XariCİ DİLLƏR 2009 xariCİ DİLLƏR



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix23.02.2017
ölçüsü5,08 Kb.
#9421
1   ...   4   5   6   7   8   9   10   11   12

XARİCİ  DİLLƏR 
2009
Xar.c.VI.9. Şagird mətni/parçanı ucadan oxuyur.
Nəticə əldə edilmişdir, əgər şagird:
auditoriya qarşısında oxumaq istədiyi mətni/parçanı seçir

oxuyana qədər mətnin məzmunu düşünür

mətndə nəyə diqqəti yönəltmək və onu hansı verbal və qeyri-verbal vasitələrlə (nitqin 

dəyişilməsi, emosiyaların intonasiya ilə ifadə edilməsi, məntiqi və məna fasilələri, mimika-
jestikulyasiya) vermək istədiyini müəyyən edir 
məqsədə uyğun olaraq verbal və qeyri-verbal vasitələrdən istifadə edir

oxu prosesində auditoriya ilə görmə əlaqəsini yaratmağa çalışır

qrupda oxuda iştirak edir (məsələn, skeç və ya pyes parçasından rolların bölünməsi)

səlis və aydın danışır

Xar.c.VI.10. Şagird mətni dərindən öyrənmək məqsədilə strategiyalara    
      
 sahibdir və onlardan istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
ilk növbədə, mətnə göz gəzdirir - başlığına, sərlövhələrə, rubrikalara, tipoqrafik növlərə,  

illustrasiyalara və sairəyə diqqət yetirir; 
yadına salır ki, mətndə verilən mövzu ilə əlaqədar nə bilir

mətndən cavab gözlədiyi sualları verir

informasiyaları axtarmaq məqsədilə mətnlə bütövlükdə tanış olur, bu mərhələdə yad sözlərin 

üzərində dayanmır, fərqli simvollarla mətndə isimləri qeyd edir, hansılara dərindən öyrənmək 
məqsədilə qayıtmalıdır, düyün sözləri qeyd edir və sairə
başa düşmədiyi yerlərə qayıdır, kontekstə əsasən sözlərin mənalarını təyin etməyə çalışır

başa düşmədiyi sözlərin mənalarını lüğətdə axtarır

əsas və ikincidərəcəli ideyaları ayırır; əsas ideyaları başlıqlar şəklində, ikincidərəcəli ideyaları 

– yarımsərlövhə şəklində formalaşdırır
ikincidərəcəli ideyaların funksiyalarını müəyyən edir - əsas ideyanın açılması, illustrasiyalar, 

səbəblərin izah edilməsi və sairə
informasiyanı çeşidləndirdikdə sxematik qeydlər texnikasından istifadə edir  (ierarxiya 

strukturlu sxematik plan, şaxələnmiş sxem, düyün sözlərin cədvəli və s.) (bax, Xar.c.V.11)
sxematik qeydlərə əsaslanaraq mətnin məzmununu öz sözləri ilə tərtib edir

əgər əhəmiyyətli nə isə qalıbsa, o zaman mətni bir də oxuyur

müzakirə edir ki, hansı dərs və ya həyati vəziyyətdə sxematik qeydlər strategiyalarından 

istifadə edə bilər.

XARİCİ  DİLLƏR 
X.D. - 124
2009
  İstiqamət: Yazı
Xar.cVI.11. Şagird müxtəlif növ işgüzar məktub yazır.
Nəticə əldə edilmişdir, əgər şagird:
Motivasiya məktubunu yazır.
a) 
rəsmi tərəfə riayət edir (lazımi yerə müəllifin, adresatın koordinatlarını, şəxsi göstəricilərini, 

tarixi, müraciəti, sağollaşma fromulunu, imzanı yazır)
məktubun motivini elan edir (müsabiqəni haradan öyrənib və hansı vakansiyaya namizədliyini 

təqdim edir)
şəxsi təhsil və ya iş təcrübəsini, bacarıqlarını, biliyini, xassələrini təqdim edir

 motivasiya haqqında söhbət aparır, güclü tərəfləri ayırır

müsahibəyə çağırılacağı ümidini ifadə edir

mətnin təşkili qaydalarına riayət edir

fikri aydın şəkildə formalaşdırır

CV-ni (tərcümeyi-hal) tərtib edir
b) 
lazımi və əlavə rubrikaları müəyyən edir

rubrikaların aşağısında lazımi informasiyanı yerləşdirir

informasiyanı lakonik şəkildə ötürür (lakonik veriliş formalarından (məsələn, nominalizasiya) 

istifadə edir) 
İnformasiya  axtarmaq  məqsədilə  işgüzar  məktub  yazır  (məsələn,  müsabiqənin, 
c) 
mübadilə proqramının, dərs proqramının şərtlərini dəqiqləşdirmək məqsədilə və 
sairə)
rəsmi tərəfə riayət edir (lazımi yerə müəllifin, adresatın koordinatlarını, şəxsi göstəricilərini, 

tarixi, müraciəti, sağollaşma fromulunu yazır)
özünü təqdim edir və dəqiqləşdirir ki, adresatın koordinatlarını haradan tapıb 

korrespondensiyanın məqsədindən irəli gələrək vəziyyəti təsvir edir (məsələn, nəyə diqqət 

yetirib, nəyi başa düşüb, niyə maraqlanıb, nəyi düşünür)
onun üçün maraqlı informasiyaları əldə etmək üçün sualları formalaşdırır

məktubun sonunda gözlədiyi nəticəni ifadə edir, qabaqcadan təşəkkürünü bildirir

fikri aydın şəkildə formalaşdırır


X.D. - 125
XARİCİ  DİLLƏR 
2009
ç)    Narazıçılığını  bildirmək  üçün  işgüzar  məktub  yazır  (məsələn,  gənclər  jurnalının 
redaksiyasına məktub yazır, hansı ki, yanlış informasiya dərc edib, mağazaya yazır, 
hansının satıcısı əşyanı geri qaytarmayıbdır və sairə).
  rəsmi tərəfə riayət edir (lazımi yerə müəllifin, adresatın koordinatlarını, şəxsi göstəricilərini, 

tarixi, müraciəti, sağollaşma fromulunu yazır)
vəziyyəti xırdalıqla təsvir edir

narazıçılığını, hiddətini bildirir

vəziyyətin  düzəlməsi üçün konkret təkliflər, məsləhətlər verir

fikri aydın şəkildə formalaşdırır

Xar.c.VI.12. Şagird aktual mövzu/məsələ üzrə (məsələn, kompüter oyunları,  
      
 nəsillər arasında fərqlər və sairə)  müxtəlif növ mətn yazır    
      
 (məktəb və ya gənclər jurnalı üçün esse, məktub).
Nəticə əldə edilmişdir, əgər şagird:
giriş hazırlayır, təhlil olunacaq məsələni/məsələləri ayırır

müzakirə olunan məsələlər ətrafında dəqiq informasiyaları verir

müzakirə olunan məsələ haqqında müxtəlif nəzərləri ötürür və onları izah edir

məsələyə olan şəxsi münasibətini, nəzərlərini ifadə edir

şəxsi təcrübəsindən gətirdiyi konkret misal əsasında öz münasibətini izah edir

nəticə çıxarır

məktuba/məqaləyə başlıq verir

yazıda fikir ardıcıllığına riayət edir

fikri aydın şəkildə formalaşdırır

Xar.c.VI.13.  Şagird yazıda mətnin strukturuna riayət edir, baza qrammatik- 
      
  dil vərdiş-bacarıqlarına sahib olur və funksional şəkildə istifadə  
      
  edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
məqsəddən  irəli  gələrək  mətnin  lazımi  strukturunu  seçir,  abzasdan  və  digər  struktur 

təşkiledicilərdən (başlıq, yarımsərlövhə, rubrika və sairə) düzgün istifadə edir
istək-arzu, öyüd-nəsihəti ifadə edən dil konstruksiyalarından, formullardan istifadə edir

indiki, keçmiş və gələcək zamanları ifadə etmək üçün felin formalarından düzgün şəkildə 

istifadə edir

XARİCİ  DİLLƏR 
X.D. - 126
2009
məntiqi əlaqələri (səbəb, nəticə, məqsəd, əks-mövqe, şərtilik) ifadə etmək üçün sadə dil 

strukturlarından sərbəst şəkildə istifadə edir
kommunikasiya vəziyyətinə/məqsədə uyğun şəkildə öyrəndiyi dil konstruksiyalarından, 

klişelərdən, formullardan istifadə edir
emosiyaları, münasibətləri, təəssüratları ifadə edən dil vasitələrindən istifadə edir (leksik 

vahidlər, söz birləşmələri, klişelər, dil konstruksiyaları)
hərəkətlərin eyni vaxt və ardıcıllıqlarını (qabaqlayan/sonra gələn hərəkətlər) ifadə etmək 

üçün sadə strukturlardan istifadə edir
şəxsin, əşyanın, hadisənin xarakterizə edilməsində münasib dil vasitələrini seçir (təyinlər, 

müqayisələr, feli sifətlər) 
mətnin  yaradılmasında  fikir  ardıcıllığına  uyğun  dil-qrammatik  vasitələrinə  (məsələn, 

anafor əvəzliklər və zərflər, sözün leksik və semantik təkrarlanmaları, sinonim və antonim 
əvəzediciləri, fel-xəbərin zaman formaları və sairə) riayət edir
bir fikir hissəsindən /məsələsindən ikinciyə keçmək üçün lazımi sözlər və dil formalarından 

istifadə edir (ilk əvvəl, sonra, sonda, deyirlər, mənim fikrimcə, belə ki, və sairə)
göstəriləcək sözlər və üzv-əlaqələri düzgün əlaqələndirir (məs., o, ........ hansı ki; onlar ..... 

hansılar ki)
vasitəli və vasitəsiz ifadələri ötürən dil vasitələrindən istifadə edir

təsvir-xarakterizə etdikdə müxtəlif növ müqayisədən istifadə edir

durğu işarələrinə (mürəkkəb cümlələrdə, dialoqu verdikdə) və orfoqrafik normalara riayət 

edir
şərtilik, ehtimal, fərziyyə ifadə edən cümlələrdə lazımi sintatik konstruksiyalardan istifadə 

edir
subyektiv  yanaşmanı  ifadə  edən  qrammatik-dil  vasitələrindən    (cəlb  edilmiş,  əlavə, 

xüsusiləşdirilmiş sözlər və ifadələr və sairə) istifadə edir.
   Yazı strategiyaları                                          
Xar.c.VI.14.   Şagird yazı prosesinin bütün mərhələlərində (hazırlıq, mətnin 
      
  tərtib edilməsi, mətnin təkmilləşdirilməsi) yazının  effektiv 
      
  strategiyalarına sahib olur və onlardan istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
 verilən kommunikasiya məsələsini nəzərə almaqla, yaddaşında lazımi informasiyanı axtarır, 

yəni lazımi biliyini fəaliyyətə gətirir (həm dil, eləcə də ritorik və süjetin özü ilə əlaqədar) 
 lazım gəldikdə resurslar arasında əlavə informasiya axtarır

 zehni yürüşə müraciət edir və yazılacaq mövzu ilə əlaqədar  fikrinə gələn bütün ideyaları 

yazır
 informasiyaları və ideyaları seçir, onları bir-biri ilə necə əlaqələndirməyi düşünür, yəni 

plan hazırlayır

X.D. - 127
XARİCİ  DİLLƏR 
2009
  plana əsaslanaraq mətn yazır

 mətnin yazılma prosesində daim yazılara diqqət yetirir, müəyyən edir ki, deyiləcəkləri nə 

qədər aydın və ardıcıllıqla verə bilir, lazım gəldikdə dəyişikliklər edir – planı yenidən təşkil 
edir, informasiya əlavə edir və ya azaldır və sairə
 yazının yoxlanışı zamanı oxucusu ilə daim kommunikasiyanı saxlayır, adresatın yəni, 

potensial oxucunun baxışı ilə qiymətləndirməyə çalışır ki, yazıda kommunikasiya məqsədini 
nə qədər effektiv şəkildə göstərə bildi
 oxucu üçün yarada biləcək və müəyyən dərəcədə kommunikasiyaya mane ola biləcək dil 

və ya məzmun nöqsanları üzərində düzəlişlər aparır. Buna müvafiq olaraq sözləri, cümlələri, 
mətnin bir hissəsini əlavə edir və ya çıxarır, qrammatik və ya orfoqrafik səhvləri düzəldir
  yazısını yeni informasiyalarla zənginləşdirməyə, bir neçə ideyanı başqa cür qruplaşdırmağa, 

planı hissə ilə və ya bütövlükdə dəyişməyə, mətni dərindən dəyişməyə və s. çalışır
 keyfiyyətli məhsul yaratmaq üçün hər zaman adresatın, kommunikasiya məqsədi və mətn 

arasında müvafiqliyi nəzərə alır 
yazını sinif yoldaşlarına oxuyur, onların qeydlərini nəzərə almaqla yazısını yaxşılaşdırır

yazını ağ varianta köçürür

yadına salır ki, başqa fənlərdə mətni tərtib etdikdə hansı növ srtategiyalardan istifadə edib, 

köhnə və yeni təcrübələri müqayisə edir, nəticə çıxarır
təhlil edir ki, istifadə etdiyi strategiyalar hansı dərs və həyati vəziyyətdə onun köməyinə 

gələ bilər.
    İstiqamət: Danışıq
Dialoq nitqi
Xar.c.VI.15. Şagird ona tanış mövzu üzrə interaksiyada iştirak edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
hazırlıqsız  onun  üçün  yaxşı  tanış  olan  mövzu  üzrə  informasiya  mübadiləsini  etməyi 

bacarır
bu və ya digər mübahisəli məsələ ilə əlaqədar hazırlığı olmadan öz yanaşmasını, mövqeyini 

ifadə edir və onu izah edir (nəyi bəyənir/nəyi bəyənmir, niyə)
müxtəlif növ seçim edir və onu izah edir (məsələn, hansı personajı daha çox bəyənir və niyə, 

hansı nəzərlə razılaşır və niyə və sairə) 
həmsöhbətlərin replikalarına reaksiya göstərir – informasiyanı dəqiqləşdirir, şərh edir

öz emosiyalarını, əhval-ruhiyyəsini ifadə edir

şəxsi mövqeyindən hadisələri, faktları, əməlləri qiymətləndirməyi bacarır.


XARİCİ  DİLLƏR 
X.D. - 128
2009
Xar.c.VI.16. Şagird məişət kommunikasiya vəziyyətini ifadə edir.  
Nəticə əldə edilmişdir, əgər şagird:
hazırlıq xaricində rol oyunlarında, simulyativ vəziyyətlərdə iştirak edir, hansılar ki, adi 

məişət vəziyyətini əks etdirirlər 
əvvəlcədən hazırlıq əsasında simulyativ vəziyyətlərdə iştirak edir, hansılar ki, gözlənilməyən 

məişət vəziyyətini əks etdirirlər, bu zaman özünü doğrultmaq, etiraz etmək lazım gəlir 
aktual mövzu üzrə müsahibə verir/alır

 
   Monoloq nitqi
Xar.c.VI.17.   Şagird oxu mətnində tanış olduğu aktual məsələ üzrə kiçik   
      
  ölçülü məruzə (təxminən 2-3 dəqiqə) hazırlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
məsləni, problemi ayırır

onu müxtəlif aspektlər əsasında müzakirə edir

mənfi və müsbət tərəflərini göstərir

öz münasibətini ifadə edir və onu şəxsi təcrübəsinə əsaslanaraq izah edir

ardıcıllıqla, aydın şəkildə fikrini formalaşdırır

nəticə çıxarır

Xar.c.VI.18.  Aktual məsələ, problem ətrafında şifahi məruzəni (təqdimatı)  
      
  təqdim edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
mövzunu adlandırır

giriş hissəsində problemi ayırır, təqdim edir

problemi yaradan səbəbləri ayırır

faktlar, misallar gətirir

gözlənilən əlaqələr haqqında söhbət aparır

konkret informasiyaya/müzakirə olunası məsələlərə olan münasibətlərini ifadə edir

problemin həlli yollarını təqdim edir

nəticə çıxarır

söhbət zamanı fikir arıdıcıllığına riayət edir

fikri aydın şəkildə formalaşdırır 


X.D. - 129
XARİCİ  DİLLƏR 
2009
Xar.VI.19.  Şagird baza qrammatik-dil vərdiş-bacarıqlarına sahib olur və  
      
danışıq zamanı onlardan funksional şəkildə istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
  kommunikasiya vəziyyətinə uyğun olaraq öyrəndiyi dil konstruksiyalarından, klişerlərdən, 

ifadələrdən formullardan istifadə edir
  interaksiya zamanı familyar və nəzakət formalarından uyğun şəkildə istifadə edir

  öyrəndiyi leksikadan istifadə edir

 sadə və tabesiz mürəkkəb cümlələrin strukturundan sərbəst şəkildə istifadə edir

 tabeli mürəkkəb cümlələrdən istifadə etməyi (məsələn, təyin asılı cümlələr) bacarır

  cümlənin hissələrini birləşdirmək üçün lazımi əlaqələrdən istifadə edir

  öyrəndiyi dil konstruksiyalarında sintaktik yanaşmalara riayət edir

  öyrəndiyi fel formalarından düzgün istifadə edir

 nəql etdikdə keçmiş, indiki və gələcək zamanı ifadə etmək üçün öyrəndiyi fel formalarından 

düzgün istifadə etməyə çalışır
 hadisənin  ötürülməsində hadisələrin ardıcıllığını ifadə edən sözlərdən (hələ, sonra, axırda) 

düzgün istifadə edir
 söhbətin mövzusuna uyğun öyrəndiyi leksikadan istifadə edir

   mövqeni/yanaşmanı ifadə edən sözlərdən və dil formullarından (mənim fikrimcə, belə 

düşünürəm ki) düzgün istifadə edir
 əhvalatı ötürdükdə hadisələrin ardıcıllığını ifadə edən sözlərdən (hələ, sonra, sonda) düzgün 

istifadə edir.
   Danışıq strategiyaları
Xar.c. VI.20. Şagird nitq məsələsinin effektiv şəkildə həll edilməsinə 
dəstək göstərmək və şifahi nitq bacarığını təkmilləşdirmək üçün müxtəlif 
strategiyalara müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
lazımi  resursları  əvvəlcədən  hazırlayır,  modelləri,  ifadələri,  klişeləri,  düyün  sözləri 

toplayır
auditoriya qarşısında çıxışa qədər məşq keçir

anlamadıqda izahatı, asta və aydın tələffüz edilməni, təkrarlamanı xahiş edir

sözü  unutduqda/bilmədikdə  kompensativ  vasitələrdən  istifadə  edir  (məsələn,  mimika, 

jestikulyasiya, dəyişdirilmiş ifadə / nəzərdə tutduğu əşyanı təsvir edir və ya onu nədə istifadə 
edilməsini göstərir/ və sairə)
danışıq məsələlərini həll etmək üçün başqa dildə əldə edilən təcrübədən istifadə edir 


XARİCİ  DİLLƏR 
X.D. - 130
2009
o  faktları  təhlil  edir,  hansı  ki,  şifahi  çıxış  zamanı  nailiyyətə  dəstək  göstərdi  və  ya 

nailiyyətsizliyə səbəb oldu və müəllimlə birlikdə düzəliş planını təsvir edir
   İstiqamət: Mədəniyyətlərarası dialoq
Xar.c.VI.21.  Şagird mədəni özünəməxsusluğa maraq göstərir və  ona  tolerant  
      
  yanaşır.
Nəticə əldə edilmişdir, əgər şagird:
mətnlərdə əks olunan mədəni-sosial mühiti təyin edir və doğma mədəni-sosial mühitlə 

paralellər aparır (etiqad, həyat tərzi, ziyafətlər, adət-ənənələr, ölkənin inzibati təşkili, tarixi 
dövrün xüsusiyyətləri və sairə)
illustrasiyalarda/mətnlərdə verilən mədəni, simvolik, məişət gerçəkliyini təyin edir

xarici və doğma mədəniyyətlər arasında paralellər aparır, oxşarlıqları, fərqləri tapır

mədəni özünəməxsusluqları müzakirə etdikdə öz fikrini, nəzərlərini, münasibətlərini düzgün 

ifadə edir
insanların hisslərinə, yanaşmalarına doğru maraq göstərir

paralellər aparır, özünün və başqalarının daxili aləmləri arasında (duyğular, əhval-ruhiyyələr, 

münasibətlər) analoqları, fərqləri tapır və qeyd edir 
atalar sözləri, frazeoloji birləşmələrin mənalarını təyin edir və ana dilində onlara uyğun 

sözlər tapır. 
İstiqamət: Xarici dilin praktiki  tətbiqi
Xar.c.VI.22.   Şagird xarici dildə müxtəlif növ layihələri həyata keçirir 
      
  (məsələn, xarici dildə film; xarici dildə qəzet yaratmaq və 
      
  yayımlamaq, incəsənət xadimi ilə görüş təşkil etmək; internet  
      
  səhifəni yaratmaq və sairə).
Nəticə əldə edilmişdir, əgər şagird:
müəllimlə birlikdə layihənin nailiyyətlə həyata keçirilməsinin meyarlarını formalşdırırlar

qrup üzvləri sərbəst şəkildə həyata keçiriləsi mərhələləri müəyyən edir və planlaşdırırlar, 

sonra qruplar tərtib etdikləri planı bir-birinə təqdim edir, müqayisə edir, təkmilləşdirirlər
müəllimlə birlikdə layihənin yerinə yetirilmə müddətini təyin edirlər

qrup üzvləri bilik və bacarıqlarını səfərbər edirlər, müəyyən edirlər ki, verilən məsələnin 

həlli üçün hansı bilik və bacarıqları əldə etməlidirlər
qrup üzvləri funksiyaları təyin edir və bölürlər


X.D. - 131
XARİCİ  DİLLƏR 
2009
qrup üzvləri informasiya axtarır, seçir və işləyib hazırlayırlar

qrup üzvləri layihənin təqdimat formasını seçirlər

qrup üzvləri layihəni həyata keçirirlər

qrup üzvləri məşqlər edir, başqa qrup qarısında təqdimatı simulyasiya edirlər, qeydləri, 

şərhləri nəzərə almaqla layihəni təkmilləşdirir, üzərində düzəlişlər edirlər
qrup üzvləri layihənin yekun variantını hazırlayır və auditoriya qarşısında onu təqdim 

edirlər
Xar.c.VI.23.   Şagirdlər  gələcəkdə onlardan istifadə etmək üçün (məsələn,  
      
  məktəb layihəsini həyata keçirmək üçün materialın axtarıb- 
      
  tapılması) xaricidilli mənbələri/mətnləri yenidən işləyirlər.
Nəticə əldə edilmişdir, əgər şagird:
xaricidilli mətnin sxematik qeydlərini edir və ona əsaslanaraq maraqlanan şəxslər üçün 

(məsələn, qrup yoldaşları üçün) tədris olunan dildə şifahi şəkildə mətnin qısa məzmununu 
ötürür 
sxematik qeydlər edir və ona əsaslanaraq maraqlanan şəxslər üçün tədris olunan dildə 

rezüme yazır
xaricidilli mənbələri öyrənir və tədris olunan dildə  onlardan hər birinə iki-üçsözlü izahatlar 

yazır (müəllifi, başlığı, nəşr tarixini, mövzunu/əsas məsələləri qeyd edir)
kiçik ölçülü qeyri-bədii (informasiya, elmi və sairə) mətnləri tərcümə edirlər

    İstiqamət: Tədrisin təlimi
Xar.c.VI.24.   Şagird nailiyyətli tədrisə dəstək göstərmək və dillərin
      
  mənimsənilməsinin asanlaşdırılması üçün strateji vərdiş-
      
  bacarıqlara sahibdir.
Nəticə əldə edilmişdir, əgər şagird:
kommunikasiya və dil vərdiş-bacarıqlarının inkişafı və möhkəmlənməsinə dəstək göstərmək 

məqsədilə çoxsaylı (koqnitik, emosional, metakoqnitik)  strategiyalardan istifadə edir
dillərin tədrisi prosesində yaranan problemlərin həlli üçün  çoxsaylı strategiyalardan istifadə 

edir
dərs fəaliyyətinə dəstək göstərmək məqsədilə resurslardan effektiv şəkildə istifadə edir

Şagird nəticələrin yaxşılaşdırılması məqsədilə sinif yoldaşları ilə, müəllimlə, cütlük yoldaşı 

ilə əməkdaşlıq edir.

XARİCİ  DİLLƏR 
X.D. - 132
2009

Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin