V.Ə. Qasımov


Onluq say sistemindən ikilik say sisteminə keçid



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə14/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   44
Gasimov-informatika-darslik (1)

2.2. Onluq say sistemindən ikilik say sisteminə keçid 
qaydaları
Onluq say sistemində olan tam ədədin ikilik say sisteminə 
çevrilməsi üçün aşağıdakı qaydadan (alqoritmdən) istifadə olunur:
1.
Verilmiş ədəd 2-yə bölünür.
2.
Bölmə nəticəsində alınan qalıq (ikiyə bölmə zamanı qalıq 0 
və ya 1 ola bilər) ayrıca qeyd olunur. 
3.
Alınmış qismət birə bərabər deyilsə, onda o, yenidən ikiyə 
bölünür (birinci addım təkrar olunur). Əks halda növbəti 
addıma keçilir. 
4.
Sonuncu qismət (o, 1-ə bərabərdir) və bölmə əməliyyatları 
zamanı alınmış bütün qalıqlar axırıncıdan başlayaraq soldan 
sağa ardıcıl olaraq yazılır. Alınmış ifadə onluq ədədin ikilik 
say sistemində təsviri olacaqdır.
Misal:
631 onluq ədədinin ikilik say sistemində təsvirini 
verin.


23 
Yuxarıda verilmiş qaydaya uyğun olaraq 631 onluq ədədinin 
ikilik say sisteminə çevrilməsi prosesi sxematik olaraq aşağıda 
göstərilmişdir. 
Beləliklə, 631 onluq ədədinin ikilik say sistemində 
ekvivalenti aşağıdakı kimi olar: 
631
10
=> 1001110111
2

2.3. İkilik say sistemindən onluq say sisteminə keçid
qaydaları
Yuxarıda qeyd olunduğu kimi, ikilik say sistemində olan 
ədədin onluq say sisteminə çevrilməsi üçün verilmiş ikilik ədədi 
mərtəbə vuruqlarının cəmi şəklində təsvir etmək və onluq say 
sistemində hesablama aparmaq lazımdır. 
Misal
. Tutaq ki, 1001110111
2
ədədi verilmişdir. Yuxarıda 
verilmiş qaydaya əsasən: 
1001110111
2
=>1

2
9
+0

2
8
+0

2
7
+1

2
6
+1

2
5
+1

2
4
+0

2
3

+1

2
2
+1

2
1
+1

2
0
= 512+0+0+64+32+16+0+4+2+1=631
10
Beləliklə, 1001110111
2
=> 631
10


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin