XariCİ DİLLƏR 2009 xariCİ DİLLƏR



Yüklə 5,08 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix23.02.2017
ölçüsü5,08 Kb.
#9421
1   ...   4   5   6   7   8   9   10   11   12

   İstiqamət: Oxu
Xar.c.V.4.   Şagird müxtəlif  mövzu üzrə yaradılan elmi mətni (tarixi, mədəni,  
      
arxeoloji, coğrafi, ekoloji və s.) oxuyur və başa düşür.
Nəticə əldə edilmişdir, əgər şagird:
əsas mövzunu/məsələləri təyin edir

mətnin səthində (izahatlı) verilən faktiki informasiyanı təyin edir

mətni məzmun cəhətdən hissələrə ayırır

faktı ehtimaldan ayırır

mətnin müxtəlif parçalarında verilən faktlar və hadisələr arasında olan əlaqəni (məqsəd-


X.D. - 103
XARİCİ  DİLLƏR 
2009
nəticə, qarşılıqlı, şərti, induktiv və sairə) təyin edir və müvafiq nəticə çıxarır
mətndə  verilən  informasiyanı  şəxsi  təcrübəsi  ilə  əlaqələndirir  və  bunun  əsasında  nəticə 

çıxarır
Xar.c.V.5.  Şagird onun üçün maraqlı aktual mövzular üzrə (məsələn,    
      
internetin/mobil telefonun-mp3-ün müsbət və mənfi tərəfləri,  
      
təhlükəsiz məktəb, rok-musiqi, qızlar və oğlanlar arasında fərq və  
      
s.) qəzet nəşrlərini oxuyur və başa düşür.
Nəticə əldə edilmişdir, əgər şagird:
nəşrin məqsədini təyin edir (tənqid edilən, problemi həll etmək, təəssüratları 

bölüşdürmək və s)
nəşrin adresatını (kim üçün nəzərdə tutulub) təyin edir

problemi təyin edir

fərqli aspektləri təyin edir, hansı ilə problem müzakirə edilir

 fərqli nəzərləri, sübutları təyin edir

faktları, misalları nəzərlərlə uyğunlaşdırır

informasiyaları öz təcrübəsi ilə əlaqələndirir və buna əsaslanaraq müzakirə 

edilən məsələ münasibətində öz mövqeyini seçir və onu ifadə edir
Xar.c.V.6. Şagird adaptasiya edilmiş hekayəni/novellanı oxuyur və başa düşür.
Nəticə əldə edilmişdir, əgər şagird:
başlığı düşünülmüş şəkildə mətnlə əlaqələndirir

hekayətçini, personajları təyin edir

hadisələrin ardıcıllığını təyin edir

konkret informasiyanı təyin edir (kim, harada, nə zaman, neçə, necə, hansı məqsədlə və 

sairə) 
baş və ikincidərəcəli personajları təyin edir

personajların hərəkətlərinin motivini izah edir və onlarıın hərəkətlərini qiymətləndirir

personajlar arasında mövcud münasibətləri təyin edir

personajları həm izahatla verilən informasiya, eləcə də məzmunun dərk edilməsi əsasında 

xarakterizə edir
əsərdə süjetin inkişaf mərhələlərini (başlanğıc, hadisələrin gedişatı, son) ayırır

hadisələr və personajların müəllif qiymətləndirməsini təyin edir


XARİCİ  DİLLƏR 
X.D. - 104
2009
Xar.c.V.7. Şagird komiks oxuyur və anlayır.
Nəticə əldə edilmişdir, əgər şagird:
dialoq və nəqli mətnlərin dizaynını bir-birindən fərqləndirir

mətni və şəkli bir-biri ilə əlaqələndirir

təsviri və tipoqrafik üsullarla ifadə edilən emosiyaları, əhval-ruhiyyələri (məs., qışqırtını, 

acıqlanmanı qeyd etmək üçün iri şrift və sairə) təyin edir
illustrasiyalara əsaslanaraq epizodların məzmununu təyin edir

mədəniyyət sahəsindən şəkillərdə və ya mətndə verilən, implisitiv informasiyanı təyin edir 

(dövr, ölkə, tarixi hadisə, bu və ya digər sosial dairənin tipik nümayəndələri və sairə) 
Xar.c.V.8.  Şagird mətnin struktur xüsusiyyətlərini və öyrəndiyi dil-
      
qrammatik formaları və məzmun kontekstində onların  
 
      
funksiyalarını təyin edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
əsas,  əlavə  və  yekunlaşdırıcı  abzasları  ayırmağa  çalışır,  əlavə  abzasların  funksiyasını 

müəyyən edir (məs., əvvəlki abzasda verilən fikrin açılması/dəqiqləşdirilməsi, səbəblərin 
izah edilməsi, misallar gətirilməsi)
başqasının dediklərinin hansı forma ilə (vasitəli/vasitəsiz) verildiyini məyyən edir

bu və ya digər məsələlərə olan müxtəlif növ yanaşmaları ifadə edən dil formullarını (məs., 

yaxşıdır, dəstəkləyirəm/etiraz edirəm, lakin...., doğrudur, amma.... , zənn etmirəm......., 
razılaşmıram.... , düşünürəm ki və s.) təyin edir və qruplaşdırır
 ifadələri və sözləri təyin edir, hansılar ki, oxucuya  faktı qiymətləndirmədən/yanaşmadan/

nəzərdən (xüsusiləşdirilmiş sözlər və ifadələr, müxtəlif modallığı ifadə edən fellər) ayıra 
bilməyi yardım edir
vaxt və məkanı qeyd edən sözləri, konstruksiyaları təyin edir

bir mətnin hüdudlarında mətnin funksional tiplərini (nəql, təsvir, təhlil) ayırır və uyğun 

əlamətləri göstərir
lazım markerlərə əsaslanaraq süjetin inkişaf mərhələlərinin (

düyünün yığılması, hərəkətlərin 
inkişafı  –  kulminasiya  və  düyünün  açılması)  harada  başlayıb  harada  sona  çatmasını 
göstərir
zaman münasibət növlərini (

hərəkətlərin eyni zamanda olması, ardıcıllıq) və bu münasibətləri 
ifadə edən vasitələri (məsələn, uyğun əlaqələr, fel formaları, baş və tabeli cümlələrin təşkili, 
baş cümlədə göstəriləcək sözlər və sairə) uyğun şəkildə izah edir və təyin edir
məntiqi əlaqələri (səbəb, nəticə, məqsəd, əks-mövqe, şərtilik) ifadə edən sadə və mürəkkəb 

dil strukturlarını təyin edir
fikrin ardıcıllığını ifadə edən qrammatik-dil vasitələrini təyin edir (məs., 

anafor əvəzliklər və 
zərflər, sözün leksik və semantik təkrarlanması, sinonim və antonim əvəzedicilər, fel-xəbərin 
zaman formaları və sairə)

X.D. - 105
XARİCİ  DİLLƏR 
2009
danışıq prosesində iştirak edən şəxslərin sayına əsasən (monoloq, dialoq, poliloq) mətni və 

ya onun parçasını xarakterizə edir
konkret dil əlamətlərinə əsaslanaraq göstərir ki, mətndə müəllifin nitqinə və hadisələrin 

müəllif tərəfindən qiymətləndirilməsinə təsadüf edilirmi.
Xar. c.V.9. Şagird mətni/parçanı ucadan oxuyur.
Nəticə əldə edilmişdir, əgər şagird:
auditoriya qarşısında oxumaq istədiyi mətni/parçanı seçir

oxuyana qədər mətnin məzmunu düşünür

məzmuna uyğun olaraq danışıq tempini, səs tembrini və hündürlüyünü dəyişir

mətndə əks olunan emosiyaları intonasiya ilə ifadə edir

durğu işarələrinin funksiyası ilə intonasiyadan istifadə edir

məzmuna əsasən mimika-jestikulyasiyadan istifadə edir

oxu prosesində auditoriya ilə görmə əlaqəsini yaratmağa çalışır

səlis və aydın danışır

   Oxu strategiyaları
Xar.c.V.10.  Şagird oxu məsələlərinin effektiv şəkildə həllinə dəstək göstərmək  
      
və oxu bacarığını təkmilləşdirmək məqsədilə müxtəlif   
 
      
strategiyalara müraciət edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
tanışedici  oxu  üsullarından  istifadə  edir:  mətnin  quruluşuna,  başlığına,  abzaslara, 

illustrasiyalara, sərlövhələrə, seçilən sözlərə və s. diqqət yetirir; yad sözlərin üzərində 
dayanmır
öyrədici    oxu  üsullarından  istifadə  edir:  ilk  dəfə  oxuduqda  mətnlə  ümumi  tanış  olur;  

çətinliklərin qarşısını almaq üçün tanış olmayan, mürəkkəb və ya əsas hissələri bir də oxuyur; 
kontekstin, təcrübənin və ya lüğətin yardımı ilə yad sözlərin mənalarını dəqiqləşdirir
axtarıcı oxu üsullarından istifadə edir: konkret informasiyanı axtarmaq məqsədilə sürətlə 

mətni oxuyur, dayaqlar axtarır: düyün sözlər, abzasların birinci cümlələrini, rubrikaları, 
izahatları, sxemləri, cədvəlləri və sairə 
yad sözlərin, ifadələrin mənalarını tanış eıementlərin yardımı ilə (illustrasiyalar, tanış kök, 

kontekst, ana dilində tətbiq edilən sözlər və sairə) sərbəst şəkildə təyin edir
müxtəlif elementlərin yardımı ilə (başlıq, abzasların əvvəli, düyün sözlər, abzaslardan biri, 

seçilən sözlər) mətnin məzmunu haqqında ehtimallarını söyləyir
dinlənilən məsələnin həllini hansı üsulla/yolla həll edə bildiyini təsvir edir


XARİCİ  DİLLƏR 
X.D. - 106
2009
başqaları tərəfindən seçilən üsulu müqayisə edir və nəticə çıxarır ki, hansı yanaşma daha 

effektiv idi
oxu məsələsini həll etmək üçün həm ana dilində, eləcə də başqa dildə aldığı təcrübədən 

istifadə edir
Xar.c.V.11. Şagird sxematik qeydlərin müxtəlif texnikalarına sahib olur.
Nəticə əldə edilmişdir, əgər şagird:
mətni bütövlükdə oxuyur, başqa-başqa simvollarla əsas məsələləri, ikincidərəcəli ideyaları, 

düyün sözləri qeyd edir
ikincidərəcəli ideyaların təyinatını (əsas ideyanın illustrasiyası, səbəblərin izah edilməsi, 

dəqiqləşdirilməsi vəs.) müəyyən edir
mətnin strukturunu, yəni mətndə informasiyanın təşkili qaydasını (məsələn, 

xronoloji struktur 
– nə nədən sonra olmalıdır; məkan strukturu – bir yerdən başqa yerə keçid/coğrafi məzmunlu 
mətndə/; meyarlar üzərindəqurulan struktur – bir problem və həmin problemin müxtəlif 
aspekti; induktiv struktur – faktlar və sonda nəticə; deduktiv struktur – qanunauyğunluq və 
onun təsdiqedici misalları; qarşılıqlı struktur – müsbət və mənfi aspektlər, üstünlüklər və 
qüsurlar; üçhissəli struktur – fakt/problem, nəticə, səbəb, çıxış yolu və sairə) üzərə çıxarır
 informasiyanın çeşidlənməsi üçün sxematik qeydlərin müxtəlif texnikalarından istifadə edir 

(ierarxiyalı strukturlu sxematik plan, şaxələnmiş sxem, düyün sözlərinin cədvəli və s.) 
yerinə yetirilmiş sxemi sinif yoldaşlarına göstərir, başqalarının sxemləri ilə tanış olur

başqaları ilə birlikdə sxematik qeydləri qiymətləndirir (hansı yaxşıdır və niyə, kim və niyə 

yaxşılaşdırmalıdır və sairə)
göstərişlər/məsləhətlər verir/nəzərə alır

sxematik qeydlərin təkmilləşdirilməsi üçün sinif yoldaşları, müəllimlə əməkdaşlıq edir

    İstiqamət: Yazı
Xar.c.V.12.  Şagird konkret problemli vəziyyətlə əlaqədar izahat məktubu,  
      
ərizə, məktub yazır.
Nəticə əldə edilmişdir, əgər şagird:
rəsmi tərəfə riayət edir (lazımi yerdə müəllifin/adresatın koordinatlarını, şəxsi göstəricilərini, 

tarixi, müraciət/sağollaşma formullarını, imzaları qeyd edir)
problemi ayırır

vəziyyəti, problemi yaradan səbəbləri təsvir edir

vəziyyətdə iştirak edən şəxslərin hərəkət motivlərini izah edir

adresata  problemin  həlli  yollarını  təklif  edir,  məsləhətlər,  tövsiyyələr  verir  (məsələn, 

məktəbdə yaranan problemlə əlaqədar)

X.D. - 107
XARİCİ  DİLLƏR 
2009
problemə yaxud da onu yaradan səbəblərə olan şəxsi münasibətini ifadə edir

yazıda fikir ardıcıllığına riayət edir

fikri aydın şəkildə formalaşdırır

Xar.c.V.13.  Şagird aktual mövzu/məsələ üzrə (məsələn, şagird və mobil
      
telefon, şagirdlərin məktəbə münasibətləri, kitab və internet və s.)   
      
müxtəlif növ mətn yazır (məktəb vəya gənclər jurnalı üçün esse,  
      
məktub).
Nəticə əldə edilmişdir, əgər şagird:
özünü təqdim edir

konkret məsələ ilə əlaqədar şəxsi təcrübəsini xırdalıqla təsvir edir

müsbət və mənfi aspektləri/tərəfləri ayırır və onları izah edir, uyğun misallar gətirir

məsələyə olan şəxsi münasibətini ifadə edir

şəxsi təcrübəsindən gətirdiyi konkret misal əsasında öz münasibətini izah edir

nəticə çıxarır

məktuba/məqaləyə başlıq verir

yazıda fikir ardıcıllığına riayət edir

fikri aydın şəkildə formalaşdırır

Reklam xarakterli mətn yazır (turistik bələdçi, informasiya kitabçası)
adresatı müəyyən edir (məsələn, regionda yaşayan xarici həmyaşıdları, yoldaşlıq edilən 

məktəbin şagirdləri)
mətnin formatını müəyyən edir (məsələn, bələdçi, qəzet rubrikası „Səyahətçinin təəssüratları“, 

yaxud da meriyanın internet səhifəsində yerləşdirmək üçün məktub yazır və sairə)
məqsədi müəyyən edir (regionda olan mehmanxanaların və ya əyləncə fəallıqları haqqında 

məlumat vermək, xarici həmyaşıdların regiona cəlb olunması və sairə)
məqsəddən irəli gələrək rubrikaları tərtib edir (məsələn, diqqətəlayiq yerlər, əyləncələr, 

adət-vərdişlər, yerli mətbəx və s.)
hər  bir  rubrika  üçün  qısa  informasiya  mətnlərini  yazır,  harada  detalları  təsvir  edir  və 

qiymətləndirmələr verir
öyüd-nəsihətlər verir

mətni lazımi şəkildə tərtib edir (foto, rəsm, xəritə, plan və s.)

fikri aydın şəkildə formalaşdırır


XARİCİ  DİLLƏR 
X.D. - 108
2009
Xar.c.V.14.  Şagird yazıda mətnin strukturunu yaradır, baza qrammatik-dil  
      
vərdiş-bacarıqlarına sahib olur və funksional şəkildə istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
məqsəddən  irəli  gələrək  mətnin  lazımi  strukturunu  seçir,  abzasdan  və  digər  struktur 

təşkiledicilərdən (başlıq, başlıqaltı, rubrika və sairə) düzgün istifadə edir
istək-arzu, öyüd-nəsihəti ifadə edən dil konstruksiyalarından, formullardan istifadə edir

indiki, keçmiş və gələcək zamanları ifadə etmək üçün felin formalarından düzgün şəkildə 

istifadə edir
məntiqi əlaqələri (səbəb, nəticə, məqsəd, əks-mövqe, şərtilik) ifadə etmək üçün sadə dil 

strukturlarından sərbəst şəkildə istifadə edir
kommunikasiya vəziyyətinə/məqsədə uyğun şəkildə öyrəndiyi dil konstruksiyalarından, 

klişelərdən, formullardan istifadə edir
emosiyaları, münasibətləri, təəssüratları ifadə edən tez-tez istifadə edilən dil vasitələrindən 

istifadə edir (leksik vahidlər, söz birləşmələri, klişelər, dil konstruksiyaları)
hərəkətlərin eyni vaxt və ardıcıllıqlarını (qabaqlayan/ləngidən hərəkətlər) ifadə etmək üçün 

sadə strukturlardan istifadə edir
şəxsin, əşyanın, hadisənin xarakterizə edilməsində münasib dil vasitələrini seçir (təyinlər, 

müqayisələr, qəbuledicilər) 
mətnin  yaradılmasında  fikir  ardıcıllığına  uyğun  dil-qrammatik  vasitələrinə  (məsələn, 

anafor əvəzliklər və zərflər, sözün leksik və semantik təkrarlanmaları, sinonim və antonim 
əvəzediciləri, fel-xəbərin zaman formaları və sairə) riayət edir
göstəriləcək sözlər və üzv-əlaqələri düzgün əlaqələndirir (məs., o, ........ hansı ki; onlar ..... 

hansılar ki)
vasitəli və vasitəsiz ifadələri ötürən dil vasitələrindən istifadə edir

təsvir-xarakterizə etdikdə müxtəlif növ müqayisədən istifadə edir

durğu işarələrinə (mürəkkəb cümlələrdə, dialoqu verdikdə) və orfoqrafik normalara riayət 

edir
şərtilik, ehtimal, fərziyyə ifadə edən cümlələrdə lazımi sintatik konstruksiyalardan istifadə 

edir
bir fikir hissəsindən /məsələsindən ikinciyə keçmək üçün lazımi sözlər və dil formalarından 

istifadə edir (ilk əvvəl, sonra, sonda, deyirlər, mənim fikrimcə, belə ki, və sairə)
subyektiv yanaşmanı ifadə edən qrammatik-dil vasitələrindən istifadə edir.

                     

X.D. - 109
XARİCİ  DİLLƏR 
2009
   Yazı strategiyaları
Xar.c.V.15.  Şagird yazı prosesinin bütün mərhələlərində (hazırlıq, mətnin  
      
tərtib edilməsi, mətnin təkmilləşdirilməsi) yazının  effektiv    
      
strategiyalarına sahib olur və onlardan istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
 verilən kommunikasiya məsələsini nəzərə almaqla, yaddaşında lazımi informasiyanı axtarır, 

yəni lazımi biliyini fəaliyyətə gətirir (həm dil, eləcə də ritorik və süjetin özü ilə əlaqədar) 
 lazım gəldikdə resurslar arasında əlavə informasiya axtarır

 zehni yürüşə müraciət edir və yazılacaq mövzu ilə əlaqədar  fikrinə gələn bütün ideyaları 

yazır
 informasiyaları və ideyaları seçir, onları bir-biri ilə necə əlaqələndirməyi düşünür, yəni 

plan hazırlayır
  plana əsaslanaraq mətn yazır

 mətnin yazılma prosesində daim yazılara diqqət yetirir, müəyyən edir ki, deyiləcəkləri nə 

qədər aydın və ardıcıllıqla verə bilir, lazım gəldikdə dəyişikliklər edir – planı yenidən təşkil 
edir, informasiya əlavə edir və ya azaldır və sairə
 yazının yoxlanışı zamanı oxucusu ilə daim kommunikasiyanı saxlayır, adresatın yəni, 

potensial oxucunun baxışı ilə qiymətləndirməyə çalışır ki, yazıda kommunikasiya məqsədini 
nə qədər effektiv şəkildə göstərə bildi
 oxucu üçün yarada biləcək və müəyyən dərəcədə kommunikasiyaya mane ola biləcək dil 

və ya məzmun nöqsanları üzərində düzəlişlər aparır. Buna müvafiq olaraq sözləri, cümlələri, 
mətnin bir hissəsini əlavə edir və ya çıxarır, qrammatik və ya orfoqrafik səhvləri düzəldir
  yazısını yeni informasiyalarla zənginləşdirməyə, bir neçə ideyanı başqa cür qruplaşdırmağa, 

planı hissə ilə və ya bütövlükdə dəyişməyə, mətni dərindən dəyişməyə və s. çalışır
 keyfiyyətli məhsul yaratmaq üçün hər zaman adresatın, kommunikasiya məqsədi və mətn 

arasında müvafiqliyi nəzərə alır 
yazını sinif yoldaşlarına oxuyur, onların qeydlərini nəzərə almaqla yazısını yaxşılaşdırır

yazını ağlamaya köçürür

yadına salır ki, başqa fənlərdə mətni tərtib etdikdə hansı növ srtategiyalardan istifadə edir, 

köhnə və yeni təcrübələri müqayisə edir, nəticə çıxarır
təhlil edir ki, istifadə etdiyi strategiyalar hansı dərs və həyati vəziyyətdə onun köməyinə 

gələ bilər.

XARİCİ  DİLLƏR 
X.D. - 110
2009
   İstiqamət: Danışıq
Dialoq nitqi
Xar.c.V.16. Şagird ona tanış mövzu, məsələlər üzrə interaksiyada iştirak edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
onun  üçün  yaxşı  tanış  olan  mövzu  üzrə  hazırlıqsız  informasiya  mübadiləsini  etməyi 

bacarır
bu və ya digər mübahisəli məsələ ilə əlaqədar hazırlığı olmadan öz yanaşmasını, mövqeyini 

ifadə edir və onu izah edir (nəyi bəyənir/nəyi bəyənmir, niyə)
müxtəlif növ seçim edir və onu izah edir (məsələn, hansı personajı daha çox bəyənir və niyə, 

hansı nəzərlə razılaşır və niyə və sairə) 
həmsöhbətlərin replikalarına reaksiya göstərir – informasiyanı dəqiqləşdirir, şərh verir

öz emosiyalarını, əhval-ruhiyyəsini ifadə edir

şəxsi mövqeyindən hadisələri, faktları, əməlləri qiymətləndirməyi bacarır.

Xar.c.V.17. Şagird məişət kommunikasiya vəziyyətini ifadə edir.  
Nəticə əldə edilmişdir, əgər şagird:
hazırlıq xaricində rol oyunlarında, simulyativ vəziyyətlərdə iştirak edir, hansılar ki, adi məişət 

vəziyyətini əks etdirirlər (məsələn, dostların tətilləri keçirməyə üç başqa-başqa imkanları 
var; onlardan hər biri öz seçiminin müsbət tərəflərini üzərə çıxarır)
əvvəlcədən hazırlıq əsasında simulyativ vəziyyətlərdə iştirak edir, hansılar ki, gözlənilməyən 

məişət vəziyyətini əks etdirirlər, bu zaman özünü doğrultmaq, etiraz etmək lazım gəlir 
(məsələn, kitabxanada oxucudan kitab tələb edirlər, o  isə, artıq kitabı təhvil veribdir; 
sərnişin görür ki, onun yerində başqası oturubdur; alıcı aldığı əşyanı geri qaytarır, hansı 
ki, xarab imiş və sairə)
aktual mövzu üzrə müsahibə verir/alır

Monoloq nitqi
Xar.c.V.18. Şagird ona tanış olan mövzu üzrə ardıcıllıqla söhbət aparır.
Nəticə əldə edilmişdir, əgər şagird:
öz təcrübəsi haqqında detallarda söhbət edir, öz emosiyaları, reaksiyalarını təsvir edir


X.D. - 111
XARİCİ  DİLLƏR 
2009
 filmin, kitabın süjet xəttini danışır

 oxuduğu mətnin ətrafında rezyume hazırlayır, əsas mətni, müzakirə edilən məsələləri, 

mətndə əks olunan fərqli baxışları ötürür, öz münasibətlərini ifadə edir
 elə bir illustrasiyalara əsaslanaraq müzakirə edir ki, hansında problematik vəziyyət və ya 

aktual məsələ əks olunub (detallıqla vəziyyəti təsvir edir, problemi, məsələni müəyyən edir 
və şəxsi təcrübəsinə əsaslanaraq onu izah edir)
söhbət zamanı məna ardıcıllığına riayət edir

fikri aydın şəkildə formalaşdırır

Xar.c.V.19. Onun üçün maraqlı mövzu üzrə şifahi məruzəni (təqdimatı)   
      
təqdim edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
mövzunu adlandırır

giriş hissəsində təhlil ediləsi məsələləri təqdim edir

faktlar, misallar gətirir

söhbət zamanı vizual materialdan istifadə edir

ardıcıllıqla, aydın şəkildə fikri formalaşdırır

konkret informasiyaya/müzakirə olunası məsələlərə olan münasibətlərini ifadə edir

nəticə çıxarır

yazıda fikir arıdıcıllığına riayət edir

fikri aydın şəkildə formalaşdırır 

Xar.c.V.20.  Şagird baza qrammatik-dil vərdiş-bacarıqlarına sahib olur və  
      
onlardan funksional şəkildə istifadə etməyə çalışır.
Nəticə əldə edilmişdir, əgər şagird:
  kommunikasiya vəziyyətinə uyğun olaraq öyrəndiyi dil konstruksiyalarından, klişerlərdən, 

ifadələrdən formullardan, familyar və nəzakətli formalardan istifadə edir
 nəql etdikdə keçmiş, indiki və gələcək zamanı ifadə etmək üçün  öyrəndiyi fel formalarından 

düzgün istifadə edir
 hadisənin  ötürülməsində hadisələrin ardıcıllığını ifadə edən sözlərdən (hələ, sonra, axırda) 

düzgün istifadə edir
 söhbətin mövzusuna uyğun öyrəndiyi leksikadan istifadə edir

   öyrəndiyi dil konstruksiyalarında sintaktik yanaşmalara riayət edir

   emosiyaları, münasibətləri, təəssüratları ifadə edən dil vasitələrindən (leksik vahidlər, söz 

birləşmələri, klişelər, dil konstruksiyaları) istifadə edir

XARİCİ  DİLLƏR 
X.D. - 112
2009
hərəkətlərin eyni zamanda olmasını və ardıcıllıqlarını ifadə etmək üçün (qabaqlayan/sonra 

gələn hərəkətlər) sadə strukturlardan istifadə edir
subyektiv yanaşmaları ifadə edən qrammatik-dil vasitələrindən istifadə edir (cəlb edilmiş, 

əlavə, xüsusiləşdirilmiş sözlər və ifadələr və sairə)
bir məna hissəsindən digərinə keçmək üçün lazımi sözlər və dil  formullarından istifadə edir 

(müvafiq olaraq, məsələn, bundan başqa, belə ki və sairə)
hadisələri  və  hərəkətləri  qiymətləndirdikdə  qiymətləndirməni  ifadə  edən  sözlər  və  dil 

formullarından düzgün şəkildə isitfadə edir
sual vermə, xahiş, əmrlərin və hisslərin ötürülməsində sözlərin sırasına və bu modallıq üçün 

xarakterik olan intonasiyaya riayət edir
şəxsi, əşyanı, hadisəni xarakterizə etdikdə uyğun dil vasitələrini seçir (təyinlər, müqayisələr, 

feli sifətlər)
öyrəndiyi dil konstruksiyalarında sintaktik yanaşmalara riayət edir.

Yüklə 5,08 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin