Telman Orucov


Müharibənin yaralarının sağaldılması. Yenidənqurma prosesi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə34/38
tarix14.01.2017
ölçüsü3,73 Mb.
#5282
1   ...   30   31   32   33   34   35   36   37   38

Müharibənin yaralarının sağaldılması. Yenidənqurma prosesi 
 
Heç  vaxt  yaddan  çıxmayacaq  dörd  il  ərzində  dəhşətli  müharibədən  sarsılan 
xalq bu müharibədən əvvəlki dövrün düşüncəsinə və ya həyat tərzinə qayıda bilmədi. 
Köhnə  dövr  getmişdi,  yeni  dövr  gəlmişdi.  Heç  nə  əvvəlki  kimi  ola  bilməzdi. 
Siyasətin motivləri də, bütün siyasi fəaliyyət təlimi də, hökumətin xarakteri də, borc 
hissi  də  əsrin  yarısının  yavaş  addımı  ilə  deyil,  sürətlə  dəyişməli  idi.  Bu  dörd  illik 
müharibənin vuruş günlərinin qiyməti bütövlükdə ölkə üçün yeddi yüz min adamın 
həyatından  ibarət  idi:  dörd  yüz  min  adam  döyüş  cəbhəsində  öldürülmüş  və 
yaralanmışdı,  qalan  hissə  isə  xəstəlikdən,  təhlükədən,  qorxulu  hadisələrdən  və  ya 
həbsxananın  yavaş  gedən  əzablarındın  ölürdü.  Federal  hökumət  müharibəyə  3,4 
milyard  dollar  pul  xərcləmişdi.  Bu  ötən  hər  günə  iki  milyon  dörd  yüz  min  dollar 
məbləğində  pul  xərclənməsi  demək  idi.  Bu  nəhəng  məbləğin  səkkiz  yüz  milyon 
dolları  vergi  ödəyənlərdən  daxil  olmuşdu.  2,6  milyard  dollar  milli  borcun  üstünə 
gəlmişdi.  
Konfederasiyanın  isə  müharibənin  yekunu  üzrə  borcu  1,4  milyard  dollara 
yaxın məbləğ hesab olunurdu. Lakin heç kəs deyə bilməzdi ki, burada müharibəyə nə 
qədər  pul  xərclənmişdir.  Ştatlar  cəbhədə  öz  tərəfdarlarına  kömək  etmək  üçün  hər 
şeyə əl atmışdı. Cəbhəyə yollanan oğul və qardaşları üçün silahı və ləvazimatı ailələr 
özəl  qaydada  özləri  alırdılar.  Bütün  ictimai  və  özəl  mənbələr  hərəkətə  gətirilmişdi. 
Şimalda ordu hissəsində qulluq etməyə yararlı 4,6 milyon adamdan 1,7 milyon nəfəri 
hərbi xidmətə götürülmüşdü. Onların üç yüz altmış mini öz həyatını itirmişdi, həlak 
olanlardan yüz on mini cəbhədəki döyüşlərdə öz canlarını qurban vermişdilər. Lakin 
Cənubun  qurbanları  daha  böyük  idi.  Şimal  orduya  öz  bol  əhalisindən  göndərirdi, 
Cənub  isə  nəyi  vardısa  hamısını  göndərirdi  və  öz  ehtiyatlarını  bütünlüklə  yoxa 
çıxarırdı.  Müharibə  başa  çatdıqda  Cənub  adam  ehtiyatı  barədə  də  boş  qalmışdı. 
Döyüşmək yaşında olan hər on nəfərdən doqquzu kəndlərdən və şəhərlərdən cəbhəyə 
yollanmışdı,  bu  da  dörd  illik  mübarizənin  yalnız  ən  azı  üç  ilində  orduya  cəlb 
edilənlərin  sayını  göstərir.  Müharibə  başa  çatanda  böyük  yaşlı  uşaqların  və  yaşlı 
adamların yarısı orduya çağırılmışdı. Cənubun vuruşmağa yararlı əhalisi bütünlükdə 
bir milyon altmış beş min nəfər idi. Onlardan doqquz yüz min nəfəri müharibənin üç 
ili  ərzində  orduda  xidmət  etmişdi.  Üç  yüz  minə  qədər  adam  qan  qurbanı  olmuşdu, 
onlardan  yalnız  dörddə  biri  cəbhələrdə  vuruşmağa  yararlı  idi.  94  min  nəfər  fəal 
döyüşlərdə  həlak  olmuşdu.  Cənubi  Karolina  döyüşmək  qabiliyyətində  olanların 
dörddə birini cəbhələrdə itirmişdi.  
Şimalın ordusu və qüvvəsi artdıqca, Cənubun resursları azalırdı. 1861-ci ildə 
Cənub  cəbhədə  98  min,  Şimal  isə  187  min  nəfərə  malik  idi.  1865-ci  ilin  martında 
onların  qoşunlarının  sayı  bütünlükdə  bir  il  əvvəl  471  min  olduğu  halda,  Cənub 
komandanları onlara qarşı duran 980 minlik Şimal ordusuna 175 min döyüşçü təslim 
etdilər.  Federal  hərbi  qüvvələrə  döyüşçü  cəlb  edilməsi  müharibə  başa  çatdıqda  da 
davam edirdi. Cənub qoşunları təslim olduqda, Şimal qoşunlarının sayı on mindən də 
çox  artmışdı,  bu  vaxt  final  məğlubiyyətini  artıq  bir  milyondan  bir  az  çox  adam 
gözləyirdi.  Bütün  qoşun  dəstələri  tezliklə  tərksilah  edildi  və  bir  ayda  üç  yüz  min 
adam  evlərinə  göndərildi.  Yalnız  əlli  min  adam  qoşun  hissələrində  saxlanıldı.  Bu 
vaxt  onlar  da  sülh  vəzifələrini  yerinə  yetirməyə  yönəldildi.  Cənublular  isə  əksinə, 

 
318 
təslim  olduqdan  sonra  boş  qalmış  tarlalarına  qayıtdılar.  Buradakı  kəndlərdə  həyat 
sönürdü,  şəhərlər  ticarətsiz  və  sənayesiz  idi,  adamlar  hər  şeyi  yenidən  başlamağı 
gözləyirdilər. Onların diyarı general Linin sözləri ilə deyilsə, "yeni əsasda qurulmalı 
idi". 
Okeanın  o  tayından  olan  müsafirlər  deyirdilər  ki,  Şimalla  Cənub  arasındakı 
xətti keçmək bir əsrdən digərinə keçməyə bənzəyir. Bir bölgədə onlar demək olar ki, 
köhnə  həyat  şəraiti  tapırdılar,  digərində  isə  hər  şey  müasir  həyata  məxsus  idi, 
müxtəlif  kommersiyalar  fəaliyyət  göstərirdi.  Mədən,  manufaktura  işləri,  dəmir  yol 
tikintisi,  sənayenin  diversifikasiyası  gedirdi.  Cənub  isə  köhnə  nəslin  sosial  siyasi 
ideallarını,  sosial  şəraitini  saxlayırdı.  Quldarlıq  onlara  yarı  orta  əsr,  yarı  şərq 
təzahürünü vermişdi. Bu həyat bir növ patriarxal həyatı andırırdı. Lakin burada həm 
də  on  doqquzuncu  əsrin  havası  hiss  olunurdu.  Müasir  dünya  kommersiyası  Şimal 
limanlarında  olduğu  kimi,  Cənub  limanlarına  da  sirayət  etmişdi.  Cənub  tacirləri  öz 
işlərində  dövrün  ruhunu  hiss  edirdilər.  Dəmir  yolu  onların  mağazalarına  və 
anbarlarına  bütün  əyalətlərin  və  regionların  mallarını  gətirirdi.  Əlbəttə,  müstəqillik 
tərəfdarları  əmin  idilər  ki,  Birlikdən  heç  bir  daimi  ayrılma  olmayacaqdır.  Cənub 
ştatlarının liderləri ümid edirdilər ki, onların mənafelərinin yeni təhlükəsizliyi üçün 
həmin ştatlar yenidən köhnə Birliyə daxil olacaqdır.  
Müharibənin  dörd  ili  resurslar  müharibəsi  kimi  zəruri  idi.  Cənub  kənd 
təsərrüfatı regionu olduğundan onun əhalisi böyük əraziyə yayılmışdı, burada tək-tək 
yerlərdən  dəmir  yolu  keçirdi,  onun  müqayisəsiz  həcmdə  olan  daş  kömür  və  dəmir 
ehtiyatları toxunulmamış qalırdı, heç bir manufaktura yaradılmamışdı, bəzi yerlərdə 
yalnız  pambıq  təmizləyən  və  ya  yun  fabrikaları  var  idi.  Cənubun  özünün  istifadə 
etdiyi pambıq parçalar isə başlıca olaraq Şimalın böyük manufaktura mərkəzlərində 
toxunurdu.  
Cənublular yaxşı bilirdilər ki, hər metr parça üçün onlar Avropadan və Şimal 
ştatlarından  asılıdırlar.  Onların  geyindikləri  paltar  və  ayaqqabı  məhz  Avropada  və 
Şimalda  istehsal  olunurdu.  Onların  kənd  təsərrüfatı  alətləri,  dülgərlik  alətləri, 
arabalar, mismar, oraq, yəhər, balta, zənbil və digər mallar, çoxlu kimyəvi mallar və 
tibbi  dərmanlar,  çörək  və  ət  istisna  olmaqla  məhz  həmin  ərazilərdən  gətirilirdi. 
Müharibə bu əlaqələri sərhəddə kəsdi.  
Blokada  donanması  Cənub  limanlarının  qapılarını  möhürləmişdi.  Federal 
sərhədləri  genişlənərək  Missisipi  və  Tennessi  ştatlarına  çatdı,  qərbdə  isə  dağlara 
dirəndi.  Bu  divarlar  və  bağlı  dəniz  arasında  Cənub  bazarsız  qalmışdı,  onun  heç  bir 
hərbi ehtiyatı yox idi ki, özünü düşməndən qorusun. Onlar dəmir yolu çəkmək üçün 
artıq  nə  dəmir,  nə  lokomotiv,  nə  də  vaqon,  nə  buxar  qazanları  və  mühərrik,  nə 
teleqraf  kabeli,  hətta  xəndək  qazmaq  üçün  bel  də  ala  bilmirdilər.  Cənub  öz 
pambığını, tütününü, düyüsünü paltar və iş alətləri, digər sənaye malları almağa sərf 
edirdi. Əsas məhsullar olan düyü və pambıq üzrə Cənub inhisar hüququna malik idi. 
Cənubun  pambıq  tarlalarında  dünyanın  ümumi  pambığının  yarısı  istehsal  olunurdu. 
Onun  düyüsü  və  tütünü  istənilən  bazara  yol  tapa  bilirdi.  Ölkənin  qarğıdalı 
istehsalının üçdə biri Cənubun plantasiyalarının üzərinə düşürdü. Lakin bazarsız bu 
ərzaq heç bir qiymətə malik olmurdu. 1860-cı ildə 203 milyon dollarlıq pambıq ixrac 
edildiyi  halda,  1861-ci  ildə  bu  rəqəm  42  milyon  dollara,  1862-ci  ildə  isə  4  milyon 
dollara  endi.  1860-cı  ildə  ixrac  edilən  düyünün  dəyəri  2,6  milyon  dollar  olduğu 

 
319 
halda,  1862-ci  ildə  cəmisi  156  min  dollarlıq  düyü  ixrac  edilmişdi.  Düyü  tarlaları 
federal  donanmanın  toplaşdığı  cənub  sahillərində  yerləşirdi,  donanma  da  artıq  bu 
sahilləri tərk edirdi. Cənubda kağız pul işlənməyə başladı. Kağız pula satılan taxılın 
əslində hansı qiymətə satıldığı bilinmirdi. 
Heç  kəs  bilmirdi  ki,  bu  kağız  pulla  özünün  borclarını  sonrakı  il  ödəyə 
biləcəkdirmi. Riçmonddakı poçt işçiləri işdən çıxmağa başladılar, çünki onlar doqquz 
min  dollar  məbləğindəki  maaşla  dolana  bilmirdilər.  Müharibədən  əvvəl  tarlalar  bol 
məhsul gətirirdi. Şenanda vadisi və mərkəzi Corciyanın münbit tarlaları Cənubun baş 
ərzaq anbarı hesab olunurdu. Lakin vadi vuruşan ordu tərəfindən başdan-başa viranə 
qoyulmuşdu.  Mərkəzi  Corciyada  isə  zəmilər  təkcə  1864-cü  ildə  general  Şermanın 
ordusunu yedizdirmək üçün biçilmişdi.  
Pambığa tələbat olmadığına görə, onun yerinə əkinçilər taxıl əkirdilər. Dəmir 
yolları  daimi  olaraq  ordu  tərəfindən  istifadə  edilirdi.  İctimai  yollar  yararsız  hala 
düşmüşdü.  Arabalar  və  arabaçılar  cəbhədə  əsgərlərin  yanında  idi.  Ailələr  məhsul 
dolu  tarlaların  bir  neçə  milliyində  olmalarına  baxmayaraq,  yemək  tapmaqda  böyük 
çətinlik  çəkirdilər.  Təkcə  qarğıdalı  ilə  qidalanmaq  çətin  idi.  Cənub  zəmilərində  az 
miqdarda  buğda  istehsal  olunurdu.  Onun  həcmi  Cənub  diyarının  adamlarını  buğda 
çörəyi ilə təmin etmək üçün heç cür kifayət deyildi. Buna baxmayaraq yemək tapmaq 
ayaqqabı  və  paltar  tapmaqla  müqayisədə  nisbətən  asan  idi.  Çoxları  ya  ayaqyalın 
gəzir, ya da ağacdan düzəldilmiş və dəmir altlığı olan ayaqqabı geyinirdi. Adamlar 
ordunun  arxasınca  gedərək,  əsgərlərin  qidalanması  üçün  kəsilən  malların  dərisini 
gön-dəri fabriklərinə vermək üçün yığırdılar. Dərinin səmərəli istifadə edilməsi üçün 
onun  hissələrindən  yəhər  düzəldirdilər.  Mülayim  havada  uşaqlar  ayaqqabısız 
gəzirdilər, sərt havada isə onlar qapıdan çölə çıxmırdılar.  
Hər  bir  plantatorun  hisə  vermə  evi  var  idi  ki,  burada  qaxaca  qoyulmuş  ət 
düzəldilirdi.  Lakin  Cənub  duzu  idxal  edirdi.  Təkcə  bir-iki  duz  mədəni 
Konfederasiyanın  ərazisində  yerləşirdi.  Lakin  buradakı  duz  hisə  vermə  evlərinin 
tələbatını ödəmirdi. Bu yalnız toyuq ətini hisə verməyə kifayət edirdi. Ordu özü də 
bu yerlərin üzərinə gəlmiş müsibətlərdən eyni qaydada əziyyət çəkirdi. Ayaqqabısız 
hərbi  yürüş  etmək,  cır-cındır  paltarda  gəzmək  o  qədər  də  asan  deyildi.  Cəbhədəki 
komandirlər çox vaxt ərzaq və paltar tapmaqda çətinlik çəkirdi. Vətənpərvər qadınlar 
evdə toxuduqları minlərlə paltarı cəbhədə vuruşan oğullarına, ərlərinə və qardaşlarına 
göndərirdi, onlar saysız-hesabsız isti corab toxuyur, çox vaxt isə öz xalçalarını kəsib 
yorğan  əvəzinə  cəbhəyə  göndərirdilər.  Lakin  qadınlar  barıt  və  tüfəng  düzəldə 
bilməzdilər. Ordu və minitmenlər üçün yararlı ehtiyat blokadadan əvvəl İngiltərədən 
və  Meksikadan  gəlirdi.  Ayrılmanın  ilkin  anlarında  Cənub  fortları  və  cəbbəxanaları 
tutularkən burada çoxlu silah ehtiyatı ələ keçirilmişdi.  
Beləliklə  Cənubun  iqtisadiyyatı  müharibə  dövründə  görünməmiş  tənəzzülə 
uğradı.  Bu  dövrdə  Şimalın  var-dövləti  və  resursları  böyüyürdü,  çoxalırdı.  Yeni 
sakinlər  Qərbdə  dörd  milyon  yeddi  yüz  min  akr  ictimai  torpağı  istifadəyə  cəlb 
etmişdilər.  Dörd  min  mil  uzunluğunda  dəmir  yolu  çəkilmişdi.  Şimalın  idxalının 
həcmi  1860-cı  ildəki  Cənub  da  daxil  olmaqla  bütün  ölkənin  idxalının  dəyərinə 
bərabər  idi.  Yeni  stimulların  təsiri  ilə  manufakturalar  inkişaf  etməyə  başladı. 
Müharibə  dövründə  qan  su  yerinə  axmasına  baxmayaraq,  Şimalın  əhalisinin  sayı 
azalmamışdı.  Pullar  elə  bil  ki,  döyüş  cəbhəsi  torpaqlarının  suvarılması  üçün 

 
320 
axmasına  baxmayaraq, var-dövlət tələb olunan addımları atmağı davam etdirməkdə 
onlara kömək edirdi, hətta bu addımlar bir az böyümüşdü.  
Cənub  ordularının  əlinə  düşən  əsirlər  üçün  Konfederat  məhbəs  dövlətinə 
çevrilmişdi.  Bütünlükdə  onlar  iki  yüz  min  əsir  götürmüşdülər  və  onlardan  yalnız 
altmış min nəfəri döyüş cəbhəsində əsir götürülənlər idi. Şimal dustaqxanalarında da 
bir  belə  cənublu  əsir  var  idi.  Müharibə  başa  çatmaq  ərəfəsində  əsirlərin 
dəyişdirilməsinə başlanmışdı. Federal hökumət vuruşmağa yararlı öz əhalisinin sayca 
üstünlüyünü bildiyindən vuruşan adamların Cənubdan geri qaytarılmasına o qədər də 
qayğı  göstərmirdi.  General  Qrant  deyirdi  ki,  əgər  Şimalın  əsgərləri  Cənub 
dustaqxanalarında  ölürsə,  onlar  döyüşdə  həlak  olan  kimi  öz  ölkələri  naminə  orada 
həyatlarını qurban verirlər. Konfederat həbsxanalarında otuz min adam ölmüşdü, bu 
Şimalın  həbsxanalarında  ölənlərin  sayından  bir  qədər  çox  idi.  Cənubda  196  min 
əsirdən  30.156  adam,  Şimalda  isə  227  min  əsirdən  30.152  adam  ölmüşdü.  Lakin 
şəraitlər  fərqli  idi.  Şimal  həbsxanalarında  qışın  sərt  soyuğunun  şiddəti  dustaqxana 
intizamının  üstünə  gəlirdi.  Cənubda  isə  həbsxanalar  yox  idi,  heç  əsirlərə  keşik  də 
çəkilmirdi. Burada sadəcə olaraq kifayət miqdarda yemək yox idi. Adamlar cəbhədən 
ayrılıb  əsirlərə  keşik  çəkə  bilməzdi.  Ona  görə  də  bir  ovuc  adam  minlərlə  əsirin 
keşiyini çəkirdi. Adi sanitariya qaydalarına riayət etmək üçün şərait yox idi. Ordunun 
özü  yemək  sarıdan  korluq  çəkirdi.  Belə  bir  şəraitdə  əsirlər  onlardan  yaxşı  qidalana 
bilməzdi.  Onların  qidası  daha  pis  idi.  Onlar  dar  yerdə  saxlanıldığından  düşərgənin 
təmiz  havası  da  yox  idi.  Müharibə  ümidsizliyə  gətirib  çıxardıqda,  Cənub  hökuməti 
özü  sarsılmışdı,  mənəvi  zərbəyə  məruz  qalmışdı  və  əsirləri  saxlayan  adamlar  da 
başqaları kimi sarsılmışdı. Cənub ordusu əsgərlərin qaçması ilə əriyirdi. Yeməyə heç 
nə yox idi, tüfənglərin və topların özünü doldurmaq üçün sursat yox idi. Evdə qalan 
arvad və uşaqlar da düşərgədəki öz himayəçiləri kimi aclıqdan əziyyət çəkirdi. Buna 
yalnız  insan  ruhu  dözə  bilərdi.  Minlərlə,  on  minlərlə  adamlar  düşərgələrdən  evə 
aparan yola çıxırdı.  
Müharibənin  sonu  nümayişkəranə  surətdə  gəlib  çatdı.  Onun  gəlməsini 
gözləməyə ehtiyac yox idi. Cənub öz həyatını tərəziyə atdı və uduzdu. O dövrün ən 
dəhşətli müharibəsi başa çatdı. Birlik xilas edilmişdi, ancaq hələ sağalmamışdı.  
Linkolnun  ölümü  Consonu  prezident  etdi.  Sülh  dövrünün  vəzifəsi  müharibə 
dövrünün  vəzifəsindən  nisbətən  asan  olmalı  idi.  Seçkidə  zəfər  çalmış  partiya 
başlanğıcdan icra hakimiyyətinin liderliyini itirmiş oldu. Conson da Linkoln kimi bu 
vəzifəyə başlanğıcdan sədaqətlə qalxmışdı. Lakin o, heç kəsi başa düşmədiyindən və 
inandıra  bilmədiyindən  çox  şeyə  nail  ola  bilmirdi.  Müdriklik  və  mülayimlik 
göstərmədən rəhbərlik etmək istəyirdi.  
Müharibə  də  federal  sistemə  öz  təsirini  göstərmişdi.  Ayrılmağa  cəhd  edən 
ştatların statusu indi nədən ibarət idi, axı onların günahı ucbatından iki milyon adam 
döyüş  cəbhəsində  vuruşmalı  olmuş  və  yüz  minlərlə  adamın  qanı  və  milyonlarla 
dollar pul bu müharibəyə qurban verilmişdi. İndi onlar yenidən Birliyin ştatlarımı idi, 
yoxsa  işğal  edilmiş  əyalətlər  olacaqdılar  və  ancaq  Konqressəmi  tabe  olacaqdılar? 
Əgər onlar işğal edilmiş ərazilərdirsə, özlərini necə ştat hesab edə bilərlər və onların 
Birliyə cəlb edilməsi üçün köhnə federal dairəsi necə bərpa oluna bilərdi? Linkoln bu 
məsələlərə  münasibətini  ona  xas  olan  qətiyyətlə  və  sadə  qaydada  bildirirdi.  Xeyli 
vaxt  əvvəl,  1863-cü  ilin  dekabrında  o,  amnistiya  barədə  bəyanat  vermişdi.  Bu 

 
321 
bəyanata  görə  o,  ayrılmanı  ştatların  deyil,  ayrı-ayrı  fərdlərin  qiyamı  kimi 
qiymətləndirirdi  və  bunları  bütünlüklə  yaddan  çıxarmağı,  "Birləşmiş  Ştatların 
Konstitusiyasını və ona uyğun olaraq ştatların Birliyini" müdafiə edən, ona köməklik 
edən  və  qoruyanların,  həmçinin  qulların  azad  edilməsi  barədə  hökumətin 
hərəkətlərinə  hörmətlə  yanaşanların  hər  birinin  əmlakının  və  vətəndaşlığının  bərpa 
edilməsini təklif edirdi. Adamların müxtəlif hissələrini o, amnistiyadan istisna edirdi. 
O  adamlar  ki,  ayrılmada  qabağa  çıxmışdılar  və  rəsmi  rol  oynamışdılar  və  ya 
Konfederasiyada  xidmət  etmək  üçün  Birləşmiş  Ştatlara  xidməti  tərk  etmişdilər. 
Onlara qarşı amnistiya tətbiq olunmayacaqdı.  
Lakin  o,  köhnə  federal  sistemdəki  kimi,  yenidən  bu  sistemdə  iştirak  etməyə 
hazır olanları və and içənləri əməkdaşlığa dəvət edirdi. Əlbəttə, bu adamlar 1860-cı 
ildə  seçkidə  iştirak  edənlərin  ümumi  sayının  yalnız  onda  birini  təşkil  edə  bilərdi. 
Arkanzas,  Luiziana  və  Tennessi  ştatlarının  seçiciləri  müharibə  başa  çatmamışdan 
əvvəl  bunu  qəbul  etmişdilər.  Linkoln  onlara  verdiyi  vədi  yerinə  yetirdi  və  onlara 
ştatda  yeni  hökumət  yaratmağa  imkan  verdi  və  bu  ştatlar  Birlikdə  öz  yerlərini 
tutdular.  
Lakin  Konqress  Linkoln  siyasəti  ilə  dinməzcə  razılaşmırdı.  Konstitusiyaya 
görə  hər  palata  öz  iradəsinə  malik  idi.  Konqress  sərbəst  idi,  istəsə  Cənub 
nümayəndələrinin  hamısını  Konqress  üzvlüyündən  çıxara  bilərdi.  Konqressin 
liderlərinin  də  əhval-ruhiyyəsi  müharibənin  təsiri  altında  daha  radikal  olmuşdu.  Bu 
həm də qaləbənin yaratdığı özünə inamdan irəli gəlirdi. Belə bir qeyri-adi məsələ ilə 
üz-üzə  gəldikdə,  onlar  Konstitusiyanı  oxuyub  necə  başa  düşməyi  bilmirdilər. 
Müharibədəki uğurlar digər düşüncələrə yol açırdı. Məsələni bu və ya digər şəkildə 
həll  etməyə  qayıdaraq,  onlar  güman  edirdilər  ki,  Cənub  ştatlarının  zəifliyi,  tabe 
olmaqdan  savayı  onlara  Birlikdə  öz  köhnə  yerlərini  tutmağa  imkan  verməyəcəkdir. 
Onların  sosial  sistemi  toxunulmaz  qalsaydı,  bu  gələcəkdə  yeni  titrəyişlərin  baş 
verməsinə səbəb ola bilərdi. Axı məhz belə titrəyişlər müharibəyə gətirib çıxarmışdı. 
Belə  xəttin  qarşısını  almaq  üçün  rəylər  bir  yerə  toplaşırdı.  Onlardan  tələb  oluna 
bilərdi ki, sadəcə ittifaqa qoşulmağı qəbul etmək deyil, prinsipcə və praktiki olaraq 
Birliyin başqa üzvləri kimi özlərini aparsınlar.  
Linkoln  Cənub  ştatlarının  tanınması  üçün  belə  bir  şərt  irəli  sürürdü  ki,  onlar 
yalnız  o  halda  Birliyə  yenidən  daxil  ediləcəklər  ki,  onların  reabilitasiya  olunmuş 
hökumətləri  öz  qanunları  ilə  zəncilərin  "daimi  azadlığını  tanıyacaq  və  bəyan 
edəcəklər"  və  onların  maariflənməsinə  şərait  yaradacaqlar.  Nə  Cənub,  nə  də  Şimal 
quldarlığın yenidən təsis ediləcəyini düşünməməlidir. Linkolnun ikinci inauqurasiya 
nitqi bunu təsdiq edir. "Qəzəblə heç nəyə tərəf, hamı üçün mərhəmətlə, hüquqlardakı 
möhkəmliklə, necə ki, Allah haqqı görməyi, içərisində olduğumuz işi başa çatdırmaq 
üçün mübarizə aparmağı, millətin yaralarını sarımağı bizə həvalə etmiş, öz aramızda 
və digər bütün xalqlarla ədalətli və daimi sülhə çatmaq və onu sevmək üçün hər şeyi 
etməkdən  ötəri  bizə  imkan  vermişdir".  O,  bir  prezident  kimi  vəd  etmişdi  ki,  bərpa 
edilən yeni hökumətlərlə Cənub ştatları ittifaqa qayıdacaqdır.  
O,  "zəhmətkeş,  torpaqsız  və  evsiz  sinif"  olan  zəncilərin  azadlığı  məsələsinə 
müstəsna  əhəmiyyət  verirdi.  O,  güman  edirdi  ki,  Cənub  əhalisi  də  bir  adi  tərəfdar 
kimi  bu  nöqteyi-nəzərə  şərik  çıxacaqdır.  Lakin  onun  ideyasına  müxalif  olanlar  ona 
qarşı  çıxırdılar.  Çünki  onun  istedadını,  takt  və  nüfuzunu,  son  dövrlərdə  qazandığı 

 
322 
etimadı  sarsıtmaq  mümkün  deyildi.  Müxtəlif  şüur  və  hər  cür  əxlaq  sahibi  olan 
adamlar ona qarşı çıxdılar. Onların arasında filantroplar və islahatçılar var idi. Şübhə, 
qorxu və mübarizənin dörd ili hər bir hissi, bunlar istər xeyirxah, istərsə də pis olsun, 
hərəkətə gətirmişdi.  
Cənubda  rekonstruksiyanın  radikal  xətti  sadəcə  borc  cığırına  bənzəyirdi. 
Konqressin palatalarında qeyri-adi gərginlik var idi. Nümayəndələr Palatası 1865-ci 
il yanvarın 31-də həmin Uilmot əlavəsinin şərtləri əsasında quldarlığın rəsmi olaraq 
qadağan  edilməsi  barədə  Konstitusiyaya  düzəliş  edilməsi  ilə  razılaşdıqda,  bu 
diqqətəlayiq bir nümayiş idi və 1787-ci ilin dekreti bayram edildikdə isə bu acı tarix 
geri  döndü.  Senat  Konstitusiyaya  sayca  on  üçüncü  olan  əlavəni  on  ay  əvvəl  təklif 
etmişdi. Bu 1803-cü ildən sonra Konstitusiyaya birinci əlavə idi. Lakin on ay ərzində 
Nümayəndələr  Palatasında  lazım  olan  üçdə  iki  səs  toplanmadığına  görə,  bu  məsələ 
kənara atılmışdı. İkinci səsverməyə qoyulduqda və çoxluq bu əlavəyə səs verdikdə, 
Nümayəndələr  Palatasının  üzvləri  bir-birini  qucaqlayır,  onların  yanaqlarından  yaş 
axırdı. Adamlar bunu arzulayırdı və bu gün elə bil ki, yeni millət doğulurdu, bu ölkə 
yeni  dövrə  qədəm  qoyurdu.  Konqress  artıq  Kolumbiya  mahalında,  ərazilərdə 
quldarlığı qadağan etmişdi, Qaçmış Qul qanununu ləğv etmişdi və federal ordularda 
xidmət  edən zəncilərə azadlıq bəxş etmişdi. Konstitusiyaya əlavə  azadlıq işini başa 
çatdırdı  və  müharibənin  nəticələrini  irticanın  həmləsinə  qarşı  birdəfəlik  təhlükəsiz 
etdi.  On  üçüncü  Düzəliş  Birləşmiş  Ştatlarda  quldarlığı  həmişəlik  olaraq  ləğv  edirdi. 
Bu əlavənin ratifikasiya edilməsi üçün Cənub Ştatlarının dörddə üçünün səs verməsi 
vacib idi. O ştatlar ki, reabilitasiya barədə Linkoln şərtlərini qəbul etmişdi, onlar heç 
bir  tərəddüd  etmədən  əlavəni  ratifikasiya  etdilər  və  1865-ci  il  dekabrın  18-də  bu 
Konstitusiya qanununun qəbul edildiyi elan olundu. Lakin Konqresdə elə adamlar da 
var  idi  ki,  onlar  daha  uzağa  gedərək  Cənub  ştatlarının  işlərinə  nəzarət  etmək 
istəyirdilər  ki,  zəncilərin  azadlığını  daha  yaxşı  etsinlər  və  onlar  hətta  zəncilərə 
sahiblərinin  bütün  imtiyazları  həcmində  imtiyazlar  vermək  istəyirdilər.  Bu  xətt  özü 
də sadəcə insanpərvərlikdən irəli gələn hiss kimi görünürdü.  
İndi  problem  bir  dəfə  qul  olmuş  yeni  vətəndaşların  hüquqlarının  həyata 
keçirilməsində  idi.  Dünənki  sahibləri  olan  ağ  adamlardan  onları  əqli  və  hətta  fiziki 
cəhətdən necə qorumaq mümkün olacaqdı?  
Linkoln vəfat etdikdən sonra bu məsələləri Konqress həll etməli idi. Konqress 
isə  strategiya  partiyası  hesab  olunurdu.  Lakin  o  Birləşmiş  Ştatlar  tarixində  yeganə 
partiya  deyildi.  Bu  partiya  quldarlıq  mübahisəsinin  doğduğu  uşaq  idi.  Bu  partiya 
mövcud  olduqdan  sonra  viqlərə,  demokratlara,  azad  torpaqçılara,  anti-Nebraska 
adamlarının  qarışığına  əlavə  olundu.  Bu  partiya  köhnə  viqlərin  tonunda  danışırdı, 
lakin  quldarlıq  hakimiyyətini  bir  qədər  məhdudlaşdırmaq  istəyirdi.  Birliyi  qoruyub 
saxlamaq  üçün  aparılan  müharibə  onun  ayrıca  vəzifəsi  idi.  Onlar  barışığa  heç  vaxt 
öyrənməmişdilər. Pennsilvaniyadan olan Faddeus Stivens Nümayəndələr Palatasının 
real  lideri  idi.  O,  nə  etmək  lazım  olduğu  barədə  öz  sonuncu  nöqteyi-nəzərinə 
gəlmişdi. Öz mühakiməsinə görə, o, deyirdi ki, Cənub ştatlarının "Birlikdə fəaliyyət 
göstərmək"  iqtidarında  olması  heç  vaxt  tanınmamalıdır  və  ya  yararsız  ştatlar  kimi 
tanınmalıdır,  o  vaxta  qədər  ki,  Konstitusiyaya  elə  əlavələr  ediləcəkdir  ki,  bu  sənəd 
onu  tərtib  edənlərin  nəzərdə  tutduğu  vəziyyətə  gəlsin  və  Birlik  hissələrə 
parçalanmaqdan əbədi olaraq qorunsun.  

 
323 
1865-ci  ilin  yayının  unudulmayan  hadisələri  bu  barədə  Consonun  əhval-
ruhiyyəsini bir qədər də möhkəmləndirdi. Əvvəla, o, öz ağlı ilə hərəkət edən, həm də 
Konqress  liderləri  kimi  radikal  adam  hesab  olunurdu.  Onun  təbiəti,  xarakteri,  onun 
ayrılmaya qarşı olması ilə əlaqədar olaraq, cənublular arasındakı rəhbərlikdə tutduğu 
yer,  radikal  hərəkətləri  etmək  üçün  alət  olmağa  onu  yararlı  etmişdi.  O,  plebey 
nəslindən  gəlmişdi.  Lakin  xarakterinin  kobud  gücünə  görə,  alçaldılan  və  qullara 
sahib olmayan, imtiyazları ilə işlərdə heç bir təşəbbüs səsinə malik olmaları ilə öyünə 
bilməyən  və  yalnız  prinsip  əsasında,  ayrılma  partiyasının  liderlərinə  qarşı  nifrətə 
görə, Birlik tərəfə meyl edən adamlar içərisindən çıxmışdı. O deyirdi: "bu varlıların 
müharibəsidir,  ancaq  kasıb  adamlar  vuruşurlar".  O,  Birlik  naminə  demokrat  idi, 
roluna və təbiətinə görə köhnə Cefferson təliminin tərəfdarı idi. O, güclü adam təsiri 
bağışlayırdı.  Linkoln  ona  inanırdı.  Müharibə  başlandıqda  o,  Tennessidən  olan 
senatorlardan  biri  idi  və  öz  ştatının  ayrılmasına  baxmayaraq,  öz  senator  postunu 
saxlayırdı  və  ştatının  ayrılmasına  məhəl  qoymurdu.  Onun  senatorluq  müddəti 
bitdikdə,  Tennessi  federal  qoşunların  əlində  idi  və  Linkoln  ona  ştatın  hərbi 
qubernatoru səlahiyyətini vermişdi. Bundan məqsəd bərpaya dair icra hakimiyyətinin 
planına müvafiq olaraq yenidən ştatı "Birliklə həqiqi praktiki əlaqələrə" cəlb etmək 
idi. Böyük işlərlə əlaqəsi olmayan, vətəndaş müharibəsinin uzun dövrü ərzində bütün 
məsələlərdə  öz  yerliləri  ilə  əks  mövqedə  dayanan  hər  bir  adam  kimi,  bu  Consonun 
münasibəti  və  fəaliyyəti  üçün  olduqca  ağır  idi.  Prezident  kimi  onun  söylədiyi  ilk 
sözlər  onun  yeni  hakimiyyətdən  necə  istifadə  edəcəyini  göstərir.  O,  deyirdi: 
"Amerikan  xalqı  bilməyi  və  başa  düşməyi  öyrənməlidir  ki,  xəyanət  cinayətdir...  Bu 
siyasi rəylərdə sadəcə fərqlər kimi qiymətləndirilməməlidir. Bu uğursuz qiyam kimi 
bağışlanmamalıdır,  buna  barmaqarası  baxılmamalı  və  bu  əfv  edilməməlidir". 
Konqressin  müharibə  ilə  əlaqədar  komitəsi  Consonun  prezidentliyi  qəbul  etdiyinin 
sabahısı  günü  ona  bildirdi  ki,  onun  sözləri  bir  icra  fəaliyyəti  kimi  radikallar 
tərəfindən məmnuniyyətlə qarşılanacaqdır.  
Radikallar  Linkolnun  mülayim  məsləhətlərindən  uzaqlaşmaq  istəyirdilər. 
Senatın  radikal  lideri  Bencamin  Ueyd  deyirdi:  "Conson,  biz  sənə  inanırıq.  Allah 
xatirinə, yeni hökumətin öz işinə başladığı bir vaxtda heç bir xoşagəlməz hadisə baş 
verməsin".  Ancaq  bir  neçə  həftədən  sonra  işlərin  bütün  cəhətləri  dəyişdi.  Conson 
Linkolnun  kabinetini  dəyişilməmiş  saxladı.  Bundan  əlavə  o,  Linkolnun  tərtib  etdiyi 
planlardan  da  əl  çəkmədi.  Yəqin  ki,  qəflətən  onun  boynuna  düşən  məsuliyyət  onun 
mühakimələrini  xeyli  dəyişdirdi.  Lakin  o,  Cənubdakı  hadisələri  heç  də  Linkolndan 
pis başa düşmürdü. O, təcrübəsinə görə hərəkət edirdi, Linkoln isə ancaq adamların 
təbii  liderinin  instinkti  ilə  hərəkət  edirdi.  Heç  şübhəsiz  onun  inandığı  adamlar  ona 
yumşaq  məsləhətlər  verirdilər  və  onun  iradəsinə  təsir  edirdilər.  Hakimiyyət  onun 
tərəfindən  idarə  edildikdə  o,  sübut  etdi  ki,  o  özünün  radikal  kursunu  həyata 
keçirməyəcək, ancaq Linkolnun xəttini davam etdirəcəkdir. Mayın 29-da o, özünün 
amnistiya  haqqında  bəyanatını  verdi.  Bu  bəyanatın  şərtləri  bütünlüklə  Linkolnun 
1863-cü il bəyanatının şərtlərinə uyğun idi. Amnistiyadan istisna edilənlərin siyahısı 
bir  az  genişlənmişdi.  Mühasirə  əsirləri  ilə  yanaşı  Konfederat  qoşunlarında  xidmət 
edən  hərbi  və  hərbi-dəniz  akademiyalarının  müdavimləri  də  bura  daxil  edildi, 
hansıki, Linkoln onları xüsusi olaraq istisna edilənlər kateqoriyasına daxil etməmişdi. 
Conson  bunları  əlavə  etmişdi  ki,  öz  sinfinin  instinktini  məmnun  etsin.  Bu  adamları 

 
324 
amnistiyadan  kənar  etməklə  yanaşı  o,  vəd  edirdi  ki,  əgər  onlar  fərdi  qaydada  xahiş 
etsələr, onlara da mərhəmət göstəriləcəkdir.  

 
325 
Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin