Qaydalari ümumi müddəalar



Yüklə 24,85 Kb.
səhifə1/7
tarix23.03.2023
ölçüsü24,85 Kb.
#89383
növüQaydalar
  1   2   3   4   5   6   7
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili

Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili




QAYDALARI
  1. Ümumi müddəalar


1.1. Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydaları (bundan sonra “Qaydalar”) “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, ““Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli 156 nömrəli Fərmanının 1.3 bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq olunmuş “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”, “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları”na və Avropa Kredit Transfer Sisteminə uyğun hazırlanmışdır.



    1. Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün ali təhsil müəssisələrinə şamil olunur.

    2. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələndirilir:

  • hər bir tələbənin fərdi tədris planının olması və onların bu planın tərtibində iştirakı;

  • ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorların seçilməsi;

  • təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;

  • tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;

  • biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiqi;

  • hər semestrdə tədris qruplarının fənlər üzrə formalaşması;

  • hər bir fənn üzrə ayrıca jurnalın tərtibi;

  • tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;

  • təhsilalma müddətinin tələbənin nailiyyətindən asılılığı;

  • fakültələrin, kafedraların, ixtisasların, fənlərin, müəllimlərin, tələbələrin kodlaşdırılması.

    1. Ali təhsil müəssisəsi tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış etməli və tələbəyə təhsil müddətində tədris planında müəyyən olunmuş krediti qazanmasına şərait yaratmalıdır.

    2. Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili müvafiq qurumları (tədris hissəsi, qeydiyyat, qiymətləndirmə, monitorinq) tərəfindən tənzimlənir.

    3. Bu qaydalar ali təhsilin əyani və qiyabi təhsilalma formalarına şamil edilir.




Yüklə 24,85 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin