XariCİ DİLLƏR 2009 xariCİ DİLLƏR


Tədrisin nəticələri və indikatorlar



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix23.02.2017
ölçüsü5,08 Kb.
#9421
1   2   3   4   5   6   7   8   9   ...   12

Tədrisin nəticələri və indikatorlar
İstiqamət: Dinləmə
(dinləmək bacarığını inkişaf etdirmək üçün didaktik  və yarım avtentik  
audioyazılardan istifadə edilir, hansında mətnlər aydın və yavaş eşidilirlər)
Xar.c.I.1. Şagird beynəlxalq sözləri, sadə ifadələri, söz birləşmələrini anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
söz axınında ayrı-ayrı sözləri/ifadələri seçir

ifadələrin əhəmiyyətini təyin edir 

Xar.c.I.2. Şagird xarici dil üçün xarakterik olan fonoloji sistemə sahib olur. 
Nəticə əldə edilmişdir, əgər şagird:
oxşar səslənən hərfləri, sözləri seçir.

Xar.c.I.3. Şagird sadə təlimatları və çalışmanın göstərişlərini anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
müəllimin göstərişlərinə lazımi şəkildə reaksiya verir

çalışmanı yerinə yetirir

Xar.c. I.4.    Şagird tanış mövzuda qurulan kiçik ölçülü mətnləri dinləyir və  
      
anlayır (dialoqu/monoloqu) 
Nəticə əldə edilmişdir, əgər şagird:
mövzunu (personajlar/həmsöhbətlər, hadisələr və sairə) təyin edir

mətndən faktiki informasiyanı toplayır (kim, harada, nə zaman, hansı, necə və s.) 

ifadə edilən emosiyanı intonasiya ilə təyin edir (sevinc, təəccüb, acıqlanmaq və sairə)

dialoqda nitqin familyar və nəzakətli formalarını fərqləndirir


XARİCİ  DİLLƏR 
X.D. - 38
2009
Dinləmə strategiyaları
Xar.c.I.5.  Şagird məzmunu dərk etmək üçün müxtəlif strategiyalara    
      
müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
başlığın, illustrasiyaların əsasında mətnin mövzusu haqqında ehtimallar söyləyir

canlı nitq/köçürməni anlamaq üçün qeyri-verbal elementlərdən istifadə edir (səs tembri, 

intonasiya, mimika, jestikulyasiya, müxtəlif növ səs-küy, məntiqi vurğu)
yad sözlərin, ifadələrin, cümlələrin əhəmiyyətini tanış elementlərə əsaslanaraq sərbəst şəkildə 

təyin edir (kontekst, intonasiya, illustrasiya və s.)
ana dilində təsvir edir ki, bu və ya digər məsələni hansı yolla həll edə bildi; başqası tərəfindən 

seçilən üsulu müqayisə edir və nəticə çıxarır ki, hansı üsul daha münasib/effektiv idi və 
niyə
 anlamadığı halda izahatların yavaş və aydın şəkildə söylənilməsini, təkrar edilməsini xahiş 

edir.
İstiqamət: Oxu
(Oxu bacarığının inkişaf etdirilməsi  üçün didaktik  və ya yarı avtent mətnlərdən 
istifadə edilir)
Xar.c.I.6. Şagird əlifbanı oxuyur.  
Nəticə əldə edilmişdir, əgər şagird:
böyük və kiçik hərfləri fərqləndirir

çap və yazı hərflərini fərqləndirir

bütün böyük və kiçik çap/yazı hərflərini tanıyır, onları düzgün tələffüz edir

Xar.C.I.7. Şagird ucadan oxumağın elementar bacarığına sahibdir. 
Nəticə əldə edilmişdir, əgər şagird:
hərfləri, hecaları səsləndirir

hərfləri uyğun hərflər, hecalarla əlaqələndirir

öyrəndiyi sözləri, ifadələri, cümlələri, mətnləri ucadan və aydın şəkildə oxuyur.


X.D. - 39
XARİCİ  DİLLƏR 
2009
Xar.c.I.8.  Şagird ümumi sərlövhələri oxuyur və başa düşür (xəbərdaredici  
      
sərlövhə, dayanacağın/küçənin adı, mağazanın/ümumi binanın  
      
adlandırılması və s.)
Nəticə əldə edilmişdir, əgər şagird:
göstərilən informasiyanı təyin edir

Xar.c.I.9.  Şagird çalışmanın şərtlərini oxuyur və anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
təlimatları təyin edir və yerinə yetirir

Xar.c.I.10.  Şagird rəsmi/inzibati xarakterli sənədləri, formaları (həftəlik  
      
cədvəl, dərs cədvəli, anket, dəvətnamələr, şəxsiyyət vəsiqəsi, billet  
      
və s.) oxuyur.
Nəticə əldə edilmişdir, əgər şagird:
göstəriciləri təyin edir

konkret informasiyanı toplayır

Xar.c.I.11.  Şagird məişət xarakterli informasiya mətnini oxuyur və anlayır.
      
Kataloq. 
Nəticə əldə edilmişdir, əgər şagird:
əşyanın əlamət-xassələrini təyin edir (çəki, ölçü, rəng, material)

qiyməti təyin edir

b. Marşrut planı.
Nəticə əldə edilmişdir, əgər şagird:
şərti işarələri təyin edir

sərlövhələri təyin edir


XARİCİ  DİLLƏR 
X.D. - 40
2009
c. Menyu.
Nəticə əldə edilmişdir, əgər şagird:
rubrikaları təyin edir (isti/soyuq yeməklər, desert, içkilər və s.)

yeməkləri/içkiləri təyin edir

onların inqredientlərini və qiymətlərini təyin edir

ç. Kulinariya resepti.
Nəticə əldə edilmişdir, əgər şagird:
ayrı-ayrı inqredientləri təyin edir

inqredientlərin verilən miqdarını təyin edir

ayrı-ayrı hərəkətləri təyin edir (soymaq, qarışdırmaq, qızartmaq və sairə)

Xar.c.I.12.  Şagird sadə korrespondensiyanı: müxtəlif növ məktublar (təbrik,  
      
dəvətnamə, dəvətnaməyə cavab təşəkkür məktubu və s.), sadə  
      
ismarıcları oxuyur və başa düşür.
Nəticə əldə edilmişdir, əgər şagird:
müəllifin/adresatın kimliyini təyin edir

göndərilmə tarixi və müəllifin/adresatın ünvanını təyin edir

korrespondensiyanın məqsədini təyin edir (Yeni il, ad günü təbriki, hal-əhval tutmaq, dəvət 

etmək və s.)
faktiki informasiyanı təyin edir (nə vaxt, harada, kim, niyə və sairə)

Xar.c.I.13. Şagird kiçik ölçülü nəqli mətni oxuyur və anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
personajları təyin edir

personajların xüsusiyyətlərini təyin edir

hərəkətləri, hadisələri təyin edir

hərəkətin vaxtını və yerini təyin edir


X.D. - 41
XARİCİ  DİLLƏR 
2009
Xar.c I.14.  Şagird mətnin struktur xüsusiyyətlərini və öyrənilmiş qrammatik  
      
dil formalarını təyin edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
müxtəlif növ mətnlərin struktur təşkilinin xüsusiyyətlərini bir-birindən ayırır (məs., kataloqu 

menyudan)
mətnin struktur təşkilinin xüsusiyyətlərini təyin edir (məsələn, başlığı/kiçik sərlövhəni, 

rubrikaları varmı, müəllif və ya adresat göstərilibmi, mətn sütunlarla təşkil edilibmi və ya 
abzaslarla və sairə)
  kommunikasiya  halına  uyğun  ifadələri,  klişeləri,  dil  konstruksiyalarını  (məsələn, 

korrespondensiyada müraciət/sağollaşma forması) təyin edir
indiki/keçmiş zamanı göstərən fel formalarını, zərfləri təyin edir

nəqli və əmri ifadə edən fel formalarını ayırır

yer və zamanı ifadə edən sadə dil vasitələrini (zərf, söz birləşməsi, sözönlüyü) təyin edir

sadə cümlə üzvləri arasında sintaktik yanaşmaları təyin edir (məsələn, ismin və sifətin sayla 

uyğunlaşması)
Oxu strategiyaları
Xar.c.I.15.  Şagird məzmunun anlanılmasını asanlaşdırmaq üçün müxtəlif  
      
strategiyalara müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
konkret informasiyanı axtarmaq məqsədilə mətnə, onun söz və sözsüz təşkili elementlərinə 

(başlıq, rubrika, illustrasiya, sərlövhə, abzas, sütun, loqo, tipoqrafik xüsusiyyətlər/məs., iri 
şrift/ və s.) diqqət yetirir və onlardan əsas olaraq istifadə edir
yad sözlərin, ifadələrin əhəmiyyətini tanış elementlərin yardımı ilə (illustrasiyalar, tanış 

kök, kontekst, ana dilində istifadə olunan xarici sözlər /məs. telefon, banan və s.) müstəqil 
şəkildə təyin edir
ana dilində təsvir edir ki, bu və ya digər məsələni hansı yolla həll edə bildi; başqası tərəfindən 

seçilən üsulu müqayisə edir və nəticə çıxarır ki, hansı üsul daha münasib/effektiv idi və 
niyə
yadına salır ki, başqa dillər və ya digər fənlərdə elə bir mətnləri öyrənibmi və belə bir 

strategiyalardan istifadə edibmi
müəyyən edir ki, hansı növ  mətnləri öyrəndikdə oxşar strategiyalardan istifadə etmək 

olar.

XARİCİ  DİLLƏR 
X.D. - 42
2009
İstiqamət: Yazı
Xar.c.I.16.  Şagird hərfləri, sözləri, cümlələri yazır.
Nəticə əldə edilmişdir, əgər şagird:
əlin düz  hərəkəti ilə əlifbanın bütün böyük və kiçik hərflərini yazır

yazı  və ya çap mənbəyindən sözləri, cümlələri köçürür

hərflərin birləşmə qaydalarına riayət edir

Xar.c.I.17. Şagird dərs cədvəlini, həftənin/günün qrafikini, anketi doldurur.
Nəticə əldə edilmişdir, əgər şagird:
lazımi yerdə göstəriciləri/işləri yazır

Xar.c.I.18. Şagird nümunəyə əsasən məktub yazır.
Nəticə əldə edilmişdir, əgər şagird:
korrespondensiyanın rəsmi tərəfinə riayət edir (müraciət, imza, ünvan, tarix)

korrespondensiyanın məqsədini formalaşdırır (ad günü, milad/yeni il təbriki və sairə)

Xar.s.I.19.  Şagird nümunəyə əsasən sadə məişət xarakterli informasiya  
      
mətnlərini yazır (kataloq, menyu, kulinariya resepti).
Nəticə əldə edilmişdir, əgər şagird:
verilən formanı fərqli məzmunlarla tamamlayır (məsələn, böyüklər üçün aid olunan kitabların 

kataloquna əsasən uşaq kitablarının kataloqunu yazır; qış geyim kataloquna əsasən – yay 
kataloqunu yazır)
Xar.c.I.20. Şagird modelə əsasən kiçik ölçülü təsviri mətn yazır.
Nəticə əldə edilmişdir, əgər şagird:
insanı təsvir edir (gözünün rəngi, saçının rəngi, boyu, çəkisi)

müxtəlif ölçülərə əsasən əşyanı təsvir edir (rəng, ölçü, tərkibi, forması, yerləşdirilməsi və sairə)


X.D. - 43
XARİCİ  DİLLƏR 
2009
yaşayış yerini təsvir edir (yeri, otaqların, əşyaların yerləşməsi və s.)

gündəlik işləri təsvir edir

incəsənət abidəsini təsvir edir (adlandırılması, dövr, yerləşmə, müxtəlif xüsusiyyətlər)

sadə müsbət və mənfi qiymətləndirmələr verir

Xar.c.I.21.  Şagird yazılı mətnin strukturuna riayət edir, elementar  
 
      
qrammatik-dil vərdiş-bacarıqları əldə edir və onlardan istifadə  
      
etməyə çalışır.
Nəticə əldə edilmişdir, əgər şagird:
yeri ifadə edən sadə dil vasitələrindən (məs., önlük, zərf) istifadə edir

cümlə üzvləri arasında sintaktik yanaşmalara riayət edir (məsələn, ismi və sifəti sayla/cinslə 

uzlaşdırır, feli şəxs və sayla uzlaşdırır)
göstərişlər verildikdə felin lazımi formalarını ayırır

təsdiqedici, inkaredici və sualverici məzmundan ibarət sadə geniş və ya geniş olmayan 

cümlələrdə sözlərin sıralarına riayət edir
 orfoqrafiya qaydalarına riayət edir, durğu işarələrindən düzgün istifadə edir.

Yazı strategiyaları
Xar.c.I.22.  Şagird yazını təkmilləşdirmək məqsədilə yazı strategiyalarına  
      
müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
zəruri dərs resurslarını axtarır və hazırlayır (lüğət, nümunə, lazımi dil vəsaiti, qrammatik 

lüğət və sairə)
qaralama variantını yazır

qaralama variantını oxuyur, dərs resursuna əsaslanaraq yazını yoxlayır və səhvlər üzərində 

düzəlişlər aparır
yazını ağ varianta köçürür

İstiqamət: Danışıq
Xar.c.I.23. Şagird xarici dilin fonoloji sistemini öyrənir.
Nəticə əldə edilmişdir, əgər şagird:
hərfləri, sözləri, ifadələri aydın şəkildə təkrarlayır


XARİCİ  DİLLƏR 
X.D. - 44
2009
dialoqların, sketçlərin səhnələşdirilməsi və ya qısa mətnin şifahi oxunuşu zamanı xarici dil 

üçün səciyyəvi olan intonasiyanı, səslənməni qorumağa çalışır.
                         
Dialoq nitqi
 
Xar.c.I.24. Şagird sadə interaksiyada iştirak edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
ona tanış olan mövzu üzrə suallar  verir və onları cavablandırır (ailə, yaşayış yeri, tətillər, 

fəallıqlar, hava, sevimli əşya, heyvan və s.)
simulyativ hallarda iştirak edir (görüş, tanışlıq, kafedə sifariş vermək və s.)

gündəlik həyatla əlaqədar məsələlər haqqında (məs., dərs cədvəli, görüşlərin təyin edilməsi) 

telefonda söhbət aparır
həmsöhbətinin replikalarına lazımi şəkildə reaksiya göstərir

dərs prosesində yaranan problemlərlə əlaqədar (anlamadım; bu nəyi bildirir? Dəftərim evdə 

qalıb; qələmini mənə ver və sairə) ifadələri xarici dildə ötürməyə çalışır
Monoloq nitqi  
 
Xar.c.I.25. Şagird ətrafı təsvir edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
yaşadığı yeri/otağını sadə ifadələrlə təsvir edir

özü haqqında, yaxınları barədə danışır (şəxsi göstəriciləri, gündəlik işlər,  maraqları və s.)

şəkli təsvir edir.

Xar.c.I.26.  Şagird elementar qrammatik dil vərdiş-bacarıqlarını əldə edir və  
      
onlardan istifadə etməyə çalışır.
Nəticə əldə edilmişdir, əgər şagird:
interaksiya zamanı kommunikasiya əhvalatına uyğun müraciət formaları, ifadələr, klişelər, 

dil konstruksiyalarından istifadə edir
nitqin nəzakətli və familyar formalarından düzgün istifadə edir

müxtəlif məzmunlu (nəqli, sual, nida) cümlələrdən lazımi şəkildə istifadə edir

başqa-başqa modal cümlələrin deyilişi zamanı uyğun intonasiyaya riayət edir


X.D. - 45
XARİCİ  DİLLƏR 
2009
yer ifadə edən sadə dil vasitələrindən istifadə edir

cümlə üzvləri arasında elementar sintaktik yanaşmalara riayət edir (felin uyğun şəxsi və 

şəkli)  
öyrəndiyi leksik vahidlərdən lazımi şəkildə istifadə edir.

Şifahi nitqin strategiyaları
Xar.c.I.27.  Şagird nitq bacarığına dəstək vermək məqsədilə strategiyalara  
      
müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
kommunikasiyanı  aparmaq  üçün  lazımi  resurslardan  istifadə  edir  (modellər,  cümlələr, 

ifadələr, klişelər)
sözü  unutduqda/bilmədikdə  kompensativ  vasitələrdən  istifadə  edir  (məsələn,  mimika, 

jestikulyasiya, dəyişdirilmiş ifadə / nəzərdə tutduğu əşyanı təsvir edir və ya onu nədə istifadə 
edilməsini göstərir/ və sairə)
özünün/başqalarının səhvlərini anlayır və düzəlişlər edir.

İstiqamət: Mədəniyyətlərarası dialoq
Xar.c.I.28. Şagird mədəniyət sahəsindən informasiyanı əldə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
illustrasiyalarda/mətnlərdə əks olunan dövlət simvollarını, mədəni, məişət gerçəkliklərini 

(məs., bayraq, abidə və s.) müşahidə edir və onları təyin edir. 
Xar.c.I.29.  Şagird mədəni özünəməxsusluğa maraq göstərir və  ona  tolerant  
      
yanaşır.
Nəticə əldə edilmişdir, əgər şagird:
xarici  mədəniyyət  üçün  xarakterik  əxlaq  etiketini  təyin  edir  və  simulyativ  əhvalatları 

oynadıqda xarici sosial-mədəni mühit üçün xarakterik olan normalara riayət edir
 konkret sosial-mədəni məsələlər ətrafında ana dilində suallar verir/izahatların verilməsini 

xahiş edir
mədəni xüsusiyyətləri müzakirə etdikdə öz fikrini, baxışlarını, yanaşmalarını düzgün şəkildə 

ifadə edir.

XARİCİ  DİLLƏR 
X.D. - 46
2009
İstiqamət: Xarici dilin praktiki  tətbiqi
Xar.c.I.30.  Şagird xarici dildə müxtəlif növ layihələri həyata keçirir    
      
(məs., kulinar reseptlər toplumu, xaricidilli şagirdlərin görməkləri  
      
üçün saytda məktəb şagirdlərinin rəsmlərinin/hazırladıqlarının  
      
kataloqunun yerləşdirilməsi, xaricidilli turistlər üçün regionun  
      
diqqətəlayiq yerlərini gözdən keçirmək üçün marşrut və s.).
Nəticə əldə edilmişdir, əgər şagird:
müəllimlə birlikdə layihənin nailiyyətlə həyata keçirilməsinin meyarlarını formalaşdırır

qrup üzvləri sərbəst şəkildə həyata keçiriləsi mərhələləri müəyyən edir və planlaşdırırlar, sonra 

qrup üzvləri tərtib etdikləri planı bir-birinə təqdim edir, müqayisə edir, təkmilləşdirirlər
müəllimlə birlikdə layihənin yerinə yetirilmə müddətini təyin edirlər

müəllimin yardımı ilə bilik və bacarıqları səfərbər edir, müəyyən edirlər ki, verilən məsələnin 

həlli üçün hansı bilik və bacarıqları əldə etməlidirlər
qrup üzvləri müəllimin yardımı ilə funksiyaları təyin edir və bölürlər

qrup üzvləri informasiya axtarır, seçir və işləyib hazırlayırlar; layihəni həyata keçirirlər

layihənin planını, qaralama variantını digər qruplara təqdim edirlər

qeydləri, şərhləri nəzərə almaqla layihəni son olaraq təkmilləşdirir və yerinə yetirirlər.

İstiqamət: Tədrisin təlimi
Xar.c.I.31.  Şagird müəllimin yardımı ilə yerinə yetiriləcək tapşırığın    
      
tələləblərini anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
tapşrığın nailiyyətlə yerinə yetirilməsi meyarlarının formalaşmasında iştirak edir

tapşırığın həyata keçirilmə mərhələlərini ayırır

sahib olduğu bilik və bacarıqları təyin edir və tapşırığı yerinə yetirmək üçün onlardan 

istifadə edir
yeni tapşırığı yerinə yetirdikdə hansı bilik və bacarıqların əldə ediləcəyini müəyyən edir

təyin edir ki, nədə çətinlik çəkəcək, nə ona asan olacaq, nədə yardım, məsləhət lazım 

olacaq

X.D. - 47
XARİCİ  DİLLƏR 
2009
Xar.c.I32.  Şagird nailiyyətli təhsilin  təmin edilməsi üçün strateji bacarıqları  
      
əldə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
lazım gəldikdə

 yardım, məsləhət istəyir
işin yerinə yetirilməsindən sonra istifadə edilən strategiyaları təqdim edir, başqalarının 

istifadə etdikləri strategiyalarla müqayisə edir
 istifadə edilən strategiyaların qiymətləndirilməsində iştirak edir

fərqli strategiyaların sınanılması-tətbiqinə razılaşır

başqa-başqa, eləcə də ana dilinin öyrənilməsi zamanı əldə edilən təcrübəni bir-biri ilə 

müqayisə edir, bu və ya digər strategiyanın  başqa dilin və ya başqa fənnin öyrənilməsi 
prosesində nə qədər yararlı olmasını müəyyən edir
səhvlərin, maneələrin səbəblərini təhlil edir

özünüqiymətləndirmə və başqasını qiymətləndirmək (şagird-müəllim və ya şagird-şagird 

eyni yazını bir-birindən sərbəst şəkildə yoxlayırlar)
nəticələri müşahidə etməklə qeyd edir ki, harada irəliləyişi var

nailiyyətin və ya müvəffəqiyyətsizliyin səbəblərini onları gələcəkdə nəzərə almaq məqsədilə 

təhlil edir 
irəliləyişə mane olan səbəb və amilləri sadalayır (məs., diqqətsizdir, materialı təkrarlamır, 

sual verməyə cəsarət etmir, səhv buraxmaqdan qorxur və sairə)
xarici dil üzrə əldə etdiyi bilik və təcrübəni hansı həyati hallarda istifadə edə biləcəyini 

sadalayır
Xar.c.I.33.  Şagird dərs fəaliyyətinə dəstək göstərmək məqsədilə resurslardan  
      
istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
dərslik resurslarından effektiv şəkildə istifadə edir (lüğət, struktur nümunələr, qrammatik 

lüğət, illustrasiyalar və s.)
həm məktəbdə, eləcə də məktəbdən xaric əl çatılan resurslardan (dərsliyin əyani vəsaitləri, 

lüğət, məktəb/kənd/şəhər kitabxanası, müəllim, səriştəli şəxs, internet və sairə) informasiya 
toplayır
informasiya kommunikasiya texnologiyalarının (İKT) vasitəsilə informasiya/dərs materialını 

axtarır
İKT-dən bu və ya digər materialın/mətnin hazırlanması/işlənilməsi üçün istifadə edir  


XARİCİ  DİLLƏR 
X.D. - 48
2009
Xar.c.I.34.  Şagird leksik ehtiyatını möhkəmləndirmək və zənginləşdirmək  
      
üçün müxtəlif üsullara müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
keçilmiş leksik materialı müntəzəm şəkildə təkrarlayır

 pis mənimsənilən leksik vahidləri toplayır

 yadda saxlamanın başqa-başqa üsullarından istifadə edir (bir neçə dəfə köçürmək, ucadan 

təkrar etmək, eyniköklü sözləri, antonim/sinonim cütləri qruplaşdırmaq, assosiasiya etmək, 
mətndə istifadə etmək, mövzuya əsasən qruplaşdırmaq və s.)
Xar.c.I.35.  Şagird qrammatikanı asanlıqla mənimsənilməsinə dəstək    
      
göstərmək məqsədilə strategiyalardan istifadə edir (asanlaşdırır).
Nəticə əldə edilmişdir, əgər şagird:
 konkret  misalları müşahidə etməklə qrammatik strukturları/qaydaları təyin edir

 təyin edilən strukturlardan/qaydalardan fərqli mətnlərdə istifadə edir

  xarici dillərin qrammatik strukturları/qanunauyğunluqlarını bir-biri ilə müqayisə edir

 sxemlərdən, cədvəllərdən, struktur modellərindən istifadə edir və özü də onları yaradır

Xar.c.I.36.  Şagird nəticələrin yaxşılaşdırılması məqsədilə  sinif yoldaşları,  
      
müəllim ilə, cütlük yoldaşı ilə əməkdaşlıq edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
cütlük yoldaşını, həmqrupunu həvəsləndirir

yardım təklif /tələb edir

başqaları tərəfindən buraxılan səhvləri nəzakətlə göstərir

nəticələrin qarşılıqlı təkmilləşdirilməsi üçün bir-birini qiymətləndirmədə iştirak edir


X.D. - 49
XARİCİ  DİLLƏR 
2009
II səviyyə
Əldə edilən nəticələr
İstiqamət:
Dinləmə
Oxu
     Yazı
Xar.c.II.1.
Şagird müəllimin 
göstərişlərini və 
çalışmanın təlimatlarını 
dinləyir və anlayır.
Xar.c.II.2.
Şagird tanış mövzuda 
qurulan mətni dinləyir 
və anlayır (dialoqu/
monoloqu).
Xar.c.II.3.
Şagird informasiya 
audioyazıları dinləyir 
və anlayır.
a. Hava  proqnozu.
b. Yeni idman 
xəbərləri.
Xar.c.II 4.
Şagird ictimai yerlərdə 
edilən elanları dinləyir 
və anlayır.
Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin