V.Ə. Qasımov


informasiya texnologiyaları



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə5/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44
Gasimov-informatika-darslik (1)

informasiya texnologiyaları
 
adlanır.
Informasiya 
prosesləri 
dedikdə isə informasiyanın 
yaradılması, yığılması, işlənməsi, saxlanması, axtarışı və 
yayılması prosesləri başa düşülür.
Məlum olduğu kimi, müasir informasiya texnologiyalarının 
əsasını 
təşkil 
edən 
kompüter 
texnikası 
cəmiyyətin 
informasiyalaşdırılması prosesində insan fəaliyyətinin bütün 
sahələrinə nüfuz edərək onların yaradıcılıq imkanlarını 
əhəmiyyətli dərəcədə artırır.
Informasiyalaşdırma 
– 
informasiya 
ehtiyatlarının 
formalaşdırıl-ması, təqdim edilməsi və istifadə olunması əsasında 
dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarının, bütün 
müəssisə, idarə və təşkilatların, vətəndaşların informasiya 
tələbatlarının və bu sahədəki hüquqlarının təmin edilməsi üçün 
optimal şəraitin yaradılması üzrə təşkilati, sosial-iqtisadi və elmi-
texniki prosesdir. 
Bu baxımdan informasiya texnologiyaları, o cümlədən 
kompüter texnikası cəmiyyətin inkişafının əsas təkanverici 
amillərindən biri kimi formalaşmışdır. Ona görə də iş yerlərində, 
təhsildə, elmdə və istehsalatda tətbiq edilən kompüter 
texnologiyasının sirlərinə yiyələnmək günün başlıca tələbinə 
çevrilmişdir. 
1.2.
 
Informasiya anlayışı 
Qeyd 
olunduğu kimi, informatikanın əsas obyekti 
informasiyadır. Elm və texnikanın astronomik sürətlə inkişafı ilə 
əlaqədar olaraq informasiya axınlarının həcmi olduqca artmışdır. 
Ona görə də informasiyanın toplanması, emal edilməsi, 


10 
saxlanması və tələb olunan yerə ötürülməsi fizioloji varlıq kimi 
insanın imkanları xaricindədir. Bu problemlərin öyrənilməsi və 
həlli ilə informatika elmi məşğul olur. Informasiyanın avtomatik 
emalı məqsədilə müasir informasiya texnologiyalarından, o 
cümlədən kompüterlərdən istifadə edilir. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin