V.Ə. Qasımov



Yüklə 0,99 Mb.
Pdf görüntüsü
səhifə4/44
tarix20.10.2023
ölçüsü0,99 Mb.
#157920
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   44
Gasimov-informatika-darslik (1)

Informatika
– kompüterlərin və digər texniki vasitələrin 
köməyilə informasiyanın yaradılması, toplanması, saxlanması, 
emalı və ötürülməsi qanunlarını, üsullarını və vasitələrini, eləcə də 



bu vasitələrin idarə olunması üsullarını və fəaliyyət prinsiplərini 
öyrənən texniki elmdir.
Informatika termini mənşəcə latın sözləri olan «informatio» 
və «automatique» sözlərinin birləşməsindən yaranmışdır və 
«informasiyanın avtomatik emalı» mənasında başa düşülür. 
Informatika elmi əsasən aşağıda sadalanan problemlərin 
həlli ilə məşğul olur: 
-
informasiyanın yaradılması və toplanması; 
-
informasiyanın qəbul edilməsi və saxlanması; 
-
informasiyanın emal edilməsi
-
informasiya texnologiyalarının tətbiqi və onlardan səmərəli 
istifadənin təşkili; 
-
informasiya 
texnologiyaları 
sahəsində 
elmi-texniki 
nailiyyətlərin öyrənilməsi və bu texnologiyaların digər 
sahələrin inkişafında istifadə edilməsi; 
-
texnoloji proseslərin idarə edilməsi üçün proqram-texniki 
vasitələrin yaradılması və tətbiq edilməsi. 
Informatika həll etdiyi problemlərin xarakterindən və 
predmetindən asılı olaraq fundamental elm kimi aşağıdakı 
sahələrə bölünür: 
-
ümumi informatika; 
-
tətbiqi riyaziyyat; 
-
informasiya emalının proqram təminatı; 
-
tətbiqi proqram sistemlərinin yaradılması metodologiyası və 
vasitələri; 
-
hesablama sistemlərinin və kompüterlərin texniki təminatı; 
-
kompüter şəbəkələri, Internet; 
-
məlumat bazaları və onların idarə edilməsi sistemləri; 
-
biliklər bazaları; 
-
süni intellekt. 
Son 
zamanlar 
informatika 
elmini 
informasiya 
texnologiyaları və ya kompüter texnologiyası kimi adlandırırlar. 
Ingilis dilli ölkələrdə «information science» (informasiya elmi) və 



«computer science» (kompüter elmi) kimi terminlər də istifadə 
olunur. 
Informasiya prosesləri zamanı müxtəlif texniki vəsaitlərin, o 
cümlədən kompüter və rabitə texnikasının tətbiqi ilə istifadə edilən 
üsul və vasitələr sistemi 

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin