V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə12/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   44
Gasimov-informatika-darslik (1)

 
1.6.
 
Informasiyanın təsvir edilməsi üçün Unicode 
standartı
Qeyd olunduğu kimi, kompüterlər yalnız rəqəmlərlə işləyə 
bilir. Ona görə də kompüterlərin yaddaşında hərfləri saxlamaq 
üçün hər bir simvola, o cümlədən hərf və ya rəqəmə müəyyən bir 
ədəd (kod) qarşı qoyulur. Əvvəllər simvolların kodlaşdırılması 
üçün müxtəlif simvollar çoxluğundan (standartlarından) istifadə 


18 
olunurdu. ASCII, DOS, ISO, KOI, Windows və s. kodlarını belə 
standartlara misal olaraq göstərmək olar. Onlardan birincisi, yəni 
ASCII standartı artıq əvvəlki paraqrafda baxılmışdır. 
Lakin bu standartlardan heç biri kompüter sistemlərində və 
digər hesablama texnikasında istifadə olunan bütün simvolları 
təsvir etməyə imkan vermir. Bu baxımdan müxtəlif sistemlərdə 
(Windows, Unix, Macintosh və s.) ayrıca bir dil üçün müxtəlif 
kodlaşdırmalardan istifadə olunurdu. Elə bir standart kodlaşdırma 
sistemi yox idi ki, o, bütün hərfləri, rəqəmləri, simvolları, işarələri 
və texniki simvolları özündə cəmləşdirsin. Eyni zamanda bir neçə 
dildə işləmək problem yaradırdı.
Bundan əlavə, çox vaxt bu kodlaşdırma standartları arasında 
uyğunluq olmurdu. Məsələn, mövcud iki müxtəlif kodlaşdırma 
sistemində müxtəlif iki simvola eyni bir kod və ya eyni simvola 
iki müxtəlif kod verilirdi. Bu da kompüterlərdə, əsasən də server 
kompüterlərində müxtəlif kodlaşdırma sistemlərinin saxlanmasını 
tələb edirdi. Bu halda informasiyanın bir platformadan digər 
platformaya ötürülməsi və ya digər kodlaşdırmaya çevrilməsi 
müəyyən çətinliklər törədirdi.
Məhz bu baxımdan Unicode standartının qəbul olunması 
qeyd olunan problemləri həll etdi. Unicode ISO/IEC 10646 
standartının rəsmi reallaşdırılmasıdır. Unicode standartı istifadə 
olunan 
dildən, 
kompüterlərin 
platformasından, 
proqram 
təminatından asılı olmayaraq bütün simvollara unikal kod 
mənimsədir. Unicode Apple, HP, IBM, JustSystem, Microsoft, 
oracle, SAP, Sun, Sybase, Unisys və s. kimi böyük kompüter 
şirkətləri tərəfindən kodlaşdırma standartı kimi qəbul edilmişdir.
XML, Java, ECMAScript (JavaScript), LDAP, CORBA 3.0, 
WML və digər müasir texnologiyalar tərəfindən yalnız Unicode 
standartı istifadə olunur. Eyni zamanda qeyd olunmalıdır ki, bu 
standart bütün əməliyyat sistemləri (platformaları), Internet 
proqramları və müxtəlif proqram təminatları tərəfindən 
dəstəklənir. Unicode standartının dəstəklənməsi və istifadəsinin 


19 
təmin edilməsi müasir proqram təminatlarının inkişafının ən vacib 
aspektlərindən biridir.
Müştəri-server texnologiyasında olan şəbəkə proqramlarında 
və əlavələrində, eləcə də Internet şəbəkəsində istifadə olunan 
proqram sistemlərində informasiyanın təqdim edilməsi üçün 
Unicode 
standartının 
tətbiqi 
proqram 
məhsullarının 
hazırlanmasına 
və 
dəstəklənməsinə 
çəkilən 
xərclərin 
azaldılmasına gətirib çıxarır. Belə ki, Unicode müxtəlif 
platformalar üçün vahid proqram təminatı və ya Web-səhifəsi 
hazırlamağa imkan verir.
Beləliklə, Unicode beynəlxalq standartlara uyğun olmaq 
şərti ilə bütün dünya ölkələri arasında elektron mətnlərin 
problemsiz mübadiləsini və oxunuşunu dəstəkləmək üçün 
simvolların kodlaşdırılmış bir sistemidir. Bundan əlavə, o bütün 
dillərin klassik və tarixi mətnlərini dəstəkləyir. Unicode standartı 
onun elektron variantı olan "Unicode Standart Annexes" (Unicode 
standart əlavələri) və "Unicode Character Database" (Unicode 
simvollarının verilənlər bazası), həmçinin "Standart Unicode" 
kitabı vasitəsi ilə təyin olunmuşdur. Hər bir versiyanın dəqiq 
tərkibi müəyyənləşdirmək üçün «Enumerated Versions of the 
Unicode Standart» (Unicode standartının nömrələnmiş versiyaları) 
standartından istifadə etmək olar. Unicode 4.0 versiyası Unicode 
standartının son variantıdır. 
Azərbaycan əlifbası daxil edilmiş standart Unicode şriftləri 
aşağıdakılardır: 
-
Arial; 
-
Times New Roman;
-
Courier;
-
Verdana;
-
Lucida Sans Unicode;
-
Tahoma;
-
Palatino Linotype. 
Unicode standartı bütün müasir və qədim yazılı dillərin 
işarələrinin vahid sistem daxilində kodlaşdırılmasını təmin etmək 


20 
məqsədi ilə işlənilmişdir. Standartda hər bir simvol 16 bit ilə 
təqdim olunur və 8 bitlik kodlaşdırmadan fərqli olaraq daha çox 
simvolun təsvir olunmasına imkan verir. Belə ki, Unicode 
standartı 65536 kodu əhatə edir.
Unicode standartına hərf, rəqəm və vurğu işarələrindən 
ibarət simvollar qrupu, riyazi və texniki işarələr qrupu, göstəricilər 
və s. daxildir. Burada "tilda" və bu kimi işarələrin müxtəlif 
variantları, müxtəlif işarələrin birləşməsindən əmələ gələn 
diakritlərin kodlaşdırılmasını təmin etmək olur. Unicode dünya 
əlifbalarının işarələri, heroqliflər və işarələrdən ibarət olan 29000-
dən çox simvolların kodlarını özündə birləşdirir.
Unicode standartında ehtiyat kimi saxlanmış və daha 29000-
dən çox simvolun istifadəsi üçün nəzərdə tutulmuş kodlar 
mövcuddur. Onların köməyi ilə gələcəkdə hətta tarixi heroqliflərin 
və ya mövcud əlifbaların mümkün genişlənmələrini nəzərə almağa 
imkan verir. Bundan əlavə, 6000-dən çox kod fərdi istifadə üçün 
nəzərdə tutulmuşdur ki, bunlar proqram təminatı və avadanlıq 
istehsalçıları tərəfindən xüsusi məqsədlər üçün istifadə oluna bilər.
Unicode standartının kodlarının ümumi diapazonu bir neçə 
altçoxluğa bölünmüşdür. Bu altçoxluqlar hər hansı dilin 
əlifbasından və ya funksiyalarından asılı olaraq xüsusi işarələr 
qruplarından ibarətdir. Unicode standartı haqqında daha ətraflı 
məlumatı http://www.unicode.org/ ünvanından almaq olar. 


21 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin