XariCİ DİLLƏR 2009 xariCİ DİLLƏR



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix23.02.2017
ölçüsü5,08 Kb.
#9421
1   2   3   4   5   6   7   8   9   ...   12

XARİCİ  DİLLƏR 
2009
diqqəti fonetik aspektə yönəlib, onun düşüncəsi hərflərin səslərlə əlaqələndirilməsinə cəmləşdirilibdir. 
Bu zaman o, düşündüyünü deyil, gördüyünü oxuyur.
 Oxunulanı anlamaq bacarığını inkişaf etdirmək üçün yaxşı olardı ki, şagirdləri aktiv oxucu 
vəziyyətinə qoyaq. Bunun  üçün onlara mətnin oxunulmasına qədər konkret oxu tapşırığını verək; 
konkret tapşırıqla onları mətnə yaxınlaşdıraq.
Yaş xüsusiyyətlərini nəzərə almaqla ibtidai pillədə  tədrisin birinci ilində oxu vərdiş-bacarığına  
az diqqət yetiriləcək, səthi metoda diqqət yönələcək, yəni sözlərin hissələrə ayrılması xaricində təyin 
edilməsinə.   Yaxşı olardı ki, oxunun sistematik tədrisi gec başlansın, ikinci-üçüncü ildə. 
Yazı -  burada da tədris produktivləşməyə əsaslandırılır. 
Oxuya uyğun olaraq, ibtidai pillədə yazı bacarığının inkişafı başqa yolla həyata keçirilir, çünki 
şagirdlərin hələ də texniki-motorik xarakterli problemləri var. Bunu nəzərə almaqla ibtidai pillədə 
tədrisin birinci ilində xüsusi diqqət yazının texniki-motorik vərdiş-bacarıqlarının formalaşdırılmasına 
yetirilir. Şagird hərfləri, öyrəndikləri sözləri yazır; hərfləri birləşdirmək texnikasına sahib olur.
İlkin mərhələdə produktivləşmə darıxdırıcı olmasın deyə, vacibdir ki, şagirdlərə çoxrəngli, 
həvəsləndirici və ən əsası, məzmunlu mətnlər təklif edilsin. (Məs.: anketin doldurulması, hansında 
o, hansı yeməyi sevdiyini və hansını  sevmədiyini yazır).
Yazılı produktivləşmə həm oxu bacarığının, eləcə də dil materialının yadda saxlanılmasına 
dəstək göstərir.
 
 
Tədrisin ikinci (orta) mərhələsi
Dinləmə - ikinci mərhələdə həm didaktik, həm də yarımavtent mətnlər istifadə edilir, hansıların 
həcmi və mürəkkəblik səviyyəsi əvvəlki səviyyənin mətnlərindən çoxdur.
Qavramaq baxımından tələbat artırılır: şagirdlərdən mətnin daha dərindən dərk etmələri və dil 
hadisələrini öyrənməkləri/təhlil etməkləri tələb olunur.
Danışıq – ikinci mərhələnin üstün məsələsi şagirdi danışdırmaqdır. Kommunikasiya halları daha 
çoxrəngli olur, hansılarda  şagird, həm dinləyici və həm də iştirakçı olur. Həm simulyativ, eləcə də 
real kommunikasiya zamanı dil ehtiyatından daha sərbəst şəkildə istifadə etməyə başlayır.
 Oxu – ikinci mərhələdə şagirdlərdən  müxtəlif növ və məzmunu olan mətnləri qavramaq 
tələb olunur. Mətnlər hələ də kiçikhəcmli, yarımavtent və ya avtentə bənzər didaktikdir. Şagirdlər 
verilən məsələyə uyğun olaraq oxunun müxtəlif strategiyalarından və ya növlərindən istifadə etməyi 
(tanışlıq, öyrədici, axtarıcı) öyrənirlər.
Yazı – ikinci mərhələdə diqqət yavaş-yavaş produktivləşməyə keçir. Şagirdlər nümunəyə 
əsasən kiçikhəcmli funksional mətnləri tərtib etməyi öyrənirlər, hansında onlar xəbərlərin, faktların, 
hadisələrin ardıcıllıqla ötürülməsi və qiymətləndirlməsi vərdiş-bacarıqlarına sahib olurlar, həmin 
vərdiş-bacarıqlar  növbəti  mərhələdə  daha  açıqlanıb  təkmilləşdirilir.  Motivasiyanın  artırılması 
üçün elə bir fəallıqlar təklif etmək yaxşı olardı ki, hansında şagird belə desək, dillə oynamalı 
və dil ehtiyatından yaradıcılıqla istifadə etməlidir (məs.: müəyyən həcmlərə əsasən akrostikin 
bəstələnməsi).  
Tədrisin üçüncü (son) mərhələsi
Dinləmə - əgər indiyədək dinləniləcək mətnlər şifahi nitq nümunəsi kimi istifadə edilirdisə, 
indi nitq və dinləmək bir-biri ilə qarşılıqlı bağlılıqda, qarşılıqlı tabelikdə deyillər. Belə ki, avtent 

XARİCİ  DİLLƏR 
X.D. - 12
2009
mətnlərdən sərbəst şəkildə istifadə etmək və dinləmək bacarığını şifahi nitqdən sərbəst şəkildə, daha 
cəld və dərindən inkişaf  etdiilməsinə imkan vermək olar. Bu mərhələdə şagirdlər yalnız akustik 
şəklə əsaslanmaqla mətnin anlanılmasına  vərdiş edəcəklər.
Danışıq  – kommunikativ vəziyyət növləri daha zənginləşir. Sinif otağında kommunikasiya 
bütövlükdə  xarici  dildə  davam  etdirilir.  Tədris  strategiyaları  özünüifadəetmə  bacarığının 
təkmilləşməsinə, onun dəqiqləşdirilməsinə və zənginləşdirilməsinə yönəldilib. 
Oxu  – bu mərhələdə yazılı və ya şifahi strategiyaların inkişafının əsas mənbəsi oxumaq olur. 
Onun vasitəsilə şagird dil ehtiyatını zənginləşdirir və təhsildə daha müstəqil olur. Mətnlərin həcmi 
və mürəkkəblik səviyyəsi artır. Şagirdlərdən  avtent, müxtəlif janr və növlü, bədii və ya funksional 
mətnləri anlamaq və təhlil etmək tələb olunur.
Yazı – son mərhələdə şagird elə bir mətnlərin növlərini yazmağı bacarmalıdır, hansı ki, ona 
həyat meydanından keçməkdə daha çox lazım olacaqdır (iş/şəxsi məktub, referat və s.). Şagird yenə 
də nümunələrdən istifadə edir, amma daha böuyükhəcmli mətnləri tərtib edir, hansında nəql, təsvir, 
fikrin ardıcıllıqla ötürülməsi, əsaslandırma vərdiş-bacarığını əldə edir.
Tədrisin təlimi
Bu istiqamətin özü elə tədris prosesidir. Şagirdlər özləri tədris işini müstəqil şəkildə idarə etməyi 
bacarmalıdırlar. Bunun üçün onları dərs məqsədləri və məsələlərini dərk etməyə alışdırmalıyıq: tədris 
prosesinin davam etdirilməsini təhlil etməyə - kim, hansı üsulla, hansı yanaşma və ya strategiyadan 
istifadə etdi; hansı çətinliklərlə üzləşdi; çətinlikləri keçməkdə şagirdlərə nə yardım etdi, irəliləyişə 
nə maneəçilik etdi; nəticələri sərbəst şəkildə qiymətləndirməyə; müəyyən məsələlərlə əlaqədar 
məsuliyyəti üzərinə götürməyə; müxtəlif strategiyalardan istifadə etməyə; müsbət şəkildə tədris 
prosesinə təsir göstərəcək amillərin yaranması və s. Tədris vərdiş-bacarığının inkişaf etdirilməsi 
üçün şagirdlərə müxtəlif növ fəallıqlar təklif etməliyik: məs.;, şagirdlərə konkret məsələnin həllində 
şəxsi və alternativ yanaşma imkanlarını verən anketlər, müxtəlif məzmunlu özünüqiymətləndirmə 
sxemləri, psixoloji xarakterli testlər, hansılarda müxtəlif növ  amilləri dərk edə bilər, hansı ki, dərs 
prosesinə müsbət və ya mənfi təsir göstərə bilər və s.
Mədəniyyətlərarası dialoq
 
Xarici dilin tədrisi xarici aləmə daxil olmağı, həyatın fərqli qaydalarını, ənənələrini aşkar etməyi, 
fərqli dəyərləri, mentallıqları anlamağı bildirir.  Belə ki, uğurlu kommunikasiya yalnız nitq vərdiş-
bacarıqlarından deyil, eləcə də fərqli mədəni mövzuların anlanılması və onlara hörmətlə yanaşma 
bacarığından da asılıdır. Məhz bu bacarıqların və yanaşmaların formalaşmasına “mədəniyyətlərarası 
dialoq” istiqaməti xidmət edir.
Şagirdlərin diqqəti xarici mədəniyyətin xüsusiyyətlərinə yönəlir. Şagirdlərə imkan verilir ki, öz 
yanaşmalarını ifadə etsinlər, öz qiymətləndirmələrini söyləsinlər, öz mədəni təcrübələri və ətraf mühitlə 
paralelləri aparsınlar. Bu cür fəallıqlar şagirdlərin mədəni mənsubiyyət hisslərini dərinləşdirəcək, 
mədəni  rəngarəngliyi  təyin  etdirəcək,  özünün  və  xarici  mədəniyyətin  qiymətləndirilməsini 
öyrədəcəkdir.   
 
Fərdlərarası münasibətlərə də diqqət yetirilməlidir. Dərsdə şagirdlərə imkan verilməlidir ki, 
özləri haqqında danışsınlar, özlərinin başqa-başqa tərəflərini üzərə çıxarsınlar – hisslər, aludəçilik, 
zövq, baxışlar, arzular, sevimli məşğələ, sevimli personajlar, həyati əhvalatlar, nəzərlər və s.; 

X.D. - 13
XARİCİ  DİLLƏR 
2009
onlar sinif yoldaşları və ya  xaricidilli həmyaşıdlarının daxili aləmləri ilə tanış olsunlar və bu 
yolla özlərinin və başqalarının vahid olmalarını duysunlar, başqa şəxsləri dəyərləndirə bilsinlər, 
bir-birlərini dinləsinlər, onlarda qarşılıqlı anlayış, qarşılıqlı şəfqət hissi oyansın. Bunlar şagirdlərə 
imkan verəcəklər ki, onlar bir-birlərinə və başqalarına qarşı daha tolerant  yanaşsınlar.
Xarici dilin praktiki tətbiqi
   Bu istiqamət xarici dillərin didaktikasında daha çox əhəmiyyət əldə edir, –elə bir şəxsiyyətin 
tərbiyə edilməsi, hansı ki, müxtəlif dil-mədəni identifikasiyası olan vətəndaşlarla birgə fəaliyyət 
göstərməyi bacara bilər. Əsas vərdiş-bacarıq, hansının inkişafı ilə kompleks xarakterli məsələlərin 
qrup və ya fərdi şəkil iş formatında həll edilməsi bu istiqamətə xidmət etməlidir. Metodik baxımdan, 
belə bir növ tapşırıqlar kommunikativ-dil bacarıqlara daha yaxşı sahib olmaq imkanını verir ki, 
şagirdlər dil və kommunikativ fəallıqda əldə etdikləri bilik və təcrübənin fərqli vəziyyətə gətirə 
bilsinlər. Bu istiqamətə layihənin həyata keçirilməsi, mətnlərin onların növbəti istifadəsi məqsədi 
ilə işlənib hazırlanması və  mediasiya daxildir. Mediasiya həm şifahi və həm də yazılıdır. O, 
tərcümə, tərcüməçilik, rezümeçilik və icmal yolu ilə istənilən növ mətnin məzmununun ötürülməsini 
nəzərdə tutur. Mediasiyanın təyinatıdır ki, bu mətn üzərində birbaşa işləyə biməyənlər üçün mətnin 
məzmununu əlçatan etsin.
Standartda göstərilən indekslər
 
Standartda yazılan hər nəticənin əvvəlində indeks yazılır.Məs., Xar.d. III.1 -  birinci işarə Xar.  
fənni göstərir (xar. = xarici dil), ikinci işarə d pilləni göstərir  (d = ibtidai, c = baza-orta), üçüncü işarə 
III – dil bilmə səviyyəsini göstərir, son işarə 1 isə, nəticənin sırasını göstərir (1= birinci nəticə).

XARİCİ  DİLLƏR 
X.D. - 14
2009

X.D. - 15
XARİCİ  DİLLƏR 
2009
İbtidai pillənin xarici dil standartı
I səviyyə
Əldə edilən nəticələr 
                  İstiqamət:
Dinləmə
 Oxu
     Yazı
Xar. dI.1.
Şagird müəllimin təlimatlarını anlayır. 
Xar. dI.2.
Şagird şerləri, mahnıları, sanamaları 
anlayır.
Xar.dI.3. 
Şagird illustrasiyalı qısa mətnləri anlayır.
Xar.dI.4.
Şagird dinləmək üçün vacib olan vərdiş-
bacarıqları əldə edir.
Xar.dI.5.
Şagird məzmunu anlamaq üçün lazımi 
strategiyalardan istifadə edir.
XardI.6.
Şagird oxu üçün lazım 
olan vərdiş-bacarığa 
sahib olur.
Xar.dI.7. 
Şagird yazının 
elementar vərdiş-
bacarıqlarına sahib olur.

XARİCİ  DİLLƏR 
X.D. - 16
2009
İstiqamət:
Danışıq
Tədrisin təlimi 
Mədəniyyətlərarası dialoq
Xar.dI.8
Şagird nitq üçün lazımi 
vərdiş-bacarıqları əldə edir 
(uyğun ifadə etmək bacarığına 
malikdir, intonasiyaya, ritmik 
seqmentlərə riayət edir, 
leksik bazaya sahib olur/
zənginləşdirir. 
 Xar.dI.9.
Şagird sadə interaksiyada 
iştirak edir.
Xar.dI.10. 
Şagird dərs işlərinə 
təşkilatçılıq edir.
Xar.dI.11. 
Şagird tədris prosesinə fəal 
şəkildə cəlb olunubdur.
Xar.dI.12.
Şagird mövcud resurslardan 
istifadə edir və yenisini 
hazırlayır.
Xar.dI..13. 
Şagirdin maneələrə qarşı 
konstruktiv yanaşmaları var.
Xar.dI.14.
Şagird sinif yoldaşları, 
müəllimi ilə əməkdaşlıq 
etməyə çalışır.
Xar.dI.15.
Şagird qrup üzvləri ilə 
əməkdaşlıq etməyə çalışır.
Xar.dI.16.
Şagird başqalarının 
nöqsanlarına qarşı tolerantdır.
Xar.dI.17. 
Şagird mədəniyyət sahəsindən 
xaricidilli informasiyanı təyin 
edir.
Xar.dI.18. 
Şagird xarici və doğma sosial-
mədəni mühiti bir-biri ilə 
müqayisə edir. 
Tədrisin nəticələri və indikatorlar
(dinləmə bacarığını inkişaf etdirmək üçün didaktik audioyazılardan istifadə edilir, 
hansında mətnlər aydın və yavaş eşidilir)
İstiqamət: Dinləmə
Xar. dI.1.     Şagird müəllimin təlimatlarını anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
lazımi şəkildə müəllimin təlimatlarına reaksiya verir


X.D. - 17
XARİCİ  DİLLƏR 
2009
Xar.dI.2.  Şagird şerləri, mahnıları, sanamaları anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
mimika, jestikulyasiya, ritmik hərəkətlə məzmunu əks etdirir

Xar.dI.3.  Şagird illustrasiyalı qısa mətnləri anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
təsvir edilən personajı, heyvanı, əşyanı təyin edir və onu uyğun şəkillə/jestikulyasiya ilə 

əks  etdirir/ real əşyada göstərir.
personajı, heyvanı, əşyanı təsvir edilən əlamət-xassələrə əsasən təyin edir (məs., qırmızı, 

dairəvi, böyük, kiçik) və onu göstərir/rəngləyir/dairəyə alır
onların yerlərini təyin edir və göstərir (məs., 

stolun üzərində, dəftərdə, çantada, qutuda)
konkret hərəkətləri təyin edir və onları lazımi şəkildə təsvir edir və ya göstərir

Xar.dI.4. Şagird dinləmək üçün vacib olan vərdiş-bacarıqları əldə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
xarici dil üçün xarakterik hərfləri tanıyır

şerləri, sanamaları, mahnıları başa düşür və mimika-jestikulyasiya vasitəsilə onları əks 

etdirir
Dinləmə strategiyaları
 
Xar.dI.5. Şagird məzmunu anlamaq üçün lazımi strategiyalardan istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
illustrasiyaların, başlığın əsasında mətnin məzmunu haqqında ehtimallarını söyləyir

yazanda və ya birbaşa danışıq zamanı qeyri-verbal elementlərə əsaslanır (səs tembri, müxtəlif 

növ səs-küy, intonasiya, mimika, jestikulyasiya)
tanış verbal və qeyri-verbal elementlərə əsaslanaraq yad sözləri, ifadələri sərbəst şəkildə 

təyin etməyə çalışır

XARİCİ  DİLLƏR 
X.D. - 18
2009
İstiqamət: Oxu
XardI.6.  Şagird oxu üçün lazım olan vərdiş-bacarığa sahib olur.
Nəticə əldə edilmişdir, əgər şagird:
tanış və tez-tez istifadə edilən sözləri sərbəst şəkildə təyin edir,  orfoqrafik işarəni səsli işarə 

ilə avtomatik şəkildə əlaqələndirir
sözləri tanış hərflər, hecalara əsaslanaraq tanıyır

tanış sözləri hərflərə ayırır

hərfləri, hecaları, diftonqları təyin edir

böyük və kiçik hərfləri seçir;

çap və yazı hərflərini fərqləndirir

böyük və kiçik çap hərflərini təyin edir, onları düzgün tələffüz edir

böyük və kiçik yazı hərflərini təyin edir, onları düzgün tələffüz edir

tanış sözləri mətndə tapır

tanış sözlərə və illustrasiyalara əsaslanaraq qısa mətnin (iki-üç cümlədən ibarət) məzmununu 

təyin edir
vərəqdə sözdən ibarət olan və sözdən ibarət olmayan hissələri seçir – 

loqonu, illustrasiyanı, 
şərti işarəni, çalışmanın şərtini, əsas mətni, başlığı, qısa sərlövhəni;
mətnin, abzasın, sətrin, cümlənin başlanğıcını və sonunu ayırır

topoqrafik işarələri seçir  (iri, əyri şriftlər, xətli və s.)

durğu işarələrini tapır (tire, nöqtə, sual işarəsi)

İstiqamət: Yazı
Xar.dI.7.   Şagird yazının elementar vərdiş-bacarıqlarına sahib olur.
Nəticə əldə edilmişdir, əgər şagird:
əlin düz  hərəkəti ilə əlifbanın böyük və kiçik hərflərini yazır

yazı  və ya çap mənbəyindən sözləri, hecaları köçürür

hərflərin birləşmə qaydalarından istifadə edir


X.D. - 19
XARİCİ  DİLLƏR 
2009
İstiqamət: Danışıq
Xar.dI.8.   Şagird nitq üçün lazımi vərdiş-bacarıqları əldə edir (uyğun ifadə  
      
etmək bacarığına malikdir, intonasiyaya, ritmik seqmentlərə  
      
riayət edir, leksik bazaya 
Nəticə əldə edilmişdir, əgər şagird:
şagird şerləri, sanamaları əzbər oxuyur və mahnıları ifa edir

sadə dialoqları və səhnələri oynayır

səsləri, sözləri, ifadələri, yanıltmacları düzgün və aydın şəkildə tələffüz etməyə çalışır

mətnləri tələffüz etdikdə uyğun intonasiyalara, vurğuya, lazımi ritmə riayət edir

qeyri-verbal nitq zamanı şerin məzmununu adekvat şəkildə uyğunlaşdırır (intonasiyanı, 

mimikanı, jestikulyasiyanı, ritmik hərəkətləri)
Xar.dI.9.  Şagird sadə interaksiyada iştirak edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
ona tanış olan mövzu üzrə suallara cavab verir və ya onlara qeyri-verbal vasitələrlə reaksiya 

verir (özü haqqında – nəyi var, neçə yaşı var, gündəlik fəallıq haqqında və s.)
sadə qurmaları, əyani vəsaitləri hazırladıqda bəzi sözlərdən istifadə edir (mənə ver, qələm 

istəyirəm və s.)
konkret sinif əhvalatı ilə əlaqədar suallara cavab verir  (bitirdinmi? bəli/xeyr)

öyrənilən mətnin məzmunu ətrafında verilən sadə suallara cavab verir.

İstiqamət: Tədrisin təlimi
Xar.dI..10.  Şagird dərs işlərinə təşkilatçılıq edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
tapşırıqları yazır (ana dilində) və onları yerinə yetirir

dərs əşyalarına qulluq edir və onları qaydaya salır

lazımi əşyaları gətirir

hər növ fəallığı yerinə yetirdikdə vaxt limitinə riayət etməyə çalışır


XARİCİ  DİLLƏR 
X.D. - 20
2009
Xar.dI.11.   Şagird tədris prosesinə fəal şəkildə cəlb olunubdur.
Nəticə əldə edilmişdir, əgər şagird:
özünüqiymətləndirmənin sadə sxemlərini doldurmağa çalışır

müəllimin qiymətləndirməsi ilə maraqlanır

dərs fəallıqlarında həvəslə iştirak edir

bəzi nöqsanların düzəliş yollarını göstərir (məs., necə hərəkət etməlidir ki, dərs əşyaları 

evdə qalmasın) və onları düzəltməyə çalışır
özünün və başqalarının səhvlərini qeyd edir

Xar.dI.12.  Şagird mövcud resurslardan istifadə edir və yenisini hazırlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
dərslikdə verilən simvolları, loqoları təyin edir 

dərslikdə verilən illustrasiyalardan, sinif otağında mövcud olan resurslardan istifadə edir

təcili resurslar hazırlayır və onlardan istifadə edir (kartoçka, loto, şəkil, qutu)

Xar.dI.13.   Şagirdin maneələrə qarşı konstruktiv yanaşmaları var.
Nəticə əldə edilmişdir, əgər şagird:
çətinliklərlə üzləşəndə suallar verir və yardım istəyir.

Xar.dI.14.   Şagird sinif yoldaşları, müəllim ilə əməkdaşlıq etməyə çalışır.
Nəticə əldə edilmişdir, əgər şagird: 
başqalarına cavabı sona çatdırmağa imkan verir

sinif yoldaşlarını, müəllimi dinləyir

güclü olduğu məsələlərdə həmyaşıdlarına yardım edir

cütlük yoldaşı ilə verilən məsələni həll etməyə çalışır


X.D. - 21
XARİCİ  DİLLƏR 
2009
Xar.dI.15.  Şagird qrup üzvləri ilə əməkdaşlıq etməyə çalışır.
Nəticə əldə edilmişdir, əgər şagird:
konkret iş üçün (məs., işin və uyğun materialın hissələrə ayrılması) liderin funksiyalarını 

sadalayır
qrup üzvlərinin vəzifələrini sadalayır

öz vəzifəsini yerinə yetirməyə çalışır

Xar.dI.16.   Şagird başqalarının nöqsanlarına qarşı tolerantdır.
Nəticə əldə edilmişdir, əgər şagird:
sinif yoldaşlarına istehza /təhqir etmir 

İstiqamət: Mədəniyyətlərarası dialoq
(bu mərhələdə şagirdlər xarici dildə lazımi bilik səviyyəsinə sahib deyillər ki
söhbət edə bilsinlər, buna görə də danışıq ana dilində aparıla bilər)
Xar.dI.17.   Şagird mədəniyyət sahəsindən xaricidilli informasiyanı təyin edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
materialda verilən mədəni əyani vəsaitləri (illustrasiyalarda verilən personajlar, məşhur 

insanlar, qurumlar və s.) müşahidə edir və təyin edir.
Xar.dI.18.   Şagird xarici və doğma sosial-mədəni mühitləri bir-biri ilə    
      
müqayisə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
sosial-mədəni kontekstdə göstərilən konkret oxşarlıq və fərqləri tapır (bayramlar, xüsusi 

adlar, jestikulyasiya, səslər və s.) 

XARİCİ  DİLLƏR 
X.D. - 22
2009

X.D. - 23
XARİCİ  DİLLƏR 
2009
II səviyyə
Əldə edilən nəticələr
  İstiqamət:
Dinləmə
Oxu
Yazı
Danışıq
Xar.dII.1.
Şagird müəllimin 
təlimatlarını  
və çalışmanın 
göstərişlərini 
anlayır.
Xar. dII.2.
Şagird kiçik ölçülü 
illustrasiyalı dialoqu 
anlayır.
Xar. dII.3.
Şagird kiçik 
ölçülü təsviri/
narativ xarakterli 
illustrasiyalı mətni 
anlayır.
Xar.dII.4.
Şagird dinləmək 
üçün vacib olan 
vərdiş-bacarıqları 
əldə edir.
Xar. dII.5.
Şagird məzmunu 
anlamaq üçün lazımi 
strategiyalardan 
istifadə edir.
XardI.6.
Şagird oxu üçün lazım 
olan vərdiş-bacarığa 
sahib olur.
Xar.dII.7.
Şagird qısa mətni 
oxuyur və anlayır.
Xar. dII.8.
Şagird praqmatik 
xarakterli uşaq 
informasiya mətnində 
(məsələn, dərs 
cədvəli, gündəlik 
rejim, uşaq televiziya 
verilişlərinin 
proqramı, uşaq 
kataloqu və 
sairə), sadə 
korrespondensiyada  
(təbrik məktubu, 
ismarıc) konkret 
informasiyanı axtarır.
Xar. Dd.II.9.
Şagird ucadan 
oxumaq üçün 
elementar oxu 
bacarığını əldə edir.
Xar.dII.10. 
Şagird oxu 
strategiyasından 
istifadə edir.
Xar dII.11.
Şagird sözləri, 
cümlələri köçürür.
Xar.dII.12.
Şagird nümunəyə 
əsasən qısa mətnlər 
yazır.
Xar. dII.13.
Şagird nitq üçün lazımi 
vərdiş-bacarıqları əldə 
edir.
Xar dII.14. 
Şagird sadə 
interaksiyada iştirak 
edir.
                                 
Xar. dII.15.
Şagird illustrasiyaları 
təsvir edir.
Xar. dII.16. 
Şagird kompensasiya 
vasitələrindən istifadə 
edir.

XARİCİ  DİLLƏR 
X.D. - 24
2009
       Istiqamət:
Mədəniyyətlərarası  dialoq
Xarici dilin praktiki 
tətbiqi
Tədrisin təlimi
Xar. dII.17. 
Şagird mədəniyyət 
sahəsindən informasiyanı 
təyin edir.
Xar. dII.18. 
Şagird xarici və doğma 
sosial-mədəni mühiti bir-biri 
ilə müqayisə edir.
Xar.dII.19.
Şagird xarici dildə 
müxtəlif növ layihəni 
(məs., sinif yoldaşlarının 
rəsmlərinin sərgisinin 
təşkili; səhnəciyin təşkil 
edilməsi; başqalarını  
xarici mətbəxlə tanış 
etmək və s.)
Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin