V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə8/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   44
Gasimov-informatika-darslik (1)

1.3.
 
Informasiyanın kodlaşdırılması və saxlanması 
Informasiya siqnallar formasında qəbul olunur və ötürülür. 
Hər növ siqnalın öz qəbuledicisi olmalıdır. Məsələn, qulaq səs 
siqnallarını, göz işıq siqnallarını və s. qəbul edir. Informasiyanın 
saxlanması üçün isə onun kodlaşdırılması tələb olunur. Insan 
düşüncəsinin və fikirlərinin mətnlər şəklində yazılmasını 
informasiyanın xüsusi siqnallarla kodlaşdırılması kimi qəbul 
etmək olar. Informasiyanın yazı şəklində saxlanması üçün qəbul 
edilmiş siqnallar hərflərdir. Yazının kodlaşdırılması sisteminə 
əlifba deyilir. Əlifbalar müxtəlif olduğundan eyni bir 
informasiyanı müxtəlif sistemlərdə (dillərdə) kodlaşdırmaq 
mümkündür. Bəzən yazıların kodlaşdırılıması üçün daha 
mürəkkəb kodlaşdırma sistemlərindən – heroqliflərdən istifadə 
edirlər.
Rəqəmsal informasiyanın elektron qurğuların, o cümlədən 
kompüterlərin köməyi ilə saxlanması, emalı, qəbulu və ötürülməsi 
üçün onlar da kodlaşdırılmalıdır. Kompüterdə məlumatlar 0 və 1 
rəqəmlərinin ardıcıllığı şəklində ifadə olunur, yəni rəqəmsal 
informasiyanın verilməsi (təqdim və təsvir olunması) üçün istifadə 
olunan siqnallar 0 və 1 rəqəmləri ilə işarə olunur. Məsələn: 
qurğulardan asılı olaraq impulsun, işıq selinin, elektrik 
cərəyanının və s. olması 1, olmaması isə 0 rəqəmi ilə verilir.
Kompüterdə informasiya ayrı-ayrı simvolların toplusu 
şəklində emal olunur. Informasiyanın verilməsi üçün tələb olunan 
bütün simvollar müəyyən olunmuş kodlarla – ədədlərlə işarə 
olunur. Hər hansı söz kompüterə daxil edilərkən və ya rabitə xətti 
ilə ötürülərkən o, ayrı-ayrı hərflərinin (simvollarının) kodlarına, 
yəni ədədlərə çevrilir və ədədlər şəklində saxlanılır və ya ötürülür. 


14 
Kompüter texnikasında, eləcə də digər rəqəmli texnologiyalarda 
audio, video, qrafika, şəkil və s. növ məlumatlar da analoji 
qaydada kodlaşdırılır, emal olunur və saxlanılır. Bu kodlar da 
(ədədlər) iki rəqəmin – 0 və 1 rəqəmlərinin vasitəsilə ifadə olunur.
Informasiyanın 0 və 1 rəqəmlərinin vasitəsilə ifadə olunması 
sistemi 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin