V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə9/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   44
Gasimov-informatika-darslik (1)

ikilik say sistemi 
adlanır. Ikilik say sistemi ingiliscə 
"binary digit"
adlanır. Say sistemləri növbəti fəsildə daha ətraflı 
öyrəniləcəkdir. 
1.4.
 
Informasiyanın ölçü vahidləri
Qeyd olunduğu kimi, müasir informasiya texnologiyalarının 
xüsusiyyətlərindən irəli gələrək, informasiyanın həcminin 
ölçülməsi üçün bit və bayt baza vahidlərindən istifadə edilir. Digər 
ölçü vahidləri baytdan törəmə ölçü vahidləridir.
Bit
– informasiyanın saxlanması üçün istifadə olunan ən 
kiçik 
ölçü 
vahidi 
olub 
yaddaş 
qurğularının 
fiziki 
texnologiyasından irəli gəlmiş və informasiyanın saxlanması üçün 
nəzərdə tutulmuş elementlərlə müəyyən olunmuşdur. Məlum 
olduğu kimi, 1 bit – bir ikilik simvola, yəni 0 və ya 1 rəqəmlərinə 
uyğun gəlir.
Informasiyanın emalı zamanı bitlərin istifadəsi əlverişli 
olmur. Bu məqsədlə baytlardan istifadə olunur. 
Bayt
- verilənlərin 
və ya kompüterin yaddaşının ünvanlana (müraciət oluna) bilən ən 
kiçik vahididir. 1 bayt 8 bitdən ibarətdir. Ilk baxışdan elə yanlış 
təsəvvür yarana bilər ki, baytda saxlanılan informasıyanın miqdarı 
onun hər hansı bitindəki informasiyanın həcmindən 8 dəfə çoxdur. 
Əslində baytda informasiyanın həcmi üçün bitlərin sayı deyil, eyni 
zamanda onların sıradakı mövqeyi də əhəmiyyət kəsb edir. Belə 
ki, 00000001, 00001000, 10000000 baytları bitlərin, yəni 1 və 0 
rəqəmlərinin sayının eyni olmasına baxmayaraq, müxtəlif ölçülü 
məlumatları (uyğun olaraq 1, 8 və 128 ədədlərini) ifadə edirlər. 


15 
Onluq say sistemində olan ədədlərin ikilik say sistemində 
ekvivalentinin tapılması, ədədlərin bir sistemdən digərinə 
çevrilməsi qaydalarına növbəti fəsildə baxılacaqdır. Lakin burada 
qeyd etmək lazımdır ki, 1 baytın, yəni 8 bitin köməyilə 256 (0-dan 
255-ə qədər) ədədi ifadə etmək mümkündür: 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin