət-
lərin  şəbəkə  xarakterini  müəyyən  edir.  Beynəlxalq  münasibət-
lərdə  dövlətlərin  hərəkətləri  mücərrəd  məna  kəsb  edir  və  baza 
etibarilə  onların  strukturları  əsas  aktorlar  kimi  hərəkət 
vəziyyətində olur. 
Beynəlxalq  münasibətlərdə  hərəkətlər  dedikdə,  siyasi 
hərəkətlərin  hüquqla  tənzimlənməsi  aktları  başa  düşülməlidir. 
Bu,  münasibətlərin  siyasi-hüquq  aspektlərini  müəyyən  edir. 
Belə  qəbul  etmək  olar  ki,  beynəlxalq  münasibətlər  dövlətlər 
tərəfindən  yarandığından,  elə  hərəkətlərin  özləri  də  dövlətlər 
tərəfindən  edilir  (burada  dövlətləri  təmsil  edən  hakimiyyətləri 
tərəfindən)  və  dövlətə  aid  olan  hərəkətlər  siyasi-hüquqi 
xarakter  kəsb  edir.  Buradan  da  belə  qənaətə  gəlmək  olur  ki, 
beynəlxalq  münasibətlər  əslində  siyasi-hüquqi  tərəflərin 
(dövlətlərin,  təşkilatların)  həyata  keçirdikləri  fəaliyyətdir, 
hərəkətdir. 
Beynəlxalq  münasibətlərdə  hərəkətlər  kimi  əsasən  bunları 
qeyd etmək olar: 
-dövlətlərin  bir-birilərinin  müstəqilliklərini  tanımaları-ad 
hoc, de-fakto və de-jure
-qarşılıqlı  şəkildə  diplomatik  əlaqələrin  qurulması  və 
səfirliklərin, konsulluqların təşkil edilməsi
-münasibətlərin  və  əlaqələrin  qurulması  üçün  ilkin 
niyyətlərin bildirilməsi; 
-dövlət  və  hökumət  başçılarının  səfərləri-rəsmi  və  işgüzar 
səfərlər; 
-danışıqların həyata keçirilməsi (açıq və gizli şəkildə); 
-beynəlxalq  tədbirlərin  həyata  keçirilməsi,  o  cümlədən 
beynəlxalq 
yığıncaqların 
(sammit, 
konfrans, 
konqress, 
forumların  və  s.  keçirilməsi,  ikitərəfli  və  çoxtərəfli  formatlı 
görüşlər) təşkil edilməsi; 
-beynəlxalq təşkilatların yaradılması; 

 
166 
 
-beynəlxalq  sənədlərə  qoşulma  və  ratifikasiya  (qanunveri-
cilik  qurumunda  təsdiq  etmə),  eləcə  də  sənədlərin  ləğv  olun-
ması və sənədlərdən çıxma, sənədlərin şərtlərinin dəyişməsi və 
denonsasiya  (denonsasiya  -  fr.  dénoncer  “pozmaq”  mənasını 
verir.  Beynəlxalq  müqaviləni  imzalayan  dövlətlərdən  birinin 
digərinə  fəaliyyətinin  birtərəfli  qaydada  dayandırılması 
haqqında  bəyanat  verməsi,  müqavilənin  dayandırılmasının 
qanuni üsuludur); 
-beynəlxalq sənədlərin imzalanması; 
-beynəlxalq  sənədlərin  daxili  qanunvericilikdə  imple-
mentasiyası  (impelementasiya  beynəlxalq  hüququn  daxili 
qanunvericiliyə gətirilməsi üsullarını bildirir); 
-diplomatik immunitet və imtiyazların müəyyən edilməsi;  
-beynəlxalq  münaqişələrin  həll  edilməsi  və  vasitəçilik 
missiyasının müəyyən olunması; 
-müharibələrə  son  verilməsi  və  sülh  müqavilələrinin 
imzalanması; 
-diplomatik protokolun müəyyən edilməsi
-danışıqların aparılması qaydalarının müəyyən olunması; 
-beynəlxalq təşkilatlara qoşulmalar və üzvlük məsələlərinin 
müəyyən olunması; 
-müəyyən  beynəlxalq  layihələrin  hazırlanması  və  onun 
tətbiqinin əsasları və s.  
Xarici  siyasət  sahəsində  və  beynəlxalq  münasibətlərdə 
görülən, qəbul edilən bütün aktlar beynəlxalq hərəkətləri ehtiva 
edir  və  bu  aktlar  məhz  beynəlxalq  hərəkətlərin  əsas  mənasını 
bildirir.  
  
Xarici siyasət, beynəlxalq münasibətlər və insan 
hüquqlarının təmin olunması 
 
 
Belə  bir  prinsipi  daima  əldə  rəhbər  tutmaq  lazımdır:  - 
insanlar  dövlətlərini  ona  görə  təşkil  edirlər  ki,  xoşbəxşt 
yaşamaqları  üçün  bütün  lazımi  resurslar  (burada  təbii  və 

 
167 
 
təsirlər sayəsində müəyyən formalara salınan resurslar nəzərdə 
tutulmalıdır) əldə olunsun. Həmin təbii resurslar ilkin material 
formasından  iradələrə  və  maraqlara  (fərdi  və  kollektiv 
qaydada)  uyğun  şəkillərə  salınsın  və  istifadəyə  yararlı  olsun. 
Bunun  üçün  də  obyektlərə  və  predmetlərə  münasibətdə  və 
əlaqədə,  əşyalara  təsirdə  münasibətlərin  tənzimlənməsi  və 
resursların bərabər şəkildə paylanılması məqsədilə tənzimləmə 
siyasəti  həyata  keçirilsin.  Dövlət  xoşbəxtliyi  təmin  edən  və 
xoşbəxt  həyat  üçün  lazım  olan  krteriyaları  müəyyən  edən 
tənzimedici qurumdur. Dövlət özü tənzimedici qurum olmaqla 
yanaşı, həm də daxildən islahatlara məruz qalan, tənzim etdiyi 
tərəflərin  maraqlarına  cavab  verən  bir  siyasi  təsisastdır. 
Xoşbəxt  həyatın  əldə  olunması  hər  bir  şəxs  üçün  onun 
hüquqlarının  lazımi  səviyyədə  təmin  edilməsindən  və 
qorunmasından  irəli  gəlir.  Xoşbəxtlik  insan  hüquqları  və 
azadlıqları  ilə  bağli  olan  bir  anlayışdır.  Xoşbəxtliyi  insanların 
maddi  və  mənəvi  təbiətində  axtarmaq  məqsədəuyğundur.  Bu 
iki  amilin  təmin  olunması  xoşbəxtliyin  təmin  edilməsi 
deməkdir.  Xoşbəxtlik  hüquqdadır,  hüquq  azadlıqdır,  azad 
şəkildə iradənin ifadəsidir. Hüquq pozitiv imkanların istifadəsi 
üçün  fərdə  şərait  yaradan  və  səlahiyyətlər  verən  anlayışdır  və 
gerçək  normadır,  meyradır.  Azadlıq  xoşbəxtlikdir.  Hüquq 
dəyərləri  korlamamalıdır  və  dəyərlərin  inkişafını  qarşısına 
məqsəd  qoymalıdır.  Burada əxlaqla  hüququn qarşılıqlı vəhdəti 
meydana  gəlir.  Dövlət  hakimiyyəti  insanların  daxillərindən 
gələn  və  adət-ənənələrlə  formalaşan  əxlaqın  da  qorunması 
funksiyasını  yerinə yetirməlidir.  
Dövlət  öz  vətəndaşlarının  (xalqının)  hüquqlarını  təmin 
etmək  və  qorumaq  üçün  müxtəlf  metodlardan  istifadə  edir. 
Bunun  üçün  hakimiyyətini  (ali-mərkəzi  və  yerli  səviyyədə) 
təşkil  edir.  Hakimiyyətinin  mərkəzi  və  yerli  aparatları 
(siyasətin  nəzəri  baxımdan  hazırlanması  mərkəzləri  və  icra 
mərkəzləri-iedoloji  və  praktiki  mərkəzlər)  da  hüquq  norma-
larının  yaradılması  və  icrası  ilə  müəyyən  siyasəti  həyata 

 
168 
 
keçirilər.  Dövlət  insan  hüquqlarını  (burada  təbii  hüquqları) 
tanıyır  və  bu  hüquqların  yerinə  yetirilməsi  üçün  lazımi 
şəraitləri yaradır və hüquqların mühafizə olunması funksiyasını 
yerinə  yetirir.  Dövlət  bütün  hüquq  sistemini  və  qanunvericilik 
sistemini  insanlar  üçün  faydalı  olan  pozitiv  dəyərlərin  (qeyd: 
dəyər 
sözü 
elə 
müsbətlikdir, 
pozitivlikdir) 
qorunub 
saxlanılmasına,  bu  dəyərlərdən  istifadə  olunmasına  və 
dəyərlərin inkişafına yönəldir.  
Məlumdur  ki,  insan  hüquqlarının  təmin  olunması  və 
qorunması dövlət tərəfindən dörd mühüm istiqamətdə həyata 
keçirilir: 
dövlət 
daxilində-yerli 
səviyyədə 
(regional 
səviyyədə)  və  mərkəzi  səviyyədə;  dövlət  xaricində  regional 
səviyyədə-ikitərəfli  və  çoxtərəfli  əlaqələrin  yaradılması  ilə, 
eləcə  də  regional  ittifaqlara  qoşulmaqla;  qlobal  səviyyədə-
ikitərəfli  və  çoxtərəfli  əlaqələrin  yaradılması  yolu  ilə, 
universal  təşkilatlara  qoşulmaqla.  Hər  bir  istiqamətdə 
dövlət  insanların  anadangəlmə  və  sonradan  sahib  olduğu 
(bu,  fəaliyyətlə  əlaqəlidir,  eyni  zamanda  fiziki  qabiliyyətə 
bağlıdır)  hüquqları  həm  tanıyır,  həm  də  hüquqların  təmin 
olunmasını  yerinə  yetirir.  Hər  bir  istiqamətdə  dövlət  birbaşa 
təminedici 
və 
mühafizəedici 
funksiya 
daşıyır. 
Daxili 
qanunvericilik 
aktları  və 
beynəlxalq 
hüquq 
sənədləri 
dövlətlərin müvafiq istiqamətlərdə insanların hüquqlarını təmin 
edən əsas vasitələrə çevrilir. Cəmiyyətdə isə dövlət hüquqların 
təmin  olunmasında  (məişət  münasibətlərində)  müşahidəçi 
funksiyanı  daşıyır.  Müşahidəçilik  o  səviyyəyə  qədər  davam 
edir ki, insan hüquqları fərdi və ya kollektiv şəkildə pozulmağa 
başlayır.  Pozulma  anında  dövlət  öz  təminedici  funksiyasını 
yerinə  yetirməyə  məcbur  olur  və  bu,  həm  də  onun  birbaşa 
daxili  funksiyasına,  vəzifə  və  səlahiyyətlərinə  aid  olur.  Bu 
baxımdan  da  dövlət  müdafiəedici,  mühafizəedici  qurum  kimi 
funksiyaya  malik  olur.  Dövlət  insan  hüquqları  arasında,  insan 
fəaliyyəti  sferasında  sərhədləri  müəyyən  edən  funksiya  kəsb 
edir.  Burada  başlıca  məqsədlər  də  qarşıdurmalara  yol 

 
169 
 
verməməkdən  və  maraqların  sərhədlər  daxilində  razı  olacaq 
səviyyədə təmin olunması zərurətindən irəli gəlir.  
Dövlətlər  xarici  siyasəti  ona  görə  təşkil  edirlər  ki,  öz 
vətəndaşlarının  hüquqlarını,  burada  həm  də  sərhdələrdən, 
məkanlardan kənarda olan hüquqlarını, təmin etsin. Beynəlxalq 
münasibətlər  insanların  beynəlxlaq  səviyyəli  hüquqlarının 
təmin  olunmasında  mühüm  əhəmiyyət  kəsb  edir.  Dövlətlər 
xarici siyasətlərini ona görə təşkil edirlər ki, öz vətəndaşlarının 
hüquqlarını  bir  məkandan  başqa  məkana  doğru  böyütsünlər, 
daşısınlar  və  bu  trayektorik  əlaqələrdə  vətəndaşlarının 
hüquqlarını həm təmin etsinlər, həm də qorusunlar, pozulduqda 
bərpa  etsinlər.  Beynəlxalq  münasibətlər  insan  hüquqlarının 
mahiyyət  və  məzmun  etibarilə  böyüməsinə  xidmət  edən 
regional  və  qlobal  müstəvilərdən  ibarət  olur.  Beynəlxalq 
münasibətlər  insan  hüquqlarını,  insanların  bəşəri  dəyərlərini 
böyüdürlər  və  hüquqların  vahid  tərkiblərini  yaradırlar. 
Beynəlxalq  münasibətlər  “insan”  amilini  önə  çəkir  və  insan 
hüquqlarını  tək  bir  dövlətin  yox,  beynəlxalq  ictimaiyyətin, 
hamının  diqqətini  cəlb  edən  bir  vasitə  olduğunu  təsdiq  edir. 
Dövlətlər beynəlxalq münasibətlərə həm də ona görə qoşulurlar 
ki, vahid enerji mənbəyindən istifadə edərək, daxillərində insan 
hüquqlarının müdafiəsini təşkil etsinlər. Dövlətlər xarici siyasət 
fəaliyyəti  həyata  keçirməklə  öz  vətəndaşlarının  bəşəri 
hüquqlarını təmin etməni qarşıya məqsəd qoyurlar. 
Dövlətlər öz vətəndaşlarının hüquqlarını fərdi və kollektiv, 
bu baxımdan universal və konkret əsaslarla təmin edir. Burada 
universal normalar içərisində fərdi və konkret sahələrə aid olan 
normalar da əhəmiyyət kəsb edir. 
Beynəlxalq  münasibətlər  sferası  insan  hüquqlarının  təmin 
edilməsinə  yönəlmiş  bir  fəaliyyət  səhnəsidir.  Dövlətlər  bu 
səhnəyə  qoşulduqda,  onun  tərkib  hissəsi  olduqda  təbii  ki, 
ümumdünya  insan  hüquqları  sisteminə  və  şəbəkəsinə  daxil 
olur.  Bu  baxımdan  da  dövlətlər  daxili  qanunvericilik aktlarını, 
öz funksiyalarını beynəlxalq münasibətlərə əlaqələndirirlər.  

 
170 
 
Xarici  siyasətdə  və  beynəlxalq  münasibətlərdə  istifadə 
olunan sənədlər  
 
İstənilən  hərəkət  öz  hüquqi  əsasını  qaydalarda  və 
qaydaların  əks  olunduğu  və  təsdiq  edilən  hüquqi  sənədlərdə 
tapır.  Dövlət  özü  də  siyasi  və  hüquqi  bir  qurum  olduğundan 
onun  daxili  və  xarici  siyasət  fəaliyyəti  mütləq  qaydada 
sənədlərdə əks olunan normalarla ifadə olunur. Burada dövlətin 
rəsmi  tənzimləmə  tərəfi  və  subyekti  kimi  mahiyyəti  üzə  çıxır. 
Dövlətin  daxili  siyasəti  və  xarici  siyasəti,  eləcə  də  bu  iki 
istiaqamət  arasında  olan  bağlılığı  əks  etdirən  fəaliyyəti  rəsmi-
hüquqi əsaslarla bağlı olur.  
Dövlətlər  arasında  olan  münasibətlərə  və  onların  mərhə-
lələrinə  tarixi  yaranma  aspektindən  yanaşdıqda iki istiqamətdə 
baxmaq  olar:  beynəlxalq  münasibətlər-sənədlərə  qədər  və 
beynəlxalq  münasibətlər  sənədlərin  hazırlanması  və  icra 
olunması  mərhələsində.  Onu  qeyd  etmək  olar  ki,  sənədlərə 
qədər  (burada  hazırlanmamış,  təsdiq  edilməmiş  və  icraya 
yönəlməmiş  sənədlər)  demək  olar  ki,  rəsmi  beynəlxalq 
münasibətlərdən  söhbət  gedə  bilməz.  Beynəlxalq  münasibət-
lərin  əsasını  da  rəsmi-hüquqi  sənədlər  təşkil  etdiyindən,  bu 
qənaətə  gələ  bilərik  ki,  sistemli  beynəlxalq  münasibətlər 
sənədlərin  mətnlərinin  hazırlanmasından  tutmuş  (burada 
təkliflər  və  razılıqlar  da  daxil  olmaqla)  onun  icrasına  qədər 
olan  mərhələni  əhatə  edir.  Sənədlərin  hazırlanması  və  onun 
mətninin  razılaşdırılması  mərhələləri  və  qəbul  prosesləri  də 
sistemli  və  ardıcıl  qaydada  həyata  keçirilir.  Bu  proseslər 
sistemli  proseslər  adlanır  və  münasibətlərin  formalaşması 
proseslərinin  ilkin  mərhələlərindən  biri  (tanınmadan  sonrakı 
mərhələ)  hesab  olunur.  Dövlətlər  arasında olan  münasibətlərin 
və  əlaqələrin  rəsmi  tənzimlənməsi  qaydaları  müasir  dövrün 
sənədlərində  öz  əksini  tapır.  Beynəlxalq  sənədlər  daima  ilkin 
nümunə, baza və istiqamət rolunu oynayır və universal və fərdi 
məzmun  kəsb  edir.  Beynəlxalq  sənədlər  şəbəkə  xarakterinə 

 
171 
 
malik  olur  və  sonrakı  sənədlərin  hazırlanması  və  qəbulu  üçün 
mənbə  və  nümunə  kimi  əhəmiyyət  kəsb  edir.  Beynəlxalq 
sənədlər  dövlətlər  arasında,  eləcə  də  dövlətlərlə  dövlətlərin 
yaratdıqları  təşkilatlar  (beynəlxalq  hökumət  təşkilatları)  və 
təşkialtların özləri arasında münasibətlərin formalaşmasında və 
əlaqələrin  qurulmasında  mühüm  əhəmiyyət  kəsb  edir. 
Beynəlxalq  sənədlər  beynəlxalq  aləmdə  davranış  üçün  zaman, 
şərait və imknalar daxilində hərəkət normalarının toplusu kimi 
əhəmiyyət kəsb edir. 
Beynəlxalq  sənədlərdə  iştirakların  əsasları,  o  cümlədən 
tərəflərin  maraq  sferaları,  maraq  predmetləri  və  obyektləri, 
sənədlərin  tərəfləri,  o  cümlədən  razılıq  tərəfləri,  iştirakçılıq, 
razılıq  şərtləri,  müqavilə  şərtləri,  səlahiyyət  məsələləri,  ilkin 
imzalama  (paraflama),  sənədlərin  ratifikasiyasının  əsasları, 
sənədlərin  hüquqi  qüvvəsi,  sənədlərin  qüvvədə  olma  müddət-
ləri,  sənədlərə  qoşulmaların  əsasları,  müddətlərin  uzadılması, 
depozitari  məsələləri,  təsdiq  qramotalarının  mübadiləsi, 
xəbərnamələr,  müqavilələrin  qüvvəyə  minməsi,  dəyişikliklər, 
qeyd şərtlər,  müqavilələrin  tətbiqi,  prosedura, autentiklik və s. 
kimi məsələlər öz əksini tapmalıdır.  
Beynəlxalq  müqavilələr  ümumi  beynəlxalq  hüququn 
imperativ normalarına (jus cogens) zidd olmamalıdır.
1
  
Hər  bir  dövlətin  beynəlxalq  aləmdə  müqavilə  imzalamaq 
səlahiyyəti və hüquq qabiliyyəti vardır.
2
  
Müqavilələr  dövlətlər  arasında  və  dövlətlərlə  təşkilatlar 
arasında, eləcə də beynəlxalq təşkilatların aralarında bağlanılır 
və müqavilələr müəyyən hüquqlara malik olurlar.
3
  
                                                 
1
 Венская  Конвенция  о  праве  международных  договоров  23  мая  1969 
года. Действующее международное право. В трех томах. Том первый. 
Составители  проф.  Ю.М.Колосов  и  проф.  Э.С.Кривчикова.  М.: 
Издательство  Московского  независимого  института  международного 
права, 1996.-864 с. ss.343-372, Maddə 53. 
2
 Həmin sənəd 
3
 Yenə orada 

 
172 
 
Hər  bir  hərəkət  və  hərəkət  istiqaməti  müəyyən  normalarla 
tənzim  olunur.  Bu  normalar  həm  təkrar  olunan  adətlərdən 
yaranır,  təcrübədən  formalaşır,  həm  də  nəzəri  aspektlərdən 
ortaya  çıxır.  Beynəlxalq  hüquq  normaları  adət  hüququnun  da 
tərkibindən  meydana  gələ  bilir.  Sənədlər  əsasən  vahid  şəraiti 
əks etdirir və vahid şəraitin tənzimlənməsi funksiyasını yerinə 
yetirir.  Beynəlxalq  müqavilələr  hüququ  haqqında  23  may 
1969-cu  il  tarixli  Vyana  Konvensiyasında  (maddə  2) 
müqavilələr  dedikdə,  dövlətlər  arasında  yazılı  formada 
imzalanan  beynəlxalq  razılıq  kimi  başa  düşülür.  Bu  razılığın 
bir, iki və ya öz aralarında bağlı olan bir neçə sənəddə öz əksini 
tapmasından  asılı  olmayaraq,  eləcə  də  konkret  şəkildə 
adlandırılmasından asılı olmayaraq beynəlxalq hüquqla tənzim 
olunur.
1
  
Beynəlxalq  sənədlər  həm  dövlətlər,  həm  də  təşkilatlar 
tərəfindən hazırlanır. Beynəlxalq müqavilələr hüququ haqqında 
Vyana  Konvensiyası  (maddə  5)  beynəlxalq  təşkilatların  təsis 
aktları  da  daxil  olmaqla,  beynəlxalq  təşkilatlar  arasında 
imzalanan bütün müqavilələrə şamil olunur.  
Sənədlər  vahid  qaydalar  olaraq  hərəkətlərin  edilməsinin 
əsaslarını  yaradır.  Bu,  bir  növ  qayda  kimi  mühüm  funksiya 
kəsb edir. Bütün vəziyyətlərdə ortaya çıxan məsələlərin ədalətli 
tənzim  edilməsi  üçün  hamı  tərəfindən  qəbul  olunmuş  vahid 
normalar mühüm əhəmiyyət kəsnb edirlər. Bu normalar toplusu 
olan  sənədlər  oxşar  və  eyni  vəziyyətlərdə  eyni  istiqamət-
ləndirici  əhəmiyyət  kəsb  edier.  Sənədlərdə  tərəflər,  tərəflərin 
istəkləri,  onların  maraq  və  məqsədləri,  münasibətlər  və 
əlaqələrin  obyektləri  və  zaman  amili,  eləcə  də  münasibətlərin 
və  əlaqələrin  tənzim  olunduğu  məsələlər  öz  əksini  tapır. 
                                                 
1
 Венская  Конвенция  о  праве  международных  договоров  23  мая  1969 
года. Действующее международное право. В трех томах. Том первый. 
Составители  проф.  Ю.М.Колосов  и  проф.  Э.С.Кривчикова.  М.: 
Издательство  Московского  независимого  института  международного 
права, 1996.-864 с. ss.343-372, Maddə 53. 

 
173 
 
Sənədlər meydana gələn oxşar və eyni məzmunlu problemlərin 
eyni  və  oxşar  əsaslarla  tənzim  olunması  funksiyasını  yerinə 
yetirir.  Hər  bir  dövlətin  daxili  baş  sənədi  onun  xarici  siyasəti 
üçün ilkin istiqamətləndirici-fundamental əhəmiyyət kəsb edir. 
Sənədlər  də  dövlətin  xarici  siyasətinin  istiqamətlərinə 
müvafiq olaraq iki istiqamətə ayrılır: dövlətin daxili siyasətinin 
tənzim  olunmasında  istifadə  olunan  daxili  qanunvericilik 
sistenminin  tərkibi  olan  daxili  sənədlər;  dövlətin  xarici 
siyasətinin  tənzimlənməsini  təmin  edən  xarici  sənədlər. 
Dövlətin  bu  iki  istqamətdə  qəbul  etdiyi  sənədlər,  qoşulduğu 
beynəlxalq  sənədlər  dövlətin  əsas  qanununa  əsaslanmalıdır  və 
onunla  ziddiyyət  təşkil  etməməlidir.  Buradan  da  belə  bir 
məntiqi  fikir  ortaya  çıxır  ki,  dövlətin  əsas  qanunu  dövlətin  bir 
vahid qurum kimi fəaliyyətinin əsaslarını təşkil edir və dövlətin 
mövcudluğunun  nəzəri  əsaslarını  müəyyənləşdirir.  Beynəlxalq 
sənədlər  də  daxili  sənədlər  kimi  törəmə  xassələrinə  malikdir. 
Burada başlıca məqsəd bütün sahələri bir-birilə əlaqələndirmək 
və  siyasətin  bütövlüyünu  və  siyasətin  inkişafa  xidmətinin 
əsaslarını  müəyyən  etməkdən  ibarətdir.  Sənədlərin  törəmə 
xassələri  sənədlərin  və  normaların  iyerarxik  təsbitini  ortaya 
çıxarır.  Sənədlər,  bu  baxımdan  əhatə  etdikləri  obyektlərə 
münasibətdə,  əhəmiyyətlərinə  görə  dərəcələnirlər.  Sənədlərin 
miqyası onların ümumi ədalət prinsipini pozmamalıdır. Bu, bir 
qayda olaraq münasibətlərin və tənzimləmənin tarazlı əsaslarını 
meydana gətirir.  
Beynəlxalq  sənədlər  beynəlxalq  münasibətlər  üçün  əsas 
vasitələrdir.  Beynəlxalq  sənədlər  beynəlxalq  nizamasalmanı 
təmin  edən  qaydalar  toplusudur.  Müqavilələr  (razılaşmalar) 
beynəlxalq  münasibətlərin  yaranmasının  əsas  istiqamətlərini 
əks etdirir. Müqavilələrdə və sazişlərdə başlıca olaraq tərəfləri 
qane  edən,  tərəflərin  maraq  və  mənafelərini  bu  və  ya  digər 
səviyyədə  əks  etdirən  məsələlər  müəyyən  olunur.  Sənədlər 
maraqların  təmin  edilməsinin  zamanını  və  tərzini  göstərir. 
Beynəlxalq  sənədlər  və  beynəlxalq  sənədlərə  qoşulmanı  təmin 

 
174 
 
edən,  eləcə  də  beynəlxalq  sənədləri  icra  etməni  təmin  edən 
(beynəlxalq  sənədlərə  əməl  olunmasını  təmin  edən)  daxili 
sənədlər  (məsələn  konstitusiya  normaları)  dövlətin  xarici 
siyasətinin  həyata  keçirilməsini  yerinə  yetirən  vasitələrdir, 
alətlərdir,  layihələrdir.  Bu  vasitələrdə  başlıca  olaraq  xarici 
fəaliyyətin  nəzəri  əsasları,  əsas  və  ilkin  bazası  öz  əksini  tapır. 
Dövlət  öz  xarici  siyasətinin  məqsədlərini  və  maraq  sahələrini 
bu  sənədlərdə  nəzəri  olaraq  əks  etdirir.  Sənədlər  xarici 
siyasətin  həm  sahələrini  müəyyən  edir,  xarici  siyasət 
fəaliyyətini  ixtisaslaşdırır,  həm  də  sahələr  arasında  uzlaşmanı 
yaradır  və  nəticədə  xarici  siyasətin  nəzəri  istiqamətlərinin 
şaxələndirilmiş, şəbəkələşmiş forması meydana gəlir. Dövlətin 
xarici siyasətinin açıq məzmunu məhz bu sənədlərdə öz əksini 
tapır.  Beynəlxalq  sənədlər  və  dövlətlərin  bu  sənədlərdə  tərəf 
kimi iştirak  etmələri  və  sənədlər  əsasında  siyasət icra etmələri 
təbii  ki,  beynəlxalq  münasibətlərin  açıq  mahiyyətini  üzərə 
çıxarır.  Sənədlərdə  dövlət  maraqlarının  obyekt  və  predmetləri, 
dövlətin  nail  olmaq  istədiyi  şeylər  və  digər  istiqamətlər  əks 
olunur.  Xarici  siyasətin  gizli  məzmunu  və  dövlətin  gizli 
siyasəti isə dövlətin hərəkətinin fəndgirliyi ilə müəyyən olunur. 
Dövlət  siyasətinin  fəndgirlilk  məzmunu  buradan  irəli  gəlir. 
Təbii  ki,  sənədlər  də  öz  məzmunları  baxımından  təsnif 
olunurlar.  Qlobal  siyasətin  mahiyyəti  məhz  qlobal  məzmunlu 
sənədlərdə  öz  əksini  tapır.  Beynəlxalq  konvensiyalar 
(çoxtərəfli razılaşmalar) məzmun və forma etibarilə daha geniş 
olur (çünki buraya çoxlu sayda dövlətlər qoşulurlar) və qoşulan 
dövlətlərin  iştirak  imkanları  və  sahələri  də  geniş  məzmunda 
olur. Qlobal sənədlər daha çox universal əsaslarla qəbul olunan 
sənədlərdir  ki,  bu  sənədlərdə  də  geniş  məkanlar  əhatə  olunur. 
Qlobal  sənədlər  həm  də  strateji  əhəmiyyət  kəsb  edən  sahələri 
əhatə  edir.  Qlobal və regional səviyyəli beynəlxalq sənədlərin 
subyektləri  mövcud  olur  və  bu  subyektlərin  qlobal  sahədə 
çoxluğu  beynəlxalq  sənədlərin  geniş  məzmununu  və  tətbiqi 
sferasını meydana gətirir. 

 
175 
 
Xarici  siyasəti  həyata  keçirmək  üçün  müxtəlif  sənədlər 
tərtib  edilir  və  dövlətlər  tərəfindən  qəbul  olunur.  Bu  sənədlər 
müqavilələr  və  sazişlər,  konsepsiyalar,  doktrinalar,  bəyan-
namələr,  memorandumlar,  bəyanatlar,  qətnamələr,  xartiyalar, 
protokollar  və  s.-dən  ibarətdir.  Sənədlərin-müqavilələrin 
qüvvəyə  minməsi  üçün  bir  neçə dövlətin bu sənədə qoşulması 
və  qanunvericilik  orqanlarında  ratifikasiya  etmələri  tələb 
olunur.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin