Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   15   16   17   18   19   20   21   22   ...   29

 Bu  Konvensiya  da  diploma-
tiyanın  tərəflərindən  birini-dövlətlərlə  beynəlxalq  təşkilatlar 
arasındakı  əlaqələri-  tənzim  edir.  Bütün  bu  sənədlər  dövlətlər 
arasında dostluq münasibətlərinin tənzim olunmasına əsaslanır. 
Diplomatik əlaqalər haqqında Vyana Konvensiyası diplomatiya 
sahəsində  özündən  sonrakı  sənədlər  üçün  mühüm  şərtləndirici 
baza rolunu oynayır.  
Dövlətlər  xarici  siyasət  sahəsində  doktrinalar,  konsep-
siyalar    (məsələn,    2013-cü  il  tarixli    “Rusiya  Federasiyasının 
xarici  siyasət  konsepsiyası”)    qəbul  edirlər.  Sonra  isə  beynəl-
xalq  mövcud  sənədlər  əsas  kimi  götürülür.  Beynəlxalq 
sənədlərin  implementasiyası  (daxildə  tətbiqi  və  daxili  qanun-
vericiliklə  uyğunlaşdırılması)  proseslərini  həyata  keçirirlər. 
Beynəlxalq  sənədlər  daxili  qanunvericiliyin  tərkib  hissəsinə 
çevrilir.  Dövlətlər  öz  xarici  siyasət  üzrə  hərəkət  və  inkişaf 
konsepsiyalarını  və  doktrinalarını  konstitusiyadan  və  beynəl-
                                                 
1
 Венская Конвенция о представительстве государств в их отношениях 
с международными организациями универсального характера 14 марта 
1975 года. Действующее международное право. В трех томах. Том 
первый. Составители проф. Ю.М.Колосов и проф. Э.С.Кривчикова. М.: 
Издательство Московского независимого института международного 
права, 1996.-864 с. ss.582-615.  

 
196 
 
xalq  hüquq  prinsiplərinin  əks  olunduğu  baza  normalardan 
götürürlər.  Konstitusiya,  beynəlxalq  sənədlər,  doktrinalar  və 
konsepsiyalar strateji sənədlərdir. Diplomatiya isə daha çox bu 
strateji  məsələlərin  yerinə  yetirilməsi  ilə  məşğul  olur. 
Diplomatiya 
burada 
taktiki 
məsələləri 
yerinə 
yetirir. 
Diplomatiya  yaxın,  orta  və  uzun  müddətli strategiyanın  yerinə 
yetirilməsinə xidmət edir.  
Belə  qəbul  etmək  olar  ki,  istiqamətlər  olaraq,  təşkilatı 
nötqeyi-nəzərdən  diplomatiya  (burada  başqa  dövlətlərin 
ərazilərində  və  təşkilatlarda  təmsil  olunma  baxımından)  üç 
əsasda  həyata  keçirilir:  bir  dövlətin  digər  dövlətlərdə  və 
təşkilatlarda  olan  daimi  diplomatik  nümayəndəlikləri;  bir 
dövlətin  digər  dövlətlərdə  olan  konsulluqları;  məxsui 
rejimə malik olan xüsusi missiyalar.  
 
Konsulluğun əsasları 
 
Dövlətlər  arasında  əlaqələr  sahələr  və  istiqamətlər  üzrə  
təsnif olunma xassələrinə malik olur. Dövlətlər çalışırlar ki, öz 
aralarında  bütün  mümkün  variantlar  üzrə  əlaqələri  tənzim 
etsinlər.  Dövlətlər  arasında  bütün  əlaqələr  siyasi  məna  kəsb 
edir, çünki dövlətin fəaliyyəti elə siyasət adlanır. Bu baxımdan 
da  siyasi  əlaqələr  dedikdə,  daha  çox  yuxarı  mərhələdə 
cəmləşmiş,  formalaşmış  əlaqələr  mühüm  əhəmiyyət  kəsb  edir. 
Bütün  əlaqələrin  yuxarı  və  ali  səviyyəsi  siyasi  əlaqələr  hesab 
olunur.  Dövlətlər  arasında  siyasi  əlaqələrin  ali  forması  onların 
dövlət  rəhbərləri  arasında  olan  görüşlərdir,  dövlət  başçılarının 
imzladıqları  sənədlərdir.  Bundan  aşağıda  isə  hökumətlər 
arasında əlaqələr yaradılır və sonra isə nazirliklər və digər icra 
qurumları  arasında  əlaqələr  formalaşdırılır.  Xarici  ölkələrdə 
bütün  əlaqələrin  yaradılmasında  koordinasiya  funksiyasını 
diplomatiya  öz  üzərinə  götürür.  Dövlətlər  arasında  əlaqələrin 
mühüm  forması  (burada  baza  əlaqələr  nəzərdə  tutulur)  siyasi 
əlaqələrdir  ki,  bu  əlaqələrin  də  tənzim  olunması  və  əlaqələr 

 
197 
 
arasında  bağlılığın  yaradılması  diplomatiya  ilə  yerinə  yetirilir. 
Diplomatiya  dövlətlər  arasında  siyasi  əlaqələrin  təzahürüdür. 
Dövlətlər  arasında  siyasi  əlaqələrlə  yanaşı,  iqtisadi  və  mülki 
məzmunlu  əlaqələr  də  vardır.  Dövlətlərin  fəaliyyəti  şaxələn-
diyindən  onlar  arasında  əlaqələr  də  şaxələnmə  funksiyasına 
malik  olur  və  yuxarı  mərhələdə  siyasi  əhəmiyyət  kəsb  edir. 
Diplomatiya,  bu  baxımdan  siyasi  əlaqələrdən  tutmuş  iqtisadi 
əlaqələrə qədər olan mərhələni özündə əks etdirən bir fəaliyyət 
sahəsidir.  Dövlətlər  arasında  əlaqələr  və  münasibətlər 
çoxistiqamətlidir və bu baxımdan da vahidlik və şaxəlilik təşkil 
edir. 
Dövlətlər  arasında  beynəlxalq  əlaqələrin  genişliyi  və 
bundan irəli gələn zərurət dövlətlərin sakinlərinin dövlətlərdən 
dövlətlərə  keçməsinin  əsaslarını  təşkil  edir.  Beynəlxalq 
münasibətlər  ümumdünya  sakinlərinə  xidmət  edir.  Dövlətlərin 
sakinləri  bir  ölkədən  başqa  ölkələrə  gedirlər.  Burada  daimi 
yaşayış yerləri əldə edirlər. Ölkələrin sərhədlərini keçmək üçün 
xüsusi  vizalar  tələb  olunur.  Vizalarda  bir ölkənin vətəndaşının 
başqa ölkədə qalacağı günnün müddəti göstərilir. Bu da ondan 
irəli  gəlir  ki,  dövlətlər  öz  vətəndaşlşarının  daimi  yaşayış 
yerlərini  seçmələrdə  maraqlı  olurlar  və  onların  müvəqqəti 
yaşayış  və  işləmək,  oxumaq  üçün  yerlərinin  seçilməsində  də 
maraq nümayiş etdirirlər. 
Konsul  əlaqələri  haqqında  24  aprel  1963-cü  il  tarixli 
Vyana  Konvensiyasında  da  qeyd  olunur  ki,  xalqlar  arasında 
qədim  zamanlardan  konsul  əlaqələri  qurulub.  Dövlətlər 
arasında  konsul  əlaqələri  (maddə  2)  qarşılıqlı  razılıq  əsasında 
müəyyən  olunur.  Dövlətlər  arasında  diplomatik  əlaqələrin 
kəsilməsi  öz  ardınca  konsul  əlaqələrinin  kəsilməsini  (ipso 
facto) meydana gətirmir (maddə 2). Konsul xidməti qəbul edən 
dövlətin razılığı əsasında onun ərazisində yaradılır (maddə 4).  
 

 
198 
 
Xüsusi missiyaçılıq 
 
Xüsusi missiya-öz xarakterinə görə dövləti təmsil edən, bir 
dövlət tərəfindən digər dövlətə (onun razılığı ilə) göndərilən və 
müəyyən 
məsələlərə 
birgə 
baxılmasını 
və 
müəyyən 
məsələlərdə  həllini  nəzərdə  tutan  müvəqqəti  missiyadır.
1
 
Həmin  sənədin  ikinci  maddəsinə  əsasən,  bir  dövlət  digər 
dövlətə  (onun  razılığı  ilə)  diplomatik  və  digər  qarşılıqlı 
razılaşdırılmış  kanallar  vasitəsilə  əvvəlcədən  razılaşdırılmış 
qaydada  xüsusi  missiya  göndərə  bilər.  Sənədə  əsasən,  xüsusi 
missiyaların  funksiyaları  göndərən  və  qəbul  edən  dövlətin 
qarşılıqlı razılıqları ilə müəyyən olunur.  
Xüsusi  missiyalar  daima  məxsusi  rejimdə  fəaliyyət 
göstəriblər.  Xüsusi  missiyalar  haqqında  8  dekabr  1969-cu  il 
tarixli  Konvensiyasında  qeyd  olunur  ki,  sözügedən  sənəd 
Diplomatik  əlqələr  haqqında  1961-ci  il  tarixli  və  Konsul 
əlaqələri haqqında 1963-cü il tarixli konvensiyları tamamlamaq 
imkanlarına malikdir və dövlət və ictimai quruluşlarından asılı 
olmayaraq 
dövlətlər 
arasında 
dostluq 
münasibətlərinin 
möhkəmlənməsinə  və  inkişafına  kömək  edə  bilər.
2
 Həmin 
sənəddə o da  yazılır ki, xüsusi missiyaların vacibliyi haqqında 
məsələ Birləşmiş Millətlər Təşkilatının diplomatik əlaqələrə və 
immunitetlərə dair həsr olunmuş konfransında qaldırılmışdır. 
Xüsusi  missiyaçılıq  daimi  və  müvəqqəti    müşahidəçiliyi 
də özündə əks etdirir.   
 
                                                 
1
 Конвенция  о  специальных  миссиях  и  факультативный  протокол.  8 
декабря 1969 года. Действующее международное право. В трех томах. 
Том 
первый. 
Составители 
проф. 
Ю.М.Колосов 
и 
проф. 
Э.С.Кривчикова.  М.:  Издательство  Московского  независимого 
института международного права, 1996.-864 с. ss.562-582. Maddə 1.  
2
 Həmin sənəd. 

 
199 
 
Beynəlxalq təşkilatlarda təmsil olunma 
 
Beynəlxalq təşkilatları dövlətlər yaradırlar. Ona görə təşkil 
edirlər  ki,  özlərinin  nüəyyən  sahələr  üzrə  əlaqələrini 
ixtisaslaşmış  sahələr  üzrə  təşkil  edə  bilsinlər.  Beynəlxalq 
təşkilatlar  üst  və  törəmə  subyektlər  kimi  də  qəbul 
olunmalıdırlar.  Beynəlxalq  təşkilatlar  daha  çox  universal  və 
regional  əsaslarla  beynəlxalq  münasibətlərin  və  əlaqələrin 
zənginləşməsinə  və  təkmilləşməsinə  xidmət  edirlər.  (Qeyd: 
“Universal  xarakterlli  beynəlxalq  təşkilatlarla  münasibətlərdə 
dövlətlərin  nümayəndəliyi”  adlanan  14  mart  1975-ci  il  tarixli 
Konvensiyada  (maddə  1)  “Beynəlxalq  təşkilat”  dedikdə, 
hökumətlərarası  təşkilat  kimi  qəbul  olunur.  “Universal 
xarakterli  beynəlxalq  təşkilat”  dedikdə  isə  BMT  və  onun 
ixtisaslaşdırılmış  qurumları,  Atom  Enerjisi  üzrə  Beynəlxalq 
Agentlik  və  bu  təşkilatın  analoqu  olan  istənilən  təşkilat, 
həmçinin  geniş  beynəlxalq  xarakter  kəsb  edən  məsuliyyətə 
malik  olan  üzvlərdən  ibarət  olan  şəxsi  heyət  başa  düşülür. 
“Daimi müşahidəçi missiyası” dedikdə isə, dövlətə göndərilən 
və  beynəlxalq  təşkilat  üzvü  olmayan  daimi  xarakterli  missiya 
başa  düşülür.  (maddə  1).  Konvensiyaya  əsasən,  Beynəlxalq 
təşkilatlarda 
fəaliyyət 
göstərən 
daimi 
nümayəndəliyin 
funksiyalarına  –  göndərən  dövlətin  Təşkilatda  nümayən-
dəliyinin  təmin  edilməsi;  göndərən  dövlətlə  Təşkilat  arasında 
əlaqələrin yaradılması; Təşkilatla və onun hədləri çərçivəsində 
danışıqları  aparmaq;  Təşkilatda  həyata  keçirilən  fəaliyyət 
barəsində  göndərən  dövləti  məlumatlandırmaq;  Təşkilatın 
fəaliyyətində  göndərən  dövlətin  iştirakının  təmin  edilməsi; 
Təşkilatla münasibətdə göndərən dövlətin maraqlarını müdafiə 
etmək və s. ibarətdir).  
Beynəlxalq  təşkilatlar  əsasən  beynəlxalq  münasibətlərin 
sahələrə  ayrılmasını  təmin  edirlər.  Beynəlxalq  təşkilatlara 
(universal,  xüsusi,  regional,  regionlararası,  açıq,  qapalı) 
dövlətlər hüquq və səlahiyyət verirlər.  Beynəlxalq təşkilatların 

 
200 
 
nizamnamələri  mövcud  olur  ki,  bu  nizamnamələrdə  təşkilat-
ların məqsəd və vəzifələri öz əksini tapır. Dövlətlər beynəlxalq 
təşkilatların  nizamnamələrini  hazırlamaqla,  qəbul  etməklə 
həmin təşkilatlara müəyyən səlahiyyətlər vermiş olurlar.  
Beynəlxalq təşkilatlarda dövlətlər təmsil olunarkən əsasən, 
öz  nümayəndələrini  akkreditə  edirlər.  Beynəlxalq  təşkilatlarda 
dövlətlər  səfirlər  vasitəsilə  təmsil  olunurlar  və  beynəlxalq 
təşkilatlara  üzvlük  haqları  ödənilir.  Beynəlxalq  təşkilatlara 
dövlətlərin  xarici  siyasət  fəaliyyətlərini  yerinə  yetirən 
strukturlar kimi baxmaq lazımdır.  
 
Diplomatların  təyin  edilməsinin  və  qəbul  olunmasının 
əsasları 
 
Bir  dövləti  başqa  bir  dövlətdə  və  ya  da  beynəlxalq 
təşkilatda  təmsil  etmək,  eləcə  də  xüsusi  missiyaya  rəhbərlik 
etmək  üçün  səfirlər  və  ya  da  səfirlərə  bərabər  tutulan 
diplomatik  rütbəli  şəxslər  dövlət  başçıları  tərəfindən  təyin 
edilirlər  və  digər  dövlətlərin  başçıları  yanında  akkreditə 
olunurlar.  Səfirlərin  təyini  üçün  əvvəlcə  təyin  olunan  dövlət 
tərəfindən  aqreman  verilməsi  lazım  gəlir.  Səfir  etimad-
namələrini  səfirlər  təyin  olunduqları  dövlətlərin  başçılarına 
təqdim edirlər.  
Diplomatik nümayəndəliyin rəhbərləri və digər diplomatlar 
xüsusi  hörmətə  malik  olan  təbəqə  (peşə  baxımından)  hesab 
olunurlar. Bütün dövlətlər “beynəlxalq diplomatiya hüquqnu və 
diplomatiya  etikasını”  yaradırlar  və  bu  qaydalar  çərçivəsində 
diplomatlara immunitet və imtiyazlar verirlər.  
Diplomatların  təyin  edilməsi  xüsusi  əhəmiyyət  kəsb 
etdiyindən,  həm  də  mühüm  məsuliyyət  və  öhdəlik  yarat-
dığından,  məxsusi  qaydalar  əsasında  həyata  keçirilir.  Bu 
məxsusi  qaydalar  da  diplomatlara  olan  xüsusi  önəm  və 
diqqətdən  irəli  gəlir.  Diplomatlar  üçün  təyinat  razılıqlarının 
alınması  və  təqdimat  (etimadnamələrin  və  övdətnamələrin 

 
201 
 
təqdim  olunması)  halları  da  bu  vəzifənin  xüsusi  əhəmiyyətini 
üzərə çıxarır.  
Səfir  etimadnaməsi.  Diplomatik  Əlaqələr  haqqında 
Vyana  Konvensiyasına  görə  (maddə-13,  bənd  2),  etimad-
namələrin  verilməsində  və  onların  təsdiq  olunmuş  surətlə-
rinin  təqdim  olunmasında  nümayəndəlik  başçısının  gəlmə 
saatı və günü ilə müəyyən olunur.  
Səfir  övdətnaməsi.  Səlahiyyət  müddəti  başa  çatmış 
diplomatik  nümayəndəliyin  rəhbərinin  akkreditə  olunan 
dövlətin rəhbərinə təqdim etdiyi sənəddir. Burada diplomatik 
nümayəndəliyin rəhbərinin səlahiyyət müddətinin baş çatdığı 
vaxt öz əksini tapır.  
Diplomatların  təyinatı  çoxtərəfli  (burada  bir  neçə 
ölkəyə 
təyin 
olunma, 
bir 
ölkəyə 
və 
təşkilatdakı 
nümayəndəliyə təyin olunma, bir neçə ölkəyə xüsusi missiya 
göndərmə  və  s.)  əsaslarla  da  ola  bilər.  Çoxtərəflilik 
məsələsinə  də  iki  aspektdən  yanaşmaq  olar:  birincisi,  bir 
şəxsin iki və ya bir neçə dövlət tərəfindən bir dövlətdə və ya da 
beynəlxalq  təşkilatda  akkreditə  məsələsi;  ikincisi,  bir  dövlətin 
diplomatının  bir  və  ya  bir  neçə  dövlətdə  və  ya  da  təşkilatda 
(burada  bir  dövlət  və  bir  təşkilat  da  mümkündür)  təmsil 
olunmaq  məsələsi.  Bu  baxımdan,  Dövlətlərin  universal 
xarakterli  beynəlxalq  təşkilatlarla  əlaqələrində  nümayən-
dəliyi  haqqında  14  mart  1975-ci  il  tarixli  Vyana  Konven-
siyasına  (maddə  8)  görə,  göndərən  dövlət  bir  şəxsi  nümayən-
dəliyin  rəhbəri  kimi  iki  və  ya  bir  neçə  beynəlxalq  təşkilatda 
akkreditə  edə  bilər  və  ya  da  özünün  digər  nümayəndəliyinin 
rəhbərini  həm  də  beynəlxalq  təşkilatda  akkreditə  edə  bilər. 
İkinci  məsələ  ilə  əlaqədar  olaraq  onu  qeyd  etmək  olar  ki, 
Xüsusi  missiyalar  haqqında  8  dekabr  1969-cu  il  tarixli 
Konvensiyaya  əsasən  (maddə  4),  dövlət  bir  missiyanı  (həmin 
missiya  nəzərdə  tutulur)  iki  və  ya bir  neçə dövlətə göndərmək 
arzusunda  olarsa,  bu  barədə  razılıq  üçün  hər  bir  dövlətə 
müraciət  edir.  Beşinci  maddəyə  görə  isə  iki  və  ya  da  çoxlu 
sayda  dövlət  başqa  bir  dövlətə  ümumi  missiya  göndərmək 

 
202 
 
istəyərsə,  onda  razılıq  üçün  göndərilməsi  nəzərdə  tutulan 
ölkəyə  müraciət  olunur.  Diplomatların  təyin  olunmasında  və 
göndərilməsində  vətəndaşlıq  məsələləri  də  xüsusi  önəm  kəsb 
edir.  Belə  ki,  diplomatik  fəaliyyəti  və  konsul  fəaliyyətini 
tənzim  edən  beynəlxalq  konvensiyalara  əsasən,  göndərilən  və 
yaxud  da  təyin  olunan  diplomatlar,  diplomatik  nümayən-
dəliklərin  rəhbərləri  göndərən  və  ya  da  təyin  edən  dövlətin 
vətəndaşları  olmalıdırlar.  Lakin  istisnalar  da  mövcuddur,  belə 
ki,  Konsul  əlaqələri  haqqında  Vyana  Konvensiyasının  18-ci 
maddəsinə  görə,  iki  və  ya  bir  neçə  dövlət,  qəbul  edən 
(akkreditə  olunan)  dövlətin  razılığına  əsasən,  bir  şəxsi  razılıq 
bildirən  dövlət  ərazisində  konsul  təyin  edə  bilər.  Bu  halda 
konsul  iki  dövləti  təmsil  edir.  Bununla  yanaşı,  Diplomatik 
əlaqələr  haqqında  Vyana  Konvensiyasının  altıncı  maddəsinə 
əsasən, iki və ya bir neçə dövlət təyin olunan dövlətin razılığı 
olarsa, bir şəxsi həmin dövlətdə akkreditə edə bilər. Bu zaman 
həmin  şəxs  iki  və  ya  bir  neçə  dövlətin  rəsmi  nümayəndəsi 
olacaqdır.  Eyni  zamanda  beynəlxalq  təşkilatlarda  təmsil 
olunma  məsələsində  də  qeyd  olunur  ki,  iki  və  ya  da  bir  neçə 
dövlət bir şəxsi bir beynəlxalq təşkilatda akkreditə edə bilər.  
 
Diplomatik immunitet və imtiyazlar 
 
Xüsusi  missiya  haqqında  Konvensiyada  qeyd  olunur  ki, 
xüsusi  missiyaya  aid  olan  imtiyaz  və  immunitetlər  ayrı-ayrı 
şəxlsərin  mənafeyini  təmin  etmək  üçün  yox,  təmsil  olunan 
dövlətin  özünəməxsus  qaydada  xarakterinədən  irəli  gələn 
missiyanı  yerinə  yetirmək  üçün  xüsusi  missiyanın  funksiya-
larının səmərəli qaydada yerinə yetirilməsi üçündür.
1
 
 
                                                 
1
 Конвенция о специальных миссиях и факультативный протокол. 8 
декабря 1969 года. Действующее международное право. В трех томах. 
Том первый. Составители проф. Ю.М.Колосов и проф. .С.Кривчикова. 
М.: Издательство Московского независимого института 
международного права, 1996.-864 с., ss.562-582. 

 
203 
 
Diplomatik  əlaqələr  haqqında  Vyana  Konvensiyasında 
qeyd  olunduğu  kimi,  dövlətlər  bütün  ölkələrin  xalqlarının  lap 
qədim zamandan diplomatik agentlərinin statuslarını tanıyırlar. 
Bütün  diplomatlar  və  ailə  üzvləri  (vəzifə  başında  olarkən, 
vəzifə  başına  gedərkən  və  vəzifədən  qayıdarkən)  olduqları  və 
tranzit  məkan  kimi  istifadə  etdikləri  ölkələrdə  hörmətlə  qəbul 
olunurlar  və  immunitet  və  imtiyazlardan  istifadə  edirlər.  O  da 
sənəddə  (maddə  40)  öz  əksini  tapır  ki,  öz  vəzfəsini  tutmaq 
üçün  gedərkən  və  ya  öz  vəzifəsinə,  öz  ölkəsinə  qayıdarkən 
diplomatik  agent  zərurət  olduqda,  ona  viza  verən  üçüncü 
dövlətin ərazisindən keçirsə, yaxud bu ərazidədirsə, bu üçüncü 
dövlət  onun  keçib  getməsini  və  ya  qayıtmasını  təmin  etmək 
üçün  tələb  olunan  toxunulmazlıq  və  bu  cür digər immunitetlər 
verir.  Bunlar  imtiyaz  və  immunitetlərdən  istifadə  edən, 
diplomatik  agenti  müşayiət  edən  və  ya  ayrılıqda  ona  çatmaq 
üçün  gedən  və  ya  öz  ölkəsinə  qayıdan  hər  bir  ailə  üzvünə  aid 
edilir.  Həmin  maddəyə  əsasən,  tranzitlə  gedən  rəsmi 
yazışmalar,  kodlaşdırılmlış,  şifrəli  məktublar  da  üçüncü  ölkə 
tərəfindən toxunulmazdır və mühafizə olunmalıdır. Diplomatik 
əlaqələr  haqqında  Vyana  Konvensiyasında  qeyd  olunur  ki, 
diplomatik  immunitet  və  imtiyazların  verilməsi  ayrı-ayrı 
şəxslərin mənfəəti üçün deyildir və dövləti təmsil edən orqanlar 
kimi  diplomatik  nümayəndəliklərin  funskiyalarının  səmərəli 
qaydada  həyata  keçirilməsini  təmin  etmək  məqsədini  güdür. 
Konsul əlaqələri haqqında 24 aprel 1963-cü il tarixli Vyana 
Konvensiyasında  qeyd  olunur  ki,  konsul xidmətinin  yerləşmə 
yeri,  onun  dərəcəsi  və  konsul  dairəsi  təyin  edən  dövlət 
tərəfindən  müəyyən  olunur  və  qəbul  edən  dövlət  tərəfinin 
razılığı  ilə  həyata  keçirilir  (maddə  4).  Konsul  xidmətinin 
yerləşmə  yerinin,  dərəcəsinin  və  konsul  dairəsinin  sonradan 
dəyişməsi  yalnız  qəbul  edən  dövlətin  razılığı  ilə  müəyyən 
olunur (maddə 4). Hər hansı bir baş konsulluq və ya konsulluq 
öz  yerləşmə  yerində  olmayan  bir  yaşayış  məskənində  hər 

 
204 
 
hansısa bir vitse-konsulluq və ya konsul agentliyi açmaq istəsə, 
yerləşmə dövlətinin razılığı mütləq tələb olunur (maddə 4).
1
  
Beynəlxalq  münasibətlərdə  dövlətlər  qarşılıqlı  şəkildə  bir-
birilərinə  hörmətlə  yanaşırlar.  Onların  hörmətləri  diplomatik 
nümayəndələrinə  qarşı  rəsmi  qaydada  olan  immunitet  və 
imtiyazlarda öz əksini tapır. Qarşılıqlı hörmət prinsipləri də elə 
beynəlxalq hüququn əsas prinsiplərindən irəli gəlir. Diplomatik 
immunitet  və  imtiyazlar  beynəlxalq  hüququn  prinsiplərindən 
meydana  gələrək,  dövlətlərarası  diplomatik  əlaqələrin  və 
diplomatiya  fəaliyyətini  icar  edən  şəxslərin  münasibətlərininin 
(akkreditə  edən  və  akkreditə  olunan  dövlətlərin  münasibətləri) 
əsaslarını təşkil edir. Diplomatın toxunulmazlığı və imtiyazları 
ona akkreditə olunan dövlət tərəfindən edilən xüssusi hörmətin 
və  qayğının  əlamətidir.  Diplomat  (burada  diplomatik 
nümayəndəliyin  rəhbəri)  dövlətini  başqa  bir  dövlətdə  təmsil 
etdiyindən,  ona  olan  hörmət  məhz  təmsil  etdiyi  dövlətə  olan 
hörməti  təcəssüm  etdirir.  Bu  baxımdan  da  diplomatlarla 
münasibətlər  spesifik  xarakterə  malik  olur  ki,  bu  da  nəticədə 
diplomatik  əlaqələr  üzrə  yaranan  münasibətlərin  əsaslarından 
birini təşkil edir. Diplomatik nümayəndəliyin başçısı bir dövləti 
digər  dövlətdə  və  ya  da  beynəlxalq  hökumətlərarası  təşkilatda 
təmsil  edir.  Diplomatlar  (səfirliyin  diplomatik  rütbəsi  olan 
əməkdaşları)  diplomatik  immunitetlərdən  və  toxunulmaz-
lıqlardan  istifadə  edirlər.  Diplomatik  immunitet  diplomatik 
toxunulmazlıqdır.  Diplomatik  imtiyaz  isə  diplomatlar  üçün 
verilən  güzəştlərdir.  Xüsusi  missiyaya  rəhbərlik  edən  və 
göndərən dövlətin rəhbəri olan şəxs qəbul edən dövlətdə və ya 
üçüncü  dövlətdə  üstünlüklərdən,  imtiyaz  və  immunitetlərdən 
istifadə  edirlər,  hansı  ki,  bunlar  rəsmi  səfərlə  digər  dövlətə 
                                                 
1
 Венская  Конвенция  о  консульских  сношениях  и  факультативные 
протоколы  24  апреля  1963  года.  Действующее  международное  право. 
В  трех  томах.  Том  первый.  Составители  проф.  Ю.М.Колосов  и  проф. 
Э.С.Кривчикова.  М.:  Издательство  Московского  независимого 
института международного права, 1996.-864 с. ss.528-562. 

 
205 
 
səfər  edən  dövlət  başçıları  üçün  beynəlxalq  hüquqla  tanınır.
1
 
Hökumət  başçıları,  xarici  işlər  nazirləri  və  göndərən  dövlətin 
xüsusi  missiyasında  iştirak  edən  digər  yüksək  rütbəli  şəxslərə 
qəbul  edən  dövlətdə  və  ya  üçüncü  dövlətdə  Konvensiyanın 
qüvvəyə  minməsilə  beynəlxalq  hüquqla  tanınan  üstünlüklər, 
imtiyaz və immunitetlər verilir.
2
  
Diplomatik  əlaqələr  haqqında  1961-ci  il  18  aprel  tarixli 
Vyana  Konvensiyasının  29-cu  maddəsinə  əsasən,  diplomatik 
agentin 
(həmin 
sənədə 
əsasən,  “diplomatik  agent” 
nümayəndəliyin 
başçısı 
və 
nümayəndəliyin 
diplomatik 
personalının  üzvüdür)  şəxsiyyəti  toxunulmazdır.  O,  heç  bir 
formada  həbs  edilə  və  ya  tutulub  saxlanıla  bilməz.  Yerləşmə 
dövləti  ona  lazımi  hörmətlə  yanaşmalı  və  onun  şəxsiyyəti, 
azadlıq  və  şərəfinə  qarşı  ola  biləcək  qəsdlərin  qarşısını  almaq 
üçün  bütün  lazımi  tədbirləri  görür.  30-cu  maddəyə  əsasən, 
diplomatik  agentin  şəxsi  iqamətgahı  da  nümayəndəlik 
binalarının istifadə etdiyi toxunulmazlıq və müdafiədən istifadə 
edir.  Onun  kağızları  və  yazışmaları  və  31-ci  maddənin  3-cü 
bəndində  nəzərdə  tutulan  istisnalarla  onun  mülkiyyəti  ilə  eyni 
dərəcədə toxunulmazdır. 
Konvensiyanın 31-ci maddəsində yazılır: 
1.  Diplomatik  agent  yerləşmə  dövlətinin  cinayət  yurisdiksiyasından 
immunitetindən  istifadə  edir.  O,  həmçinin  aşağıda  göstərilən 
hallardan  başqa  mülki  və  inzibati  yurisdiksiya  immunitetindən  də 
istifadə edir: 
a.  Yerləşmə  dövlətində  olan  şəxsi  daşınmaz  əmlaka  aid 
mülkiyyət  iddiası,  əgər  bu  əmlak  akkreditə  edən  dövlətin  adından 
nümayəndəliyin məqəsdləri üçün alınmayıbsa; 
                                                 
1
 Конвенция  о  специальных  миссиях  и  факультативный  протокол.  8 
декабря  1969  года.  Действующее  международное  право.  В  трех  томах. 
Том  первый.  Составители  проф.  Ю.М.Колосов  и  проф.  Э.С.Кривчикова. 
М.: Издательство Московского независимого института международного 
права, 1996.-864 с. ss.562-582. Maddə 21, bənd 1. 
2
 Həmin sənəd. Maddə 21, bənd 2. 

 
206 
 
b.Diplomatik agentin akkreditə edən dövlətin adından deyil, adi 
şəxs kimi vəsiyyətin icraçısı, vərəsəlik mülkiyyətinin qəyyumu, varis 
və ya vərəsəni alan şəxs qismində çıxış etidiyi vərəsəlik iddialarında; 
c.Diplomatik  agentin  yerləşmə  dövlətində  özünün  rəsmi 
funksiyaları hüdudlarından kənar yerinə yetirdiyi istənilən peşə və ya 
kommersiya fəlaiyyətinə aid iddialar. 
2.  Diplomatik  agent  şahid  qismində  ifadə  verməyə  borclu 
deyildir. 
3. Bu maddənin 1-ci bəndinin “a”, “b”, “c” yarımbəndlərinə aid 
hallar  istisna  olmaqla  diplomatik  agentə  qarşı  heç  bir  icra  tədbirləri 
tətbiq  edilə  bilməz,  ancaq  bir  şərtlə  tətbiq  edilə  bilər  ki,  onun 
şəxsiyyətinin və iqamətgahının toxunulmazlığı pozulmasın. 
4.Diplomatk  agentin  yerləşmə  dövlətinin  yurisdiksiyasından 
immuniteti  onun  akkreditə  edən  dövlətin  yurisdiksiyasından  azad 
etmir. Diplomatik əlaqələr haqqında 1961-ci il 18 aprel tarixli Vyana 
Konvensiyası. 
Vyana Konvensiyasından bəzi hissələr: Maddə 22. 1.Nümayən-
dəliyin  binaları  toxunulmazdır.  Yerləşmə  dövlətinin  hakimiyyət taretara ı

 
207 
 
cür imkanı yaratmalıdır. Maddə 27. 2. Nümayəndəliyin rəsmi yazış-
maları  toxunulmazdır.  Rəsmi  yazışma  dedikdə,  nümayəndəliyə  və 
onun  funksiyalarına  aid  olan  bütün  yazışmalar  nəzərdə  tutulur. 
Maddə  35.  Yerləşmə  dövləti  diplomatik  agenti  xarakterindən  asılı 
olmayaraq  bütün  əmək  və  dövlət  mükəlləfiyyətlərindən,  həmçinin 
rekvizisiya,  təzminat  və  hərbi  düşərgələr  kimi  hərbi  mükəllə-
fiyyətlərdən azad etməlidir.
  
İçərisində yalnız rəsmi istifadə üçün nəzərdə tutulan, ancaq 
diplomatik sənəd və əşyalardan ibarət olan poçtun xüsusi nişanı 
olmalıdır.-maddə  27.  Bu  sənədlər  (tranzit  ölkələrdə  də) 
toxunulmazdır.  Konvensiyanın  36-cı  maddəsinə  əsasən, 
yerləşmə dövləti nümayəndəliyin rəsmi istifadəsi üçün nəzərdə 
tutulan əşyaları gömrük rüsumlarından, vergilərdən və bununla 
bağlı olan rüsumlardan azad edir. Diplomatın və ailə üzvlərinin 
şəxsi istifadəsi üçün nəzərdə tutlan əşyalar da vergi və gömrük 
rüsumlarından  (akkreditə  edən  dövlətdə)  azad  edilir.  Xüsusi 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin