Qaydalari ümumi müddəalar



Yüklə 24,85 Kb.
səhifə4/7
tarix23.03.2023
ölçüsü24,85 Kb.
#89383
növüQaydalar
1   2   3   4   5   6   7
Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili

Tədrisin təşkili





      1. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Bundan əlavə yay tətili müddətində 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər.

      2. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadan kənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi yükünün həcmi 45 saatdır. Beləliklə, tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir.

Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanması və müdafiəsi, eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlıq, imtahanın verilməsi və təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

      1. İxtisasın (ixtisaslaşmanın) təhsil müddətindən asılı olaraq tələbələrə bakalavriatda 240-300 kredit (tibb təhsilində 300-360 kredit), magistraturada 90 və ya 120 kredit müəyyənləşdirilir. Müəyyən olunmuş kreditin tələbə tərəfindən yığılması məcburidir.

Tələbəyə hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan əlavə müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla bu Qaydaların 3.2.8 bəndinin ikinci abzasının tələbləri gözlənilməklə, hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərti ilə fənn(lər) də seçməyə icazə verilir. Bu halda təhsil haqqının ödənilməsi Qaydaların 4.5 bəndinin tələblərinə uyğun həyata keçirilir.

      1. Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etmək və ya oxşar ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlər və onlara ayrılan kreditlərin ən azı 70%-i eyni olduğu halda) əlavə təhsil almaq məqsədilə bu Qaydaların 3.2.3 bəndinin ikinci abzasının tələbləri gözlənilməklə ödənişli əsaslarla müvafiq ixtisasların fənn(lər)ini seçmək hüququ da verilir. Bu qayda ilə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom verilir.

      2. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin aşağıdakı fəaliyyəti üzrə müəyyənləşir:

        • auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;

        • auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi;

        • təcrübələrdə iştirak etməsi;

        • laboratoriya işlərini yerinə yetirməsi;

        • kurs işi və layihələrini hazırlaması və müdafiəsi;

        • imtahanlara hazırlıq və imtahanları verməsi;

        • buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanına hazırlıq və imtahanı verməsi.

Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:

  1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə;

  2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə;

  3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə.

      1. Oxşar ixtisas (ixtisaslaşma) üzrə tədris planları hazırlanarkən müvafiq fənlərin məzmununun unifikasiyasına nail olunmalıdır.

      2. Kredit sistemində ali təhsil müəssisəsi tərəfindən ixtisasın (ixtisaslaşmanın) təhsil proqramı, ixtisasın (ixtisaslaşmanın) tədris planı (forma 1) və ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki (forma 2) hazırlanaraq müvafiq qurumlara, tələbənin fərdi tədris planı (forma 4) və müəllimin illik işçi tədris planı (forma 5) müvafiq olaraq tələbələrə və müəllimlərə verilir, eləcədə ali təhsil müəssisəsinin saytında yerləşdirilir.

      3. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə tələbənin fərdi tədris planı müəyyən olunmuş forma üzrə (forma 4) özü tərəfindən tərtib olunur. Bu zaman akademik məsləhətçinin (tyutor) köməyindən də istifadə oluna bilər. Tələbənin fərdi tədris planı tərtib edilərkən ali təhsil müəssisəsi ona həm fənn, həm də yüksək ixtisaslı müəllimlərin (müəllimlərin vəzifələri, elmi dərəcələri və elmi adları göstərməklə) seçilməsində öz təkliflərini verir.

Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı tərtib olunarkən buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir. Zərurət yarandığı halda bu tələblərə istisnalar da ola bilər.

      1. İxtisasın (ixtisaslaşmanın) illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı (forma 1), tədris qrafiki (forma 2) və tələbələrin fərdi tədris planları (forma 4) əsasında ali təhsil müəssisəsi tərəfindən hazırlanır.

      2. Müəllimlərin illik işçi tədris planı (forma 5) ixtisasın (ixtisaslaşmanın) illik işçi tədris qrafiki (forma 2) və tələbələrin fərdi tədris planları əsasında hazırlanır.

      3. Fənn üzrə semestr göstəricilərinə və imtahan nəticələrinə görə müvəffəq qiymət almış tələbə həmin fəndən kreditləri qazanmış hesab edilir. Əks təqdirdə tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə akademik borcu qalır.

Fənn(lər) üzrə akademik borcu qalan tələbə həmin fənn(lər)i yenidən dinləməlidir. Bu zaman tələbə həmin fən(lər)dən dərslərdə iştirak etməklə onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.

      1. Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil müddətindən sonrakı 3 ildə toplaya bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər olunan bəzi peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir və həmin kreditləri bu Qaydaların tələblərinə uyğun yenidən yığmalıdır.

      2. Tələbə bir ali təhsil müəssisəsindən (ixtisasdan) digərinə köçürüldüyü, tələbələr sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda onun əvvəllər qazandığı kreditlər bu Qaydaların 3.2.12 bəndinin müddəaları gözlənilməklə nəzərə alınır.

      3. Tələbəyə müəllim seçmək imkanı yaradılır. Bir müəllimi seçənlərin sayı bakalavriat səviyyəsində 30-dan çox olarsa, ali təhsil müəssisəsi bu fənn üzrə ikinci qrup təşkil

edir və buraya fənnin tədrisi üçün eyni səviyyədə olan müəllim cəlb edir. Bu halda tələbələrin qruplar üzrə siyahısı ərizələrinin qeyd olunma ardıcıllığına görə müəyyənləşdirilir.

      1. Ali təhsil müəssisələrində fənn və müəllimlərin seçiminə geniş imkan yaratmaq məqsədilə dərs cədvəli fənlər üzrə (müəllim göstərilməklə) tərtib olunur (Forma 6).

      2. Ali təhsil müəssisəsi tərəfindən növbəti tədris ili üçün ixtisaslar (ixtisaslaşmalar) üzrə illik işçi tədris planı və fənlər üzrə dərs cədvəlləri tələbələrin fərdi tədris planlarının əsasında hazırlanaraq mövcud qaydada tərtib və təsdiq edilir.

      3. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı vermək imkanı yaradılır.

Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn(lər) üzrə akademik borcu qalmış hesab olunur və o, həmin fənn(lər) üçün müəyyən olunmuş kreditləri bu Qaydaların 3.2.11 bəndinin ikinci abzasının tələblərinə uyğun olaraq qazana bilər.

      1. Tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirə, seminar, praktik məşğələlər ayrılan akademik saatlara müvafiq müəyyənləşdirilir. Bu zaman əyani təhsilalma forması üzrə bir qayda olaraq bütün növ dərslərin 1 (bir) akademik saatına 1 (bir) saatdan az olmayaraq sərbəst iş müəyyənləşdirilir. Sərbəst işlərin ümumi həcmindən ən azı 40%-i dərsdənkənar vaxtda müəllimin rəhbərliyi ilə həyata keçirilməlidir. Müəllimin tələbələrlə sərbəst işi onun tədris-metodiki işi hesab edilir.

Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin həlli, ev tapşırıqları, kurs işləri (layihələri), yoxlama işlərinin yerinə yetirilməsi, hesabatların tərtib edilməsindən ibarət olub xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərs cədvəlinə daxil edilmir.

    1. Yüklə 24,85 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin