XariCİ DİLLƏR 2009 xariCİ DİLLƏR



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix23.02.2017
ölçüsü5,08 Kb.
#9421
1   ...   4   5   6   7   8   9   10   11   12

   Danışıq strategiyaları
Xar.c. V.21. Şagird nitq məsələsinin effektiv şəkildə həll edilməsinə  
 
      
dəstək göstərmək və şifahi nitq bacarığını təkmilləşdirmək üçün  
      
müxtəlif strategiyalara müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
lazımi  resursları  əvvəlcədən  hazırlayır,  modelləri,  ifadələri,  klişeləri,  düyün  sözləri 

toplayır
auditoriya qarşısında çıxışa qədər məşq keçir

anlamadıqda izahatı, asta və aydın tələffüz edilməni, təkrarlamanı xahiş edir

sözü  unutduqda/bilmədikdə  kompensativ  vasitələrdən  istifadə  edir  (məsələn,  mimika, 

jestikulyasiya, dəyişdirilmiş ifadə / nəzərdə tutduğu əşyanı təsvir edir və ya onu nədə istifadə 
edilməsini göstərir/ və sairə)
danışıq məsələlərini həll etmək üçün başqa dildə əldə edilən təcrübədən istifadə edir 

o  faktları  təhlil  edir,  hansı  ki,  şifahi  çıxış  zamanı  nailiyyətə  dəstək  göstərdi  və  ya 

nailiyyətsizliyə səbəb oldu və müəllimlə birlikdə düzəliş planını təsvir edir

X.D. - 113
XARİCİ  DİLLƏR 
2009
   İstiqamət: Mədəniyyətlərarası dialoq
Xar.c.V.22.  Şagird mədəni özünəməxsusluğa maraq göstərir və  ona  tolerant  
      
yanaşır.
Nəticə əldə edilmişdir, əgər şagird:
mətnlərdə əks olunan mədəni-sosial mühiti təyin edir və doğma mədəni-sosial mühitlə 

paralellər aparır (etiqad, həyat tərzi, ziyafətlər, adət-ənənələr, ölkənin inzibati təşkili, tarixi 
dövrün xüsusiyyətləri və sairə)
illustrasiyalarda/mətnlərdə verilən mədəni, simvolik, məişət gerçəkliyini təyin edir

xarici və doğma mədəniyyətlər arasında paralellər aparır, oxşarlıqları, fərqləri tapır

mədəni özünəməxsusluqları müzakirə etdikdə öz fikrini, nəzərlərini, münasibətlərini düzgün 

ifadə edir
insanların hisslərinə, yanaşmalarına doğru maraq göstərir

paralellər aparır, özünün və başqalarının daxili aləmləri arasında (duyğular, əhval-ruhiyyələr, 

münasibətlər) analoqları, fərqləri tapır və qeyd edir 
atalar sözləri, frazeoloji birləşmələrin mənalarını təyin edir və ana dilində onlara uyğun 

sözlər tapır. 
   İstiqamət: Xarici dilin praktiki  tətbiqi
Xar.c.V.23.  Şagirdlər xarici dildə müxtəlif növ layihələri həyata keçirirlər  
      
(məsələn, bu və ya digər yazıçı, xadim ilə əlaqəli olan yerlərə dərs  
      
səyahəti; ekskursiya – xaricidillilər üçün bələdçilik etmək və  
      
sairə).
Nəticə əldə edilmişdir, əgər şagird:
müəllimlə birlikdə layihənin nailiyyətlə həyata keçirilməsinin meyarlarını formalşdırırlar

qrup üzvləri sərbəst şəkildə həyata keçiriləsi mərhələləri müəyyən edir və planlaşdırırlar, 

sonra qruplar tərtib etdikləri planı bir-birinə təqdim edir, müqayisə edir, təkmilləşdirirlər
müəllimlə birlikdə layihənin yerinə yetirilmə müddətini təyin edirlər

bilik və bacarıqlarını səfərbər edirlər, müəyyən edirlər ki, verilən məsələnin həlli üçün hansı 

bilik və bacarıqları əldə etməlidirlər
qrup üzvləri funksiyaları təyin edir və bölürlər

qrup üzvləri informasiya axtarır, seçir və işləyib hazırlayırlar; 

qrup üzvləri layihənin təqdimat formasını seçirlər

qrup üzvləri layihəni həyata keçirirlər


XARİCİ  DİLLƏR 
X.D. - 114
2009
qrup üzvləri məşqlər edirlər, başqa qrup qarısında təqdimatı simulyasiya edirlər, qeydləri, 

şərhləri nəzərə almaqla layihəni təkmilləşdirir, üzərində düzəlişlər aparırlar
qrup üzvləri layihənin yekun variantını hazırlayırlar və auditoriya qarşısında onu təqdim 

edirlər.
Xar.c.V.24.  Şagird  gələcəkdə onlardan istifadə etmək üçün (məsələn, məktəb  
      
layihəsini həyata keçirmək üçün materialın axtarıb-tapılması)  
      
xaricidilli mənbələri/mətnləri yenidən işləyir.
Nəticə əldə edilmişdir, əgər şagird:
xaricidilli mətnin sxematik qeydlərini edir və ona əsaslanaraq maraqlanan şəxslər üçün 

(məsələn, qrup yoldaşları üçün) tədris olunan dildə şifahi şəkildə mətnin qısa məzmununu 
ötürür 
sxematik qeydlər edir və ona əsaslanaraq maraqlanan şəxslər üçün tədris olunan dildə 

rezüme yazır
xaricidilli mənbələri öyrənir və tədris olunan dildə  onlardan hər birinə iki-üçsözlü izahatlar 

yazır (müəllifi, başlığı, nəşr tarixini, mövzunu/əsas məsələləri qeyd edir)
kiçik ölçülü qeyri-bədii (informasiya, elmi və sairə) mətnləri tərcümə edir.

   İstiqamət: Tədrisin təlimi
Xar.c.V.25. Şagird sərbəst şəkildə yerinə yetiriləcək tapşırığın tələblərini  
      
anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
tapşrığın nailiyyətlə yerinə yetirilməsi meyarlarının formalaşdırılmasında iştirak edir 

tapşırığın həyata keçirilmə mərhələlərini ayırır

sahib olduğu bilik və bacarıqları təyin edir və tapşırığı yerinə yetirmək üçün onlardan 

istifadə edir
yeni tapşırığı yerinə yetirdikdə hansı bilik və bacarıqların əldə ediləcəyini müəyyən edir

təyin edir ki, nədə çətinlik çəkəcək, nə ona asan olacaq, nədə yardım, məsləhət lazım 

olacaq
tapşırığın hər bir mərhələsi üçün lazımi strategiyaları müəyyən edir


X.D. - 115
XARİCİ  DİLLƏR 
2009
Xar.c. V.26. Şagird nailiyyətli təhsilin təmin edilməsi üçün strateji bacarıqları  
      
əldə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
işə başlamazdan əvvəl biliyini səfərbər edir

bu və ya digər mərhələnin konkret məsələsini həll etmək üçün hansı yanaşmalardan istifadə 

edəcəkləri haqqında fikir mübadiləsində iştirak edir
lazım gəldikdə

 yardım, məsləhət istəyir
iş prosesində yaranan problemləri həll etdikdə strategiyalarda dəyişikliklər edir

işin yerinə yetirilməsindən sonra istifadə edilən strategiyaları təqdim edir, başqalarının 

istifadə etdikləri strategiyalarla müqayisə edir
istifadə edilən strategiyaların effektivliyinin qiymətləndirilməsində iştirak edir 

fərqli strategiyaların sınanılması-tətbiqinə razılaşır

başqa-başqa, eləcə də ana dilinin öyrənilməsi zamanı əldə edilən təcrübəni bir-biri ilə 

müqayisə edir, bu və ya digər strategiyanın  başqa dilin və ya başqa fənnin öyrənilməsi 
prosesində nə qədər yararlı olmasını müəyyən edir
səhvlərin, maneələrin səbəblərini təhlil edir

özünüqiymətləndirmə və başqasını qiymətləndirmək (şagird-müəllim və ya şagird-şagird 

eyni yazını bir-birindən sərbəst şəkildə yoxlayırlar)
nəticələri müşahidə etməklə qeyd edir ki, harada irəliləyişi var

nailiyyətin və ya müvəffəqiyyətsizliyin amillərini, səbəblərini (məsələn, resursdan  lazımi 

şəkildə istifadə etməyib, fəallığın əsas məsələsini ayıra bilməyib, bir mərhələni buraxıb, 
məsələnin həllini mümkünolunmaz hesab edir, həvəsli deyildi və sairə)  sadalayır
öz qüsurlarını görür və sadalayır

nöqsanları aradan qaldırmaq üçün hansı ölçün götürəcəyini təyin edir

öz təşəbbüsü ilə düzəliş etmə ölçülərinə müraciət edir

Xar.c.V.27.  Şagird dərs fəaliyyətinə dəstək göstərmək məqsədilə resurslardan  
      
istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
dərslik resurslarından effektiv şəkildə istifadə edir (lüğət, struktur nümunələr, qrammatik 

lüğət, illustrasiyalar və s.)
həm məktəbdə, eləcə də məktəbdən xaric əl çatılan resurslardan (dərsliyin əyani vəsaitləri, 

lüğət, məktəb/kənd/şəhər kitabxanası, müəllim, səriştəli şəxs, internet və sairə) informasiya 
toplayır
informasiya  kommunikasiya  texnologiyalarının  (İKT)  vasitəsilə  informasiyanı/dərs 

materialını axtarır
İKT-dən bu və ya digər materialın/mətnin hazırlanması/işlənilməsi üçün istifadə edir  

layihələrin həyata keçirilməsi üçün İKT-dən istifadə edir


XARİCİ  DİLLƏR 
X.D. - 116
2009
Xar.c.V.28.  Şagird yadda saxlamaq və effektiv şəkildə istifadə etmək üçün  
      
informasiyanı işləyib hazırlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
mənimsəmə-yadda saxlamağa dəstək göstərmək üçün informasiyanın təşkilinin müxtəlif 

üsullarına (semantik xəritə, sxematk qeydlər, cədvəl, qrafik, göstəricilərin bazası və sairə) 
müraciət edir, informasiyanın müxtəlif hissələri arasında məntiqi əlaqələri göstərir
müxtəlif ölçülərə əsasən əldə etdiyi informasiyanı qruplaşdırır, çeşidləndirir

Xar.c.V.29.  Şagird nəticələrin yaxşılaşdırılması məqsədilə  sinif yoldaşları,  
      
müəllim, cütlük yoldaşı ilə əməkdaşlıq edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
cütlük yoldaşını, həmqrupunu həvəsləndirir

yardım təklif /tələb edir

qrup üzvləri ilə razılıqda hərəkət edir; qrup yoldaşları ilə müzakirə aparır (problemin həlli 

üçün, funksiyaların bölünməsi üçün)
başqalarının fikirlərini dinləyir, öz fikrini ifadə edir

razılığa gəlinmədikdə razılığın əldə edilməsinə çalışır

ümumi işdə öz işini daxil etməyə çalışır

lazım gəldikdə cütlük yoldaşının/qrup üzvlərinin bir-birlərini qiymətləndirməklərində iştirak 

edir
ideyaların müəlliflərini deyil, ideyaları tənqid edir, qiymətləndirmə zamanı düzgündür

başqaları tərəfindən buraxılan səhvləri nəzakətlə göstərir

nəticələrin qarşılıqlı təkmilləşdirilməsi üçün bir-birini qiymətləndirmədə iştirak edir

                          

X.D. - 117
XARİCİ  DİLLƏR 
2009
 VI səviyyə
Əldə edilən nəticələr
İstiqamət:
Dinləmə
 Oxu
     Yazı
Xar.c.VI.1.
Şagird tanış mövzu üzrə 
müxtəlif növ audioyazıları 
dinləyir və anlayır (reportaj, 
sənədli veriliş, mühazirə, 
diskusiya, müsahibə). 
Xar.c.V. 2.
Şagird effektiv şəkildə 
dinlənilən məsələlərin 
həllinə dəstək göstərmək 
və dinləmə bacarığını 
təkmilləşdirmək üçün 
müxtəlif strategiyalara 
müraciət edir.
Xar.c.VI 3.
Şagird müxtəlif  mövzu üzrə 
yaradılan elmi mətni (tarixi, 
mədəni, arxeoloji, coğrafi, ekoloji 
və s.) oxuyur və başa düşür.
Xar.c.VI.4. 
Şagird müəyyən baxışlardan,  
konkret problemlə əlaqədar 
müzakirədən (məsələn, müasir 
cəmiyyətin təkamülündə reklamın 
rolu, ətraf mühitin çirkləndirilməsi, 
köməkçi cəmiyyət, məktəblərdə 
zorakılıq) ibarət qəzet nəşrlərini 
oxuyur və başa düşür.
Xar.c.VI.5. 
Şagird adaptasiya edilmiş 
hekayəni, novellanı oxuyur və başa 
düşür.
Xar.c.VI.6. 
Şagird komiks oxuyur və anlayır.
 
Xar.c.VI.7. 
Şagird bədii ədəbiyyatın (poeziya, 
poema, dram, hekayə və s.) 
parçasını, miniatürünü oxuyur və 
başa düşür.
Xar.c.VI.8. 
Şagird mətni struktur və dil  
xüsusiyyətlərinə əsasən təhlil edir. 
Xar.c.VI.9. 
Şagird mətni/parçanı ucadan 
oxuyur.
             
Xar.c.VI.10.
Şagird mətni dərindən öyrənmək 
məqsədilə strategiyalara sahibdir 
və onlardan istifadə edir.
                                      
Xar.cVI.11.
Şagird müxtəlif növ işgüzar 
məktub yazır.
Motivasiya məktubunu yazır.
a) 
CV-ni (tərcümeyi-hal) tərtib 
b) 
edir
İnformasiya axtarmaq 
c) 
məqsədilə işgüzar məktub 
yazır (məsələn, müsabiqənin, 
mübadilə proqramının, 
dərs proqramının şərtlərini 
dəqiqləşdirmək məqsədilə və 
sairə)
ç)   Narazıçılığını bildirmək üçün 
işgüzar məktub yazır (məsələn, 
gənclər jurnalının redaksiyasına 
məktub yazır, hansı ki, yanlış 
informasiya dərc edib, mağazaya 
yazır, hansının satıcısı əşyanı geri 
qaytarmayıbdır və sairə).
Xar.c.VI.12.
Şagird aktual mövzu/məsələ üzrə 
(məsələn, kompüter oyunları, 
nəsillər arasında fərqlər və sairə)  
müxtəlif növ mətn yazır (məktəb 
və ya gənclər jurnalı üçün esse, 
məktub).
Xar.c.VI..13. 
Şagird yazıda mətnin strukturuna 
riayət edir, baza qrammatik-dil 
vərdiş-bacarıqlarına sahib olur və 
funksional şəkildə istifadə edir.
 
Xar.c.VI.14.
Şagird yazı prosesinin bütün 
mərhələlərində (hazırlıq, 
mətnin tərtib edilməsi, mətnin 
təkmilləşdirilməsi) yazının  
effektiv strategiyalarına sahib 
olur və onlardan istifadə edir.

XARİCİ  DİLLƏR 
X.D. - 118
2009
İstiqamət:
Danışıq
Mədəniyyətlərarası 
dialoq
Xarici dilin praktiki 
tətbiqi
Tədrisin təlimi
Dialoq nitqi
Xar.c.VI.15.
Şagird ona tanış mövzu 
üzrə interaksiyada 
iştirak edir.
Xar.c.VI.16. 
Şagird məişət 
kommunikasiya 
vəziyyətini ifadə edir.  
              
Monoloq nitqi 
Xar.c.VI.17. 
Şagird oxu mətnində 
tanış olduğu aktual 
məsələ üzrə kiçik ölçülü 
məruzə (təxminən 2-3 
dəqiqə) hazırlayır.
Xar.c.VI.18. 
Aktual məsələ, problem 
ətrafında şifahi 
məruzəni (təqdimatı) 
təqdim edir.               
Xar.VI.19. 
Şagird baza qrammatik-
dil vərdiş-bacarıqlarına 
sahib olur və danışıq 
zamanı onlardan 
funksional şəkildə 
istifadə edir.
Xar.c. VI.20.
Şagird nitq məsələsinin 
effektiv şəkildə həll 
edilməsinə dəstək 
göstərmək və şifahi 
nitq bacarığını 
təkmilləşdirmək üçün 
müxtəlif strategiyalara 
müraciət edir.
Xar.c.VI.21. 
Şagird mədəni 
özünəməxsusluğa 
maraq göstərir və  
ona  tolerant yanaşır.
Xar.c.VI.22.
Şagird xarici dildə müxtəlif 
növ layihələri həyata keçirir 
(məsələn, xarici dildə film; 
xarici dildə qəzet yaratmaq 
və yayımlamaq, incəsənət 
xadimi ilə görüş təşkil 
etmək; internet səhifəni 
yaratmaq və sairə).
Xar.c.VI.23.
Şagirdlər  gələcəkdə 
onlardan istifadə etmək 
üçün (məsələn, məktəb 
layihəsini həyata keçirmək 
üçün materialın axtarıb-
tapılması) xaricidilli 
mənbələri/mətnləri yenidən 
işləyirlər.
Xar.c.VI.24.
Şagird nailiyyətli 
tədrisə dəstək 
göstərmək 
və dillərin 
mənimsənilməsinin 
asanlaşdırılması 
üçün strateji vərdiş-
bacarıqlara sahibdir.
       

X.D. - 119
XARİCİ  DİLLƏR 
2009
Tədrisin nəticələri və indikatorları 
    
   Istiqamət: Dinləmə
(dinləmək bacarığını inkişaf etdirmək üçün tədris məqsədilə yaradılan 
audioyazılardan istifadə edilir)
   
Xar.c.VI.1.  Şagird tanış mövzu üzrə müxtəlif növ audioyazıları dinləyir və  
      
anlayır (reportaj, sənədli veriliş, mühazirə, diskusiya, müsahibə). 
Nəticə əldə edilmişdir, əgər şagird:
mətnin növünü təyin edir

kommunikasiya vəziyyətini təyin edir (harada baş verir, kimə aiddir və sairə)

vəziyyətdə iştirak edən şəxsləri təyin edir

təyin edir ki, iştirak edən şəxslər arasında hansı növ əlaqələrdir

mövzunu, əsas məsələləri, dəlilləri təyin edir 

nəzərləri, münasibətləri, qiymətləndirmələri təyin edir

müxtəlif informasiyalar arasında məntiqi əlaqələri təyin edir

faktiki informasiyanı toplayır (kim, nə, nə zaman, necə, harada, neçə və sairə)

ehtimalı faktdan, faktları yanaşmalardan, qiymətləndirmələrdən ayırır

konkret detalları əsas informasiya ilə əlaqələndirir

konkret xassələrə əsasən informasiya toplayır.

Xar.c.V. 2.  Şagird effektiv şəkildə dinlənilən məsələlərin həllinə dəstək   
      
göstərmək və dinləmə bacarığını təkmilləşdirmək üçün müxtəlif  
      
strategiyalara müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird: 
canlı nitq/yazını anlamaq üçün qeyri-verbal elementlərdən istifadə edir (səs tembri, intonasiya, 

mimika, jestikulyasiya, müxtəlif növ səs-küy, məntiqi vurğu, illustrasiya, sxem)
yad sözlərin, ifadələrin, əhəmiyyətini tanış elementlərə əsaslanaraq təyin edir (kontekst, 

kommunikasiya halı)
yad sözləri onların mənasını müəyyən etmək üçün qeyd edir

dinlənilən məsələnin həllini hansı yolla/üsulla bacardığını təsvir edir

başqaları tərəfindən seçilən üsulu müqayisə edir və nəticə çıxarır ki, hansı yanaşma daha 

effektiv idi

XARİCİ  DİLLƏR 
X.D. - 120
2009
konkret informasiyanı təyin etmək üçün selektiv dinləmə strategiyasından istifadə edir

informasiyanın çeşidlənməsi üçün sxematik qeydlərdən istifadə edir

xarici  dildə  onun  üçün  maraqlı  olan  televiziya/radio  verilişlərinə,  filmlərə  baxır  və 

dinləyir
dinlənilən məsələnin həlli zamanı başqa dildə aldığı təcrübədən istifadə edir

yadına salır ki, informasiyanı dinlədikdə hansı növ strategiyadan istifadə edib, köhnə və 

yeni təcrübəni müqayisə edir, nəticələr çıxarır
müzakirə  edir  ki,  istifadə  edilən/müzakirə  edilən  strategiyalar  hansı  dərs  və  ya  həyat 

hadisəsində yararlı ola bilər.
   İstiqamət: Oxu
Xar.c.VI.3. Şagird müxtəlif  mövzu üzrə yaradılan elmi mətni (tarixi, mədəni, 
arxeoloji, coğrafi, ekoloji və s.) oxuyur və başa düşür.
Nəticə əldə edilmişdir, əgər şagird:
əsas mövzunu/məsələləri təyin edir

mətnin səthində (izahatında) verilən faktiki informasiyanı təyin edir

mətni məzmun cəhətdən hissələrə ayırır

konkret məsələlərdə fikirləri təyin edir

faktı ehtimaldan ayırır

mətnin müxtəlif parçalarında verilən faktlar və hadisələr arasında olan əlaqəni (məqsəd-

nəticə, qarşılıqlı, şərti, induktiv və sairə) təyin edir və müvafiq nəticə çıxarır
mətndə verilən informasiyanı şəxsi təcrübəsi ilə əlaqələndirir və bunun əsasında nəticə 

çıxarır
Xar.c.VI.4.  Şagird müəyyən baxışlardan,  konkret problemlə əlaqədar    
      
müzakirədən (məsələn, müasir cəmiyyətin təkamülündə reklamın  
      
rolu, ətraf mühitin çirkləndirilməsi, köməkçi cəmiyyət, məktəblərdə  
      
zorakılıq) ibarət qəzet nəşrlərini oxuyur və başa düşür.
Nəticə əldə edilmişdir, əgər şagird:
 
nəşrin adresatını (kim üçün nəzərdə tutulub) təyin edir

problemi təyin edir

fərqli aspektləri təyin edir, hansı ilə problem müzakirə edilir

problemi yaradan səbəbləri, gözlənilən nəticələri təyin edir

 fərqli nəzərləri, sübutları təyin edir

faktları, hadisələri təyin edir və müvafiq baxışlar, sübutlarla uyğunlaşdırır


X.D. - 121
XARİCİ  DİLLƏR 
2009
faktı, ehtimalı, proqnozu, qiymətləndirməni bir-birindən ayırır

müzakirə edilən məsələ münasibətində öz mövqeyini bildirir

Xar.c.VI.5. Şagird adaptasiya edilmiş hekayəni, novellanı oxuyur və başa  
      
düşür.
Nəticə əldə edilmişdir, əgər şagird:
başlığı düşünülmüş şəkildə mətnlə əlaqələndirir

hekayətçini, personajları təyin edir

hadisələrin ardıcıllığını təyin edir

konkret informasiyanı təyin edir (kim, harada, nə zaman, neçə, necə, hansı məqsədlə və 

sairə) 
baş və ikincidərəcəli personajları təyin edir

personajların hərəkətlərinin motivini izah edir və onlarıın hərəkətlərini qiymətləndirir

personajlar arasında mövcud münasibətləri təyin edir

personajları həm izahatla verilən informasiya, eləcə də məzmunun dərk edilməsi əsasında 

xarakterizə edir
əsərdə süjetin inkişaf mərhələlərini (başlanğıc, düyünlənmə, inkişaf, kulminasiya, düyünün 

açılması, son) ayırır
hadisələr və personajların müəllif qiymətləndirməsini təyin edir

Xar.c.VI.6. Şagird komiks oxuyur və anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
dialoq və nəqli mətnlərin dizaynını bir-birindən fərqləndirir

mətni və şəkli bir-biri ilə əlaqələndirir

təsviri və tipoqrafik üsullarla ifadə edilən emosiyaları, əhval-ruhiyyələri (məs., qışqırtını, 

acıqlanmanı qeyd etmək üçün iri şrift və sairə) təyin edir
illustrasiyalara əsaslanaraq epizodların məzmununu təyin edir

mədəniyyət sahəsindən şəkillərdə və ya mətndə verilən, implisitiv informasiyanı təyin edir 

(dövr, ölkə, tarixi hadisə, bu və ya digər sosial dairənin tipik nümayəndələri və sairə) 

XARİCİ  DİLLƏR 
X.D. - 122
2009
Xar.c.VI.7.  Şagird bədii ədəbiyyatın (poeziya, poema, dram, hekayə və s.)  
      
parçasını, miniatürünü oxuyur və başa düşür
Nəticə əldə edilmişdir, əgər şagird:
mətni, ümumi məzmunu təyin edir

müxtəlif parametlərə (məsələn, personajların tipi, verilişin əhval-ruhiyyəsi və sairə) əsasən 

gürcü dilində öyrəndiyi bədii mətnlərlə  paralellər edir
uyğun gürcü tərcümələrinin müxtəlif variantları ilə müqayisə edir və konkret nəticələr 

çıxarır.
Xar.c.VI.8. Şagird mətni struktur və dil  xüsusiyyətlərinə əsasən təhlil edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
əsas,  əlavə  və  yekunlaşdırıcı  abzasları  ayırmağa  çalışır,  əlavə  abzasların  funksiyasını 

müəyyən edir (məs., əvvəlki abzasda verilən fikrin açılması/dəqiqləşdirilməsi, səbəblərin 
izah edilməsi, misallar gətirilməsi)
başqasının dediklərinin hansı forma ilə (vasitəli/vasitəsiz) verildiyini məyyən edir

bu və ya digər məsələlərə olan müxtəlif növ yanaşmaları ifadə edən dil formullarını (məs., 

yaxşıdır, dəstəkləyirəm/etiraz edirəm, lakin...., doğrudur, amma.... , zənn etmirəm......., 
razılaşmıram.... , düşünürəm ki və s.) təyin edir və qruplaşdırır
 ifadələri və sözləri təyin edir, hansılar ki, oxucuya yardım edir ki, faktı qiymətləndirmədən/

yanaşmadan/nəzərdən (xüsusiləşdirilmiş sözlər və ifadələr, müxtəlif modallığı ifadə edən 
fellər) ayıra bilsin
vaxt və məkanı qeyd edən sözləri, konstruksiyaları təyin edir

bir mətnin hüdudlarında mətnin funksional tiplərini (nəql, təsvir, təhlil) ayırır və uyğun 

əlamətləri göstərir (məs., təsvir etdikdə - zərflərin və feli sifətlərin çoxluğu, fellərin azlığı; 
nəql etdikdə - fellərin çoxluğu, hərəkətlərin ardıcıllığı və onun markerləri və sairə)
lazım markerlərə əsaslanaraq süjetin inkişaf mərhələlərinin (

düyünlənmə, hərəkətlərin inkişafı 
– kulminasiya və düyünün açılması) harada başlayıb harada sona çatmasını göstərir
zaman münasibət növlərini (

hərəkətlərin eyni zamanda olması, ardıcıllıq) və bu münasibətləri 
ifadə edən vasitələri (məsələn, uyğun əlaqələr, fel formaları, baş və tabeli cümlələrin təşkili, 
baş cümlədə göstəriləcək sözlər və sairə) uyğun şəkildə izah edir və təyin edir
məntiqi əlaqələri (səbəb, nəticə, məqsəd, əks-mövqe, şərtilik) ifadə edən sadə və mürəkkəb 

dil strukturlarını təyin edir
fikrin ardıcıllığını ifadə edən qrammatik-dil vasitələrini təyin edir (məs., 

anafor əvəzliklər və 
zərflər, sözün leksik və semantik təkrarlanması, sinonim və antonim əvəzedicilər, fel-xəbərin 
zaman formaları və sairə)
danışıq prosesində iştirak edən şəxslərin sayına əsasən (monoloq, dialoq, poliloq) mətni və 

ya onun parçasını xarakterizə edir
konkret  dil  əlamətlərinə  əsaslanaraq  göstərir  ki,  mətndə  müəllifin  nitqinə  və  müəllifin 

hadisələri qiymətləndirməyinə təsadüf edirikmi

X.D. - 123
Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin