Telman Orucov


Ölkədə iqtisadi islahatlar. Yeni ştatlar



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə38/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   30   31   32   33   34   35   36   37   38

Ölkədə iqtisadi islahatlar. Yeni ştatlar. 
 
Çester  Allan  Artur  Nyu  Yorkdan  olmaqla,  tanınmayan  siyasətçi  idi,  siyasi 
cəmiyyət dairələrində dövlət xadimindən daha çox lider kimi tanınırdı. Kabinet əsaslı 
qaydada dəyişdirildi və böyük müharibə prezidentinin oğlu Robert Linkolndan başqa 
Qarfildin  kabinetindən  heç  kəs  qalmadı.  Arturun  öz  adminstrasiyasının 
başlanğıcındakı  qanunverici  hərəkəti,  vətəndaş  xidmətinin  islahatı  oldu.  Prezident 
Artur  öz  Edmunds  qanununa  Ərazilərdə  poliqamiya  əleyhinə  olan  maddəni  əlavə 
etdi. Bu, Utadakı Mormon adətlərinə güclü zərbə vurdu və həm də Tarif aktı idi.  
Bu  vaxt  respublikaçılar  Senatda  və  Nümayəndələr  Palatasında  çoxluğu 
itirdilər.  Demokratlar  öz  növbəsində,  ölkənin  onlara  inamının  artmasına  hazır 
olduqlarını, həm də islahatların müdafiəçiləri olduqlarını göstərdilər.  
1883-cü  ilin  əvvəlində  demokrat  Pendl  İtonun  təklif  etdiyi  qanun  hər  iki 
palatadan səs çoxluğu ilə keçdi və Artur bu qanunu böyük məmnuniyyətlə imzaladı. 
Bu  qanunun  şərtləri  əsasında  prezident  bacardığı  kimi  islahatlara  başladı.  Prezident 
Artur  ilk  günlərdən  özünü  ləyaqətli,  həssas  və  möhkəm  adam  kimi  göstərdi. 
Seçkilərdən  əvvəl  o  qədər  də  məşhur  adam  olmamasına  baxmayaraq,  prezident 
vəzifəsi  onun  yaxşı  keyfiyyətlərini  üzə  çıxardı.  Bu  vaxtlar  müharibə  dövrünün 
şəraitləri  və  maliyyə  zəruriyyətlərinə  uyğunlaşdırılmış  tarif  rüsumları  maliyyə 
balansının üstünə gəlmişdi. Bu ölkə üçün çətin çəkilən yükü kimsə yüngülləşdirməli 
idi. Demokratlarla respublikaçılar bu məsələdə heç də asanlıqla razılığa gəlmirdilər. 
Bu  bir  köhnə  məsələ  olub,  demokratları,  bu  məsələlərdə  öz  ənənələrini  viqlərdən 
götürən  respublikaçılardan  ayırırdı.  1881-1882-ci  illərin  qışında  təyin  edilmiş 
komissiya  ölkəni  gəzməli,  ticarətin  və  sənayenin  milli  şəraitləri  ilə  yanaşı,  lokal 
şəraitlərin  yararlılığını  öyrənməli  və  rüsumların  azaldılması  barədə  qanun  qəbul 
etmək  üçün  Konqressə  etibarlı  məlumatlar  verməli  idi.  Və  nəticədə  rüsumların 
azaldılması barədə belə bir qanun qəbul olundu.  
Bu dövrlərdə fəhlə hərəkatı da genişlənirdi. Hətta müxtəlif məşğuliyyətlərdən 
olan  fəhlələr  birlikdə  çıxış  edirdilər.  Sonralar,  1889-cu  ildə  Filadelfiyada  dərzi  Uri 
Stivensin  təşəbbüsü  ilə  müxtəlif  məşğuliyyətlərdən  olan  fəhlələr  birləşib  mənafeləri 
naminə  və  özlərinin  müdafiəsi  üçün  cəmiyyət  yaratmışdılar.  Dövlət  xadimləri 
gördülər ki, "fəhlə cəngavərlərinin nəcib ordeni" böyüdükcə, onların qarşısında yeni 
problem  meydana  gəlir.  Bu  cəmiyyətin  üzvlərinin  sayı  yüz  minə  bərabər  idli. 
Səhnəyə yeni iqtisadi qüvvə gəlirdi.  
Ölkənin əhalisi də sürətlə artmağa başladı, var-dövlət və resurslar da sürətlə 
çoxalırdı. 1880-ci il əhalinin siyahıya alınması göstərdi ki, ötən on il ərzində əhalinin 
sayı otuz faiz artaraq 38,5 milyon nəfərdən 50 milyon nəfərə çatmışdır. Ölkənin var-
dövləti  isə  qırx  beş  faiz  artmış  və  ya  30  milyard  dollardan  43,6  milyard  dollara 
çatmışdı.  Heç  nə  ləngimirdi.  Kənd  təsərrüfatı,  manufakturalar,  kommersiya, 
mədənlərdə istehsal və hər bir sənaye sahəsi ölkənin resurslarının üzərinə gəlirdi və 
onu  daha  varlı  edirdi.  1880-ci  ildən  sonra  dəmir  yol  qiymətli  kağızlarının  dəyəri 
əvvəlcə yavaş-yavaş, sonra isə sürətlə aşağı düşməyə başladı. 1884-cü ilin mayında 
isə iflas baş verdi. Maliyyə böhranı, əlbəttə, ölkənin real resurslarına toxunmadı.  
Belə bir şəraitdə 1884-cü ilin prezident seçkiləri gəlib çatdı. Respublikaçılar 
ölkənin  bu  məsələlərini  həll  etməyə  qadir  olan  adamı  namizəd  göstərsəydi,  o, 

 
358 
prezident  seçiləcəkdi.  Lakin  onlar  belə  adamı  irəli  sürmədilər.  Məhz  demokratlar 
belə  adamı  tapdılar  və  qalib  gəldilər.  Demokrat  partiyası  qurultayının  irəli  sürdüyü 
Qrover  Klivlend  milli  siyasət  səhnəsində  yen  adam  idi,  lakin  Nyu  York  ştatındakı 
ictimai xidmətdə öz qabiliyyətini göstərmişdi, axırıncı iki-üç il ərzində bütün ölkənin 
diqqətini özünə cəlb edə bilmişdi.  
Respublikaçılar  partiyası  iyirmi  dörd  il  ərzində  hökumətə  nəzarəti  əlində 
saxladı.  Həmin  dövrdə  bu  çox  böyük  nailiyyət  idi.  Yeni  seçki  kampaniyası  öz 
hökmünü  verməli  idi.  Respublikaçılar  partiyasının  qurultayı  1884-cü  ilin  ilk 
həftəsində Çikaqoda keçirildi.  
Demokratlar da elə həmin şəhərdə bir neçə həftə sonra yığışdı və Nyu Yorkun 
qubernatoru Qrover Klivlendi prezidentliyə, İllinoysdan olan Tomas Hendriki vitse-
prezidentliyə  namizəd  göstərdi.  Onlar  öz  platformalarında  respublikaçılar 
partiyasının pozulduğunu, çürüdüyünü göstərirdilər.  
Qrover  Klivlend  keşiş  oğlu  idi,  Nyu  Cersidə  Martin  Van  Burenin 
inauqurasiya  ayında  anadan  olmuşdu.  Van  Buren  yeganə  prezident  idi  ki,  Nyu 
Yorkdan seçilmişdi.  
Kampaniya  qeyri-adi  əhəmiyyətə  malik  idi.  Klivlend  inaqurasiya  nitqində 
vətənpərvərlərə hüsn-rəğbət göstərdi.  
Qrant ordudan tərxis edildi. O, sağalmaz xəstəlikdən əziyyət çəkirdi, ağzında 
xərçəng  xəstəliyi  var  idi.  Yatağında  uzanıb  öz  memuarını  diqtə  edirdi  ki,  kitabın 
satışından gələn pulla öz ailəsini saxlasın və oğlunu düşdüyü maliyyə fırıldağından 
xilas edə bilsin.  
İyirmi  il  əvvəl,  1863-cü  ildə  Klivlend  hələ  iyirmi  altı  yaşında  gənc  oğlan 
olarkən  Buffalo  şəhərində  mahal  prokuroru  seçilmiş,  1871-ci  ildə  həmin  mahalın 
şerifi  olmuş,  on  il  sonra  isə  Buffalonun  meri  olmuşdu.  1882-ci  ildə  o,  Nyu  York 
ştatının  qubernatoru  seçilmişdi.  Həmin  il  respublikaçılara  qarşı  ümumi  reaksiya 
güclənmişdi.  Nyu  Yorkda  olduğu  kimi  Pennsilvaniyada  və  Massaçusetsdə  də 
respublikaçıların  yerinə  demokratlar  qubernator  seçilmişdilər.  Lakin  başqa  yerlərə 
nisbətən  Nyu  Yorkda  respublikaçılara  qarşı  münasibət  daha  sərt  idi.  1880-ci  ildə 
Qarfildin  prezident  seçildiyi  il,  respublikaçılar  Nyu  Yorkda  21  min  artıq  səs 
almışdılar,  iki  il  sonra,  1882-ci  ildə  Klivlend  öz  respublikaçı  rəqibinə  190  min  səs 
çoxluğu  ilə  qalib  gəlib,  ştatın  qubernatoru  seçilmişdi.  Klivlendin  atası  ona  kollec 
təhsili  verməmişdi,  lakin  xristian  ailəsində  gənc  oğlan  daha  yaxşı  təhsil  görmüşdü. 
Klivlendin  seçilməsi  ilə  iyirmi  səkkiz  ildə  birinci  dəfə  demokrat  partiyasından  olan 
adam prezident seçildi.  
Klivlendin  prezident  kimi  vəzifəsi  həm  asan,  həm  də  çətin  idi.  O,  general 
Cekson  kimi  qızğın  müdafiə  olunmurdu.  Baxmayaraq  ki,  hamı  bilirdi  ki,  o, 
partiyanın deyil, xalqın prezidentidir. Onun əhalinin səsverməsi ilə respublikaçıların 
namizədi  olan  Bleynin  üzərində  əldə  etdiyi  səs  çoxluğu  23  minə  bərabər  idi. 
Konqress  seçkilərində  demokratlar  Nümayəndələr  Palatasında  güclü  çoxluq 
qazandılar. Senat isə respublikaçıların əlində qalırdı, Klivlend özünü müstəqil deyil, 
demokrat hesab edirdi. O, güclü ədalət hissinə malik idi. O, heç vaxt qanunvericilik 
orqanının  üzvü  olmamışdı.  İctimai  işə  başladığı  dövrdən  yalnız  icra  orqanının 
qulluqçusu  olmuşdu.  Bütün  ölkənin  diqqətini  daha  çox  onun  qeyri-adi  sayda  olan 
vetoları  cəlb  edirdi.  Bu  vetoların  çoxu  pensiya  qanunlarına  qarşı  tətbiq  edilirdi. 

 
359 
Demokratların  çoxluq  təşkil  etdiyi  Nümayəndələr  Palatası  və  respublikaçı  Senat 
vətəndaş  müharibəsi  ərzində  federal  ordularda  qulluq  etmiş  hər  bir  sinifdən  olan 
adama  maddi  yardım  göstərməyə  meyl  edirdi.  Onlar  milli  xəzinədən  bu  pensiya 
yardımını  almaq  hüququna  malik  olmalı  idilər.  Klivlend  isə  onların  bu  qəribə 
hərəkətini yoxlamaq qərarına gəldi. O, güman edirdi ki, həqiqətən əlil olan adamların 
hökumətdən  pensiya  alması  kifayətdir  və  sadəcə  xidmət  üçün  əlavə  pul  yardımı 
edilməsini, o, ictimai pulların ədalətsiz xərclənməci və mərhəmət məsələsindən sui-
istifadə edilməsi kimi hesab edirdi.  
Prezidentin və vitse-prezidentin hər ikisinin öldüyü və ya əmək qabiliyyətini 
itirdiyi  halda  prezident  vəzifəsinin  kimə  verilməsi  qaydasının  müəyyən  edilməsi  və 
qoyulması  daha  mühüm  əhəmiyyətə  malik  idi.  Qanun  layihəsi  1882-ci  ilin  yayında 
Senat  tərəfindən  qəbul  edilmiş  qanuna  əlavə  edildi  və  bu  iki  dəfə  Senat  tərəfindən 
qəbul edilsə də, Nümayəndələr Palatası onunla razılaşmadı. Qanuna görə, prezidentin 
varisi  Senatdan  və  ya  senat  fəaliyyət  göstərə  bilməsə,  Nümayəndələr  Palatasının 
spikeri  olmalı  idi.  Lakin  Konqresin  sessiyaları  arasındakı  fasilədə  nə  Senatın 
nümayəndəsi,  nə  də  Nümayəndələr  Palatasının  spikeri  prezident  ola  bilməzdi.  Bu 
ABŞ-ın  21-ci  prezidenti  Arturun  prezident  olduğu  dövrdə  belə  olmuşdu.  Bu 
Klivlendin  prezidentliyinin  ilk  ilində  də  baş  vermişdi.  Klivlendlə  birlikdə  vitse-
prezident  seçilmiş  Hendriks  1885-ci  ilin  noyabrında  vəfat  etdi  və  prezidentlə  onun 
funksiyalarını icra edəcək adam arasında məsafə yarandı. Ona görə də prezidentin və 
vitse  prezidentin  yaşı  və  Birləşmiş  Ştatlarda  anadan  olması  xüsusi  əhəmiyyət  kəsb 
etdi. Dövlət katibi, maliyyə naziri, hərbi nazir, baş prokuror, rabitə naziri, hərbi-dəniz 
qüvvələri  naziri,  daxili  işlər  naziri  və  kənd  təsərrüfatı  naziri  vəzifələrinə  də 
Konstitusiyada prezident və vitse prezidentlər üçün qoyulan yaş və anadan olduqları 
yer senzləri şamil edildi və bununla da məsələ birdəfəlik həll edildi.  
Ölkə  80-ci  illərin  sonunda  fəhlə  hərəkatının  güclənməsi  ilə  üz-üzə  gəldi. 
Çikaqodakı  Heymarketdə  1886-cı  ilin  mayında  proletariatın  anarxist  liderləri 
görüşdülər və razılaşdılar ki, qanunlara tabe olmasınlar. Bu amerikan şəhəri polisinin 
heç  vaxt  görmədiyi  ciddi  münaqişə  ilə  başa  çatdı.  Bu  münaqişənin  təsiri  digər 
şəhərlərə  də  yayıldı.  "Əmək  cəngavərləri"nə  bənzəyən  nəhəng  təşkilatlar  bir  yerdə 
çıxış edirdilər.  
Anarxist  təsiri  artdıqca  bölünmə  və  çürümə  prosesi  güclənirdi.  Amerika 
əməkçi  federasiyası  deyilən  təşkilat  meydana  gəldi  və  onların  yerini  tutmaq  istədi. 
Klivlendə bu aydın oldu ki, iqtisadi narazılıqların kiçiyi yoxdur.  
Artıq  1888-ci  ilin  yeni  prezident  seçkisi  gəlib  çatdı.  Respublikaçılar 
İndianadan  olan  general  Bencamin  Harrisonu  namizəd  göstərdilər.  O,  vaxtından 
əvvəl  ölməsi  ilə  Con  Tayleri  prezident  etməyə  şərait  yaradan,  1841-ci  ilin  mart-
aprelində  iki  aylığa  doqquzuncu  prezident  olmuş  Uilyam  Henri  Harrisonun  nəvəsi 
idi.  Hər  iki  partiya  ölkənin  ayrı-ayrı  hissələrinə  yollandı.  Demokratlar  məğlub 
oldular.  Klivlendin  qazandığı  əhalinin  səsi  rəqibininkindən  yüz  on  min  az  idi,  lakin 
Harrison  elektorlar  kollegiyasında  altmış  beş  səs  çoxluğuna  (168  səsə  qarşı  233 
səslə)  malik  idi.  Nyu  York  və  İndiana  yenidən  respublikaçılara  tərəf  dönmüşdü. 
Konnektikut  və  Nyu  Cersi  istisna  olmaqla  heç  bir  şimal  ştatı  demokratların 
namizədlərinə  səs  verməmişdi.  Demokratlar  hətta  Nümayəndələr  Palatası  üzərində 

 
360 
olan  nəzarəti  də  itirdilər.  Konqressin  seçiciləri  respublikaçılara,  öz  rəqiblərindən  on 
iki artıq yer verdilər.  
4  mart  1889-cu  ildə  Klivlend  sakitcə  yerini  Harrisona  verdi  və  hökumət 
yenidən  iyirmi  səkkiz  il  əvvəl  siyasətə  nəzarət  edən  partiyanın  əlinə  keçdi. 
Hökumətin xarici siyasəti Klivlendin vaxtında olduğu kimi qalırdı.  
Harrison  öz  vəzifəsinə  yeni  dövrün  əlamətləri  içərisində  başladı.  Onu  bu 
vəzifəyə  gətirən  respublikaçılar  partiyası  heç  də  müharibə  və  yenidənqurma 
dövrünün  respublikaçılar  partiyası  deyildi.  Bu  sənaye  inqilabının  təzə  günlərinin 
respublikaçılar  partiyası  idi.  Həll  edilməli  olan  yeni  məsələlər  meydana  çıxırdı. 
Klivlend  öz  prezidentliyinin  dörd  ili  ərzində  çox  şeyi  dəyişdirmişdi.  Ölkədə  də  çox 
şey  dəyişilmişdi.  Cənub  quldarlıqdan  və  iri  torpaq  sahiblərinin  ağalığından  azad 
olduqdan  sonra  siyasətin  sərrast  məktəbini  keçərək,  motiv  və  rəylərdə  Qərbin  yeni 
regionlarına  bənzəyirdi.  Cənub  kənd  təsərrüfatı  regionu  olaraq  qalırdı.  Onun 
fermerləri  artıq  köhnə  cəmiyyətin  zadəgan  plantatorları  deyildi.  Bu  cəmiyyəti 
müharibə  dağıtmışdı.  Bu  fermerlərin  bir  hissəsi  Endryu  Consonun  çıxdığı  sinfə 
mənsub  idi.  Sadə  adamlar  köhnə  ənənələri  saxlamırdılar.  Bu  adamlar  əsasən  qul 
sahibləri  deyildilər.  Siyasətdə  yeni  olan  adamlar  fəaliyyət  göstərirdilər.  Bu  dövrdə 
general  Qrantın,  Consonun  dövrlərində  olduğu  kimi,  bütün  siyasət  Konqressin 
liderlərindən  gəlirdi.  Harrison  liderlik  istedadına  malik  deyildi.  Onun  hərəkət  tərzi 
soyuqqanlı idi. Göründüyü kimi o, nə nəyəsə etimad göstərirdi, nə də özünə etimad 
qazanırdı.  
1889-90-ci  illərdə  Birləşmiş  Ştatlara  altı  yeni  ştat  əlavə  olundu:  Şimali 
Dakota,  Cənubi  Dakota,  Montana,  Vaşinqton,  Aydaho  və  Vayominq.  Bütün  geniş 
qitədə qırmızı dərililər üçün rezervasiyaların səpələndiyi beş Ərazi qalmışdı. 1889-cu 
ildə  dövlət  Kanzas,  Arkanzas  və  Texas  dairəsində  yerləşən  hindu  Ərazilərini  hindu 
tayfalarından satın aldı. Məqsəd bura ağ adamların köçməsi üçün şərait yaratmaq idi. 
Bu  gözəl  torpağın  ürəyi,  ən  yaxşı  hissəsi  isə  Oklahoma  idi.  Ağ  adamların  buraya 
dəlicəsinə  axışması  başladı.  Əlli  min  nəfərə  qədər  məskun  onun  sərhəd  xətlərində 
düşərgə salmışdı ki, bir işarə ilə ora girsinlər və bu torpaqlara yiyələnsinlər. 22 aprel 
1889-cu  ildə  prezidentin  bəyanatından  sonra  gözləyənlər  bu  əraziyə  cumdular  və 
bircə gün ərzində ərazi adamlarla doldu.  
Orada-burada  təcrid  edilmiş  rezervasiyalar  qalırdı  və  onlar  qanunla 
qorunurdu.  1890-cı  ilin  əhalinin  siyahıya  alınması  göstərdi  ki,  ölkənin  əhalisi  on  il 
ərzində 12,5 milyon nəfər artaraq 62,6 milyona çatmışdır. İmmiqrantlar əvvəlki kimi 
yenə  güclü  surətdə  buraya  axışırdılar.  Əsr  ərzində  ölkənin  əməkçi  əhalisinə  əsasən 
Şimali Avropadan olan adamlar əlavə olunurdu. İmmiqrantların içərisində latın-qall 
qrupundan  olan,  Fransadan  və  Şimali  İtaliyadan  gələn  adamlar  da  az  deyildi.  Əsrin 
sonuna  yaxın  isə  İtaliyanın  cənubundan,  Macarıstan  və  Polşadan  gələn  və  aşağı 
siniflərə mənsub olan adamlar çoxluq təşkil edirdi. Avropanın cənubundan gələnlərin 
sayı  ilbəil  artırdı.  Onların  həyat  standartları  amerikanlarınkından  tam  fərqli  idi. 
Ölkənin  qərbini,  Sakit  Okean  sahilini  dolduran  çinlilər  də  heç  cür  müqayisə  oluna 
bilməyən  həyat  tərzinə  malik  idilər.  Çinlilər  bir  ovuc  düyü  ilə  qidalanmaqla 
kifayətlənir,  ən  az  əmək  haqqı  ilə  işləməyə  razı  olurdular.  Sakit  okean  sahilinin 
əhalisi  Çindən  olan  immiqrantların  oraya  buraxılmasına  qarşı  uzun  illər  səs-küy 
qaldırırdılar.  1892-ci  ilin  mayında  onların  gözlədiyi  kimi,  federal  hökumət  belə  bir 

 
361 
qayda  qoydu  ki,  hələ  yaşamaq  hüququ  qazanmamış  bütün  çinlilər  Birləşmiş 
Ştatlardan xaric edilirlər. Digər tərəfdən onlar bir vətəndaş kimi deyil, bir işçi kimi 
çox arzu olunan idilər, ona görə də şərq limanlarına hər il böyük miqdarda gəlirdilər. 
Onlar heç şübhəsiz, xoşagəlməyən adətlərə malik idilər, dilənçi şəraitində, qərb dəniz 
limanlarını  dolduran  sıx  kvartallarda  böyüyürdülər  və  təbii  olaraq  içərisində 
yaşamağa gəldikləri adamlardan ayrılırdılar.  
Lakin  onlar  çox  ağıllı,  qabiliyyətli,  ağır  zəhmətə  tab  gətirən  idilər.  Ona  görə 
də  onların  şərq  limanlarına  gəlməsinə  dözürdülər.  Çünki  onlar  heç  kəsin  yerini 
əlindən almırdılar. Ən ağır zəhmət tələb edən işlərdən yapışırdılar.  
1890-cı  il  Konqress  seçkilərində  Nümayəndələr  Palatasında  demokratların 
çoxluğu  yüz  əlliyə  yaxın  idi.  Əvvəllər  başlanan  axın  respublikaçıları  1892-ci  ildə 
bütünlüklə  hakimiyyətdən  uzaqlaşdırdı.  Yenidən  prezident  seçkisi  gəlib  çatdıqda, 
demokratlar  bir  daha  Klivlendin  namizədliyini  irəli  sürdülər.  Respublikaçılar 
prezident  Harrisonun  namizədliyini  ikinci  müddətə  irəli  sürdülər.  1888-ci  ilin 
seçkilərinin  nəticəsi  tam  dəyişilmişdi.  On  iki  milyonluq  ümumi  əhali  səsindən 
Klivlendə verilən səslər Harrisona verilən səslərdən üç yüz min çox idi. Elektorların 
kollegiyasında  isə  1888-ci  il  seçkilərindəki  Klivlendin  altmış  beş  az  səs  alması,  bu 
dəfə  1892-ci  ildə  onun  yüz  on  artıq  səs alması  ilə  əvəz  olundu.  Kolorado,  Nevada, 
Oreqon,  Aydaho,  Şimali  Dakota  və  Kanzas  öz  səslərini  xalq  partiyasının 
namizədlərinə  verdi.  O,  ştatların  çoxunda  demokratlar  öz  prezident  elektorlarını 
namizəd  göstərməmişdilər.  Onlar  böyüyən  xalq  partiyasını  dəstəkləmək  istəyirdilər 
ki, səslər respublikaçılara verilməsin.  
Qəzetlər xalq partiyasını tezliklə "populist" adlandırdılar. Klivlend prezident 
seçildikdən sonra hər iki palatadakı çoxluq da demokratların əlinə keçdi. Otuz iki il 
ərzində ilk dəfə idi ki, prezidentlik və hər iki palatadakı çoxluq demokratların əlinə 
keçirdi.  Ancaq  Klivlend  özü  partiyasız  prezidentə  bənzəyirdi.  Onun  müstəqil 
hərəkətləri,  inamlı  təşəbbüsləri,  öz  hakimiyyətindən  istifadə  etmək  yolları  məhz 
bundan  xəbər  verirdi.  Bu  əlamətlər  göstərirdi  ki,  o,  özünü  heç  bir  partiya  birliyinə 
borclu  saymır.  O,  Monteskyö  tərəfindən  kəşf  edilən  və  Konstitusiyada  öz  əksini 
tapan  nəzəriyyəyə  uyğun  hərəkət  edirdi.  O,  dövlətin  bir-birindən  ayrı  fəaliyyət 
göstərən  qanunvericilik  və  icra  hakimiyyətini  qəbul  edirdi,  onlar  bir-biri  ilə 
əməkdaşlıq  edə  bilərdi,  lakin  biri  o  birinə  komandanlıq  edə  bilməzdi.  O,  dövləti 
partiya sisteminin bir hissəsi kimi deyil, qayğıkeşliklə icad edilmiş tarazlaşdırmaqla 
yoxlanılan  leqal  fəaliyyət  mexanizmini  qəbul  edirdi.  Qanunvericilik  orqanının 
üzvləri  tərəfindən  təbii  icra  fəaliyyətini  qəbul  edən  nöqteyi-nəzəri  heç  vaxt  özünə 
yaxın qoymurdu.  
Bir  mer,  bir  qubernator  və  bir  prezident  kimi  o,  həmişə  düşünürdü  ki,  onun 
fəaliyyətində  qanunvericilik  fəaliyyətini  idarə  etmək  yox,  yoxlamaq  əsas  yer  tutur, 
özünü həmişə partiya lideri deyil, inzibati qulluqçu hesab edirdi. O, öz kabinetini də 
bu  nəzəriyyənin  prinsipləri  əsasında  təşkil  etmişdi.  Onun  ilk  kabinetində  Tomas 
Beyard,  Lusius  Lamar,  Uilyam  Vilas,  Don  Diskinson  kimi  adamlar  var  idi.  Dövlət 
katibi vəzifəsini vaxtilə Arturun kabinetinin üzvü olmuş, sonra isə Klivlendə kömək 
göstərmək  üçün  keçmiş  respublikaçılar  birliyindən  ayrılmış  və  demokrat  olmuş  bir 
adam icra edirdi. Hərbi nazir Klivlendin əvvəlki adminstrasiyasında onun şəxsi katibi 
olmuşdu.  Poçt  idarəsinin  başçısı  isə  onun,  Buffaloda  hüquqşünas  praktikası  ilə 

 
362 
məşğul  olan  partnyoru  idi.  Baş  prokuror  isə  Massaçusets  məhkəməsinin 
başçılarından biri olub, siyasətçi deyildi, sadəcə olaraq böyük hüquqşünas idi.  
Beləliklə, prezident öz ətrafını partiya şurasının üzvləri ilə deyil, nazirliklərin 
bacarıqlı başçıları ilə əhatə etmişdi. Xarici siyasət məsələlərində Klivlend möhkəmlik 
və  qabiliyyətlilik  göstərirdi.  Onun  birinci  hərəkətlərindən  biri,  Harrisonun  Havay 
adalarını  Birləşmiş  Ştatlara  anneksiya  etmək  barədə  Senatın  təsdiqinə  verdiyi 
müqavilənin Senatdan çıxarılması idi. Bu müqavilə inqilabın qəribə sövdələşməsinin 
son həddi idi.  

 
363 
Havay adalarının ələ keçirilməsi. İspan-amerikan müharibəsi. 
«Açıq Qapı» siyasəti
 
Havay  adaları  suveren  kraliçanın  tabeliyində  idi.  Onun  hakimiyyəti 
Konstitusiya  dəyişikliyi  ilə  azaldılmalı  idi.  Krallığın  xarakterinin  dəyişilməsi  ilə 
mülkiyyət  və  siyasi  hakimiyyət  əcnəbilərin  əlinə  keçirdi.  1893-cü  ilin  yanvarında 
Havay  adalarının kraliçası Liliuokalani qərara  aldı ki, öz hakimiyyətinə  arxalanaraq 
yeni  konstitusiya  elan  etsin.  Bu  konstitusiya  ada  sakinlərini  səsvermə  hüququndan 
məhrum  edirdi  və  qanunçuluğu  yenidən  taxt-tacın  nəzarəti  altına  salırdı.  Paytaxt 
Honoluluda  olan  əcnəbilər,  başlıca  olaraq  amerikanlar  onun  niyyətlərini  pozmağı, 
hökuməti öz əllərinə almağı qət etdilər və Birləşmiş Ştatların burada yerləşən səfiri 
onlara açıq köməklik göstərdi.  
Birləşmiş Ştatların dənizçilərinə və top artirleriyasına, minadaşıyan gəmidən 
limanda  sahilə  çıxmaq  əmri  verildi.  Onların  himayəsi  altında,  kraliçadan  kənarda 
əyalət  hökuməti  təsis  edildi.  Bu  hökumət  adaların  Birləşmiş  Ştatlara  birləşməsi 
barədə danışıqlar aparılması və razılıq əldə edilməsinə qədər fəaliyyət göstərəcəkdi.  
16  fevral  1893-cü  ildə  prezident  kimi  Harrison  öz  müddət  vaxtının 
qurtarmasına  iki  həftə  qalmış,  Senata  anneksiya  müqaviləsini  müzakirə  etməyi  və 
onu ratifikasiya etməyi məsləhət gördü. Bu vaxt, 9 fevralda Honoluludakı Birləşmiş 
Ştatların  səfiri  göstəriş  olmadan  hərəkət  edərək,  adalar  üzərində  Birləşmiş  Ştatların 
protektoratını elan etmişdi.  
4  martda  Klivlend  prezident  səlahiyyətlərini  öz  üzərinə  götürdü  və  tezliklə 
müqaviləni  senatdan  geri  götürdü.  Havay  adalarına  səlahiyyətli  adamlar  göndərildi 
ki,  qeyri-adi  sövdələşmə  faktını  ayırd  etsin  və  18  dekabr  1893-cü  ildə  Prezident 
Konqressə məlumat təqdim etdi ki, onun aldığı xəbərlərə müvafiq olaraq, Birləşmiş 
Ştatların  səfiri  hökumət  adından  özbaşına  hərəkət  edərək,  inqilabi  vəziyyət 
yaratmışdır.  Taxtından  devrilmiş  kraliça  isə  öz  taxtına  bərpa  edilməsi  şərti  kimi, 
ümumi amnistiyaya və hüquqların qorunmasına razılıq verir. Klivlend səfirin səhvini 
düzəltmək üçün, kraliçanı öz vəzifəsinə bərpa etməyi qərara almışdı. Lakin o, qeyd 
edirdi  ki,  hər  şey  öz  yerində  qalsa,  kraliça  heç  nə  ilə  razılaşmır  və  hakimiyyətin 
əyalət hökumətinin əlində qalmasına isə inqilabın başlanması şərti kimi baxır.  
1895-ci  ilin  ikinci  yarısında  xarici  siyasət  prezidentin  əlinə  keçdi.  Bu  vaxt 
ölkə qızğın həyəcan hisslərini yaşadı. İki xalq yenidən böyük müharibə vəziyyətinə 
gəlib çıxa bilərdi. İlbəil ingilis hökumətlərinin dəyişməsindən asılı olmayaraq, onlar 
Venesuela  hökuməti  ilə  Britaniya  Qvianasının  qərb  sərhədləri  barədə  danışıqlar 
aparırdı. Hər dəfə Britaniya sərhəd xəttini irəli çəkirdi. Birləşmiş Ştatlar hökuməti isə 
bu  danışıqları,  hər  tərəfi  qane  edən  nəticəyə  gətirmək  istəyirdi.  Monronun  məşhur 
1823-cü  il  bəyanatından  sonra  Birləşmiş  Ştatlar  hətta  heç  bir  Avropa  hökumətinin 
Amerikada  öz  torpaqlarını  genişləndirməsi  və  yeni  torpaqlar  tutmasına  imkan 
verməmək üçün hər şeyi etməyə hazır idi. Bu, bir başa Cənubi Amerika dövlətlərinə 
himayəçilik olmasa da, Avropa xalqları ilə mübahisə demək idi. Və heç bir prezident, 
istər respublikaçı, ya demokrat olsun, bu həlledici müzakirədə Britaniya Qvianasının 
sərhədləri barədə Venesuelaya faydalı olan razılığa gəlməyi təkid etməkdə tərəddüd 
göstərmirdi. Lakin nəticədə Venesuela hökumətinin qəbul etdiyi şərtlərlə razılaşmalı 
oldu.  

 
364 
Klivlend 1895-ci ilin 17 dekabrında Konqressə məktub göndərdi ki, Birləşmiş 
Ştatlar  Venesuelanın  hüquqlarını  himayə  etməyə  borcludur.  Konqressin  palataları 
qızğın  mübahisələrdəki  partiya  fərqlərini  unutdular  və  prezidentin  Venesuela 
barədəki məktubuna o saatca cavab verdilər. Üç gün içərisində, onun vurulan ziyan 
üçün  komissiya  yaratmaq  və  buna  pul  ayırmaq  xahişinin  lehinə  də  səs  verdilər  və 
bütün  dünya  gördü  ki,  Monro  doktrinasına  aid  olan  məsələdə  Konqress  prezidenti 
necə  ciddi müdafiə  edir. Klivlend sülh adamı idi, lakin bu sülh ədalətə əsaslanmalı 
idi. Ona görə də Amerika ilə İngiltərə arasındakı mübahisədə İngiltərənin baş naziri 
lord  Solsberi  güzəştə  getməli  oldu.  Mübahisə  arbitrajın  həllinə  təqdim  edildi. 
Klivlend böyük qalibə çevrildi. O, bu örtülü məsələni iki xalqın ictimai rəyinə çıxardı 
və  bu  rəy  onu  müdafiə  etməklə,  lord  Solsberini  məzəmmətləndirdi.  1895-ci  ilin 
yazında  Dövlət  katibi  Qrişhom  Alihəzrət  hökumətinə  təklif  etdi  ki,  arbitrajın  baş 
müqaviləsinə görə, iki hökumət bu müzakirənin bütün ciddi məsələlərində ona tabe 
olmalıdır,  bu  isə  onların  arasında  tribunalın  qərara  gəldiyi  müqavilə  kimi  özünü 
göstərə bilər. Venesuela mübahisəsinin qəflətən qızışması okeanın hər iki tərəfindən 
bu  planı  icra  etməyi  tezləşdirmək  arzusu  yaratdı.  11  yanvar  1897-ci  ildə  prezident 
müqavilənin  başa  çatması  və  imzalanmasını  görməkdən  çox  məmnun  oldu.  Lakin 
Senat bu müqaviləni rədd etdi.  
İmzaların  mübadiləsindən  iki  ay  sonra  Klivlend  prezidentliyinin  vaxtı  sona 
yetdi və müqavilə öz həllini gözləyəndə, ondan bu vəzifəni qəbul edən respublikaçı 
prezident  Uilyam  Mak-Kinli  də  Senata  həmin  müqaviləni  təsdiq  etməyi  təkid  etdi. 
Lakin müqavilə yenidən rədd edildi. Demokratlar adminstrasiyasının son günlərində 
xarici  siyasətin  daha  ciddi  və  çətin  olmasından  yaranan  dolaşıqlıqdan  vəziyyət  bir 
qədər də tündləşdi.  
Birləşmiş  Ştatlarla  Böyük  Britaniya  arasındakı  pisləşmiş  münasibətlərlə 
yanaşı  Kubada  İspaniyanın  idərçiliyinin  çətinlikləri  dözülməz  dərəcədə  böyüdü. 
1895-ci ilin yazında güclü qiyam baş verdi. Bu adadakı axırıncı üsyandan on yeddi il 
sonra  baş  vermişdi.  Həmin  üsyan  1868-1878-ci  illərdə  on  bir  il  ərzində  davam 
etmişdi  və  yalnız  İspaniya  adminstrasiyasının  radikal  islahatlar  keçirmək  barədə 
vədləri ilə nəticələnmişdi. Ada burada saxlanan ordu, hərbi dəniz qüvvələri və ispan 
ağalığının  qulluqçuları  üçün  vergi  ödəməliydi.  Yerli  məskunlara  səsvermə  hüququ 
verilmişdi, lakin bütün işlər adanın qubernatoru olan general-kapitanın sərəncamında 
idi.  Ada  sakinlərin  ödədikləri  dözülməz  vergi  adanın  özünün  ictimai  işlərinə  sərf 
olunmaq  üçün  də  artırıldı.  Ona  görə  də  islahatların  həyata  keçirilməsi  üçün 
inqilabdan  başqa  bir  yol  yox  idi  və  inqilabla  bağlı  heç  bir  ümid,  mütləq 
müstəqilliksiz həyata keçə bilməzdi.  
İspaniya hökuməti qiyamı vəhşicəsinə yatırtmaq tədbirlərinə əl atdı. 1896-cı 
ilin  yanvarında  Don  Valeriano  Ueyler  adanın  qubernatoru  və  general-kapitanı  təyin 
edildi və o, repressiya tədbirlərini davam etdirdi. Bu tədbirlər isə, onlara baxan bütün 
sivilizasiyalı adamların insanlıq hisslərini lərzəyə saldı. Yeni qubernator görəndə ki, 
meşələrdən,  bataqlıqlardan  və  dağlardan  ibarət  olan  ölkənin  müqavimətinə  son 
qoymaq o qədər də asan olmayacaqdır, o, qiyam qaldıran mahalların hər bir kəndini, 
qəsəbəsini  dağıtmağa  başladı.  Orada  yaşayan  qadınları  və  uşaqları  isə  ölüm 
düşərgələrinə  qovdu,  burada  onlar  gözətçilərin  nəzarəti  altında  saxlanırdılar  və 
qiyamçılara kömək göstərə bilmirdilər. Ölkə beləliklə boşalmalı və burada heç bir ev 

 
365 
adında sığınacaq olmamalı idi. Qubernator ağıllı hərəkət və mərhəmət barədə heç bir 
ehtiyatlılıq  göstərmirdi.  Çünki  bu  bədbəxtlik  həm  də  düşərgədən  kənardakı  aclığı 
saxlamaq  üçün  zəruri  bir  hal  idi.  O,  bu  bədbəxt  insanlara  özləri  bacardığı  kimi 
həyatlarını mühafizə edib, saxlamağa imkan verirdi.  
Rəylər  Birləşmiş  Ştatlar  üçün  çətin  olan  istiqamətdə  hərəkət  edirdi  və  belə 
şeylərə  prezident  laqeyd  qala  bilməzdi.  Heç  kəs  ölkənin  qapısı  ağzında  dayanan 
adanın  taleyinə  biganə  deyildi,  bu  adanın  əhalisi  ölkə  ilə  ticarət  və  qonşuluq 
münasibətləri  ilə  bağlı  idi.  Kubadan  qorxulu  tropik  malyariya  kiçik  su  məsafəsini 
keçərək  Birləşmiş  Ştatların  cənub  limanlarını  sirayətləndirmişdi.  Çünki  ispanlar 
adanın  limanlarında  yerləşən  böyük  şəhərlərin  təmizliyinə,  sanitar  vəziyyətinə  fikir 
vermirdilər. Lakin burada inqilab rəngi malyariya xəstəliyindən də qorxulu idi.  
Klivlend  Konqressə  1896-cı  ilin  dekabrındakı  məruzəsində,  Kuba 
məsələlərini  sülhsevər  sonluğuna  gətirməyin  qaydaya  salınmasının  vacib  olduğu 
barədə  çox  ciddi  danışdı.  Məruzədə  qeyd  edilirdi  ki,  ya  biz  səbrlə  İspaniyanın  bu 
mübahisəni  öz  qaydasına  müvafiq  olaraq  kəsməsini  gözləməliyik,  ya  da  biz  ona 
dostcasına köməklik göstərməliyik. Ya İspaniya öz şərtləri ilə tabeliyində olan Kuba 
ilə  razılığa  gəlməli,  yaxud  da  Birləşmiş  Ştatlar  müdaxilə  etməlidir.  Prezidentin 
sözləri  əslində  hər  şeyin  sadə  olmasını  qeyd  etməklə,  əsl  məqsədi  ört-basdır  etmək 
rolunu  oynayırdı.  Hər  bir  özəl  danışıq  sülh  və  razılıq  əldə  etmək  üçün  aparılırdı. 
Hökumətin etiraz sözləri indi ucadan və bütün dünya qarşısında deyilirdi. Lakin hələ 
fəaliyyət göstərmək vaxtı deyildi və bu fəaliyyət zəruri olduqda ona başçılıq etmək 
başqalarının üzərinə düşəcəkdi.  
Klivlendin  narahat  prezidentlik  müddəti  qurtarmaq  üzrə  idi. O,  öz  kabinetini 
yüngüllük  hissi  ilə  tərk  edirdi.  Onun  partiyası  ondan  üz  döndərmişdi.  Son  iki  il 
ərzində o, hökumətin ağır yükünü təkcə daşımışdı.  
1894-cü  ildə  seçilən  və  çoxluğu  respublikaçılardan  olan  palatalar, 
demokratların  çoxluq  təşkil  etdiyi  palatalar  kimi  heç  nə  edə  bilmirdi.  O,  maliyyə 
vəziyyətini  yüngülləşdirmək,  qızıl  ehtiyatını  himayə  etmək  və  ölkənin  biznesini 
möhkəmləndirmək  üçün  dəfələrlə  onlardan  kömək  göstərməyi  xahiş  etmişdi. 
Maliyyə naziri dəfələrlə yaxşı plan hazırlamışdı. Nazir Karlisl və prezident mümkün 
olan  hər  şeyə  əl  atırdılar  ki,  maliyyə  vəziyyətinin  yaxşılaşmasına  kömək  edən 
islahatlar  aparılsın.  Lakin  Konqress  onların  təklif  etdiklərindən  heç  nəyi  qəbul 
etmirdi. Ona görə də son gəlib başa çatanda o, istirahət və sakit pensiya qazandı.  
1896-cı ilin seçkiləri göstərdi ki, o, prezident olanda, onun saxladığı vulkanik 
qüvvələr  səviyyədən  aşağıda  dayanırmış.  Ölkədə  iqtisadi  vəziyyət  ağırlaşırdı. 
Cənubun  və  Qərbin  kənd  təsərrüfat  əraziləri  üçün  daha  böyük  çətinlik  mövcud  idi. 
Kənd  təsərrüfatı  məhsullarının  qiyməti  o  qədər  aşağı  düşmüşdü  ki,  fermerlərin 
ümumi  iflasının  qarşısını  çox  çətinliklə  almaq  olardı.  Biznesin  bütün  növləri 
depressiyaya  məruz  qalmışdı.  Belə  bir  şəraitdə  respublikaçılar  Birləşmiş  Ştatların 
mərkəzi və şərq ştatlarında xeyli güclü idilər, bu ərazilərdə ticarət və manufaktura öz 
inkişafından qalmırdı. Demokratlar isə öz müdafiəsini Cənubdan və Qərbdən alırdı. 
Qeyri-adi təbliğat kampaniyası prezident seçkilərindən bir il əvvəl başladı.  
Respublikaçıların qurultayı birinci çağırıldı və burada pulun qızıl standartının 
tərəfdarları qalib gəldilər. Onlar dünyanın aparıcı ticarət edən xalqları ilə beynəlxalq 
razılaşmalardan başqa azad gümüş sikkələrin işlədilməsinin əleyhinə idilər. Onların 

 
366 
prezident  vəzifəsinə  namizəd  seçmələri  də  elə  asan  deyildi.  Onlar  bu  zaman  Ohayo 
ştatının qubernatoru olan Uilyam Mak-Kinlini namizəd göstərdilər. O, Nümayəndələr 
Palatasında  uzun  illər  xidmətinə  görə,  bütün  ölkəyə  yaxşı  tanış  idi.  Xüsusən  o, 
Qaydalar və Niyyətlər Komitəsinin sədri olanda məşhurlaşmışdı, bu komitə 1890-cı 
ildə  Tarif  qanununu  tərtib  etmişdi  və  buna  görə  də  demokratlar  1892-ci  il 
səsverməsində  qalib  gəlmişdilər.  Üç  həftə  sonra  demokratların  qurultayı,  "azad  və 
məhdudiyyət olmadan" hər iki sikkənin, qızıl və gümüşün hazırki şəraitdə on altının 
birə nisbəti ilə, heç bir başqa xalqın köməyini və razılığını gözləmədən mübadiləyə 
buraxılmasını tələb etdi və Uilyam Ceninqs Brayanı prezidentliyə namizəd göstərdi. 
Nebraska ştatından olan namizəd qurultayın əhval-ruhiyyəsinə və həyəcanına uyğun 
gəlirdi.  Bütün  ölkənin  azad  gümüş  pul  tərəfdarı  kimi  tanıdığı  və  partiyanın 
liderlərindən biri olan Blend əvvəlcə səsvermədə irəlidə gedirdi. Brayan Konqressin 
üzvü  kimi  Nümayəndələr  Palatasında  sikkə  məsələsi  barədə  danışmasına 
baxmayaraq,  özünə  liderlik  yeri  qazanmaq  üçün  heç  nə  etməmişdi.  Ölkəyə  elə  də 
tanış  deyildi  və  qurultaya  Nebraskadan  olan,  o  qədər  də  nəzərə  çarpmayan 
nümayəndə  heyəti  ilə  gəlmişdi.  Qurultayın  tribunasından  etdiyi  kiçik  çıxış 
namizədliyə irəli sürülmə müsabiqəsində onun qalib gəlməsinə səbəb oldu. Bu çıxış 
arqumentlərinə görə deyil, hərarətinə görə çox güclü idi. Xalq partiyası da Brayanı öz 
namizədi kimi qəbul etdi.  
Sentyabrın  əvvəlində  isə  demokratlardan  kənarda  olan  nüfuzlu  adamların 
təşkilatı  İndianapolisdə  öz  qurultaylarını  keçirib  özlərini  Milli  Demokrat  Partiyası 
adlandırdılar və bəyan etdilər ki,  mühafizəkar adamlar demokrat partiyasının vergi, 
dövlət  gəliri  və  sikkə  barədəki  məsələlərdəki  ənənəvi  doktrinalarının  həqiqət 
olacağına  inanırlar.  Ona  görə  də  pul  mübahisəsinin  nəticəsi  seçki  kampaniyasının 
yeganə  nəticəsi  kimi  görünürdü.  Ölkə  heç  vaxt  rəyin  idarə  olunması  uğrunda  belə 
mübarizəni  görməmişdi.  Demokratlar  və  onların  müttəfiqləri  seçkilərdə  dramatik 
fayda  əldə  etdilər.  Onların  namizədi  ölkəni  başdan  ayağa  gəzərək  adamlara  özünün 
moizə etdiyi doktrinalardan söhbət açırdı. Bu siyasi döyüşdə yalnız arqumentlə qalib 
gəlmək olardı. Ölkə heç vaxt belə pamflet daşqınına düşməmişdi.  
Radikal  və  mühafizəkar  qüvvələr  arasında  təhlillər  mübahisəsi  gedirdi  və  bu 
işdə mühafizəkar qüvvələr qalib gəldi. Seçki günü 3 noyabrda verilən on dörd milyon 
səsdən  altı  milyon  yarımı  Brayana  verildi,  Mak-Kinli  isə  7,1  milyon  səs  aldı. 
Ohayodan və Potomakdan şimalda olan və Missisipidən şərqdə olan ştatların hamısı 
səsi  respublikaçı  namizədə  verdi,  onlardan  bəzilərində,  məsələn  Nyu  York  və  Nyu 
Cersidə  görünməmiş  böyük  üstünlüklə  respublikaçı  namizəd  səs  qazandı. 
Missisipidən  qərbdə  -  Minnesotada,  Ayovada,  Şimali  Dakotada,  Oreqon  və 
Kaliforniyada,  Ohayodan  və  Potomakdan  cənubda  isə  Qərbi  Virciniyada  və 
Kentukkidə respublikaçılar üstünlük qazandılar. Hətta Şimali Karolina və Tennessidə 
də respublikaçılar xeyli güclü çıxdılar.  
Konqressin  hər  iki  palatasındakı  çoxluq  yenidən  respublikaçılara  qayıtdı  və 
artıq  heç  kəs  şübhə  edə  bilməzdi  ki,  bu,  bütün  ölkənin  qərarıdır.  Lakin  hava 
bütünlüklə təmizlənmədi. Daxili müharibə və sülh məsələləri geridə qaldı, unuduldu. 
Hər  iki  palatada  respublikaçıların  çoxluq  təşkil  etməsinə  baxmayaraq,  1896-cı  ilin 
martında  1884-cü  il  qanununun  qırx  altıncı  maddəsinə  edilən  düzəliş  -  "Birləşmiş 
Ştatların  ordusunda  və  hərbi  qüvvələrindən  axırıncı  qiyamın  əvvəlində  ona  xidmət 

 
367 
edən hər kəs, sonralar Konfederat Ştatlar adlanan bir quruluşun hərbi, hərbi-dəniz və 
mülki  işlərində  xidmət  edən  hər  kəs  və  ya  axırıncı  qiyam  vaxtı  qiyamçı  ştatlardan 
olan  kimsə  Birləşmiş  Ştatların  ordu  və  hərbi  dəniz  qüvvələrində  heç  bir  vəzifəyə 
təyin  edilə  bilməz"  barədəki  düzəliş  bütünlüklə  ləğv  edildi.  Bu  "Unutma  Aktı"nın 
finalı idi.  
Bu vaxt belə fikir də şüurlara hakim kəsilməyə başladı ki, Amerika dünyanın 
iqtisadi  taleyinə  rəhbərlik  edə  bilər.  Amerika  polad  əritmə  zavodlarının  məhsulları 
rəqabətdən qorxmurdu.  
Ölkənin  Kubadakı  vəziyyətlə  əlaqədar  səbri  tükəndi.  14  fevral  1898-ci  ildə, 
Müqəddəs  Valentin  günündə  Birləşmiş  Ştatların  döyüş  gəmisi  "Men"  Havana 
limanına  xoş  məramla  gəlmişdi,  gəmi  burada  partladılaraq  kiçik  hissələrə  bölündü. 
Partlayışda iki zabit və gəmi komandasından 258 nəfər dənizçi həlak oldu. Diqqətli 
təhqiqat  əvvəlcədən  partladılmanın  hazırlandığını  göstərdi.  Burada  heç  bir  qəza 
məsələsi  ola  bilməzdi.  Gəmi  lövbər  saldığı  yerdə,  onun  altına  partladıcı  maddə 
qoyulmuşdu.  İki  ay  içərisində  İspaniya  və  Birləşmiş  Ştatlar  müharibə  vəziyyətində 
oldu,  ona  görə  yox  ki,  amerikan  hərbi-dəniz  gəmisi  İspaniya  limanında 
partladılmışdı. Ona görə ki, bu faciəli hadisə ictimai rəyi ayağa qaldırmışdı. Bundan 
başqa  Kubadakı  ispan  hakimiyyətinin  "Men"  gəmisini  partlatmaq  sahəsində  təqsiri 
barədə heç bir şəhadət yox idi.  
Lakin  bu  partlayış  bütün  ölkənin  rəyini  dəyişdirmişdi.  Prezident  Mak-Kinli 
Konqressin üzvlərinin nəbzini yoxlamaq üçün elə ustalığa malik deyildi. O, on dörd 
il  Nümayəndələr  Palatasının  iclaslarında  iştirak  etmişdi.  O,  müstəqil  hərəkət  edə 
bilmirdi, çox vaxt hakimiyyətin qanunvericilik qanadı ilə birləşirdi. Mak-Kinli Kuba 
məsələsi barədə hər bir arqumentlə İspaniya hökumətinə təzyiq göstərirdi. Birləşmiş 
Ştatların  dostcasına  müdaxiləsi  bu  məsələni  yoluna  qoymağa  xidmət  edirdi.  Lakin 
Kuba narahatlıqları, öz həllinə heç də əvvəlkindən yaxın görünmürdü.  
Prezidentin  tələsik  hərəkətləri  Konqressin  səbirsizliyi  və  "Men"  gəmisinin 
partladılmasından sonra adamların bu barədəki hisslərinin qızışması ilə əlaqədar idi. 
Konqress müharibə məsələlərinə baxan hakimiyyət idi. Hadisələrin gedişi göstərirdi 
ki,  radikal  addımlardan  çəkindirmək  uzun  müddət  ərzində  mümkün  olmayacaqdır. 
Əziyyət  çəkən  Kuba  xalqından  hər  gün  kədərləndirici  xəbərlər  gəlirdi.  Həbs 
düşərgələrindən gələn xəbərlər xüsusilə ağır idi. Ada lap qonşuluqda idi, ona görə də 
müharibə  səhnəsindən  xəbərlər  tez  gəlib  çatırdı.  Konqressin  üzvləri  özləri  həbs 
düşərgələrinə və adanın qiyam qaldırmış əsas yerlərinə gedir və burada gördüklərini 
və eşitdiklərini palataların iclaslarında danışırdılar.  
Prezident işlərin idarə edilməsini öz əlində saxlamaq istəyirdi, lakin qorxurdu 
ki,  narahat  palatalar  tezliklə  onun  nəzarətini  pozsunlar.  Danışıqlar  heç  də  Havana 
limanlarındakı partlayışdan sonra olan kimi adamların səbirsizliyinə uyğun qaydada 
sürətli  getmirdi  və  bu  Konqressin  liderlərindən  fəaliyyət  göstərməyi  tələb  edirdi. 
Mak-Kinli  müqavilə  təklifinin  taleyinə  şübhə  edirdi,  o,  güman  edirdi  ki,  daha  bir 
risqə getməklə ümidlər puça çıxdıqda, ölkədəki rəy onu mühakimə edəcəkdir. Buna 
görə də qəflətən danışıqlara son qoydu.  
1898-ci il aprelin 11-də o, Konqressdən Kubadakı düşmənçiliyə son qoymaq 
üçün səlahiyyət xahiş etdi və aprelin 18-də Konqress elan etdi ki, Kuba xalqı azad və 
müstəqildir.  Konqress  prezidentə  səlahiyyət  verdi  ki,  adadakı  hakimiyyəti  və 

 
368 
hökuməti tərk etməyə İspaniyanı məcbur etmək üçün Birləşmiş Ştatların ordusundan 
və  hərbi-dəniz  qüvvələrindən  istifadə  etsin.  İki  ölkə  -  ABŞ  ilə  İspaniya  arasındakı 
bütün  diplomatik  münasibətlər  kəsildi  və  aprelin  25-də  müharibə  haqqında  rəsmi 
bəyanat verildi.  
Hər  iki  palata  prezidentə  səlahiyyət  verdi  ki,  İspaniyanı  adadan  qovsun. 
Birləşmiş  Ştatlar  adaya  hərbi  müdaxilə  etdi.  Bu  hisslərin  müharibəsi  idi,  hər  kəs 
görürdü ki, ölkə bu qəfləti müharibəyə hazırlaşmamışdır. Birləşmiş Ştatların nizami 
ordusunun tərkibi 28 min zabit və əsgərdən ibarət idi. Məhz belə bir yük əlli il əvvəl 
Meksika  ilə  aparılan  müharibədə  könüllülərin  üzərinə  düşmüşdü.  May  ayının 
sonunda  nizami  ordunun  say  tərkibi  42  min  nəfərə  çatdırıldı.  Lakin  yeni  adamlar 
əsgərliyə  təzə  cəlb  edilənlər  idi.  Ona  görə  də  könüllülər,  nizami  ordunun 
əsgərlərindən tez yığışırdı.  
Mayın sonuna yaxın prezidentin çağırışına cavab olaraq 118 min nəfərdən çox 
əsgər  və  altı  min  zabit  könüllü  hərbi  xidmətə  yığışdı,  onların  əksəriyyəti  ştatların 
militsiası idi. Onlar tezliklə döyüşə hazır oldular və əmri gözlədilər. Konqress nizami 
ordunun  65  min  nəfərə  çatdırılmasına  icazə  verdi  və  onlardan  56  min  nəfəri  avqust 
ayı başlamamışdan yığıldı. Bu dövrdə köməkçi qüvvələrin sayı 216 min nəfərə çatdı 
və onlar ölkənin hər tərəfindən gəlirdilər. O da nəzərə çarpırdı ki, cənublular xidmət 
üçün  özlərini  necə  qabağa  atırlar.  Cənub  Konfederasiyası  ordusunda  zabit  olmuş 
yaşlı  adamlar  komandirlik  vəzifəsini  xahiş  edirdilər  və  buna  nail  olurdular.  Çünki 
Kontribusiya  haqqındakı  Aktın  qəbul  edilməsindən  iki  il  keçmişdi.  Ölkəni  birlik  və 
ümumi  hadisə  üçün  həvəs  barədə  yeni  hisslər  həyəcanı  bürümüşdü.  Artıq  ölkənin 
ayrı-ayrı hissələrinin arasında elə bir fərq yox idi. Cəbhədə bayraq dalğalandıqda, bu 
fərqlər unudulurdu.  
Bu  coşğunluğun  ilk  dalğası  başlandıqda,  müharibə  də  başlandı.  İyul  ayı 
qurtarmamışdan  amerikan  qoşun  dəstələri  Kubanı  və  Porto  Rikonu  tutmuşdu  və 
İspaniyaya sülh şərtləri təklif olundu.  
Müharibənin  ilk  döyüşü  Şərqdə,  İspaniyaya  məxsus  olan  Filippin 
arxipenalaqında  başladı.  Admiral  Diueyin  komandanlıq  etdiyi  Birləşmiş  Ştatlar 
eskadrası  1898-ci  il  mayın  1-də  səhər  tezdən  Filippinin  paytaxtı  yerləşən  Manila 
buxtasında  ispan  donanmasına  hücum  etdi  və  onu  darmadağın  etdi.  Amerikan 
donanmasına isə azacıq ziyan dəydi, bir nəfər də olsun dənizçi və gəmi itgisinə yol 
verilmədi.  
Kuba  adasında  isə  ispan  admiralı  Servera  Santyaqo  de  Kubanın  üstünə 
hücuma  keçdi.  Bu  adanın  cənub  limanı  olmaqla,  onun  yaxınındakı  açıq  dənizə  ən 
yaxın nöqtəsi idi. Karib dənizi geniş idi, amerikan komandanları söz vermişdilər ki, 
onlar  birinci  olaraq  Martinikanı,  sonra  Venesuela  körfəzinə  yaxın  olan  Kyurasaonu 
tutacaqlar. Amerikan baş komandanı Serveranı Porto-Riko limanlarında axtaranda o, 
gözə çarpmadan Santyaqo limanına girmişdi. Santyaqoda demək olar ki, o, iki həftə 
qalmışdı, onu amerikan dənizçiləri burada tapmışdılar. Uca qayalar yaxındakı limanı 
örtürdü, giriş üçün dar, genişləndirilmiş boğaz var idi. Qayalardan müşahidə olunan 
limanda,  heç  kəs  gizlənən  bu  gəmiləri  görməmişdi.  Mayın  29-da  amerikan 
donanmasının eskadrası kommandor Skleyin başçılığı altında limanı mühasirəyə aldı, 
onlar  buna  əmin  idilər  ki,  ispan  eskadrası  limanda  dayanmışdır  və  iyunun  1-də, 
arxada  hərəkət  edən  baş  komandan  admiral  Sempson  gəlib  çıxdı  və  özünün  ağır 

 
369 
gəmilərini mühasirə qüvvələrinə əlavə etdi və komandanlığı öz üzərinə götürdü. Bu 
vuruşlarda altı yüz ispan zabiti və dənizçisi öldürüldü və ya batırıldı. Min yeddi yüz 
adam  yandırılan  və  məhv  edilən  gəmilərdən  əsir  kimi  götürüldü.  İki  həftə  ərzində 
Kubanın ən cənub nöqtəsi və rayonu olan Santyaqo amerikanların əlinə keçdi.  
General Şefterə kömək gəlməklə onun qüvvələrinin sayı 21 min nəfərə çatdı 
və  şəhər  bütünlüklə  mühasirəyə  alındı.  Atəş  açılana  qədər  on  səkkiz  min  nəfər 
qadına,  uşağa  və  xarici  sakinlərə  mühasirə  xəttindən  çıxmağa  icazə  verildi. 
Donanmadakı  ağır  toplardan  və  təpələrdəki  batareyalardan  atəş  açılmağa 
başlandıqda,  sonluq  artıq  qaçılmaz  idi.  Təslim  olmaq  barədə  danışıqlar  12-də 
başlandı və 17-də təkcə şəhər deyil, bütün cənub nöqtələri tutuldu.  
İyulun  21-də  general-mayor  Mayls  Quantanamo  buxtasından  üzərək  Porto 
Rikoya  yollandı.  Burada  o,  Birləşmiş  Ştatlardan  göndərilən  köməklə  birləşdi  və 
adanın  cənub  və  qərb  hissələri,  heç  bir  müqavimət  olmadan  amerikanlar  tərəfindən 
ələ  keçirildi.  İyulun  26-da  İspaniya  hökuməti  sülh  təkliflərini  Fransanın 
Vaşinqtondakı  səfiri  Kambon  vasitəsilə  göndərdi  və  30  iyulda  sülh  müqaviləsinin 
qəti şərtləri həmin vasitəçinin köməyi ilə təklif edildi.  
Avqustun ortalarında uzaq Filippindəki Manilada belə qərara alındı ki, heç bir 
İspaniya  qüvvəsi  Birləşmiş  Ştatlar  ordularına  heç  bir  yerdə  müqavimət 
göstərməyəcəkdir.  Təkcə  sülhün  bütün  şərtləri  razılaşdırılmaq  üçün  qaldı.  İlk  dəfə 
Birləşmiş  Ştatların  hərbi-dəniz  qüvvələri  öz  gücünü  ispanlara  göstərdi.  Çünki 
amerikanların  gəmiləri  daha  müasir  və  yaxşı  silahlanmış  idi,  daha  yaxşı  poladdan 
qayrılmışdı və dünyadakı ən yaxşı maşinistlərə malik idi. 
Avqust  ayında  Kubadakı  qoşun  dəstələrinin  əksəriyyəti  Birləşmiş  Ştatlara 
qayıtdı.  Filippin  müstəsna  olmaqla,  göründüyü  kimi  müharibə  başa  çatırdı.  12 
avqustda sülh protokolu Vaşinqtonda  imzalandı. Filippində admiral  Diuey Manilanı 
işğal etmək üçün köməyin gəlməsini gözləyirdi. Lakin əlavə ordu müttəfiqi olmadan 
o,  çox  gözləyə  bilməzdi.  Kuba  kimi  Filippində  də  İspaniya  idarəçiliyinə  qarşı 
dəfələrlə  qiyam  qalxırdı.  Dörd  aylıq  sülh  dövrü  mövcud  olduqda  komandor  Diuey 
Vaşinqtondan şərq sularında İspaniya dəniz qüvvələrinə hücum etmək əmrini aldı.  
Diuey qiyamçıların başçısı Aquinaldonu Manilaya xəbər aparmağa göndərdi. 
Onun Luson adası əhalisinə təsiri yaxşı məlum idi. Amerika komandanı onu silah və 
geyimlə  təchiz  etdi.  Komandor  Diuey  şərqdə  ispan  donanmasının  darmadağın 
edilməsinə  komnadanlıq  etməli  idi.  Ordu  hissələri  Filippinə  göndərilməli  idi  ki, 
silahla  onu  işğal  etsin.  13  avqustda,  Vaşinqtonda  sülh  protokolu  imzalandığı  günün 
sabahı, Manilaya hücum üçün hər şey hazır idi. Bu vaxt Aquinaldonun qüvvələri bu 
əməliyyatda özlərinin iştirakına şübhə ilə baxdılar.  
Payızda  sülh  komissiyaları  Parisdə  son  razılaşmanı  əldə  etmək  üçün 
görüşdükdə, Birləşmiş Ştatlar onun ordusunun toxunduğu hər şeyi tələb etdi və aldı: 
Kubanı  kubalılar  üçün,  Porto  Rikonu  və  Filippin  adalarını  və  onların  yolunun 
üstündə olan kiçik Quam adasını isə öz torpaqları kimi.  
Birləşmiş  Ştatların  orduları  6  iyul  1898-ci  ildə  Santyaqo  xəttində  olanda, 
Konqressin  hər  iki  palatasında  Havay  adalarının  Birləşmiş  Ştatlara  anneksiya 
edilməsi barədə qərar qəbul edildi və Klivlendin bir az fasilə verdiyi inqilabi proses 
başa  çatdı.  Amerika  hakimiyyəti  ispan  müstəmləkələrinə  toxunan  kimi,  İspaniya 
imperiyası  xırda  hissələrə  bölünməyə  başladı.  İspan  müstəmləkələrindəki 

 
370 
hökumətlərin hamısı süqut etdi və ümidsiz şəkildə çürüdü. Belə bir şəraitdə 1900-cü 
il  prezident  seçkiləri  gəlib  çatdı.  Brayan  yenidən  respublikaçıların  namizəd  kimi 
saxladığı  Mak-Kinliyə  qarşı,  demokratlar  tərəfindən  namizəd  göstərildi. 
Respublikaçılar qızıl və gümüş pul arasında nisbətin on altının birə nisbəti kimi hər 
ikisinin sərbəst pul olmasını bir daha tələb etdilər. Heç kəs seçkilərin nəticəsi barədə 
qorxu  hissi  keçirmirdi  və  Mak-Kinli  heç  bir  çətinlik  çəkmədən  ikinci  müddətə 
prezident seçildi. Bu yeni əsrin astanasında baş verdi.  
Əsr  başa  çatanda  Çində  inqilabi  qüvvələrin  irəliləyişi  baş  verdi.  Qiyamçı 
dəstələr  bütün  ölkəni,  paytaxtın  özünü  doldurmuşdu.  Onlar  əcnəbi  qüvvələrin 
təsirinə,  xüsusən  Rusiya,  İngiltərə  və  Almaniyanın  Çinin  limanlarına  daxil  olması 
əleyhinə  etiraz  edirdilər.  Amerika  digər  xalqların  nümayəndələri  üçün  Pekində 
təhlükə  yarandığını  gördükdə,  onların  vəziyyətini  yüngülləşdirmək  üçün  hərbi 
dəstələr  göndərdi.  Amerika  öz  yeni  rolunu  uğurla  oynayırdı.  Yeni  əsr  ona  yeni 
qüvvələr verəcəkdi, ən başlıcası isə böyük uğur vəd edirdi.  
ABŞ 1898-ci ildə İspaniya ilə müharibə apararaq Filippini, Quam adalarını və 
Porto  Rikonu  tutdu  və  Kuba  üzərində  protektorat  elan  etdi.  Bu  müharibə  həmin 
ölkələrin  xalqlarının  mübarizəsinə  kömək  adı  altında  aparılırdı.  Baxmayaraq  ki, 
amerikanlar  könülsüz  olaraq  imperialistlərə  çevrilmişdilər,  1898-ci  ildən  sonra 
Birləşmiş Ştatlar artıq mühüm Sakit okean dövləti idi və amerikan iş adamları nüfuz 
etməyə  çalışan  ambitsiyaları  ilə  nəhəng  Çin  bazarının  qapısını  döyürdülər.  Bu 
bazarın qapısı 1890-cı illərdə sürətlə bağlanmışdı, lakin Britaniya, Fransa, Rusiya və 
Yaponiya hər cür yollarla özlərinə  
Mancuriyadan  Cənibi  Çinə  qədər  olan  ərazilərdə  təsir  zonaları  yaradırdılar. 
ABŞ  isə  Uzaq  Şərqdə  "Açıq  qapılar"  doktrinasını  həyata  keçirməyə  başladı.  Bu 
doktrina  1899-cu  ildə  ABŞ-ın  Dövlət  katibi  Con    Heyin  Avropa  dövlətlərinə  və 
Yaponiya hökumətlərinə göndərdiyi notalarda irəli sürülmüşdü. Bu doktrina ABŞ-ın 
"kommersiya təşkilatlarının" Çində, həmçinin dövlətin "təsir sferalarında" olan digər 
ərazilərdə  "açıq  qapıları"  saxlamaq  istəyini  elan  edirdi.  Dövlət  katibi  müraciətində 
xahiş edirdi ki, onlar öz mənafe sferalarında və icarəyə götürdükləri ərazilərdə bütün 
millətlərə  bərabər  investisiya  imkanları  yaratsınlar.  Hey  bəyan  ediridi  ki,  bütün 
dövlətlər  "Açıq  Qapı"ya    hörmət  etməyə  razılıq  vermişlər,  hətta  baxmayaraq  ki, 
Rusiya  hansısa  vəd  verməkdən  imtina  etmişdi.  1900-cu  ilin  3  iyulunda  baş  verən 
Boksçular üsyanından sonra – bu xarici təsirlərə qarşı Çində baş verən iğtişaşlar idi, 
–  Hey  özünün  ikinci  «Açıq  Qapı»  notasını  göndərdi.  Bu  sənədlə  bəyan  etdi  ki, 
Amerikanın  siyasəti  Çinin  ərazi  və  siyasi  bütovlüyünü  qoruyub  saxlamağa 
yönəldilmişdir.  Bu  yolla  ABŞ  öz  rəqiblərini  sıxışdırıb  çıxarır  və  ölkənin  xaricində 
yeni  torpaqlar  ələ  keçirmək  siyasətinə  yol  açırdı.  Lakin  bu  bəyanatlar  elə  böyük 
effektə malik olmurdu.  
 
 
 
 
son   
İstifadə olunan ədəbiyyat  
Bibliography 
 

 
371 
1.
 
The American Past,   A history of the United States from Concord 
to  Hiroshima,  1775  –  1945  by  Roger  Butterfield.  Simon  and  Schuster,  New 
York, 1961 
2.
 
American’s  eleven  greatest  presidents.  2
nd
  edited  by  Morton 
Borden. Rand McNally and Company, Chicago, 1971  
3.
 
Bradford William. History of Plymouth Plantation. Internet.  
4.
 
The  Cambridge  Encyclopedia.  Edited  by  David  Crystal,  3
rd
 
edition, 1997.   
5.
 
Clark,  George.  English  History  –  a  survey.  Oxford  at  the 
Clarendon Press. 1971 
6.
 
Churchill,  Sir  Winston  Leonard  Spenser.  History  of  the  English-
speaking Peoples. In 4 volumes. London, Cassell, 1962  
7.
 
Durant,  Will  and  Ariel.  The  lessons  of  History.  Simon  and 
Schuster, New York, 1968 
8.
 
Durant, Will and Ariel. The age of Voltaire. Simon and Schuster, 
New York, 1965 
9.
 
Elson, Henry William. History of United States of America. New 
York, The Macmillan company, 1914  
10.
 
Encyclopedia of American History. Edited by R. B. Morris. New 
York. Harper and Brothers, 1953 
11.
 
Encyclopedia of American Biography. John A. Garraty, Jerome L. 
Sternstein. 2
nd
 edition, New York. Harper Collins Publishers, 1995.  
12.
 
Frend  S.  Bullitew  C.  Tomas  Woodrow  Wilson,  28
th
  president  of 
the USA. Psychological study. Boston, Houghton Miffin Company, 1966 
13.
 
History of Humanity, Scientific and cultural development. Edition 
J. Hermann, E. Z. Zurcher. UNESCO, 1996  
14.
 
The  French  Revolution.  A  History  of  Thomas  Carlyle.  London, 
published by M. Dent and Sons. 1913. V 2  
15.
 
Kennedy, John Fitzgerald. Profiles in Courage. 1956.  Internet  
16.
 
Macaulay, Thomas Babington. The History of England. Copyright 
edition. Leipzig, 1849, volumes 2, 3, 4, 7, 8, 9  
17.
 
Merriam  and  Webster’s.  Biographical  Dictionary.  Merriam-
Webster Incorporated Publishers. Springfield. Massachusetts, 1995    
18.
 
The  New  Encyclopedia  Britannica,  in  30  volumes.  Helen 
Hemingway Benton. 1973-1974. Chicago, USA, 1976. V 18
th
.  
19.
 
Nixon, Richard Milhous. Defeat and Renewal, 1990. Internet  
20.
 
Palmer R. R. A History of the Modern World. New York, 1953  

 
372 
21.
 
Sandburg,  Carl.  Abraham  Lincoln.  His  speeches  and  writings. 
Grossetti Library, 1962  
22.
 
Seaman  L.  C.  B.  A  new  history  of  England.  Brighton,  The 
Harvester Press, 1981  
23.
 
Starr,  Chester  G.  A  history  of  the  Ancient  World.  New  York  , 
Oxford University Press, 1965  
24.
 
Western  Civilizations.  14
th
  edition.  Judith  G.  Coffin,  Robert  S. 
Stacey, Robert E. Lerner, Standish Meacham. ISBN 0-393-97686-6 
25.
 
Woodrow,  Wilson  Thomas.  A  History  of  American  people.  In  5 
volumes. New York and London. Harper and Brothers publishers, 1901-1902  
The works, which content the books “The International library of famous 
literature” in 20 volumes. Edited by Dr. Richard  Garnett. London, the Standard: 
1900 
26.
 
Bancroft George. Colonial America, vol. 11, p.4902 famous  
27.
 
Brooks, Phillips. Abraham Lincoln, vol.15, p.7291 
28.
 
Buckle,  Henry  Thomas.  History  of  Civilization  in  England, 
vol.20, p.9355 
29.
 
The Declaration of Independence. Jefferson, vol.15, p. 6944 
30.
 
Demosthenes. On the Grown, vol.2 , p.730 
31.
 
Emerson, Ralf Waldo. Compensation, vol.15, p.7196 
32.
 
Franklin, Benjamin, Autobiography, vol.15, p.6860 
33.
 
Green,  John  Richard,  The  Independence  of  America,  vol.15, 
p.6926 
34.
 
Green,  John  Richard,  Three  Phases  of  English  History,  vol.6, 
p.2545 
35.
 
Henry,  Patrick,  Address  Before  the  Convention  of  Delegates. 
March 28, 1775, vol.2, p.4916 
36.
 
 Jefferson, Thomas. The Character of Washington, vol.15, p.6968 
37.
 
Lincoln, Abraham. The Second Inaugural Address, vol.15, p.7288 
38.
 
Paine,  Thomas,  Thoughts  of  the  Present  State  of  the  American 
Affairs, vol.17, p.4919 
39.
 
Rollin, Charles, Spartans and the Laws Lycurgus, vol.1, p.423 
40.
 
Smith, Captain John, The Adventures, vol.10, p.4832 
41.
 
Tocqueville, Alexis De, Pioneer Life in America, vol.15, p.7257 
42.
 
Tocqueville, Alexis De, Democracy and Women, vol.15, p. 7242 

 
373 
43.
 
Washington,  George,  Farewell  Address  to  the  People  of  the 
United States. Sept. 17, 1796, vol.15, p. 6948 
44.
 
Qamilğton, Aleksandr. Statği. Moskva, «Mıslğ», 1999 
45.
 
Bgkon Frensis. Soçineniə v 2x tomax. Moskva, «Mıslğ», 1971 
46.
 
Konstituüii i zakonodatelğnıe aktı burjuaznıx qosudarstv. Moskva, 
İzdatelğstvo öridiçeskoy literaturı, 1957  
47.
 
Polo, Marko. «Kniqa».  Moskva, «Mıslğ», 1997 
48.
 
Reyqan, Ronalğd. «Otkrovenno qovorə». İzbrannıe reçi. Moskva, 
İzdatelğstvo «Novosti». 1990  
49.
 
Üveyq,  Stefan.  Sobranie  soçineniy  4x  tomax,  tom  2.  «Otkrıtie 
Glğdorado». Moskva «Xudojestvennaə literatura», 1983  
    50. Lazarus, Emma. Sonnet «The new Colossus». Internet. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
374 
 
             Kitabın içindəkilər 
 
 
     Səh. 
 
Birləşmiş Ştatlara artan maraq 
      
 
Müqəddimə 
Yeni Dünyanın kəşfi 
Amerikanın avropalılar tərəfindən məskünlaşması 
Şimalı Amerikada ilk ingilis koloniyaları 
Yeni Plimut koloniyası 
Cənubda və Orta ərazilərdə ingilis koloniyalarının güclənməsi 
İngiltərədə inqilab və onun  nəticələri 
Koloniyaların bərqərar olması. İlk qiyamlar 
Koloniyaların idarə edilməsi formaları. Təhsilin inkişafı 
Nyu  York  şəhərinin  ələ  keçirilməsi  və  Pennsilvaniya  koloniyasının 
yaranması.  
   Hindularla münasibətlər. 
Avropadaki müharibələrin Şimali Amerikanın vəziyyətinə təsiri 
Koloniyaların öz düşmənləri ilə münaqişələri  
Koloniyalarda iqtisadi-sosial vəziyyət. Zənci qəsdləri 
Fransızlarla toqquşma və Corc Vaşingtonun fəaliyyətinin başlanması 
Koloniyalarda özünü idarə etmə meyilləri 
Möhür Aktı 
İmperiyanın koloniyaları iqtisadi cəhətdən boğması 
Tounşend rüsumları və Çay Aktı. «Dözülməz Aktlara» müqavimət. 
 İlk konqressdə inqilabi çıxışlar 
İstiqlaliyyət uğrunda mübarizə 
«İstiqlaliyyət Deklarasiyası». İstiqlaliyyət mübarizəsinin ilk illəri 
Amerikanların  fransızlarla  müttəfiqlik  münasibətləri.Müharibənin  son 
akkordları 
Amerikanların qələbə sevinci 
Birləşmiş Ştatların müstəqilliyi 
Yeni dövlətin konstitusiyası 
Ölkənin ilk prezidenti. Siyasi partiyaların formalaşması 
Fransız inqilalabının mərhələləri və onların Birləşmiş Ştatlara təsiri 
Fransızlarla münasibətlərdə problemlər 
Tomas Ceffersonun prezidentliyi və Luiziananın Fransadan satın alınması 
İngiltərə ilə müharibə. Yenidən sınaqdan çıxma 
Millətin  iki  hissəyə  bölünməsinin  əlamətləri.Ölkənin  ərazisinin  və 
mövgelərinin böyüməsi 
Monro doktrinası 
Cekson demokratiyası 
Məhkəmələrə etinasızlıq. Ölkənin parçalanması meyilləri 
Bankla münasibətin kəskinləşməsi 
Ölkədəki iqtisadi çətinliklər 

 
375 
Anti-quldarlıq hərəkatı-Abolitsionizm 
Qərbə  tərəf  ekspansiya.  Texasın  və  Kaliforniyanın  Birləşmiş  Ştatların 
tərkibinə daxil olması 
Şimalla Cənub arasında kompromiss axtarışları 
Qullara münasibətdəki fərqlər ölkəni parçalanmaga aparır 
Kiçik partiyalar 
Ölkədə siyasi çəkişmələr 
Abraham Linkolnun prezident seçilməsi. Cənubun Birliyi tərk etməsi 
Vətəndaş Müharibəsinin başlanması 
Şimalın və Cənubun  siyasəti 
Müharibənin cətinlikləri və  Şimalın qələbəsi. Linkolnun qətlə yetirilməsi 
Müharibənin yaralarının sağaldilması. Yenidənqurma prosesi 
Cənub yenidənqurma dövründə 
Prezidentlə Konqress arasında münaqişə 
Cənubda yeni irqi problemlər. İqtisadi çətinliklər,maliyyə fırıldaqları 
Seçkilərdə respublikaçılarının məğlubiyyəti. Prezident seçkisi qalmaqalı 
İqtisadi yüksəliş dövrünə qədəm qoyma 
Ölkədə iqtisadi islahatlar. Yeni ştatlar 
Havay adalarının ələ keçirilməsi 
İspan-amerikan müharibəsi. «Açıq Qapi»  siyasəti 
 
 
 
                                               
 
                                                         
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
376 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                 
 

Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin