V.Ə. Qasımov


II fəsil.  SAY SISTEMLƏRI



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə13/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   44
Gasimov-informatika-darslik (1)

II fəsil. 
SAY SISTEMLƏRI 
2.1. Ikilik say sistemi 
Onluq say sistemində 10 rəqəm olduğu kimi ikilik say 
sistemində də iki rəqəmdən – 0 və 1 rəqəmlərindən istifadə olunur 
və bütün ədədlər onların ardıcıllığı şəklində ifadə olunur. Məsələn, 
10001, 1000010, 100101. 
Ikilik ədədlərin yazılışını onluq ədədlərin yazılışından 
fərqləndirmək üçün adətən onların sonunda aşağıda indeks 
qismində 2 yazılır. Əgər ədədin indeksində 2 göstərilməyibsə, 
onun onluq say sisteminə aid olduğu hesab edilir Məsələn, 11010 
ikilik ədədini həmin rəqəmlərdən ibarət onluq ədəddən 
fərqləndirmək üçün onu 110102 şəklində yazırlar. 
Mövqeli say sistemlərindən məlum olan ədədlərin təsviri 
qaydasına əsasən p=2 (say sisteminin əsası) qəbul olunursa, onda 
ikilik tam ədədi aşağıdakı kimi təsvir etmək olar: 
D=d
n-1

2
n-1
+ d
n-2

2
n-2
+ +d
1

2
1
+ d
0

2
0

Burada d
i
– ikilik tam ədəddə sağ tərəfdən sayca i+1-ci 
yerdə duran rəqəmidir. Məsələn, 11010
2
ədədində (ədədin 
indeksində onun əsası göstərilib) mərtəbələrin sayı 5-ə bərabərdir, 
yəni n=5. Yuxarıda baxılan qaydaya əsasən: 
11010
2
=>1

2
4
+1

2
3
+0

2
2
+1

2
1
+0

2

Bu qayda ikilik ədədlərin onluq say sisteminə çevrilməsi
yəni bu ədədlərin onluq say sistemində hansı ədədə bərabər 
olduğunun müəyyən edilməsi üçün istifadə oluna bilər.
Qeyd olunmalıdır ki, onluq say sistemində hər bir 
mərtəbənin qiyməti özündən əvvəlkindən 10 dəfə böyükdür. Ikilik 
sistemdə isə hər mərtəbə özündən sağdakı mərtəbədən 2 dəfə 
böyük olur.


22 
Ümumiyyətlə, ikilik say sisteminin yaranmasını və tətbiqini 
təkcə kompüter texnikası ilə bağlamaq düz olmazdı. Ikilik say 
sisteminin meydana gəlməsi və inkişafı riyaziyyat tarixinin 
maraqlı səhifələrindəndır. Ikilik say sistemində hesab əməllərinin 
yerinə yetirilmə qaydaları ilk dəfə Leybnis tərəfindən verilmişdir. 
Lakin ikilik say sistemi XX əsrin 30-cu illərinə qədər yalnız 
nəzəri məsələlərin həllində istifadə olunurdu. Sadə quruluşlu və 
etibarlı mexaniki hesablama maşınına tələbat ikilik say sisteminin 
əməli tətbiqi üçün təkan oldu. Bu say sistemi ilə işləyən ilk 
mexaniki hesablama maşınları Fransa və Almaniyada yaranmışdır. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin