V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   44
Gasimov-informatika-darslik (1)

Ədəd Qismət Qalıq 
631 : 2 =
315 1 
315 : 2 = 157 1 
157 : 2 = 78 1 
78 : 2 = 39 0 
39 : 2 = 19 1 
19 : 2 = 9 1 
9 : 2 = 4 1 
4 : 2 = 2 0 
2 : 2 = 1 0 
1 0 0 1 1 1 0 1 1 1 
Ikilik ədəd 


24 
Göründüyü kimi, ədədlərin ikilik təsvirində daha çox sayda 
rəqəm iştirak edir. Onluq sistemində üç rəqəmdən ibarət olan 631 
ədədini ikilik say sistemində təsvir etmək üçün 10 ikilik rəqəm 
tələb olunur. Bu səbəbdən də çoxmərtəbəli ədədlərin ikilik say 
sistemində təsviri və yadda saxlanması çətin olur. 
2.4. Digər say sistemləri 
Qeyd olunduğu kimi, ikilik və onluq say sistemlərindən 
əlavə səkkizlik və onaltılıq say sistemlərindən də istifadə olunur. 
Səkkizlik və onaltılıq say sistemləri ikilik say sisteminə oxşardır 
və bu sistemlərin birindən digərinə keçid daha asandır. Çünki 8 və 
16 ədədləri 2-nin qüvvətləridir, yəni 8=2
3
, 16=2
4

Səkkizlik say sistemində ədədlərin ifadə olunması üçün 8 
rəqəmdən (0-dan 7-yə qədər), onaltılıq say sistemində isə 16 
işarədən, o cümlədən 10 rəqəmdən (0-dan 9-a qədər) və ingilis 
əlifbasının 6 böyük hərfindən (A, B, C, D, E, F) istifadə olunur.
2.2 saylı cədvəldə 0-dan 20-dək olan onluq ədədlərin 
səkkizlik və onaltılıq sistemlərdə ekvivalentləri göstərilmişdir. 
Ikilik say sistemindən səkkizlik və onaltılıq say sisteminə və 
ya əksinə keçmək olar. 
2.5. Ikilik say sistemi ilə səkkizlik say sistemi arasında 
keçid qaydaları 
Bu keçid qaydalarını verməzdən əvvəl qeyd etmək lazımdır 
ki, səkkizlik say sisteminin hər bir rəqəmini (0-7) ikilik say 
sistemində ifadə etmək üçün 3 ikilik rəqəm tələb olunur (cədvəl 
2.1). Ikilik say sistemində verilmiş tam ədədi səkkizlik sisteminə 
çevirmək üçün aşağıdakı alqoritmdən istifadə etmək olar:
1.
Verilmiş ikilik ədədi təşkil edən rəqəmlər sağdan sola üç-üç 
qruplara ayrılır. 


25 
2.
Əgər ən soldakı (sonuncu) qrupda üçdən az rəqəm qalarsa
onda bu qrup soldan 0 yazmaqla üçə qədər tamamlanır.
3.
Bu qruplarda alınmış ikilik ədədlər ayrı-ayrılıqda səkkizlik 
say sisteminin müvafiq rəqəminə çevrilir.
4.
Alınmış səkkizlik rəqəmlər qrupların ardıcıllığına uyğun 
olaraq yazılır. Beləliklə, alınmış ədəd verilmiş ikilik ədədin 
səkkizlik say sistemindəki ekvivalenti olacaqdır. 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin